Əshabi-kəhf dağı – Babək rayonu ərazisində dağ (hünd. 1685,9 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsindən qərbə uzanan eyniadlı ayrılmasının qurtaracağında, Nəcəfəlidizə kəndindən 4,5 km şərqdə yerləşən qövsvari sıldırım yamaclı tirənin suayırıcısında zirvə. Orta Miosenin Tarxan reğiomərtəbəsinin alt hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen süxurlarını yarıb çıxan Orta Miosen yaşlı teşenitlərdən ibarət şimal-şərq istiqamətində uzanmış sill formalı subvulkanik intruziv kütlənin əmələ gətirdiyi yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının tağ hissəsində yerləşir. Yamaclarında acılan teşenitlər yaxşı ifadə olunan sütunvari ayrılmalarla səciyyələnir. Əshabi-kəhf mağarası dağın cənub-qərb yamacındadır. [1]
Əshabi-kəhf dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1685,9 m |
Yerləşməsi | |
39°13′30″ şm. e. 45°35′18″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | |
|