Kidoniya (Mars)
Kidoniya (lat. Cydonia) — Marsda həm elmi , həm də populyar marağa səbəb olan ərazi . Əraziyə Albedo xüsusiyyətinə əsasən Kidoniya adı verildi. Ərazi Asidaliya düzənlikləri və Ərəbistan relyef yüksək dağları ilə həmsərhəddir . Bu bölgədə yastı üstü masa dağlarına bənzər yerlər, kiçik təpələr, həmçinin qabarıq yerlər və bir-birinə kəsişən dərələr var. Onların hamısı bu bölgədə yerləşir və adları Cydonia Mensae, Cydonia Colles və Cydonia Labyrinthus adlanır . Marsın digər albedo xüsusiyyətləri kimi, Kidoniya adı da qədim Yunanıstandan götürülüb. Ad, Krit adasında yerləşən tarixi polis (şəhər dövləti), Kidoniya şəhərinin adından götürülüb (q.yun. Κυδωνία) . İnsan üzünə bənzəyən Marsdakı üz relyefi, Kidoniyada, Arandas və Bamberq kraterləri arasında yerləşir .