DEMƏK

f.
1. Bir fikri şifahi surətdə ifadə etmək, bəyan etmək, söyləmək, bildirmək. Söz demək. Düzünü demək.
[Aslan bəy:] …O, bir söz dedimi, heç bir zaman unutmaz. C.Cabbarlı.

// Bir fikri yazılı surətdə ifadə etmək, yazmaq. Müəllif öz əsərində deyir ki…
2. Nəql etmək, rəvayət etmək (adətən “ki” bağlayıcısı ilə).
Belə deyirlər ki… – doğrudan deyirmişlər ki, Nikolayın bizə çox əziyyətləri olub… C.Məmmədquluzadə.

// Söhbət etmək, söz açmaq, danışmaq.
Sadıq kişi öz hünərindən söhbət düşmüş kimi, arılardan həvəslə deməyə başladı. Mir Cəlal.

3. Xəbər vermək, söyləmək, bildirmək. Bu sözü heç kəsə demə. Bunu sənə kim dedi? Sirri başqalarına demək.
– Quş uçar çəmən üstə; Sünbül, yasəmən üstə; Yarım gəldi desələr; Yeri var sinəm üstə. (Bayatı).

// Yetirmək, bildirmək, çatdırmaq. Mənim fikrimi ona de.
4. Əmr etmək, sərəncam etmək, tapşırmaq. Ona de ki, tez gəlsin.
5. dan. Nəzmə çəkmək. Şeir demək. – [Molla:] Arvad, iki misra demişəm. “M.N.lətif.”.
6. dan. Avazla oxumaq. Bir-iki kəlmə demək. De gəlsin. Bir ağız demək.
7. Adlandırmaq, ad vermək. Buna nə deyərlər? Siz buna nə deyirsiniz? Belə hərəkətə nə demək olar?
8. Məna vermək, mənasına gəlmək. Bu söz nə deməkdir? Ərəbcə “həyat” dirilik deməkdir.
// Dəlalət etmək, sübut etmək, ifadə etmək, göstərmək. Bu, o demək deyil ki…
9. “Dərs” sözü ilə – müəllimlik etmək, dərs vermək, öyrətmək.
Firidun darülfünundan çıxıb Şəmsiyyəyə dərs deməyə getdi. M.İbrahimov.
Qəhrəman müəllimlər ittifaqında çalışmaqla müəllimlik sənətini buraxmır, şəhər məktəbində dərs deyirdi. S.Rəhimov.

10. “Deyəcək” şəklində – deyilməsi, bildirilməsi, xəbər verilməsi vacib olan. Daha deyəcək sözüm yoxdur.
[Məmməd:] Sənə deyəcək iki vəsiyyətim vardır. Aşıq Qərib”.
[Şahbaz bəy:] Oğlum, əyləş, sənə deyəcək sözüm çoxdur. S.S.Axundov.

11. Şəxs sonluqları ilə İs.
mənasında: dediyim, dediyin, dediyi – söylədiyim, söylədiyin, söylədiyi söz, fikir və s. Dediyinə əməl etmək. Dediyindən belə çıxır ki…
// Bəzən cəm şəklində işlənir.
Usta … başını bulayıb, dediklərinə yekun vurdu. M.Hüseyn.

12. “Bir-bir” sözü ilə – sadalamaq, təfərrüatı ilə, ardıcıl surətdə hamısını söyləmək, bildirmək. Ürəyindəkiləri bir-bir demək.
– Yetməz əlim, nə çarə, düşən xaki-payüvə; Bir-bir deyəm sənə ələmü möhnətim. S.Ə.Şirvani.

13. “Deməkdi(r)” şəklində – iki şeyi eyniləşdirmə mənasında işlənir.
Bakıya ali təhsil almağa getmək, Gülşad üçün dözülməz olan nənə və qardaş zülmündən xilas olmaq deməkdir. Ə.Əbülhəsən.

14. Feli bağlama şəklində: deyib – 1) nəzərdə tutaraq, üz tutaraq, istiqamət götürərək.
Qırx lotu bir-birinə qoşulub, Təbriz deyib yola düşdülər. Aşıq Qərib”.
Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! C.Məmmədquluzadə;

2) hesab edərək.
Bu üzü qarə könüldür məni rüsvay eləyən; O ki mən dust deyib tutmuş idim, düşmən imiş. S.Ə.Şirvani;

3) “durmaq” sözü ilə – daim təkrar etmək, söyləmək.
Xatirinə dəyməsin, Ağa Dərviş, sənin özündə də mən heç bir hərəkət görməmişəm, bəqeyr əz şikayət… – “fələk kəcrəftardır”, – deyib durursan. N.Vəzirov.

◊ Deyək ki – fərz edək ki, tutaq ki.
Deyirdim ki – bu fikirdə idim ki, belə güman edirdim ki (çox vaxt arzu bildirir). Deyirdim ki, bir bizə gələsən.
– Mən deyirdim ki, bir gün varıb ana yurduna; Öpərsiniz anamın toz basan məzarını… A.İldırım.

Deyirlər ki – rəvayət var ki, söhbət var ki, belə danışırlar ki, belə fikir yayılmışdır ki. Deyirlər ki, bu il qış bərk soyuq olacaq.
Demək olar ki – bir şeyin təxminiliyini, möhtəməlliyini, mümkünlüyünü, həqiqətə yaxınlığını bildirən ara söz.
Demək olar ki, indi papaqların fasonu o qədər artıq deyil, nə qədər ki cürbəcür məsləklər moddadır. C.Məmmədquluzadə.
Demək olar ki, hamı oynayıb yorulandan sonra aşıq məclisə girdi. Ə.Vəliyev.

Demək olmaz ki – söylənilən sözün, ya fikrin düzgünlüyünə arxayın olmadıqda, bir şeyi müəyyən etməkdə çətinlik çəkdikdə, yaxud inkarı yumşaltmaq istədikdə işlənən ifadə.
Demək olmaz ki, Hacı Kamyab qardaşını yaxınına buraxmırdı. Ə.Haqverdiyev.

Necə deyirlər – fikri tam və düzgün ifadə etməkdə çətinlik çəkdikdə və ya danışanın sözü ilə tam razılığa gəlmədikdə işlədilən ifadə.
Əşrəf, necə deyərlər, canlara dəyən oğlan idi. İ.Şıxlı.

Nə deyim – tərəddüd, gözlənilməzlik bildirən ara söz. Nə deyim, birdən yağış yağar.
– İlk qədəmdə öpüşdü, son qədəmdə tüpürcək; Bir qeyri mükafatın olacaqmı, nə deyim?… M.Araz.

Синонимы

  • DEMƏK beləliklə
  • DEMƏK söyləmək — bildirmək
  • DEMƏK tapşırmaq
  • DEMƏK 1. DEMƏK Şəndə rentgenin nəticəsini nəzərdən keçirdi, bıçaqlıq şey olmadığını dedi (B.Bayramov); AYITMAQ (qəd

Омонимы

  • DEMƏK DEMƏK I f. Danışmaq, söyləmək. Sözü demək asandır, yerinə yetirmək isə əsas şərtdir (İ.İbrahimov). DEMƏK II modal Nəticə, davamiyyət bildirir

Антонимы

  • DEMƏK DEMƏK – SUSMAQ Sadıq kişi öz hünərindən söhbət düşmüş kimi, arılardan həvəslə deməyə başladı (Mir Cəlal); Kiridi, bir anlığa o susdu, o dinmirdi; Onun
DEMƏ
DEMƏK
OBASTAN VİKİ
"Atikva" ümid deməkdir (film, 1994)
"Atikva" ümid deməkdir — qısametrajlı sənədli televiziya film. Rejissor Rahim Sadıqbəyli tərəfindən 1994-cü ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film Azərbaycanın Quba ərazisində yaşayan yəhudi əhalisindən bəhs edir. == Məzmun == Film Azərbaycanın Quba ərazisində yaşayan yəhudi əhalisindən bəhs edir. 1730-cu ildə Pirğat deyilən dağlıq hissədən bir qrup yəhudi əhalisi Quba xanı Fətəli xanın yanına gedərək, ona mürəciət edirlər ki, onlara Quba ərazisində məskunlaşmağa icazə versin. Elə o vaxtdan bu günlərə kimi yəhudilər Quba rayonunda kompakt şəklində yerləşiblər. Onlar Azərbaycanda öz icmasını qurub, Azərbaycan və İsrail dövlətlərində baş verən hadisələrdən məlumat verən "Aziz" qəzeti, yəhudi mədəniyyəti və dilini öyrədən gənclərdən ibarət təşkilat yaradıblar. Öz adət-ənənələrini öyrənməklə yanaşı, Azərbaycan yəhudiləri Azərbaycan dilini, mədəniyyətini, Azərbaycanda baş verən hadisələri böyük məmnuniyətlə öyrənirlər. Azərbaycan torpağında dünyaya gəlib fəaliyyət göstərən akademik Landau, Fizika Institutunun direktoru Esmanov, Azərbaycan xalq artisti Rahilə Ginzburqun, Toksikologiya mərkəzinin direktoru professor Eldar Qorinin adları bir çox azərbaycanlı üçün tanış və doğmadır.
V — Vendetta deməkdir (film)
V — Vendetta deməkdir (ing. V for Vendetta) — 2006-cı ildə ABŞ, Böyük Britaniya və Almaniya kino studiyalarının ortaqlığı sayəsində fantastika filmi janrında çəkilən filmdir. Filmin əvvəlində Barıt sui-qəsdi iştirakçısı olan Qay Foksun tutulması və edam vaxtı təsvir edilir. Ardınca filmdə göstərilən hadisələr yaxın gələcəkdə 2038-ci ildə baş verir. Artıq ABŞ dünya üzərində hegemonluğunu itirmişdir. Böyük Britaniyada hakimiyyətə "Norsefire" partiyasının nümayəndələri gəlmişdir. Bu partiyanın heyəti, dövlətdə sürətlə yayılan virusun qarşısını almaq üçün müəyyən tədbirlərin görülməsini öz üzərinə götürmüşdür. 4 noyabr tarixində Qay Foksun maskasını taxan və özünü "V" adlandıran naməlum şəxs, "Federal Təhqiqat Bürosu" tərəfindən yaxalanan "BTN" (British Television Network) assisenti olan İvi Hemmondu xilas edərək, buradan qaçırır. "V", İvini xilas edərək onu damın üzərinə aparır və bir neçə dəqiqədən sonra 5 noyabr tarixinə qədəm qoyulur. Bu zaman Londonun küçələrində Pyotr Çaykovskinin "1812-ci il" adlı uvertürasının sədaları altında atəşfəşanlığın partlaması müşahidə olunur.
V — Vendetta deməkdir (film, 2006)

Yarasa olmaq nə deməkdir?
«Yarasa olmaq nə deməkdir?» (ing. «What is it like to be a bat?», rus. «Каково быть летучей мышью?») — amerikalı filosof Tomas Nagelin 1974-cü ildə Philosophical Review jurnalında dərc edilmiş və şüur ​​tədqiqatı üçün klassika çevrilmiş məqaləsi. Məqalədə Tomas Nagel o dövrdə elmdə və analitik fəlsəfədə psixofiziki problemin həllinə dominant yanaşma olan fiziki reduksionizmi tənqid etmişdir. Nagelin fikrincə, varlıq ancaq o zaman şüurlu ola bilər ki, o varlıq “nədirsə”, yəni dünya həmin varlığın subyektiv nöqteyi-nəzərindən dərk olunduqda. Zehni hadisələri beyindəki fiziki proseslərlə eyniləşdirmək cəhdi, Nagelin fikrincə, şüurun özünün mahiyyəti olan şüurun subyektiv təbiətinə görə uğursuz olur. Odur ki, insanda olmayan exolokasiya orqanının köməyi ilə ətraf aləmi qavrayan yarasa olmağın nə demək olduğunu heç bir insan təsəvvür edə bilməz. Elm isə müşahidəçidən və onun subyektiv təcrübəsindən asılı olmayaraq yalnız obyektiv faktlarla fəaliyyət göstərir. Elmi metoddan istifadə edərək şüurun mahiyyətini dərk etməyin mümkünsüzlüyündə israr edən filosoflar Nagelin bu məqaləsindən bir növ öz baxışlarının manifestosu kimi istifadə edirdilər. Tomas Nagel məqaləsində müasir şüur ​​elmində ən məşhur sualı qoydu: yarasa olmaq nə deməkdir?
V — Vendetta deməkdir
V — Vendetta deməkdir (ing. V for Vendetta) — 2006-cı ildə ABŞ, Böyük Britaniya və Almaniya kino studiyalarının ortaqlığı sayəsində fantastika filmi janrında çəkilən filmdir. Filmin əvvəlində Barıt sui-qəsdi iştirakçısı olan Qay Foksun tutulması və edam vaxtı təsvir edilir. Ardınca filmdə göstərilən hadisələr yaxın gələcəkdə 2038-ci ildə baş verir. Artıq ABŞ dünya üzərində hegemonluğunu itirmişdir. Böyük Britaniyada hakimiyyətə "Norsefire" partiyasının nümayəndələri gəlmişdir. Bu partiyanın heyəti, dövlətdə sürətlə yayılan virusun qarşısını almaq üçün müəyyən tədbirlərin görülməsini öz üzərinə götürmüşdür. 4 noyabr tarixində Qay Foksun maskasını taxan və özünü "V" adlandıran naməlum şəxs, "Federal Təhqiqat Bürosu" tərəfindən yaxalanan "BTN" (British Television Network) assisenti olan İvi Hemmondu xilas edərək, buradan qaçırır. "V", İvini xilas edərək onu damın üzərinə aparır və bir neçə dəqiqədən sonra 5 noyabr tarixinə qədəm qoyulur. Bu zaman Londonun küçələrində Pyotr Çaykovskinin "1812-ci il" adlı uvertürasının sədaları altında atəşfəşanlığın partlaması müşahidə olunur.
"Atikva" ümid deməkdir
"Atikva" ümid deməkdir — qısametrajlı sənədli televiziya film. Rejissor Rahim Sadıqbəyli tərəfindən 1994-cü ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film Azərbaycanın Quba ərazisində yaşayan yəhudi əhalisindən bəhs edir. == Məzmun == Film Azərbaycanın Quba ərazisində yaşayan yəhudi əhalisindən bəhs edir. 1730-cu ildə Pirğat deyilən dağlıq hissədən bir qrup yəhudi əhalisi Quba xanı Fətəli xanın yanına gedərək, ona mürəciət edirlər ki, onlara Quba ərazisində məskunlaşmağa icazə versin. Elə o vaxtdan bu günlərə kimi yəhudilər Quba rayonunda kompakt şəklində yerləşiblər. Onlar Azərbaycanda öz icmasını qurub, Azərbaycan və İsrail dövlətlərində baş verən hadisələrdən məlumat verən "Aziz" qəzeti, yəhudi mədəniyyəti və dilini öyrədən gənclərdən ibarət təşkilat yaradıblar. Öz adət-ənənələrini öyrənməklə yanaşı, Azərbaycan yəhudiləri Azərbaycan dilini, mədəniyyətini, Azərbaycanda baş verən hadisələri böyük məmnuniyətlə öyrənirlər. Azərbaycan torpağında dünyaya gəlib fəaliyyət göstərən akademik Landau, Fizika Institutunun direktoru Esmanov, Azərbaycan xalq artisti Rahilə Ginzburqun, Toksikologiya mərkəzinin direktoru professor Eldar Qorinin adları bir çox azərbaycanlı üçün tanış və doğmadır.

Значение слова в других словарях