Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Davdan
Davdan Pain (Xudafərin)
Kavdar
Kavdar — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Hacılı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 4-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Arazboyu düzənlikdədir. Tədqiqatçıların ehtimalına görə, kəndin adı qədim türkdilli qovlar tayfasının adını əks etdirir. Peçeneq tayfalarından biri olan qovların adına Tovuz, Sabirabad, İsmayıllı, Samux və b. r-nların toponimiyasında da rast gəlmək mümkündür. Kavdar qovlar etnoniminin yerli tələffüz formasıdır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Cəfər Kavian
Cəfər Məhəmmədəli oğlu Kavian (Kaviani, Məmmədzadə) (1895, Təbriz – 1975, Bakı) — Cənubi Azərbaycan Milli Hökumətinin müdafiə naziri, general-mayor == Həyatı == Cəfər Məmmədzadə Cənubi Azərbaycan milli hökumətinin müdafiə naziri idi. İlk gəncliyindən gizli inqilabi işə qoşulduğundan o, iki adla fəaliyyət göstərmişdir. Gəncliyində onun gizli adı Məşədi idi, Cənubi Azərbaycan milli hökumətinin milli qoşunlar vəziri olanda isə general Cəfər Gavian kimi tanınmışdı. Onun atası Təbriz yaxınlığındakı Sağalan (Səhlan) kəndindən idi. Səttarxan hərəkatı başlananda Sağalanlı Məhəmmədəli kişi böyük qardaşı İsrafillə mücahidlərin sırasına qoşuldu. O, oxumaq, yazmaq öyrəndi. Səttarxanın tanınmış mücahidlərindən biri və gizli inqilabi hərəkatın məşvərətçisi oldu. Səttarxan 1910-cu il aprelin on beşində Tehranda böyük təntənə ilə qarşılananda mücahidlərlə birgə çəkdirdiyi şəkildə – ön cərgədə Sağalanlı Məhəmmədəli kişi də vardı. Səttarxanın azadlıq hərəkatı İran hakimləri tərəfindən yatırıldıqda, Sağalanlı Məhəmmədəli də həbsə atıldı. Həbsdən azad olandan bir az sonra çəkdiyi işgəncələrdən vəfat etdi.
Kavjan (Sərdəşt)
Kavjan (fars. كاوژان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 62 nəfər yaşayır (12 ailə).
Kavan Pereyra
Davdan Bala (Xudafərin)
Davdan Bala (fars. داودان بالا‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 194 nəfər yaşayır (40 ailə).
Davdan Pain (Xudafərin)
Davdan Pain (fars. داودان پائين‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 67 nəfər yaşayır (12 ailə).
Cavidan
Cavidan Səhrəg oğlu (VIII əsr, Ərdəbil – 816, Bəzz qalası, Şərqi Azərbaycan ostanı) — Xürrəmilər hərəkatının başçısı (807-816). Ərdəbil şəhərində anadan olmuşdur. Uzun müddət xürrəmilərə başçılıq etmişdir. 816-cu ildə kiçik dəstəsi ilə Bəzz qalasına geri dönərkən Əbu-İmranın qəfil silahlı hücumuna uğramışdır. Döyüşdə Əbu-İmran Babək tərəfindən öldürülsə də, Cavidan da aldığı yaralardan üç gün sonra Bəzz qalasında ölmüşdür. Cavidanın ölümündən sonra, onun dul arvadı ilə evlənən şagirdi Babək Xürrəmdin (816-838) Xürrəmilər hərəkatını rəhbərlik etdi. == Həmçinin bax == Babək == İstinadlar == == Ədəbiyyat == Crone, Patricia. Bābak // Kate Fleet; Gudrun Krämer; Denis Matringe; John Nawas; Everett Rowson (redaktorlar ). The Encyclopedia of Islam, THREE. BRILL Online. 2011.
Kaftan
Kaftan — uzunətəkli, qollu geyim növü. Qədim türklərin dünya geyim mədəniyyəti tarixinə bəxş etdiyi mühüm töhfələrdən olub və bir sıra xalqlara da onlardan keçmişdir. == Tarixi == Kaftan türk sözü olub qazax dilindəki kapatan sözündən gəlir. Belinə qədər kəmərli və düyməli nümunələr də var. Ərəb mənbələrində “burde”,“şəmlə”,“hamisə”,“nəmirə”,“əba”,sözləri ilə ifadə edilir. Köhnə və Yeni Əhdi-Cədiddə kaftan müxtəlif hallarda xatırlanır. Əhdi-ətiqə görə, Allah Adəm və Həvvaya dəri paltar geydirdi, Əyyub peyğəmbərin övladları vəfat edəndə və malı dağıdıldığında, paltarını cıraraq, ona təsəlli verməyə gələn üç dostu paltarlarını cırıb yeddi gün yeddi gecə danışmadan onunla birlikdə oldular. Üzərində hökmdarın adı və ya şüarı olan, sənətkarlıq tikmələri ilə bəzədilmiş və xüsusilə zolaqlı haşiyələrlə bəzədilmiş kaftanların (tirazın) hökmdar tərəfindən kiməsə əvəzsiz hədiyyə edilməsinə “kaftan/hil taxmaq” deyilir. == Peyğəmbər dövründə istifadəsi == Cümə və bayram namazlarında qırmızı kaftan geyən Hz.Peyğəmbərin kaftanları arasında qalın kənarları olan Nəcran toxuması, dar qollu Şam işi və müxtəlif rənglərdə Yəmən istehsalı olanlardan əlavə, bir qadının şəxsən toxunduğu və hədiyyə etdiyi kaftan da var idi. Hz.
Kaldas
Kaldas (isp. Caldas) — Kolumbiyanın 32 departamentindən biri, departamentin adı kolumbiyalı vətənpərvər Fransisko Xose de Kaldasın adına nəzərən adlandırılmışdır. İnzibati mərkəzi - Manisales şəhəridir.
Kaldaz
Kaldaz xanım - türk və altay mifologiyasında od ilahəsi. Başqa bir görüşə görə mal və iribuynuzlu heyvanların qoruyucusudur. Əmrindəki olan canlılara Kaldazın adı verilər. === Kaldazınlar === Kaldazın - türk və altay xalq inancında atəş cini. Odun içində oynayır. Qısa boyludur. Saqqalı yeddi qarışdır. Saqqalları kirpi oxu kimidir. Sarı bir samura çevrilə bilər. == Taz xanım == Taz xanım - türk və altay mifologiyasında göy tanrıçasıdır.
Kalkan
Kalkan — Türk soyadı. Murad Kalkan — idmançı. Yaşayış məntəqələri Kalkan (Uçalı) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd.
Kamran
Kamran — Azərbaycanlı kişi adı.
Kandon
Davdaq
Dəvdək və ya Davdax — VII əsr Qafqaz albanı şairi. Həyat və yaradıcılığı haqqında məlumat azdır. Musa Kalankatlının yazdığına görə, Dəvdək filosof, gözəl natiq və ustad şair olmuşdur. Uzun müddət Cavanşirin sarayında yaşamışdır. Cavanşirin xəyanət nəticəsində öldürülməsi münasibətilə yazdığı qəsidəni Musa Kalankatlı "Alban tarixi" əsərinin ikinci kitabına daxil etmişdi. "Alban tarixi"nin əsli hələlik tapılmamışdır, elm aləminə bu əsərin və qəsidənin XI–XII əsrlərdə qədim erməni dilinə tərcüməsi məlumdur. Təqribən 140 misralıq bu qəsidədə mədhiyyə və mərsiyə ünsürləri birləşmişdir. Qəsidə janr etibarı ilə qədim yunan, formaca isə şərq poeziyasında geniş yayılmış müvəşşəh şəklində yazılmışdır.
Kaoday
Kaptan
Kapitan bu mənaları ifadə edə bilər: Kapitan (hərbi rütbə) — hərbi zabit rütbəsi. Kapitan (futbol) — bir futbol komandasının sahə içində lider olaraq seçilmiş olan oyunçusu. Kapitan (film, 1971) — 1971-ci ildə istehsal olunmuş Almaniya filmi. Kapitan (film, 1994) Kapitan (film, 1999) Kapitan (film, 2018) Kapitan (film, 2019) Kapitan (film, 2022) Kapitan (film, 1946) Kapitan (film, 2017) Kapitan Amerika — super qəhrəman personajı. Gəmi kapitanı — gəmi kollektivində ən yüksək vəzifə.
Kankan
Kankan (tam adı: Keandrian Qynzel Jones; 22 sentyabr 2000, Dallas) — ABŞ repçisi, prodüseri, mahnı yazarı. == Həyatı == Kankan 2000-ci il sentyabrın 22-də Texasın Dallas şəhərində anadan olub. O, repçi Speaker Knockerz-in mahnılarını dinləyərək böyüyüb. Kankan deyir ki, əvvəlcə repçi kimi karyera qurmaq fikrində deyildi. İfadəsində bildirib ki, rep oxumağa "məzə üçün" başlayıb. O, deyir ki, musiqi yaratmağın nə qədər xoş olduğunu biləndən sonra həyatını tam olaraq buna həsr etməyi seçib.
II Kalman
Kalman Asen — Çar, II İvan Asenin qardaşıoğlu. 1256-cı ildə I Mixaili öldürərək taxta çıxmışdı. Rostislav Mixayloviçin qızı ilə evlənmiş, lakin Rostislavın yürüşünə qarşı dayana bilməyərək paytaxtdan qaçmışdı. Yolda öz əsgərləri tərəfindən öldürülmüşdür. == Mənbələr == John V. A. Fine, Jr., The Late Medieval Balkans, Ann Arbor, 1987.
I Kalman
I Kalman — Çar, II İvan Asenin oğlu. == Hakimiyyəti == 7 yaşında taxta çıxmışdı. Onun dövründə monqolların hücumundan illik vergi ilə ölkə qorunmuşdu. 1246-cı ildə 12 yaşında xəstələnərək vəfat etmişdir.
Kabudan (Kəleybər)
Kabudan (fars. كبودان‎) və ya Göy - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 16 nəfər yaşayır (6 ailə).
Kampan Qədimov
Kampan Qədimov (əsl adı: Əlibaxış Qədimov; ləqəbi: Məşədi Kampan; 1853–1928) — neft maqnatı, xeyriyyəçi, milyonçu. == Həyatı == Kampan Qədimov Balaxanıda doğulub. Ömrünün böyük hissəsini burada yaşamış, burada da vəfat etmiş və Balaxanı qəbirstanlığında dəfn edilmişdir. Neft milyonçusunun qəbir daşının üstündə ərəb və ingiliscə "Mer Qanpan Kadimof" yazılıb. Kampan Qədimovun evi kənddə hələ də qorunur. 21 otaqdan ibarət bu evdə milyonçu neftxudanın nəticəsi Kampan Qədimov yaşayır. Kampan Qədimov səxavətli, əliaçıq və təvazökar insan olub. Nəticəsi onun xeyriyyəçiliyindən bəhs edir: "Gəlib deyirlərmiş ki, Məşədi Kampan, bir dənə məktəb tikmək lazımdır. O da "nə qədər pul lazımdır" soruşanda əgər 100 min manat istəyirdilərsə, çıxarıb bir milyon verirmiş. Yəni gedin, lap on məktəb tikin.
Kamran (pyes)
Kamran (pyes) — Əbdürrəhimbəy Haqverdiyev pyesi 1931-ci ildə yazmışdır. == Əsərin mövzusu == "Kamran" (1931) pyеsinin mövzusu İran həyatından alınmışdır. Yazıçı, hələ XX əsrin əvvəllərində bir parça çörək üçün nеft Bakısına gələn оn minlərlə İran əməkçilərinin ağır zəhmətlə qəpik-quruş qazanıb, sоnra da gеri dönüb, qazandıqlarını, kоr-kоranə din dəllallarına yеdirtdiklərini görürdü. Dini əldə quldurluq silahına çеvirib Quran adından fitvalar vеrən müctəhidlərin ifşası pyеsdə əsas xətlərdən biridir. Pyеsdəki əhvalatların hamısı Kamran оbrazı ilə əlaqədardır. Kamran оbrazını biz "Оdabaşının hеkayəsi"ndən Fərman adı ilə tanıyırıq. О, varlı tacir Hacı Kamyabın qardaşı baqqal İbrahimin оğludur. Fərman hеkayədə aciz, hər zülmə bоyun əyən, sеvgilisi Gövhərtacdan əli çıxdıqdan sоnra yеganə yоlu Dərvişlikdə görən, nəhayət, vərəmləyib, köhnə mühitdə məhv оlan bir gəncdir. Kamran оndan tamamilə fərqlənir. Həyat, yaşadığı cəmiyyət, gördüyü haqsızlıq оnu istismar dünyasına qarşı bir üsyançıya çеvirir.
Kamran Ağabalayev
Ağabalayev Kamran Məmmədkazım oğlu — Azərbaycan kinoaktyoru, dramaturq. == Həyatı == Kamran Ağabalayev 3 mart 1980-ci ildə Bakıda anadan olub. 190 nömrəli orta məktəbi, daha sonra isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Bir müddət ixtisası üzrə təyinatla göndərildiyi Nizami Rayon Məhkəməsində çalışıb. Bir çox aktyor master-klasslarında iştirak edib, kinoda ilk rolu olan mayor Savelyev obrazını rejissor Samir Kərimoğlunun "Mən evə qayıdıram" filmində canlandırıb. Çəkildiyi filmlərin əksəriyyətində ikinci rejissor kimi fəaliyyət göstərib. Kamran Ağabalayev eləcə də bir neçə teatr tamaşasının müəllifidir. Onun müəllifi olduğu "Şahzadə Xəzərin nağılı", "Heyvanlar-İstintaq davam edir", "Kod adı: Keçəl, Kosa, Bahar qızı" tamaşaları Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulub. Evlidir, 2 oğlu var. == Mükafatları == "Tərkedilmiş" filmindəki Çirkin obrazına görə Türkiyədə Əskişəhər Beynəlxalq Film Festivalında "Ən yaxşı aktyor" nominasiyasında mükafata layiq görülüb.
Elie Kartan
Elie Kartan (fr. Élie Joseph Cartan; 9 aprel 1869[…], Dolomyo, İzer (departament), Fransa – 6 may 1951[…], Paris, Sena[d], Fransa) — fransız riyaziyyatçısı. Bir fransız riyaziyatçısı olan Elie Kartan, 1869-cu ildə Dolomiyada anadan olmuşdur. 1912-ci ildə SorbonUniversitetində professor olmuşdur. 1924–1940-cı illərdə ali həndəsədən dərslər vermişdir. İşlərinin çoxu qruplar nəzəriyyəsinin analizi sahəsindədir. Arasıkəsilməz və sonsuz qrupların daxili ilə əlaqədar nəzəriyyəni və yeni dünyaların varlığı ilə əlaqədar ümumiləşdirmələr və kainat nəzəriyəsini hazırlamışdır. 1922-ci ildə ortaya çıxartdığı,heç əyri olmayan tamamilə paralel bir kainat anlayışı ən məşhur kəşflərdən sayılır.
Çaydan
Çaydan — qaynar su hazırlamaq üçün istifadə edilən kiçik bir mətbəx ləvazımatı. Çaydanlar, bir soba üzrə yerləşdirilməsi ilə və ya öz elektrik qızdırıcı element tərəfindən qızdırıla bilər. İlk çaydanlar bişirməkdən başqa məqsədlər üçün qədim Mesopotamiyada istifadə olunmuşdur.