Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kaftarlı
Kaftarlı - İrəvan quberniyasının Aleksandropol qəzasında. indiki Artik rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km məsafədə yerləşir. 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlık xəritəsində qeyd edilmişdir. Toponimi kaftarlı nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. İndiki Ermənistanın Torpaq Komitəsinin 1924-cü il qərarı ilə kəndin adı dəyişişdirilib Panik qoyulmuşdur. == Əhalisi == XIX əsrin əvvəllərinə kimi burada yalnız azərbaycanlılar yaşamışdır.
Astanlı
Astanlı (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. Astanlı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Aşağı Astanlı — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Yuxarı Astanlı — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Baftalı
Baftalı — Azərbaycanın qədim xalq rəqslərindən biri. Qədimdə saray xanımlarının geyindikləri bahalı parçalar, qadın geyimlərinin yaxalıqları, məhz, qızılı-ipək bafta ilə bəzədilərdi. Rəqsin melodiyasını Üzeyir Hacıbəyli özünün "Arşın mal alan" musiqili komediyasında istifadə etmişdir. Burada Əsgərin evlənmək istədiyini öyrənən Cahan xalanın; sözləri ilə oxuduğu mahnı bu rəqsin musiqisi ilə səsləndirilmişdir.
Kafarlı
Kafarlı — Azərbaycan Respublikasının Bərdə rayonunun Mirzəxan Qaraqoyunlu kənd inzibati ərazi dairəsində kənd.
Katınlı
Katınlı-i Süfla (Xoy)
Kotanlı
Kotanlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 20 km şimal-şərqdə, Arpaçayın sağ qolu olan Kotanlıçayın sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Kotanı kimi, Qafqazın 5 verstlik xəritəsində Kotanlı, erməni dilində Kyotanlu formasında qeyd edilmişdir. Kotanlı kəndi kənddən 1 km aralıda tarixən mövcud olmuş və Kuteni (Kotanlı) adlandırılmış kəndin yaxınlığında salınmışdır. == Toponimi == Toponim qıpçaq türk tayfasından olan kotan etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə əmələ gəlib "kotan tayfasına mənsub yaşayış yeri" mənasını bildirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kəndin adı 1924-cü ildə dəyişdirilib Qarmraşen (Qırmızıkənd) qoyulmuşdur. 1949-cu ildə kəndin əhalisi Azərbaycana köçürüldükdən sonra kənd dağılmışdır. Azərbaycanda və Ermənistanda türkmənşəli bir sıra toponimlərdə "Kotan" sözü əsas е’tibarilə iki mə’nadadır: Qıpçaqların mənbələrdə qeyd olunmuş Kotyan tayfasının adını əks etdirir.
Şaftalı
Adi şaftalı (lat. Prunus persica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Mərkəzi və Şimali Çində geniş yayılmışdır. Adi şaftalı ağacının hünd. 8 m-dək olur. Yarpaqları növbəli düzülür, çiçəkləri ikicinsiyyətli, meyvəsi çəyirdəkdir. Kütləsi 20-600 q olur. Adi şaftalı dağlıq rayonlarda becərilir. Meyvəsində 80-90% su, 6-14% şəkər, 0,5-1,2% pektin maddəsi, 0,08-1,02% üzvi turşu (əsasən, alma turşusu), 9,4-20 mq % C vitamini, 0,6-1 mq % karotin var. Azərbaycanda bir neçə sortu yetişdirilir.
Kaftan
Kaftan — uzunətəkli, qollu geyim növü. Qədim türklərin dünya geyim mədəniyyəti tarixinə bəxş etdiyi mühüm töhfələrdən olub və bir sıra xalqlara da onlardan keçmişdir. == Tarixi == Kaftan türk sözü olub qazax dilindəki kapatan sözündən gəlir. Belinə qədər kəmərli və düyməli nümunələr də var. Ərəb mənbələrində “burde”,“şəmlə”,“hamisə”,“nəmirə”,“əba”,sözləri ilə ifadə edilir. Köhnə və Yeni Əhdi-Cədiddə kaftan müxtəlif hallarda xatırlanır. Əhdi-ətiqə görə, Allah Adəm və Həvvaya dəri paltar geydirdi, Əyyub peyğəmbərin övladları vəfat edəndə və malı dağıdıldığında, paltarını cıraraq, ona təsəlli verməyə gələn üç dostu paltarlarını cırıb yeddi gün yeddi gecə danışmadan onunla birlikdə oldular. Üzərində hökmdarın adı və ya şüarı olan, sənətkarlıq tikmələri ilə bəzədilmiş və xüsusilə zolaqlı haşiyələrlə bəzədilmiş kaftanların (tirazın) hökmdar tərəfindən kiməsə əvəzsiz hədiyyə edilməsinə “kaftan/hil taxmaq” deyilir. == Peyğəmbər dövründə istifadəsi == Cümə və bayram namazlarında qırmızı kaftan geyən Hz.Peyğəmbərin kaftanları arasında qalın kənarları olan Nəcran toxuması, dar qollu Şam işi və müxtəlif rənglərdə Yəmən istehsalı olanlardan əlavə, bir qadının şəxsən toxunduğu və hədiyyə etdiyi kaftan da var idi. Hz.
Xalid Kamranlı
Xaltanlı Tağı
Xaltanlı Tağı (1776, Xaltan, Quba rayonu – 1890, Xaltan, Quba rayonu) — XIX əsr aşıqlarındandır, Şirvan məktəbinin qurucusudur. 1776-cı ildə Qubanın Xaltan kəndində anadan olmuş, ömrünün sonuna qədər bu kənddə yaşamışdır. Tat olmuşdur. Bir çox ölkələri gəzib-dolaşmış, orada çoxlu aşıqlarla deyişmişdir. Aşıq şerinin əllidən artıq növündə şeirlər yazmışdır. Həm Azərbaycan, həm də tat dillərində yazıb-yaratmışdır. Quba, Şamaxı tərəflərdə məşhur olmuş, bir müddət Dağıstanda da yaşamışdır. Onun Dağıstana getdiyi illər Şeyx Şamil hərəkatı dövrünə düşmüşdür. Deyilənə görə, əsgərlər onu tutub Şamilin yanına gətirmiş, söhbət zamanı onun el sənətkarı olduğu aydınlaşmışdır. Tağıya burada, əsgərlərlə qalması təklif olunmuş, o isə aşığın el arasında olmasını söyləmiş və sərbəst bura xılmasını xahiş etmişdir.
Adi şaftalı
Adi şaftalı (lat. Prunus persica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Mərkəzi və Şimali Çində geniş yayılmışdır. == Botaniki təsviri == Adi şaftalı ağacının hünd. 8 m-dək olur. Yarpaqları növbəli düzülür, çiçəkləri ikicinsiyyətli, meyvəsi çəyirdəkdir. Kütləsi 20-600 q olur. Adi şaftalı dağlıq rayonlarda becərilir. Meyvəsində 80-90% su, 6-14% şəkər, 0,5-1,2% pektin maddəsi, 0,08-1,02% üzvi turşu (əsasən, alma turşusu), 9,4-20 mq % C vitamini, 0,6-1 mq % karotin var. == Ekologiyası == == Azərbaycanda yayılması == Azərbaycanda bir neçə sortu yetişdirilir.
Astanlı (Cəlilabad)
Astanlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Astanlı kənd inzibati ərazi dairəsində kənd. 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Zopun, Cəfərli, Çünəxanlı, Həsənli və Məşədi Hüseynli kəndləri Astanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Zopun kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir. == Tarixi == Əsası 19-cu əsrdə Astan tərəfindən Astanlıbazarda(Cəlilabadda) yaradılmışdır.[mənbə göstərin] == Toponimikası == Həmşirə çayı sahilində, Burovar silsiləsinin ətəyindədir. XIX əsrin axırlarında kəndin əsasını Musabəyli kəndindən çıxmış astanlı nəsli qoymuşdur. Kənd həmin nəslin adı ilə adlanmışdır. 1933-cü ildə r-nda Astanabad adlı başqa bir kənd də qeydə alınmışdır. Yardımlı rayonunda yerləşən Aşağı və Yuxarı Astanlı kəndlərilə əlaqəlidir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 569 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Astanlı (Neftçala)
Astanlı — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 965 nəfərdir (2009).[mənbə göstərin] == Tarixi == Neftçala rayonunun Aşağı Qaramanlı inzibati ərazi vahidində kənd. Kür çayının sahilində, düzənlikdədir. Mənbələrin verdiyi məlumata görə, kənd keçmışdə Xançobanlı, Əli Sultanlı da adlanmışdır. Əli Sultan xancobam tayfasına mənsub aslanlı tirəsinin başçısının adıdır. Tədqiqatçılar bu oykonimləri dialekt variantında rəsmiləşdirilmiş (astanlı) aslanlı etnonimi ilə əlaqələndirirlər. Astan sözünu toponimistlər cox vaxt Şəxs adı hesab edirlər. Əslində bu oykonimlərdəki astan komponenti Azərbaycan xalq dilində "çay yatağında sualtı Hündürlüyüdur yer, sualtı donqar" mənasında işlənir. Çay kənarında yerləşən hər iki obyektin coğrafi movqeyi sözün mənasına uyğundur. As sözünun də bir cox türk dillərində "çay, böyük çay, böyük çay qolu" mənalarında işlənməsi məlumdur.
Astanlı bələdiyyəsi
Cəlilabad bələdiyyələri — Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Aşağı Astanlı
Aşağı Astanlı — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Aşağı Astanlı Yardımlı rayonunun Astanlı inzibati ərazi vahidində kənd. Bolqar çayından bir qədər aralı, Buravar silsiləsinin ətəyindədir. Keçmiş adı Astanlı olmuşdur. Oykonimin birinci komponenti kəndin coğrafi mövqeyini bildirməklə yanaşı, onu eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirməyə xidmət edir. "Astanlı kəndinin Aşağı hissəsi" deməkdir.
Yuxarı Astanlı
Yuxarı Astanlı — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Kənd Aşağı Astanlı, və Çanaxbulaqla qonşudur. Kəndin yerləşdiyi ərazi qədim yaşayış məskənlərindəndir. Meşənin ətəyində səfalı yerdə yerləşmişdir. Yeganə içməli su mənbəyi dağ bulaqlarıdır. Əhalinin əsas gəlir mənbəyi əkinçilik və təsərrüfatdır. Kənd rayon mərkəzindən təxminən 28 km məsafədədir.
İqbal Astanlı
Şaftalı mənənəsi
Şaftalı mənənəsi (lat. Myzodes persicae Sulz.) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin mənənələr fəsiləsinə aid olan növ. Köçəri mənənədir. İri, bozumtul-qonur rəngdədir. Arxasında uzununa qara ziyil cərgəsi vardır. Zərərverici şaftalı, badam, ərik və alça ağaclarının gövdə qabıqlarında və budaqların aşağı səthlərində çoxlu sayda topalarla yaşayırlar. Sürfələrin inkişafı martın sonu və aprelin birinci ongünlüyündə havanın orta günlük temperaturu 15-16o C olduqda başa çatır. Onların yaşlı fərdlər mərhələsinə keçməsi üçün 16-30 gün tələb olunur. İlk diri doğan qanadlı dişilər may ayında inkişaf edərək, yay fəsli müddətində artırlar. Onlara sentyabrın sonu və hətta oktyabrın əvvəllərində də rast gəlmək olur.
Şaftalı povidlosu
Şaftalı yastıcası
Katınlı-i Süfla (Xoy)
Katınlı-i Süfla (fars. كتن لوي سفلي‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 26 nəfər yaşayır (4 ailə).
Katınlı-i Ülya (Xoy)
Katınlı-i Ülya (fars. كتن لوي عليا‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 44 nəfər yaşayır (10 ailə).
Kaştanki adası
Kaştanki — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. == Yerləşməsi == Şimal Torpağı arxipelaqına daxil olan Oktyabr İnqilabı adasından 700 m şimal-şərqdə, Qırmızı Ordu boğazının şərqində yerləşir. Ada qərbdən şərqə 2,4 km məsafədə uzanır. Eni 500 m təşkil edir. Adada maksimal hündürlük 8 metrdir. Buzdan tam azad ola bilir. Burada çay və göl yoxdur.
Qırmızı baftalı söyüd sovkası
Naftali Benet
Naftali Benet (ivr. ‏נַפְתָּלִי בֶּנֶט‏‎; 25 mart 1972, Hayfa) — İsrailin 13-cü Baş naziri. 2013–2019-cu illərdə İsrailin diaspor işləri naziri, 2019–2020-ci illərdə İsrailin müdafiə naziri vəzifələrində çalışmışdır. 2012–2018-ci illər arasında Yəhudi Evi partiyasına, 2018-ci ildən Yeni Sağ Partiyasına rəhbərlik edir. ABŞ-dən olan mühacirlərin oğlu olan Benet, İsrail Müdafiə Qüvvələrinin Sayeret Matkal və Maglan xüsusi təyinatlı hissələrində xidmət etmiş, bir çox döyüş əməliyyatına rəhbərlik etmiş və sonradan bir proqram təşəbbüskarı olmuşdur. 1999-cu ildə ABŞ anti-fırıldaqçılıq şirkəti olan Cyota şirkətini qurdu və onlayn bank fırıldaqçılığı, e-ticarət fırıldaqçılığı və fişinqə yönəldi. Şirkət 2005-ci ildə 145 milyon dollara satıldı. 2013-cü ildə 100–130 milyon dollara satılan İsrail bulud hesablama xidməti olan Soluto-nun icraçı direktoru vəzifəsində çalışıb. Siyasətə 2006-cı ildə girdi, 2008-ci ilə qədər Benyamin Netanyahunun Baş Katibi vəzifəsini icra etdi. 2011-ci ildə Ayelet Shaked ilə birlikdə "Mənim İsrailim" parlamentdən kənar hərəkatını qurdu.
Naftali Herts İmber
Naftali Herts İmber və ya Naftali Zvi İmber (ivr. ‏נפתלי הרץ אימבר‏‎, id. נפתלי הערץ אימבער, ukr. Нафталі Герць Імбер; 27 dekabr 1856 – 8 oktyabr 1909, Manhetten, Nyu-York ştatı) — İsrailin rəsmi dövlət himni olan Hatikvanın sözlərini yazan ukrayna yəhudisi sionist şair. Naftali 1856-cı ildə Avstriya imperiyasının Qalisiya bölgəsinin Zlokjov şəhərində (Ukraynanın indiki Zoloçiv şəhərində) anadan olmuşdur. 10 yaşından şeir yazmağa başlayan Naftali Bukovina bölgəsinin imperiyaya qatılmasının 100 illiyi münasibətilə yazdığı şeirinə imparator Frans Jozef tərəfindən mükafatlandırılmışdır. Gəncliyində Macarıstan, Serbiya və Rumıniya kimi ölkələri ziyarət etmişdir. 1882-ci ildə məşhur ingilis yazıçısı Lorens Olifantın katibi kim Fələstinə köçmüşdür. Yerusəlimdə ilk genişhəcmli əsəri olan "Səhər ulduzu"nu (ivr. ‏ברקאי‏‎, Barkay) nəşr olunmuşdur.