Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mürəbbe
Mürəbbe (ərəbcə: dördlük) — Klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında lirik şeir forması.Mürəbbe 4 misra olmaqla 5-7 bənddən ibarət olur. İlk bəndin misraları həmqafiyə olur. Sonrakı bəndlərin ilk 3 misrası öz aralarında, son misrası isə birinci bəndlə qafiyələnir. Qafiyə quruluşu aaaa, bbba, vvva və s. şəklindədir. Bəndlərin son misrası nəqərat şəklində olur. Məhəmməd Füzulinin "Gözüm, canım, əfəndim sevdigim, dövlətli sultanım!" nəqəratli mürəbbesi məşhurdur. Mürəbbedə hər bəndin axırıncı misraları təkrar da ola bilər. Məsələn "Leyli və Məcnun" poemasında Qeysin — Məcnunun dilindən verilən Mürəbbedə hər bəndin axırında "Qanı, ey zalım, bizimlə əhd-peyman etdiyin?" misrası təkrar olunur. == Həmçinin bax == Müsəbbe Müsəddəs Sonet == İstinadlar == == Ədəbiyyat == Azərbaycan Sovet Ensiklopediyası, VII cild.
Mürəbbə
Mürəbbə — meyvələrin çeşidli şəkillərdə şəkərlə qaynadılması ilə hazırlanan şirniyyat. Əsasən səhər yeməyində olmaqla günün saatlarında da istifadə olunur. Bununla yanaşı, bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Mürəbbə iki cür hazırlanır: ya meyvələr şəkərə qatılıb bir gecə saxlanılaraq qaynadılır, ya da qaynayan şərbətə atılaraq bişirilir. Qaynayıb bişən mürəbbə şüşə qablara yığılaraq qablaşdırılır. Bir çox meyvə və tərəvəzin mürəbbəsi hazırlanır. Bundan başqa gül mürəbbəsində olduğu kimi gülün yarpaqlarının istifadə edildiyi mürəbbə növləri də vardır. Evdarlıqda mürəbbə bişirmək ən vacib işlərdən biri sayılır. Mürəbbəni bişirməyi demək olar hamı bacarır, lakin onun incəliklərini hamı bilmir. Bunu nəzərə alaraq mürəbbə bişirən qadınlara bəzi məsləhətləri vermək lazımdır.
Müsəbbe
Müsəbbe (ərəbcədən tərcüməsi: yeddilik) — Klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında şeir forması. Müsəbbenin hər bəndi 7 misradan ibarətdir. İlk bəndin misraları həmqafiyə olur. Sonrakı bəndlərin ilk 6 misrası öz aralarında, son misrası isə birinci bəndlə qafiyələnir. Qafiyələnməsi aaaaaaa, bbbbbba, vvvvvva şəklindədir. Az yayılmış şeir formasıdır. == Həmçinin bax == Müsəddəs == Ədəbiyyat == Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев .
Məhəbbət
Sevgi, eşq və ya məhəbbət — emosional keçid mərhələlərində insanların biri-birinə isinişməsidir. Müxtəlif emosional halların birgə yaşanması nəticəsində meydana çıxıb, mexanizmi – əsasən beyinin assosiativ funksiyasına əsaslanır. Belə ki, burada davamlı emosional kontaktın (transferin) meydana gəlməsi üçün emosiyanı qıcıqlandıran müxtəlif xarici təsirlərin mövcudluğu zəruri şərtdir, məsələn, təbiət mənzərələrinin birgə seyri, birgə musiqi dinlənilməsi, müxtəlif həyəcanlı, sevincli situasiyaların, rəngarəng epizodların, lirik anların birgə yaşanması və s. kimi. Alınan təəssüratın qüvvəsi gələcəkdə yaranacaq emosional kontaktın (transferin) qüvvəsini xarakterizə edir ki, sonradan bu kontaktın qırılması müxtəlif psixi travmalara gətirib çıxarır. Sevgi ən yüksək fəzilət və ya yaxşı vərdişdən, ən dərin şəxsiyyətlərarası sevgidən tutmuş, ən sadə həzzə qədər bir sıra müsbət emosional və psixi vəziyyətləri əhatə edir. Ümumi halda, insanlar arasında davamlı emosional kontaktın ("cazibənin") meydana çıxması üçün onların bioloji (bədən quruluşu, boy, səs amplitudası, köklük, dərinin, saçın, gözün və s. rəngi) və emosional (temperament) xüsusiyyətlərinin kontrastlılığı (biri-birini tamamlaması); intellektual (dünyagörüşü, etik və estetik normalar sistemi, həyata baxış, bilik əmsalı) və iradi (stereotiplər sistemi ilə əlaqədar) xüsusiyyətlərinin uyğunluğu zəruri şərtlərdəndir. Həmçinin, tərəflərin biri-birinə (birtərəfli məhəbbətdə biri digərinə) isinişə bilməsi, vərdiş edə bilməsi üçün onların vaxtaşırı görüşməsi, biri-birlərini müxtəlif epizodlarda seyr edə bilməsi, tərəflərin bir-birinin (birtərəfli məhəbbətdə biri digərinin) rifah və təhlükəsizliyinin qarantı olması və s. kimi faktorlar xüsusi əhəmiyyətlidir.
Məhəbbət Dəmirçiyeva
Məhəbbət Dəmirçiyeva (Məhəbbət Dəyirman qızı Dəmirçiyeva; 10 noyabr 1957, Qazax) — BDU Hüquq fakültəsinin Mülki hüquq kafedrasının müdiri (2011), hüquq elmləri namizədi (1996), professor (2013). == Həyatı == Məhəbbət Dəmirçiyeva 10 noyabr 1957-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. O, 1964–1974-cü illərdə Daş Salahlı kəndində 1 №-li orta məktəbi bitirib və 1976–1981-ci illərdə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 1981–1987-ci illərdə Türkmənistan SSR-in Nebit Dağ şəhərində gənc mütəxəssis kimi çalışıb. 1987-ci ildən isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində çalışır. O, 2011-ci ilədək Əmək hüququ və mülki prosess kafedrasında fəaliyyət göstərmişdir. Hal-hazırda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının müdiridir.Evlidir, iki övladı var. == Elmi fəaliyyəti == 1996-cı ildə Tbilisi Dövlət Universitetində "Ailədə uşaqların tərbiyəsinin hüquqi və sosial problemləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. 2003-cü ildə isə həmin universitetdə "Azərbaycan Respublikasında nikah hüquq münasibətlərinin aktual problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Həmin doktorluq dissertasiyasına görə aldığı hüquq elmləri doktoru diplomu 27 iyun 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən nostrifikasiya olunub.
Məhəbbət Kazımov
Məhəbbət Kazımov (d. 2 iyul 1953, Çorman, Laçın rayonu, Azərbaycan SSR, SSRİ – ö. 27 yanvar 2014, Bakı, Azərbaycan) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Əməkdar artisti (2012). == Həyatı == Əsl adı Möhübbət Allahverdi oğlu Kazımov 1953-cü il iyul ayının 2-də Laçın rayonunun Çorman kəndində anadan olmuşdur. Ailədə səkkiz bacı, dörd qardaş olublar. Atası Allahverdi kənd təsərrüffatı ilə məşğul olub. Anası Südabə isə evdar xanım olmuşdur. Məhəbbət Kazımov ilk təhsilini Şamkənd kənd orta məktəbində alıbdır. Kiçik yaşlarından istedadına görə digər bacı-qardaşlarından seçilmişdir. Musiqi təhsili alması üçün qohum-əqrabanın təkidi ilə 1974-cü ildə Bakı şəhərinə getmişdir.
Məhəbbət Mirzəliyeva
Məhəbbət Mirzəxan qızı Mirzəliyeva (17 oktyabr 1949, Bakı – 2016) — Azərbaycan alimi, dilçi, türkoloq, filologiya elmləri doktoru, AMEA Dilçilik İnstitutunun direktor müavini. == Həyatı == Məhəbbət Mirzəliyeva 1966-cı ildə Bakı şəhərindəki 74 saylı orta məktəbi gümüş medalla bitirərək Bakı Dövlət Universitetinin (keçmiş S. M. Kirov adına Azərbaycan Dövlət Universiteti) filologiya fakültəsinə daxil olmuşdur. 1971-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1971–1972-ci tədris ilində Ali təhsili başa vurduqdan sonra təyinatla Quba şəhər internat məktəbində tərbiyəçi-müəllim işləmişdir. 1972-ci ildə AMEA Nəsimi adına Dilçilik İnstitutunun əyani aspiranturasına daxil olmuşdur. Məhəbbət Mirzəliyeva 1975–1981-ci illərdə institutun türk dilləri şöbəsində kiçik elmi işçi, 1981–1993-cü illərdə böyük elmi işçi vəzifəsində çalışmışdır. 2002-ci ilin yanvarında AMEA Nəsimi adına Dilçilik İnstitutu türk dilləri şöbəsinin müdiri vəzifəsinə seçilmişdir. 2013–2015-ci illərdə AMEA Dilçilik İnstitutunun direktor müavini vəzifəsində çalışmışdır.. 2015-ci ilin may ayından yenidən institutun türk dilləri şöbəsinə rəhbərlik edir. Məhəbbət Mirzəliyeva uzun sürən xəstəlikdən sonra 2016-cı ild' vəfat etmişdir.
Məhəbbət Mirzəyev
Məhəbbət Zaman oğlu Mirzəyev (16 dekabr 1994, Dünyamalılar, Beyləqan rayonu – 2 aprel 2016, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin hərbiçisi. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Məhəbbət Mirzəyev 1994-cü ilin 16 dekabr günündə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. == Hərbi xidməti == Məhəbbət Mirzəyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 12-si isə Məhəbbət Mirzəyev doğulduğu Beyləqan rayonunun Dünyamalılar kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və hərbi qulluqçu Mirzəyev uğrunda şəhid olduğu torpağa tapşırıldı. Məhəbbət Mirzəyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Məhəbbət Paşayev
Məhəbbət Vaqif oğlu Paşayev (5 avqust 1999, Bolludərə, Şəki rayonu – 30 sentyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məhəbbət Paşayev 12 5 avqust 1999-cu ildə Şəki rayon Bolludərə kəndində anadan olub. 2005-ci ildə Bolludərə kəndində birinci sinifə getmişdir. 2006-cı ildə ailəsi Oğuz şəhərinə köçmüş və Məhəbbət Paşayev təhsilini Oğuz şəhər 3 nömrəli məktəb-liseydə davam etdirmişdir. 2016-cı ildə məktəb-liseyi bitirmişdir. == Hərbi xidməti == Məhəbbət Paşayev 26 aprel 2018-cı ildə Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Goran, Ağcakənd, Ballıqaya bölgəsində yerinə yetirmişdir. Əsgəri xidmətdə olarkən öz borcunu ləyaqətlə yerinə yetirmiş, hərbi hissə komandanlığı tərəfindən dəfələrlə Fəxri Fərmanlara layiq görülmüşdür. 1 oktyabr 2019-cu ildə xidmətini uğurla başa vurmuşdur. Ordu sıralarından qayıtdıqdan sonra müxtəlif işlərdə işləmişdir.
Məhəbbət Qarabağlı
Məhəbbət Qarabağlı (tam adı: Məhəbbət İsmayıl oğlu Qarabağlı; 5 may 1941, Kəpənəkçi, Lüksemburq rayonu – 25 dekabr 2017) — Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı (1999-2005) == Həyatı == Məhəbbət Qarabağlı 5 may 1941-ci ildə Gürcüstanın Bolnisi rayonunun Kvemo-Bolnisi kəndində anadan olmuşdur. 1956-cı ildə kənd 8 illik, 1958-ci ildə isə Bolnisi rayon orta məktəbini bitirmiş və elə həmin il Bolnisi Rayon Xalq Maarifi Şöbəsinin əmri ilə doğma kənd 8 illik məktəbinə ibtidai sinif müəllimi təyin edilmişdir. Orada uğurla işləyərək iki il pedaqoji iş stajı topladıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə qəbul olunmuşdur. Çalışqanlığı və ictimai fəallığı ilə başqalarından seçilərək hələ birinci kursda ikən institutun Tələbə Elmi Cəmiyyətinə sədr seçilmişdir. Bir neçə dəfə qonşu ölkələrdə keçirilən tələbə elmi konfranslar çıxış edərək təhsil aldığı ali məktəbi təmsil etmişdir. Məhəbbət Qarabağlı 1966-cı ildə ali təhsilini başa vuraraq, təyinatla Mingəçevir şəhər 11 nömrəli orta məktəbə ixtisası üzrə müəllim göndərilmişdir. 1970-ci ildə şəhər 7 nömrəli 8 illik məktəbə, 1976-cı ildə isə şəhər 14 nömrəli orta məktəbə direktor təyin edilmişdir. 1976-1978-ci illərdə Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetinin qiyabi şöbəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1977-ci ildən Mingəçevir Şəhər Xalq Maarif Şöbəsinə rəhbərlik etmişdir. 1982-ci ildə Mingəçevir şəhər XDS İcraiyyə Komitəsi sədrinin I müavini, 1990-cı ildə isə alternativ səsvermə yolu ilə Mingəçevir Şəhər Sovetinə sədr seçilmişdir.
Məhəbbət Quliyev
Məhəbbət Arzu oğlu Quliyev (17 noyabr 1993; Qiyaməddinli, Ağcabədi rayonu, Azərbaycan — 5 noyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Məhəbbət Quliyev 17 noyabr 1993-cü ildə Ağcabədi rayonunun Qiyaməddinli (Aşağı Qiyaməddinli) kəndində dünyaya göz açmışdır. Orta təhsilini Ağcabədi rayon Qiyaməddinli kənd tam orta məktəbində alan Məhəbbət hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddəti bitdikdən sonra mülki şəxs olaraq fəaliyyətini davam etdirmişdir. === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun əsgəri olan Məhəbbət Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın, Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə polkovnik Şükür Həmidovla bir yerdə vuruşmuşdur. 5 noyabr 2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəbbət Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəbbət Quliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəbbət Quliyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məhəbbət Quliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Məhəbbət Vəliyeva
Məhəbbət Məhərrəm qızı Vəliyeva (4 sentyabr 1968, Bakı) — Yeni Azərbaycan Partiyasının üzvü, psixologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası təhsil nazirinin müavini (2018–2021), İlin ən yaxşı müəllimi (2001), Azərbaycan Respublikasının əməkdar müəllimi (2008). == Həyatı == Məhəbbət Vəliyeva 1968-ci ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu (Bakı Slavyan Universiteti) Rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirib. 1991–2003-cü illərdə Səbail rayonu 190 nömrəli tam orta məktəbdə müəllim, 2003–2008-ci illərdə "XXI əsr" Ümumtəhsil Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor müavini, 2008–2014-cü illərdə akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışıb. 2001-ci ildə "İlin ən yaxşı müəllimi" Respublika müsabiqəsinin qalibi olub. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 sentyabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülüb.2014–2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, 2015–2018-ci illərdə BŞTİ-nin müdiri vəzifələrində çalışıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 iyun 2018-ci il tarixli Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib. 1 fevral 2021-ci ildə öz ərizəsinə əsasən, səhhəti ilə bağlı tutduğu vəzifədən azad edilib.Psixologiya üzrə fəlsəfə doktorudur. YAP Nəsimi Rayon Təşkilatı Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. Ailəlidir, 2 övladı var.
Məhəbbət psixologiyası
Məhəbbət – emosional keçid mərhələlərində insanların biri-birinə isinişməsidir. Məhəbbət – müxtəlif emosional halların birgə yaşanması nəticəsində meydana çıxıb, mexanizmi – əsasən beyinin assosiativ funksiyasına əsaslanır. Belə ki, burada davamlı emosional kontaktın (transferin) meydana gəlməsi üçün emosiyanı qıcıqlandıran müxtəlif xarici təsirlərin mövcudluğu zəruri şərtdir, məsələn, təbiət mənzərələrinin birgə seyri, birgə musiqi dinlənilməsi, müxtəlif həyəcanlı, sevincli situasiyaların, rəngarəng epizodların, lirik anların birgə yaşanması və s. kimi. Alınan təəssüratın qüvvəsi gələcəkdə yaranacaq emosional kontaktın (transferin) qüvvəsini xarakterizə edir ki, sonradan bu kontaktın qırılması müxtəlif psixi travmalara gətirib çıxarır. == Fiziologiyası == Ümumi halda, insanlar arasında davamlı emosional kontaktın ("cazibənin") meydana çıxması üçün onların bioloji (bədən quruluşu, boy, səs amplitudası, köklük, dərinin, saçın, gözün və s. rəngi...) və emosional (temperament) xüsusiyyətlərinin kontrastlılığı (biri-birini tamamlaması); intellektual (dünyagörüş, etik və estetik normalar sistemi, həyata baxış, bilik əmsalı...) və iradi (stereotiplər sistemi ilə əlaqədar) xüsusiyyətlərinin uyğunluğu zəruri şərtlərdəndir. Həmçinin, tərəflərin biri-birinə (birtərəfli məhəbbətdə biri digərinə) isinişə bilməsi, vərdiş edə bilməsi üçün onların vaxtaşırı görüşməsi, biri-birlərini müxtəlif epizodlarda seyr edə bilməsi, tərəflərin bir-birinin (birtərəfli məhəbbətdə biri digərinin) rifah və təhlükəsizliyinin qarantı olması və s. kimi faktorlar xüsusi əhəmiyyətlidir. Burada, həmçinin ilkin təəssüratda formalaşan gələcək rəftar modeli də, münasibətin sonrakı inkişafına aktiv təsir göstərən amillərdəndir.
Məhəbbət əfsanəsi
"Məhəbbət əfsanəsi" — Arif Məlikovun Nazim Hikmətin librettosu əsasında bəstələdiyi Azərbaycan baleti.1961-ci ildə Leninqrad Dövlət Opera və Balet Teatrında (hazırkı Sankt-Peterburq Mariin Teatrı) gənc baletmeyster Yuri Qriqoroviç tərəfindən səhnələşdirilmiş "Məhəbbət əfsanəsi" baleti xoreoqrafiya sənəti tarixində yeni səhifə açaraq, mühüm mərhələ olmuşdur. Bununla bağlı baletşünas V. Krasovskayanın maraqlı müqayisəsi vardır. O yazır: ""Yatmış gözəl" XIX əsr balet kəşflərinin sintezi olduğu kimi, "Məhəbbət əfsənəsi" XX əsrin balet kəşflərinin sintezidir" == Quruluşu == "Məhəbbət Əfsanəsi" baleti özündən qabaq balet sənətinin qazandığı nailiyyətləri ümumiləşdirərək, bütün komponentlərin üzvi sintezi ilə səciyyələnən bitkin balet tamaşasının gözəl, etalon nümunəsi oldu. Baletin əsl simfonik nəfəsli və vüsətli musiqisi, yaddaqalan gözəl melodiyaları, parlaq xoreoqrafiyası onu balet sənətinin daim arzulanan repertuar əsərlərindən birinə çevirmişdir. Yuri Qriqoroviç baletin dramaturji əsasına dəqiq düşünülmüş xoreoqrafik konsepsiya qoyaraq, bütün musiqi xoreoqrafik hərəkəti ona tabe etdi. "Məhəbbət əfsanəsi"nin böyük müvəffəqiyyətinin sirri burada hadisələrin yeni quruluşda cərəyan etməsində, baletin yeni dramaturgiyasındadır. Illüstrativ təfərrüatları minimuma endirən baletin dramaturgiyası sırf rəqs formaları üzərində qurulmuşdur. Fəal simfonik rəqs xoreoqrafiyanın başlıca ifadə vasitəsinə çevrilmişdi və Y. Qriqoroviç xoreoqrafiya tarixində ilk dəfə olaraq, böyük, "tammetrajlı" baleti büsbütün simfonik rəqs üzərində yaratmışdır. Tamaşada musiqi və xoreoqrafiyanın bərabərhüquqlu komponent kimi çıxış etməsi bəstəkar və baletmeyster arasındakı münasibətlərin yeni xarakterini də doğurmuşdur. Lakin burada da keçmişin unudulmuş yaxşı bir ənənəsini görmək çətin deyil.
Platonik məhəbbət
Platonik sevgi, platonik eşq və ya platonik məhəbbət ― müasir mənada cinsi əlaqəsi olmayan virtual və duyğusal sevgi. Platonik sevgi termini öz adını qədim yunan filosofu Platondan götürür. Platon bu sevgi tərzini təsvir edən ilk şəxsdir. Bir kitabda (simpozium dialoqu) Platon sevgi hissinin necə meydana gəldiyini və necə inkişaf etdiyini izah etməyə çalışır - həm cinsi, həm də qeyri-cinsi yollarla. Platon insanların ruh və bədəndən meydana gəldiyini və ruhun düşüncə aləmində olduqda cismin maddi dünyaya aid olduğunu bildirir. Bundan əlavə, ruh yerləşdiyi bədənlə birlikdə olmalıdır, lakin iki həqiqət bir-birindən tamamilə müstəqildir. Bir sözlə, platonik sevgi ruha və zehnə ilham verir. Marsilio Ficino XV əsrdə "platonik sevgi" terminini istifadə edən ilk insan olmuşdur. Marsilio onu bir insanın xarici görünüşünə deyil, zəkasının və xarakterinin gözəlliyinə yönəlmiş sevgini təsvir etmək üçün istifadə etmişdir.
Qarşılıqsız məhəbbət
Qarşılıqsız sevgi, qarşılıqsız eşq və ya qarşılıqsız məhəbbət — bir tərəfin digər tərəfdən istədiyini görə bilmədiyi bir sevgi növüdür. Bu, tez-tez insanda kədərli və narahat bir ruh halına səbəb olsa da, depressiya və eyforiya arasında qəfil emosional dəyişikliklərə də səbəb ola bilər. Qarşılığı alınmayan sevgi nəhayət insanda bir vəsvəsəyə səbəb ola bilər, qarşılıq verməyi rədd edənin istək mənbəyini izləmək və ya ona kin ilə baxmaq tez-tez müşahidə olunur. Bu mürəkkəb vəziyyət sənət tarixindəki bir çox şah əsərin ilham mənbəyi olmuşdur. Qarşılıqsız sevgi ağrılı bir vəziyyət olsa da, bəzi insanlar üçün xoşbəxtlik mənbəyi ola bilər. Bu vəziyyətdə olan bir insan, kiməsə aşiq olmaq hissinin (cavabsız olsa belə) çəkdiyi bütün əzablara dəydiyini düşünə bilər. Təslim olmaq əvəzinə bu vəziyyətdə qalmağı seçə bilər. Özündən imtina etməyi tələb etdikdə belə, bunu özünü məğlubiyyəti, darmadağın olması kimi hiss edər və təslim ola bilməz. Uzun müddət, illərlə və hətta on illərlə davam edə biləcək cavabsız sevgi bir neçə fərqli yolla bitir. Əgər fərd sonunda cavab görərsə, onun duyğuları ümumiyyətlə tükənə və hətta sona çata bilər.
Romantik məhəbbət
Romantik sevgi, romantik eşq, romantik məhəbbət və ya romantika — emosional bir sevgi hissi və ya başqalarına güclü bir cazibə və fərdin ümumi hisslərini və ortaya çıxan duyğularını ifadə etmək üçün etdiyi davranışlardır. Romantik hisslər və sevgi duyğuları ümumiyyətlə cinsi cazibə ilə əlaqələndirilsə də, romantik hisslər fiziki qarşılıq gözləmədən mövcud ola bilər və daha sonra ifadə edilə bilər. Tarixən romantika termini, romantizm ədəbiyyatında deyildiyi kimi, orta əsr cəngavərlik idealından qaynaqlanır. Buna "aşiq olmağın" emosional tərəfi kimi baxmaq mümkündür. Romantik sevgi, hər istifadədə cinsi əlaqəyə mane olan platonik sevgi ilə ziddiyyət təşkil edir, ancaq müasir istifadədə cinsi impulsların klassik mənasında deyil, sırf qeyri-cinsi mənada (aseksuallıq) vardır. Sublimasiya Fridrix Nitsşe və psixoanalizdə meydana çıxmasına baxmayaraq sevgi haqqındakı gündəlik düşüncələrdə, unudulmağa meyllidir. Qarşılıqsız sevgi müxtəlif yollarla romantik ola bilər: həm sənət, həm də əxlaqi idealların güclü simvol və duyğularla birləşdirildiyi, məzəli, faciəli, romantika ilə müqayisə edilə bilər. Qarşılıqsız sevgi romantizm dövrünün tipik bir nümunəsidir, lakin bu termin onda yarana biləcək hər hansı bir romantikadan fərqlidir.
Səhrada Məhəbbət
Səhrada məhəbbət (isp. Amantes Del Desierto) — Kolumbiyanın Telemundo telekanalında yayımlanan teleserial. == Məzmun == Teleserialda baş verən hadisələr 20-ci əsrin 50-60-cı illərinə təsadüf edir. Andres Bustamante; maddi problemlər səbəbindən lisenziya ala bilməyən gənc həkim. Lazımi məbləği toplamaq üçün o, qonşuluqda yaşayan insanlara tibbi yardım göstərir. Onun ofisi anası Elena ilə yaşadığı evində yerləşir. Elena Bustamante oğlunu böyütmək üçün çox şeylərdən keçmiş və böyük əmək sərf etmiş anadır. Onlar davamlı pul çatışmazlığından evlərinin kirayə pulunu ödəyə bilmirlər və onların evi hər an Rafael Neqretanın əlinə keçə bilər. Rafael Neqreta ürəksiz, amansız bir insandır. O, evin kirayə pulunu ödəməyə imkanı çatmayan Andres və anasının borcuna daima faiz əlavə edir və onlardan pulu ödəmələrini tələb edir, əks halda o, onların evlərini ələ keçirəcəkdi.
Ayaqyalın məhəbbət
Ayaqyalın məhəbbət qısametrajlı bədii filmi rejissor Boris Svetlov tərəfindən 1916-cı ildə ekranlaşdırılmışdır. Film "Filma" Səhmdar Cəmiyyətində istehsal edilmişdir. Kinoyumoreska Bakı sakinlərinin həyatından söhbət açır. Hadisələr Bakının küçələrində, gəmidə və mehmanxanada cərəyan edir. Filmdə əsas rolları A. Panova-Potyomkina, Regina Lazareva, Yevgeni Muromski və V. Lenin ifa edirlər. == Məzmun == Kinoyumoreska Bakı sakinlərinin həyatından söhbət açır. Hadisələr Bakının küçələrində, gəmidə və mehmanxanada cərəyan edir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Boris Svetlov Operator: Qriqori Lemberq == Rollarda == A.Panova-Potyomkina Regina Lazareva Yevgeni Muromski V.Lenin == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Müsbət ayrıseçkilik
Müsbət ayrı-seçkilik — cəmiyyətdə digər şəxslər ilə bərabər səviyyədə yaşamadığı düşünülən müəyyən qruplara müxtəlif imtiyazlar verməklə onlara dəstək vermək deməkdir. == Tarixi == 1789 Fransız İnqilabını ilə bərabərlik, azadlıq və insan hüquqları kimi məhfumlar yayılmağa başlanmışdır.8 Mart 1957-ci ildə Nyu-Yorkda geyim sektorunda çox ağır şərtlərlə işləyən qadınların etirazı ilə başlayan müddət, 1977-ci ildə də "8 Mart Dünya Qadınlar Günü" olaraq rəsmiyyət qazanmışdır . Doğumdan yaranmış xüsusiyyətlər səbəbiylə sosial, iqtisadi və siyasi sahədən təcrid olunmuş azınlıqlarların ayriseçkiliyini azaltmaq və uzun müddət də qarşısını almaq üçün müsbət ayrı-seçkilik anlayışı yaranmışdır.Müsbət ayrı-seçkilik könüllü ya da məcburi şəkildə irqi,etnik və cinsi mənsubiyyətə fərq qoymadan qrupların imtiyazlarını artırmaq və onların inkişafını təmin etmək məqsədi ilə hazırlanan xüsusi strategiyaya verilən termindir.Müsbət ayrı-seçkilik daha az təmsil olunmuş təbəqə,qrup və ya fərdlərə dair xüsusi rəftarı və ya üstünlüklərin verilməsini nəzərdə tutur. Qadınların kişilərə,əlillərin əlil olmayan şəxslərə, qaradərililərin digər şəxslərə müqayisədə müsbət şəkildə seçilməsi və üstünlük verilməsi bu strategiyanın əsas yönəldilmiş addımlardır. Müsbət ayrıseçkiliyin əsas məqsədi cəmiyyətin bütün üzvlərini inteqrasiya etdirmək,bərabərliyi yaratmaq və ən önəmlisi müddətli istifadə olunan xüsusi strategiyadır. == Kvota == Müsbət ayrı-seçkilikdə bərabərsizliyi müddətli şəkildə aradan qaldırır.Kvota ən çox istifadə olunan siyasətlərdən biridir və bununla qərar orqanlarında bərabərlik tənzimlənir. Azərbaycan qanunvericiliyi sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlara kvotaların ayrılmasını nəzərdə tutur. Bu öz əksini "Məşğulluq haqqında" qanunda tapıb. Sənədə əsasən mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün qurumlar (kvota şamil olunmayan müəssisələr istisna olmaqla) kvota üzrə xüsusi iş yerləri müəyyən edilir.Qanuna əsasən sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar kateqoriyasına aşağıdakılar aid edlir:20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, əlil uşaqları tərbiyə edən qadınlar, pensiya yaşına 2 ildən az qalmış şəxslər, əlillər, cəzaçəkmə yerlərindən azad edilmiş vətəndaşlar, məcburi köçkünlər, müharibə veteranları, şəhid ailələri. Azərbaycan qanunvericiliyinə görə kvotalar "orta illik siyahı sayı 25 nəfərdən az olan müəssisələrə" şamil edilmir.
Müsbət öhdəliklər
Pozitiv öhdəliklər və ya müsbət öhdəliklər — beynəlxalq insan hüquqları hüququnda dövlətin fundamental hüquqlardan səmərəli istifadəni təmin etmək üçün hər hansı bir aktiv fəaliyyətini təşviq edən öhdəliklər. Bu mənada o, dövlətlərin insan hüquqlarını pozmaqdan çəkinməyini nəzərdə tutan neqativ öhdəliklərdən fərqlənir. Avropa İnsan Hüquqları Məhkəməsinin fikrincə, pozitiv öhdəliklərin əsas xüsusiyyəti ondan ibarətdir ki, praktikada onlar milli hakimiyyət orqanlarından hüququn təmin edilməsi üçün zəruri tədbirlər görülməsini, yaxud daha dəqiq desək, fərdin hüquqlarını qorumaq üçün ağlabatan və münasib tədbirlər görülməsini tələb edirlər. Pozitiv öhdəliyin mövcud olub-olmadığını müəyyən edərkən, diqqət ictimaiyyətin ümumi maraqları və fərdlərin maraqları arasında ədalətli balansa yönəldilməlidir, bu bütün Konvensiyaya xas olan axtarışdır. == Növləri == === Maddi-hüquqi öhdəliklər === Bu növ pozitiv öhdəliklər təmin olunan hüquqların tam həyata keçirilməsi üçün tələb olunan əsas tədbirlərin görülməsini nəzərdə tutur. Məsələn, polisin müdaxiləsini tənzimləyən düzgün normaların müəyyən edilməsi, qəddar rəftarın və ya məcburi əməyin qadağan olunması, həbsxanaların zəruri şəraitlə təmin olunması, Konvensiya normalarının övladlığa götürmə haqqında qanunvericiliyə və ya daha geniş mənada ailə qanunvericiliyinə daxil edilməsi və s. === Prosessual öhdəliklər === Bu öhdəliklər şəxslərin daha yaxşı müdafiəsini nəzərdə tutan dövlətdaxili prosedurların təşkili, hüquqların pozulmasına görə yetərli müdafiə vasitələrinin təmin olunmasını ehtiva edir. Məsələn, fərdlərin səmərəli araşdırma aparılmasını tələb etmək hüququ (onların hüquqlarının iddia edilən pozuntuları ilə bağlı) və daha geniş konteksdə dövlətin çəkindirici və səmərəli cinayət qanunvericiliyini qəbul etmək vəzifəsi təmin olunur.
Məmbət (Xaybulla)
Məmbət kəndi (başq. Мәмбәт) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Makan kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Məmbət kəndinin milli tərkibi: başqırdlar 100 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 24 km., kənd sovetliyindən (Makan): 12 km ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 83 km.Tanalık çayının sahilində yerləşir. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Təbbət (Urmiya)
Təbbət (fars. تبت‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 531 nəfər yaşayır (155 ailə).
Birinci baxışdan məhəbbət
Birinci baxışdan məhəbbət — Qərb ədəbiyyatında bir insanın, personajın və ya yazıçının özünün əvvəllər görmədiyi bir yad insana ilk baxışdan hiss etdiyi romantik hisslərini ifadə edən bir kəlmədir. Şair və tənqidçilər tərəfindən müntəzəm olaraq vurğulanan bu mövzu, Qərb ədəbiyyatının imtina edilməz elementlərindən biri halına gəlmişdir.
Məhəbbət Əfsanəsi (balet)
"Məhəbbət əfsanəsi" — Arif Məlikovun Nazim Hikmətin librettosu əsasında bəstələdiyi Azərbaycan baleti.1961-ci ildə Leninqrad Dövlət Opera və Balet Teatrında (hazırkı Sankt-Peterburq Mariin Teatrı) gənc baletmeyster Yuri Qriqoroviç tərəfindən səhnələşdirilmiş "Məhəbbət əfsanəsi" baleti xoreoqrafiya sənəti tarixində yeni səhifə açaraq, mühüm mərhələ olmuşdur. Bununla bağlı baletşünas V. Krasovskayanın maraqlı müqayisəsi vardır. O yazır: ""Yatmış gözəl" XIX əsr balet kəşflərinin sintezi olduğu kimi, "Məhəbbət əfsənəsi" XX əsrin balet kəşflərinin sintezidir" == Quruluşu == "Məhəbbət Əfsanəsi" baleti özündən qabaq balet sənətinin qazandığı nailiyyətləri ümumiləşdirərək, bütün komponentlərin üzvi sintezi ilə səciyyələnən bitkin balet tamaşasının gözəl, etalon nümunəsi oldu. Baletin əsl simfonik nəfəsli və vüsətli musiqisi, yaddaqalan gözəl melodiyaları, parlaq xoreoqrafiyası onu balet sənətinin daim arzulanan repertuar əsərlərindən birinə çevirmişdir. Yuri Qriqoroviç baletin dramaturji əsasına dəqiq düşünülmüş xoreoqrafik konsepsiya qoyaraq, bütün musiqi xoreoqrafik hərəkəti ona tabe etdi. "Məhəbbət əfsanəsi"nin böyük müvəffəqiyyətinin sirri burada hadisələrin yeni quruluşda cərəyan etməsində, baletin yeni dramaturgiyasındadır. Illüstrativ təfərrüatları minimuma endirən baletin dramaturgiyası sırf rəqs formaları üzərində qurulmuşdur. Fəal simfonik rəqs xoreoqrafiyanın başlıca ifadə vasitəsinə çevrilmişdi və Y. Qriqoroviç xoreoqrafiya tarixində ilk dəfə olaraq, böyük, "tammetrajlı" baleti büsbütün simfonik rəqs üzərində yaratmışdır. Tamaşada musiqi və xoreoqrafiyanın bərabərhüquqlu komponent kimi çıxış etməsi bəstəkar və baletmeyster arasındakı münasibətlərin yeni xarakterini də doğurmuşdur. Lakin burada da keçmişin unudulmuş yaxşı bir ənənəsini görmək çətin deyil.