Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kraliça
Kral (lat. rex, fr. roi, ing. king, alm. König‎) — monarxın titulu, irsi olaraq verilir, bəzi hallarda seçilir, dövlət başçısı. Kraliça — kralın zövcəsi və ya krallığı idarə edən qadın. Avropada 1533-cü ilə qədər kral titulu Roma papası tərəfindən verilirdi. == Müasir dövrdəki kralların siyahısı == Avropa II Elizabet, Böyük Britaniya kraliçası. II Marqrete, Danimarka kraliçası. Karl XVI Qustav, İsveçrə kralı.
Cənab kraliça
Cənab kraliça (kor. 철인왕후; Cheorinwanghu) - Shin Hye-sun və Kim Jung-hyun rol aldığı Cənubi Koreya serialıdır. 12 dekabr 2020-ci ildən 14 fevral 2021-ci ilə qədər tvN-də yayımlandı. == Süjet == Müasir dövrdə Jang Bong-hwan (Choi Jin-hyuk) Mavi Evdə çalışan bir aşbazdır. Sərbəst bir ruhu var, amma bir gün özünü Joseon dövründə Kraliça Cheorin (Shin Hye-sun) bədənində tapır. Kral Cheoljong (Kim Jung-hyun), hökmranlıq edən kral, mülayim və asan bir insandır. Ancaq o, adı ilə yalnız Kraldır, əsl güc isə Cheoljongu bir fiqurlu şəxsə salan mərhum Kral Sunjonun həyat yoldaşı Kraliça Sunwon (Bae Jong-ok) tərəfindən idarə olunur. Kraliça Cheorin tezliklə Kralın göründüyü kimi olmadığını və onun qaranlıq və şübhəli tərəfinin olduğunu öyrənir.
Kraliça-konsort
Kral-konsort, şahzadə-konsort və ya kraliça-konsort (Prince consort) — monarxın həyat yoldaşı (kişi və ya qadın özü monarx olduqda bu titul işlədilmir). Müasir dövrün konsortları II Elizabetin həyat yoldaşı şahzadə Filip və Danimarkanın kraliçası II Marqretin əri şahzadə Henrikdir. Kraliçanın həyat yoldaşının yüksək statusunu göstərmək üçün ona şahzadə, şahzadə-konsort və ya kral-konsort titulu verilə bilər. Kraliçanın ölümündən sonra konsort titulu itirilir və sadəcə şahzadə və ya hersoq çağrılır. Anoloji status, kraliça-konsort kralın da həyat yoldaşına verilə bilər. Məsələn, VI Georqun həyat yoldaşı kraliça II Elizabetdə bu statusu daşımışdır (1936—1952).
Kraliça (film)
Kraliça (ing. The Queen) — kinorejissor Stiven Frirzin 2006-cı ildə çəkdiyi bioqrafik film. Filmdə rol alan aktrisa Helen Mirren "Ən yaxşı qadın rolu" nominasiyası üzrə Oskar mükafatı almışdır. Həmçinin film "Ən yaxşı film" nominasiyası üzrə Oskar mükafatına namizəd olmuşdur. Ümumilikdə film 58 mükafata layiq görülmüşdür. Filmin şüarı — "Xalqın kraliçası, ürəklərin kraliçası". == Məzmun == Film bioqrafik olsa da kraliça II Elizabetin bütün həyat və fəaliyyətini deyil, 1997-ci ili əhatə edir. Şahzadə Diananın Parisdə avtomobil qəzasına uğraması xəbəri bütün dünyanı, eyni zamanda Böyük Britaniyanı lərzəyə gətirir. Belə bir acı məqamda Elizabetin ani və gözlənilməz qərarları filmin əsas süjet xəttini təşkil edir. Yenicə baş nazir seçilmiş Toni Bler isə vəziyyətdən çıxış yolları axtarır.
Kraliça Beatriks
Kraliça Beatriks Vilgelmina Armqard (nid. Beatrix Wilhelmina Armgard, МФА: [ˈbeːjaˌtrɪks]; 31 yanvar 1938-ci il) — Niderland kraliçası (1980-ci ildən) (ana kraliçanın taxt-tacdan imtinasından sonra), Oran sülaləsindəndir, Kraliça Yuliananın və şahzadı Bernard tsur Lippe-Bisterfeldin qızı.
Kraliça Fabiola
Kraliça Fabiola (isp. Fabiola de Mora y Aragón) - Belçikanın sabiq Kraliçası.
Kraliça Seondeok
Kraliça Seondeok (606 – 17 fevral 647, Şila krallığı) — Koreya Yarımadasının cənubunda var olmuş,Şila Krallığının (e.ə 57-935) 27-ci hökmdarı və ilk qadın rəhbərdir. E.ə 632-647 illər arasında Şilaya hökümranlıq etmişdir. O, Samguk Saqinin dediyinə görə, Kral Jinpyeong və Kraliça Mayın böyük qızı idi və bu, digər mənbələr tərəfindən mübahisələndirilir. İddialara görə, atası oğullarının olmaması səbəbindən taxtdan ayrılıb. O, həm də bacısının oğlu Kral Muyeolun bibisidir (bəzi mənbələrə görə ən böyüyü). Seondeok Koreya folklorunda məşhur bir şəxsiyyətdir; əfsanələrdə o, yoxsulların qayğısına qalan və Buddizmə himayədarlıq edən mehriban hökmdar kimi təsvir edilir və onun hökmranlığı dövrü firavanlıq dövrü kimi təsvir edilir. 646-cı ildə onun hakimiyyəti dövründə rahib Jajang tərəfindən Tongdosa monastırının əsası qoyuldu. Çin imperatoru Li Şiminlə ittifaqda Goguryeo və Baekje qarşı müharibələr apardı. == Hökmranlığı == Miladdan sonra 634-cü ildə kraliça olmuşdur. Şila krallığı tarixindəki 3 kraliçadan ilkiydi.
Kraliça Viktoriya
I Viktoriya — 1837–1901-ci illərdə Böyük Britaniya və İrlandiya Birləşmiş Krallıqının Kraliçası, 1876–1901-ci illərdə isə Hindistanın imperatriçası olmuşdur. XIX əsrdə 63 illik hökmranlıq ilə Böyük Britaniyanın II Elizabetdən sonra ən çox hökmranlıq edən hökmdarıdır. == Həyatı == Atası Stratham və Kent qrafı Kral VIII Georg, anası Viktoriya isə Sakse-Koburq-Salfeld şahzadəsidir (Belçıka kralı Leopoldun bacısı).Viktoriya cütlüyün tək uşağı idi, 1819-cu ilin, may ayının 24-də Londonda, Kensington sarayında anadan olmuşdur. 24 iyunda Kantenburi baş yepiskopu Karl Manners-Sutan tərəfindən Kensington sarayında baptist edilmişdir. Onunla birlikdə Şahzadə Regent, Prusiya kralı Aleksandr, Vürtenburq kraliçası Charlettovo Saxe-Koburq-Saafeld də baptist edilmişdir. Alexsandirina olaraq baptist edilməsinə baxmayaraq ailə içində Drina olaraq çağırılırdı. Atası onun anadan olmasından səkkiz ay sonra vəfat etdi, babası III Georg ondan 6 gün sonra vəfat etdi, Şahzadə Viktoriyanın əmisi, Gal şahzadəsi Kral IV Georg taxt-taca sahib oldu. Şahzadə Viktoriya 11 yaşında olduğu zaman, Kral IV Georg özündən sonra varis buraxmayaraq öldü, taxt-taca IV Georgun kiçik qardaşı IV Vilyam gəldi. Onun məşuqu Doratidən nigahdan kənar 10 uşağının olmasına baxmayaraq, onun varis seçilə biləcək övladı yox idi. Nəticədə Viktoriya varis təyin olunur.
Ağ kraliça (personaj)
Ağ kraliça - Luis Kerrollun Alisa güzgü arxasında əsərinin baş qəhrəmanlarından biridir.
Kraliça (film, 2006)
Kraliça (ing. The Queen) — kinorejissor Stiven Frirzin 2006-cı ildə çəkdiyi bioqrafik film. Filmdə rol alan aktrisa Helen Mirren "Ən yaxşı qadın rolu" nominasiyası üzrə Oskar mükafatı almışdır. Həmçinin film "Ən yaxşı film" nominasiyası üzrə Oskar mükafatına namizəd olmuşdur. Ümumilikdə film 58 mükafata layiq görülmüşdür. Filmin şüarı — "Xalqın kraliçası, ürəklərin kraliçası". == Məzmun == Film bioqrafik olsa da kraliça II Elizabetin bütün həyat və fəaliyyətini deyil, 1997-ci ili əhatə edir. Şahzadə Diananın Parisdə avtomobil qəzasına uğraması xəbəri bütün dünyanı, eyni zamanda Böyük Britaniyanı lərzəyə gətirir. Belə bir acı məqamda Elizabetin ani və gözlənilməz qərarları filmin əsas süjet xəttini təşkil edir. Yenicə baş nazir seçilmiş Toni Bler isə vəziyyətdən çıxış yolları axtarır.
Kraliça Annanın Əsasnaməsi
Kraliça Annanın Əsasnaməsi — 1709-cu ildə imzalanmış, 10 aprel 1710-cu ildə İngiltərədə elan edilmiş müəlliflik hüququ haqqında ilk qanun. "Kraliça Annanın Əsasnaməsi" (Statute of Anne) adlanan bu qanun dünyada nəşr edilən əsərin qorunmasına şəxsi hüquq verən intellektual mülkiyyət haqqında ilk akt olmuşdur.
Kraliça Elizabet Torpağı
Kraliça Elizabet Torpağı (ing. Queen Elizabeth Land) — Böyük Britaniyanın Antarktika ərazilərinə daxil olan bölgə. Bölgə Ueddell dənizi ilə Cənub qütbü arasında yerləşir. == Tarix == Kraliça Elizabet Torpağı 18 dekabr 2012-ci II Elizabetin taxt-tacda olmasının 60 illiyi münasibəti ilə adlandırılmışdır == Ətraflı məlumat == Kraliça Elizabet Torpağının ərazisi 437 000 km² təşkil edir. Torpaq üçbucaqlı bir seqment olaraq bir hissəsi cənub qütbünə söykənir. Şimaldan Ronn şelf buzlağı və Filhner şelf buzlağı, şimal-şərqdən Kots Torpağı, şərqdən Kraliça Mod Torpağı ilə sərhədlənir. Kraliça Elizabet Torpağının qərbində Elsuort Torpağı yerləşir. Kraliça Mod Torpağının mərkəzi Pensakol dağlarıdır. Ərazi 1956-cı ili yanvarında aşkarlanmışdır. Torpaq bütün britaniya xəritələrində göstərilir == Argentinanın reaksiyası == Argentina Böyük Britaniyanın bölgəyə olan ərazi iddiasına öz etirazını bildirmişdir.
Kraliça Meri Torpağı
Kraliça Meri Torpağı (ing. Queen Mary Land) — Şərqi Antarktida ərazisində, 92°03' və 100°04' şərq uzunluqları arasında yerləşən bölgə. == Coğrafiya == Qərnəbdən II Vilhelm Torpağı, şərqdən isə Uilks Torpağı ilə əhatələnir. Həqiqət sahilini Deyvis dənizi və Mouson dənizi yuyur. Şərqini Şeklton şelf buzlağı təşkil edir. Bölgənin ərazisi bütünlüklə buzla örtülüdür. Materikin daxilinə doğru buzlağın qalınlığı 2500-3000 metr təşkil edir. Sahil ərazilərində təbii suxurkar üzə çıxır. == Tarixi == Kraliça Meri Torpağı ilk dəfə 1912-ci ildə Avstraliya Sntarktida ekspedisiyasının rəhbəri Duqlas Mouson tərəfindən kəşf edilmiş və V Georqun həyat yoldaşı Mariya Tekskayanın şərəfinə adlandırılmışdır. Kraliça Meri Torpağına rəsmi olaraq Avstraliya iddia edir.
Kraliça Mod Torpağı
Kraliça Mod Torpağı (norv. Dronning Maud Land) — Atlantik okeanın cənubunda, Antarktida sahillərində 20° qərb bə 44°38’ şərq uzunluqları arasında yerləşən ərazi. Bölgəyə Norveç iddia edir. Sahəsi təqribi olaraq 2 500 000 km². Torpaq norveçli Kraliça Modun şərəfinə adlandırılmışdır. Bölgənin böyük bir hissəsinə Üçüncü Reyx iddia etmişdir (1939). Norveç bölgəni 1938-ci ildən öz ərazisi hesab edir. 14 yanvar 1939-cu ildən «Norveç bölgəsi» və ya «Buve bölgəsi» adlandırılır. Bölə 20° q.u və 44°38’ ş.u arasında yerləşir. Bununla vağlı əmrdə deyilirdi: Bu ərazilərin idarəsi Osloda yerləşən Ticarət Nazirliyinə həvalə olunsun1961-ci ildə imzalanmış Antarktida haqqında konvensiyasına görə bölgəyə olan iddialar dondurulmuşdur.
Kraliça Mod dağları
Kraliça Mod dağları (ing. Queen Maud Mountains, norv. Dronning Mauds Fjell) — Transantarktika dağları sisteminə daxil olan silsilə. Transntarktikanın mərkəzi hissəsində yerləşir. Silsilənin böyük hissəsi 2500—3000 metr hündürlüyə malikdir. Yuxarı hissələrində olan suxurlar paleozoy dövrünə aiddir. Silsilə ilk dəfə 1911-ci ildə Norveç antarktika ekspedisiyasının rəhbəri Raul Amundsen kəşf edilmiş və Norveç kraliçasının şərəfinə adlandırılmışdır.
Kraliça Yelezaveta adaları
Kraliça Yelezaveta adaları (ing. Queen Elizabeth Islands, fr. Îles de la Reine-Élisabeth - əvvələr Perri adalaarı və ya Parri arxiipelaqı) — Kanada Arktik arxipelaqının şimalında yerləşir. Kanadanın Nunavut və Şimal-Qərb əraziləri vilayətlərinə daxildir. == Coğrafiyası == Adalar Şimal Buzlu okean akvatoriyasına daxildir. Ərazidən ardıcıllıq təşkil edən boğazlar sistemi keçir. Mak-Klur boğazı, Vaykaunt-Melvill boğazı, Barrou boğazı, Lankaster boğazı (hamısı birlikdə Parri boğazlar sistemini əmələ gətirir). Boğazlar boyunca Elsmir, Melvill, Devon, Kornuollis adaları yerləşir. Arxipelaqın adının Kraliça Yelezaveta adaları olduqdan sonra cənub qərb adaları Şahzadə Ptrik, Melvill, Baterst, Borden, Makkenzi-Kral və Kornuollis Kraliça Yelezaveta adaları, digər adalar Kornuol Amund-Rinqnes, Aksel-Heyberq və Ellef-Rinqnes adaları Sverdrup adaları adlandırılır. Ərazidə yerləşən adalarda hündürlük heçdə yüksək deyil əsasən 300–600 m, devon adasında hündürlüyü 1921 metrə çatan yaylalar vardır.
Mariya Stüart (kraliça)
Mariya Stüart (ing. Mary, Queen of Scots) (8 dekabr 1542 və ya 1542 – 8 fevral 1587[…] və ya 1587) — Şotlandiyanın Stüart sülaləsindən olan kraliçası. Şotlandiya kralı V Ceymsin həyatda qalan yeganə övladı Mariya Stüart anadan olandan 6 gün sonra atası anidən vəfat etdi və o, Şotlandiya kraliçası elan edildi. Dövlət taxt naibləri tərəfindən idarə olunmaqda idi. Mariya isə təhsili ilə əlaqədar olaraq uşaqlığının böyük bir qismini Fransada keçirdi. 1558-ci ildə hələ 16 yaşında ikən Fransa taxtının vəliəhdi Fransisklə evləndi. II Fransiskin 1559-cu ildə taxta çıxması ilə gənc Mariya Fransa kraliçası elan olundu və ərinin ölümünə qədər bu ünvanı daşıdı. Bir il sonra ərinin ölümü ilə dul qalan Mariya Stüart 1561-ci ilin avqustunda vətəninə geri döndü. 4 il sonra o, əmisi oğlu Darnley lordu Henri Stüartla evləndi. Ancaq bu evlilik bədbəxt sonluqla bitdi.
Qara Kraliça (personaj)
Qara Kraliça və ya Qırmızı Kraliça - Luis Kerrollun Alisa güzgü arxasında əsərinin qəhrəmanlarından biridir. Əslində, Luis Kerrol Qara fiqurları qırmızı adlandırmışdır.
Qırmızıtoxmaq Kraliça (personaj)
Qırmızıtoxmaq Kraliça – Luis Kerrollun Alisa möcüzələr ölkəsində əsərinin qəhrəmanlarından biridir. == Haqqında == "Qırmızıtoxmaq Kraliça" personajı əsərin "Krallıq kroketi" adlanan 8-ci fəslində peyda olur. Əsərdə çox qəddar kraliça kimi tanınır. Əsərin "Krendelləri kim oğurlayıb?" adlı 11-ci fəslində, Ürəklər Valetinin konfetin oğurlanmasında günahlandırılan zaman "Qırmızıtoxmaq Kraliça" daha da qəddarlaşır. Buradan aydın olur ki, əsl günahkarın kim olduğu onu heç də maraqlandırmır. Onun yalnız bir əmri vardır: Başını kəsin! Qrifonun sözlərinə görə, onun qəddar əmri verməsinə baxmayaraq bir dənə də olsun insanın başı kəsilməyibdir.
Kraliça Anna müharibəsi
Kraliça Anna müharibəsi və yaxud Üçüncü Hindu müharibəsi, həmçinin İkinci Beynəlxalq Koloniyalar müharibəsi — İspaniya mirası uğrunda müharibənin bir hissəsi olan 1702–1713-cü illərdə baş vermiş hərbi münaqişə. Döyüşən iki əsas dövlətlə yanaşı, Fransanın tərəfində vuruşan İspaniya imperiyası ilə bərabər, çoxsaylı Şimali Amerikanın hindi tayfaları da hərbi əməliyyatlarda iştirak edirdi. Müharibənin belə adlanması Şimali Amerikadakı ingilis koloniyalarında geniş yayılmışdı. Bu ad 1702-ci ildən İngiltərə və Şotlandiya krallığı kraliçası, 1707-ci ildən isə rəsmi şəkildə birləşmiş Böyük Britaniya krallığının ilk kraliçası Anna Stüartın adından yaranıb. Lakin buna baxmayaraq müharibə Üçüncü Hindu müharibəsi və İkinci Beynəlxalq Koloniyalar müharibəsi də adlandırılırdı.Müharibə üç cəbhədə aparılırdı. Yeni İngiltərə müstəmləkələri, paytaxtı Kvebek şəhəri olan Akadiya və Kanadada yerləşən Fransız və hindu qüvvələri ilə daima vuruşurdular. Kvebek şəhəri dəfələrlə ingilis ekspedisiyalarının əsas hədəfi (lakin heç vaxt müvəffəqiyyətlə fəth edilməyən) olurdu. Nyufaundlend adasına nəzarət uğrunda mübarizə daima Sent Con şəhərində yerləşdirilmiş ingilis müstəmləkə qoşunları və Plezansda qərar tutan fransızlar tərəfindən aparılırdı. İspan Floridası və İngiltərənin Karolina əyaləti də tərəflərin davamlı təkrar hücumlarına məruz qalırdılar. Karolinalılar da Mobil şəhərində olan fransızları qovmağa çalışdılar.
Cənab kraliça (teleserial, 2020)
Cənab kraliça (kor. 철인왕후; Cheorinwanghu) - Shin Hye-sun və Kim Jung-hyun rol aldığı Cənubi Koreya serialıdır. 12 dekabr 2020-ci ildən 14 fevral 2021-ci ilə qədər tvN-də yayımlandı. == Süjet == Müasir dövrdə Jang Bong-hwan (Choi Jin-hyuk) Mavi Evdə çalışan bir aşbazdır. Sərbəst bir ruhu var, amma bir gün özünü Joseon dövründə Kraliça Cheorin (Shin Hye-sun) bədənində tapır. Kral Cheoljong (Kim Jung-hyun), hökmranlıq edən kral, mülayim və asan bir insandır. Ancaq o, adı ilə yalnız Kraldır, əsl güc isə Cheoljongu bir fiqurlu şəxsə salan mərhum Kral Sunjonun həyat yoldaşı Kraliça Sunwon (Bae Jong-ok) tərəfindən idarə olunur. Kraliça Cheorin tezliklə Kralın göründüyü kimi olmadığını və onun qaranlıq və şübhəli tərəfinin olduğunu öyrənir.
Kraliça Annanın yay sarayı
Kraliça Annanın Yay sarayı və ya Belveder sarayı (çex. Letohrádek královny Anny, Belvedér) – İntibah dövrünə aid saray; Praqa qəsrinin yaxınlığındakı Kral bağında yerləşir. Saray 1538—1565-ci illərdə inşa olunmuşdur. == Sarayın xüsusiyyətləri == İntibah üslubundakı Yay sarayı Müqəddəs Roma imperatoru I Ferdinandın əmri ilə 1538-1565-ci illərdə inşa edilmiş və ondan daha öncə yaradılan Kral bağlarının bir hissəsinə çevrilmişdi. Saray onun həyat yoldaşı Anna Yagellonkaya hədiyyə kimi bağışlanmışdır. Lakin sevimli həyat yoldaşı 1547-ci ildə, özünün on beşinci uşağını doğarkən ölmüşdür və bu da Ferdinandın hədsiz qəm-qüssəsinə səbəb olmuşdur. İmperatorun özü isə 1541-ci ildə baş vermiş yanğın səbəbindən, Praqa şəhərini tərk etmək məcburiyyətində qalır və sarayın tamamlanmasını görə bilmir. Həmçinin, son tədqiqat araşdırmaları onun göstərir ki, binanı bəzəyən çoxsaylı relyeflər və onların mifoloji mövzusu o zaman hakim olmuş avtoritar hakimiyyəti, yəni Mərkəzi Avropada uzun illər hökm sürmüş Habsburq sülaləsininin güc və qüvvətini nümayiş etdirirdi. Bununla belə, bu cür mövzunu hökmdarın şəxsi həyat yoldaşı üçün nəzərdə tutulmuş bir tikintidə deyil, daha çox reprezentativ məqsədlərlə istifadə edildiyini təxmin etmək olar. == Tikinti xronologiyası == Sarayın tikintisi 1538-ci ilin aprel ayında, italyan memarı Covanni Spatsio və italyan bənna və heykəltəraşı Paolo della Stellanın iştirakı ilə başlamışdır.
Kraliça Mariya Antuanetta Erato qiyafəsində
Kraliça Mariya Antuanetta Erato qiyafətində — avstriyalı rəssam Lüdviq Quttenbrunnun Fransa kraliçası Mariya Antuanettanı Erato muzası simasında təsvir edən rəsmi.
Kraliça Mariya Antuanetta Erato qiyafətində
Kraliça Mariya Antuanetta Erato qiyafətində — avstriyalı rəssam Lüdviq Quttenbrunnun Fransa kraliçası Mariya Antuanettanı Erato muzası simasında təsvir edən rəsmi.
Kraliça Marya Antoinett Erato qiyafətində
Kraliça Mariya Antuanetta Erato qiyafətində — avstriyalı rəssam Lüdviq Quttenbrunnun Fransa kraliçası Mariya Antuanettanı Erato muzası simasında təsvir edən rəsmi.
Praline
Praline (fr. praliné, praline)- Ovulmuş badamların şəkər tozuna qarışığından ibarətdir. == Haqqında == Onlardan tortların, kekslərin, kremlərin bəzədilməsində istifadə edirlər. 1671-ci ildə aşpaz Plessi-Pralin tərəfindən hazırlanmışdır.İlk əvvəl ovulmuş badam digər çərəzlərlə qarışaraq, bala qarışdırılmış və içərisinə şokolad ovuntuları tökülmüşdür. Üzərinə karamel tökülərək süfrəyə təqdim olunmuşdur. Çexiya və Polşada pralina 20-30 sm-lik vaflinin içərisində olur, üzərinə sirop əlavə edilir.
Kroliçi adası
Kroliçi adası — Yapon dənizi, Böyük Pyotr körfəzində kiçik bir ada. Yankov yarımadasının şərq sahilindən 280 metr məsafədə, Bezverxovo kəndi yaxınlığında yerləşir. İnzibati cəhətdən Primorsk diyarının Xasan rayonuna aiddir. Adanın cənub-şərq sahilində Kroliçi mayakı quraşdırılıb. Adanın uzunluğu təqribən 400 m, eni 100 m-ə qədərdir. Maksimum hündürlüyü 24,5 m-dir. Bəzi yerlərdə adanı kol-kos basıb. Adanın şimal və qərb sahilləri düzdür və qumlu-çınqıllı çimərliklərdən ibarətdir, şərq və cənub sahilləri isə qayalıdır. Mayak gözətçisi istisna olmaqla, adada daimi əhali yoxdur. Ada məşhur kayak turizm marşrutunun son nöqtəsidir.
Nina Kralyiç
Nina Kralyiç (xorv. Nina Kraljić; 4 aprel 1992, Lipovlyani[d], Sisak-Moslavina jupaniyası[d]) — Xorvatiya müğənnisi, bəstəkarı və aktrisası. O, əsasən Xorvatiyanın The Voice səs yarışmasında qələbəsinə görə və Xorvatiyanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etməsinə görə tanınır. 2016-cı ildə Nina Xorvatiyanın Porin musiqi mükafatına layiq görülmüşdür. Onun Samo adlı debüt albomu həmin ilin sentyabr ayında işıq üzü görmüşdür. == Həyatı == Nina Kralyiç 4 aprel 1992-ci ildə Xorvatiyada anadan olmuşdur. Onun atası Jelko, anası isə İrena Kralyiçdir. Tena adlı özündən yaşda kiçik bacısı var. Uşaqlıq illərindən musiqiyə həvəsli olan Nina ilk səhnə təcrübəsini 2009-cu ildə Xorvatiyanın Got Talent məharət yarışmasında iştirakdan almışdır. O, yarışmada onuncu yeri tutmuşdur.
Miloş Krasiç
Miloş Krasiç (serb. Милош Красић; 1 noyabr 1984[…], Mitroviça[d], Yuqoslaviya) – Serbiyalı Futbolçu Türkiyə'nin Fənərbaxça klubunun və Serbiya milli yığmasının yarımmüdafiəçisi == Bioqrafiya == Miloş Krasiçin futbolçu karyerası keçmiş Yuqoslaviyanın Rudar klubunda başlamışdır. Öz oyunu ilə Krasiç Voyvodina klubunun maraqına səbəb olmuşdur. 1999-cu ildə isə artıq Voyvodina klubu ilə müqavilə bağlayır. 2004-cü ilin yayında Miloş Krasiç Rusiyanın ÇSKA Moskva klubu ilə müqavilə imzalayır. 2004–05-ci illərdə Krasiç ÇŞKA-nın tərkibində Çempionlar liqasının qalibi olur 28 dekabr 2009-cu ildə Serbiyanın ən yaxşı futbolçusu seçilir 19 avqust 2010-cu ildə Yuventus klubuna keçir. Krasiçlə 4 illik müqavilə Yuventusa 15 milyon avroya başa gəlir. 2 avqust 2012-ci ildə Fənərbaxça klubuna keçir. Fənərbaxça Krasiçlə 4 illik müqavilə imzalayıb. == Millidə == == Şəxsi Həyatı == 2008-ci ilin dekabrında Miloş Miryana ilə evlənir.
Aramicə
Arami dilləri, həmçinin aram dili və ya aramey dili (Arāmāyā; qədim arami: 𐤀𐤓𐤌𐤉𐤀; imperiya aramicəsi: 𐡀𐡓𐡌𐡉𐡀; iudeoaramey אַרָמָיָא, klassik Suriya: ܐܪܡܝܐ) —— sami dilləri tərkibində qrup (mərkəzi qol). Qədim dövrlərdə imperator aramicəsi Yaxın Şərqin böyük bir hissəsində "lingua franca" kimi xidmət edirdi. Eramızın VII əsrində arami dilinin yerini ərəb dili aldı. == Tarixi == Arami dilinin tarixi qədim, orta və yeni arami dövrlərinə ayrılır (alman alimi K. Bayerin təsnifatı).Qədim arami dövrü e.ə. II minilliyin sonu – I minilliyin əvvəlindən başlayır. Dövrümüzə qədər gəlib çatan ən qədim nümunələri e.ə. IX–VII əsrlərə aid epiqrafik abidələrdir. Müxtəlif mərhələlərdə Aşşur (e.ə VII əsr) və Babilistan (e.ə. VII–VI əsrlər), Əhəməni (e.ə. VI–IV əsrlər) dövlətlərinin rəsmi dili olmuşdur.
Kralın Qızları
== Ümumi məlumat == Kralın qızları XIV Lüdovik tərəfindən hazırlanan 1663-1673cü illər arasında Yeni Fransaya gələn təxminən 800 gənc Fransız qadını ifadə etmək üçün istifadə olunan bir termindir. Bu Kanadanın əhalisini artırmaq üçün bir layihədir. Qadınlar və qızlar Yeni Fransaya köç ederkən, onlar kralın qızları olmağı düşünmürdülər.Çünki bu termin hökumət tərəfindən aktiv olaraq işə qəbul olunan və koloniya səfəri kral tərəfindən olan qızlar və qadınlar üçün istifadə olunurdu. == Mənşə == Onun başlanğıcında Yeni Fransada kişilərə üstünlük daha çox idi: əsgərlərin vilayətində, xəz ovçuluğunda və kahinlikdə. Bu qadınlardan istifadə az tələb olunurdu. Bu vaxt koloniyada əksər qadınların işləməsi üçün kənd təsərrüfatı üstünlük təşkil etməyə başladı, lakin 17ci əsrin ortalarında Yeni Fransada yalnız kişilər və qadınlar arasında ciddi qarşıdurma vardı. Qadın immiqrantların kiçik bir hissəsi özləri xərclərini ödəməli oldu və az hissədə subay qadınlar Yeni Fransanın sərt iqlim və şəraitinə uyğunlaşmaq üçün tanıdıqları yerləri tərk etmək istəyirdilər. Rəqib İngilis müstəmləkələrində əhali artımı, bəzi səlahiyyətlilər arasında Yeni Dünyada haqq iddialarını davam etdirmə mövzusunda narahatlıqlarını oyandırdı. Əhalini və ailələri artırmaq üçün Yeni Fransa intendantı Jan Talon, kralın ən az 500 qadının gətirilməsini dəstəkləməsini təklif etdi. Kral qəbul etdi və nəticədə təxminən iki qatı sayı işə alındı.