Kaftarlı - İrəvan quberniyasının Aleksandropol qəzasında. indiki Artik rayonunda kənd.[2]
kənd | |
Kaftarlı | |
---|---|
40°39′23″ şm. e. 43°56′11″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | [[Şörəyel mahalı]] |
Rayon | [[Ərtik rayonu]] |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.700 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon mərkəzindən 6 km məsafədə yerləşir. 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə[3], Qafqazın 5 verstlık xəritəsində[4] qeyd edilmişdir.
Toponimi kaftarlı nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir.
İndiki Ermənistanın Torpaq Komitəsinin 1924-cü il qərarı ilə kəndin adı dəyişişdirilib Panik qoyulmuşdur.
XIX əsrin əvvəllərinə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. 1800-1810-cu illərdə azərbaycanlılar kənddən sıxışdırılıb çıxarılmışdır. 1810-cu ildə Türkiyənin Alaşgert bölgəsindən köçürülən ermənilər burada yerləşdirilmişdir[5].