Prince of Persia (video oyun, 1989)
Prince of Persia - Apple II kompyuterləri üçün Cordan Mexner tərəfindən hazırlanmış, "Brøderbund" oyun şirkəti tərəfindən 1989-cu ildə istehsal edilmiş, macəra oyunudur. Mexner videooyunda bütün hərəkətlərin real həyatda olduğu kimi görünməsindən əmin olmaq üçün saatlarla kiçik qardaşı Devidin ağ paltarla qaçmaq və atlanmaq film üzərində çalışarkən "Rotoscoping" olaraq adlandırılan bir üsulu istifadə etdi. Mərkəzi xarakter və düşmənlərin çoxu müasir oyunda olduğu kimi mənzilli silahlarla deyil, qılınclarla döyüşürdü. Mexner oyunu proqramlaşdırmaya başladığında, "Müqəddəs Xəzinə Ovçuları"nın ilk on dəqiqəsinin, təhlükəli bir mühit içindəki xarakterlərin akrobatik reaksiyalarını meydana gətirmək üçün mərkəzi ilham qaynaqlarından biri olduğunu söyləmişdir.
Adından göründüyü kimi oyundakı hadisələr Antik İranda baş verir. Bir gün Fars Sultanı xarici torpaqlara döyüşməyə gedən zaman ölkəni idarə etmək üçün yerini qəddar vəziri Cəfərə buraxır. Bu zaman taxta Vəzir çıxır. Cəfər icra etdiyi vəzifə ilə bərabər, cadugərdliklə də məşğul olur. Taxta çıxdıqdan sonra Cəfər adsız bir qəhrəmanı zindana salır. Bunun səbəbi Cəfərin taxt-taca sahib olmaq üçün qəhrəmanın aşiq olduğu Fars Sultanının qızı olan Şahzadə ilə evlənməlidir.