NAƏLAC

[ fars. na… və ər. əlac]
1. bax əlacsız 2-ci mənada.
[İmran:] Bu gecəliyə qonaq olmağı rica etdi, naəlac qalıb razı oldum. S.S.Axundov.
İnsanın sevgilisi, istəklisi, məşuqəsi əğyar ilə oturub, oynayıb gülsün, insan özü isə naəlac (z.) kənarda oturub baxsın. C.Cabbarlı.
[Eyvaz:] Mən naəlac qalaraq ayağa durdum. İ.Əfəndiyev.

2. İs. mənasında. Yazıq, fağır, əlacsız, əlsizayaqsız adam.
…Dünyada hər bir şeydən gözəlraq naəlaclara kömək etməkdir. N.Vəzirov.

Синонимы

  • NAƏLAC çarəsiz
  • NAƏLAC naəlac bax əlacsız 1
NAƏHLLİK
NAƏLACLIQ

Значение слова в других словарях