Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Typhlodromalus lailae
Hailar
Hailar (Çincə: 海拉尔区|Pinyin: Hǎilā'ěr Qū; Monqolca: ᠬᠠᠶᠢᠯᠠᠷ və ya ᠲᠣᠭᠣᠷᠢᠭ; Romanizasiya: Qayilar toɣoriɣ) Çinin Daxili Monqolustan Muxtar Rayonuna tabe olan Hulunbuir şəhərinin bir rayonudur. Hailar rəsmi olaraq bir rayon olmasına baxmayaraq, ərazisinin böyük olmasına görə şəhər hesab olunur. Ərazisi 1,440 km² olan rayonun, əhalisi 2010-cu ilin statistikasına görə 249,472 nəfərdir.Hailar regional ticarət və nəqliyyat mərkəzidir və rayon Hailar Dongshan hava limanına xidmət edir.
Laklar
Laklar (lak. лак, гъази-гъумучи) — Şimali Qafqazda yaşayan xalq. Laklar tarixən Mərkəzi Dağlıq Dağıstan ərazisində yayılmışklar. Lakların etnik-mədəni ərazisi Lakiya adlanır. == Etimologiya == === Endomin === «Lak sözü lakların öz-özlərini adlandırmasıdır. «Ju lak buru» — biz laklarıq; «ju lakral xalk buru» — biz lak xalqıyıq; «lakssa» — lak, laklar; «lakkuçu» — lak kişi, laklı; «lakku maz» — lak dili; «lakku bilayət» — Lak ölkəsi; «Lakkuy» — Lakiya; «lakral rayon» — lak rayonu; «lakral kıanu» — lak yeri; «lak naççaxıluq» — lak dövləti. Laklar "lak" adını etnonim və toponim kimi istifadə edirlər. Lak dilində «lak» sözü «laxsaa» (yüksək) və «laq» (qala) sözlərinə yaxındır. === Ekzomin === Lakları digər xalqlar müxtəlif adlarla adlandırırlar. Avarlar laklara tumal, qumeq; darginlər — vuluquni, vuleqi, suluquni; ləzgilər — yaxular, yaxulşu; qumuqlar — qazıqumuqlar; çeçenlər — qıazıumki; ruslar — laklar, qazıqumuxlar adlandırırlar.
Lallar
Lallar — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Cəlilabad rayonunun Cəlair i.ə.v.-də kənd. Düzənliklərdir. Yerli əhali Canşalı da adlandırır. Lallar canşalı tayfasının qollarından birinin adıdır. Mənbələrin verdiyi məlumata görə, XIX əsrin ortalarında bu nəsil 119 ailədən ibarət olmuş və 9 tirəyə bölünmüşdür. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 579 nəfər əhali yaşayır. === Tanınmış şəxsləri === Eldar Həsənov – Azərbaycanın Milli Qəhrəmanı. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Laylay
Layla — körpə uşağı yatırmaq üçün beşik başında oxunan nəğməyə deyilir. Laylalar bayatı şəklində olur. Lakin çox vaxt ona nəqərat hissəsi də əlavə edilir və "laylay", "balam" ifadələri təkrarlanır. Məsələn: Layla beşiyim, layla, evim eşiyim layla. Sən get şirin yuxuya, Çəkim keşiyin layla. Laylalarda uşağın tez böyüməsi və xoşbəxt olması fikri əks olunur. Laylalar bəzən nəsrlə də söylənilir: "Balamın atası gəlsin, onu alıb oynatsın" və s. Layla aşıq yaradıcılığında simvolik səciyyəlidir. Ustad sənətkarların yaradıcılığındakı həzinlik, musiqi ritmi, söz və musiqi ortaqlığı bir istiqamətdə layla ovqatı yaratmışdır.
Lazlar
Lazlar (meqrel ლაზეფი lazepi, gürc. ლაზები lazebi) — ana dili Laz dili olan, Kartvel dil ailəsinə daxil olan xalq. == Sayları == SSRİ və Rusiya FR linqvisti, qafqazşünası Georgi Andreyeviç Klimovun 1986-cı ildə Moskvada nəşr etdirdiyi "Qafqaz dilçiliyinə giriş" adlı kitabında verdiyi məlumata əsasən Türkiyə Lazistanında həmçinin bu ölkənin digər hissələrində anklavlar şəkilndə və Gürcüstanla sərhəddə yayılmış laz dilində təxminən 45 min nəfər danışırdı.Müəllifi Deyvid Levinson olan və 1998-ci ildə ABŞ-nin Arizona ştatının Finiks şəhərində nəşr edilmiş "Bütün dünyada etnik qruplar: hazır istinadlar kitabı"ına görə Gürcüstanda 1.500 nəfər, Türkiyədə isə 200.000 nəfər laz yaşayırdı. === Türkiyədə === Türkiyədə lazların sayına dair bütün hazırkı rəqəmlər müəyyən hesablamalar əsasında alınmış təxminlərdən ibarətdir. 1965-ci ildə aparılmış siyahıyaalmada laz dilini ana dili kimi 26.007 nəfər (ana dilini laz dili olaraq qeyd edənlərin 3.943 nəfəri laz dilindən başqa dil bilməmişdir), "ikinci ən yaxşı bildiyi dil" kimi isə 55.158 nəfər göstərmişdir, yəni Türkiyənin qeyd edilən iki göstəriciyə əsasən laz dilini bilən əhalisi 81.165 nəfər olmuşdur. Beləliklə, 1965-ci ildə 31.391.421 nəfər olan Türkiyə əhalisinin ən yüksək ehtimalla 0,26%-ni lazlar təşkil edirdi.Türkiyə Statistika Qurumunun 31 dekabr 2013-cü il tarixinə olan rəsmi təxminə əsasən Türkiyə Cümhuriyyəti əhalisi 76.667.864 nəfərdir . Əgər 1965-ci ildəki nisbət payı (0.26%) olduğu kimi qalsaydı onda 2013-cü ilin sonuna olan təxmini hesablamalara əsasən Türkiyədə ən çoxu 198.2 min nəfər laz yaşamalıdır. Konda : Araştırma ve Danışmanlık tərəfindən Türkiyə hökumətinin sifarişi ilə 1993-cü ildə Türkiyə Respublikasının etnik və sosial quruluşunu öyrənmək məqsədiylə apardığı araşdırmanın yekunları əsasında 2006-cı ilə verdiyi təxminə əsasən 73.975 milyon nəfər qəbul edilən Türkiyə əhalisinin 220 min nəfərinin (0.297%) etnik laz olması təxmin edilmişdir. Bu təxmini (0.297%) doğru qəbul etsək onda 2013-cü ilin sonuna olan təxmini hesablamalara əsasən Türkiyədə ən çoxu 228 min nəfər laz yaşamalıdır. == Mənbə == Türkiyenin Etnik Yapısı: Halkımızın Kökenleri ve Gerçekler.
Laolar
Laolar və ya laoslular (laos ລາວ) — Cənub-Şərqi Asiyada tay etnik qrupu. Laosun əsas əhalisidir. Laosda, Tailandda, Çində, Vyetnamda, Kambocada və Myanmada laoların etnoqrafik qrupları yaşayır. Laos dilində danışırlar. Dinləri buddizmdir. Laoların əcdadları Hind-Çin ərazisinə b.e. ilk əsrlərində Şərqi Asiyadan gəlmişlər. XIV əsrdə Lansanq feodal dövlətini yaratmışdılar. Əsas məşğuliyyətləri çəltikçilik və bağçılıqdır, toxuculuq və ipəkçilik də inkişaf etmişdir.
Layla
Layla — körpə uşağı yatırmaq üçün beşik başında oxunan nəğməyə deyilir. Laylalar bayatı şəklində olur. Lakin çox vaxt ona nəqərat hissəsi də əlavə edilir və "laylay", "balam" ifadələri təkrarlanır. Məsələn: Layla beşiyim, layla, evim eşiyim layla. Sən get şirin yuxuya, Çəkim keşiyin layla. Laylalarda uşağın tez böyüməsi və xoşbəxt olması fikri əks olunur. Laylalar bəzən nəsrlə də söylənilir: "Balamın atası gəlsin, onu alıb oynatsın" və s. Layla aşıq yaradıcılığında simvolik səciyyəlidir. Ustad sənətkarların yaradıcılığındakı həzinlik, musiqi ritmi, söz və musiqi ortaqlığı bir istiqamətdə layla ovqatı yaratmışdır.
Ernesto Laklau
Ernesto Laklau (isp. Ernesto Laclau, 6 oktyabr 1935, Buenos-Ayres — 13 aprel 2014, Sevilya) — Argentinalı siyasi nəzəriyyətçi, postmarksist, həyat yoldaşı Şantal Muff ilə birlikdə yazdığı Hegemoniya və Sosialist Strategiya kitanının müəllifi. Hər ikisi 1960-cı illərin sosial və tələbə hərəkatlarının üzvü olmuşlar, ancaq öz nəzəriyyələrində ənənəvi marksizmin iqtisadi determinizmini və sinfi mübarizə üzərində siyasəti inkar etmişdirlər. Öz nəzəriyyəsini diskursiv və post-strukturalist ənənəyə əsaslandıraraq, yeni sol populist hərəkatlarına (o cümlədən də Türkiyədə HPD-yə) ideoloji təsir göstərmişdir. == Əsərləri == 1985-ci ildə yazdıqları Hegemoniya və Sosialist Strategiya kitabı yeni solçu hərəkatlar ilə sosial və gender hərəkatlarını birləşdirməyə çağırır. Sosialist inqilab əvəzinə radikal demokratiya və aqonistik plüralizm ideyalarını dəstəkləmişlər. Tarixi materializmin yerinə Laklau diskursiv və dil strukturlarını qoymuşdur. Öz nəzəriyyəsində Laklau Mişel Fukonun diskurs və güc nəzəriyyəsinə əsaslanırdı. Daha sonra Laklau öz kitablarında Jak Lakanın psixoanalizinə müraciət edir və siyasi subyektivliklər, kimlik kimi məsələlərdə fantaziyaların və hisslərin rolunu izah edir. Yeni sol populist hərəkatları neoliberal hegemoniyanı dağıtmaları üçün işçi sinfi və digər qrupların hisslərinə müraciət etməyin vacibliyini izah edir.
Laplas teoremi
Laplas teoremi- determinantların minorlar üzrə ayrılışı. TEOREM (Laplas). n {\displaystyle n} -tərtibli D {\displaystyle D} determinantının ixtiyari k {\displaystyle k} sayda ( 1 ≤ k ≤ n − 1 ) {\displaystyle (1\leq k\leq n-1)} sətrini (sütununu) seçib bunların nisbi vəziyyətini dəyişmədən bunlardan mümkün olan bütün müxtəlif k {\displaystyle k} tərtibli minorlar düzəltsək, onda bu minorların öz cəbri tamamlayıcıları ilə hasilləri cəmi determinantın özünə bərabər olar. İSBATI. Tutaq ki, n {\displaystyle n} -tərtibli D {\displaystyle D} determinantında hər hansı i 1 , i 2 , . . . , i k {\displaystyle i_{1},i_{2},...,i_{k}} nömrəli sətirləri qeyd edib, həmin sətirlərdən bunların nisbi vəziyyətini dəyişmədən alınan k × n {\displaystyle k\times n} ölçülü matrisdən buradakı α i 1 , α i 2 , . . . , α i k {\displaystyle \alpha _{i_{1}},\alpha _{i_{2}},...,\alpha _{i_{k}}} sütunlarının köməyi ilə bütün mümkün ola bilən müxtəlif k {\displaystyle k} -tərtibli M 1 , M 2 , .
Laplas tənliyi
Laplas tənliyi riyaziyyatda və fizikada ikitərtibli xüsusi törəməli diferensial tənlikdir. Xüsusiyyətləri ilk dəfə Pyer Simon Laplas tərəfindən tətqiq edildiyinə görə onun adını daşıyır. Tənliyin yazılışı aşağıdaki kimidir: ∇ 2 f = 0 və ya Δ f = 0 , {\displaystyle \nabla ^{2}\!f=0\qquad {\mbox{və ya}}\qquad \Delta f=0,} Burada Δ = ∇ ⋅ ∇ = ∇ 2 {\displaystyle \Delta =\nabla \cdot \nabla =\nabla ^{2}} Laplas operatoru, ∇ ⋅ {\displaystyle \nabla \cdot } divergensiya operatoru, ∇ {\displaystyle \nabla } qradiyent operatoru və f ( x , y , z ) {\displaystyle f(x,y,z)} isə iki dəfə diferensiallana bilən həqiqi qiymətli funksiyadır. Belə ki, Laplas operatoru skalyar bir funksiyanı başqa skalyar funksiyaya inkas etdirir. Sağ tərəfdə h ( x , y , z ) {\displaystyle h(x,y,z)} funksiyası təyin olunarsa, onda Laplas tənliyi aşağıdaki kimi verilir: Δ f = h . {\displaystyle \Delta f=h.} Buna Puasson tənliyi, Laplas tənliyinin ümumiləşdirilməsi deyilir. Laplas və Poisson tənlikləri eliptik xüsusi törəməli diferensial tənliklərin ən sadə nümunələridir. Laplas tənliyi, həmçiin Helmholtz tənliyinin xüsusi bir haldır. Laplas tənliyinin həllərinin ümumi nəzəriyyəsi potensial nəzəriyyə olaraq bilinir. Laplas tənliyinin həlli fizikanın bir çox sahələrində, xüsusən elektrostatikada, qravitasiya və maye dinamikasında mühüm əhəmiyyət daşıyan harmonik funksiyalardır.
Laplas təzyiqi
Laplas təzyiqi — maye səthinin əyriliyindən asılı olan əlavə təzyiqdir, P. Laplas müəyyən etmişdir ki, maye səthinin qabarıq və ya çökük olmasından asılı olaraq səthi gərilmə qüvvəsi hesabına əlavə təzyiq əmələ gəlir; bu təzyiq hər iki halda əyrinin içəri tərəfinə yönəldiyindən qabarıq səthdə daxili təzyiqə əlavə olunur (şəkil 1), çökük səthdə isə ondan çıxılır (şəkil 2). Ona görədə əyri səth altındakı təzyiq P i = p i + δ p {\displaystyle P_{i}=p_{i}+\delta p} burada Pi-daxili təzyiq, pi-molekulyar təzyiq, δ p {\displaystyle \delta p} -Laplas təzyiqidir. Laplas təzyiqi: δ p = σ ( 1 R 1 + 1 R 2 ) {\displaystyle \delta p=\sigma ({\frac {1}{R_{1}}}+{\frac {1}{R_{2}}})} -burada R1 və R2-maye səthinin əyrilik radiusu σ {\displaystyle \sigma } -səthi gərilmə əmsalıdır. Üfiqi vəziyyətdə qoyulmuş silindirin içində olan maye üçün R 1 = ∞ {\displaystyle R_{1}=\infty } və R 2 = R {\displaystyle R_{2}=R} olduğundan Laplas təzyiqi: δ p = σ R {\displaystyle \delta p={\frac {\sigma }{R}}} -olar. Kürə şəklində olan maye üçün R 1 = R 2 = R {\displaystyle R_{1}=R_{2}=R} olduğuna görə δ p = 2 σ R {\displaystyle \delta p={\frac {2\sigma }{R}}} Daxili təzyiq isə P i = p i + σ ( 1 R 1 + 1 R 2 ) {\displaystyle P_{i}=p_{i}+\sigma ({\frac {1}{R_{1}}}+{\frac {1}{R_{2}}})} olur.
Laplat delfinləri
Laplat delfinləri (lat. Pontoporiidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.
Lila
Turanqa Lila (ing. Turanga Leela) — "Futurama" cizgi serialının personajlarından biri. Keti Saqal tərəfindən səsləndirilib. Lila Planet Ekspres Gəmisinin kapitanı və pilotudur. Serialın baş qəhrəmanı Fray ilə sonralar nişanlanır. Personaj fransız bəstəkar Olivye Messianın "Turangalîla-Symphonie" əsərinin adını daşıyır. O, həmişə bacarıqlı, məsuliyyəti öz üzərinə götürən və qrupun qalan hissəsini ardıcıl olaraq təhlükədən xilas edən yeganə personajlardan biridir. Ancaq o, özünə çox inanmır, çünki onun yalnız bir gözü var və buna görə uşaq ikən zorbalığa məruz qalıb. Əvvəlcə özünün yadplaneti olduğunu düşünür, lakin sonralar kanalizasiyada mutasiyaya uğramış insanlardan biri olduğunu öyrənir.
Lalla Salma
Lalla Salma — Mərakeş Krallığının birinci xanımı Lalla Salma 1978-ci ildə mayın 10-da Mərakeşin Fəs şəhərində dünyaya gəlib. Salma Mərakeş kralı VI Məhəmmədlə 2002-ci ildə ailə həyatı qurub. Onların Moulay Həsən və Lalla Xədicə adında iki övladı var. Kraliça Rabat şəhərində təhsil alıb. ONA Group şirkətində informasiya xidmətləri sahəsində mühəndis vəzifəsində çalışıb. O, HİV-QİÇS və xərçəng xəstəliklərinə qarşı mübarizə ilə əlaqədar xarici ölkələrə səfərlər edib. Məhz bu məsələləri müzakirə etmək üçün Salma xüsusi səfir kimi Tunis və Səudiyyə Ərəbistanı olub. == Mənbə == Birinci xanımlar fotolarda – Lalla Salma.
Layla Takidir
Lilab (Vərziqan)
Lilab (fars. ليلاب‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 591 nəfər yaşayır (130 ailə).
Xalac (Qafan)
Xalac (erm. Խալաջ; hal-hazırkı adı: Atçanan; erm. Աճանան) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində yerləşən kənd və kənd icması. == Tarixi == Xalac - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, ındi Qafan rayonunda kənd.Rayon mərkəzindən şimal-şərqdə Xalacçayın sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim xalac qədim türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 23 nəfər, 1873 - cü ildə 34 nəfər, 1886-cı ildə 308 nəfər, 1897-ci ildə 329 nəfər, 1904 - cü ildə 319 nəfər, 1914 - cü ildə 300 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşlar.
Pyer Simon Laplas
Markiz Pyer Simon de Laplas (23 mart 1749[…] – 5 mart 1827[…], Paris, Fransa) — fransız materialisti, astronomu, riyaziyyatçısı və fiziki. == Həyatı == Markiz Pyer Simon de Laplas Paris və Fransa Elmlər Akademiyasının üzvü olmuşdur. 1766-cı ildə Jan Dalamberin təklifi ilə ona Paris hərbi məktəbinin professoru adı verilmişdir. Laplasın elmi irsi kainat mexanikasına, riyaziyyata və riyazi fizika sahələrinə aiddir. O, mexanikanın, diferensial tənliklər nəzəriyyəsinin, xəta nəzəriyyəsinin və ehtimal nəzəriyyəsinin əsasını qoyanlardan biridir. Riyazi fizikada Laplasın sadə elliptik tənliyi geniş mövqe tutmuşdur. Laplas Fransada ali təhsil sisteminin təkmilləşdirilməsində önəmli rol oynamışdır.
Aşağı Lalan (Xudafərin)
Aşağı Lalan (fars. لالان سفلي‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 47 nəfər yaşayır (12 ailə).
Yuxarı Lalan (Xudafərin)
Yuxarı Lalan (fars. لالان عليا‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 35 nəfər yaşayır (8 ailə).
Lazılar
Lazılar — Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Yerli tələffüz forması Lazlardır. Tədqiqatçılar oykonimi Qara dənizin cənub-şərq sahillərində yaşamış qədim laz (və ya çan) tayfasının adı ilə bağlayırlar. Gürcülərin etnoqrafik qrupu olan lazların xeyli hissəsi sonralar islam dinini qəbul etmişlər. Hazırda lazların böyük əksəriyyəti Türkiyədə, bir qismi isə Acarıstanda yaşayır. Türkiyədə Lazıstan adlı tarixi vilayət və dağ silsiləsi mövcuddur. Lazika adlı dövlət isə II-VI əsrlərdə Qərbi Gürcüstanda, VIII əsrdə isə Abxaziya çarlığının tərkibində qeydə alınmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Kiçik Qafqaz dağlarının yamacında yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Lazılar kənd kitabxana filialı fəaliyyət göstərir.
Kalaç
Kalaç — Rusiya Federasiyasında yerləşən şəhər, Voronej vilayətinə daxildir.
Lila Dauns
Ana Lila Downs Sánchez (Oaxaka, Meksika - 9 sentyabr 1968-ci ildə) Meksikada anadan olub. Qısaca Lila Downs kimi tanınır. mixteker əsilli meksika-lı müğənni, bəstəkar, rəqqasə və aktrisadır. 90-cı illərin sonlarından etibarən tanınmağa başlamış, folk, latin, rock, traditional kimi musiqi janrlarının ən vacib şəxslərindən biridir. Yarı ərəb yarı latın milli rəqsləri ilə dinləyicilərin rəğbətini qazanmışdır. Həmçinin bəstəkar olan müğənni 1 dəfə Grammy, 2 dəfə Latin Grammy. Ən çox albomu satılan Meksika-lı müğənnidir. Cumbia del Mole sinqlı 2 milyondan çox satılaraq son 1 ilin ən çox satılan sinqlı olmuşdur. Downs Amerika, Avstraliya və İngiltərə-də ən çox yüksələn Cənubi Amerika-lı müğənnidir.
Xalxal (Lala)
Xalxal (Lala) — Orta əsrlərdə Qafqaz Albaniyasının qərbində yerləşən tarixi şəhər. XX əsrin əvvəllərinə qədər etnik azərbaycanlıların yaşadığı yerdə mövcud olmuşdur. Hal-hazırda Ermənistan ərazisindədir.Böyük ehtimalla Uti vilayətində, Qızılqaya ətraflarında olduğu güman edilir. Tarixdə Xalxal vuruşması ilə məlumdur. Sasani hökmdarı II Yəzdəgirdin dövründə Zərdüşt – atəşpərəstlik dinini yaymaq məqsədilə Albaniyaya 700 kahin göndəriləndən az sonra zorakılığa dözməyən yerli əhali yadellilərə qarşı üsyana qalxaraq, alban çarlarının qış iqamətgahı olan Xalxal şəhəri yaxınlığında uğur qazanıb. Ərəb tarixçisi Həmdullah Qəzvini Xalxal şəhərinin Bakıdan 96 fərsəng məsafədə olduğunu göstərib. Son Alban dövləti sayılan Girdman knyazlığının hökmdarı, Mehranilər sülaləsinin son lideri knyaz Cavanşirin və xanımının məzarlarının buradakı qəbiristanlıqlardan birində olduğu söylənir.
Jelko Kalaç
Jelko Kalaç - futbolçu. == Həyatı == 16 dekabr 1972-ci il tarixində Avstraliyanın Sidney şəhərində anadan olmuş futbol qapıçısıdır.
Mimoza Kusari-Lila
Mimoza Kusari-Lila (alb. Mimoza Kusari-Lila 16 oktyabr 1975) — Kosovo-Albaniya dövlət və siyasi xadimi, Yeni Kosovo İttifaqının və daha sonra Alternativ partiyasının üzvü. == Bioqrafiyası == Mimoza Kusari 16 oktyabr 1975-ci ildə Kosovonun cənub-qərbindəki Cyakovitsa şəhərində ziyalı ailəsində anadan olmuşdur: atası pulmonoloq, anası məktəbdə alban dili və ədəbiyyatı müəllimi idi. Bir müddət ailə Kosovo Peç şəhərində yaşayır, sonra 1980-ci illərin ortalarında Cyarkovisaya qayıdır. «Hajdar Dushi» gimnaziyasını bitirdikdən sonra Priştina Universitetinin İqtisadiyyat fakültəsinə daxil olur (universitet 1999-cu ildə fəaliyyətini dayandırır), İdarəetmə və İnformasiya Sistemləri ixtisası üzrə məzun olarkən təhsilini ödəmək üçün işləyir. 1998-1999-cu illərdə Kosovoda münaqişə baş verəndə, Sərhədsiz Həkimlər və ATƏT-də işləmişdir. O, həmçinin ABŞ-də MBA təhsilini davam etdirmək üçün ABŞ Dövlət Departamentindən nüfuzlu Ron Braun Təqaüdü alaraq Makedoniyadakı qaçqın düşərgəsində işləmişdir. ABŞ-də olarkən Kusari-Lilya, İqtisadiyyat İnstitutunda, Kolorado Universitetində və Pittsburqdakı Dyukeyn Universitetində elektron biznes sahəsində magistr dərəcəsi ilə təhsilini davam etdirir. Amerikada liderlik keyfiyyətlərini göstərən tələbə icmalarının təşkili və işində fəallıq göstərir. Dyukeyn Universitetinin İşadamı Qadınlar Assosiasiyasının təsisçisi, ilk prezidenti olur və Vaşinqtonda Beynəlxalq Təhsil Həftəsini qeyd etmək üçün Dövlət katibi Madlen Olbraytın dəvət etdiyi Şərqi Avropadan gələn üç Ron Braun təqaüdçülərindən biri idi.
Lala Mustafa Paşa məscidi
Lələ Mustafa Paşa məscidi (türk. Mağusa Lala Mustafa Paşa Camii) və ya Müqəddəs Nikolay kafedralı — Şimali Kipr Türk Respublikasının ərazisində yerləşən məscid.
Qalaç Məhəmməd qalası
Qalaç Məhəmməd qalası — Balakən şəhəri ərazisində yerləşən tarix-memarlıq abidəsi. == Tarixi == Qala XIX əsrdə Balakən camaatının ağsaqqalı olan Qalaç Məhəmməd tərəfindən inşa etdirilmişdir. Ağsaqqalın ərazini ələ keçirən Rusiya İmperiyası ordusuna təslim olmasından sonra Şeyx Şamil qalanı ələ keçirərək yandırmışdır. == Memarlıq xüsusiyyətləri == Abidə əyri dördbucaqlı formasına malik qala divarları və divarların əhatə etdiyi ərazinin mərkəzində yerləşən qüllədən ibarətdir. Divarların hündürlüyü iki metrə çatır. İnsan boyu hündürlükdə divarlar boyunca mazqallar yerləşdirilmişdir. Qala divarlarının əhatə etdiyi ərazinin ölçüləri 20 x 50 metrə bərabərdir.Qalanın mərkəsində yerləşən qüllənin üç mərtəbəsi dövrümüzə çatmışdır. Qüllənin yeganə qapısı yer səviyyəsində yerləşir. Qapının ölçüləri 0.86 x 1.45 metrə bərabərdir. Qüllənin divarlarında da mazqallar yerləşdirilmişdir.