Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Letre
Letre (fr. Lettret, oks. L'Estrech) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Kommuna Yuxarı Alplar departamentinə aiddir və Qap dairəsinə aid edilir. Tallar kantonuna daxildir. Kommunanın INSEE kodu 05074-dür. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 165 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 115 nəfərin (15-64 yaş arasında) 90 nəfəri iqtisadi cəhətdən fəal, 25 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78,3%, 1999-cu ildə bu göstərici 69.4%). Fəal olan 90 nəfərdən 83 nəfəri (40 kişi və 43 qadın), 7 nəfər işsiz (2 kişi və 5 qadın) idi. 25 hərəkətsiz 8 nəfər arasında şagird və ya tələbə, 8 nəfər təqaüdçü, 9 nəfər digər səbəblərə görə aktiv iş fəaliyyəti göstərmir.
Avast Secure Browser
Avast Secure Browser (əvvəllər Avast! SafeZone) — 2016-cı ildən Avast Antivirus quraşdırıcısına əlavə quraşdırma üçün daxil edilmiş Avast proqram təminatının veb brauzeridir, lakin o, həm də onun saytında mövcuddur. O, açıq mənbəli Chromium layihəsinə əsaslanır. Microsoft Windows, macOS, iOS və Android üçün mövcuddur. Avast onlayn təhlükəsizlik Google Chrome, Microsoft Edge, Mozilla Firefox və Opera brauzerləri üçün Avast Secure Browser-ə oxşar xüsusiyyətlərə malik əlavədir. == Hadisələr == === 2016 === 24 mart 2016 – Avast Safezone Brauzeri işə salındı === 2018 === 6 aprel 2018 – Avast Secure Brauzeri işə salındı == Tarixi == Əvvəlcə Avast Secure Browser, Avast Antivirusun pullu versiyaları ilə birləşdirilmişdi. 2016-cı ilin mart ayında Avast onu pulsuz versiya ilə də yığmağa başladı.Avast Təhlükəsiz Brauzeri 2018-ci ilin əvvəlində yenidən işlənməmiş və "Avast Secure Brauzer" olaraq rebrendinq edilməmişdən əvvəl əvvəlcə "SafeZone" adlanırdı.Yeniləmə və adının dəyişdirilməsindən əvvəl SafeZone-un dizaynı Opera brauzerinin dizaynına bənzəyirdi. İstifadəçi onlayn əməliyyatlar aparmaq üçün maliyyə və ya alış-veriş saytlarını ziyarət etdikdə SafeZone avtomatik işə salındı.2015-ci ilin dekabrında Tavis Ormandy hakerlərə Avast SafeZone Brauzer istifadəçilərinin brauzerlərinə zərərli JavaScript kodu daxil etməyə imkan verə biləcək təhlükəsizlik zəifliyini müəyyən etdi. Avast tez bir zamanda müvəqqəti düzəliş tətbiq etdi və bir neçə gün sonra zəifliyi təmir etdi.
American Beauty: Original Motion Picture Score
“American Beauty: Original Motion Picture Score” 1999-cu ildə təqdim edilmiş “Amerikansayağı gözəllik” filminin Tomas Nyuman tərəfindən yazılmış orijinal film musiqisidir. Film, Ən Yaxşı Orijinal Film Musiqisi nominasiyasında Oskar mükafatına (“Qırmızı violonçel” filmi qazanmışdır) və eyni nominasiyada Qızıl Qlobus mükafatına ("1900-ün əfsanəsi" filmi qazanmışdır) namizd göstərilmiş BAFTA mükafatlarının təqdim edilməsi mərasimində “Film Musiqisinə görə Entoni Osquit Mükafatı”na layiq görülmüşdür. Film musiqisi albomu “Bədii film, televiziya və ya digər visual mediada Ən Yaxşı Orijinal Musiqi” nominasiyasında Qremmi mükafatına layiq görülmüş, prodüsser Bill Bernşteyn, mühəndis Dennis Sends və Nyuman mükafat almışlar. Film musiqisi albomu 5 oktyabr 1999-cu ildə həm də “American Beauty: Music from the Original Motion Picture Soundtrack” adı ilə çıxarılmışdır. Həmin alboma müxtəlif ifaçıların mahnıları daxil edilmişdi ki, onlardan ikisi - "Dead Already" və "Any Other Name." – də Nyumanın yazdığı musiqilər idi. 'Any Other Name', 'Dead Already' və 'American Beauty' musiqilər filmin treylerlərində də istifadə edilmiş və film musiqiləri arasında ən məşhurları olmuşlar. == Treklərin siyahısı == "Dead Already" 3:17 "Arose" 1:05 "Power of Denial" 1:43 "Lunch with the King" 2:26 "Mental Boy" 1:43 "Mr.
Brokeback Mountain: Original Motion Picture Soundtrack
Brokeback Mountain: Original Motion Picture Soundtrack - Enq Linın "Qozbel dağ" filminin musiqilərinin satışa çıxarıldığı albom. Albom 1 noyabr 2005-ci ildə buraxılmışdı. == Musiqi albomu == "Qozbel dağ" filminin orijinal film musiqisi albomu 2005-ci ildə satışa çıxarılmışdır. Orijinal partitura və musiqinin bəstəkarı Qustavo Santaolalladır. Bütün dünya üzrə albomun 300 000-dən artıq nüsxə ilə satılmışdır ki, ondan da 100 000-i ABŞ-nin payına düşürdü.Albom iki Qızıl Qlobus mükafatına nominasiya almışdır: Ən yaxşı orijinal musiqi və Ən yaxşı orijinal mahnı ("A Love That Will Never Grow Old"), həmçinin Qremmi mükafatına da nominasiya edilmişdi. == CD trek siyahısı == "Opening" - Qustavo Santaolalla – 1:31 "He Was a Friend of Mine" - Villi Nelson – 4:42 "Brokeback Mountain I" - Qustavo Santaolalla – 2:32 "A Love That Will Never Grow Old" - Emmylou Harris – 3:20 "King of the Road" - Teddi Tompson & Rufus Ueynrayt – 2:53 "Snow" - Qustavo Santaolalla – 1:18 "The Devil's Right Hand"- Stiv Örl – 2:34 "No One's Gonna Love You Like Me" - Meri Mak Brayd – 3:06 "Brokeback Mountain II" - Qustavo Santaolalla – 1:59 "I Don't Want to Say Goodbye"- Teddi Tompson – 3:12 "I Will Never Let You Go" - Ceki Qrin – 1:55 "Riding Horses" - Qustavo Santaolalla – 1:24 "An Angel Went Up in Flames" - The Gas Band – 2:36 "It's So Easy" - Linda Ronstadt – 2:27 "Brokeback Mountain III" - Qustavo Santaolalla – 2:14 "The Maker Makes" - Rufus Ueynrayt – 3:50 "The Wings" - Qustavo Santaolalla – 1:52 == "The Wings" CD sinqlı üçün trek siyahısı == "The Wings" (Gabriel & Dresden's Organized Nature Remix) "The Wings" (Manny Lehman, Tony Moran & Warren Rigg Collaboration Remix) "The Wings" (Manny Lehman Remix) == Tam soundtrek siyahısı == Filmdə orijinal kompozisiyalar istifadə olunmuşdu: "Universal Pictures fanfara" – Ekranda Universal Pictures titrları "Focus Features fanfara" – Ekranda Focus Features titrları "River Road Entertainment fanfare" – Ekranda River Road Entertainment titrları "Opening" - Qustavo Santaolalla – Filmin əvvəli; Ennis Signala (Vayominq) gəlir "Brokeback Mountain #1" - Qustavo Santaolalla – Cek & Ennis qoyunları otarmağa gedirlər "Camp" - Qustavo Santaolalla – Cek və Ennis qoyunları otaran vaxt №1 lagerinə üz tuturlar. "Streets of Laredo (song)" ("Laredo küçəsi" ilə də tanınır) – Ennis dağda ayının izinə düşür "Carrying Sheep" - Qustavo Santaolalla – Montaj: Cek düşərgədən çıxaraq Ennislə birgə palatka qurur. Amma Cek, palatkaların "düz quraşdırılmadığını" deyir "Harmonica #1" - Qustavo Santaolalla – Cek riffdə "O mənim dostum idi" mahnısını çalır (No. 53) "Water Walkin' Jesus" – Cek və Ennis ocağın ətrafında din haqqda söhbət edirlər. "Getting Drunk" - Qustavo Santaolalla – Ennis, viskidən çox içərək sərxoş olur və ocağın yanında yatır "Horse Love" - Qustavo Santaolalla – Ennis düşərgəni tərk edir; ölü qoyunları tapır; palatkada Cek və Ennis cinsi əlaqədə olurlar.
Məsturə Avşar
Məsturə Cəmşid xan Məcdüssəltənə qızı Avşar (1898-1951)—İranın ictimai xadimi. == Həyatı == Məsturə xanım Cəmşid xan Məcdüssəltənə qızı 1898-ci ildə Urmiya şəhərində dünyaya zinət vermişdi. Türk, fars, rus və fransız dillərini bilirdi. "Vətənsevər qadınlar" cəmiyətinin üzvi idi. Möhtərəm xanım Iskəndərinin ölümündən sonra bu cəmiyyətin başçısı oldu. Onun başçılığı ilə Iranda qadınların qurultayı keçirildi. Rza şah Pəhləvinin əmri ilə bu cəmiyyət qapandı. Məsturə Avşar "körpələr evi"nə rəhbərlik edirdi. Məsturə Avşar 1951-ci ildə vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Aydın Avşar, Avşarlar, Bakı, "Şuşa", 2008, 352 səh.
Mahşərəf xanım Məsturə
Mahşərəf Ərdəlan və ya Mahşərəf xanım Məsturə (1805, Sənəndəc – 1848, Süleymaniyyə) — kürd şairəsi, tarixçisi və yazıçısı. == Həyatı == Mahşərəf xanım Məsturə 1805-ci ildə Sənəndəc şəhərində anadan olmuşdur. Onun atası Əbülhəsən bəy Ərdəlan xanlarının sarayında yüksək vəzifələr tutmuş Qadiri nəslindən idi. Əlavə olaraq, Mahşərəf Məsturənin anasının ailəsi həmin xanlıqda hakimiyyət uğrunda mübarizədə əhəmiyyətli rola malik olmuş, gah Ərdəlan valilərini fəal müdafiə etmiş, gah da əllərində silah onlara qarşı çıxmışlar. Mahşərəf xanım Məsturə Ərdəlan valisi Xosrov xan Sani ilə evlənmişdir.Mahşərəf xanım Məsturə əsərlərini fars və kürd dillərində yazmış, Yəğma Cəndəgi və Xızr Nali kimi şairlər ilə ədəbi əlaqə saxlamışdı. Məsturənin 20 min beytdən ibarət "Divan"’ı olmuş, lakin əksəriyyəti itib-batmış və 1926-cı ildə Tehranda çap olunmuş "Divan"ında onun ancaq farsca şerləri toplanmışdır ki, bu da 2 min beytdən artıq deyil. Şairənin məlum əsərləri fars dilində yazılmış, lakin onun şerlərinin əksəriyyətinin kürd dilinin gorani dialektində yazıldığı məlumdur. == İrsi == İran heykəltəraşı Hadi Ziyadini tərəfindən hazırlanmış Mahşərəf Ərdalan heykəli İranın Sənəndəc şəhərində ucalır.