Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mötəmid (xəlifə)
Əbül Abbas Əhməd ibn Cəfər (ərəb. أبو العباس أحمد بن جعفر‎) və ya Əl-Mötəmid (ərəb. المعتمد على الله‎) (d. 845 - ö. 15 oktyabr 892) — 15. Abbasi xəlifəsi. Ya‘kūbî, Târîḫ II, 619-624. Taberî, Târîḫ (Ebü’l-Fazl), IX, 462, 474-667; X, 7-29. Mes‘ûdî, Mürûcü’ẕ-ẕeheb (Abdülhamîd), IV, 189-229. İbnü’l-İmrânî, el-İnbâʾ fî târîḫi’l-Ḫulefâʾ (nşr.
Möhtəkir
Möhtəkirlik — əhaliyə lazım olan məhsulların ucuz qiymətə alınıb saxlandıqdan sonra baha qiymətə satılması, eləcə də ərzaq məhsullarını satmayıb bazarda qıtlıq yaratmaq, sonra isə baha qiymətə satmaq. İslam peyğəmbərindən nəql olunan hədislərdən aydın olur ki, möhtəkirliyi yalnız xəyanətkarlar və günahkarlar edə bilərlər: "Xəyanətkarlardan başqa heç kəs möhtəkirlik etməz.""Günahkardan başqa kimsə möhtəkirliyə əl atmaz." Nəhcül-bəlağədə Əli ibn Əbu Talib Malik Əştəri Misirə vali təyin etdiyi fərmanında Möhtəkirliyin qarşısının alınmasının zəruriliyi haqda qeyd olunur: "Bütün bunlarla yanaşı bil ki, onların çoxu – tacirlər və sənətkarlar – alverdə həddindən artıq amansızdırlar və xoşagəlməz xəsislikləri var. Onlar daha çox xeyir götürmək məqsədilə möhtəkirlik edər və onlara öz istədikləri kimi baha qiymət qoyarlar. Bu da xalq kütləsi üçün zərərli, rəhbərlər üçünsə eyb və rüsvayçılıqdır.
Mötəsim
Əbu İshaq Məhəmməd ibn Harun Ər-Rəşid (ərəb. أبو إسحاق محمد بن هارون الرشيد‎) və ya Əl-Mötəsim (ərəb. المعتصم بالله‎) (796 – 5 yanvar 842, Səmərra, Abbasilər xilafəti) — 8. Abbasi xəlifəsi. Məmundan sonra xəlifə olan Mötəsim (833–842) Harun ər-Rəşidin Maridə adlı Soğdlu bir türk cariyəsindən olma oğludur.; Məmunun xəlifəliyi sırasında Misirdə vali ikən; türkləri orduya toplayan və onlar üzərində təsiri olan bir şəxsdir. Mötəsim xəlifəliyə keçər-keçməz o dönəmin ən önəmli sosial dəyişimini gerçəkləşdirmişdir. Bu dəyişim ordunun türkləşdirilməsiydi. Mötəsim xəlifə olmadan öncə türklərdən mühüm dərəcədə ordu qurmuş, və Məmunun dönəmində şəxsən başladığı bu işi sürətlindirərək davam etmişdir. Bildiyimiz kimi anası türk əslli olan xəlifə Mötəsim türklərdən xüsusi bir əsgəri güc qurmuşdu. Türk muzdlu və qulamlarını rəhbərlikdə əhəmiyyətli vəzifələrə gətirmişdi.
Mötəzid
Mütəzid (ən geci 861, bilinmir, Abbasilər xilafəti – 5 aprel 902, Bağdad, Abbasilər xilafəti) — Abbasi xəlifəsi. On altıncı Abbasi xəlifəsi Əbul-Abbas əl-Mütəzid Billah Əhməd ibn əl-Müvəffəq Billah Talha (Məhəmməd) ibn Cəfər 857-ci ildə Səmərrada anadan olmuşdur. Anası Savab bizans əsilli cariyədir. Zəki, cəsur və heybətli görünüşə malik Mütəzid Abbasilər sülaləsinin ən nüfuzlu xəlifələrindən biridir. Xəlifə seçildiyi dövr Abbasi xilafətinin tənəzzülə uğradığı vaxta təsadüf etməsinə baxmayaraq, qısa zamanda dövlətin möhkəmlənməsinə, xəzinənin yenidən formalaşdırılmasına nail olmuşdur. Şəxsi keyfiyyətlərinə və Abbasilər xanədanın yenidən dirçəltməsinə görə tarixçilər onu "İkinci Səffah" (Abbasilərin ilk xəlifəsi Səffah olmuşdur) adlandırmışlar. Gənc yaşlarında əmisi Mütəmidin xəlifəliyi dövründə vəzir olan atası Müvəffəqlə birlikdə müxtəlif döyüşlərdə iştirak etmişdir. Atasının ölümündən sonra vəzir vəzifəsini icra edən Mütəzid xilafətin mütləq hakimi səlahiyyətini ələ keçirmiş və xəlifəyə təsir imkanlarını xeyli genişləndirmişdir. Nəticədə xəlifə Mütəmid oğlu Müvəffəzi vəliəhdlikdən uzaqlaşdırıb, qardaşı oğlu Mütəzidi vəliəhd elan etmək məcburiyyətində qalmışdır. Bu hadisədən altı ay sonra müəmmalı şəkildə vəfat edən Mütəmidin yerinə keçərək xəlifə olmuşdur.
Matəmi
Matəmi (XV əsr, Ağqoyunlu dövləti) — XVI əsrdə yaşamış Azərbaycan şairi. Əvvəlcə Səfəvilər sarayında, daha sonra isə Osmanlı imperiyasında yaradıcılıqla məşğul olub. == Bioqrafiya == Matəmi XV əsrdə Ağqoyunlular dövlətinin ərazisində anadan olub. Dini baxışlarına görə müsəlman olan şairin, İslamın şiəlik məzhəbinə aid olduğu güman edilir. Şah İsmayıl Xətainin dövrundə, Səfəvilər dövlətinin sarayında yaşamış və saraydakı məclislərdə iştirak edib. 1514-cü ildən sonra Osmanlı İmperiyasına köçərək, yaradıcılığını orada davam etdirib. Şairin vəfat etdiyi tarix məlum deyil. == Yaradıcılığı == Səfəvi sarayında yaradıcılıqla məşğul olduğu zaman, sarayda baş tutan və "Məliküş-şüəra" Həbibi tərəfindən idarə edilən ədəbi məclislərdə iştirak edib. Şair haqqında məlum olan azsaylı məlumatlardan biri, şairin Şah İsmayılın sarayında "şairlərin şahı" sayılan şair Həbibi başda olmaqla Süruri, Şahi, Tüfeyli və Qasimidən ibarət ədəbi məclisin üzvu olmasıdır. Osmanlı İmperiyası ərazisində yaşadığı zaman Osmanlı şairləri və Matəminin müasirləri onun şeirlərdən ibarət toplularını "Məcməlnəzayer" və "Məcmuətəlnəzayer" adlandırırdılar.
Muğəmir (Həştrud)
Muğəmir (fars. مغامير‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 238 nəfər yaşayır (59 ailə).
Mötəsim Qəddafi
Mötəsim Billah əl-Qəddafi (18 dekabr 1974, Tərabülüs əl-Qərb – 20 oktyabr 2011, Sirt) — Müəmmər əl-Qəddafinin övladlarından biri, Liviya ordusunun polkovniki. Bir neçə il əvvəl atasına qarşı çevrilişə cəhd göstərib, məğlubiyyətə uğradıqdan sonra Misirə qaçıb. Atası onu bağışladıqdan sonra isə yenidən Liviyaya qayıdıb. Qəddafinin təhlükəsizlik işləri üzrə müşaviri və ordu komandanlarından biri olmuşdur.
Əl-Mötəsim
Əbu İshaq Məhəmməd ibn Harun Ər-Rəşid (ərəb. أبو إسحاق محمد بن هارون الرشيد‎) və ya Əl-Mötəsim (ərəb. المعتصم بالله‎) (796 – 5 yanvar 842, Səmərra, Abbasilər xilafəti) — 8. Abbasi xəlifəsi. Məmundan sonra xəlifə olan Mötəsim (833–842) Harun ər-Rəşidin Maridə adlı Soğdlu bir türk cariyəsindən olma oğludur.; Məmunun xəlifəliyi sırasında Misirdə vali ikən; türkləri orduya toplayan və onlar üzərində təsiri olan bir şəxsdir. Mötəsim xəlifəliyə keçər-keçməz o dönəmin ən önəmli sosial dəyişimini gerçəkləşdirmişdir. Bu dəyişim ordunun türkləşdirilməsiydi. Mötəsim xəlifə olmadan öncə türklərdən mühüm dərəcədə ordu qurmuş, və Məmunun dönəmində şəxsən başladığı bu işi sürətlindirərək davam etmişdir. Bildiyimiz kimi anası türk əslli olan xəlifə Mötəsim türklərdən xüsusi bir əsgəri güc qurmuşdu. Türk muzdlu və qulamlarını rəhbərlikdə əhəmiyyətli vəzifələrə gətirmişdi.
Ötəmiş Hacı
Ötəmiş Hacı ibn Mövlanə Məhəmməd Dosti — XVI əsr tarixçisi. Ötəmiş Hacının Mövlanə Məhəmməd Dosti adlı bir şəxsin oğlu olub, Xarəzmdə hökmdarlıq edən Şibanlılardan Yadigar xan sülaləsinin xidmətində olmuş olduğu və hətta onlara vəzirlik etdiyini də öz ifadəsindən anlaşılır. XVI əsrdə Qızıl Orda sarayının katibi Ötəmiş Hacı Çingiz xan və onun hakimiyyətdə olan sülaləsindən bəhs edən “Çingiznamə” əsəri ilə tanınıb. Ötəmiş Hacının “Çingiznamə”si Qızıl Orda dövləti haqqında günümüzə qədər gəlib çatmış ən əsas mənbələrdən biri hesab olunur. Çağatayca XVI əsrdə qələmə alınmış əsərdə Qızıl Orda dövlətinin hökmdarları, siyasi idarəetmə sistemi və sosial-mədəni vəziyyət haqqında geniş bilgi verilir. Ötəmiş Hacının “Çingiznamə” adlı əsəri Azərbaycan, Qazax, Yapon və Türk dillərinə tərcümə olunaraq nəşr olunub. Əsər AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktor köməkçisi Mehman Həsən və Nəsimi adına Dilçilik İnstitutun doktorantı Dilbər Türksoy tərəfindən tərcümə olunaraq nəşrə hazırlanıb və “Qələm” nəşriyyatında çap olunub. Qızıl Orda dövləti haqqında aparılan araşdırmalarda əsas qaynaq kimi istifadə olunan “Çingiznamə”nin Daşkənd və Orenburq nüsxələri mövcuddur. Hazırda çap olunan əsər Daşkənd nüsxəsidir. Bu nüsxə ilk dəfə 1992-ci ildə Qazaxıstanda, 2008-ci ildə Yaponiyada, 2009-cu ildə isə Türkiyədə nəşr olunub.
Təmir xan
II Abbad əl-Mötədid
II Abbad əl-Mötədid (1016, Sevilya – 28 fevral 1069, Sevilya) — Abbadilər sülaləsindən ikinci hökmdar. == Həyatı == Abbad ibn Əbulqasim Məhəmməd bin Abbad 1012-ci ildə İspaniyanın Seviliya şəhərində anadan olmuşdu. Saray təlim-tərbiyəsi almışdı. II Abbad 1042-ci ildə hökmdarlığa yiyələnmişdi. II Abbad o illərdə qonşularıyla savaşmaqdan da geri qalmırdı. 1053-cü ilə qədər kiçik Bərbəri xanədanlarını hakimiyəti altına almışdı. Buna baxmayaraq Qranadadakı Zirilər onun qarşısında müvəffəqiyyətlə müqavimət edirdilər. Bu arada Cəzirətülhadranı Hammudilərdən alaraq oğlu İsmaili Kurtuba üzərinə göndərdi. Ancaq İsmail Cəzirətülhadrada bağımsızlığını elan etməyə qərar verdi. Bu səfər də digər oğlu Məhəmməd Zirilərə qarşı Malaqadakı Ərəbləri dəstəkləmək üçün hərəkətə keçdi, fəqət Zirilər bu ordunu məğlubiyyətə uğratdılar, Məhəmməd canını zorla qurtardı.
ANT İnşaat Təmir Tikinti MMC
Temir
Temir (qaz. Темір) — Qazaxıstanın Aqtöbe vilayətinin Temir bölgəsindəki bir şəhər. Temir şəhər administrasiyasının inzibati mərkəzi. KATO kodu —155621100. Temir çayı üzərində, Temir dəmir yolu stansiyasından təqribən 20 km cənubda yerləşir. Şəhər 1870-ci ildə (orijinal adı Karakamıs), Emben postunun (1862-ci ildə Emba çayı üzərində tikilən) buraya köçürüldüyü zaman quruldu. 1896 -cı ildən bir mahal şəhəri olmuşdur. Daşkənd, Buxara, Ufa, Orenburq və Orsk tacirlərinin iştirakı ilə ildə iki dəfə yarmarkaların keçirildiyi XIX əsrin sonu — 20-ci əsrin əvvəllərindəki böyük bir ticarət mərkəzi. İlk məktəblər 1870-ci ildə Temir şəhərində açıldı. Əhməd Halfe məscidi qorunub saxlanılır və bərpa olunur.
Kabel modemi
Kabel modemi - adi telefon modemindən verilənləri daha sürətlə ötürməsinə görə fərqlənir (500 Kbit/san-dən 10 Mbit/san-dək), ancaq gerçək ötürülmə sürəti həmin kabeldə paralel işləyən istifadəçilərin sayından asılı olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Temir Sariyev
Temir Sarıyev (Qırğızca: Темир Сариев; 17 iyun 1963, Toş-Bulak[d], Sokuluk rayonu[d]) — 2015-ci ildən etibarən Qırğızıstan Baş Naziri olan qırğız türkü siyasətçi. 157,005 (6,74%) səs toplayaraq 2009-cu il seçkilərində prezident namizədi olmuşdu.
Temir Xan
Geri çağırış modemi
Geri çağırış modemi (callback modem) – gələn çağırışa cavab vermək əvəzinə, çağıran abonentin kod yığmasını və "otboy" verməsini tələb edən, bununla da çağırışı geriyə qaytarmaq imkanı verən modem növü. Sonra modem çağıran abonentin kodunu mövcud telefon nömrələrinin siyahısına görə yoxlayır. Əgər alınmış kod qeydiyyatda olan hər hansı nömrəyə uyğun gəlirsə, modem həmin nömrəni yığır və çağıran abonentlə birləşmə yaradır. Belə modemlərdən icazəsiz (sanksiyasız) erişimlərdən qorunmaq məqsədilə istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Uilyam Somerset Moemin əsələrinin siyahısı
Vilyam Somerset Moem (1874 – 1965) — Böyük Britaniya dramaturqu, romançısı və qısa hekayə müəllifidir. Atasının işlədiyi Böyük Britaniyanın Parisdəki səfirliyində anadan olan Somerset Moem 10 yaşında yetim qalmışdır. Buna görə də onun qayğısına əmisi qalmışdır. Əmisi Moemin keşiş və ya mühasib olmasını istəmişdir. Lakin o, özünü həkim kimi sınamağa qərar vermişdir. Heç vaxt peşəkar səviyyədə həkimlik etməsə də, ilk romanının ("Lambetli Lizası") nəşr olunduğu 1897-ci ildə həkim olmağı bacarmışdır. İlk romanının nəşrindən bir il sonra Moem jurnallara və dövri nəşrlərə töhfə verməyə başlamışdır. Əvvəlcə qısa hekayələr yazsa da, daha sonra öz fikirlərinin əks olunduğu məqalələrə, qeyri-bədii və avtobioqrafik əsərlərə, məktublara keçmişdir. Qeyri-bədii əsərlərinin çoxu kitab şəklində nəşr olunmuşdur və müxtəlif mövzuları əhatə etmişdir: səyahət, aktual hadisələr, avtobioqrafiya və belles-lettres. Moem bir çox kitabların redaktoru olmuşdur.
Uilyam Somerset Moemin əsərlərinin siyahısı

Vilyam Somerset Moemin əsərlərinin siyahısı