ARMATURLU
ARMUDABƏNZƏR
OBASTAN VİKİ
Gecyetişən armud
Gecyetişən armud (lat. Pyrus pyrifolia), bəzi ölkələrdə Asiya armudu, yapon armudu, Çin armudu, Koreya armudu, Tayvan armudu, alma armudu və s.— bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. Yaponiyada, Şimali Amerikada, Mərkəzi Asiyada və Çində bitir. Hündürlüyü 10-15 m-ə çatan ağacdır. Zoğları çılpaq və ya tükcüklü, bəzən isə keçətükcüklüdür. Yarpaqları uzunsov, yumurtavaridir, 7-12 sm uzunluqda, 4-6 sm enindədir. Kənarları dişlidir və açıq-yaşıl rəngdədir. Yarpaqların hər iki tərəfi əvvəlcə az tükcüklü olub, sonradan çılpaqlaşır. Çiçəkləri 6-9 ədəd olub, qrup halında yerləşmişdir. Meyvəsinin uzunluğu 5-7 sm-ə çatır, kürə formalı, yandan sıxılmış üzəri xallıdır, qonuru-ağımtıl rəngdədir.
Qarışıq armud
Qarışıq armud (lat. Pyrus complexa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. Ermənistanda arealı vardır. Hündürlüyü 10 m, gövdəsinin diametri 10-12 sm çatan ağacdır. Çətiri şaxələnmiş, bir az sallaqdır. Budaqları iynəli və qonur qabıqlı, cavan budaqları tükcüklü, sonradan təxminən çılpaqdır. Tumurcuqları iri, qonur, qırmızımtıl çalarlı, yumurtavari-konusvaridir.Yarpaqları oval-yumurtavari, uzunluğu 8 sm-dək və eni 4 sm-dək, ucu biz, hər tərəfdən tükcüklüdür. Qalxanı çoxçiçəklidir. Meyvələri yumru, basıq, diametri 2-3 sm olub sarımtıl rəngli, şarşəkillidir. Aprel-may aylarında çiçəkləyir, avqust ayında meyvəsi yetişir.
Sallaq armud
Sallaq armud (lat. Pyrus nutans) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. İlk dəfə Dərələyəzdə təsvir edilmişdir. Cənubi Qafqazda yayıldığı qeyd olunur. Hündürlüyü 10 m-ə çatan ensiz çətirli, budaqlarında qısa və yoğun tikanları olan ağacdır. Gövdəsinin qabığı qırmızımtıl rəngdə olub, seyrək ziyilşəkilli xallıdır. Yarpaqlar dərivari, ellips formalı, uzunsov-yumurtavari və ya neştərvari olub, qaidə hissəsi azacıq pazvaridir. Ayanın kənarı şanavari dişli, üst tərəfi az parlaq, alt tərəfi tutqun, solğun yaşıldır. Çiçəklərinin diametri 3 sm-ə çatır, aprel ayında çiçəkləyir, meyvələri isə noyabr ayında yetişir. Meyvələri tünd-qırmızı rəngdədir, saplağı yoğundur və meyvədən 2 dəfə uzundur.
Söyüdyarpaq armud
Söyüdyarpaq armud (lat. Pyrus salicifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. Qafqaz endemikdir. Regional IUCN Statusu: NT. 10-12 m hündürlüyündə, alçaqgövdəli, tikanlı, dağınıq çətirli ağac və ya koldur. Gövdəsinin qabığı bozumtul, yaşlı budaqlarının qabığı isə qırmızımtıl rəngdə olur. Yarpaqları uzunluğu 6-9 sm və eni 0,5-1 sm olan uzun və ensiz-neştərşəkilli formadan uzunluğu 3-6 sm, eni 1-2 sm olan enli-neştərşəkilli formaya qədər dəyişir. Yarpaqlar demək olar ki, oturaq və ya çox qısa saplaq üzərində yerləşmişdir, tamkənarlı, bəzən qeyri-bərabər və aralı-dişciklidir, orta hissədən yuxarısı daha çox genişlənmiş, gümüşü və ya boz rəngdədir, hörümçək toruna bənzər və ya ipəyəoxşar sıx tüklüdür və qısalmış budaqda dəstə halında toplanmışdır. Çiçəkləri çoxçiçəkli qalxanlarda yerləşir. Meyvələri enli uzunsov və ya yumru olub, 1,5-2 sm uzunluğunda, 1,2-1.8 sm diametrində, yetişdikdə sarımtıl rəng alır, üstü ilk vaxtlar azacıq tükcüklü olur, böyüdükcə tükcüklərdəntəmizlənir və tam çılpaq olur.
İtidişli armud
İtidişli armud (lat. Pyrus acutiserrata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. Cənubi Zaqafqaziyada, Qafqazda yayılmışdır. Alçaqboy ağacdır. Cavan budaqları bozumtul-qonur qabıqlı, bəzən nazik iynələrlə qurtarır. Yarpaqları dərili, enli-lansetvari, uzunluğu 5-8 sm, eni 2-3 sm, uzun, pazşəkilli bünövrəli, kənarları iti dişli, ucu vəzicikli, bəzən kənarları bütövdür. Cavan yarpaqların üstü yapışqanlı tükcüklü, alt tərəfi keçəli tükcüklü, meyvəvermə dövründə üstü parlaq, yaşıl, çılpaq, alt tərəfi keçəli olur. Yarpaqları xallı-keçəli, nisbətən çılpaq, saplaqları nazik keçəli, uzunluğuna görə yarpaq ayasının yarısına bərabər və ya ondan qısadır. Tumurcuqları yumurtavari-konusvari, seyrək tükcüklü, pulcuqludur. Çiçəkləri çox xırda, sıx tükcüklü çiçək saplağında yerləşir.
Armud
Armud (lat. Pyrus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Armud ağ çiçəkli bir ağacın yumşaq, sulu və şirin meyvəsidir. Armud sarı-yaşıl arası rənglərdə, lifli, həzmi asan və mineral baxımından olduqca zəngin bir meyvədir. Vətəni Çindir. Hündürlüyü 30 m-ədək, yarpağı tökülən ağac və ya koldur; budaqları bəzən tikanlı olur. Kökü milşəkillidir; torpağın dərinliklərinə gedir. Gövdəsi və budaqları boz və ya qəhvəyi qabıqla örtülüdür. Zoğları çılpaq, bəzən tükcüklüdür. Yarpaqları sadə, bəzi hallarda dilimli, yaxud lələkvarı yarılmış olur.
Adi armud
Adi armud (lat. Pyrus communis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. Aşağıda qeyd edilən 2 növ armudun təbabətdə istifadə edilməsi barədə məlumat verilir. Adi armud və ya mədəni armud və Qafqaz armudu. Armud. Onun hündürlüyü 20 – 30 m-ə qədər olan ağac bitkisidir. Meyvəsinin qabığının qırmızı, qəhvəyi, qızılı rəngdə olması ilə başqa növlərindən fərqlənir. O, Azərbaycanın bir çox rayonlarında geniş becərilir. Qafqaz armudu. Bu çətiri budaqlı ağacdır.
Armud saturniyası
Armud saturniyası (lat. Satyrnia pyri) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin haflar fəsiləsinə aid olan növ. Armud saturniyası kəpənəyi geniş enli qanadlara, tüklü bədənə və qısa qarıncığa malikdirlər. Qanadların hər birinin orta hissəsində gözə bənzər xal (tovuzgözü) vardır. Bığcıqlar erkək fərdlərdə daraqşəkilli, dişi fərdlərdə isə qısadaraqlıdır. Xortum inkişaf etməmişdir. Yetkin tırtıllar açıq yaşıl rəngdə olub, bədənin üzəri (hər buğumda 4 ədəd) açıq göy rəngli ziyilciklərlə əhatə olunmuşdur. Bu ziyilciklərin hər birindən yanlara doğru 6 ədəd qısa tükcüklər (ulduzu xatırladan) və 2 ədəd nisbətən uzun sancaqşəkilli tükcüklər uzanır. Armud saturniyası park və xiyabanlarda əkilmiş meşə tipli ağaclara, introduksiya edilmiş kol-bəzək bitkilərinə zərər verir. Abşeronda kəpənəklərin uçması may-iyun aylarında (əsasən 9-12 radələrində) baş verir.
Armud sukatı
Armud sukatı - Armud dilimlərindən hazırlanmış quru mürəbbə Tərkibinə armud, şəkər tozu, vanil daxildir. Armud sukatından tort, pirojna, keks və digər şirniyyat məmulatlarını bəzəmək və içlik hazırlamaq, eləcə də çay süfrəsində istifadə olunur. Sukat Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Armud taxtabitisi
Armud taxtabitisi (lat. Stephanitis pyri F. ) - Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ. Bədəninin forması yastı olub, qanadları yarımşəffaf haldadır və tutqun rəngli seyrək damar şəbəkəsi ilə örtülmüşdür. Üst qnadları və ayaqları açıqsarı rəngdədir. Cücünün qabaq döş hissəsində yastı çıxıntılar vardır. Bədəninin uzunluğu 2,5-3 mm-dir. Bu növ yetkin formada tökülmüş yarpaqların altında, ağac qabığında əmələ gələn yarıqlarda, bitki tör-töküntüləri arasında və s. bu kimi yerlərdə qışlayır. Erkən yazda taxtabitilərdə qışlama yerlərindən çıxdıqdan sonra cütləşmə prosesi gedir və mayalanmış dişilər ağacların çiçəklədiyi dövürdə yumurta qoymağa başlayır. Yumurtalar uzunsov və qara rəngli olur.
Buassye armudu
Buasye armudu (lat. Pyrus boissieriana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. 5m-ə qədər hündürlüyündə ağac və ya koldur. Yarpaqları dairəvi-yumurtavari və ya ovalşəkillidir, küt, itidişli, 2-3 sm uzunluğunda və enindədir. Üstdən tükcüksüz, parlaq, yaşıl, quruyan zaman qaralan, alt hissədən damarlar boyu seyrək tükcüklüdür; saplağı nazikdir. Çiçəkləri xırda şüalı, qalxanvari çiçək qrupunda yerləşəndir. Meyvələri xırdadır, 1-1,5 sm diametrindədir; kürəvari və ya nisbətən yastı, xırda, sarımtıl, vəzilidir, parıldayan, qırmızımtıldır; meyvə saplağı nazik, meyvədən 2-3 dəfə böyükdür. Aprel ayında çiçəkləyir. Meyvələri avqustda yetişir. Tozlanması — entomofildir.
Buasye armudu
Buasye armudu (lat. Pyrus boissieriana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. 5m-ə qədər hündürlüyündə ağac və ya koldur. Yarpaqları dairəvi-yumurtavari və ya ovalşəkillidir, küt, itidişli, 2-3 sm uzunluğunda və enindədir. Üstdən tükcüksüz, parlaq, yaşıl, quruyan zaman qaralan, alt hissədən damarlar boyu seyrək tükcüklüdür; saplağı nazikdir. Çiçəkləri xırda şüalı, qalxanvari çiçək qrupunda yerləşəndir. Meyvələri xırdadır, 1-1,5 sm diametrindədir; kürəvari və ya nisbətən yastı, xırda, sarımtıl, vəzilidir, parıldayan, qırmızımtıldır; meyvə saplağı nazik, meyvədən 2-3 dəfə böyükdür. Aprel ayında çiçəkləyir. Meyvələri avqustda yetişir. Tozlanması — entomofildir.
Dmitri armudu
Dmitri armudu (lat. Pyrus demetrii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. Mərkəzi Zaqafqaziyada yayılmışdır. Hündürlüyü 5 m-dək, şarşəkilli çətirli və boz qabıqlı kiçik ağacdır. Zoğları uzun, iti iynəlidir. Meyvələri hamar-şarşəkilli, çılpaq, qonur, tək, qalın meyvə saplaqlarında yerləşir. İşıqlı qarışıq meşələrdə, daşlı-qayalı quru yamaclarda, aşağı və orta dağ qurşaqlarında, çay vadilərində rast gəlinir. Soyuğa quraqlığa, küləyə, işığa davamlıdır. Torpağa tələbkar deyildir. Naxçıvan MR-da yayılmışdır.
Fedorovi armudu
Gürcü armudu
Gürcü armudu (lat. Pyrus georgica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. Gürcüstanda və Ermənistanda (Dərələyəz) arealı vardır. Boyu 9 m-ə çatan ağac və ya koldur. Çətiri kürəvari, qabığı boz, uzununa çatlıdır. Cavan zoğları bozumtul-qonur rəngdədir. Gövdəsi seyrək tikanlıdır. Yarpaqları enli ellipsvari, neştərvari, ucu sivriləşmişdir. Yarpaq ayasının hər iki tərəfi bozumtul sıx tükcüklüdür. Aprel ayında çiçəkləyir, çiçəkləri bir neçə ədəd olmaqla qalxan çiçək qrupunda yerləşir.
Gürcüstan armudu
Hirkan armudu
Hirkan armudu (lat. Pyrus hyrcana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR A2 abc; C1. Azərbaycanın nadir növüdür. Qafqaz endemikdir. 25 m-ə qədər hündürlüyündə ağacdır. Yarpaqları yumurtavaridir, kənarları xırda, sivridişlidir. Altdan ağ keçətükcüklü, üstdən tükcüksüzdür. Saplağı uzun, nazik, yarpaq ayasının uzunluğuna bərabər, zəriftükcüklüdür. Meyvələri darçını rəngli, basıq, kürəşəkilli olmaqla, birillik zoğlarda tək-tək və ya dəstə halında yerləşir.
Korcinski armudu
Medvedev armudu
Medvedev armudu (lat. Pyrus medvedevii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. İran və Ermənistanda (Dərələyəz) arealı vardır. Hündürlüyü 12 m, gövdəsinin diametri 12 sm-dək, qabığı boz, yarıqlı ağacdır. Çətiri şarşəkilli, şaxələnmiş budaqlı və çox vaxt ucu sallaqdır. Yaşlı budaqlarının qabığı boz, cavan zoğları sıx ağımtıl tükcüklü, sonralar çılpaqlaşan qırmızı və ya mixəyi rənglidir. Budaqları uzun, iynəli, zoğların qabığı açıq boz, sonradan kərpic rəngli olur. Yarpaqları tərs lansetvarı, 9-11 sm uzunluqda və 3-4 sm enindədir, yuxarı hissədən enliləşmiş, qaidəyə doğru çox dartılmış, üstdən çılpaq və ya zəif tüklü, yaşıl, parıldayan, altdan boz tüklü, tam və dalğalı kənarlıdır. Yarpaq saplaqları 2,5-3 sm uzunluqdadır. Çiçəkləri çoxçiçəkli qalxancıqlarda toplanmışdır.
Meqri armudu
Qrossheym armudu
Qrossheym armudu (lat. Pyrus grossheimii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR A4 cd; C1. Azərbaycanın nadir növüdür. Qafqaz endemikdir. 16 m-ə qədər boyunda ovalvari və ya uzunsov çətirli ağacdır. Yarpaqları yumurtavari və ya ellipsvari, iti dişli, uc tərəfi adətən uzunsov itidir, kənarları xırda dişlidir; 8-10 sm uzunluğunda, 4-5 sm enindədir; üstdən çılpaq və parıldayan, alt hissədən tutqun rənglidir; saplağı nazik, 10 sm-ə qədər uzunluğundadır. Meyvələri xırdadır, eni və uzunu 2-2,5 sm, kürəvari və ya oval-kürəvaridir, çətirşəkilli qalxancığa toplanmışdır; onların saplağı meyvədən 2-3 dəfə uzundur. Aprel ayında çiçəkləyir. Meyvələri avqust-sentyabr aylarında yetişir.
Radde armudu
Radde armudu (lat. Pyrus raddeana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. Ermənistanda Zəngəzur dağında, palıd meşələrində bitir. Hündürlüyü 1-2 m olan alçaq gövdəli kolşəkilli ağacdır. Ağacın cavan budaqları həm tükcüklü, həm də çılpaqdır. Şarabənzər çətri vardır. Gövdə və budaqlarının qabığı hamar olub, bozumtul rənglidir. Yarpaqları lansetvari-ellipsvari, altdan keçəli tükcükülü, sonradan çılpaq, yarpağın mərkəzində daha enli, uzunluğu 8 sm-dək və eni 4 sm-dəkdir. Aprel ayının əvvəllərində çiçəkləyir, iyul-avqust aylarında meyvəsi yetişir. Aşağı dağ qurşağında (600-850 m) əhəngli, quru, daşlı yerlərdə rast gəlinir.
Suriya armudu
Suriya armudu (lat. Pyrus syriaca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. Kiçik Asiyanın şərq hissəsi, Suriya, İsraildə yabanı halda bitir. Suriya armudu orta ölçülü, qonur qabıqlı və ensiz çətirli ağacdır. Yarpaqları üstdən yaşıl, alt tərəfi açıq yaşıl, uzunsov-yumurtavari, yumru-rombvari və ya lansetvari-ellipsvari, uzunluğu 3-9 sm, eni 2-3 sm, yarpağın ucu küttəhər və ya bizdir. Mart və apreldə ağac ağ çiçəklərlə çiçəkləyir. Çiçəkləri diametri 3 sm-dək olan qalxana yığılmışdır. Sentyabr və oktyabrda meyvələri yetişir. Meyvələri şarşəkilli və ya bir az armudşəkilli, diametri 2sm-dək, qonurdur. Meyvəsi yeməlidir.
Taxtacan armudu
Taxtacan armudu (lat. Pyrus takhtadzhianii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. Vətəni cənubi Ermənistandır. Boz qabıqlı ağacdır. Budaqları əsasən iynəsiz yarpaqları yumurtavari və ya yumru-rombvari, uzunluğu 5 sm-də və eni 3 sm-dəkdir. Meyvələri iri, uzunluğu 5 sm-dək, armudvari, qonurdur. Quraqlığa, tüstü və qaza davamlıdır, torpağa tələbkar deyil, duzluluğa dözür, quru qayalı yamaclarda təsadüf edilir. Naxçıvan MR-da təbii halda rast gəlinir. Çiçəkləmə və meyvə əmələ gətirmə dövründə dekorativ görünüşünə görə tək qrup əkinlərində istifadəsi məqsədyönlüdür. Meyvəsindən qida da, kompot cem, mürəbbə hazırlanır, müxtəlif xəstəliklərin müalicəsində istifadı olunur.
Türkmən armudu
Türkmən armudu (lat. Pyrus turcomanica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. Kopetdağ meşələri və ona yaxın rayonlarda yayılmışdır. Hündürlüyü 15 m çatan, iynəsiz, şaxələnmiş çətirli ağacdır. Tumurcuqları və zoğları əvvəlcə tükcüklüdür, sonradan təxminən çılpqdır. Zoğların qabığı ucunda kərpicvari-qonur, digər hissələrdə bozumtuldur. Yarpaqları enli-ellipsvari və ya təxminən yumru, uzunluğu 7 sm-dək və eni 5 sm-dək, əvvəlcə tükcüklərinə görə gümşü, sonradan çılpaq və yaşıl, parlaqdır. Apreldə çiçəkləyir. Meyvələri qalın qabıqlı, şirin, dadı qatranlı, yüksək miqdarda bərk hüceyrəli, armudvari, eni 2,5 sm-dək və uzunluğu 2 sm-dəkdir. İşıqlı enliyarpaqlı meşələrdə, daşlı-qayalı quru yamaclarda açıq sahələrdə, dağ çaylarının başlanğıcında, dəniz səviyyəsindən 1800–2000 m yüksəkliklərdə rast gəlinir.
Voronov armudu
Voronov armudu (lat. Pyrus voronovii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. Ermənistanın Meğri rayonunda Taştun, Liçk, Arevik kəndləri ərazisində arealı vardır. Hündürlüyü 9 m, şarşəkilli sıx çətirli ağacdır. Bitkinin tac hissəsi yumru olub, gövdəsi hamardır.Gövdələrdə qabığı bozumtul, çoxsaylı yarıqdır. Budaqları iynəli və qonur-boz qabıqlı, cavan zoğları parlaq, qonur-al qırmızı rənglidir. Tumurcuqları iri deyil, konusvaridir. Yarpaqları yumru-rombvari, orta hissədə daha enli, uzunluğu 7,5 sm-dək, eni 4,5 sm-dək, üstü parlaq, alt tərəfi tutqundur. Qalxanları az çiçəklidir. Meyvələri iri deyil, uzunluğu 2,5 sm-dək, yaşılımtıl, bəzən qırmızılıdır.
Vsevolod armudu
Vsevolod armudu (lat. Pyrus vsevolodii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. Qafqaz endemikdir. Regional IUCN Statusu: VU D1. 7-8 m-ə qədər boyunda alçaq gövdəli ağacdır. Gövdəsinin qabığı tünd-boz rəngdədir. Yarpaqları uzunsov və ya ellipsvari, lanset formalı, kənarlardan tamdır, xırda tükcüklüdür. Saplağı nazik və çılpaq olub, yarpaqdan yarım dəfə qısadır. Meyvələri yumru və xırda, meyvə saplağı meyvədən 1-2 dəfə uzun olub, tükcüklüdür.
Xosrov armudu
Xosrov armudu (lat. Pyrus chosrovica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. XVIII əsrin ortalarından dekorativ bitki kimi becərilir. Hündürlüyü 6 m-dək olan, şaxələnmiş çətirli və budaqları iynəli ağac və ya koldur. Meyvələri iri, şarşəkilli, diametri 3-4 sm, kasacığı yapışıq, qısa üçkünc hissəlidir. Tez böyüyür. 30 günədək bol çiçəkləyir. Toxum, kök və yaşıl qələmlərlə, zoğlarla çoxalır. Dəniz səviyyəsindən 1900 metr hündürlükdə bitir. İşıqlı qarışıq meşələrdə, daşlı-qayalı quru yamaclarda, aşağı və orta dağ qurşaqlarında, çay vadilərində rast gəlinir.
Zəngəzur armudu
Zəngəzur armudu (lat. Pyrus zangezura) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. Ermənistanda (Basarkeçər rayonu Məzrə kəndi, Sav-Çay dərəsi) yayılmışdır. Budaqları çılpaq, iynəsiz, qonur qabıqla örtülmüş (yaşlandıqda bozumtul olur) 10 m-ə qədər hündürlükdə ağacdır. Yarpaqların üstü yaşıl, alt tərəfi açıq yaşıl, ellipsvaridən enli-lansetvariyədək, aşağı hissəsi enəlmiş, uzunluğu 5-9 sm, eni 3-5 sm-dir. Yarpağın ucu küt və ya bir az biz, kənar dişlidir. Tumurcuqların uzunluğu 0,5 sm-dək, ensiz-konusvaridən yumurtavariyədək. Aprel-may aylarında çiçəkləyir, avqust-sentyabr ayları arasında isə meyvəsi yetişir. Meyvələri armudşəkilli və ya təxminən şar şəkilli, bərktəhər, lətində çox miqdarda bərk hüceyrəlidir, sancaqvari qalınlaşmış saplaqlıdır. Meyvələrin diametri təxminən 1,5 sm, qalxanlarda 7-8 ədəd yerləşir.
Fyodorov armudu
Fyodorov armudu (lat. Pyrus fedorovii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. Qafqazda rast gəlinir. Hündürlüyü 5 m-dək olan, piramidal çətirli ağac və ya koldur. Budaqları uzun, nazik iynəlidir. Meyvələri yumru-yumurtavari, sarı, qırmızı xallıdır. Quraqlığa, istiyə, soyuğa davamlı bitkidir. Torpağa tələbkar deyildir. Culfa rayonunun Camaldın kəndi yaxınlığında yayılmışdır. Dekorativ bitki olduğundan tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür.

Значение слова в других словарях