MÜYƏSSƏR

sif. [ ər. ] Asanlıqla hasil olan, asan başa gələn, imkan daxilində olan; mümkün, asan, qolay.
Şah idim mən cahanda izzətlə; Hər murad istəsəm müyəssər idi. S.Ə.Şirvani.
Oğlan qızı və qız oğlanı görmək ancaq qohumlarda müyəssərdir. R.Əfəndiyev.

□ Müyəssər olmaq – mümkün olmaq, imkan daxilində olmaq, başa gəlmək, əldə edilə bilmək: nəsib olmaq.
[Ağabəyim] Vaqifi görmüşdü, lakin onun məclisində olmaq, onunla danışmaq hələ ona müyəssər olmamışdı. Çəmənzəminli.
[Hacı Kamyab:] Hər adama müyəssər olan rütbə deyil. Ə.Haqverdiyev.

MÜVƏRRİX
MÜZAKİRƏ

Значение слова в других словарях