Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kirzan
Hunanlar (əvvəlki adı: Girzan) — Azərbaycan Respublikasının Tovuz rayonunun Hunanlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Tovuz rayonunun Girzan kəndi Əlimərdanlı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılarıq, həmin kənd mərkəz olmaqla Girzan kənd inzibati-ərazi vahidi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Girzan kənd inzibati ərazi dairəsi tərkibindəki Girzan kəndi Hunanlar kəndi adlandırılmış, Girzan kənd inzibati ərazi dairəsi Hunanlar kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == Tarixi mənbələrdə kəndin adı Krzan variantında da qeydə alınmışdır. Bəzi tədqiqatçılar oykonimi Kür çayının adı ilə əlaqələndirərək "Kür sahili, Kür qırağı" kimi izah edirlər. Lakin tədqiqatçıların araşdırmalarına görə, kəndin əsl adı Kürsandır. Kəndin sakinləri udilər olmuşdur. XIX əsrə aid arxiv sənədlərində Kürsanda cəmi 32 udi ailəsinin yaşadığı göstərilir. Kürs qədim türk dillərində "yad, qohum olmayan" mənasında işlənmişdir. Deməli, oykonim "yadlar, qohum olmayanlar" mənasındadır.
Kiraz (İzmir)
Kiraz (türk. Kiraz) — İzmir ilinin ilçəsi. İzmirin şərqində yer alır. İl mərkəzinə uzaqlığı 142 km-dir. İlçənin qərbində Ödəmiş, cənub-qərbində Bəydağ ilçələri, cənub-şərqində Aydın ili, şərqində və şimalında Manisa ili yerləşir. İlçənin sahəsi 573 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 43,925 nəfərdir.
Mirza Delibaşiç
Mirza Delibaşiç (serb-xorv. Mirza Delibašić / Мирза Делибашић; 9 yanvar 1954, Tuzla — 8 dekabr 2001, Sarayevo) — Yuqoslaviya basktebolçusu, ölkə tarixinin ən yaxşı basketbolçularından biri. Oyun qurucu, hücumçu müdafiəçi və qısa hücumçu mövqeyində oynayırdı. Oynadığı klublar: Sloboda, Bosna və Real Madrid. Yuqoslaviya komandası tərkibində 1975-1977-ci illərdə keçirilən Avropa çempionu, 1978-ci ilin dünya çempionu və 1980 Yay Olimpiya Oyunları çempionu. 2000-ci ildə Bosniya və Herseqovinanın XX əsrdəki ən yaxşı idmançısı seçilmişdir. Uşaq ikən Mirza Delibasiç tennislə ciddi məşğul olumuş və yeniyetmələr arasında Bosniya və Herseqovina çempionu olmuşdur. 15 yaşında tennisi basketbolla dəyişdirməyə qərar verir. Onun qərarına iki amil təsir etdi: Tuzlada qapalı tennis kortu yox idi və buna görə də yayda oynamaq və məşq etmək mümkün idi, üstəlik, başqa bir idmançı, yerli siyasətçinin oğlu Mirzanin əvəzinə Çexoslovakiyadakı turnirə göndərilir. Sloboda klubunun təlim-məşq toplanışına ilk dəfə 1968-ci ilin payızında gəlmiş və komandada 4 il oynamışdır.
Mirza Teletoviç
Mirza Teletoviç (serb. Мирза Телетовић; doğ, 17 sentyabr 1985-ci il, Mostar, Bosniya və Herseqovina Sosialist Respublikası, YSFR) — Bosniyalı peşəkar basketbolçu, Bosniya və Herseqovina, Belçika, İspaniya, NBA çempionatlarının oyunçusu. Uzun hücumçu mövqeyində oynamış. Peşəkar səviyyədə Teletoviç Sloboda Tuzla komandasında 2002/03-cü il mövsümündə debüt etdi. İlk mövsümdə hər oyuna orta hesabla 7,2 xal toplayaraq 2,7 ribaund etdi. İkinci mövsümdə göstəricilər əhəmiyyətli dərəcədə yaxşılaşdı. Mirza 26.4 xal və 6.6 ribaund nəticəni göstərdi (liqada 17 matç üçün). 2004-cü ildə Belçika çempionatına keçdi. Burada iki mövsüm Ostende komandasında oynadı. Həm də Avropanın ikinci ən vacib klub yarışmasında - ULEB Eurocupda oynadı.
Kira Andronikaşvili
Kira Georgiyevna Andronikaşvili (rus. Ки́ра Гео́ргиевна Андроникашви́ли, gürc. კირა გიორგის ასული ანდრონიკაშვილი, Andronikaşvili-Pilnyak; 16 iyun 1908, Tiflis – 24 fevral 1960, Tbilisi, SSRİ) — Sovet aktrisası və kinorejissor. Gürcüstan SSR əməkdar artisti (1959). Knyaz qızı. == Həyatı == O, Andronikovlar knyaz nəslindən idi. Kino sənayesinə təsadüfən düşən bacısı Natonun yolu ilə gedərək kinematoqrafla məşğul olmağa başladı. 1923—1928-ci illərdə Gürcüstan Kino Sənayesinin aktrisası olmuşdur, 1929—1931-ci illərdə "Vostokfilm" kinostudiyasının aktrisası və rejissor köməkçisi idi. 1936-cı ildə Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq şöbəsini (Sergey Eyzenşteynin emalatxanası) bitirdi. Rejissor köməkçisi ("Soyuzdetfilm") və dublyaj rejissoru ("Gürcüstan-Film") kimi fəaliyyət göstərmişdir.
Kira Kosarin
Kira Nikol Kosarin (7 oktyabr 1997, Morristaun[d], Nyu-Cersi, ABŞ) amerikalı aktrisa və musiqiçi. Ən məşhur rolu Nickelodeon kanalında gedən İldırımadamlar teleserialında Fibi olmuşdur. 10 Aprel, 2019 tarixində , "Markasız" (ing Off Brand) adlı ilk albomunu çıxardı. == Erkən həyatı == Kosarin gənc yaşlarında rəqs və gimnastika ilə məşğul olurdu. O, Boka Ballet Teatrında ballet dərsəri ilə məşğul olur, orta məktəb təhsilini isə Floridada yerləşən Payn Krest Məktəbində alırdı. Anası aktrisa, atası isə bəstəkar, dirijor olaraq çalışırdı ki, bu da Kosarini aktrisa olmağa ruhlandırdı. Aktrisalıq dərslərinə yazıldıqdan sonra, 2011-ci ildə öz karyerasını davam etdirmək üçün Kaliforniya ştatına köçür və orada Disneydən "Silkələ" teleserialı üçün dəvət alır. == Karyerası == === Aktrisalıq === Kosarin ilk aktrisalıq addımına Disney kanalında gedən "Silkələ" teleserialında oynamaqla başlayır. Məşhurluğu artdıqdan sonra, 2013-cü ildə Nickelodeon kanalından "İldırımadamlar" teleserialı üçün dəvət alır və bu teleserialda daha da məşhurlaşır. 2015-ci ildə, Nickelodeon kanalında keçirilən Kids' Choice Award Mükafatlandırımasında "Ən sevimli aktyor" mükafatına namizəd göstərilir lakin sonradan mükafat Laura Maranoya gedir.
Kira Naytli
Kira Naytli (ing. Keira Knightley) — məşhur İngiltərə aktrisası. == Həyatı == Kira Naytli 1985-ci il mart ayının 26-da İngiltərənin Teddinqton şəhərində sənətçi ailəsində anadan olub. Onun anadan olması qəribə mərc əsasında baş verir. Belə ki, onun valideynləri - anası aktrisa Şerman Makdonald və atası aktyor Uill Naytli öz aralarında mərc qoşurlar. Şerman karyerasını yarımçıq qoyub, dramaturgiya ilə maraqlanır. Əgər o, özünün birinci əsərini təqdim etsə, onda ailədə ikinci uşaq anadan ola bilər. Şerman Makdonald mərcdə qalib gəlir və gələcək aktrisa Keira Knightley anadan olur. Kiranın özündən böyük Kaleb adlı bir qardaşı var. O, uşaqlıqdan aktrisa olacağına əmin idi.
Kira Noir
Kira Noir (16 iyul 1994[…], San Marino[d], Kaliforniya, ABŞ) — amerikalı pornoaktrisa.
Kira Plastinina
Kira Sergeyevna Plastinina (1 iyun 1992, Moskva) — Rusiya modelyeri. == Həyatı == Kira Plastinina dünyanın ən gənc modelyeri kimi tanınan rus modelyeridir. Belə ki, o, karyerasına hələ orta məktəb şagirdi olduğu müddətdə başlamışdir. Kira 1 iyun 1992-ci ildə Sergey və Tatyana Plastinin ailəsində anadan olub. Atası Sergey Plastinin məşhur rusiyalı iş adamı, qida sənayesi nəhəngi Wimm-Bill-Dann şirkətinin səhmdarıdır. Anası Tatyana Plastinina ixtisasça dilçi, Uşaq Musiqili Akademiyasının həmtəsisçisidir. Artıq 14 yaşında valideynlərinin dəstəyi ilə Kira Plastinina öz moda brendinin sahibi oldu. 2017-ci ildə Kira Plastinina keçmiş iş ortağı, amerikalı sahibkar Trey Vallett ilə ailə həyatı qurub. == Karyerası == Sergey Plastinin 2006-cı ildə qızının arzusunu həyata keçirməyə başladı. O, Kira Plastinina ticarət markasını qeydiyyatdan keçirdi və yeni geyim markasının təşviqi strategiyasını hazırlayan mütəxəssisləri işə götürdü.
Kira Vassiliki
Kira Vassiliki (yun. Κυρά Βασιλική; əsl adı Vassiliki Kontaksi; 1789 – 11 dekabr 1834) — Osmanlı hökmdarı Əli Paşanın sarayında böyümüş nüfuzlu yunan qadın. == Həyatı == Vassiliki Kontaksi Yunanıstanın Tesprotiya vilayətindəki Filyate kəndində anadan olub. On iki yaşında o, atasının həyatını şəfaət etmək üçün yerli osmanlı hökmdarı Əli Paşaya verildi. Atasını əfv edən Əli Paşa 1808-ci ildə Vasiliki ilə evlənir və o, onun hərəmi olur. Xristian inancını tətbiq etməyə icazə verilərək, o, pravoslav xalqı adından şəfaət etdi. Ola bilsin ki, Yunanıstanın vətənpərvər təşkilatı "Filiki Eteriya" ilə əlaqə saxlayıb. Bu müddət ərzində o, bir sıra xeyriyyə təşəbbüsləri həyata keçirdi. 1819-1820-ci illərdə o, Afon dağında bir sıra bərpa işlərini maliyyələşdirdi. 1822-ci ilin yanvarında Osmanlı sultanı qüvvələri tərəfindən Yaninanın mühasirəsinin son mərhələsində Vassiliki Əli Paşa və şəxsi mühafizəsi ilə birlikdə İoannina adasına qaçdı.
Kira Şon
Kira Şon (ing. Kyra Schon; 4 oktyabr 1957) — ABŞ aktrisasıdır. == Həyatı == Kira Şon 4 oktyabr 1957-ci il tarixində Pensilvaniyanın Pittsburq şəhərində anadan olmuşdur. 11 yaşında olarkən Yaşayan ölülərin gecəsi filminə çəkilmişdir. Bu filmdə Kira Şon Karl Hardmanın və Merilin İstmanın qızını canlandırmışdır. Kira Şon bu filmə görə 2005-ci ildə "Ən yaxşı zombi" nominasiyasına namizəd göstərilmişdir. 2011-ci ildə "Yaşıl adam" filminə çəkilir.
Çinatsu Kira
Çinatsu Kira (d. 5 iyul 1991) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 12 oyun keçirib, 5 qol vurub.
Kira (Fokida)
Kira (yun. Κίρρα) — Yunanıstanda qədim Kirra şəhərinin yerində kiçik dənizkənarı şəhər. Dəniz səviyyəsindən 5 metr hündürlükdə, Korinf körfəzinin şimal sahilində, İteyadan 2 kilometr şərqdə, Delfidən 7 kilometr cənub-qərbdə, Amfisadan 12 kilometr cənub-şərqdə, Navpaktdan 53 kilometr şərqdə və Afinadan 123 kilometr şimal-qərbdə yerləşir. Mərkəzi Yunanıstan periferiyasındakı Fokida periferik vahidində Delfi icmasının (dim) bir hissəsidir. Əhalisi 2011-ci il siyahıyaalınmasına əsasən 1,385 nəfərdir. Sahəsi 6,05 kvadrat kilometrdir. Fokidada yerləşən qədim Kirra şəhəri Delfi üçün liman kimi xidmət edirdi. Şəhərin adını pəri Kirranın adından aldığı güman edilir.
Kira (Mortal Kombat)
Kira (ing. Kira) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir.
Kira Georgiyevna Andronikaşvili
Kira Georgiyevna Andronikaşvili (rus. Ки́ра Гео́ргиевна Андроникашви́ли, gürc. კირა გიორგის ასული ანდრონიკაშვილი, Andronikaşvili-Pilnyak; 16 iyun 1908, Tiflis – 24 fevral 1960, Tbilisi, SSRİ) — Sovet aktrisası və kinorejissor. Gürcüstan SSR əməkdar artisti (1959). Knyaz qızı. == Həyatı == O, Andronikovlar knyaz nəslindən idi. Kino sənayesinə təsadüfən düşən bacısı Natonun yolu ilə gedərək kinematoqrafla məşğul olmağa başladı. 1923—1928-ci illərdə Gürcüstan Kino Sənayesinin aktrisası olmuşdur, 1929—1931-ci illərdə "Vostokfilm" kinostudiyasının aktrisası və rejissor köməkçisi idi. 1936-cı ildə Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq şöbəsini (Sergey Eyzenşteynin emalatxanası) bitirdi. Rejissor köməkçisi ("Soyuzdetfilm") və dublyaj rejissoru ("Gürcüstan-Film") kimi fəaliyyət göstərmişdir.
İrza bəy Hacıbəylinski
İrza bəy Hacıbəylinski (rus. Ирза-бек Гаджибеклинский) — Azərbaycanın hərbi xadimi, polkovnik. İrəvan şəhər zadəganlarının nəslinə mənsubdur. Xidmətə Yelisavetqrad süvari yunker məktəbində sıravi rütbəli yunker kimi başlamışdır. Məktəbi bitirdikdən sonra 27 aprel 1898-ci ildə kornet rütbəsinə keçirilməklə İmperator Əlahəzrətləri Böyük Knyaz Mixail Mixayloviçin 21-ci draqun polkuna təyin edilmişdir. 19 mart 1902-ci il tarixində poruçik rütbəsi almışdır. 1 sentyabr 1905-ci il tarixindən ştabs-rotmistr. 25 aprel 1912-ci il tarixində rotmistr rütbəsi verilmişdir. Birinci Dünya müharibəsiinin iştirakçısıdır. 23 oktyabr 1914-cü il tarixində yaralanmışdır.
Kırna
Kırna (əvvəlki adı: Kirnə) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Kirnə kənd inzibati ərazi dairəsi tərkibindəki Kirnə kəndi Kırna kəndi, Kirnə kənd inzibati ərazi dairəsi Kırna kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Tarixi == == Mədəniyyəti == === Kırna türbəsi === Culfa rayonunun Kırna kəndində memarlıq abidəsi. Abidə Naxçıvan memarlıq məktəbinin mərkəzi günbəz tipli binalar sahəsində də diqqətəlayiq memarlıq kompozisiya üsulları yaratdığını göstərir. Abidənin ümumi quruluşu onun türbə və ya məscid olması haqqında mülahizə irəli sürməyə əsas verir. Planda kvadratşəkilli olan bina türbələr üçün səciyyəvi şəkildə ikiqat örtüklü olub, içəridə çatmatağlı, xaricdən isə piramidaşəkilli çadırvarı günbəzlə örtülmüşdür. Beləliklə, Kırna abidəsi ümumi kompozisiyası etibarı ilə günbəz-qülləvarı adlandırılan Azərbaycan türbələri sırasına daxil edilə bilər. Kırna abidəsi bir sıra xüsusiyyətlərinə görə Əlincəçay Xanəgahındakı abidəyə oxşayır. Bu, türbənin daxili günbəzinin quruluşunda və xüsusən xarici çadırvarı günbəzin oxşarlığında özünü göstərir. Hər iki abidənin xarici örtüyü 16 səthli piramida şəklində həll edilmişdir.
Kırna nekropolu
Kırna nekropolu — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Kırna kəndində şimalda orta əsrlərə aid arxeoloji abidə. Nekropol hündür təpəni və onun yamaclarını əhatə edir, qərb tərəfdə Əlincə çay, cənubuda torpaq yol, şimal-şərqində dərin dərə ilə sərhədlənir. Nekropolda 1985-1991-ci ildə kəşfiyyat xarakterli tədqiqat işləri aparılmışdır. Nekropol hazırda yerli əhali tərəfindən istifadə edilir. Orta əsr və müasir qəbirlər bir-birinə qarışmışdır. Qəbirlərin baş daşları qalmamışdır, sinə daşlarının isə bir çoxu yerindən tərpədilib çevrilmişdir. Sinə daşları müxtəlif formalıdır. Onlar, əsasən, düzbucaqlı və prizma formasında olub, bəzən yuxarıda tağvarı formada tamamlanmışdır. Bir qrup qəbirlərin baş tərəfində tağşəkilli oyuqlar açılmışdır. Bəzi qəbirlərin üzərində quş və haça təsvirləri vardır.
Kırna türbəsi
Cümə məscidi — Culfanın Kırna kəndində, təpə üstündə, İlandağın fonunda ucalan məscid. Dövrümüzə məscidin yalnız xarabalıqları çatmışdır. Plan-məkan quruluşu, yerləşmə tərz, ən başlıcası isə yüksək memarlıq keyfiyyəti onun əhəmiyyətli dini kompleksin mərkəzi hissəsi – Came məscidinin günbəzli məqsurəsi olduğunu bəlliləşdirir. Bəzi araşdırmaçılar Girnə məscidini türbə hesab etmiş, onun ilkin çağında bayırdan çadırvari günbəzlə örtülməsi fikrini irəli sürmüşlər. Ölüçü və nisbətləri, xüsusilə plan-məkan quruluşu onu xatirə tikilisi saymağa heç bir əsas vermir. Azərbaycanın xatirə memarlığı təcrübəsində bu tip tikili yoxdur. Abidənin dam örtüyü tamamilə dağılsa da, iç və dış quruluşu, xüsusilə günbəzaltı keçid qurşağı onun kubvari gövdəsinin çadırvari deyil, bu tip tikililər üçün xarakterik olan sferokonik biçimli günbəzlə tamamlandığına şübhə yeri qoymur. Bu abidənin bütün göstəriciləri onu Azərbaycan ərazisində yerləşən çoxsaylı Səlcuqlu məqsurələrindən biri saymağa imkan verir. Girnə cümə məscidinin dövrümüzə çatmış məqsurəsi planda kvadrat biçimlidir. Giriş hissəsi ortadakı enli olan üç sivri tağ açırımı şəklində həll edilmişdir.
Kırzas (Əbyəlil)
Kırzas kəndi (başq. Ҡырҙас) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Kırzas kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Kırzas kəndinin milli tərkibi: başqırdlar 100 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 24 km., ən yaxın dəmiryol stansiyasından (Maqnitaqorsk stansiyası): 72 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Levent Kırca
Levent Kırca (28 sentyabr 1950, Samsun – 12 oktyabr 2015, İstanbul) — Türk komediyaçı, səhnə və film aktyor, qəzet İşıqlıq bir köşə yazarı 12 oktyabr 2015-ci ildə qaraciyər xərçəngindən ölmüşdür.
Girzan
Hunanlar (əvvəlki adı: Girzan) — Azərbaycan Respublikasının Tovuz rayonunun Hunanlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Tovuz rayonunun Girzan kəndi Əlimərdanlı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılarıq, həmin kənd mərkəz olmaqla Girzan kənd inzibati-ərazi vahidi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Girzan kənd inzibati ərazi dairəsi tərkibindəki Girzan kəndi Hunanlar kəndi adlandırılmış, Girzan kənd inzibati ərazi dairəsi Hunanlar kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == Tarixi mənbələrdə kəndin adı Krzan variantında da qeydə alınmışdır. Bəzi tədqiqatçılar oykonimi Kür çayının adı ilə əlaqələndirərək "Kür sahili, Kür qırağı" kimi izah edirlər. Lakin tədqiqatçıların araşdırmalarına görə, kəndin əsl adı Kürsandır. Kəndin sakinləri udilər olmuşdur. XIX əsrə aid arxiv sənədlərində Kürsanda cəmi 32 udi ailəsinin yaşadığı göstərilir. Kürs qədim türk dillərində "yad, qohum olmayan" mənasında işlənmişdir. Deməli, oykonim "yadlar, qohum olmayanlar" mənasındadır.
Karma
Karma, kamma (sanskr. कर्म — «hərəkət, fəaliyyət», sanskr. कर्मन् karmanIAST — «iş, əmək», karIAST — «etmək») — hinduizmin əsas mərkəzi anlayışlarından biri. == Karma qanunu == Karma (sanskr. कर्म, sanskr. कर्मन् karman - "etmək, eyləmək, bir hərəkətdə olmaq") - Hinduizm, Buddizm, Çaynizm, Siqhizmdə istifadə edilən bir termindir. Karma sözcüyü fərqli sözlərlə birlikdə istifadə edilərək, Karma qanunu, karmik plan, karmik kompensasiya kimi fərqli mənalara gələn terminlərin yaradılmasında istifadə edilmişdir. (Lakin karma fəlsəfəsi deyə bir termin yoxdur; karma, buddist fəlsəfəsindəki və hindu fəlsəfəsindəki bir anlayış və bir qanundur.) == Mənaları == Terminin dörd fərqli mənanı verməsi mənasının qərblilər tərəfindən yaxşı qavrana bilməməsinə və bəzən tək mənasıyla istifadə edilməsinə səbəb olmuşdur. Termini Şərqdə bu dörd mənada istifadə edirlər: Bədən hərəkətləri (söz, davranış) və ya zehni hərəkətlər (niyyət, düşüncə, imic meydana gətirmə). Bunlar "səbəb"dir.
Karya
Hikori (digər adı Karya) (lat. Carya) — Şimali Amerikada və Çində bitən fındıqkimilər fəsiləsindən qoz cinsi.
Kerma
Kerma — qədim Nubiyanın ən böyük arxeoloji yerlərindən biri. E.ə 2500-1450 -ci illərdə mövcud olmuşdur.Kerma indiki Sudanda Nil çayının Üçüncü Kataraktının üstündəki Dongola Reachında yerləşən qədim Kerma Krallığının keçmiş paytaxtıdır. Kerma Krallığı, böyük ehtimalla Yuxarı Nubiyanın cənub hissəsində, eramızdan əvvəl üçüncü minilliyin ortalarında meydana gələn yerli Nilotik bir mədəniyyət idi. Ən yüksək nöqtəsində, krallıq, Misir qonşularının ərazisi qədər geniş ərazini əhatə edən Nilin bir neçə kataraktını idarə edirdi. Misirin 18-ci sülaləsindən Firon I Tutmosun dövründə Misirlilər eramızdan əvvəl 1504-cü ildə Nubia'yı ilhaq etdilər və Kerma şəhərini dağıtdılar. Misirlilər keçmiş Kerma ərazilərində asayişi qorumaq üçün Kuşun bir canişini və ya 'Kuşun oğlu' qoyaraq bu gün Dokki Gel ("qırmızı kurqan" mənasını verir) olaraq bilinən Kermanın şimalında yeni bir yaşayış yeri qurdular. Qərbi Deffufası olan Kerma şəhəri, Nilin Üçüncü Kataraktanın 30 mil cənubunda, Yuxarı Nubiyada. Misir xaricindəki Afrikadakı ilk şəhərləşmiş kommunitlərdən biri olan Kerma, Yeni Krallıq Misirlilər tərəfindən istila edildikdə və məhv edildiyi zaman 2500 - 1450-ci illər arasında davamlı olaraq işğal edildi. == Arxeologiyası == 1920-ci illərdə Kerma ilk dəfə qazıldıqda, arxeoloqlar bunun əslində bir Misir valisinin qalası olduğunu ortaya çıxartdılar. Bununla birlikdə, arxeoloqlar indi Kermanın böyük ehtimalla Misirlə əlaqəli bir neçə karvan yolundakı strateji mövqeyi səbəbiylə ön plana çıxan ilk Afrika krallıqlarından (Orta Krallığın Kuş adı ilə Misir mətnlərində təsbit edilmiş) biri olduğuna inanırlar, Qırmızı dəniz, Afrika Buynuzu və Sahra altı Afrika.
Kimya
Kimya – maddənin tərkibini, quruluşunu, xassələrini ,çevrilməsini və bu çevrilmələr zamanı baş verən hadisələri öyrənən təbiət elmidir. Kimyanın mühüm vəzifələrinə zəruri maddələrin alınması, maddələrin çevrilməsini və bu çevrilmələri müşahidə edən hadisələri öyrənmək, ətraf mühtin mühafizəsi və s. kimi vəzifələr aiddir. == Etimologiyası == Kimya sözünün nə vaxt meydana gəlməsi və ilk olaraq hansı mənanı ifadə etməsini dəqiq müəyyənləşdirmək mümkün deyil. Bir çox kimya tarixçiləri öz hipotezlərini təklif etsələr də, vahid bir fikir formalaşmadı. XVII əsrin başlanğıcından "kimya", "kimyaçı" məfhumları elmi ədəbiyyata, monoqrafiyalara və dərsliklərə möhkəm surətdə daxil oldu. Müxtəlif avropa dillərində "kimya" sözü oxşar səslənməyə malikdir: ing. chemistry, alm. chemie, çex və hollandca chemic, fransızca və rumın dilində chimie, italyanca chimica, polyak, slovak və latın dillərində chemia, litva dilində chemija, ispan və portuqal dillərində quimica, İsveç dilində kemi, eson dilində keemia, xorvat və sloven dillərində kemija, latış dilində kimija, Norveç dilində kjeıııi adlanır. Əgər fikir versək, bütün sözlərdə "kem" və ya "kim" kökləri vardır.
Kinoa
Kinoa (lat. Chenopodium quinoa) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin tərə cinsinə aid bitki növü. Kinoa günəbaxan toxumu kimi becərilən bitkidir. Taxıllara oxşar olsa da, qırtıckimilərdən deyil, ispanaq və çuğundur kimi bitkilərə daha yaxındır.
Kiran
Kiran, Gilan və ya Giran — Ordubad rayonunun Kələntər Dizə kəndi yaxınlığında yerləşən orta əsrlərə aid şəhər. Şəhərin xarabalıqları elmi ədəbiyyatda Xarabagilan adı ilə tanınır. Mənbələrin məlumatına görə, Xarabagilan abidəsinin yerləşdiyi ərazi ən qədim dövrdə Urartu, Midiya, Atropatena və Qafqaz Albaniyasının tərkibinə daxil olmuşdur. Xarabagilan ərazisində yaşayışın nə vaxtdan başlaması dəqiq olmasa da, abidə yaxınlığında yerləşən Muncuqlutəpə nekropolu e.ə. IX–IV əsrlərə aid edilmişdir. Naxçıvan ərazisindəki ən əhəmiyyətli orta əsr arxeoloji abidələrindən biri olan Xarabagilanın tədqiqinə XIX əsrin sonlarından başlanılmışdır.1896-cı ildə Xarabagilanı ziyarət etmiş arxeoloq Karl Dumberq, abidə ərazisindən ərəb yazılı iki daş plitəni Qafqaz muzeyinə (hazırda Gürcüstan Milli Muzeyi) aparmışdır. XX əsrin əvvəllərində E. Lalayan Xarabagilan ərazisində qısa tədqiqat işləri aparır. "Moskva arxologiya cəmiyyətinin Qafqaz bölməsinin Xəbərləri"ndə Lalayan tərəfindən tərtib edilmiş alboma çoxlu sayda üzəri yazılı məzar daşları və Xarabagilan şəhərinin xarabalıqlarının fotolarının daxil edilməsi haqqında məlumat verilir. Xarabagilan ərazisində ilk arxeoloji tədqiqatlar 1913-cü ildə Moskva arxologiya cəmiyyətinin Qafqaz bölməsinin üzvü S. V. Ter-Avetisyan tərəfindən aparılmışdır. 1926-cı ildə V. M. Sısoyev Xarabagilanda yoxlanış qazıntılarına başlayır.
Kirena
Kirena (q.yun. Κυρήνη) — Liviyanın bugünkü Şaxxat qəsəbəsi yaxınlığında qədim Yunan və daha sonra Roma şəhəri. Bölgədəki beş Yunan şəhərinin ən qədimi və ən əhəmiyyətlisi idi. Bura Liviyanın şərqindəki Kirenaikaya müasir dövrlərə qədər saxladığı klassik adını vermişdir. Yaxınlığında Kirenanın qədim nekropolu yerləşir. Kirene Cəbəl-Axdar dağlarındakı rütubətli bir dərəyə qədər uzanır. Şəhər adını yunanlarım Apollon üçün təqdis etdiyi Kire bulağından almışdır. Şəhərdə Sokratın şagirdi Aristipp tərəfindən qurulan və eramızdan əvvəl IV əsrdə məşhur bir fəlsəfə məktəbi olan Kirena məktəbi yerləşirdi. == Tarix == === Heredota əsasən şəhərin salınması === Aesaniusun oğlu və Tira (Santorini) adasında padşah olan Qrinus Delfi oraklı Pifiyanı ziyarət edir. Pifiya ona Liviyada yeni şəhər tapmağı məsləhət görür.
Kiril
Kiril — ad. Kiril Pozdnyakov — Azərbaycanlı professional velosiped yarışçısı. Kiril Tenison Vayt — Avstraliya botaniki.
Kirman
Kirman şəhəri — İranın cənub-şərqində yerləşən şəhər. Kirman ostanının mərkəzi. 515 114 nəfər əhalisi var.
Keria
Ryu Min Sok (kor. 류민석; 14 oktyabr 2002) və ya daha çox tanınan adı ilə Keria (kor. 케리아) – "T1" komandası üçün çıxış edən cənubi koreyalı peşəkar League of Legends oyunçusu. Bir çoxları tərəfindən dünyanın ən yaxşı dəstək oyunçusu hesab olunur. Aqressiv stilinə və tipik olmayan çempionları dəstək rolunda oynamasına görə tanınır. == Həyatı == Ryu Min Sok 14 oktyabr 2002-ci ildə Cənubi Koreyada doğulmuşdur. == Karyerası == Keria karyerasına 2018-ci ildə "DRX" komandasında başlamışdır. 2020 mövsümünün yay splitində LCK finalına çıxa bilmiş, lakin məğlub olmuşdur. Dünya çempionatında isə komandası ilə 1/4 finala çıxa bilmişdir. LCK-dəki uğurlu çıxışından sonra 2020-ci ildə "T1" komandasına transfer olmuşdur.
Keiria
Ocotea (lat. Ocotea) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi.