Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kəlbətin
Kəlbətin — müxtəlif tutucu səthlərə malik oynaqlı bərkidilmiş iki qoldan ibarət dəstəkli alətdir. Ondan çilingər, elektrotexnika, tibb və bərbərxana işlərində sıxmaq, tutmaq, dartmaq üçün alət kimi istifadə edirlər. O ling prinsipinə əsasən işləyir. Kəlbətinin qoları ling rolunu oynayır. Dəstək olan hissə adətən lingin üzün qolunu, dodaqlar yerləşən hissə isə qısa qolunu əmələ gətirir. Ling qanununa asasən dəstək sıxıldıqda əl ilə verilən qüvvə gücləndirilərək kəlbətinin dodaqları arasında tutulan əşyaya ötürülür. Kəlbətinlər hələ bizim eradan əvvəl ixtira edilib tətbiq edilmişlər. Onlardan qızmar əşyaları tutmaqla hərəkət etdrmək üçün istifadə edilmişdir. Antik yunan dövründən qalan vazların üstündəki çəkilmiş çilingər alətlərinin şəkilləri buna misaldır. Sənaye inqilabı ilə şərtlənən texniki inkişaf yeni maşınlarla brabər yeni kəlbətin növlərinin də inkişafına təkan vermişdir.
Kələkin (Piranşəhr)
Kələkin (fars. كله كين‎‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 808 nəfər yaşayır (140 ailə).
Mah Tələtin portreti
Mah Tələtin portreti — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin çəkdiyi rəsm. Rəsm Tbilisidə, Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır. == Təsviri == Azərbaycan milli geyimində təsvir edilmiş qadın açıq pəncərə (şəbəkə) fonunda təsvir edilib. Pəncərədən mavi səma görünür. Qadın sol əlini bülinə qoyub, sağ əlini isə aşağı sallayıb. Şəbəkənin ortada yerləşən və qaldırıldığına görə qadının başı üzərində imiş kimi görünün orta hissəsi rəngarəng şüşələrlə bəzədilmişdir. Yan pəncərələr üzərində asılmış yaşıl pərdələr aşağıdan yığılaraq əsərin kənarlarına doğru çəkilmişdir. Döşəmə geniş haşiyəli xalça ilə döşənmişdir. Miklaşevskayanın sözlərinə görə, qadının demək olar ki, dairəvi olan üzü xətləri az maraqlı və ifadəsiz olsa da, sözsüz ki, portret uyğunluğunu ötürə bilir. Böyük dəstələrlə çiyinlərə düşən qara saçları qadının üzünü əhatə edir.
Kələmin gövdə gizli xortumlusu
Kələmin gövdə gizli xortumlusu (lat. Ceutorhynchus pallidactylus) — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Uzunburun böcəklər fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Böcəklərdə xortum uzun və nazikdir. Böcək qara rənglidir. Üzərində sıx boz tükcüklər vardır. Pəncələri qırmızı rəngli iti caynaqlı olur. Dişilərin böyüklüyü 2,5-3,2 mm-dir. Yumurtası ovaldır və şüşə kimi şəffafdır. Orta hesablama uzunluğu 0,7 mm, eni 0,5 mm-dir. Pupu sarımtıldır.
Keypəşin
Keypəşin — Ermənistan Respublikasının cənubunda, keçmiş Qafan rayonu ərazisində, Gığı dərəsində yerləşən azərbaycanlılar yaşamış kənd. 1930–1995-ci illər aralığında Qafan rayonuna daxil olan kənd Qafan şəhərindən 33 km şimal-qərbdə, Gığıçayın yuxarı axarında, Qazangöldən 15 km aralı, dəniz səviyyəsindən 2,111 m yüksəklikdə yerləşir. Kənd hal-hazırda Ermənistan Respublikası Sünik mərzi inzibati ərazi vahidinin Nor Astğaberd kənd icması ərazisi daxilindədir. Bir neçə evi çıxmaq şərtilə kənd ərazisində yaşayış yoxdur, kənd dağıdılmışdır. == Tarixi == Keypəşin kəndi bir nəslin, yəni Məliklilər tayfasının məskunlaşdığı məkan olub. Tarixi mənbələrə görə, Məlikli tayfası Cənubi Azərbaycandan Qaradağ mahalından köç edib Bərgüşad ərazisində məskunlaşmış, sonradan isə yaylaq yerlərinə çıxmaq məqsədilə Keypəşini seçmişdir. 1727-ci ildə Osmanlı Dövləti tərəfindən tərtib edilmiş "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri"ndə Keypəşin kəndinin sakinlərinin Xocahandan olduqları qeyd edilmişdir. Hal-hazırda Qubadlı rayonu ərazisində yerləşən Xocahan kəndi Səfəvi və Osmanlılar dövründə Bərgüşad adlı mahal, liva kimi inzibati ərazi vahidləri tərkibində idi. Azərbaycanlıların Qafan rayonu ərazisindən deportasiyasına kimi ermənilərin qadağalarına baxmayaraq Qubadlı, Cəbrayıl, Zəngilan rayonlarındakı bir çox kənd kimi Xocahan kəndinin də Gığı dərəsində öz adına yaylağı olub. Keypəşin camaatının Qubadlı və Zəngilan rayonunun əhalisi ilə çox sıx əlaqələri olmuşdur.
Aqneş Keleti
Aqneş Keleti (mac. Ágnes Keleti; 9 yanvar 1921, Budapeşt) — Macar və yəhudi əsilli Olimpiya və dünya çempionu olan idman gimnastı və məşqçi. Yay Olimpiya oyunlarında Macarıstanı təmsil edərək 5 qızıl medal, 3 gümüş medal və iki bürünc medal qazanmışdır və bütün dövrlərin ən yaxşı yəhudi əsilli Olimpiya oyunçusu kimi tanınır. Keleti İsrail vətəndaşlığı olan bütün idmançılardan daha çox medal qazanmışdır və Mark Spitzdən sonra ən çox Olimpiya medalı qazanan yəhudidir. 1956-cı ildə təşkil olunan Yay Olimpiya oyunlarının ən uğurlu idmançılarından biri hesab olunur. 1957-ci ildə Keleti İsrailə köçdü və hal-hazırda da orada yaşayır. == İdman karyerası == Keleti yəhudidir və Macarıstanın Budapeşt şəhərində anadan olmuşdur. 4 yaşında gimnastika ilə məşğul olmağa başlamışdır və artıq 16 yaşında Macarıstanın Milli Çempionu adını qazanmışdır. 1937 və 1956-cı illər arasındakı gimnastika karyerası ərzində 10 dəfə çempion titulunu əldə etmişdir. Keleti 1940-cı ildə təşkil olunacaq Olimpiya oyunlarında Macarıstanı təmsil edəcək ən potensiallı idmançı hesab olunurdu.
Didi Keleti
Didi Keleti (gürc. დიდი ყელეთი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 60 nəfər idi. 2014-cü ildə 22 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, III cild, səh.
Patara Keleti
Patara Keleti (gürc. პატარა ყელეთი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. 2002 siyahıyaalmaya görə kəndin əhalisi 23 nəfər idi. 2014-cü ildə 17 nəfər yaşayırdı. Gürcüstan Sovet Ensiklopediyası, VII cild, səh.
Klepetan və Malena
Klepetan və Malena— biri-birilərinə olan sevgi və sədaqətləri ilə Xorvatiyada məşhurlaşan bir cüt ağ leylək (Ciconia ciconia). 2001-2021-ci illər arasında Klepetan hər ilin yaz aylarında aldığı güllə yarası səbəbindən səyahət edə bilməyən Malena ilə cütləşmək üçün Cənubi Afrikadan Xorvatiyanın şərqindəki Slavonski Brod qəsəbəsinə gəlirmiş. 14 il aşiq olan bu iki quş, hər çoxalma mövsümündə bir yuvada yaşayırlar və 60-dan çox cücə yetişdirirlər. 7 iyul 2021-ci ildə qocalıq və təbii səbəblərdən Malena ölsə də Klepetan sağ qalır. == Hekayəsi == Xorvatiya ağ leyləklər üçün məşhur yuva yeridir. Ölkədə təxminən 1500 yuva quran cütlük yaşayır, bəzi kəndlərdə insanlardan daha çox leylək var. Xorvat qapıçı Stjepan Vokić 1993-cü ildə Malenanı balıq tutarkən tapdı. Leylək ovçular tərəfindən vurulmuşdu və bu səbəbdən uça bilmirdi. Vokiç Malenanı xilas etdi və onun baxıcısı oldu. 2001-ci ildə Vokiçin Klepetan adını verdiyi erkək leylək Malenanı ziyarət etməyə başladı.
Diogeniya (Keleyin qızı)
Diogeniya (q.yun. Διογένεια) — qədim yunan mifologiyasında persona, Elefsis padşahı Keley və Metaniranın qızı. Pavsani Pamf və Homerə istinadən xəbər verir ki, Afina padşahı Erextey və İmmarad elefsislilərə başçılıq edən Evmolpun oğlu döyüşdə ölmüş, Keleyin qızları Diogeniya, Pammerop və Sesara tanrıçalara müqəddəs bir xidmət təşkil etmişdir.