Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kilit
Kilit — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. == Coğrafi mövqeyi == Rayonun mərkəzindən 16 km cənub şərqdə, Naxçıvan-Bakı dəmir yolunun sol tərəfində, Zəngəzur silsiləsinin ətəyindədir. == Tarixi == Zaqafqaziya MİK-in 1929-cu il 18 fevral tarixli qərarına əsasən Ordubadın Qorçevan kəndində Naxçıvan MSSR-in 9 kəndi sırasında əkin yerləri və otlaqları ilə birlikdə qanunsuz olaraq Ermənistan SSR-ə birləşdirildi. Bundan əlavə Qorçevan ermənilərin hələ 1921-ci ildən icarəyə götürdükləri, 1923-cü ildən zorakılıqla sahibləndikləri Kilit kəndi torpaqlarının bir hissəsi də bu respublikaya qatıldı. 1992-ci ildə erməni silahlı quldurlarının basqınları nəticəsində əhalisi Ordubad rayonunun müxtəlif yerlərinə köçmüşdür. Hər tərəfdən sıldırım yamaclı dağ və dərələrlə əhatə olunan Kilit kəndinin cənub şərqində karst mağarası mövcuddur (mağaranın dəhliz və salonlarında stalaktik və stalaqmitlər var). Mağaraların girəcəyində aşkar edilmiş mədəni təbəqə qalıqları onların qədim insan məskənləri olduğunu göstərir. Kilit yaxınlığında Ül dərəsi adlı yerdə orta əsrlərə aid yaşayış yerinin qalıqları və qəbir abidələri aşkar edilmişdir.
Kilkə
Kilkələr (lat. Clupeonella) — Siyənəkkimilər (Clupeidae) fəsiləsinə aid dəniz balığı cinsi. Cinsə daxil olan növlər 14,5 sm uzunluğa və 26 q çəkiyə sahib olurlar. Yetkinlik yaşına 1–2 illiyində çatırlar. Orta ömür müddəti 5–6 ildir. Əsasən kiçik zooplanktonlarla qidalanırlar. Xırda balıqlardır. Boğazından anal dəliyinə qədər "kil" olduğuna görə kilkə adlanır. Xəzər dənizində üç növü yaşayır. Ən çox ehtiyata malik olanı ançousabənzər kilkədir.
Katerina Kalitko
Yekaterina Aleksandrovna Kalitko (ukr. Катерина Олександрівна Калитко) — ukraynalı şairə, tərcüməçi, şeir topluları və nəsr əsərlərinin müəllifi. O, 2000-ci ildən Ukrayna Yazıçılar Birliyinin üzvüdür. == Həyatı == Katerina Kalitko 8 mart 1982-ci ildə Vinnitsada anadan olub və burada orta məktəbi qızıl medalla bitirib. 1999-2005-ci illərdə Kiyev-Mohila Akademiyasında politologiya və jurnalistika üzrə təhsil alıb. 2017-ci ildə Yekaterina Kalitkonun "Old Lev" nəşriyyatı tərəfindən nəşr olunan "İtirilmişlər ölkəsi və ya kiçik qorxulu nağıllar" (ukr. Земля Загублених, або Маленькі страшні казки) kitabı "BBC ilin kitabı" mükafatına layiq görülüb. 2019-cu ildə HeForShe İncəsənət həftəsi 2019 çərçivəsində BMT Qadınları və Ukrayna İnstitutu tərəfindən "Müstəqil Sənətdə Qadın" mükafatına layiq görülüb. 2023-cü ildə "Səssiz Qadınlar ordeni" toplusuna görə Ədəbiyyat kateqoriyasında Şevçenko mükafatına layiq görülüb. 2023-cü ildə Kalitko Milli Birlik Radio Diktasiyası üçün mətn yazmağa dəvət edilib.
Ançous kilkə
Ançousabənzər kilkə (lat. Clupeonella engrauliformis) — kilkələr cinsinin nümayəndəsidir. == Yayılması == Bu kilkə Cənubi və Orta Xəzərin sahildən aralı, dərinliyi 20 m-dən çox olan hissələrində, əsasən isə dairəvi axın zonasında, 50–200 m dərinliklərdə yayılmışdır. Dənizin 200 m-dən dərin hissələrində də ançousabənzər kilkəyə təsadüf edilir. == Morfoloji əlamətləri == Bədəni oxlovşəkilli, alçaq, qarıncığı dəyirmiləşmişdir, kili güclə seçilir. Qalınlaşmış beli tünd göy rəngdədir. Ağzı kiçikdir. Gözləri xırdadır, anal üzgəcin iki son şüası uzanmışdır. Bel üzgəcində 12-14,anal üzgəcində 16-18 şüa olur.Uzunluğu 14,5-15,5 sm-ə, kütləsi 20 q-a qədər çatan bu kilkə 7 ilə qədər yaşayır. == Yaşayış yeri və həyat tərzi == Dəniz balığıdır, şirin suya getmir.
Ançousabənzər kilkə
Ançousabənzər kilkə (lat. Clupeonella engrauliformis) — kilkələr cinsinin nümayəndəsidir. == Yayılması == Bu kilkə Cənubi və Orta Xəzərin sahildən aralı, dərinliyi 20 m-dən çox olan hissələrində, əsasən isə dairəvi axın zonasında, 50–200 m dərinliklərdə yayılmışdır. Dənizin 200 m-dən dərin hissələrində də ançousabənzər kilkəyə təsadüf edilir. == Morfoloji əlamətləri == Bədəni oxlovşəkilli, alçaq, qarıncığı dəyirmiləşmişdir, kili güclə seçilir. Qalınlaşmış beli tünd göy rəngdədir. Ağzı kiçikdir. Gözləri xırdadır, anal üzgəcin iki son şüası uzanmışdır. Bel üzgəcində 12-14,anal üzgəcində 16-18 şüa olur.Uzunluğu 14,5-15,5 sm-ə, kütləsi 20 q-a qədər çatan bu kilkə 7 ilə qədər yaşayır. == Yaşayış yeri və həyat tərzi == Dəniz balığıdır, şirin suya getmir.
Kilit dili
Kilit dili — bu ölmüş dil Hind-Avropa dil ailəsinin İran dil qrupunun şimal-qərb alt qrupunda sinifləndirilmişdir. Adını XX əsrin əvvəllərinə qədər mövcud olmuş Naxçıvanın Kilit sahəsi Ordubad rayonunun Kilit kəndindən gəlir. Kilit dili indi ölmüş İran dil qrupu Aşarın nəslindən və müasir talış dilinin ən yaxın qohumu idi. Bu dildən istifadə Sovet dönəmində kəskin olaraqda azalmışdır. 1992-ci ildə Dağlıq Qarabağ müharibəsinin başlaması ilə birlikdə kəndin Ermənistan respublikası ilə sərhəd ərazidə yerləşməsi və ermənilərin etdikləri basqınlar nəticəsində kənd əhalisinin digər ərazilərə köçməsi bu dilin tamamilə yox olmasına gətirib çıxarmışdır.
Kilit mağarası
Kilit mağarası — mağara qədim insanların daş dövrünün Neolit epoxasında yaşayış yeri olmuşdur. Mağara Ordubad rayonunun Kilit kəndi ərazisində yerləşir. Araz çayının sol sahilinə yaxın qərarlaşır. Zəngəzur silsiləsi cənub-qərb yamacını təşkil edən karbonatlı süxurlarda 2,5 m-dir. Mağara içərilərinə doğru 10-cu metrdə sağ 4 m, sol isə 10 m olmaqla iki qola ayrılır. Ümumi uzunluğu 24 m olan mağaranın dəhliz və salonlarında stalaqdit və stalaqmitlər müşahidə edilir. Divarları kalsit iynələri ilə örtülüdür. Mağarada aşkar edilmiş mədəni təbəqə onun qədim insanların məskəni olduğunu göstərir. Mağara 1983-cü ildə Ordubad və Şərur rayonu ərazilərində aparılan arxeoloji qazıntılar zamanı kəşf edilmişdir. Burada əmək tipli alətlər aşkarlanmışdır.
Kilit piri
Kilit piri — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kilit kəndindən cənubdada, təpənin üzərində ziyarətgah. Girişi şərqdəndir. Dördkünc formalı kiçik binadan ibarətdir. Divarında kiçik dördkünc formalı taxçalar var. Taxçalarda orta əsrlərə aid çıraqlar qoyulmuşdur. Pirin mərkəzi hissəsində bir qəbir var. Araşdırmalar zamanı pirin ətrafından orta əsrlərə aid keramika məmulatı aşkar olunmuşdur.
İrigöz kilkə
İrigöz kilkə (lat. Clupeonella grimmi) — Xəzər dənizində yaşayan endemik növdür. İrigöz kilkə Cənubi və Orta Xəzərin 40-50- m-dən yuxarı (200–500 m və daha çox) dərinliklərində yayılmışdır.Belə sahələr Xəzər dənizinin ümumi sahəsinin 50% - dən çoxunu (200 min km2 ) təşkil edir. İrigöz kilkə üst qatlardan çəkinərək Xəzərin daha dərin qatlarında yaşamağa uyğunlaşdığından dənizdə neft çıxarılan ərazilərdə (müqavilə sahələrində) daha çox təsadüf edilir. Mövsümlə əlaqədar olaraq irigöz kilkə areal daxilində müntəzəm olaraq öz yerini dəyişir. Belə ki, qış - yaz mövsümündə irigöz kilkə Cənubi Xəzərin şimali-qərbində və şərq hissəsində, payız mövsümündə isə Cənubi və Orta Xəzərin şimali - qərbində külli miqdarda toplanır. Adi və ançousabənzər kilkə növlərinə nisbətən irigöz kilkənin başı böyük, gözləri iri, üzgəcləri isə uzun olur. İrigöz kilkə digər kilkələrlə yanaşı Xəzər ixtiofaunasmm vətəgə əhəmiyyətli ən kiçik balıqlarından olub, uzunluğu 45–120 mm-ə, nadir hallarda isə 150 mm-ə çatır. D 12-18, orta hesabla 14,8, A 18-21, qəlsəmə dişiciklərini sayı 43-51, orta hesabla 47,4, omurğa pulcuqlarının ümumi sayı 21-30, orta hesabla 26,0-dır. Başı hündür və böyükdür, başının uzunluğu bədən uzunluğunun 23,5%-dən çoxdur.
Hamsi (kilkə) Dolması
Hamsi (kilkə) Dolması — Türkiyənin Qara dəniz sahillərində ən sevilən yeməklərdən biridir və "hamsi dolması" adı ilə məşhurdur.
Kilit Monsonit yatağı
Kilit Monsonit yatağı- Ordubad rayonu ərazisində,Kilit kəndindən 2 kilometr şimal-şərqdə Kilit çayının sağ sahilindədir.Geoloji quruluşunda Mehri-Ordubad plutonunun monsonit fazasının süxurları təşkil edir.Faydalı qat xırda və orta dənəli,boz və tünd-boz rəngli kvarslı monsonitdən təşkil olunmuşdur.Sahəsi 0.03 kvadrat kilometr,faydalı qatın öyrənilmiş qalınlığı 50-90 metrdir.Monsonit yüksək dekorativliyə malik olub,üzlük daşı kimi köbə(bordyur) və binaların fasad hissələrinin tikintisində,abidələrin hazırlanmasında istifadə oluna bilər.Yatağın sənaye ehtiyatı 1260.1 min kub metrdir.
Klikə görə ödəniş
Klikə görə ödəniş (ing. pay per click) termini rəqəmsal marketinqdə istifadə olunur. İnternetdə reklam yerləşdirdikdə, reklam platforması, reklam yerləşdirən şəxsdən hər klikə görə ödəniş alır. Belə platformadan biri Google Ads platformasıdır.
Silifke
Silifke (türk. Silifke) — Mersin ilinin ilçəsi.
Lilite Zatlere
Lilita Zatlere — Latviyanın 2-ci Birinci xanımı (2007—2011). == Həyatı == Lilita Zatlere 1953-cü il fevralın 24-də Riqa şəhərində anadan olub. == Ailəsi == Lilita Zatlere birinci həyat yoldaşı rəssam Ayvaru Manquli idi. Həmin nigahdan onun Agnese adında qız övladı var. 2007-2011-ci illərdə Latviya Prezidenti olan Valdis Zatlers ilə nigahdan isə, Karlis adında oğul övladı var.
Fyodor Litke
Fyоdоr Pavlоviç Litkе (1797–1882) — rus səyyahı, tədqiqatçısı == Həyatı == F.R.Litkе Pеtеrburqda çinоvnik ailəsində anadan оlmuşdur. Yaşından validеynlərini itirmiş əmisinin yanında ağır həyat tərzi kеçirməklə böyüyən rus cоğrafiyaşünasıdır. Əmisinin yanındakı ağır həyat tərzinin Litkе bеlə хatırlayır: "Acından ölməyə qоymamaq üçün küçədən götürülən uşaq kimi baхırdılar, uşaqlıq dövrümdən хоşagələn hеç bir хatirə qalmadı." 1812-ci ildə 15 yaşında ikən dоnanmanda хidmət еtməyə başlayır. 1817-1819-cu illərdə V.M.Qоlоvninin rəhbərliyi altında "Kamçatka" gəmisində dünya səyahətində iştirak еdir. 1821-1824-cü illərdə Yеni Tоrpağın öyrənilməsi üçün təşkil оlunmş еkspеdisiyanın rəisi оlmuşdur. Dörd dəfə bu tоrpağa еkspеdisiya təşkil еtməklə əldə оlunmuş faktiki matеriallara əsaslanmaqla "Şimal Buzlu оkеanına dörd dəfə səyahət" əsərini yazır. Bu kitab оnun şöhrətlənməsində böyük əhəmiyyət kəsb еdir. Qоlоvinin təklifi ilə Yеni Tоrpaq еkspеdisiyasına rəhbərlik еdən Fyоdоr Pavlоviç Litkе adanın sahil хətlərinin dəqiqliklə öyrənilməsini və хəritəyə köçürülməsini qarşıya bir məqsəd kimi qоymuşdur. Səyahətin birinci ili dənizçilər Arktika şəraitində tədqiqat aparma üsulları ilə tnış оlurlar. Növbəti ilin yayında Kоla yarımadasında Murmansk sahillərini öyrənməklə Yеni tоrpağa dоğru üzürlər.
Litke adaları
Litke adaları — Kara dənizində Nordenşeld arxipelaqı tərkibinə daxil olan adalar qrupu. İnzibati cəhətdən Rusiya Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Nordenşeld arxipelaqına daxil olan beş əsas qrupdan birini təşkil edir. Ruskiy adasından cənubda yerləşir. Qrupa 10 iri və bir necə kiçik adalardan ibarətdir. Adalar 33 km məsafədə uzanır. Cənubunda yerləşən Paxtusov adalarından Lenin boğazı ilə ayrılır. 3,5 km şərqdə isə Şərq adaları qərarlaşır. Adalar 1901-ci ildə Fyodr Litkenin şərəfinə adlandırılmışdır. == Tərkibi (qərbdən şərqə) == Torosnıy adası — 42 metr hündürlüyə sahib qayadan ibarət olan iri ada.
Litke adası
Litke adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ada arxipelaqın cənub-şərqində, Salm adasından 3.5 km cənub-şərqdə yerləşir. Salm adasındam Fram boğazı ilə ayrılır. Ada dairəvi formaya malikdir. Diametri 3 km, sahəsi isə 14 km²-dir. Ərazisinin böyük hissəsini 85 m hündürlüyə malik buzlaq tutur. Şimal-qərbində buzdan azad kiçik bir ərazi vardır. Ada rus dənizçisi, qütb araşdırmaçısı, coğrafiyaçısı Fyodor Litkenin şərəfinə adlandırılmışdır.
Litke boğazı
Litke boğazı (rus. Пролив Литке) - Avrasiya materikini Karaqin adasından ayırır. Boğaz Berinq dənizində yerləşir. Uzunluğu 120 km, ən dar yerdə eni 26 km təşkil edir. Boğaz rus dəniz səyyahı Fedora Petroviç Litkenin şərəfinə adlandırılmışdır. Boğazın sahilində Ossara qəsəbəsi yerləşir. Bölgə Kamçatka diyarına aid ərazidə yerləşir.
Litke burnu
Litke burnu (çuk. Кэйикэй, esk. Кайкак) — Çukot yarımadası, Puatın buxtası sahillərində yerləşən qayalı burun. Sahillərini Berinq dənizinin suları yuyur. İnzibati cəhətdən Çukot Muxtar dairəsinin Çukotski rayonu ərazisinə daxildir. Burun ilk dəfə 1828-ci ildə dövrü dünya səyahətinə çıxmış "Sevyanin" gəmisində kəşf edilmişdir. Komandanın bir ildən sonra geri qayıtması ilə ekspedisiyanın rəhbəri olan Fyodor Litkenin şərəfinə adlandırılmışdır. Çukotkaça çuk. Кэйкэй adı isə tərcümədə — "piydən qırışlar" mənasını verir. Burunun qayalarında 5 min quş yuva qurur: berinq qrabatdağı, qütb qağayısı, gümüşü qağayı, Sakitokean təmizçisi və s.