Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Armud
Armud (lat. Pyrus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Armud ağ çiçəkli bir ağacın yumşaq, sulu və şirin meyvəsidir. Armud sarı-yaşıl arası rənglərdə, lifli, həzmi asan və mineral baxımından olduqca zəngin bir meyvədir. Vətəni Çindir. Hündürlüyü 30 m-ədək, yarpağı tökülən ağac və ya koldur; budaqları bəzən tikanlı olur. Kökü milşəkillidir; torpağın dərinliklərinə gedir. Gövdəsi və budaqları boz və ya qəhvəyi qabıqla örtülüdür. Zoğları çılpaq, bəzən tükcüklüdür. Yarpaqları sadə, bəzi hallarda dilimli, yaxud lələkvarı yarılmış olur.
Adi armud
Adi armud (lat. Pyrus communis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Təbabətdə == Aşağıda qeyd edilən 2 növ armudun təbabətdə istifadə edilməsi barədə məlumat verilir. Adi armud və ya mədəni armud və Qafqaz armudu. Armud. Onun hündürlüyü 20 – 30 m-ə qədər olan ağac bitkisidir. Meyvəsinin qabığının qırmızı, qəhvəyi, qızılı rəngdə olması ilə başqa növlərindən fərqlənir. O, Azərbaycanın bir çox rayonlarında geniş becərilir. Qafqaz armudu. Bu çətiri budaqlı ağacdır.
Armud saturniyası
Armud saturniyası (lat. Satyrnia pyri) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin haflar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Armud saturniyası kəpənəyi geniş enli qanadlara, tüklü bədənə və qısa qarıncığa malikdirlər. Qanadların hər birinin orta hissəsində gözə bənzər xal (tovuzgözü) vardır. Bığcıqlar erkək fərdlərdə daraqşəkilli, dişi fərdlərdə isə qısadaraqlıdır. Xortum inkişaf etməmişdir. Yetkin tırtıllar açıq yaşıl rəngdə olub, bədənin üzəri (hər buğumda 4 ədəd) açıq göy rəngli ziyilciklərlə əhatə olunmuşdur. Bu ziyilciklərin hər birindən yanlara doğru 6 ədəd qısa tükcüklər (ulduzu xatırladan) və 2 ədəd nisbətən uzun sancaqşəkilli tükcüklər uzanır. == Həyat tərzi == Armud saturniyası park və xiyabanlarda əkilmiş meşə tipli ağaclara, introduksiya edilmiş kol-bəzək bitkilərinə zərər verir. Abşeronda kəpənəklərin uçması may-iyun aylarında (əsasən 9-12 radələrində) baş verir.
Armud sukatı
Armud taxtabitisi
Armud taxtabitisi (lat. Stephanitis pyri F. ) - Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ. == Biologiyası == Bədəninin forması yastı olub, qanadları yarımşəffaf haldadır və tutqun rəngli seyrək damar şəbəkəsi ilə örtülmüşdür. Üst qnadları və ayaqları açıqsarı rəngdədir. Cücünün qabaq döş hissəsində yastı çıxıntılar vardır. Bədəninin uzunluğu 2,5-3 mm-dir. Bu növ yetkin formada tökülmüş yarpaqların altında, ağac qabığında əmələ gələn yarıqlarda, bitki tör-töküntüləri arasında və s. bu kimi yerlərdə qışlayır. Erkən yazda taxtabitilərdə qışlama yerlərindən çıxdıqdan sonra cütləşmə prosesi gedir və mayalanmış dişilər ağacların çiçəklədiyi dövürdə yumurta qoymağa başlayır. Yumurtalar uzunsov və qara rəngli olur.
Gecyetişən armud
Gecyetişən armud (lat. Pyrus pyrifolia), bəzi ölkələrdə Asiya armudu, yapon armudu, Çin armudu, Koreya armudu, Tayvan armudu, alma armudu və s.— bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiyada, Şimali Amerikada, Mərkəzi Asiyada və Çində bitir. == Botaniki təsviri == Hündürlüyü 10–15 m-ə çatan ağacdır. Zoğları çılpaq və ya tükcüklü, bəzən isə keçətükcüklüdür. Yarpaqları uzunsov, yumurtavaridir, 7–12 sm uzunluqda, 4–6 sm enindədir. Kənarları dişlidir və açıq-yaşıl rəngdədir. Yarpaqların hər iki tərəfi əvvəlcə az tükcüklü olub, sonradan çılpaqlaşır. Çiçəkləri 6–9 ədəd olub, qrup halında yerləşmişdir. Meyvəsinin uzunluğu 5–7 sm-ə çatır, kürə formalı, yandan sıxılmış üzəri xallıdır, qonuru-ağımtıl rəngdədir.
Qarışıq armud
Qarışıq armud (lat. Pyrus complexa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Təbii yayılması == Ermənistanda arealı vardır. == Botaniki təsviri == Hündürlüyü 10 m, gövdəsinin diametri 10-12 sm çatan ağacdır. Çətiri şaxələnmiş, bir az sallaqdır. Budaqları iynəli və qonur qabıqlı, cavan budaqları tükcüklü, sonradan təxminən çılpaqdır. Tumurcuqları iri, qonur, qırmızımtıl çalarlı, yumurtavari-konusvaridir.Yarpaqları oval-yumurtavari, uzunluğu 8 sm-dək və eni 4 sm-dək, ucu biz, hər tərəfdən tükcüklüdür. Qalxanı çoxçiçəklidir. Meyvələri yumru, basıq, diametri 2-3 sm olub sarımtıl rəngli, şarşəkillidir. Aprel-may aylarında çiçəkləyir, avqust ayında meyvəsi yetişir.
Sallaq armud
Sallaq armud (lat. Pyrus nutans) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Dərələyəzdə təsvir edilmişdir. Cənubi Qafqazda yayıldığı qeyd olunur. == Botaniki təsviri == Hündürlüyü 10 m-ə çatan ensiz çətirli, budaqlarında qısa və yoğun tikanları olan ağacdır. Gövdəsinin qabığı qırmızımtıl rəngdə olub, seyrək ziyilşəkilli xallıdır. Yarpaqlar dərivari, ellips formalı, uzunsov-yumurtavari və ya neştərvari olub, qaidə hissəsi azacıq pazvaridir. Ayanın kənarı şanavari dişli, üst tərəfi az parlaq, alt tərəfi tutqun, solğun yaşıldır. Çiçəklərinin diametri 3 sm-ə çatır, aprel ayında çiçəkləyir, meyvələri isə noyabr ayında yetişir. Meyvələri tünd-qırmızı rəngdədir, saplağı yoğundur və meyvədən 2 dəfə uzundur.
Söyüdyarpaq armud
Söyüdyarpaq armud (lat. Pyrus salicifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. Qafqaz endemikdir. Regional IUCN Statusu: NT. == Qısa morfoloji təsviri == 10-12 m hündürlüyündə, alçaqgövdəli, tikanlı, dağınıq çətirli ağac və ya koldur. Gövdəsinin qabığı bozumtul, yaşlı budaqlarının qabığı isə qırmızımtıl rəngdə olur. Yarpaqları uzunluğu 6-9 sm və eni 0,5-1 sm olan uzun və ensiz-neştərşəkilli formadan uzunluğu 3-6 sm, eni 1-2 sm olan enli-neştərşəkilli formaya qədər dəyişir. Yarpaqlar demək olar ki, oturaq və ya çox qısa saplaq üzərində yerləşmişdir, tamkənarlı, bəzən qeyri-bərabər və aralı-dişciklidir, orta hissədən yuxarısı daha çox genişlənmiş, gümüşü və ya boz rəngdədir, hörümçək toruna bənzər və ya ipəyəoxşar sıx tüklüdür və qısalmış budaqda dəstə halında toplanmışdır. Çiçəkləri çoxçiçəkli qalxanlarda yerləşir. Meyvələri enli uzunsov və ya yumru olub, 1,5-2 sm uzunluğunda, 1,2-1.8 sm diametrində, yetişdikdə sarımtıl rəng alır, üstü ilk vaxtlar azacıq tükcüklü olur, böyüdükcə tükcüklərdəntəmizlənir və tam çılpaq olur.
İtidişli armud
İtidişli armud (lat. Pyrus acutiserrata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Zaqafqaziyada, Qafqazda yayılmışdır. == Botaniki təsviri == Alçaqboy ağacdır. Cavan budaqları bozumtul-qonur qabıqlı, bəzən nazik iynələrlə qurtarır. Yarpaqları dərili, enli-lansetvari, uzunluğu 5-8 sm, eni 2-3 sm, uzun, pazşəkilli bünövrəli, kənarları iti dişli, ucu vəzicikli, bəzən kənarları bütövdür. Cavan yarpaqların üstü yapışqanlı tükcüklü, alt tərəfi keçəli tükcüklü, meyvəvermə dövründə üstü parlaq, yaşıl, çılpaq, alt tərəfi keçəli olur. Yarpaqları xallı-keçəli, nisbətən çılpaq, saplaqları nazik keçəli, uzunluğuna görə yarpaq ayasının yarısına bərabər və ya ondan qısadır. Tumurcuqları yumurtavari-konusvari, seyrək tükcüklü, pulcuqludur. Çiçəkləri çox xırda, sıx tükcüklü çiçək saplağında yerləşir.
Düşes (armud)
Düşes (fr. duchesse, hərf. hersoginya) — yumşaq, əriyən, şirəli armud desert çeşidləri qrupu. Çeşid ilk dəfə 1845-ci ildə Tuluzada (Fransa) pepinyerist Barter tərəfindən qeyd edilmişdir. Öz-özünə kök salan ağac ilk məhsulunu 1856-cı ildə vermişdir.
Arçud
Arçud Borçalı bölgəsində kənd adı. == Toponimkası == Arçud - Borçalı bölgəsində kənd adı. İrəvan quberniyasının Aleksandropol qəzasında bir azərbaycanlı kəndi də (1988-ci ildə həmin kəndin 700 ailəsi Azərbaycana deportasiya edilmişdir) Arçut adlanırdı. Həmin qəzada Arçut adlı xaraba kənd vardı. Türk dillərində arça (ardıc) ağac adındandır.
Kral Karl Torpağı
Kral Karl Torpağı (norv. Kong Karls Land) — Şpitsbergen arxipelaqına daxil olan yaşayışı olmayan adalar qrupu. Arxipelaq Şimal Buzlu okean akvatoriyasına daxildir. Arxipelaq Norveçin xüsusi mülkiyyətidir. Arxipelaq 5 adadan ibarətdir (Abelyoya, Konqsoya, Şvenskoya, Helqolandeya və Tirpitsoya). Arxipelaqın ümumi sahəsi 332 km²-dir. == Coğrafiya == Şimal-Şərq Torpağı və Ağ adası Nordaust-Svalbard qoruğu ərazisinə daxildir. Adaya yan almaq və onun sahilinə 500 metr yaxınlaşmaq, hava məkanının 500 metrliyinə qədər enmək qəti sürətdə qadağandır. == Tarixi == Kral Karl Torpağı 1617-ci ildə Moskva şirkəti tərəfindən kəşf edilmişdir.
Gürcüstan armudu
Hirkan armudu
Hirkan armudu (lat. Pyrus hyrcana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR A2 abc; C1. Azərbaycanın nadir növüdür. Qafqaz endemikdir. == Qısa morfoloji təsviri == 25 m-ə qədər hündürlüyündə ağacdır. Yarpaqları yumurtavaridir, kənarları xırda, sivridişlidir. Altdan ağ keçətükcüklü, üstdən tükcüksüzdür. Saplağı uzun, nazik, yarpaq ayasının uzunluğuna bərabər, zəriftükcüklüdür. Meyvələri darçını rəngli, basıq, kürəşəkilli olmaqla, birillik zoğlarda tək-tək və ya dəstə halında yerləşir.
Korcinski armudu
Medvedev armudu
Medvedev armudu (lat. Pyrus medvedevii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Təbii yayılması == İran və Ermənistanda (Dərələyəz) arealı vardır. == Botaniki təsviri == Hündürlüyü 12 m, gövdəsinin diametri 12 sm-dək, qabığı boz, yarıqlı ağacdır. Çətiri şarşəkilli, şaxələnmiş budaqlı və çox vaxt ucu sallaqdır. Yaşlı budaqlarının qabığı boz, cavan zoğları sıx ağımtıl tükcüklü, sonralar çılpaqlaşan qırmızı və ya mixəyi rənglidir. Budaqları uzun, iynəli, zoğların qabığı açıq boz, sonradan kərpic rəngli olur. Yarpaqları tərs lansetvarı, 9-11 sm uzunluqda və 3-4 sm enindədir, yuxarı hissədən enliləşmiş, qaidəyə doğru çox dartılmış, üstdən çılpaq və ya zəif tüklü, yaşıl, parıldayan, altdan boz tüklü, tam və dalğalı kənarlıdır. Yarpaq saplaqları 2,5-3 sm uzunluqdadır. Çiçəkləri çoxçiçəkli qalxancıqlarda toplanmışdır.
Meqri armudu
Qrossheym armudu
Qrossheym armudu (lat. Pyrus grossheimii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR A4 cd; C1. Azərbaycanın nadir növüdür. Qafqaz endemikdir. == Qısa morfoloji təsviri == 16 m-ə qədər boyunda ovalvari və ya uzunsov çətirli ağacdır. Yarpaqları yumurtavari və ya ellipsvari, iti dişli, uc tərəfi adətən uzunsov itidir, kənarları xırda dişlidir; 8-10 sm uzunluğunda, 4-5 sm enindədir; üstdən çılpaq və parıldayan, alt hissədən tutqun rənglidir; saplağı nazik, 10 sm-ə qədər uzunluğundadır. Meyvələri xırdadır, eni və uzunu 2-2,5 sm, kürəvari və ya oval-kürəvaridir, çətirşəkilli qalxancığa toplanmışdır; onların saplağı meyvədən 2-3 dəfə uzundur. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Aprel ayında çiçəkləyir. Meyvələri avqust-sentyabr aylarında yetişir.
Radde armudu
Radde armudu (lat. Pyrus raddeana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Təbii yayılması == Ermənistanda Zəngəzur dağında, palıd meşələrində bitir. == Botaniki təsviri == Hündürlüyü 1-2 m olan alçaq gövdəli kolşəkilli ağacdır. Ağacın cavan budaqları həm tükcüklü, həm də çılpaqdır. Şarabənzər çətri vardır. Gövdə və budaqlarının qabığı hamar olub, bozumtul rənglidir. Yarpaqları lansetvari-ellipsvari, altdan keçəli tükcükülü, sonradan çılpaq, yarpağın mərkəzində daha enli, uzunluğu 8 sm-dək və eni 4 sm-dəkdir. Aprel ayının əvvəllərində çiçəkləyir, iyul-avqust aylarında meyvəsi yetişir. == Ekologiyası == Aşağı dağ qurşağında (600-850 m) əhəngli, quru, daşlı yerlərdə rast gəlinir.
Suriya armudu
Suriya armudu (lat. Pyrus syriaca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Təbii yayılması == Kiçik Asiyanın şərq hissəsi, Suriya, İsraildə yabanı halda bitir. == Botaniki təsviri == Suriya armudu orta ölçülü, qonur qabıqlı və ensiz çətirli ağacdır. Yarpaqları üstdən yaşıl, alt tərəfi açıq yaşıl, uzunsov-yumurtavari, yumru-rombvari və ya lansetvari-ellipsvari, uzunluğu 3-9 sm, eni 2-3 sm, yarpağın ucu küttəhər və ya bizdir. Mart və apreldə ağac ağ çiçəklərlə çiçəkləyir. Çiçəkləri diametri 3 sm-dək olan qalxana yığılmışdır. Sentyabr və oktyabrda meyvələri yetişir. Meyvələri şarşəkilli və ya bir az armudşəkilli, diametri 2sm-dək, qonurdur. Meyvəsi yeməlidir.
Taxtacan armudu
Taxtacan armudu (lat. Pyrus takhtadzhianii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni cənubi Ermənistandır. == Botaniki təsviri == Boz qabıqlı ağacdır. Budaqları əsasən iynəsiz yarpaqları yumurtavari və ya yumru-rombvari, uzunluğu 5 sm-də və eni 3 sm-dəkdir. Meyvələri iri, uzunluğu 5 sm-dək, armudvari, qonurdur. == Ekologiyası == Quraqlığa, tüstü və qaza davamlıdır, torpağa tələbkar deyil, duzluluğa dözür, quru qayalı yamaclarda təsadüf edilir. == Azərbaycanda yayılması == Naxçıvan MR-da təbii halda rast gəlinir. == İstifadəsi == Çiçəkləmə və meyvə əmələ gətirmə dövründə dekorativ görünüşünə görə tək qrup əkinlərində istifadəsi məqsədyönlüdür. Meyvəsindən qida da, kompot cem, mürəbbə hazırlanır, müxtəlif xəstəliklərin müalicəsində istifadı olunur.
Türkmən armudu
Türkmən armudu (lat. Pyrus turcomanica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Təbii yayılması == Kopetdağ meşələri və ona yaxın rayonlarda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15 m çatan, iynəsiz, şaxələnmiş çətirli ağacdır. Tumurcuqları və zoğları əvvəlcə tükcüklüdür, sonradan təxminən çılpqdır. Zoğların qabığı ucunda kərpicvari-qonur, digər hissələrdə bozumtuldur. Yarpaqları enli-ellipsvari və ya təxminən yumru, uzunluğu 7 sm-dək və eni 5 sm-dək, əvvəlcə tükcüklərinə görə gümşü, sonradan çılpaq və yaşıl, parlaqdır. Apreldə çiçəkləyir. Meyvələri qalın qabıqlı, şirin, dadı qatranlı, yüksək miqdarda bərk hüceyrəli, armudvari, eni 2,5 sm-dək və uzunluğu 2 sm-dəkdir. == Ekologiyası == İşıqlı enliyarpaqlı meşələrdə, daşlı-qayalı quru yamaclarda açıq sahələrdə, dağ çaylarının başlanğıcında, dəniz səviyyəsindən 1800–2000 m yüksəkliklərdə rast gəlinir.
Voronov armudu
Voronov armudu (lat. Pyrus voronovii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Təbii yayılması == Ermənistanın Meğri rayonunda Taştun, Liçk, Arevik kəndləri ərazisində arealı vardır. == Botaniki təsviri == Hündürlüyü 9 m, şarşəkilli sıx çətirli ağacdır. Bitkinin tac hissəsi yumru olub, gövdəsi hamardır.Gövdələrdə qabığı bozumtul, çoxsaylı yarıqdır. Budaqları iynəli və qonur-boz qabıqlı, cavan zoğları parlaq, qonur-al qırmızı rənglidir. Tumurcuqları iri deyil, konusvaridir. Yarpaqları yumru-rombvari, orta hissədə daha enli, uzunluğu 7,5 sm-dək, eni 4,5 sm-dək, üstü parlaq, alt tərəfi tutqundur. Qalxanları az çiçəklidir. Meyvələri iri deyil, uzunluğu 2,5 sm-dək, yaşılımtıl, bəzən qırmızılıdır.
Vsevolod armudu
Vsevolod armudu (lat. Pyrus vsevolodii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. Qafqaz endemikdir. Regional IUCN Statusu: VU D1. == Qısa morfoloji təsviri == 7-8 m-ə qədər boyunda alçaq gövdəli ağacdır. Gövdəsinin qabığı tünd-boz rəngdədir. Yarpaqları uzunsov və ya ellipsvari, lanset formalı, kənarlardan tamdır, xırda tükcüklüdür. Saplağı nazik və çılpaq olub, yarpaqdan yarım dəfə qısadır. Meyvələri yumru və xırda, meyvə saplağı meyvədən 1-2 dəfə uzun olub, tükcüklüdür.
Kral Artur
Kral Artur — orta əsr tarixşünaslığına və romanslarına görə V əsrin sonu — VI əsrin əvvəllərində sakson işğalçılarına qarşı Britaniyanın müdafiəsini təşkil etmiş əfsanəvi britaniyalı lider. Arturun hekayəsinin çox hissəsi "folklor və ədəbiyyat ixtirasından" ibarətdir, Arturun tarixən mövcud olub-olmaması şübhəli məsələdir və müasir dövr tarixçiləri üçün müzakirə mənbəyidir. Artur hekayəsi müxtəlif mənbələrdən — "Annales Cambriae", "Historia Brittonum" və britaniyalı keşiş Qildanın yazılarından toplanmışdır. Arturun adı həmçinin "Y Gododdin" kimi erkən dövr bədii mənbələrdə çəkilir, . == Həmçinin bax == Aqraveyn == İstinadlar == == Ədəbiyyat == Higham, N. J. (2002), King Arthur, Myth-Making and History, London: Routledge, ISBN 978-0-415-21305-9. Charles-Edwards, Thomas M. (1991), "The Arthur of History", in Bromwich, Rachel; Jarman, A. O. H.; Roberts, Brynley F., The Arthur of the Welsh, Cardiff: University of Wales Press, pp. 15–32, ISBN 978-0-7083-1107-3. Sims-Williams, Patrick (1991), "The Early Welsh Arthurian Poems", in Bromwich, Rachel; Jarman, A. O. H.; Roberts, Brynley F., The Arthur of the Welsh, Cardiff: University of Wales Press, pp. 33–71, ISBN 978-0-7083-1107-3. Neubecker, Ottfried (1998–2002), Wappenkunde (in German), Munich: Orbis Verlag, p.
Kral Artur (film, 2004)
Kral Artur (ing. King Arthur) — Kral Arturun və dairəvi stol cəngavərlərinin həyatından bəhs edən tarixi film. == Məzmun == Film əfsanəvi-tarixi şəxsiyyət haqqındadır. Bu ekran əsərində Kral Arturun hakimiyyəti dövründə baş vermiş siyasi hadisələr və tarixi faktlara daha çox diqqət ayrılmışdır. Böyük Roma İmperiyasının süqutundan sonra Britaniyada baş verən tarixi hadisələr, məşhur əfsanəvi cəngavər kral Arturun fəaliyyəti canlandırılmışdır. == Film haqqında == Filmdəki hadisələr 467-ci ildə cərəyan edir. Bu zaman Britaniyada artıq Roma legionları yox idi və ölkə xırda mülklərə parçalanmışdı. Prodüserlər filmin rejissoru qismində Maykl Beyi görmək istəyirdilər. Ancaq sonuncu 5 il çəkdiyi əziyyətlərdən sonra filmin bu janr üçün nisbətən kiçik büdcəsinin olması səbəbilə layihəni tərk etmişdi. Çəkilişlər üçün 300-dən çox qılınc, 700 nizə və 300 döyüş toppuzu hazırlanmışdı.
Kan kan
Kan kan (fr. cancan) — yüksək enerjili, fiziki cəhətdən tələbkar rəqs. 1840-cı illərdə məşhur musiqi-zal rəqsi olmuş, bu günə qədər fransız kabaresində populyarlığını davam etdirir. Əvvəlcə cütlər tərəfindən rəqs edilirdi, indi ənənəvi olaraq qadın rəqqasların xor xətti ilə əlaqələndirilir. Rəqsin əsas xüsusiyyətləri yüksək ayaq hərəkətləri, şpaqat ilə birlikdə ətəklərin güclü manipulyasiyasıdır.