Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Klif Yanq
Klif Yanq (ing. Albert Ernest Clifford "Cliff" Young, 8 fevral, 1922 — 2 noyabr, 2003) — avstraliyalı fermer 1983-cü ildə avstraliyalı fermer Klif Yanq (Cliff Young) 61 yaşında önmündə ilk dəfə olaraq 875 km-lik ultra-marafona qatılır və qalib gəlir. O peşəkar idmançıları geridə qoyaraq, bu məsafəni 5 gün, 15 saat və 4 dəqiqəyə qaçıb, halbuki, çox asta tempdə qaçırdı, hətta ilk vaxtlarda digərlərindən çox geriləyirdi. Müvəffəqiyyətinin sirri o idi ki, Yanqın rəqibləri hər sutkanın 6 saatını yatarkən, o fasilə etməyərək qaçışına davam edirdi. Həmçinin fermer etiraf etdi ki, əvvəllər bir neçə gün dayanmadan işləməli olurdu, qoyun sürülərini geniş otlaqlarda qovub bir yerə yığırdı, bu da marafonda ona çox yardımçı oldu.
Li Van Klif
Li Van Klif (ing. Lee Van Cleef; 9 yanvar 1925[…] – 16 dekabr 1989[…], Oksnard[d], Kaliforniya) — məşhur ABŞ aktyoru. Aktyor çəkildiyi vestern filmlərində yaratdığı mənfi rolları ilə tanınır. Elə Yaxşı, pis, hirsli filmində Sentenza (Pis) rolunu ela ifa etmiş,hətta bütün zamanların ən yaxşı mənfi aktyoru sayılır.Mənfi rollar kimi müsbət rolların da öhdəsindən məharətlə gəlmişdir. Belə filmlərdən ən məşhuru “For a Few Dollars More” (Bir Qədər Dollar Daha Çox) filmidir ki, aktyor bu filmdə Polkovnik Duqlas Mortimer obrazını canlandırmışdır. 37 illik aktyorluq karyerasında 90 filmdə rol almışdır. == Həyatı == Van Klif Somerville,Nyu Cersidə anadan olmuşdur. Hər iki valideyni holland mənşəlidir. İkinci dünya müharibəsində iştirak etmiş, müharibədən sonra peşəsi - mühasibliyi atmış və aktyor olmuşdur. İlk filmi klassik "High Noon" filmidir.
Kliff Robertson
Kliff Parker Robertson (ing. Clifford «Cliff» Parker Robertson III; d. 9 sentyabr 1923 - 9 sentyabr 2011) — ABŞ aktyoru. == Filmoqrafiya == Kliff Robertson 60-a yaxın filmə çəkilib. 1968-ci ildə “Çarli” filmində Ən yaxşı kişi roluna görə "Oskar" mükafatına layiq görülüb. Robertson 2000-ci illərdə də filmlərə çəkilirdi.
Montqomeri Klift
Eduard Montqomeri Klift (ing. Edward Montgomery Clift; 17 oktyabr 1920, Nebraska, ABŞ — 23 iyul 1966, Nyu-York, ABŞ) — ABŞ aktyoru. == Həyatı == Montqomeri Klift 17 oktyabr 1920-ci ildə ABŞ-nin Nebraska ştatının Omaha şəhərində anadan olmuşdur. Atası Uilyam Bruks Klift Omaha Milli İnam Şirkətinin vitse-prezidenti idi. Uşaqların qayğısına daha çox anaları Etel Anderson qalırdı. O, tez-tez balaca Montini, onun əkiz bacısı Robertanı və qardaşı Bruksu Avropaya səyahətə aparardı. Kliftlərin Bermud adalarında evi olduğu üçün ora da gedirdilər. Səfərlər zamanı uşaqların təhsili ilə bağlı məsələləri həll etmək üçün valideynlər şəxsi müəllim tutmuşdular. Lakin 1929-cu ildə Kliftlərin bu sistemli ailə həyatı pozuldu. Səbəb bu vaxt Böyük böhranın başlanması idi.
Brayn Klifford
Brayn Klifford (d. 20 avqust 1956) — İrlandiyalı keçmiş üzgüçü. Brayn Klifford İrlandiyanı 1972-ci ildə XX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Brayn Klifford birinci dəfə Olimpiya Oyunlarına 1972-ci ildə qatıldı. O, Münhendə baş tutan XX Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 18:09.28 saniyəlik nəticəsi ilə öz cığırında 8-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Klifford Edmund Bosvort
Klifford Edmund Bosvort (ing. Clifford Edmund Bosworth; 29 dekabr 1928, Şeffild, Yorkşir[d] – 28 fevral 2015, Yeovil[d], Cənub-Qərbi İngiltərə[d]) — Birləşmiş Krallıq şərqşünası (ərəbşünas,iranşünas). O, Britaniya Akademiyasının üzvü. Bosvort "İslam Ensiklopediyası"nın baş redaktoru və müəlliflərindən biri, məsləhətçi redaktoru, "İranika", "Britannika" və "Amerikana" ensiklopediyalarının müəlliflərindən biridir.Oksford və Edinburq Universitetlərində təhsil almışdır. O, Sent-Endryus, Mançester və Prinston universitetlərində dərs demişdir.Jurnal və toplularda yüzdən çox nəşrin, monoqrafiyanın müəllifidir. "Amerikana", "Britannika", "İranika" (məsləhətçi redaktor) və "İslam Ensiklopediyası" (baş redaktor) ensiklopediyaları ilə əməkdaşlıq etmişdir.
Kliftonvill FK
Kliftonvill – Şimali İrlandiyanın futbol klubu.
Klin
Klin — Rusiya Federasiyasında yerləşən şəhər. Moskva vilayətinə daxildir.
Klio
Kalio (yun. Κλειώ) Zevsin Mnemosinadən olan doqquz qızından biri, tarix və ya salnamə muzası. Klionun Makedoniya çarı olmuş Pierusdan bir oğlu: Hiaçint dünyaya gəlmişdir.
Kif
Kif göbələkləri — ərzaq məhsulları, meyvə, bitki qalıqları, dəri və sairə üzərində xarakterik ərp (kif) əmələ gətirən göbələklər. Müxtəlif sistematik qruplara - fikomiset, askomiset və natamam göbələklərə aiddir. == Ümumi == Kif çörək üzərində yaşıl nöqtələrlə, meyvələrdə isə məxməri xallarla müşahidə olunur. Taxıl və taxıl məhsulları başda olmaqla, düyü, fındıq, fıstıq kimi ərzaqlarda kiflənməni törədən göbələklər "aflatoksin" deyilən zəhərli maddə əmələ gətirir. Orqanizmə dərhal təsir etməyən aflatoksin tədricən yayılaraq bədənin immunitet sistemini, daxili orqanları, xüsusilə də, qaraciyəri zədələyir, sirroza, böyrək çatışmazlığına, xərçəng xəstəliyinə səbəb olur. Kiflənmiş qida məhsullarının kifli hissəsini ayırıb, qalanından istifadə edirik. Halbuki ekspertlər, kifin bütün məhsula yayıldığını və tədricən orqanizmin immunitet sistemini zəiflətdiyini, daxili orqanları və qaraciyəri zədələdiyini söyləyirlər. Çünki kif orqanizmə öldürücü təsir göstərir. Qidaları hazırlayarkən gigiyenik qaydalara diqqət edilməməsi, məsələn, kifayət qədər bişirilməməsi nəticəsində bədənə faydadan çox, zərər verə bilər. Kiflənmiş ərzaqdan qənaət məqsədi ilə istifadə edilməsi qaraciyər xəstəliklərinə yol açır.Kifli yem yeyən heyvanların südü, yumurtası və əti də insanlara ciddi zərər verir.
Lif
Lif (digər adları "tekstil lifi", "fiber") — hər cür maddəni təşkil edən nazik və uzun hissələr, filament edilir. İplikdəki pambıq lifləri, izolyasiya üçün istifadə olunan şüşə liflər və canlılarda əzələ əmələ gətirən əzələ lifləri bu cür materiallara nümunə ola bilər. Təbii və ya süni yolla əldə edilə bilən liflər müxtəlif bağlayıcılarla birlikdə kompozit materialların istehsalında geniş istifadə olunur. Lifləri bir qəlibə və ya müstəvi üzərinə yerləşdirərək üzərinə epoksi əlavə edib bir kompozit material əldə etmək mümkündür. Həm də güllə keçirməyən zireh hazırlanmasında, polada alternativ olan xam maddənin yaradılmasında, təyyarə və kosmik gəmilərin gövdələrinə və bəzi silahların hissələri üçün istifadə edilə bilər. Pambıq və kətan kimi bitkilərdən alınan liflərə təbii liflər, şüşə lifi və ya şüşə yunu kimi kimyəvi proseslərlə əldə edilən liflərə süni liflər deyilir. Lifli qidalar insan qidalanmasında vacib yer tutur. Həzm sisteminin düzgün işləməsi üçün bu cür qidalar qəbul edilməlidir. Bundan əlavə, bütün qidalar bir unikal lifli quruluşa malikdirlər.
Elif Elmas
Elif Elmas (mak. Елиф Елмас; 24 sentyabr 1999) — Şimali Makedoniyalı peşəkar futbolçu. İtaliyanın "Napoli" və Şimali Makedoniya milli komandasının yarımüdafiəçisi. == Karyerası == === Milli karyerası === Elmas Makedoniya milli futbol komandası ilə debütünü 11 iyun 2017-ci ildə 17 yaşı olarkən İspaniya millisinə qarşı FİFA Dünya Kubokunun təsnifat mərhələsi görüşündə etmişdir. O, ikinci hissədə Ostoya Styepanoviçi əvəz etmişdir.Elmas Makedoniya U-21 millisi ilə Polşada keçirilən 2017 UEFA U-21 Avropa Çempionatında iştirak etmişdir. O, 23 futbolçudan ibarət olan heyətdə ən gənc futbolçu idi.
Elif Pektaş
Elif Pektaş (1946, İstanbul – 28 fevral 2003, İstanbul) ― Türk kino aktyorudur.
Elif Şafak
Elif Şafak (türk. Elif Şafak) — türk əsilli romançı. 1971-ci ildə Strasburqda doğulub. 2009-cu ildə çap edilən "Eşq" ("Aşk") romanı ən az müddətdə ən çox satılan türk romanı ünvanına sahib olub. == Həyatı == Atasının o dövrdə həkimlik etdiyi Strasburqda dünyaya gəlib. Atası psixoloq Nuri Bilgin, anası diplomat Şafak Ataymandır. Doğulanda qısa bir müddət keçəndən sonra atası və anası ayrılıb, anasının himayəsində böyüyüb və soyadı kimi anasının adını götürüb. Orta təhsilini anasının çalışdığı yer olan Madriddə, daha sonra lisey təhsilini Ankara Atatürk Anadolu Lisesi"ndə alıb. Ali təhsilini Orta Şərq Texniki Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində alıb. 2017-ci ilin oktyabrında biseksual olduğunu açıqlayıb.
Katrina Kaif
Katrina Kaif — Böyük Britaniyalı Hindistan kino aktrisası və modeli. == Həyatı == 16 iyul 1983–cü ildə Honkonqda anadan olmuşdur, bir müddət Havayda yaşadıqdan sonra Londona köçmüşdür. Atası əslən Kəşmirdən anası isə Böyük Britaniyalıdır. Aktrisanın hər iki valideyni Böyük Britaniya vətəndaşlarıdır.Atası əslən qafqaz kökənlidir.
Klin adası
Klin — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində, Axmatov körfəzinin şimal-şərqində yerləşir. Bolşevik adasında yerləşən Dalnı burnundan 400 m cənub-şərqdə yerləşir. Klin adasının şimalından cənuba 1 km məsafədə uzanır. Səthi hamardır. Gözlə seçilən yüksəklik yoxdur.
Kliv Qrendjer
Kliv Qrendjer (ing. Sir Clive William John Granger; 4 sentyabr 1934 – 27 may 2009) — Uelsli iqtisadçı. 2003-cü ildə Robert İnqlla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Əsərlər == Granger, C. W. J. (1966). "The typical spectral shape of an economic variable". Econometrica 34: 150-161. Granger, C. W. J. (1969). "Investigating causal relations by econometric models and cross-spectral methods". Econometrica 37: 424—438. Granger, C. W. J. ve Bates, J. (1969).
Əlif Hacıyev
Əlif Lətif oğlu Hacıyev (24 iyun 1953, Xocalı – 26 fevral 1992, Xocalı) — Azərbaycanın Milli Qəhrəmanı; Xocalı soyqırımı şəhidi. == Həyatı == === Erkən illəri === Əlif Hacıyev 1953-cü il iyunun 24-də Xocalı şəhərində doğulmuşdur. O, ailənin üçüncü övladı idi. Uşaqlıqdan çörək qazanardı və balıq tutardı.1970-ci ildə məktəbi bitirərək, Xankəndi şəhərində sürücülük peşəsinə yiyələnmişdir. 1971-ci ildə ordu sıralarına çağırılmışdır. Hərbi xidməti Minsk şəhərində keçmişdir. 1973-cü ildə ordudan tərxis olunaraq, Xankəndi Avtonəqliyyat Müəssisəsində sürücü işləmişdir. 1974–1984-cü illərdə Belorusiya DİN-nin və Azərbaycan SSR DQMV-nin daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. 1976-cı ildə SSRİ DİN-nin Frunze adına Xüsusi Orta Milis Məktəbinə daxil olmuşdur. 1979-cu ildə həmin məktəbi bitirmiş, 1981-ci ildən təhsilini SSRİ DİN-nin Akademiyasında davam etdirmişdir.DQMV-də işləyərkən uzun müddət fəaliyyət göstərən gizli millətçi mərkəzi ifşa etməyə çalışmışdır.
Əlif Piriyev
Əlif Piriyev (10.01.1922 - 20.04.1986) - Sovet İttifaqı Qəhrəmanı == Həyatı == 10 yanvar, 1922-ci ildə Neftçala rayonu Z.O.Qoltuq kəndində anadan olmuşdur. Əmək fəaliyyəti dövründə neft sahəsində operator, sonralar sərnişindaşıma- nəqliyyat sahəsində işləmişdir. 1938-ci ildə 26 Bakı komissarı adına qəsəbədəki neft mədənində neftçıxarma operatorının köməkçisi kimi fəaliyyətə başlamışdır. 1941-ci ilin iyulunda cəbhəyə gedib müharibənin ilk günündən başlayaraq Şimali Qafqaz cəbhəsinin tərkibində alman-faşist işğalçılarına qarşı qəhrəmancasına döyüşmüşdür. Novorasiski yaxınlığında Kiçik torpaqda vuruşmuş, dəfələrlə kəşfiyyatda olmuş, Kerç desantının tərkibində Krım torpağına çıxarılmış bu döyüşlərdə dəfələrlə yaralansa da sağalan kimi döyüş meydanına qayıtmışdır. Krımın azad edilməsi uğrunda gedən döyüşlərdə göstərdiyi mərdlik və igidliyə, Sapundağa hücum zamanı şəxsi qorxmazlığı və qəhrəmanlığına görə Əlif Piriyev Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdür. Müharibədən sonra uzun illər Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin Bakı sərnişin daşımaları istehsalat birliyi sistemində çalışmışdır. 1986-cı ildə vəfat etmişdir. Neftçala şəhər parkında büstü, şəhərdə adını daşıyan küçə vardır. Böyük Vətən müharibəsinədək (1941–45) Neftçalada neft mə‘dənlərində işləmişdir.
Əlif məqsurə
Əlif məqsurə (ərəb. الألف المقصورة‎, "qüsurlu əlif") — ərəb əlifbasında hərf. Qadın cinsi sözlərin sonunda əlif (ا) əvəzinə istifadə olunur. Forması, ye (ي) hərfinin nöqtəsiz halıdır (ى, ‍ى). Uyğur, qazax, qırğız kimi bəzi türk dillərinin ərəb qrafikalı əlifbalarında "i" səsini təmsil edir.
Əlif İsmayılov
Əlif Qulu oğlu İsmayılov (19 oktyabr 1919 - 19 noyabr 2005, Qubadlı qəzası, Yuxarı Mollu kəndi, Azərbaycan) — tarixçi, əməkdar müəllim və pedaqoq. == Həyatı == Əlif Qulu oğlu İsmayılov 1919-cu ildə noyabrın 12-də Qubadlı qəzası, Yuxarı Mollu kəndində anadan olub. 1926-1936-cı illərdə kənd orta məktəbində oxuyub. 1936-1940-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakultəsində təhsil almışdır. 1941-ci ildən ASSR Qubadlı rayon Xalq Maarif Şövbəsində inspektor vəzifəsində əmək fəaliyyətinə başlamışdır. O, 1942-ci ildə doğulub boya-başa çatdığı kənddəki məktəbə direktor təyin edilmişdir. 1974-cü ilə kimi Yuxarı Mollu kənd məktəbində direktor vəzifəsində çalışmışdır. == Fəalliyətləri == 1974-cü ildən ömrünün sonuna kimi Qubadlı rayonu, Yuxarı Mollu kənd orta məktəbində (hazır ki, Q. Məmmədov adına Yuxarı Mollu kənd orta məktəbi) tarix müəllimi kimi fəaliyyətini davam etdirmişdir. Dəfələrlə ümumrespublika müəllimlərinin qurultayında nümayəndə olmuş, təbliğat və təşviqat sahəsində, ictimai işlərdə fəal iştirak etmişdir. Müxtəlif medal və fəxri fərmanlarla təltif olunmuşdur.
Elif dedim
Elif dedim — bölgəsi Kütahya, qaynağı Hisarlı Əhməd, tərtibçisi və nota köçürəni Yücəl Başmaqçı olan Türkiyə xalq mahnısı. == Hekayəsi == Elif adlı bir qız var və onu çox sevən bir oğlan. Bir gün oğlan özünü pis hiss edir və dövrün ən ağır xəstəliyi olan vərəmə tutulur. Elifin ailəsi oğlanın sağalmalı olduğunu və ondan sonra Eliflə evlənə bilcəyini deyirlər. Daha sonra oğlan Elifə qovuşmağın ümidi ilə xəstəxanada yatır. Elifdə ara sıra ziyarətə gəlirdi və oğlanda gündən-günə sağalırdı. Aradan vaxt keçir oğlanın gözü yollarda qalır, çünki Elif artıq ziyarətə gəlmirdi. Ailəsindən bunun səbəbini soruşan oğlan könlünü, ağlını, həyatını viran edəcək xəbəri alır. Elifin ailəsi Elifi, vərəmli adamın yanına getməyə və onunla evlənməyinə qarşı çıxıblar. Buna görə də Elifi oğlanın yanına getməyə qoymurdular.
Elif Eylül
== Əsas obrazlar == === Polad Ələmdar === Qurdlar Vadisi, Qurdlar Vadisi Terror və Qurtlar Vadisi Pusqu teleseriallarında Necati Şaşmaz və Raci Şaşmazın canlandırdığı obraz. (1–97) === Əlif Eylül === Qurdlar Vadisi teleserialında Özgü Namal tərəfindən canlandırılmış obraz. (1–97) 16 fevral 1979-cu ildə doğulub. Gənc yaşda atasını itirib. O, anası Ayşə Eylül və qardaşı Ərən Eylül ilə həyat mübarizəsi apararkən Əli Candan ilə tanış olub. Əli Candan ilə lisey illərindən bəri sevgili olan gənc qadın onun qəfil ölümü ilə sarsılmışdır. Daha sonra Polad Ələmdarla qarşılaşıb və özünü mafiyanın içində tapıb. Bütün bu çaşqınlıq içində təxmin edə bilmədiyi; Əli Candan və Polad Ələmdarın eyni adam olması idi. Elif nə qədər Əliyə sadiq qalmaq istəsə də, Polad onun ağlını başından almışdı. Polad Ələmdara onun əslində keçmiş sevgilisi olduğunu bilmədən yenidən aşiq olur, amma sevgilərinin arasında həmişə üçüncü şəxs olur; Əli Candan.
Əlif Eylül
== Əsas obrazlar == === Polad Ələmdar === Qurdlar Vadisi, Qurdlar Vadisi Terror və Qurtlar Vadisi Pusqu teleseriallarında Necati Şaşmaz və Raci Şaşmazın canlandırdığı obraz. (1–97) === Əlif Eylül === Qurdlar Vadisi teleserialında Özgü Namal tərəfindən canlandırılmış obraz. (1–97) 16 fevral 1979-cu ildə doğulub. Gənc yaşda atasını itirib. O, anası Ayşə Eylül və qardaşı Ərən Eylül ilə həyat mübarizəsi apararkən Əli Candan ilə tanış olub. Əli Candan ilə lisey illərindən bəri sevgili olan gənc qadın onun qəfil ölümü ilə sarsılmışdır. Daha sonra Polad Ələmdarla qarşılaşıb və özünü mafiyanın içində tapıb. Bütün bu çaşqınlıq içində təxmin edə bilmədiyi; Əli Candan və Polad Ələmdarın eyni adam olması idi. Elif nə qədər Əliyə sadiq qalmaq istəsə də, Polad onun ağlını başından almışdı. Polad Ələmdara onun əslində keçmiş sevgilisi olduğunu bilmədən yenidən aşiq olur, amma sevgilərinin arasında həmişə üçüncü şəxs olur; Əli Candan.
Cek Kli
Cek Klement (5 aprel 1931[…], Memfis, Tennessi – 8 avqust 2013[…], Neşvill) — Musiqiçi, Bəstəkar. == Həyatı == Memfisdə yetişən və təhsil alan Klement erkən yaşlarında gitara və Dobro çalırdı. Musiqi karyerasına başlamazdan əvvəl, Amerika Birləşmiş Ştatlarının dəniz piyadalarında xidmət etmişdir. 1953-cü ildə Boston, Massaçusets -də Sheraton Records üçün ilk mahnısını yazdı. 1956-cı ildə Klement Günəş qeydləri -də Sam Phillips üçün istehsalçı və mühəndis kimi işə götürüldükdə qaya-yuva tarixindəki seminal hadisələrdən birinə daxil oldu. Sonradan Klement Roy Orbison, Carl Perkins və Johnny Cash kimi ulduzlarla işləyib. == Karyerası == 1957-ci ildə Klement "Bir Yeniyetmə Kraliçasının Balladası" mahnısını yazdı. Clement 1963-cü ildə "Cırtdan atəşi" adlı Cash-in 1 nömrəli hitini də hazırlamışdı.1961-ci ildə, körfəz sahilində səsyazma studiyası və Hall-Clement nəşriyyat şirkətinin açılışında istehsalçı və naşir Bill Hall-a qoşularaq Texas ştatınınBeaumont şəhərinə köçdü. 1965-ci ildə daimi olaraq Nashvillə geri döndü, ölkə musiqi biznesində əhəmiyyətli bir fiqur oldu, nəşriyyat işini qurdu.
Jüt (lif)
Jüt — eyni cinsdən olan bitkilərdən hazırlanmış təbii tekstil lifi. Bu liflərdən əsasən torbalar, iplər, müdaxilə izolyasiyası istehsal olunur.
Konyaspor KİF
Konyaspor KİF — Stokholm şəhərinin, Botkirka rayonunun Albi ərazisində yerləşən İsveç futbol klubudur. == Tarixi == Konyaspor Kultur och İF 1989-cu ildə İsveçdə yaşayan türklər tərəfindən yaradılmışdır. Türk mədəni kökləri ilə əlaqəsi vardır. Klubun adı və rəngi Türkiyə futbol klubu olan Konyaspordan götürülmüşdür. Konyaspor KİF yarandığı gündən İsveç Futbol Liqası sisteminə əsasən orta və aşağı diviziyalarda iştirak edir. Hal-hazırda klub İsveç Liqasının dördüncü dərəcəli Norra Svealand 2-ci Diviziyasında çıxış edir. Klub öz ev oyunlarını Norsborqda yerləşən Albi İP-də keçirir.Konyaspor KİF Stockholms Fotbollförbund-a üzv olan klublardan biridir.
Optik lif
Fiber-optik və ya optik lif — şüşə və ya plastikin çəkilməsi (həmçinin ekstruziyası) üsuluyla əldə edilən, diametrcə insan tükündən bir qədər qalın əyilgən, şəffaf lif. Optik liflər elektrik kabellərinə nəzərən daha böyük ötürmə sürətinə malik olur ki, bu da verilənləri geniş buraxılış zolağında çox uzaq məsafələrə ötürməyə imkan verir. Burada liflər metal məftilləri əvəz edir, çünki onlar siqnalları daha az itki ilə ötürür; bundan başqa liflər elektromaqnit maneələrinə qarşı dözümlüdür, amma metal məftillər üçün vəziyyət tam əksinədir. Həmçinin, liflər dəst şəklində bağlanılır və beləliklə fiberskopa oxşar olaraq burada da işıq və ya təsvir bir yerdən başqa yerə ötürülür. Xüsusi olaraq hazırlanmış liflər müxtəlif tətbiqlər üçün istifadə olunur, bunlardan bəziləri lifli optik sensorlar və lifli lazerlərdir.Adətən, optik liflər sındırma əmsalı lif maddəsinin sındırma əmsalından kiçik olan örtük materialı ilə əhatə olunmuş nüvədən ibarət olur. İşıq lifin nüvəsi daxilində dalğaötürənlərin iş prinsipinə oxşar şəkildə yayılır. Çoxlu yayılma yollarını və ya eninə modları dəstəkləyən liflər çoxmodlu (multimod) liflər, bir modu dəstəkləyənlər isə birmodlu (monomod) liflər adlanır. Ümumiyyətlə, çoxmodlu liflərin nüvəsi daha böyükdür və onlar rabitədə böyük gücləri qısa məsafələrə ötürmək üçün tətbiq olunur. 1000 metrdən (3300 fut) uzun olan əksər kommunikasiya əlaqələri üçün təkmodlu liflərdən istifadə olunur. Optik liflərin aşağı itkilərlə birləşdirilməsi optika rabitə üçün çox vacibdir.
Klık adası
Klık adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Arxipelaqın şimalında yerləşir. Cekson adasında yerləşən burundan 3,5 km qərbdə qərarlaşır. Öz növbəsində hündürlüyü 33 m olan bir qayadır.
Akif Rüstəmov (alim)
Akif Rüstəm oğlu Rüstəmov (19 dekabr 1939, Ağdam) — filologiya üzrə fəlsəfə doktoru, professor. == Həyatı == Akif Rüstəm oğlu Rüstəmov 19 dekar 1939-cu ildə Ağdam şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1947-ci ildə Ağdam şəhər 1 saylı orta məktəbə daxil olmuş, 1957-cii ilde Ağdam şəhər 5 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir. Akif Rüstəmov orta məktəbdə oxuyarkən Ağdamda çıxan "Lenin yolu" qəzeti ilə əməkdaşlıq etmişdir. İlk yazısı "Uzaq sahillərdə" bədii filmi haqqında yazdığı təəssürat olmuşdur. Akif Rüstəmov 1964–1969 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində ali təhsil almışdır. Akif Rüstəmov Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində baş laborant (1969–1975), jurnalistikanın nəzəriyyəsi və təcrübəci kafedrasında müəllim, baş müəllim, dosent (1975–1989), jurnalistika fakültəsinin dekanı (1989–1999) vəzifələrində çalışmışdır. Hazırda Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının professorudur. Akif Rüstəmov 1982-ci ildə Tiflisdə namizədlik dissertasiyası müdafiə etmişdir. Akif Rüstəmov beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etmişdir.
Arif Məhərrəmov (alim)
Arif Musa oğlu Məhərrəmov (22 yanvar 1952, Qursalı, Hamamlı rayonu – 14 dekabr 2020) — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, professor. Azərbaycan Kooperasiya Universitetində pedaqoji fakultənin dekanı. AMEA-nın Radiasiya Problemləri İnstitutunda laboratoriya müdiri. == Həyatı == Arif Məhərrəmov 22 yanvar 1952-ci ildə Ermənistan SSR-nin Spitak rayonunun Qursalı kəndində anaqdan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakultəsini, Moskvada SSSR-i EA-nın Kimyavi Fizika İnstitutunun aspiranturasını bitirib. AMEA-nın Radiasiya Problemləri İnstitutunda laboratoriya müdiridir. 2017-ci ildə "İlin nüfuzlu alimi" ali media mükafatına layiq görülüb. Azərbaycan Kooperasiya Universitetində tədris edir, professordur, pedaqoji fakultənin dekanıdır. 14 dekabr 2020-ci ildə COVID-19 xəstəliyi səbəbindən vəfat etdi. == Elmi fəaliyyəti == Arif Məhərrəmov elektret və lüminessent xassəli polimer və kompozit materiallarda üst molekulyar strukturun iştirakı ilə baş verən proseslərə radiasiyanın təsirini öyrənmişdir.
Arif Məmmədov (alim)
Arif Məhəmməd oğlu Məmmədov (25 fevral 1961, Qızılhacılı, Qasım İsmayılov rayonu) — AMEA-nın müxbir üzvü (2017). == Həyatı == 25 fevral 1961-ci ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olmuşdur. 1989–1994-cü illədə Azərbaycan Dövlət Neft Akademiyası; 1995–2004-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti; 2004–2014 Azərbaycan Müəllimlər İnstitutu Sumqayıt filial. AMEA Rəyasət Heyətinin Fəxri fərmanı; Ali Hərbi Dənizçilik Akademiyasının Fəxri fərmanı; Bərdə rayon İcra Hakimiyyətinin Fəxri fərmanı; Salyan rayon İcra Hakimiyyətinin Fəxri fərmanları ilə təltif olunmuşdur. Hazırda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda şöbə müdiri vəzifəsində çalışır. == Fəaliyyəti == Bərdədə aparılmış arxeoloji qazıntıların nəticələri orada 3000 illik şəhər mədəniyyətinin olduğunu sübuta yetirmişdir. Gəncədə aparılan arxeoloji qazıntılar nəticəsində Antik və İlk orta əsr şəhər yeri müəyyənləşdirilmişdir Salyanda aparılmış arxeoloji qazıntılar nəticəsində Muğan – Babazanlı abidəsinin 2800 illiyi müəyyənləşdirilmişdir Gəncəbasar IV–XIII əsrlərdə (tarixi-arxeoloji tədqiqat) namizədlik dissertasiyasının müdafiə etmişdir. Qoşqarçay və İncəçay hövzəsinin tarixi-arxeoloji tədqiqi (III – XVII əsrlər) doktorluq dissertasiyasını müdafiə etmişdir. 6 müəlliflik şəhadətnamələrinin və patentinə sahibdir. İndiyədək 15-i xaricdə olmaqla, 115 əsəri çapdan çıxmışdır.
Asif Şirəliyev (alim)
Asif İsmayıl oğlu Şirəliyev (19 dekabr 1939, Düdəngə, Noraşen rayonu) — iqtisadiyyat üzrə elmlər doktoru, professor, "Tərəqqi medalı" laureatı. == Həyatı == Asif Şirəliyev 1939-cu ilin dekabr ayının 19-da Şərur rayonunun (keçmiş Noraşen) Düdəngə kəndində anadan olmuş, Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universitetini), 1968-ci ildə Bakı Ali Partiya məktəbini fərqlənmə diplomları ilə bitirmiş, 1975-ci ildə "Siyasi iqtisad" üzrə aspiranturanı qurtarmışdır. Asif Şirəliyev 18 mart 2022-ci il tarixində 83 yaşında dünyasını dəyişmişdir. == Elmi fəaliyyəti == İqtisad elmləri doktoru (2001-ci il), professordur (1990-cı il). Uzun illər Həmkarlar Təşkilatının rəhbər orqanlarında işləmişdir. O, 1973-cü ildən Naxçıvan Dövlət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri və "İqtisadiyyat" fakültəsinin dekanı vəzifəsində çalışmışdır. Onun iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya mövzusu M.B.Lomonosov adına Moskva Dövlət Universitetinin (1984) elmi şurasında təsdiq edilmişdir. A.İ.Şirəliyev 230 elmi əsərin, o cümlədən 44 monoqrafıya və kitabın, 147 jurnal məqaləsinin, 47 elmi konfransda oxuduğu məruzələrin müəllifıdir. == Mükafatları == O, keçmiş ÜİLKG-nm Naxçıvan Muxtar Respublika Ali Soveti Rəyasət Heyətinin və 10-dan artıq respublika dövlət və ictimai təşkilatlann fəxri fərmanları ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 16 oktyabr 2007-ci il sərəncamma əsasən "tərəqqi" medalı ilə təltif olunmuşdur.