Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Faryab
Ənbərabad — İranın Kirman ostanının şəhərlərindən və Faryab şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,508 nəfər və 971 ailədən ibarət idi.
Kadyak
Kadyak — toponim. Toponimlər Kadyak adası — ABŞ Alyaska ştatı ərazisində yerləşən ada. Kadyak arxipelaqı — Alyaskanın cənubunda yerləşir. Digər Kadyak ayısı — Qonur ayı növündən olan yarımnöv.
Kambar
Kambay
Kambay (ing. Kambay, Cambay) — Hindistanda ingilis istilası dönəmində xanlıq. == Tarixi == Kambay körfəzində yerləşirdi, mərkəzi Kxambxat idi. Müasir Qucarat ştatının ərazisində idi, 1730-cu ildə yaranıb. Böyük Moğollar imperiyasının nəvvablarından olan şiə I Mirzə Cəfər Mömün xan tərəfindən yaradılmışdı. 1802-ci ildən 1947-ci ilədək Kambay Böyük Britaniyanın protektoratı idi. 10 iyun 1948-ci ildə Hindistan xanlığı rəsmən ləğv etdi, Maxaraştra ştatının tərkibinə daxil oldu. == Ədəbiyyat == Imperial Gazetteer of India. 2nd Edition, Volume 26. Oxford 1908–1931.
Kamjak
Kamjak (fr. və oks. Camjac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Nosel kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12046. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 100 km şimal-şərqdə, Rodezdən isə 25 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 536 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 333 nəfər (15–64 yaş) arasında 249 nəfər iqtisadi fəal, 84 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 74,8%, 1999-cu ildə 65,9%) idi.
Kamlar
Kamran
Kamran — Azərbaycanlı kişi adı.
Kabab
Kabab — əsasən şişə çəkilərək manqalda bişirilən ət yeməyi. Bununla belə tərəvəzlərdən, xüsusilə də pomidor, badımcan, bibər və kartofdan da kabab hazırlanır. Digər tərəfdən kabab tavada da bişirilir. Buna "tava-kababı" deyilir. Kababı hazırlayan aşpaz adətən kababçı adlandırılır. == Tarixi == Kabab rusca "şaşlık" adlanır. "Şaşlık" sözünün kökü "şişlik" türk sözündən götürülüb və "şiş üstündə" deməkdir. Hələ "Kitabi Dədə Qorqud"da "şişlik" sözünə dəfələrlə rast gəlinir. Əsrlər boyu kabab qafqazlıların ən sevimli yeməyi olmuşdur.
Kamal
Kamal — kişi adı. Kamal Kılıçdaroğlu — Kamal Türklər — Kamal Abdullayev Kamal Abdullayev — professor. Kamal Abdullayev (alim) — texnika elmləri doktoru, professor, Əməkdar elm xadimi. Kamal Abdullayev (dirijor) — Kamal Abdullayev (dövlət xadimi) — Kamal Əhmədov Kamal Əhmədov — bəstəkar. Kamal Əhmədov — rəssam. Kamal Ələkbərov — Kamal paşa şirniyyatı — Kamal Seyidov — Kamal Axundov — Kamal Cəfərov — Kamal Xudaverdiyev — Kamal Sunal — Kamal Xocəndi — Kamal Quliyev — Kamal Qarani — Namiq Kamal — Yaşar Kamal — Nərmin Kamal — Mustafa Kamal Atatürk — Kamal Faruqi — Kamal Kamallı — Kamal Musayev — Yaşayış məntəqələri Ermənistan Kamal (Abaran) — Abaran mahalında kənd. Kamal (Qırxbulaq) — Qırxbulaq mahalında kənd.
Kamay
Kamay (Urmanay) —
Kamaz
Kamaz (rus. КамАЗ (Камский автомобильный завод - Kama Avtomobil Zavodu)) — Rusiya və MDB məkanında böyük yük götürmə qabiliyyətinə malik yük avtomobili, minik maşını, traktor, dizel mühərriki və onun hissələrinın istehsalı üzrə ixtisaslaşmış zavod kompleksi. Tatarıstanın Çelnı şəhəri ətrafında yerləşir. Dünyada 10 ən böyük yük avtomobili istehsal edən müəssisədən biridir. Dizel mühərriklərinin istehsalına görə isə dünyada 8-ci yerdədir. Kamaz SSRİ vaxtında yaranmış ilk zavod kompleksidir. 23 avqust 1990-cı ildə ölkəni təmsil edən yeganə sənaye avtomobili seçilmişdir. 2006-cı ildə "Kamaz-master" komandası beynəlxalq avtorallidə qalib gəldi. Almaniyada Kamaza məxsus böyük beynəlxalq avtomombil salonu fəaliyyət göstərir. == Tarixi == 1960-cı illərdə SSRİ-də sənaye avtomobilləri çatışmırdı.Təcili olaraq avtomobil zavodu kompleksi yaratmaq və burada 8-20 ton arası qədər avtomobil istehsal etmək lazım idi.
Karya
Hikori (digər adı Karya) (lat. Carya) — Şimali Amerikada və Çində bitən fındıqkimilər fəsiləsindən qoz cinsi.
Kayak
Kayak və ya eskimos qayığı — eskimoslar, aleutlar və başqa Arktika xalqları tərəfindən istifadə edilən qayıq növü. Hal-hazırda turizm və idman məqsədləri üçün istifadə edilir. Onların materialları dəniz axımına qarşı bir-birindən fərqlənir. Qayıqlar ağacdan hazırlanır. Onun bir çox plastik növləri də mövcuddur.
Kayan
Kayan - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd.
Kimya
Kimya – maddənin tərkibini, quruluşunu, xassələrini ,çevrilməsini və bu çevrilmələr zamanı baş verən hadisələri öyrənən təbiət elmidir. Kimyanın mühüm vəzifələrinə zəruri maddələrin alınması, maddələrin çevrilməsini və bu çevrilmələri müşahidə edən hadisələri öyrənmək, ətraf mühtin mühafizəsi və s. kimi vəzifələr aiddir. == Etimologiyası == Kimya sözünün nə vaxt meydana gəlməsi və ilk olaraq hansı mənanı ifadə etməsini dəqiq müəyyənləşdirmək mümkün deyil. Bir çox kimya tarixçiləri öz hipotezlərini təklif etsələr də, vahid bir fikir formalaşmadı. XVII əsrin başlanğıcından "kimya", "kimyaçı" məfhumları elmi ədəbiyyata, monoqrafiyalara və dərsliklərə möhkəm surətdə daxil oldu. Müxtəlif avropa dillərində "kimya" sözü oxşar səslənməyə malikdir: ing. chemistry, alm. chemie, çex və hollandca chemic, fransızca və rumın dilində chimie, italyanca chimica, polyak, slovak və latın dillərində chemia, litva dilində chemija, ispan və portuqal dillərində quimica, İsveç dilində kemi, eson dilində keemia, xorvat və sloven dillərində kemija, latış dilində kimija, Norveç dilində kjeıııi adlanır. Əgər fikir versək, bütün sözlərdə "kem" və ya "kim" kökləri vardır.
Kamau
Kamau (vyet. Cà Mau) — Vyetnamın cənub hissəsində, Mekonq deltasında şəhər, Kamau vilayətinin paytaxtı. Kamau 8 şəhər məhəlləsi və 7 kənd icmasına bölünür. Şəhərin özünəməxsus nəqliyyat kanalları sistemi var, burada xeyli yük axını qayıqlarda və barjalarda daşınır. Vyetnamın Baş naziri Nquyen Tan Zunq burada anadan olmuşdur. == Əhalisi == 2010-cu ilə olan məlumata görə, şəhərin əhalisi təqribən 204,895 nəfərdir. Onların əksəriyyəti etnik vyetlər və çinlilərdir (həmçinin, Hoa xalqı), khmerlər də böyük bir hissəni (300 ailə) təşkil edir.
Katya
Katya — qadın adı. Katya Sambuka — Rusiya müğənnisi. Katya Chilly — ukraynalı müğənni, musiqiçi və bəstəkar. Katya Dorner – alman siyasətçi. Katya Rimann — alman aktrisa.
Bamyan vilayəti
Bamyan vilayəti (dəri ولایت بامیان) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 14.175 km², 2009-cu ilin əvvəlinə olan məlumata əsasən əhalisi 404.7 min nəfər, inzibati mərkəzi isə Bamyan şəhəridir. == Əhalisi == Vilayət əhalisinin 20%-i şəhərlərdə, 80%-i isə kəndlərdə məskunlaşıb. Əhalisi əsasən həzaralardan ibarətdir. Həmçinin vilayətdə az sayda tacik (15%) , tatar (kompakt halda Şebar rayonunda) və puştunlar yaşayır. 24 kənddə 5 mindən artıq puştun məskunlaşıb. Bütün vilayət əhalisinin 96%-i, vilayətdəki kənd əhalisinin 98%-i daricə danışır. Vilayət inzibati cəhətdən 7 rayona bölünür: Bamyan, Şebar, Saighan, Kahmard, Yakavlang, Pəncab, Varas.
Caminton Kampaz
Caminton Kampaz (24 may 2000-ci ildə Limpioda anadan olub) — Kolumbiya Premyera A təmsilçilərindən olan Deportes Tolima klubunda hücumçu kimi çıxış edən peşəkar Kolumbiyalı futbolçudur. == Klub karyerası == === Tolima === Kampaz Tolima akademiyası vasitəsilə inkişaf etmişdir. Kampaz öz peşəkar karyerasında debütünü 2 aprel 2017-ci ildə Tiqres klubuna qarşı oyunda etmişdir. O, 63-cü dəqiqədə Cader Obrian ilə əvəz olunmuşdur. Kampaz görüşdə 63-cü dəqiqədə qolla yadda qalmışdır. Həmin görüşdə Tolima liqa görüşündə rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 30 May 2017 tarixində yenilənib 1Libertadores Kuboku görüşləri daxildir. 2Kolumbiya Superkuboku görüşləri daxildir.
Enlisifət kayman
Enlisifət kayman (lat. Caiman latirostris) — timsahlar dəstəsinə, Alliqatorlar fəsiləsinə, Kaymanlar cinsinə daxil olan növ. Kaymanlar cinsinə daxil olan üç növdən biri. Uzunluğu ümumiyyətlə 2 m-dən çox deyil, maksimum olaraq 3,5 m-dir. Rəngi zeytun yaşıl, parlaqdır. Enlisifət kayman Atlantik sahillərində, Braziliyanın cənub-şərqində, Boliviya, Paraqvay, Uruqvay və Argentinanın şimalında yayılmışdır. Areaı Paraqvay kaymanları ilə üst-üstə düşür, lakin fərqli yaşayış yerlərini seçdikləri üçün bu iki növ bir-birinə rəqib deyil. Enlisifət qayman əsasən manqrov bataqlıqlarında, şirin və duzlu suyun qarışdığı bataqlıqlaşmış ovalıqlarda məskunlaşaraq, ciddi bir su həyatı sürür. Tez-tez insan yaşayış yerlərinin yaxınlığında, heyvandarlığın suvarıldığı göllərdə məskunlaşır. Dəniz səviyyəsindən 600 m yüksəklikdə yaşayaraq kifayət qədər aşağı temperaturlara davam gətirdiyini isbatlayır.
Eynəkli kayman
Eynəkli kayman (lat. Caiman crocodilus) — timsahlar dəstəsinə, Alliqatorlar fəsiləsinə, Kaymanlar cinsinə daxil olan növ. == Görünüşü == Orta ölçülü, kifayət qədər uzun sifətli alliqatordur. Bu növün yetkin erkəkləri ümumiyyətlə 1,8–2 m uzunluqdadır. Dişiləri isə daha kiçik, təxminən 1,2–1,4 m-dir. Əksər yetkinlərin bədən çəkisi 7 ilə 40 kq arasındadır. Bu növ üçün qeyd olunan maksimum uzunluq 2,2 m-dir. Baxmayaraq ki, 2,5 metrdən uzun və 58 kq-a qədər olan heyvanlar barədə məlumatlar gəzir. Məlum olan ən böyük dişi 1.61 m uzunluğa və 20 kq ağırlığa sahib olmuşdur. Venesuelada yayılmış katmanlar Meksikadakı nümunələrdən daha böyükdür.
Faryab şəhristanı
Fariyab şəhristanı— İranın Kirman ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Faryab şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 31,605 nəfər və 6,751 ailədən ibarət idi.
Hamaralın kayman
Hamaralın kayman (lat. Paleosuchus palpebrosus) — timsahlar dəstəsinə, Alliqatorlar fəsiləsinə, Hamaralın kaymanlar cinsinə daxil olan növ. Daxil olduğu cinsin iki növündən biridir. == Təsviri == Hamaralın kayman bütün çağdaş timsah növləri arasında ən kiçiklərindən biridir. Erkəklərin uzunluğu 210 sm-ə, dişilər isə 150 sm-dən çox deyil. Ümumiyyətlə isə 160 sm-dən çox böyümürlər və çəkiləri 20 kq-dan azdır. Ən böyük nümunənin uzunluğu 1,72 m olmuşdur. Bu növ kaymanların fərqli bir xüsusiyyəti, şaquli qara zolaqlı olan qəhvəyi gözlərdir. Bəzən gözlər qızılı sarı ola bilir. Timsahların belə bir göz rəngi olması çox nadirdir.
Kadyak adası
Kadyak adası (ing. Kodiak Island) — ABŞ Alyaska ştatı ərazisində yerləşir. Sahəsi 9.300 km² təşkil edir. Ada Alyaska yarımadasının şərqində yerləşir. Kodyak adı eskimos dilindən tərçümədə "iti" mənasını verir. == Coğrafiya == Kadyak arxipelaqının ən iri, Amerika Birləşmiş Ştatlarının ikinci adasıdır. Ada Alyaska yarımadasından Şelixov boğazı ayırır. Kadyak adası demək olarki bütünlüklə dağlıqdır. Ən hündür nöqtəsi isə 1353 metrdir. Kadyak adasından şimalda nisbətən iri Afoqnak, cənub-qərbdə isə Torisı adası yerləşir.
Kadyak arxipelaqı
Kadyak arxipelaqı (ing. Kodiak Archipelago) — Alyaskanın cənubunda yerləşir. 2003-ci il məlumatına əsasən arxipelaqda 13,913 nəfər yaşayır. == Coğrafiyası == Arxipelaqı materikdən Şelixov boğazı ayırır və materikə arasında olan məsafə 450 kilometrdir. Arxipelaqın uzunluğu 285 km. Eni isə 108 km təşkil edir. Ən iri adası Kadyak adasıdır, ikinci böyük adası isə ondan 5 km şimalda yerləşən Afoqnak adasıdır. Nisbətən şimalda yerləşən Şuyak adası çoxlu sayda əsrarəngiz buxtaıarı ilə seçildiyindən qoruma altındadır. Bundan əlavə arxipelaqa Berren, Semidi adaları, Elovıy, Çirikova və bir sıra kiçik adalar daxildir. Ümumilikdə arxipelaqın sahəsi 13,890 km² təşkil edir.