Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lakonika
Lakonika — Yunanıstan ərazisində, Peloponnesin cənub-şərqində vilayət. Şimalda Arkadiya, qərbdə Messeniya ilə həmsərhəd idi. == Tarixi == Lakonika vilayətinin ərazisində leleqlər yaşayırdılar.
Livoniya
Livoniya (liv. Līvõmō, est. Liivimaa, lat. və lit. Livonija, pol. Inflanty) və ya Livlandiya (alm. Livland‎, arxaik: Liefland; nid. Lijfland; rus. Лифляндия) — Baltik dənizinin şərq sahillərində yerləşən tarixi vilayət. İndiki Latviya sahillərində yaşamış livlərin adından götürülmüşdür.
Mahoniya
Mahoniya (lat. Mahonia) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinə aid bitki cinsi.
Mikoniya
Mikoniya (lat. Miconia) — melastomakimilər fəsiləsinə aid bitki cinsi. Miconia nubicola Miconia perelegans Miconia poecilantha Miconia pseudorigida Miconia renneri Mikoniya:The Plant List saytında takson barədə məlumat.
Saksoniya
Saksoniya (almanca: Freistaat Sachsen) - Almaniyanın vilayəti. Vilayətin paytaxtı Drezden şəhəridir. Sahəsi 18.415,51 km², əhalisi 4.228.006 nəfər, bir nəfərə düşən sahəsi isə 231 km²-dir. Saksoniya Almaniyanın orta-şərq hissəsində yerləşir. Şimaldan Brandenburq, şimal-qərbdən Saksoniya-Anhalt, qərbdən Türingiya, cənubdan Bavariya ilə həmsərhəddir. Bundan əlavə o cənubdan Çexiya, şərqdən isə Polşa ilə ümumi sərhəddə malikdir.V-VI əsrlərdə anqlo-sakon tayfası yut adalarında birləşib Saksoniyada məskunlaşıblar.
Yaponiya
Yaponiya (yap. 日本 Nippon [nip̚põ̞ɴ] və ya Nihon [nihõ̞ɴ]; keçmiş adı 日本国 və ya Nihon-koku, "Yaponiya dövləti") — Şərqi Asiyada yerləşən ada ölkəsi. Yaponiya Sakit okeanda, Yapon dənizinin, Şərqi Çin dənizinin, Çinin, Şimali Koreyanın, Cənubi Koreyanın və Rusiyanın şərqində yerləşir, şimalda Oxot dənizinə, cənubda Şərqi Çin dənizi və Tayvan adasına qədər uzanır. "Yaponiya" adının "günəş" mənası kanci ilə bağlıdır və Yaponiya tez-tez "Gündoğan ölkə" adı ilə çağırılır. Yaponiya 14.125 adadan ibarət stratovulkanik arxipelaqdır. Yaponiyanın ən böyük dörd adası — Honşu, Hokkaydo, Kyuşu və Şikoku adası ölkə ərazisinin təxminən 97 %-ni əhatə edir. Yaponiyanın əhalisi 126 milyon nəfərdir və bu göstəriciyə görə dünyada 10-cu yerdədir. Təxminən 37,8 milyon nəfərin yaşadığı və bir-birinə yaxın olan bir neçə şəhərdən ibarət olan Keihin regionu (həmçinin Tokio–Yokohama aqlomerasiyası kimi tanınır) əhalisinə görə son 60 il ərzində dünyanın ən böyük şəhər aqlomerasiyasıdır. Tokio və ətrafındakı bir neçə prefekturanı əhatə edən Böyük Tokioda 35 milyondan çox insan yaşayır, bu isə buranı dünyada ən böyük mitropolit bölgə və dünyada ən böyük GDP bölgəsi edir. Aparılmış arxeoloji qazıntı işləri Yaponiyanın Üst Paleolit dövründə məskunlaşıldığını göstərir.
Lakonizm
Lakonizm — Sparta şəhərinin də daxil olduğu Yunan şəhər-dövləti Lacedaemondan yaranan bir ifadə başqa sözlə termin. Qısa və konkret ifadələrdən istifadə edərək bir fikri ifadə etmək üçün istifadə olunan nitq üslubudur. Termin həm də sözlərdən çox hərəkəti vurğulayan düşüncə tərzini təsvir etmək üçün istifadə olunur. Lakonik ifadələr, stoisizm kimi bəzi fəlsəfi sistemlərdə minimalizmə inananlar arasında geniş yayılmışdır. == Tarix == Digər antik Yunan şəhərləri ilə müqayisədə təhsilə, incəsənətə və ədəbiyyata daha az və bayağı diqqət yetirən Spartalılar sözlərində daha qısa sözləri istifadə etmələri ilə tanınırdılar. Platon "Protaqor" adli dialoqda spartalıların az və konkret söz istifadə etməklərinin onların yetərsiz ədəbiyyat bilgilərinin nəticəsi olduğu iddiasını rədd edir və onların əslində öz müdrikliklərini gizlədərək özlərini axmaq göstərdiklərini, başqalarının gözündə isə yalnız bu sözlərlə seçildiklərini deyir. Döyüşlərdə cəsarət göstərsələr də, həmsöhbətlərini hətta bir neçə kəlmə ilə heyrətə gətirirlər, hədəfini vuran mütəxəssis atıcılar kimi. Məlumdur ki, Sokrat spartalıların qanunlarını yüksək qiymətləndirirdi. Chenaeli Mayson və Spartalı Xilon Yunanıstanın yeddi müdrikinin arasında ki iki spartalı şəxsiyyətdirlər. == Lakonik ifadə və münasibət nümunələri == === Spartalı === Spartalıların vətənlərini işğaldan necə qoruya bildiklərini soruşduqda, Likurq belə cavab verdi: " Kasıb qalmaqla və hər insanın öz vətəndaşından daha çox şeyə sahib olma arzusunu yox etməklə." Böyük bir ordu ilə döyüşmək üçün çox az adamla gələn Leonidasdan niyə belə etdiyini soruşduqda o belə cavab verdi: "Əgər rəqəmlər vacib olsaydı, bütün Yunanıstan bu ordunun kiçik bir hissəsi ilə belə qarşı qarşıya gəlməzdi; amma cəsarət vacibdirsə bu rəqəm kifayətdir".
Qaskoniya
Qaskoniya (Bask dilində: Gaskoinia, Fransız dilində: Gascogne Qaskon dilində: Gasconha). Fransanın tarixi və coğrafi regionudur. Region Baskların tarixi yaşayış məntəqəsidir. Buna görə də, Qaskon adının Vaskon adından meydana gəldiyi təxmin edilir. (Vaskon sözü latıncadan tərcümə edildikdə Bask deməkdir). Aleksandr Dümanın məşhur roman qəhrəmanı olan D'Artagnan da məhz bu ərazidəndir.
Aroniya
Aroniya (lat. Aronia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Lakiya
Lakiya (həmçinin Lakistan; Lak: Lak, Lakral kanu, Lakku bilayat, Lakkuy) — Şərqi Avropada, Şimali Qafqazda, Dağıstandakı Lakların etnik ərazisinin adıdır. Kumux, Laki və Kulinskiy bölgələrindən ibarət Lakiyanın əsas tarixi, mədəni, mənəvi və siyasi mərkəzidir. == Ərazisi == === Coğrafi mövqeyi === Lakiya şimalda və qərbdə Avariya ilə, şərqdə Darqo, cənubda isə Aqul və Rutul ilə həmsərhəddir. Qafqazın o biri tərəfində Gürcüstan və Azərbaycandır (tarixi Tsaxur krallığı da daxil olmaqla). Lakiya, ucları şimalda, bazası cənubda olan bir az yuvarlaq tərəfləri olan üçbucaqdır. Bu üçbucağın zirvəsi Tsudaxar dərəsidir. Bu üçbucağın tərəfləri Qafqaz dağlarının eninə silsilələridir. Şərq tərəfinə Karinsko-Kundi dağları, Əli dağı, Şunudağ və Kulinsko-Xosrex silsiləsi daxildir. Yaylağın qərb tərəfinə Turçidağ, Şalı silsiləsi və Arçavar silsiləsi daxildir. Rus generalı və tarixçisi Komarov(1869) yazırdı: “Lak ölkəsi, Gümükün əsas kəndindən beş kilometr aşağıda bağlı olan bir çox kanyonlardan ibarətdir; Samur vadisindən yüksək bir silsilə ilə ayrılır.
Livoniya konfederasiyası
Livoniya konfederasiyası — bu ittifaqa Livoniya ordeni, Riqa arxiyepiskopluğu, Derpt, Ezel və Kurlandiya yepiskopluqları daxil idilər. == Ədəbiyyat == Kasekamp A. Characteristics of Warfare in the Times of Henry of Livonia and Balthasar Russow, Lithuanus // The Lithuanian Quarterly, Vol. 36, № 1, 1990. Plakans A. The Latvians. A Short History. Stanford: Hoover Institution Press, Calif, 1995.
Livoniya krallığı
Livoniya Krallığı — müasir Estoniya və Latviyanın ərazisində mövcud olmuş nominal dövlət. == Tarixi == Rus çarı IV İvan 1558-1583-cü il Livoniya müharibəsi dövründə krallıq qurduğunu elan etsə də bu məlumat doğru deyildir. 10 iyun 1570-ci ildə danimarkalı Holstein qrafı Maqnus Moskvaya gəlir və burada Livoniya Kralı olaraq taclanır. Maqnus, İvanın tabeliyi altında olacağı ilə bağlı ona sədəqət andı içir və Livonia vassal səltənəti üçün müvafiq nizamnamə alır. Maqnus və IV İvan arasındakı müqaviləni bir opriçnik və zemstva idarəsi üzvü, d'iak Vasili Şçelkalov imzaladılar. Livoniyanın yeni kralı Maqnus, İsveçin nəzarətində olan Revalın fəthi üçün 20 min rus əsgəri ilə Moskvadan yola düşdü. İvanın Maqnusun böyük qardaşı, Danimarkanın kralı II Frederikin dəstəyinə olan ümidi uğursuz oldu. 1571-ci ilin mart ayının sonunda Maqnus Reval uğrunda mübarizədən vaz keçdi və mühasirədən əl çəkdi. 1577-ci ildə İvanın rəğbətini itirmiş və qardaşından heç bir dəstək almayan Maqnus Livoniya zadəganlarını xarici işğala qarşı mübarizədə onunla birləşməyə çağırdı. İvanın qüvvələri ona hücum edərək əsir götürdülər.
Livoniya müharibəsi
Livoniya müharibəsi (1558-1583-cü illər) — Livoniya konfederasiyası, Rusiya çarlığı, Böyük Litva knyazlığı (1569-cu ildən - Reç Pospolita), İsveç və Danimarka krallığının iştirak etdiyi XVI əsrdə baş verən böyük bir hərbi münaqişə (və ya bir sıra hərbi münaqişələr). Döyüş əməliyyatları əsasən müasir Estoniya, Latviya, Belarus və Rusiyanın şimal-qərbi ərazilərində aparılırdı. Müharibə 1558-ci ilin yanvarında Rusiya çarlığının Livoniyaya hücumu ilə başladı. Müharibənin ilk mərhələsində rus qoşunları əhəmiyyətli uğurlar əldə etdilər. Narva, Derpt (Yuriyev) və bir sıra digər şəhər və qəsrlər fəth edildi. 1561-ci ildə Vilen müqaviləsinə əsasən Livoniya Konfederasiyası ləğv edildi. Onun ərazisinin bir hissəsi vassal olaraq Kurlandiya və Semiqaliya hersoqluğu şəklində Böyük Litva knyazlığına qəbul edildi. Digər bir hissəsi isə birbaşa Böyük Litva knyazlığının bir hissəsi oldu. Bu andan başlayaraq, müharibə əsasən Rusiya çarlığı ilə Böyük Litva knyazlığı arasında qarşıdurma xarakteri aldı və hərbi əməliyyatlarda əsasən sonuncunun ərazilərində aparıldı. 1563-cü ildə Polotsk rus qoşunları tərəfindən tutuldu.
Microsoft Yaponiya
Microsoft Yaponiya (rəsmən Microsoft Yaponia məhdud şirkəti — yap. 日本マイクロソフト株式会社 Nihon Maikurosofuto Kabushiki Kaisha) — ABŞ-nin Microsoft şirkətinin Yaponiyada olan ofisidir.
Pavoniya Ferri
Pavoniya Ferri ― Hudzon çayı üzərində Nyu-York və Cersi-Siti arasında sərnişinləri daşıyan keçmiş bərə xidməti. İstifadə üçün 1854-cü ildə təhvil verilmişdir. 1854-cü ilin fevral ayında Nyu-York ratuşasında aşağı qiymət sayılan $9.050-yə Cersi-Sitinin Pavoniya Ferri şirkətinə satıldı. Bərənin adı Pavoniya yaşayış məntəqəsindən götürür, hansı ki 1633-cü ildə ilk öncə Yeni Niderlandın bir hissəsi olaraq Hudzon çayının qərb sahilində salınmışdır və daha sonra Bergen kimi tanınan regionu qədər genişlənmişdir. 1859-cu ilin fevral ayında "Erie Railroad" şirkətini təmsil edən Nataniyel Marş bərəni icarəyə götürdü. Onun başlatdığı bərə marşrutu Manhettenin Çeymbers küçəsindən Hudzon sahilinin digər tərəfindəki Pavoniya prospektinin ətəyinə qədər davam edirdi. Hüquqi problemlər Pavoniya Ferri şirkətinə bu marşrut üzrə bərənin hərəkət etməsinə maneə oldu. "The New York and Erie Railroad" şirkəti sərnişinləri irəli-geri daşımaq üçün illik 9.050 dollar icarə haqqı ödəyirdi. Sonunda dəmir yolu öz terminalını Harsimus adlı keçmiş buxtada qurdu. Şəhərətrafı və uzun məsafəli səyahətçilər çaydan keçmək üçün qatarlardan düşüb qayıqlara keçirdilər.
Pırkalyarpaq mahoniya
Pırkalyarpaq mahoniya (lat. Mahonia aquifolium) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin mahoniya cinsinə aid bitki növü. Vətəni Şimali Amerikadır. Hündürlüyü 1 m-ə qədər olan həmişəyaşıl koldur. Cavan zoğlarının qabığı uzununa zolaqlı, çəhrayı-boz olub, tədricən qonur-boz rəng alır. Yarpaqları 20 sm uzunluğundadır, mürəkkəb, təklələkvaridir, uzunluğu 3-9 sm, eni 1,5-2,5 sm-ə çatan üst səthdən parlaq, tünd-yaşıl, alt səthdən isə tutqun, açıq-yaşıl rəngdə, dərivari olub, 5-9 yarpaqcıqdan ibarətdir. Yarpaqaltlıqları 2-5 mm uzunluğunda, qılvaridir. Aprel-may aylarında çiçəkləyir. Çiçəkləri sarı rəngdədir, diametri 9 mm-ə çatır. Çoxçiçəkli salxımların uzunluğu 1 sm olub, yumurtavari təpə tumurcuqların qoltuğundan çıxır.
Saksoniya-Anhalt
Saksoniya-Anhalt Almaniyanın vilayətidir. Vilayətin paytaxtı Maqdeburqdur.
Saksoniya (krallıq)
Saksoniya krallığı (alm. Königreich Sachsen‎); bəzən Saksen — Almaniya İmperiyası tərkibində 1806-1918-ci illərdə mövcud olmuş dövlət. 1806-cı ildən əvvəl Saksoniya Müqəddəs Roma İmperiyasının bir hissəsi idi. Napoleon Bonapart 1806-cı ildə ələ keçirdiyi Saksoniyanı bir krallıq halına gətirdi. Saksonya krallığı Napoleon devrilənə qədər onun ən yaxın mütffəqi oldu. Napoleondan sonra Saksoniya torpaqları qalib dövlətlər toplanan Vyana konqresində (1814-15) 40%-i Prussiyaya verildi. Krallığın geri qalan bölümü 1815-ci ildə Alman konfederasiyasına qoşuldu. 1817-ci ildə isə yeni Almaniya imperiyası tərkibinə qoşuldu. Almaniya I Dünya müharibəsində məğlub olandan sonra krallıq da ləğv olundu. 1831-ci il konstitusiyasına əsasən Saksoniya krallığı konstitusiyalı monarxiya idi.
Saksoniya bayrağı
Saksoniya bayrağı — Müstəqil Saksoniya Dövlətinin bayrağı. 1815-ci ildən Saksoniyada rəsmi bayraq kimi istifadə olunur.
Saksoniya hersoqluğu
Saksoniya hersoqluğu (alm. Herzogtum Sachsen‎) — 804-1294-cü illərdə mövcud olmuş feodal dövlət qurumu.
Saksoniya kürfürstlüyü
Saksoniya kürfürstlüyü (alm. Kurfürstentum Sachsen‎, həmçinin alm. Kursachsen‎) imperator IV Karl 1356-cı il Qızıl Bullası ilə tərəfindən Askaniya sülaləsinin idarə etdiyi Sakse-Vittenberq hersoqluğunu kürfürstlük statusuna yüksəltdiyi zaman qurulan Müqəddəs Roma İmperiyasının dövləti idi. O, təxminən 40000 km2 ərazini əhatə edirdi. Askaniya sülaləsinin nəsli kəsildikdən sonra, 1423-cü ildə Vettin sülaləsindən olan Maysen markqraflarına verildi, onlar hersoq iqamətgahını Elba çayı sahilindəki Drezdenə köçürdülər. 1806-cı ildə İmperiyanın dağılmasından sonra Vettin kürfürstləri Saksoniyanı ərazi krallığa çevirdilər.
NTV (Yaponiya)
JOAX-DTV, Nippon TV kimi brendləşdirilmişdir və NTV olaraq tanınır — "Nippon News Network" və Nippon Televiziya Şəbəkə Sisteminin flaqman stansiyası. Gəlirlərinə görə Yaponiyanın ən böyük media konqlomeratı və "Sony"dən sonra ikinci ən böyük media konqlomeratı olan "The Yomiuri Shimbun Holdings"in törəmə şirkətidir.
Yaponiya azərbaycanlıları
Yaponiya azərbaycanlıları (在日アゼルバイジャン人, Zainiçi azerubaycancin) – Yaponiya dövlətinin ərazisində yaşayan azərbaycanlılar. Yaponiyada Azərbaycan diasporu 2000-ci illərdə fəaliyyət göstərməyə başlayıb. 1920-ci illərdə Rusiyadan Yaponiyaya İdil-Ural türklərinin miqrasiyası baş vermişdir. Onlar özlərini "tatarlar" və ya "türk-tatarlar" adlandırmış olsalar da, aralarında azərbaycanəsilli şəxslər də olmuşdur. 2022-ci ilin məlumatına əsasən Yaponiyada 157 Azərbaycan vətəndaşı yaşayır. Yaponiya azərbaycanlıları əsasən tələbələr, səfirlik işçiləri, yerli şirkətlərdə çalışanlar və onların ailə üzvlərindən ibarətdir. Azərbaycan azərbaycanlıları ilə yanaşı Yaponiyada az sayda İran azərbaycanlıları da yaşayır. Onların arasında yaponiyalı xanımlarla evli olanlar daha çoxdur. Tokioda böyümüş İran azərbaycanlılarından biri olan Parsi Parsinejad Mirzə Fətəli Axundovun kötücəsidir. Xəlil Kələntər – 1981-ci ildən Naqoya və Tokio şəhərlərində yaşayan elektrik mühəndisi.
Vaskoniya hersoqluğu
Vaskoniya hersoqluğu (bask Baskoniako dukerria, fr. duché de Vasconie) — VII–IX əsrlərdə müasir Fransanın cənub-qərbində mövcud olmuş orta əsr hersoqluğu. Adını müasir baskların əcdadları olan vaskon qəbiləsindən almışdır. IX əsrin sonunda Vaskoniyanın yerində Qaskon hersoqluğu yaranmışdır. Ən böyük çiçəklənmə dövründə hersoqluğun strukturuna tarixi Fransanın Qaskon regionu, eləcə də sonradan Pamplona (Navarra) krallığının əsasına çevrilən Pamplona şəhəri ətrafında və Pireney dağlarının cənubundakı torpaqlar daxil idi. . Auñamendi Encyclopedia: Ducado de Vasconia. Sedycias, João. História da Língua Espanhola.
Yaponiya yeni
Yen,(円) Yaponiyanın pul vahidi, dünyanın əsas valyuta ehtiyatlarından biri. Yenin simvolu ¥ hərfi qəbul olunmuşdur. Qızl və gümüş pul kimi 1869–1871-ci illərdə buraxılmışdır. Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.