Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mürəbbe
Mürəbbe (ərəbcə: dördlük) — Klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında lirik şeir forması. Mürəbbe 4 misra olmaqla 5-7 bənddən ibarət olur. İlk bəndin misraları həmqafiyə olur. Sonrakı bəndlərin ilk 3 misrası öz aralarında, son misrası isə birinci bəndlə qafiyələnir. Qafiyə quruluşu aaaa, bbba, vvva və s. şəklindədir. Bəndlərin son misrası nəqərat şəklində olur. Müasir ədəbiyyatda mürəbbenin ifadə imkanları qismən dəyişmişdir. Məhəmməd Füzulinin "Gözüm, canım, əfəndim sevdigim, dövlətli sultanım!" nəqəratli mürəbbesi məşhurdur. Mürəbbedə hər bəndin axırıncı misraları təkrar da ola bilər.
Mürəbbə
Mürəbbə — meyvələrin çeşidli şəkillərdə şəkərlə qaynadılması ilə hazırlanan şirniyyat. Azərbaycan ərazisində məlum meyvə-giləmeyvələrin hamısı yetişir və becərilir. Ona görə də azərbaycanlılar hələ qədimdən sadə üsullarla meyvə-tərəvəzdən mürəbbə, püre, povidlo, cem və digər məhsullar hazırlamışlar. Azərbaycana şəkər gətirilənə qədər mürəbbə tipli məhsullar şirin meyvə-giləmeyvələrin şirəsi və balla hazırlanırdı. Bu məqsədlə şirin üzüm və ağ tut şirələrindən daha çox istifadə edilir. Ağ tut şirəsi qaynadılıb bir qədər qatılaşdırılır və həmin şirədə iri giləli tut, gilas bişirilib şirin məhsul — "riçal" əldə edilir. İndinin özündə belə bir çox rayonlarda tut və üzüm riçalı bişirilir. VII əsrdə Azərbaycan torpağına şəkər gətirilməyə başlayır və meyvə-giləmeyvədən hazırlanan mürəbbələrin çeşidi ilbəil artır. Eyni zamanda qızılgül ləçəklərindən də mürəbbə hazırlanır. Qızılgül ləçəklərini şəkərlə əzib günəş altında 20 gün saxlamaqla "Gülqənd" adlı şirin ətirli məhsul əldə edilir.
Əl Murabbi (qəzet)
"Əl Murabbi" (qəzet) — ərəb və türkmən dillərində nəşr olunan qəzet. İraq Müəllimlər Təşkilatının Kərkük bölməsinin ərəb və türkman dillərində nəşr etdirdikləri mətbu orqanın ilk sayı 1972-ci il 27 dekabr tarixində işıq üzü görüb. 1974-cü il 16 yanvar tarixində dərc edilmiş 5-ci sayı ilə ilk ilini tamam edən "Əl Murabbi" 13–18 səhifəlik, 32x21 sm ölçüsündə olub surətçıxarma dəzgahı ilə çap edilməkdə idi. Yerli tələbələrin yazılarının da olduğu nəşrin son nüsxəsinin nə zaman çap edilməsi isə bəlli deyil. Bu tarixdən sonra 10 ildən çox bir zaman müddətində Kərkükdə nə bir çap, nə də dərgi və ya qəzet dərc edilib.
Müsəbbe
Müsəbbe (ərəbcədən tərcüməsi: yeddilik) — Klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında şeir forması. Müsəbbenin hər bəndi 7 misradan ibarətdir. İlk bəndin misraları həmqafiyə olur. Sonrakı bəndlərin ilk 6 misrası öz aralarında, son misrası isə birinci bəndlə qafiyələnir. Qafiyələnməsi aaaaaaa, bbbbbba, vvvvvva şəklindədir. Az yayılmış şeir formasıdır. Müsəddəs Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев.
Badımcan mürəbbəsi
Badımcan mürəbbəsi — çeşidlənmiş və doğranmış badımcanın şəkərlə qaynadılması ilə hazırlanan, gürcü mətbəxinə məxsus ekzotik şirniyyatdır. Badımcan mürəbbəsindən çay süfrəsində istifadə olunur. Tərkibi badımcan, şərbət, çay sodası, zəy, limon turşusundan ibarətdir. == Həmçinin bax == Mürəbbə == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, "Gənclik", 2010.
Əncir mürəbbəsi
Əncir mürəbbəsi – çeşidlənmiş əncirin şəkərlə qaynadılması ilə hazırlanan şirniyyatdır. Əncir mürəbbəsi (film, 2010) – Aytaç Ağları tərəfindən yazılan və rejissorluq etdiyi türk filmi. Əncir mürəbbəsi 2 (film, 2014) – İlk filmin davamı olaraq çəkilən türk filmi.
Vəhb ibn Münəbbih
Əbu Abdullah Vəhb ibn Münəbbih əl-Yəməni (ərəb. وهب بن منبه‎; 655, Damar[d], Yəmən, Rəşidi xilafəti – 738, Səna, Yəmən, Əməvilər xilafəti) — ənənəçi alim və tarixçi. O, Məhəmməd həyatı və İsrailiyyat haqqında hədislər toplamışdır. Hədisləri birbaşa Məhəmmədin səhabələrindən nəql etmişdir. Tam adı Əbu Abdullah Vəhb ibn Münəbbih ibn Kamil ibn Siracuddin əl-Cimari əl-Sənani əl-Yəmənidir. Atası Münəbbih İran padşahlarının nəslindən olmuş, Məhəmmədin sağlığında islamı qəbul etmişdir. Anası Himyardan idi və "Himyar dili"ndə danışırdı. Başqa bir versiyaya görə, islamı yalnız onun oğlu Vəhb qəbul etmişdir. Rəvayətə görə, onun əcdadları əslən Heratdan olmuşdur. İsrailiyyatı yaxşı bilməsi bəzi tarixçilərin onun yəhudi mənşəli olduğuna inanmasına səbəb olmuşdur, baxmayaraq ki, o, bu biliyi müəllimi İbn Abbasdan almışdı.
Əncir mürəbbəsi (film)
Əncir mürəbbəsi — 2010-cu ildə Aytaç Ağları tərəfindən yazılan və rejissorluq etdiyi, baş rollarda Halil Sezai Paracıkoğlu və Məlikə Günərin çəkildiyi türk filmidir. 30 yaşlarında olan Mətin televiziya proqramları üçün sketçlər yazaraq həyatına davam edir. Ən böyük arzusu yazdığı filmi çəkmək olsa da, yazdığı ssenarilər həmişə rədd edilir. Hər gün getdiyi barda bir gün Duyğu adlı qızla tanış olur. Ayaqda durabilməyəcək qədər sərxoş olan Duyğunu evinə alır. Özü divanda yatır və ona öz yatağını verir. Səhər oyandığında isə Duyğunun kiçik bir not buraxaraq getdiyini görür. Sonralar təkrar qarşılaşırlar. Duyğu yenə Mətinin evində qalır, ancaq həmişəki kimi kiçik bir not buraxaraq evdən ayrılır. Mətin aşiq olduğu, ancaq sadəcə adını bildiyi bu qızın niyə belə davrandığını bilmək istəyir.
Əncir mürəbbəsi 2
Əncir mürəbbəsi 2 — 2010-cu ildə çəkilmiş İncir mürəbbəsi filminin davamı olan, Halil Sezai və Şafak Pekdemirin baş rollarda oynadığı, rejissoru və ssenarisi Aytaç Ağırların olduğu 2014-cü il Türkiyə bədii filmidir. Film əvvəlki filmdə sevdiyi qadını itirən Metin obrazının sonrakı həyatından bəhs edir. Bundan əlavə, filmdə transvestit obrazını da filmin rejissoru və ssenari müəllifi Aytaç Ağırlar canlandırıb. Mətin Duyğunu itirdikdən sonra depressiyaya düşüb və uzun müddət bu vəziyyətdən çıxa bilməyib. Arzusunda olduğu filmi çəkməsinə baxmayaraq, bədbəxtdir. Barda işləməyə başladı. O, düşdüyü vəziyyətə görə hər axşam spirtli içki qəbul edir və sərxoş olur. Eyni dönəmdə eyni barda çalışan Gizəmlə tanış olur. Bir axşam barda dava düşür və istəmədən də olsa Mətin işə qarışır. Gizəm Mətinə hücum edənlərin başında şüşəni sındıraraq Mətini xilas edir.
Rəbbi Rəşidi
Rəbbi Rəşidi — Təbrizdə yerləşən tarixi bina. Bina qədim zamanlar universitet idi.
Əncir mürəbbəsi (film, 2010)
Əncir mürəbbəsi — 2010-cu ildə Aytaç Ağları tərəfindən yazılan və rejissorluq etdiyi, baş rollarda Halil Sezai Paracıkoğlu və Məlikə Günərin çəkildiyi türk filmidir. 30 yaşlarında olan Mətin televiziya proqramları üçün sketçlər yazaraq həyatına davam edir. Ən böyük arzusu yazdığı filmi çəkmək olsa da, yazdığı ssenarilər həmişə rədd edilir. Hər gün getdiyi barda bir gün Duyğu adlı qızla tanış olur. Ayaqda durabilməyəcək qədər sərxoş olan Duyğunu evinə alır. Özü divanda yatır və ona öz yatağını verir. Səhər oyandığında isə Duyğunun kiçik bir not buraxaraq getdiyini görür. Sonralar təkrar qarşılaşırlar. Duyğu yenə Mətinin evində qalır, ancaq həmişəki kimi kiçik bir not buraxaraq evdən ayrılır. Mətin aşiq olduğu, ancaq sadəcə adını bildiyi bu qızın niyə belə davrandığını bilmək istəyir.
Əncir mürəbbəsi 2 (film, 2014)