Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ksilollar
Dimetilbenzollar və ya ksilollar — (qədim yunan ξύλον "ağacından") benzol halqası və iki metil qrupundan ibarət olan aromatik karbohidrogenlərdir. == Ümumi == Kimyəvi formulu — (СН3)2С6Н4-dür. Ksilollar kömürün kokslaşdırılmasından və ya neftdən benzinin birbaşa katalitik piforminqi ilə əldə edilir. Əsasən, həlledici kimi istifadə olunurlar. Ksilol 1850-ci ildə fransız kimyaçı Auguste Kaur tərəfindən xam ağac spirtindən ayıraraq kəşf edilmişdir [1]. == Xassələri == Xüsusi qoxusu olan rəngsiz mayelərdir. Suda az həll olur, üzvi həlledicilərdə isə asanlıqla həll olurlar. Aromatik birləşmələrin xüsusiyyətlərini nümayiş etdirirlər, asanlıqla alkilləşir, xlorlaşır, sülfonatlaşır və nitratlaşırlar. == İzomerilik == Üç izomer var: orto-, meta- və para-ksilol. == Mütləq Kerner metodu == Orto-, meta- və para-ksilol qarışığının keyfiyyət tərkibini təyin etmək üçün Kernerin mütləq istiqamətləndirmə metodundan istifadə olunur.
Ksilit
Ksilit(CH2OH(CHOH)3CH2OH)-rəngsiz hidroskopik kristal, çoxatomlu spirtlərin nümayəndəsidir. == Fiziki xassələri == Optiki aktiv deyil; suda, metil və etil spirtlərində, qlikollarda, piridində, sirkə turşusunda həll olur; efirlərdə, dioksanda, karbohidrogenlərdə, alkilhalogenidlərdə, butil və propil spirtlərində həll olmur. == Kimyəvi xassələri == Kimyəvi xassələrinə görə Ksilit çoxatomlu spirtlərin tipik nümayəndəsidir. == Alınması == Ksilit sənayedə ksilozaları reduksiya etməklə alırlar. Bu məqsədlə xammal kimi kənd təsərrüfatının pentoza tərkibli tullantılarından və ağacdan istifadə olunur. Ksiliti təyin etmək üçün, adətən, xromotoqrafiyadan, eləcə də onun mis və vanadium-xinolin kompleksləri əmələ gətirmək xassəsinə əsaslanan üsullardan istifadə olunur. == Tətbiqi == Ksilit və onun 1,4-anhidridi (klisitan) sellofan istehsalında plastifikator və rütubət stabilizatoru kimi, kağız və ətriyyat sənayesində istifadə olunur. Ksilit ksiftal alkid qatranının, səthi-aktiv maddələrin, lakların, yapışdırıcıların alınmasında komponentdir. Ksilit şirin dada malikdir (saxarozadan iki dəfə şirindir), ödqovucudur; insan orqanizmi ilə mənimsənilmir. Şəkərli və piylənmədən əziyyət çəkən xəstələr üçün qənnadı məmulatların hazırlanmasında saxarozanın əvəzinə istifadə olunur.
Kill Kill
Kill Kill — amerikalı müğənni Lana Del Reyin 21 oktyabr 2008-ci ildə Lizzy Grant adı altında buraxdığı ilk mini-albomu (EP). Mini-albom 5 Points Records tərəfindən buraxılıb, üç trek daha sonra 2010-cu ildə buraxılan Lana Del Ray albomunda yer alıb. "Yayo" mahnısı yenidən yazılıb və üçüncü dəfə 2012-ci ildə Paradise mini-albomunda buraxılıb. Mini-albomun tanıtılması üçün bir sinql "Kill Kill" buraxılıb. Trekin musiqi klipi 2008-ci ildə yayımlanıb. == Trek siyahısı == Mahnıların prodüserliyini David Kahne edib.
Krilon burnu
Krilon burnu (rus. Мыс Крильон) — Saxalin adasının cənubunda yerləşən Krilon yarımadasının cənub qutaracağını təşkil edir. Burun Laperuz tərəfindən fransız hərbçisi Lui-Balbes de Krilonun şərəfinə adlandırılmışdır. Burun şimaldan ensiz, qayalı bərzəxlə Krilon yarımadası ilə birləşir. Qərbdən Yapon dənizi, şərqdən isə Oxot dənizinin Aniva körfəzi suları ilə yuyulur. Cənubdan Laperuz boğazı ilə Hokkaydo adasından ayrılır. Burunda meteoloji stansiya yerləşir. Burada Sakit okean donanmasına aid mayak vardır. Burundan bir qədər aralıda Kamen Opasnosti adası yerləşir.
Krilon yarımadası
Krilon yarımadası (rus. Полуостров Крильон) — Saxalin adasının cənub-qərbində yerləşən yarımada. Yarımada ərazisi üçbucaq formaya malik olub, mərkəzi hissəsi dağlıqdır. Buradan Cənubi-Kamışovı dağ silsiləsi keçir. Sahilləri sıldırımlıdır. Uzununluğu 100 km təşkil edir. Cənub ucqar nöqtəsini Krilon burnu tutur. Ən hündür dağları Bambukovaya (588 m), Xmelniski (447 m), Sivuxa (502 m), Maquya (323 m), Perelesnaya (472 m), Taranaya (518 m) Yarımadanın səthi tayqa ilə örtülüdür. İsti Susim cərəyanının təsisinə məruz qaldığından Saxalin adasının ən isti bölgəsidir.
Kilo
Kilo- – metrik sistemində 1000-i bildirən önşəkilçi. Hesablama texnikasında hesablamalar 2-nin qüvvətlərinə əsaslanır, buna görə də kilo çox zaman 1024 (210) ədədini işarə etmək üçün istifadə olunur. Konkret mənanı doğru müəyyənləşdirmək üçün, adətən, kiçik “k” hərfindən 1000-i böyük “K” hərfindən isə 1024-ü işarələmək üçün istifadə olunur. Məsələn, “km” 1000 metri, K və ya Kbayt isə 1024 baytı bildirir. Kilobit (eng.kilobit (K, Kbit)) – bir min iyirmi dörd (1024) bitdir. Kilobit/saniyə (eng.kilobits per second (Kbps)) – verilənlərin (şəbəkədə) ötürülməsinin, 1024 bit/san kəmiyyətinin misilləri ilə ölçülən sürəti; məsələn, Apple Talk lokal hesablama şəbəkəsində ən yüksək ötürülmə sürəti təxminən 230 kbit/s və ya 235520 bit/san olur. Kilobayt (Kb) (engkilobyte (KB, K, Kbyte)).– 1024 baytdır. Kilohers (kHs) (eng.kilohertz (kHz)) – rəqs tezliyinin ölçüsü; 1000 Hers’ə və ya bir saniyədə 1000 dövrə’yə ekvivalentdir. Kilovatt-saat (eng.kilowatt-hour) – elektrik enerjisinin vahidi; 1000 vatt-saat’a bərabərdir. Kilobod (eng.kilobaud) – bir min bod; rabitə kanalının buraxılış (daşıma) qabiliyyətinin ölçüsüdür.
Sill
Vərəm infeksion xəstəlik olub, adətən, Mycobacterium tuberculosis bakteriyası tərəfindən törədilir. Xəstəlik əsasən ağciyərlərə təsir edir, ancaq vücudun başqa hissələrinə də təsir edə bilir. Yoluxmuş fərdlərin çoxu heç bir simptom göstərmir. Simptomsuz orqanizmlərin 10%-ində xəstəlik aktiv mərhələyə keçir və müalicə olunmazsa, yarısı ölür. Vərəm hal-hazırda, dünyada ən təhlükəli infeksiyalardan biri olaraq qalmaqdadır və əsasən əhalinin əmək qabiliyyətli hissəsini sıradan çıxarır. Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərinə əsasən hazırda dünyada 20 milyondan artıq vərəm xəstəsi vardır və bunların 7 milyonu açıq formalı vərəmdir. Hər il 3.5 milyon insan vərəmlə xəstələnir və 1 milyon insan bu xəstəlikdən ölür. Hər dəqiqə təxminən 2 insan vərəmdən dünyasını dəyişir. XX əsrin əvvəllərində insan ölümlərinin 20 faizi vərəmdən baş verirdi. Hazırda Azərbaycanda rəsmi statistikaya görə, 8 minə yaxın vərəmli xəstə var.
Kill la Kill
Kill la Kill (yaponca: キルラキル, Hepbörn: Kiru Ra Kiru, azərb. Ya öldür, ya öl‎) — Trigger studiyası tərəfindən istehsal olunmuş anime serialı. Kimsəsiz məktəbli qız Ryuko Matoyun atasının qatilinin axtarışına çıxmasından, Honnoci Akademiyasının məktəb şurasının prezidenti Satsuki Kiryuin ilə münaqişəyə girməsindən və anasının dəb imperiyasından bəhs edir. "Kill la Kill" Trigger studiyasının ilk orijinal anime serialıdır. Anime serialının rejissoru Hiroyuki İmayşi, ssenari müəllifi Kazuki Nakaşimadır. Onlar daha əvvəl "Gurren Lagann" animesi üzərində birlikdə işləmişdilər. Anime Yaponiyada 4 oktyabr 2013-cü ildən 28 mart 2014-cü ilə kimi yayımlanmışdır. Anime serialı ABŞ-nin Adult Swim kanalının Toonami blokunda 8 fevral 2015-ci ildə göstərilməyə başlamışdır. Ryo Akuzuki tərəfindən hazırlanan manqa adaptasiyası Kadokawa Shoten nəşriyyatının "Young Ace" jurnalında 4 oktyabr 2013-cü ildə nəşr olunmağa başlamışdır. 3 sentyabr 2014-cü ildə anime serialının əslində 25-ci seriyası olan OVA seriyası buraxılmışdır.
Təlal Silo
Təlal Əli Silo (ərəb. طلال علي سلو‎; 1965, Çobanbəy[d], Hələb mühafəzəsi) — Suriya Demokratik Qüvvələrinin (SDF) keçmiş müşaviri. O, 2017-ci ilin noyabrında Türkiyəyə təslim olmuş və ya fərarilik etmişdir. Onun gedişi SDF-nin ən yüksək sıraları arasındakı ilk böyük fərarilik halı olmuşdur. Təlal Əli Silo 1965-ci ildə Suriyanın Hələb mühafəzəsində yerləşən Çobanbəy kəndində anadan olmuşdur. Əslən Suriya türkmanı olan Silo 2014-cü ildən 2017-ci ilin noyabrına qədər Suriya Demokratik Qüvvələrinin müşaviri idi, ittifaqın böyük əməliyyatlarını və İŞİD silahlı qruplaşmalarına qarşı döyüşləri əhatə edirdi. Silo 2017-ci ildən sonra AKP tərəfdarı olan "Daily Sabah" qəzetinə müsahibə verir. O, SDF-nin Raqqa şəhərini İŞİD-dən ələ keçirməsi zamanı minlərlə İŞİD döyüşçüsünün – əvvəlcədən bildirildiyindən daha çoxunun ABŞ tərəfindən təsdiqlənmiş gizli bir müqavilə ilə şəhəri tərk etdiyini iddia edir. Buna baxmayaraq, ABŞ səlahiyyətliləri Silonun şərhlərini "yalan və uydurma" adlandırırlar. Müqavilənin SDF və koalisiya qüvvələri tərəfindən strateji bir hərəkət olduğu iddia edilir.
Kill chain
Öldürmə zənciri (ing. Kill chain) termini hücumun strukturunu müəyyən edən hərbi anlayışdır. O, ibarətdir: hədəfin müəyyənləşdirilməsi (Detect) qüvvələrin hədəfə göndərilməsi (Deliver) hədəfə hücumun başlaması (Decide) hədəfin məhv edilməsi (Kill) Rəqibin öldürmə zəncirini "qırmaq" ideyası müdafiə və ya qabaqlayıcı hərəkət üsuludur. == Hərbi == === F2T2EA === Bir hərbi "öldürmə zənciri" modeli aşağıdakı mərhələləri özündə cəmləşdirən "F2T2EA"dır: Tapın: hədəfi müəyyənləşdirir. Müşahidə və ya kəşfiyyat məlumatları daxilində və ya kəşfiyyat vasitələri ilə hədəfi tapır. Düzəlt: Hədəfin yerini düzəldin. Mövcud məlumatlardan və ya əlavə məlumat toplamaqla hədəf üçün xüsusi koordinatlar əldə edin. Track: Hədəfin hərəkətinə nəzarət edin. Hədəflə əlaqə qurmamaq barədə qərar qəbul edilənə və ya hədəf uğurla nişanlanana qədər hədəfi izləyin. Hədəf: İstədiyiniz effektləri yaratmaq üçün hədəfdə istifadə etmək üçün uyğun silah və ya aktiv seçin.
Silos yemi (film, 1932)
Təbliğat filmi maldarlığın şirəli yemlə təchiz olunmasında silos basdırmanın əhəmiyyətindən və onun texnoloji qaydalarından bəhs edir. Film Moskva Mərkəzi Dövlət Kino-Fotofono Sənədlər Arxivində saxlanılır. Rejissor: Şirokov, Hüseynov Operator: Kovalçuk Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 57.
Akame ga Kill!
Akame ga Kill! (yaponca: アカメが斬る!, Hepbörn: Akame ga Kiru!, azərb. "Akame kəsib doğrayır!"‎) — Takahiro tərəfindən yazılmış və Tetsuya Taşiro tərəfindən çəkilmiş şonen manqa seriyası. 2010-cu ilin martından Square Enix nəşriyyatının "Gangan Joker" jurnalında nəşr olunur. Manqa seriyası Tatsumi adlı gəncin pul qazanmaq və kəndini xilas etmək məqsədilə Paytaxta gəlməsindən, lakin burada güclü korrupsiya ilə rastlaşmasından bəhs edir. Gecə Reydi (ing. Night Raid) adlı sui-qəsd komandasına qoşulan Tatsumi imperiyaya və korrupsiyaya qarşı döyüşməyə başlayır. Seriya qrafik məzmununa görə tanınır. Seriya 2014-cü ilin iyununda lisenziyalaşdırılmışdır. "Akame ga Kill!
Kill-van-Kull
Kill-van-Kull (ing. Kill van Kull) — Nyu-York ştatında yerləşən Staten-Aylend adasını Berqen-Nek yarımadasından ayıran boğaz. == Xüsusiyyətləri == Boğazın uzunluğu 5 km, eni isə 300 m-dir. Kill-van-Kull Apper-Nyu-York-Bey və Nyoark buxtalarını birləşdirir. Boğaz üzərindən Beyon körpüsü yerləşir. Boğaz kifayət qədər yüklənmiş naviqasiyaya malikdir. Əsasən neft tankerləri boğazlar keçirlər. Boğazın adı Niderland dilindən tərcümədə "dayazlıqdan olan kanal" deməkdir.
Akame ga Kill! fəsillərinin siyahısı
Akame ga Kill! (アカメが斬る!, Akame ga Kiru!, azərb. Akame kəsib doğrayır!‎) Tetsuya Taşironun rəssamlığı ilə Takahiro tərəfindən yazılan manqa seriyasıdır. Manqa Tatsumi adlı kəndlinin kəndi üçün pul qazanmaq ötrü imperiya paytaxtına gəlməsindən, lakin paytaxtda güclü rüşvətxorluğun olduğunu kəşf etməsindən bəhs edir. Tatsumi tezliklə imperiyaya qarşı döyüşən Gecə Reydi adlı sui-qəsd komandasına qoşulur. Manqanın nəşr olunmasına Square Enix nəşriyyatının "Gangan Joker" jurnalının 20 mart 2010-cu ildə çıxmış 2010-cu il aprel sayında başlanmışdır. İlk tankobon cildi 21 avqust 2010-cu ildə buraxılmışdır. 22 avqust 2016-cı ilə qədər 14 cildi çapdan çıxmışdır. Yen Press 2014-cü ilin iyununda manqanı Şimali Amerika üçün lisenziyalaşdırmış və ilk cildi 20 yanvar 2015-ci ildə buraxmışdır. "Monthly Big Gangan" jurnalının 25 oktyabr 2013-cü ildə çıxmış 11-ci sayında "Akame ga Kill!
Krılov ilankölgəsi
Krılov ilankölgəsi (lat. Ferula krylovii) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü.
Krılov öküzboğanı
Krılov öküzboğanı (lat. Bupleurum krylovianum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin öküzboğan cinsinə aid bitki növü.
Veniamin Krılov
Veniamin Petroviç Krılov (29 sentyabr 1921 — 11 sentyabr 1998) — sovet futbolçusu və futbol məşqçisi, SSRİ İdman Ustası, RSFSR-in Əməkdar Məşqçisi. Böyük Vətən müharibəsində iştirak edib. 1941-ci ildə Qızıl Ordu sıralarına çağırılıb. Moskva uğrunda döyüşün, Smolensk döyüşünün, Bryansk əməliyyatının iştirakçısı olub. Birinci və ikinci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilmişdir. Futbolçu karyerası dövründə 1949-cu ildə "Krılya Sovetov" (Qorkiy) komandasının heyətində SSRİ Birinci Liqasında oynayıb. Həmçinin "Spartak" (Daşkənd) və "Dinamo" (Çelyabinsk) klublarında da çıxış edib. SSRİ İdman Ustası adına sahib olub. 1959-cu ildə SSRİ gənclər komandasında baş məşqçi Vyaçeslav Solovyovun köməkçisi vəzifəsində çalışıb. 1960-cı ildə (başqa mənbəyə görə 1959-cu ildə) "Neftçi" (Bakı) klubuna baş məşqçi təyin edilib.
İvan Krılov
İvan Andreyeviç Krılov (rus. Ива́н Андре́евич Крыло́в; 2 (13) fevral 1769[…], Moskva[…] – 9 (21) noyabr 1844[…], Sankt-Peterburq[…]) — rus yazıçısı, təmsilçi, jurnalist,satirik və maarifləndirici jurnalların naşiri. O, "Qarğa və tülkü", "İynəcə və qarışqa", "Qu quşu, xərçəng və pike" kimi təmsillərin müəllifi kimi tanınır. Krılovun təmsillərindən bir çox ifadələr frazeoloji birləşmələrə çevrilmiş, mənalı, hakimanə cümlə və fikirləri artıq atalar sözü kimi rus dilinə daxil olmuşdur. İvan Andreyeviç Krılov 1768-ci il fevralın 13-də Moskva şəhərində, kasıb zabit ailəsində anadan olmuşdur. Puqaçov üsyanı zamanı Krılovun atası Yaitsk qalasında ordu kapitanı kimi xidmət edib. Həyat yoldaşı Mariya Alekseevna və kiçik oğlu İvan Orenburqa göndərildi, lakin orada tezliklə mühasirəyə alındı. Şəhəri ələ keçirən üsyançılar heç vaxt qalanı ala bilmədilər. Yoldaşı və oğlu Puqaçovun asmağa məhkum olunanların siyahılarında idilər. Və bu səbəbdən onlar gizlənməli oldular.