KƏLBƏTİN

is. [ ər. kəlbəteyn – ikidişli it] Mıx və s. dartıb çıxarmaq, bir şeyi tutmaq, məftil kəsmək və s. üçün ikiağızlı maşaşəkilli metal alət. Dülgər kəlbətini. Montyor kəlbətini.
[Usta Həsən:] Ay Hacı, dəllək nədir? Çağıracaqsan, gəlib bir at kəlbətinini salacaq dişinə, dartıb əngini də dişinin üstündə çəkəcək. Ə.Haqverdiyev.
Qurd … onu küt kəlbətin kimi sıxıb qançır etmişdi. M.Rzaquluzadə.
◊ Kəlbətinlə (sözü, cavabı və s.
) çəkmək (qoparmaq) – danışmağa, cavab verməyə məcbur etmək.
Xəstəxanada yatırdı, günaşırı balaca Səttarla xəstəxananın koridorlarında tibb bacılarının əl-ayağına dolaşırdıq və ağızlarından kəlbətinlə bir-iki söz qopardırdıq. Ə.Məmmədxanlı.

Этимология

  • KƏLBƏTİN Ərəb dilindən keçib, hərfi mənası “itin iki dişi” (kəlb-ət-eyn) deməkdir. Bizdə qısğac sözü işlədilib
KƏLAM
KƏLÇƏ
OBASTAN VİKİ
Kəlbətin
Kəlbətin — müxtəlif tutucu səthlərə malik oynaqlı bərkidilmiş iki qoldan ibarət dəstəkli alətdir. Ondan çilingər, elektrotexnika, tibb və bərbərxana işlərində sıxmaq, tutmaq, dartmaq üçün alət kimi istifadə edirlər. O ling prinsipinə əsasən işləyir. Kəlbətinin qoları ling rolunu oynayır. Dəstək olan hissə adətən lingin üzün qolunu, dodaqlar yerləşən hissə isə qısa qolunu əmələ gətirir. Ling qanununa asasən dəstək sıxıldıqda əl ilə verilən qüvvə gücləndirilərək kəlbətinin dodaqları arasında tutulan əşyaya ötürülür. Kəlbətinlər hələ bizim eradan əvvəl ixtira edilib tətbiq edilmişlər. Onlardan qızmar əşyaları tutmaqla hərəkət etdrmək üçün istifadə edilmişdir. Antik yunan dövründən qalan vazların üstündəki çəkilmiş çilingər alətlərinin şəkilləri buna misaldır. Sənaye inqilabı ilə şərtlənən texniki inkişaf yeni maşınlarla brabər yeni kəlbətin növlərinin də inkişafına təkan vermişdir.

Значение слова в других словарях