Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əyilmiş kladoniya
Əyilmiş kladoniya (lat. Cladonia strepsilis) — fungi aləminin ascomycota şöbəsinin lecanoromycetes sinfinin lecanorales dəstəsinin cladoniaceae fəsiləsinin cladonia cinsinə aid göbələk növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir növdür. Üfüqi tallomu diamteri 5–25 mm olan lövhəciklərdən ibarətdir. Lövhəciklərin üst səthi zeytuni –boz, alt tərəfi ağımtıldır. Sıx çim qatı əmələ gətirir. Podesiləri qısa, silindrik, hamar, uc hissəi qıf şəklində qalınlaşmışdır. Hündürlüyü 0,5-2,5 sm-dir. Podesilərin üzərində pulcuq formalı fillokladi çıxıntıları əmələ gəlir.
Kidoniya
Kidoniya (q.yun. Κῠδωνία) — qədim Yunanıstanda, Kritin şimal-qərb sahilində, indiki Yunanıstanın Xanya şəhəri ərazisində polis. Kidoniyanın yeri XIX əsrdə aşkar edilmişdir. İlkin dövrlərdə Robert Peşli tarixi mənbələrin tədqiqinə əsaslanmışdır, lakin qazıntılar yalnız XX əsrdə başlamışdır. Rəvayətə görə, heyva ilk dəfə Kidoniyada yetişdirilib. Buna görə yunanlar heyvaya Kidon alması ( μῆλον Κυδώνιον ) deyirdilər. Bu bitkinin adlarının bir çox dildə gəldiyi yer budur (Latın cydonia, Fransız coing, İngilis heyva ). Knut Knutsson " qovun " üçün slavyan sözünü cydonia (kəsilmiş heyva və qovun oxşar formasını göstərir) sözündən götürmüşdür. E.ə. V əsr heykəltəraşları Kidonlu Aristokl və Kresil şəhərin yerliləri idi.
Yeni Kaledoniya
Yeni Kaledoniya — Fransanın Sakit okeanda yerləşən xüsusi inzibati-ərazi qurumu. Sakit okeanın cənub-qərb hissəsində, Melaneziyada eyniadlı böyük bir ada və bir qrup kiçik ada ilə təmsil olunur. Cənub-qərbdə Avstraliyanın iqtisadi zonası, şimalda Vanuatu, cənub-şərqdə Fici ilə həmsərhəddir. 2009-cu ildə əhalisi 245,580 nəfər idi. Paytaxtı Numea şəhəridir və şəhərin 98 min əhalisi var. Pul vahidi Fransa Sakit okean frankıdır.
Kidoniya (Mars)
Kidoniya (lat. Cydonia) — Marsda həm elmi , həm də populyar marağa səbəb olan ərazi . Əraziyə Albedo xüsusiyyətinə əsasən Kidoniya adı verildi. Ərazi Asidaliya düzənlikləri və Ərəbistan relyef yüksək dağları ilə həmsərhəddir . Bu bölgədə yastı üstü masa dağlarına bənzər yerlər, kiçik təpələr, həmçinin qabarıq yerlər və bir-birinə kəsişən dərələr var. Onların hamısı bu bölgədə yerləşir və adları Cydonia Mensae, Cydonia Colles və Cydonia Labyrinthus adlanır . Marsın digər albedo xüsusiyyətləri kimi, Kidoniya adı da qədim Yunanıstandan götürülüb. Ad, Krit adasında yerləşən tarixi polis (şəhər dövləti), Kidoniya şəhərinin adından götürülüb (q.yun. Κυδωνία) . İnsan üzünə bənzəyən Marsdakı üz relyefi, Kidoniyada, Arandas və Bamberq kraterləri arasında yerləşir .
Cladonia strepsilis
Əyilmiş kladoniya (lat. Cladonia strepsilis) — fungi aləminin ascomycota şöbəsinin lecanoromycetes sinfinin lecanorales dəstəsinin cladoniaceae fəsiləsinin cladonia cinsinə aid göbələk növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir növdür. == Qısa morfoloji təsviri == Üfüqi tallomu diamteri 5–25 mm olan lövhəciklərdən ibarətdir. Lövhəciklərin üst səthi zeytuni –boz, alt tərəfi ağımtıldır. Sıx çim qatı əmələ gətirir. Podesiləri qısa, silindrik, hamar, uc hissəi qıf şəklində qalınlaşmışdır. Hündürlüyü 0,5-2,5 sm-dir. Podesilərin üzərində pulcuq formalı fillokladi çıxıntıları əmələ gəlir.
Qlazqo Kaledoniya Universiteti
Qlazqo Kaledoniya Universiteti (ing. Glasgow Caledonian University) — 1993-cü ildə Şotlandiyada qurulmuş dövlət universiteti. 2021-cu ildə Qlazqo Kaledoniya Universtiteti Times Higher Education reytinqinə görə qlobal miqyasda 601-800 arasında yerləşir.
Yeni Kaledoniya bayrağı
Yeni Kaledoniya bayrağı — Yeni Kaledoniyanın regional bayrağı Yeni Kaledoniyanın regional bayrağı eni uzunluğunun yarısı qədər olan düzbucaqlı şəklindədir. Üfüqi olaraq üç zolağa bölünür - mavi, qırmızı və yaşıl. Mavi rəng suları, ölkəni yuyan səmanı və okeanı təmsil edir. Qırmızı rəng kanakların azadlıq mübarizəsində göstərdiyi fədakarlıqları təmsil edir, həm də harmoniya və kollektivizmi ifadə edir. Yaşıl rəng ölkənin özünü və əlavə olaraq onun əcdadlarını təmsil edir. Sarı rəngli oval günəşi, çevrədə təsvir edilən emblem isə kanak evlərini bəzəyən bir şili təmsil edir. Yeni Kaledoniya bayrağı Azərbaycan bayrağı ilə oxşar təsvirlərə malikdir. 2010-cu ilə qədər Yeni Kaledoniyanın milli bayrağı 19-cu əsrin ortalarından etibarən adaları xarici mülkiyyəti elan edən Fransanın bayrağı idi. 1984-cü il dekabrın 1-də qəbul edilmiş və əvvəllər qeyri-rəsmi olan Kanak Sosialist Milli Azadlıq Cəbhəsinin (KSMLF) bayrağı 2010-cu il iyulun 17-də Yeni Kaledoniyanın rəsmi bayrağı statusunu aldı. Bu bayraq quruda və suda Fransa bayrağı ilə yanaşı istifadə olunur.
Azərbaycan–Yeni Kaledoniya münasibətləri
Azərbaycan–Yeni Kaledoniya münasibətləri — Azərbaycan Respublikası ilə Yeni Kaledoniya arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == 18 aprel 2024-cü ildə Bakıdaya gəlmiş Yeni Kaledoniya deputatlarının iştirakı ilə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda konfrans keçirilmiş, Milli Məclis ilə Yeni Kaledoniya Konqresi arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Sənəd Milli Məclisin sədri Sahibə Qafarova və Yeni Kaledoniya Konqresinin üzvü Omayra Naiselin tərəfindən imzalanmışdır. Sənəddə dostluq əlaqələrinin gücləndirilməsi və deputatlardan ibarət müvafiq qrupun yaradılması kimi məsələlər nəzərdə tutulmuş, Milli Məclisin Aparatı ilə Yeni Kaledoniya Konqresinin Bürosu arasında daimi əlaqələrin yaradılmasına qərar verilmişdir. === Yeni Kaledoniya müstəqillik hərəkatında === Azərbaycanın Fransanın dənizaşırı ərazilərinə müstəqillik verilməsinə dəstək verməsi səbəbilə Yeni Kaledoniyada müstəqillik uğrunda keçirilən aksiyalarda Azərbaycan bayrağının dalğalanılması hallarına rast gəlinir. 21 oktyabr 2023-cü ildə Milli Məclisdə Kaledoniya Birliyi Partiyasının baş katibinin müavini David Vanabo daxil olmaqla Yeni Kaledoniya nümayəndə heyəti arasında görüş keçirilmişdir. Milli Məclisin deputatı Azər Kərimli Azərbaycanın Yeni Kaledoniya xalqının müstəqillik uğrunda mübarizəsini dəstəklədiyini bildirmişdir. Yeni Kaledoniyanın Kanak və Sosialist Milli Azadlıq Cəbhəsi Azərbaycanın Yeni Kaledoniya xalqına fransız müstəmləkəçiliyinə qarşı mübarizəsində göstərdiyi dəstəyi vurğulamışdır. Fransa daxili işlər naziri Jerald Darmanen Azərbaycanı 2024-cü ilin mayında Yeni Kaledoniyada başlamış iğtişaşlara müdaxilə etməklə ittiham etmişdir. Azərbaycan tərəfi bu ittihamı "əsassız" adlandıraraq rədd etmişdir.