Azərbaycan–Yeni Kaledoniya münasibətləri

Azərbaycan–Yeni Kaledoniya münasibətləriAzərbaycan Respublikası ilə Yeni Kaledoniya arasındakı mövcud ikitərəfli əlaqələr.

Azərbaycan–Yeni Kaledoniya münasibətləri
Azərbaycan və Yeni Kaledoniya
 Azərbaycan  Yeni Kaledoniya

18 aprel 2024-cü ildə Bakıdaya gəlmiş Yeni Kaledoniya deputatlarının iştirakı ilə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda konfrans keçirilmiş,[1] Milli Məclis ilə Yeni Kaledoniya Konqresi arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Sənəd Milli Məclisin sədri Sahibə Qafarova və Yeni Kaledoniya Konqresinin üzvü Omayra Naiselin tərəfindən imzalanmışdır. Sənəddə dostluq əlaqələrinin gücləndirilməsi və deputatlardan ibarət müvafiq qrupun yaradılması kimi məsələlər nəzərdə tutulmuş, Milli Məclisin Aparatı ilə Yeni Kaledoniya Konqresinin Bürosu arasında daimi əlaqələrin yaradılmasına qərar verilmişdir.[2]

19 oktyabr 2024-cü ildə Yeni Kaledoniya Konqresinin prezidenti Veilma Faleo əməkdaşlıq memorandumunu ləğv etmişdir.[3]

Yeni Kaledoniya müstəqillik hərəkatında

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın Fransanın dənizaşırı ərazilərinə müstəqillik verilməsinə dəstək verməsi səbəbilə Yeni Kaledoniyada müstəqillik uğrunda keçirilən aksiyalarda Azərbaycan bayrağının dalğalanılması hallarına rast gəlinir.[4][5][6][7] 21 oktyabr 2023-cü ildə Milli Məclisdə Kaledoniya Birliyi Partiyasının baş katibinin müavini David Vanabo daxil olmaqla Yeni Kaledoniya nümayəndə heyəti arasında görüş keçirilmişdir. Milli Məclisin deputatı Azər Kərimli Azərbaycanın Yeni Kaledoniya xalqının müstəqillik uğrunda mübarizəsini dəstəklədiyini bildirmişdir.[8] Yeni Kaledoniyanın Kanak və Sosialist Milli Azadlıq Cəbhəsi Azərbaycanın Yeni Kaledoniya xalqına fransız müstəmləkəçiliyinə qarşı mübarizəsində göstərdiyi dəstəyi vurğulamışdır.[9]

Fransa daxili işlər naziri Jerald Darmanen Azərbaycanı 2024-cü ilin mayında Yeni Kaledoniyada başlamış iğtişaşlara müdaxilə etməklə ittiham etmişdir.[10] Azərbaycan tərəfi bu ittihamı "əsassız" adlandıraraq rədd etmişdir.[11]

Yeni Kaledoniyaya gedən ümumi pasportlara, həmçinin xidməti və xüsusi pasportlara malik Azərbaycan vətəndaşları üçün viza tələb edilir[12]. Diplomatik pasportlar üçün 3 aya qədər viza tələb edilmir[12].

  1. "Yeni Kaledoniya senatının üzvü: "Azərbaycan bizim üçün böyük qardaşdır"". Oxu.az. 18 aprel 2024. 2024-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2024.
  2. "Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb VİDEO". Azərtac. 18 aprel 2024. İstifadə tarixi: 18 aprel 2024.
  3. "Yeni Kaledoniya Azərbaycanın köməyini qəbul etmir". Turan. 20 oktyabr 2024. İstifadə tarixi: 23 oktyabr 2024.
  4. "Yeni Kaledoniya paytaxtında Fransa əleyhinə aksiyada ilk dəfə Azərbaycan bayrağı dalğalandırılıb - FOTO". Müsavat. 24 noyabr 2023. 2024-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 mart 2024.
  5. ""HaberGlobal": "Yeni Kaledoniya adasında Azərbaycan bayrağı dalğalandırıldı" - VİDEO". Oxu.az. 21 mart 2024. 2024-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 mart 2024.
  6. "Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası keçirilib, Azərbaycan bayraqları qaldırılıb". Report.az. 11 yanvar 2024. 2024-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 mart 2024.
  7. "Yeni Kaledoniyada Fransa əleyhinə mitinq: Azərbaycan bayrağı dalğalandırıldı - VİDEO". Oxu.az. 5 dekabr 2023. 2024-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 mart 2024.
  8. "Milli Məclisdə Yeni Kaledoniya nümayəndə heyəti ilə görüş keçirilib". Apa.az. 21 oktyabr 2023. 2024-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 mart 2024.
  9. "Yeni Kaledoniyanın Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin konqresi keçirilib". Oxu.az. 24 mart 2024. 2024-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 mart 2024.
  10. "France accuses Azerbaijan of fomenting political violence in New Caledonia". Euronews (ingiliscə). 17 may 2024. 17 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 may 2024.
  11. "Azerbaijan Rejects 'Baseless' French Claims Of Interference In New Caledonia". Barrons (ingiliscə). 16 may 2024. 16 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 may 2024.
  12. 1 2 "Passport and visa requirements" Arxivləşdirilib 2017-03-11 at the Wayback Machine. olympicair.com