Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kəhlə (Xudabəndə)
Kəhlə (fars. كهلا‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,661 nəfər yaşayır (406 ailə).
Kəhlik (Kəleybər)
Kəhlik (fars. كهليك‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı.
Kəhlikbulağı (Heris)
Kəhlikbulağı (fars. كهليك بلاغي‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 35 nəfər yaşayır (7 ailə).
Kəhlan
Kəhlan (ərəb. كهلان‎) — qədim Yəməndə səbailərin əsas qəbilə konfederasiyalarından biri. Onlar Kəhlan bin Səba bin Yişcab bin Yarub bin Qəhtanın nəslindəndir.
Kühl
Kühl ya da Köhl (ərəb. كُحْل‎‎); Yaxın Şərq və Afrika mədəniyyətlərində gözün üstünə çəkilən qara rəng. Göz üçün bir sıra xeyirli xüsusiyyətləri vardır. == İslam dinində == İslam inanclarına görə köhlü həm kişi, həm də qadın tibbi səbəblərə görə işlədə bilər və hətta məsləhət olunur. Bu, Məhəmməd Peyğəmbərin söylədiklərinə əsaslanır: "Göz üçün ən yaxşı olan şeylərdən biri köhldür; o yaxşı görmək üçün xeyirdir və kirpikləri uzadır." İbn Abbas söylədi: "Peyğəmbərin axşamlar hər gözə üç dəfə gözə köhl çəkmək üçün bir qabı var idi." Ayrıca, müsəlman ölkələrində Ramazan ayında gözə köhl çəkmək bir adətdir. Lakin bu məlumatın güclü qaynaqları yoxdur. Hal-hazırda müsəlmanlar bunu Məhəmməd Peyğəmbər təcrübədən keçirtdiyinə görə işlədirlər.
Kəhf Surəsi
Kəhf surəsi ― Quranın 18-ci surəsi. 110 ayədən ibarətdir.
Nəhl surəsi
16-cı surə ən-Nəhl (Bal arısı) surəsi (Məkkədə nazil olmuşdur, 128 ayədir). Surənin adı 68-ci ayədə işlənən və bal arısı mənasına gələn nəhl sözündən götürülmüşdür.
Səhl Sumbatian
Səhl ibn Sunbat (ərəbcə: Sahl ibn-Sunbat) — IX əsrdə şimali Artsak ərazisinin hakimi. Moisey Kalankatlı onu "Şəki hakimi" adlandırır. 822-ci ildə alban hökmdar sülaləsi olan Mehranilərin son nümayəndəsi II Varaz Trdatın ölümündən sonra Yuxarı Artsak – Xaçın ərazisini idarə etməyə başlamış, qısa müddətdə Arranın böyük hissəsini özünə tabe etmişdi. Əvvəl Xürrəmilər hərəkatının başçısı Babəkə Abbasilər xilafətinə qarşı mübarizəsində yardım göstərən Səhl, daha sonra xəlifə əl-Mütasimin sərkərdəsi olan Afşinin tərəfinə keçmiş və ona Babəki ələ keçirməkdə yardımçı olmuşdur. 854-cü ildə xəlifə əl-Mütəvəkkilin sərkərdəsi olan Buğa əl-Kəbir tərəfindən həbs edilərək Samirə şəhərinə göndərilmişdir. Azərbaycanın ərəblər tərəfindən işğalından sonra məlik tituluna yiyələnən ilk şəxs Səhl ibn Sumbatın olmuşdur və o, bu titula Babəki ərəblərə təslim etdiyinə görə yiyələnmişdi. == Etnik mənşəyi == Mənbələrdə Səhl ibn Sunbatın etnik mənşəyi haqqında məlumatlar çox az olsa da, onu erkən orta əsrlərdə Qafqazda nüfuzlu olmuş erməni və alban sülalələrinə aid edən müxtəlif tarixçilər vardır. M. Çamçyan , V. Abaza, A. Qren , V. Bartold kimi tarixçilər Səhl ibn Sunbatın erməni hökmdar sülaləsi olan Baqratuni xanədanının nümayəndəsi olduğunu qeyd etmişlər. M. Çamçyan yazır: B. A. Ulubabyan isə qeyd edir ki, mənbələrdə Səhlin erməni Baqratuni sülaləsinə mənsub olması haqqında heç bir qeyd yoxdur. Xaçın knyazlarının nəsil şəcərəsini tərtib etmiş Robert Hyusen isə Səhl ibn Sunbatı bu şəcərənin banisi hesab etməklə yanaşı, Sünik sülaləsinin Geqarqunikdə hakim olmuş qoluna mənsub olduğunu güman edir.
Əbu Cəhl
Əbu Hәkәm Əmr ibn Hişam, Əbu Cəhl adı ilə tanınır (570-ci illər, Məkkə – 13 mart 624, ərəb. أبو جهل‎) — Məhəmməd peyğəmbərin әn qatı əleyhdarlarından biri. Qureyşilәrin Mәxzum qolundan olması bilinir. Məhəmməd peyğəmbərlə eyni ildə doğulmuşdur. == Bioqrafiya == Onun tam adı Əbu əl-Həkəm Əmr ibn Hişam ibn əl-Muğira ibn Abdullah ibn Umar əl-Qureyşidir. Bənu Məxzum nəslindəndir. Peyğəmbərlik missiyası başlayandan sonra Məhəmmədə qarşı çıxır və Məkkənin ilk müsəlmanlarını təqib edir. Əbu Cəhl İslamın ilk şəhidi Əmmar ibn Yasirin anası Süməyyanı öldürən şəxsdir. Xüsusi qəddarlığına və barışmazlığına görə müsəlmanlar onu Əbu Cəhl (“cahilliyin atası”) adlandırırdılar [4]. Əbu Cəhl müsəlmanların boykot edilməsinin təşəbbüskarlarından biri olmuş və onun aradan qaldırılmasına çalışmışdır.
Əshabi-Kəhf
Əshabi-kəhf dağı
Müaviyə ibn Səhl
Müaviyə — Albaniya knyazı və Səhl ibn Sunbatın oğlu. 837-ci ildə Babəkin qardaşı Abdullanı ərəblərə təslim etdiyi üçün ona yüz min dirhəm mükafat verilmişdir (eyni vaxtda atası Səhl isə Babəkin özünü ərəblərə təslim etdiyi üçün bir milyon dirhəm və başqa mükafatlar almışdır). Mənbələrdə 854-cü ildə Buğa əl-Kəbir tərəfindən tutularaq Samirəyə göndərilmiş yerli hakimlərin adları sırasında "Arran patriki Müaviyə ibn Səhl ibn Sumbat"nın da adı çəkilir, lakin digər bir mənbədə Samirəyə göndərilənlərin adları arasında Müaviyənin adı yoxdur, əvəzində atası Səhlin adı var.
Səhl ibn Sumbat
Səhl ibn Sunbat (ərəbcə: Sahl ibn-Sunbat) — IX əsrdə şimali Artsak ərazisinin hakimi. Moisey Kalankatlı onu "Şəki hakimi" adlandırır. 822-ci ildə alban hökmdar sülaləsi olan Mehranilərin son nümayəndəsi II Varaz Trdatın ölümündən sonra Yuxarı Artsak – Xaçın ərazisini idarə etməyə başlamış, qısa müddətdə Arranın böyük hissəsini özünə tabe etmişdi. Əvvəl Xürrəmilər hərəkatının başçısı Babəkə Abbasilər xilafətinə qarşı mübarizəsində yardım göstərən Səhl, daha sonra xəlifə əl-Mütasimin sərkərdəsi olan Afşinin tərəfinə keçmiş və ona Babəki ələ keçirməkdə yardımçı olmuşdur. 854-cü ildə xəlifə əl-Mütəvəkkilin sərkərdəsi olan Buğa əl-Kəbir tərəfindən həbs edilərək Samirə şəhərinə göndərilmişdir. Azərbaycanın ərəblər tərəfindən işğalından sonra məlik tituluna yiyələnən ilk şəxs Səhl ibn Sumbatın olmuşdur və o, bu titula Babəki ərəblərə təslim etdiyinə görə yiyələnmişdi. == Etnik mənşəyi == Mənbələrdə Səhl ibn Sunbatın etnik mənşəyi haqqında məlumatlar çox az olsa da, onu erkən orta əsrlərdə Qafqazda nüfuzlu olmuş erməni və alban sülalələrinə aid edən müxtəlif tarixçilər vardır. M. Çamçyan , V. Abaza, A. Qren , V. Bartold kimi tarixçilər Səhl ibn Sunbatın erməni hökmdar sülaləsi olan Baqratuni xanədanının nümayəndəsi olduğunu qeyd etmişlər. M. Çamçyan yazır: B. A. Ulubabyan isə qeyd edir ki, mənbələrdə Səhlin erməni Baqratuni sülaləsinə mənsub olması haqqında heç bir qeyd yoxdur. Xaçın knyazlarının nəsil şəcərəsini tərtib etmiş Robert Hyusen isə Səhl ibn Sunbatı bu şəcərənin banisi hesab etməklə yanaşı, Sünik sülaləsinin Geqarqunikdə hakim olmuş qoluna mənsub olduğunu güman edir.
Səhl ibn Sunbat

Əshabi-Kəhf (mağara)
Əshabi-Kəhf — Culfa rayonunda mağaradır. Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı (3071 m) yüksəkliyindən cənub-qərbə ayrılan Dibəkli qolunun Qırxlardağ şaxəsinin qərb istiqamətli eyniadlı ayrılmasının qurtaracağında, Orta Miosenin Tarxan reğiomərtəbəsinin alt hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen süxurlarından və Orta Miosen yaşlı teşenitlərdən təşkil olunmuş eyniadlı dağın cənub-qərb ətəyində yerləşir. Tektonik cəhətdən Naxçıvan çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının cənub qanadında yerləşir. Nadir geomorfoloji obyektdir. Mənşəcə psevdokarsta aid edilən mağaranın girişi qayalar dalında gizlədilmiş dar dərənin axırında yerləşir. Hündürlüyü 5 metrdən artıq olan mağara zalının sahəsi 10 metrlərlə ölçülür və divarlarını həm təbiətin, həm də insan əlinin açdığı böyük oyuqlar bəzəyir. Mağara Şərqin ən məşhur mağaralarından biri, eyni zamanda Azərbaycanın ən böyük piridir. Mağaranın adı ərəb dilindən götürülmüşdür və tərcüməsi "mağara insanları" mənasını verir. Onun adı hətta müqəddəs Qurani-Kərimin "Əl-Kəhf" surəsində xatırlanılır, lakin tədqiqatlar göstərir ki, hələ yüz illər bundan əvvəl mağara qədim türklərin müqəddəs sitayiş yeri olub, insanların buradan sığınacaq kimi istifadə etmə tarixi isə ibtidai icma quruluşu dövrünə qədər gedib çıxır. Eyniadlı yerin Kiçik Asiya, Fələstin, o cümlədən İtaliya ərazisində olması haqqında qədim dini və bədi ədəbiyyatlarda bəzi məlumatlar vardır.
Əshabi-Kəhf (ziyarətgah)
Əshabi-Kəhf – Culfa rayonunda ziyarətgahdır. == Haqqında == Əshab-i Kəhf dağın (1665 m) və pirin adıdır. Naxçıvan əhalisinin müqəddəs sandığı yer – Əshab-i Kəhf mağarası dağlar arasında yerləşir. "Əshab" yeniyetmə cavan oğlanlar, "kəhf" isə mağara, sığınacaq yeri deməkdir. Deməli, Əshab-i Kəhf yeniyetmə cavanların sığınacaq yeri – mağara mənasındadır. İslam rəvayətlərinə görə, mağaradakılar Dəqyanus adlı padşahın zülmündən qaçıb burada gizlənərək, 300 il yuxuya getdikdən sonra ayılaraq behiştə düşmüş altı yeniyetmə cavan oğlandan və onların yanında olan Qitmir adlı itdən ibarət olmuşdur. Digər rəvayətə görə, Dəqyanus padşah olduğu vaxt əhalini bütpərəstliyə məcbur edirdi. Təkallahlığa inanan yeniyetmə cavan oğlanlar şahın zülm və təqiblərindən yaxa qurtarmaq üçün şəhərdən qaçıb mağarada özləri üçün sığınacaq tapmışlar. Çələbi, Beyzavinin təfsiri haşiyəsində yazır ki, Rəqim ayəsi lövhəyə yazılıb, həmin mağaranın qapısında təfsir olunmuşdur. O, dağm və ya kəndin adı ilə daşa həkk olunmuş yazıda şərh edilmişdir.
Əshabi-kəhf dağı
Əshabi-kəhf dağı – Babək rayonu ərazisində dağ (hünd. 1685,9 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsindən qərbə uzanan eyniadlı ayrılmasının qurtaracağında, Nəcəfəlidizə kəndindən 4,5 km şərqdə yerləşən qövsvari sıldırım yamaclı tirənin suayırıcısında zirvə. Orta Miosenin Tarxan reğiomərtəbəsinin alt hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen süxurlarını yarıb çıxan Orta Miosen yaşlı teşenitlərdən ibarət şimal-şərq istiqamətində uzanmış sill formalı subvulkanik intruziv kütlənin əmələ gətirdiyi yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının tağ hissəsində yerləşir. Yamaclarında acılan teşenitlər yaxşı ifadə olunan sütunvari ayrılmalarla səciyyələnir. Əshabi-kəhf mağarası dağın cənub-qərb yamacındadır.
Səhl ibn Hüneyf
Səhl ibn Hüneyf (ərəb. سهل بن حنيف‎) — İslam peyğəmbəri Məhəmmədin kiçik səhabələrindən biri. Onun Məhəmməddən qırxa yaxın hədis rəvayət etdiyi deyilir. Əli öz xilafəti dövründə xilafətin hərbi bazası Kufə şəhərinə yola düşdükdə o, Raşidi xilafətinin əsas paytaxtı olan Mədinənin nəzarətçisi idi. O, yəqin ki, hicrətdən sonra İslamı qəbul etmişdir. Əli Mədinədən gedəndə şəhərin idarəsi onun təyin etdiyi bir sıra nümayəndələrə həvalə edildi. Bu nümayəndələr 660-cı ilə qədər Mədinəyə nəzarət etdilər. Səhl 657-ci ildə paytaxt Mədinənin ilk gözətçisi oldu. O, cəmi bir il nəzarətçi olaraq qaldı. Əli Mədinənin böyük əhəmiyyətinə görə bütün nəzarətçilərini bir il müddətlə təyin etdi.
İkrimə ibn Əbu Cəhl
İkrimə ibn Əbu Cəhl (ərəb. عكرمة بن أبي جهل‎) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri, Əbu Cəhlin oğlu olaraq İkrimə Məkkədə Məhəmməd peyğəmbərin əsas əleyhdarlarından biri idi. 630-cu ildə Məhəmmədin Məkkəni fəth etməsindən sonra İkrimə İslamı qəbul edir və gənc müsəlman dövlətinin görkəmli simalarından biri olur. Mürtədlərlə döyüşlər zamanı Əbu Bəkr İkriməni yalançı peyğəmbər Müseylimə əleyhinə Yəmamə göndərir. 636-cı ildə Yərmuq döyüşündə Suriyanın fəthi zamanı vəfat etmişdir. == Bioqrafiyası == İkrimə Məhəmməd peyğəmbərin barışmaz rəqibi Əbu Cəhlin oğlu idi. Məhəmməd İkrim peyğəmbərliyin ilk illərində atası ilə birlikdə onu və Məkkə müsəlmanlarını təhqir edir, məsxərəyə qoyurdu. Bədr döyüşündə Əbu Cəhlin ölümündən sonra İkrimə düşmənçiliyi qisas xarakteri alır. O, Məhəmmədə və onun tərəfdarlarına zərər vermək üçün bütün səylərini cəm edir. == Məkkənin fəthi == İkrimə Məkkənin fəthi günü bir dəstə Məkkəli ilə Xalid ibn Vəlidin ordusuna qarşı vuruşur, lakin məğlub olur.
Əshabi-Kəhf (film, 2000)
Əshabi-Kəhf — Rejissorlar Xamiz Muradov və Tofiq Məmmədovun filmi. == Məzmun == Film bəzi mənbələrdə "Alkaf", bəzilərində "Əshabi-Kəhf", bəzilərində isə "Yeddilər" adlanan və Naxçıvanda yerləşən "Əshabi-Kəhf" mağarası haqqındadır. Filmdə bu möhtəşəm ziyarətgahın yaranma tarixi açıqlanır, eləcə də burada ziyarətgaha gələn zəvvarlar, kəsilən qurbanlar, oxunan dualar haqqında danışılır. Mağara haqqında "Qurani-Kərim"in 18-ci surəsində verilən məlumatlardan, ziyarətgahın bu günündən bəhs olunur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Xamiz Muradov, Tofiq Məmmədov Ssenari müəllifi: Zaur Məhərrəmov Operator: Rəfael Salamzadə Səs operatoru: Kamal Seyidov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Əshabi-Kəhf mineral bulağı
Əshabi-Kəhf mineral bulağı — Culfa rayonu ərazisində , Naxçıvan şəhərindən 12 km. məsafədə müqəddəs "Əshabi Kəhf (Culus) dağı" nın ətəyindədir. Oradakı "təndirdən" (yer çatından) hər 15 dəqiqədən bir mineral soyuq su köpüklənərək təzyiqlə çıxır. Zəif minerallaşmış suyun tərkibi radonlu, karbonqazlı, hidrokarbonatlı-xlorlu-sulfatlı və natriumlukalsiumludur. Rusiyadakı "Pyatiqorsk" (Şimali Qafqaz) mineral suyunun analoqudur. Rematik xəstəliklərin müalicəsində suya girməklə 10–15 dəqiqə gözləməli və sonra bədəni günəş şüaları ilə qurutmaq lazımdır. Müalicə məqsədilə vanna kursu on gün davam edilməlidir. == Coğrafi koordinatları == Qahab kəndindən 6 km cənub-şərqdə, Naxçıvan şəhərindən 12 km məsafədə, Əshabi-kəhf dağının ətəyindədir. == Tərkibi == Minerallaşma dərəcəsi 4,7 q/l-dir. Gündəlik su sərfi 259000 litr, qələviliyi 6,5, temperaturu isə 18 C0 təşkil edir.
Əshabi-kəhf mineral su yatağı

Keql
Keql — sriftin ölçüsüdür. Ənənəvi olaraq keql punktla (pt) ölçülür. Bir punkt 0.35 mm-ə bərabərdir. Bir sıra standart keqllər vardır.
Kehi-cinqu
Kehi məbədi (氣比神宮, Kehi-cinqu) – Yaponiyanın Fukui prefekturasının Tsuruqa şəhərində yerləşən şintoist məbədi. Girişində yerləşən torii Yaponiyadakı ən böyüklərindən biridir. == Həmçinin bax == Cinquların siyahısı == Xarici keçidlər == Vikianbarda Kehi məbədi ilə əlaqəli mediafayllar var.
Kehi məbədi

Robert Kerl
Robert Floyd Kerl (23 avqust 1933[…] – 3 iyul 2022, Hyuston, Texas) — Amerikalı kimyaçı və Pitzer-Şlumberger təbiət elmləri professoru və Rays Universitetində kimya professoru idi. O, 1996-cı ildə Riçard Smolli (həmçinin Rays Universitetindən) və Sasseks Universitetindən Harold Kroto ilə birlikdə bakminsterfulleren nanomaterialının və dolayısıyla fulleren sinfinin kəşfinə görə Kimya üzrə Nobel Mükafatına layiq görülüb. == Gənclik illəri və təhsili == R. Kerl ABŞ-ın Texas ştatının Alice şəhərində bir keşiş ailəsinin oğlu olaraq anadan olub. Atasının missioner fəaliyyəti ilə əlaqədar ailəsi bir neçə dəfə Texasın cənub və cənub-qərbinə köçdü və orada böyük Kerl Metodist Xəstəxanasının San Antonio Tibb Mərkəzinin açılmasına kömək etdi. Doqquz yaşında ona alınan "kimya dəsti" ilə kimyaya olan marağı artdı və xatırladır ki, o, anasının çini plitəsinin üzərində azot turşusu qaynayanda o, anasının çini plitəsinin üzünü xarab etmişdi. Texas ştatının San Antonio şəhərindəki Tomas Cefferson Liseyini bitirib. Orada orta məktəbdə yalnız bir il kimyadan dərs keçilirdi, son kursda kimya müəllimi ona işləmək üçün xüsusi layihələr verdi. Kerl 1954-cü ildə Rays İnstitutunda (indiki Rays Universiteti) Bakalavr dərəcəsini almışdır. Onu, məktəbin professor-müəllim heyətinin, futbol komandasının nüfuzu cəlb edirdi, həm də həmin vaxt təhsil haqqı yox idi. 1957-ci ildə Berkli Kaliforniya Universitetində kimya üzrə fəlsəfə doktoru dərəcəsini almışdır.
Haruun-Kel
Haruun-Kel (ing. Haruun Kal) — "Ulduz müharibələri" kainatında uydurma planet. Klon müharibələri zamanı Haruun-Keldə Qalaktik respublika ilə Müstəqil Sistemlər Konfederasiyası arasında döyüş baş vermişdir. Ceday ustası Meys Vindu bu planetdəndir. Klon müharibələrinədn sonra Qalaktik imperiya Haruun-Keldəki üsyanı yatırmaq üçün oraya öz qüvvələrini göndərmiş, döyüş orbital bombardman və imperiyanın qələbəsi ilə başa çatmışdır. Planet haqqında "Ulduz müharibələri"nin genişləndirilmiş kainatı olan "Əfsanələr"də daha geniş məlumat verilir. Planetin səthi Yerə bənzəyir, cəngəlliklərdən, yaylalardan və vulkanlardan ibarətdir. Planetin sıx yaşıllığı xəstəlik törədən həşəratlar, parazitlər və davamlı göbələklərlə doludur. Buna baxmayaraq, planetdə korunnay adlanan insanlar yaşayır. == İstinadlar == == Xarici keçidlər == Haruun Kal — Vukipediya saytında.
Keh (Miyanə)
Keh (fars. كه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 166 nəfər yaşayır (39 ailə).
Bəhr
Bəhr — əruz vəzninin tərkib hissələrindən biri. Əruz altı ünsürdən (rükndən) ibarətdir və bu ünsürlər də on doqquz bəhrə bölünür. Klassik Azərbaycan poeziyasında əruzun on iki bəhrindən istifadə edilmişdir. Həmin bəhrlər aşağıdakılardır: həcəz, rəməl, rəcəz, müctəs, müzare, mütəqarib, münsərih, xəfif, səri, mütədarik, kamil, müqtəzəb. == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Kill-van-Kull
Kill-van-Kull (ing. Kill van Kull) — Nyu-York ştatında yerləşən Staten-Aylend adasını Berqen-Nek yarımadasından ayıran boğaz. == Xüsusiyyətləri == Boğazın uzunluğu 5 km, eni isə 300 m-dir. Kill-van-Kull Apper-Nyu-York-Bey və Nyoark buxtalarını birləşdirir. Boğaz üzərindən Beyon körpüsü yerləşir. Boğaz kifayət qədər yüklənmiş naviqasiyaya malikdir. Əsasən neft tankerləri boğazlar keçirlər. Boğazın adı Niderland dilindən tərcümədə "dayazlıqdan olan kanal" deməkdir.
Kral Fəhd körpüsü
Kral Fəhd körpüsü — Bəhreyn adasını Səudiyyə Ərəbistanı ilə birləşdirən körpü. 1986-cı ilin noyabrında salınmışdır. Asiyada ən uzun (25 km) 7 torpaq bənddən və onları birləşdirən 5 körpüdən ibarət olan həmin yolun su üzərində ümumi uzunluğu 12,5 km-dir. Ən böyük torpaq bəndin uzunluğu 2,3 km-dir. == Tarixi == İki ərəb dövləti arasında dayaz körfəzin üstündən körpü salmaq fikri çox əvvəllərdən meydana çıxmışdır. İlk dəfə bu məsələ dövlət rəhbərliyi səviyyəsində 1970-ci ilin ortalarında müzakirə edilmiş və fikrin həyata keçirilməsində Səudiyyə Ərəbistanı məliklərinin xidməti böyük olmuşdur. 1968-ci ildə Məlik Feysəlin dövründə layihələrin öyrənilməsi barədə ilk işçi qrupu yaranmışdır. Feysəli əvəz edən məlik Xaled proqramın həyata keçirilməsi üçün 1976-cı ildə sarayda xüsusi komitə yaratmış və beş ildən sonra Bəhreyn əmiri ilə tikintinin başlanması barədə müqavilə imzalamışdır. Layihə Səudiyyə Ərəbistanı–Danimarka müştərək şirkəti tərəfindən hazırlanmış və tikintisi Hollandiya şirkəti tərəfindən həyata keçirilən bu nəhəng və nadir mühəndis qurğusunun başa çatması isə Səudiyyə Ərəbistanı məliki Fəhdin adı ilə bağlıdır. Ona görə də Səudiyyə Ərəbistanını Bəhreyn ilə birləşdirən bu magistralı bəzən «Məlik Fəhd yolu»da adlandırırlar.
Kral Karl Torpağı
Kral Karl Torpağı (norv. Kong Karls Land) — Şpitsbergen arxipelaqına daxil olan yaşayışı olmayan adalar qrupu. Arxipelaq Şimal Buzlu okean akvatoriyasına daxildir. Arxipelaq Norveçin xüsusi mülkiyyətidir. Arxipelaq 5 adadan ibarətdir (Abelyoya, Konqsoya, Şvenskoya, Helqolandeya və Tirpitsoya). Arxipelaqın ümumi sahəsi 332 km²-dir. == Coğrafiya == Şimal-Şərq Torpağı və Ağ adası Nordaust-Svalbard qoruğu ərazisinə daxildir. Adaya yan almaq və onun sahilinə 500 metr yaxınlaşmaq, hava məkanının 500 metrliyinə qədər enmək qəti sürətdə qadağandır. == Tarixi == Kral Karl Torpağı 1617-ci ildə Moskva şirkəti tərəfindən kəşf edilmişdir.
1992 Kral Fəhd Kuboku
== İştirakçılar ==
1995 Kral Fəhd Kuboku
== İştirakçılar ==
Kill Kill
Kill Kill — amerikalı müğənni Lana Del Reyin 21 oktyabr 2008-ci ildə Lizzy Grant adı altında buraxdığı ilk mini-albomu (EP). Mini-albom 5 Points Records tərəfindən buraxılıb, üç trek daha sonra 2010-cu ildə buraxılan Lana Del Ray albomunda yer alıb. "Yayo" mahnısı yenidən yazılıb və üçüncü dəfə 2012-ci ildə Paradise mini-albomunda buraxılıb. Mini-albomun tanıtılması üçün bir sinql "Kill Kill" buraxılıb. Trekin musiqi klipi 2008-ci ildə yayımlanıb. == Trek siyahısı == Mahnıların prodüserliyini David Kahne edib.
1992 Kral Fəhd Kuboku Finalı
1992 Kral Fəhd Kuboku Finalı — 1992-ci il Kral Fəhd Kubokunun qalibini müəyyənləşdirmək üçün keçirilmiş futbol matçı idi. Matç 1992-ci ilin 20 oktyabr tarixində, Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində yerləşən Kral Fəhd Stadionunda, futbol üzrə Argentina və Səudiyyə Ərəbistan milli komandaları arasında keçirilmişdir. Matç Argentina yığmasının 3-1 hesablə qələbəsi ilə başa çatmışdır.
1995 Kral Fəhd Kuboku Finalı
1995 Kral Fəhd Kuboku Final — 1995-ci il Kral Fəhd Kubokunun qalibini müəyyənləşdirmək üçün keçirilmiş futbol matçı idi. Matç 1995-ci ilin 13 yanvar tarixində Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində yerləşən Kral Fəhd Stadionunda, futbol üzrə Argentina və Danimarka milli komandaları arasında keçirilmişdir. Matç Danimarka yığmasının 2-0 hesablə qələbəsi ilə başa çatmışdır.
Fəhm
Fəhm–qavrama, anlama, anlaq, dərrakə. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Kahı
Kahı (lat. Lactuca sativa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin süddəyən cinsinə aid bitki növü. Kalsium mineralı ilə A və C vitaminləri baxımından zəngin bir tərəvəzdir. Ayrıca kahıda B, D, E vitaminləri və dəmir, natrium, mis, yod, fosfor və sink mineralları da var. == Faydaları == Sinirləri yatırar. Təzyiqi salar. Sakitləşdirici təsiri ilə yuxusuzluq çəkənlər üçün faydalıdır. Aybaşı halını nizamlar və ağrısını yüngülləşdirər. İştah açar və həzmi asanlaşdırar. Sidik sökdürücüdür.
BEEL
Brokhauz və Efronun ensiklopedik lüğəti (rus. Энциклопедический словарь Брокгауза и Ефрона, ЭСБЕ) – Fridrix Brokhauz və İlya Efron aksioner nəşr cəmiyyəti tərəfindən buraxılmışdır. (Peterburq, 1890-1907). Nəşr iki variantda buraxıldı – 41 əsas və 2 əlavə cild; 82 əsas və 4 əlavə cild. Hal-hazırda Brokhauz və Efronun ensiklopedik lüğəti 86 cilddən ibarətdir. Brokhauz və Efronun ensiklopedik lüğətində 121240 məqalə, 7800 şəkil, 235 xəritə vardır. == Tarixi == Ensiklopediyanın ilk variantı "Conversations-Lexicon" ensiklopediyasının alman dilindən rus dilinə tərcüməsi təşkil edirdi və oxucuların bir çoxunun tərcümənin keyfiyyətində narazılığına səbəb oldu. Baxmayaraq ki, tərcümədə iştirak etmək üçün nəşriyyata o dövrün ən tanınmış alim və filosofları dəvət edilmişdilər: D.İ. Mendeleyev, V.S. Solovyov, S. A. Venqerova, A. N. Beketova, A. İ. Voeykova və s. Sonralar "Conversations-Lexicon" ensiklopediyasına orijinal rus məqalələri daxil edilir ki, burada da əsas diqqət Rusiyaya, onun tarixinə, mədəniyyətinə və tarixinə aid mövzulara yönəldilmışdir. Tərcümə olunmuş məqalələrin orijinal məqalələrlə əvəz edilməsi, ensiklopediyanın bayağı lüğətdən elm və texnika sahəsində ən son kəşflər və yeniliklər haqqında məqalələr toplusuna çevrilir.
Behr
Hans Herman Behr (alm. Hans Hermann Behr‎; 18 avqust 1818 – 6 mart 1904, San-Fransisko, Kaliforniya) — Almaniya botaniki, entomoloqu, antropoloqu və həkimi. == Elmi fəaliyyəti == Hans Herman Behr bir çox bitki və həşərat növü təsnif etmişdir.. == Əsərləri == Denis Papins Dampfdruckpumpe von 1707 und ihr Nachbau: mit dem Faksimile und der Übersetzung seiner Veröffentlichung in der französischen Fassung. The hoot of the owl. Report of the committee appointed to prepare and present an account of the life and services of Doctor Hans Herman Behr. Beiträge zur pathologischen Geographie Californiens. On certain butterflies of California: Our Californian Argynides. On Californian lepidoptera. Entomological contributions.
Bell
Bell — soyad. Dreyk Bell — Amerika aktyoru, müğənnisi, söz yazıçısı, bəstəkarı. Aleksandr Bell — şotland, ilk real telefonun ixtiraçısı. Meri Bell — Con Bell — Şimali İrlandıyalı fizikaçı.
Dehli
Dehli (hind. दिल्ली, pənc. ਦਿੱਲੀ, urdu دِلّی‎, ing. Delhi, köhnə adı Şahcahanabad) — Hindistanın böyüklüyünə görə ikinci böyük şəhəri (Mumbaydan sonra), Hindistanın ittifaq ərazisi statusuna malikdir (Dehli milli paytaxt dairəsi). Hindistanın şimaında Yamuna çayının sahilində yerləşir.