Yaponiya azərbaycanlıları (在日アゼルバイジャン人, Zainiçi azerubaycancin?) – Yaponiya dövlətinin ərazisində yaşayan azərbaycanlılar. Yaponiyada Azərbaycan diasporu 2000-ci illərdə fəaliyyət göstərməyə başlayıb.[2]
Ümumi sayı |
---|
157 (2022)[1] |
Dili |
Dini |
1920-ci illərdə Rusiyadan Yaponiyaya İdil-Ural türklərinin miqrasiyası baş vermişdir. Onlar özlərini "tatarlar" və ya "türk-tatarlar" adlandırmış olsalar da, aralarında azərbaycanəsilli şəxslər də olmuşdur.[3]
№ | Yaşayış statusu | Say |
---|---|---|
1 | Təhsil | 32 |
2 | Daimi yaşayış | 26 |
3 | Ailədə qalmaq | 23 |
2022-ci ilin məlumatına əsasən Yaponiyada 157 Azərbaycan vətəndaşı yaşayır.[1] Yaponiya azərbaycanlıları əsasən tələbələr, səfirlik işçiləri, yerli şirkətlərdə çalışanlar və onların ailə üzvlərindən ibarətdir.
Azərbaycan azərbaycanlıları ilə yanaşı Yaponiyada az sayda İran azərbaycanlıları da yaşayır. Onların arasında yaponiyalı xanımlarla evli olanlar daha çoxdur.[2] Tokioda böyümüş İran azərbaycanlılarından biri olan Parsi Parsinejad Mirzə Fətəli Axundovun kötücəsidir.[4]