Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lobio
Lobio (gürcü. ლობიო, Lobio) - gürcü yeməyidir. Əsas tərkibi lobya təşkil edir. Lobio əsas nar soku ilə birlikdə daha dadlı olur. Zaqafqaziya xalqları içərisində ən sevimli yeməkdir. == Tarixi == Qədim zamanlardan Gürcüstanda ən məşhur yeməkdir. Əsasən sünbülçiçəyi meyvəsindən istifadə olunur. XVII əsrdən hazırlanmağa başlanılmışdır. == Hazırlanması == Taxıl fıstığından hazırlanan yeməyin əsası xüsusi bir şəkildə hazırlanır. Lobya 12 saat soyuq suda saxlanılır, sonra isə 2-3 dəfə suyu dəyişilir.
Lobir
Lobir — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku inzibati ərazi vahidində kənd. Siyaku çayının sahilində, dağətəyi ərazi yerləşir. Kəndin adı Lubər sözünün təhrif olunmuş forması hesab olunur. Oykonim talış dilindəki lu (kiçik çay) və bər (sahil, kənar) sözlərindən düzəlib, “kiçik çay sahilində kənd” mənasındadır. Bəzi tədqiqatçılar kəndin adını talış, “kəsik sahə, kəsilən yer” kimi də izah edirlər.
Lobivanellus indicus
Hindistan bəzəklicəsi, Bəzəkli çökükburun (lat. Vanellus indicus) — bibikinə cinsinə aid quş növü.
Lodi
Lodi (it. Lodi) — İtaliyanın Lombardiya regionunda şəhər.
Loki
Loki — German-skandinav mifologiyasında alov tanrısıdır. Daha çox hiyləgərliyi ilə seçilir. Digər Asqard sakinlərindən fərqli olaraq, Loki As və ya Van deyil. O, buz nəhəngləri nəslindəndir, lakin ağlı və hiyləgərliyi, eləcə də, Aslara etdiyi xidmətləri nəticəsində, tanrılar ona Asqardda yaşamağa icazə veriblər. Loki ilk dövrlərdə sadəcə olaraq, alov tanrısı kimi bilinsə də, sonradan daha çox mənfi xarakter alaraq, bahar tanrısı Baldrın ölümünün səbəbkarı kimi təqdim olunur. Loki skandinaviya mifologiyasında pislik və hiyləgərlik tanrısıdır. Bəzən buynuzlu olaraq təsvir edilir. Loki Yotunheymdəki trolların nəslindən gələn yad bir varlıq idi. Atası Farbauti, anası isə Laufreydi. O, əslində, bir buz nəhəngidir.
Lori
Loru və ya Lori — Yaşayış məntəqələriLoru mahalı — Azərbaycanın tarixi mahallarından biri. Loru əyaləti — Azərbaycanın tarixi mahallarından biri. Osmanlı Loru mərzi — Ermənistan Respublikasında inzibati-ərazi vahidi. Loru qəzası — Rusiya imperiyasının Gürcüstan quberniyası tərkibində mövcud olmuş inzibati-ərazi vahidi. Loru çökəkliyi — Loru mərzində düzənlik. Loru Berd — Ermənistan Respublikasının Loru mərzində kənd.Bu adı olan tanınmış şəxslərLori Stroud —DigərLuri — Hind-Avropa dil ailəsinin İran dil qrupuna daxil olan dil.
Qobi
Qobi (monq. Говь, çin. 戈壁) — Mərkəzi Asiya ərazisində geniş ərazini əhatə edən səhra. Səhra Çin və Monqolustan ərazilərində yerləşir. Xarakterik olaraq səhra və yarımsəhra lanşaftından ibarətdir. Səhra qərbdən şərqə 1600 km, şimaldan cənuba 800 km təşkil edir. Ümumi səhrası isə 1 300 000 km² təşkil edir. Qədim zamanlarda səhra «Şamo səhrası» adı ilə məşhur idiÇində səhranın genişlənməsinin qarşısını almaq məqsədi ilə Yaşıl çin səddi adlı layihə həyata keçirilir. == Etimologiya == «Qobi» sözünün Monqolca anlamı «susuz yer» mənasını verir. Üstəlik Mərkəzi Asiya ölkələrində, xüsusi ilə türk xalqlarında bu söz səhra və yarımsəhra mənasını ifadə edir.
Xobi
Xobi (gürc. ხობი) – Gürcüstannın şimal-qərbində şəhər, Sameqrelo-Yuxarı Svaneti bölgəsində şəhərdir. == Əhalisi == Xobinin əhalisi 4242 nəfərdir (2014) == İqtisadiyyatı == Çay fabriki Konserv zavodu == Xobidə doğulmuş məşhurlar == Qriqol Çikovani (1910-1981) - gürcü yazıçısı, dramaturq və ssenaristi.
Kobi Brayant
Kobi Brayant (ing. Kobe Bean Bryant; 23 avqust 1978, Filadelfiya, Pensilvaniya – 26 yanvar 2020) — Amerikalı peşəkar basketbolçu idi. Ləqəbi Qara Mamba (ing. Black Mamba) idi. Hücumameylli müdafiəçi olan Brayant bütün 20 illik karyerasını Milli Basketbol Assosiasiyasında (NBA) Los-Anceles Leykersdə oynayıb. Orta məktəbdən birbaşa NBA-ya gəlmiş və beş NBA finalını qazanmışdır. Brayant 18 qat All-Star, 15 qat All-NBA Komandasının üzvü, 12 dəfə All Defensive Team komandasının üzvü və 2008-ci ildə NBA Ən Dəyərli Oyunçu Mükafatçısı (MVP) idi. Bütün dövrlərin ən yaxşı basketbolçularından hesab edilən Brayant ardıcıl iki mövsüm topladığı xalların sayına görə NBA-da birinci yeri tutumuş, həmçinin bütün dövrlərin müntəzəm mövsümlərində və pley-offlarında qazanılan xalların sayına görə dördüncü yaxşı oyunçusu olmuşdur. Brayant, NBA tarixində ən az 20 mövsüm oynayan ilk müdafiəçi idi. "Forbes"-un məlumatına görə, Brayantın xalis dəyəri 2016-cı ildə 350 milyon dollar qiymətləndirilib.
Kobi Marimi
Kobi Marimi (ivr. ‏קובי מרימי‏‎; d. 8 oktyabr 1991, Ramat-Qan, İsrail) — İsrail müğənnisi və aktyoru. O, "Home" mahnısı ilə İsraili Tel-Əvivdə keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Erkən illəri == Kobi Marimi 8 oktyabr 1991-ci ildə İsrailin Ramat-Qan şəhərində anadan olmuşdur. Peşəkar aktyorluq təhsili alan Marimi İsrailin Bat-Yam şəhərində keçirilən Musiqili teatr festivalında xüsusi mükafata layiq görülmüşdür. == Karyera == === 2018-hal-hazırda: Avroviziya Mahnı Müsabiqəsi === 2018-ci ildə Kobi Marimi İsrailin KAN telekanalının Avroviziya üçün təşkil etdiyi HaKokhav HaBa 2019 adlı milli seçim turunda iştirak etmişdir. Uzun sürən seçim turlarında Marimi Beyons, Kristina Perri, Rihanna və digər dünya ulduzlarının mahnıları ilə çıxış etmişdir. Nəticədə yarışmada qalib gələrək, Kobi İsraili Tel-Əvivdə keçirilən Avroviziya 2019-da təmsil etmək hüququ qazanmışdır.
Lodi doyusu
Lodi döyüşü — 1796-ci il 10 Mayda baş vermişdir. Avstriyalı general Beaulieu Napoleona qarşı Fombio döyüşündə aldığı məğlubiyyətdən sonra Beaulieu məğlub olaraq ordusunu Ada çayının gerisinə çəkdi. Beaulieu geri çəkilməni sürətləndirmək üçün Lodidə General-Mayor Vukassovich idarəsində təxminən 10.000 nəfər qoyaraq irəlilədi. Napoleonun ordusu 10 Mayda Lodiyə çatıb çayın sol sahilini düşməndən təmizlədi. Napoleonun əsas ordusu Lodiyə çatana qədər fransız topçuları avstriyalıların körpüyü dağıtmamaqları üçün qarşı sahilə dayanmadan atəş açırdılar. Elə bu vaxt Napoleon şəxsən toplardan birinin başına keçib əsgər kimi döyüşdü. Bu fransız əsgərlərinin döyüş ruhunu artırdı. Axşamüstü əsas ordu Lodiyə çatdı. Napoleon dərhal əsgərlərə körpünü keçmələri əmrini verdi. Axşama yaxın şəhər ələ keçirildi.
Lodi əyaləti
Lodi əyaləti — İtaliyanın Lombardiya regionunda əyalət.
Lohi qoyun
Lohi qoyunları və ya Parkanni qoyunları, Pakistanın Cənubi Pəncab bölgəsində yetişən qısa quyruqlu bir qoyun cinsdir. Həm ət, həm də yun istehsalı üçün uyğun bir cins. Bədən rəngi ağ, qulaqları qumral və ya qəhvəyi olur. Pəncabda istehsal olunan qoyunların 40% Lohi qoyun.
Loki (komiks)
Loki – Marvel Comics nəşriyyatı tərəfindən 1962-cü ildə yaradılmış komiks personajı. Yaradıcıları Sten Li, Larri Liber və Cek Körbidir. Personajın ilkin versiyası 1949-cu ildə "Venus" komiksində görünmüşdür. Müasir versiyası isə 1962-ci ildə "Journey into Mystery" komiksinin 85-ci sayında peyda olmuşdur. Loki ögey qardaşı və superqəhrəman olan Torun əsas düşmənlərindən biridir. Personaj Skandinaviya mifologiyasında eyniadlı personaj əsasında yaradılmışdır və antiqəhrəman kimi təsvir olunur. Loki IGN tərəfindən "Bütün dövrlərin ən böyük supercinayətkarları" siyahısında 2009-cu 8-ci yerdə, 2014-cü ildə 4-cü yerdə göstərilmişdir.Loki personajı Marvel Kinematoqrafiya Kainatında Tom Hiddlston tərəfindən canlandırılmışdır: "Tor" (2011), "Qisasçılar" (2012), "Tor 2: Zülmət aləmi" (2013), "Tor: Raqnarök" (2017), "Qisasçılar: Sonsuzluq savaşı" (2018) və başlıqsız Qisasçılar filmi. == Nəşrolunma tarixi == Loki ilk dəfə "Venus" komiksinin 6-cı buraxılışında (avqust 1949) görünmüşdür. Loki Yeraltı dünyaya sürgün edilmiş yunan tanrılarından biri kimi təsvir olunmuş və şeytanı təcəssüm etmişdir. Loki Yupiterdən Yerə gedib nifrət səpələmək üçün icazə istəmişdir.
Lopi Luvak
Kopi Luvak (ind. Kopi luwak) - İndoneziyanın Sumatra adasında istehsal edilən qəhvə çeşidi. Kopi Luvak hazırlanma texnologiyası və az məhdud sayda istehsal edilməsi səbəbindən dünyanın ən bahalı qəhvəsi hesab olunur.
Lopi adası
Lopi adası (ing. Lopy Island) — Aleut adaları qrupuna, Sıçovul adalarına daxil olan kiçik ada. Davıdov adasından şimal-şərqdə yerləşir. Davıdov və ətrafında yerləşən Lopi, Piramid adaları ilə birlikdə qədim kalderanın bir hissəsidir.
Lori adası
Lori adası (ing. Laurie Island, isp. isla Laurie) — Cənub Qütb dairəsi daxilində yerləşən, Cənubi Orkney adaları qrupuna daxil olan, arxipelaqın sahəsinə görə ikinci böyük adası. Adaya Argentina və Böyük Britaniya iddia edir. Bununla belə bütün ərazi iddiaları Antarktida haqqında konvensiyaya görə dondurulmuşdur. Adanın şimal-şərq qutaracağı və Uitson burnu mühüm ornitoloji bölgə hesab edilir. == Coğrafiya == Adanın sahəsi təqribi olaraq 50 km², şərqdən qərbə uzunluğu isə 12,5 mil (20,1 km) təşkil edir. Ada iki yarımadafan ibarətdir. Onlar Skotia körfəzi və Uruqvay buxtaları arasında yerləşən bərzəxlə birləşirlər. Adanın ən hündür nöqtəsi 940 metr təşkil edir.
Lori sancağı
Lori sancağı və ya Lori livası — Osmanlı İmperiyasının Tiflis əyalətinin inzibati–ərazi vahidi. İnzibati mərkəzi Lori idi.
Lori əyaləti
Lori əyaləti — (Vilâyet-i Lori) Osmanlı İmperiyası tərkibində Cənubi Qafqazda inzibati ərazi vahidi. İnzibati mərkəzi Lori şəhəri idi. == Lori əyaləti == 25 iyul 1590-cü il (22 ramazan 998-cı il) tarixli icmal dəftəri qeydlərinə görə Lori əyaləti Lori, Axtala, Pəmbək, Taşır və Arpalı livalarından ibarət idi.
Lozi dili
Lozi dili — siLozi və Rozi kimi də tanınan, Bantu dillərindən dir ki, Zambiyanın cənub qərbi və ətraf ölkələrdə Lozilər tərəfindən danışılır.
Ləbi hovuz
Ləbi Hovuz və ya Lyabi Hovuz (özb. Labi Hovuz, fars. لب حوض‎ [læbi hawz) — XVI-XVII əsrlərdə salınmış Buxara şəhərinin mərkəzi meydanlarından, memarlıq ansamblı biridir. Meydanda Kukeldaş mədrəsəsi(Buxara), Divan-Bəy mədrəsəsi, Divan-Bəy xanəgahı, Nadir-Bəy hovuzu su anbarı memarlıq abidələri birləşərək memarlıq ansamblı təşkil edir. Ansamblın ölçüsü təxminən 150 x 200 metrdir. Orta əsrlərdə Ləbi hovuz canlı alış-veriş sahəsi idi, buna ticarət günbəzləri ilə əsas alış-veriş küçəsinə yaxınlığı (onlardan biri meydandan 200 m məsafədə yerləşir) və Buxaradakı binaların həddindən artıq sıxlığı, beləliklə Ləbi hovuzun sadəcə bir neçə açıq sahələrdən biri olması səbəb oldu. == Tarixi == Ləbi hovuzda qalan ilk bina 1569-cu ildə Şeybani II Abdullah xanın Orta Asiyada yüksək səviyyəli ən böyük Kukeldaş mədrəsəsinin inşasına əmr verdiyi zaman ortaya çıxdı. 1619-1620-ci illərdə özbək qəbiləsinin nümayəndəsi Arlat Nadir Divan bəyin təşəbbüsü və hesabına İmamqulu xanın rəhbərliyindəki vəzir meydanında hovuz dağıdılaraq, yaradıcısının adını daşıyan xanəgah tikilir. 1623-cü ildə Nadir Divan bəy, daha sonra Divan-Bəy mədrəsəsinə çevrilən karvansara binasını ucaltdı. 20-ci illərdə hovuz, möcüzəvi şəkildə Buxaranın xəstəlik mənbəyi sayılan digər hovuzların əksəriyyətində aparılan qurutma prosesindən qurtula bildi; hovuzun xilas edilməsində əsas rolu ansamblın yüksək bədii dəyəri oynadı.
Pyer Loti
Pyer Loti (14 yanvar 1850[…] – 10 iyun 1923[…]) — fransız dəniz zabiti və yazıçı. Pyer Loti adının yazıçıya, bəzi qaynaqlara görə tələbəlik illərində, bəzi qaynaqlara görə isə, 1867-ci ildə Okeaniya səfərində Taitili yerlilər tərəfindən verildiyi deyilir. "Loti", ekzotik iqlimlərdə yetişən ekzotik bir çiçəyin adıdır. == Həyatı == 1850-ci ildə Fransanın Roşfor şəhərində, protestant ailəsində evin son beşiyi olaraq dünyaya göz açmışdır. 17 yaşında Fransız Dəniz Qüvvələrinə daxil oldu. Dənizçilik təhsilini bitirdikdən sonra, 1881-ci ildə kapitan oldu və növbəti illərdə də polkovnikliyə qədər yüksəldi. Yaxın və Uzaq Şərqdə səfərlərdə oldu. Bir dəniz zabiti kimi romanlarında bəhs etdiyi yad mədəniyyətləri çoxlu yerlər gəzərək öyrənmişdi. Bu səyahətlərində əldə etdiyi təcrübələrini və müşahidələrini kitablarına köçürürdü. 1879-cu ildə ilk romanı olan və Osmanlı İmperiyasındakı təəssüratlarını bölüşdüyü Aziyadenin nəşrinin ardınca, 1878-ci ildə Mariage de Loti (Lotinin Toyu), 1886-cı ildə Pécheur d'Islandeni (İslandiya Balıqçısı) nəşr etdirdi.
Qobi çölü
Qobi (monq. Говь, çin. 戈壁) — Mərkəzi Asiya ərazisində geniş ərazini əhatə edən səhra. Səhra Çin və Monqolustan ərazilərində yerləşir. Xarakterik olaraq səhra və yarımsəhra lanşaftından ibarətdir. Səhra qərbdən şərqə 1600 km, şimaldan cənuba 800 km təşkil edir. Ümumi səhrası isə 1 300 000 km² təşkil edir. Qədim zamanlarda səhra «Şamo səhrası» adı ilə məşhur idiÇində səhranın genişlənməsinin qarşısını almaq məqsədi ilə Yaşıl çin səddi adlı layihə həyata keçirilir. == Etimologiya == «Qobi» sözünün Monqolca anlamı «susuz yer» mənasını verir. Üstəlik Mərkəzi Asiya ölkələrində, xüsusi ilə türk xalqlarında bu söz səhra və yarımsəhra mənasını ifadə edir.
Sofiya Lodi
Sofiya Lodi (d. 29 yanvar 1998) — İtaliyanı təmsil edən bədii gimnast. Sofiya Lodi 2016-cı ildə İtaliyanı Olimpiya Oyunlarında təmsil etdi. Lodi həmdə Dünya Çempionatlarının 1 qızıl və 2 gümüş medalını qazanıb. == Karyerası == Sofiya Lodi 2016-cı ildə İtaliya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Martina Centofani, Alessia Maurelli, Marta Pacnini və Kamilla Patrisia ilə birgə final yarışlarında 35.549 xal topladı və 4-cü yeri tutdu.
Tobi Maquayr
Tobias Vinsent Maquayr (ing. Tobias Vincent Maguire, 27 iyun 1975) — ABŞ aktyoru və kino prodüseri. Sem Reyminin Hörümçək-adam filmlərindəki (2002–2007) rolu ilə məşhurlaşıb, 2021-ci ildə nümayiş olunan Hörümçək-adam: Evə yol yoxdur filmində rolunu yenidən canlandırıb. == Həyatı və ailəsi == Tobias Vinsent Maquayr 27 iyun 1975-ci ildə Kaliforniyanın Santa Monika şəhərində Vendi Braun və Vinsent Maquayrın ailəsində dünyaya gəlib. Onun iki yaşı olarkən valideynləri ayrılıb, Maquayr uşaqlığının çox hissəsini digər ailə üzvləri ilə yaşamalı olub. Maquayr uşaq olarkən aşpaz olmaq fikrində idi, anası 100 dollar verib onu drama təhsili almağına razı salmışdı. Oxuduğu məktəbin mühiti ona pis təsir etmişdi, təhsilini yarıda qoyaraq aktyorluq karyerasına davam etməli oldu. Hollivud ulduzu Tobey Maguire kinoda debütunu “Bu oğlanın həyatı” dramatik filmi ilə edib. Bu filmdə onun tərəf müqabilləri məşhur aktyorlar Robert de Niro və Ellen Barkin olub. Sonralar bir-birindən maraqlı rolları ilə kino-aləmində tanınan Maquayr "Hörümçək-adam" filmindəki ifasına görə dəfələrlə mükafatlara, nominasiyalara və qran-prilərə layiq görülüb.
Tobi adası
Tobi adası (Hoteoxobey) (ing. Tobi) — Palau adalarının tərkibinə daxil olan ada Sakit okeanın qərbində yerləşir. Helen və Tranzit rifləri ilə birlikdə Xatoxobey ştatını əmələ gətirir. Adanın sahəsi 60 ha-dır. Burada 30 nəfər (2005) yaşayır ki, onunda böyük hissəsi adanın qərbində yaşayır. Yeganə yaşayış məntəqəsi Xatoxobey kəndidir. Maksimal hündürlüyü 3 m, uzunluğu 1,6 km, eni 0,8 km-dir.