Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mürdəşər
Mürdəşər (lat. Frangula) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinə aid bitki cinsi.
Qızılağacabənzər mürdəşər
Qızılağacabənzər mürdəşər (lat. Frangula alnus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin mürdəşər cinsinə aid bitki növü. == Təbii yayılması == Avropanın meşə və meşə-çöl zonasında, Qərbi Avropanın mərkəzi rayonlarında, Kiçik Asiyanın şimalında, Krımda, İranda və Qafqazda, Orta Asiyanın şimal rayonlarında rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 7 m-ə çatan kol və ya kiçik ağacdır. Gövdəsi və budaqları tünd qonurdur. Gövdəsi hamar, tikansızdır. Tünd qabığı mərciməkli, mantar qatının altında qırmızı qat vardır. Yarpaqları ellipsvari formalı, uzunluğu 4–10 sm, kənarları bütöv, 6–8 cüt paralel yan damarcıqlı, qısa saplaqlarda (1,5 sm-dək) yerləşir. Yarpaqların yerləşməsi — növbəli və ya əyri-üzbəüzdür. Çiçəkləri ikicinsli, beş hissəli, kasacığı zəngvari olmaqla yarpaqların qoltuqlarında yerləşir, uzunluğu 2–3,5 mm-dir.
Xırdayarpaq mürdəşər
Xırdayarpaq mürdəşər (lat. Frangula microphylla) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin mürdəşər cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda yayılıb. == Botaniki təsviri == Budaqları pırpızlaşmış, alçaq boylu yerə yatan koldur. Cavan budaqlarının qabığı tünd qəhvəyi rəngdədir. Yarpaqları topa halında yerləşərək oturan, oval və ya ellipsvari, uc tərəfdən sivrilənmiş olur. Qaidə tərəfdən dəyirmi və ya enli pazvaridir, üstdən tünd yaşıl, altdan qızılı sarı, parlaqdır. Çiçəkləri xirda, ensiz zəngvari, yarpaq qoltuğunda 2-3-ü birgə yerləşir. Meyvəsi tünd qonurdur. May-iyun aylarında çiçəkləyir, meyvəsi avqust ayinda yetişir.
İriyarpaqlı mürdəşər
İriyarpaqlı mürdəşər (lat. Frangula grandifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin mürdəşər cinsinə aid bitki növü. == Təbii yayılması == Azərbaycanda, İranda təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 5 m-dək olan, tünd boz və ya təxminən qara qabıqlı şaxələnmiş koldur. Budaqları qonur və ya sarımtıl-boz, tünd mərciməkli, çılpaqdır. Yarpaqları qısa saplaqlı, nazik, üstü tünd yaşıl, hamar, alt tərəfi açıq sarımtıl, seyrək tükcüklü, ellipsvari və ya enli ellipsvari, simmetrik olub, uzunluğu 18 sm və eni 6-10 sm-dir. Yarpaqları ucunda enli üçkünc və uzanmış bizli, bünövrəsində yumru, kənarları xırda dişli, 11-14 cüt olub, qonur, təxminən düz damarcıqlıdır. Çiçəkləri uzun çiçək saplaqlarında, çətirvari çiçək qrupunda yerləşir. Çiçəkləri 6-12 ədəd enli, uzunluğu 0,3-0,4 sm, zəngvari, tükcüklüdür. Aprel-iyunda çiçəkləyir, iyul-avqustda meyvə verir.
İriyarpaq kövrək mürdəşər
İriyarpaq kövrək mürdəşər (lat. Frangula grandiflora) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin mürdəşər cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssəs olanlar" kateqoriyasına aiddir - VU A2.c. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 4-5 (6) m hündürlükdə kol va ya alçaqboylu ağacdır.Tumurcuqları iri olub, tüklüdür. Yarpaqları 7-22 sm uzunluğunda, 4-10 sm enindədir, nazik, tökülən, ellipsşəkilli və ya enli-ellipsşəkilli, təpə hissədə sivriucluvə ya üçbucaq formasında sivriləşmiş, qaidədə dəyirmi və ya azacıq ürəkvari, kənarları xırda mişardişli, üst tərəfdən tünd-yaşıl, çılpaq, tutqun, alt hissədən sarımtıl, damarlar boyunca tüklüdür. Çiçəkləri xırda, sarımtıl, uzunayaqlı boş 6-14 (1-2) çiçəkli qoltuq yarım çətirlərində toplanmışdır. Meyvələri şarabənzər, tünd-qırmızı, 6-8mm diametrində çəyirdəkdir, çəyirdəkləri 8 sayda, mərciyə bənzər, qəhvəyi rəngdə, enli şəffaf buruncuqludur. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləməsi aprel-iyun, meyvə əmələ gətirməsi iyul-avqust aylarına təsadüf edir. Mezofitdir.
Qaya mürdəşəri
Qaya mürdəşəri (lat. Frangula rupestris) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin mürdəşər cinsinə aid bitki növü. == Təbii yayılması == Dünyanın bir sıra ölkələrində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1 m-dək olan, nahamar, tünd boz rəngli, çox budaqlanan gövdəli, az mərciməkli, sürünən koldur. Yarpaqları möhkəm yarımdərili, parlaq yaşıl, üstü tutqun, alt tərəfi açıq yaşıl, enli-oval, enli əks-yumurtavaridən uzunsov-ovaladək dəyişir, uzunluğu 1,5-5 sm, eni 1-4 sm, qısa, ucu biz, bünövrəsi yumru, 7-10 cüt çox çıxan damarcıqlıdır. Yarımçətirləri mürəkkəb çiçəkləri, 2-10 ədəd olmaqla uzun çiçək saplağında yerləşir. 1-2 ədəd çiçək altlığı vardır. Çiçəkləri yumru, uzunluğu 0,25-0,3 sm olub, üstü açıq yaşıl və ya sarımtıl, içərisi sarıdır. Meyvələri əvvəlcə qırmızı, sonradan bənövşəyi-qara rəng alır. May-iyunda çiçəkləyir, avqust-sentyabrda meyvə verir == Ekologiyası == İstisevən bitkidir, rütubətə və küləyə davamlıdır.
Gürdəsər
Gürdəsər (əvvəlki adı: Kürdəsər) — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Nüvədi kənd inzibati ərazi vahidinin Kürdəser kəndi Əliabad kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Əliabad kənd inzibati ərazi dairəsi tərkibindəki Kürdəsər kəndi Gürdəsər kəndi adlandırılmışdır. == Toponimikası == Talış dilində "Qurdəsə" adlanır. Toponimi talış dilindəki "Qur" guruldamaq, "də" dərə, "sə" baş, Guruldayan dərənin başı mənasında işlənib. Gürdəsər adının digər adı "Qurə" di sə, yəni Qurə di gür kənd, sə baş deməkdir. Bu məna da da təxmin edilir. == Əhalisi == Əhali tərkibi əsasən talışlardan ibarətdir. Əhalisi 857 nəfərdir. === Tanınmış şəxsləri === Axund Mirzə Əhməd Molla Rüstəm Molla Heybət Məmmədhüseyn Əliyev Fazil Ağayev == Din == Kənddə Gürdəsər kənd məscidi dini icması fəaliyyət göstərir.
Kürdəsər
Gürdəsər (əvvəlki adı: Kürdəsər) — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Nüvədi kənd inzibati ərazi vahidinin Kürdəser kəndi Əliabad kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Əliabad kənd inzibati ərazi dairəsi tərkibindəki Kürdəsər kəndi Gürdəsər kəndi adlandırılmışdır. == Toponimikası == Talış dilində "Qurdəsə" adlanır. Toponimi talış dilindəki "Qur" guruldamaq, "də" dərə, "sə" baş, Guruldayan dərənin başı mənasında işlənib. Gürdəsər adının digər adı "Qurə" di sə, yəni Qurə di gür kənd, sə baş deməkdir. Bu məna da da təxmin edilir. == Əhalisi == Əhali tərkibi əsasən talışlardan ibarətdir. Əhalisi 857 nəfərdir. === Tanınmış şəxsləri === Axund Mirzə Əhməd Molla Rüstəm Molla Heybət Məmmədhüseyn Əliyev Fazil Ağayev == Din == Kənddə Gürdəsər kənd məscidi dini icması fəaliyyət göstərir.
İlk müjdələr (film, 1960)
== Məzmun == Film Azərbaycanın yeddiillik dövlət planını yerinə yetirərək xalq təsərrüfatının bütün sahələrində, elm və mədəniyyət sahəsində əldə etdiyi nailiyyətlərdən danışır. Filmdə Azərbaycan neftinə geniş yer ayrılmışdır.
Müdrəsə
Müdürsə — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası və iqlimi == Kənd Lahıc turizm zonasında, Müdürsə çayının sağ sahilində yerləşir. Kəndin əhalisi 138 nəfərdir ki onunda 59 nəfəri kişi, 79 nəfəri qadındır.. Kənd əhalisi maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 7 km yolu piyada və ya atla eləcə də Namazgah kəndindən Müdürsə çayı boyunca 6 km yolu atla və ya piyada getmək olar.Turizm və yay istirahəti üçün əlverişlidir.Elecədə unikal coğrafi mövqeyi, buz kimi şirin su ehtiyatı, kurort turizm relyefli sıx meşələri regiondakı digər yaşayış məntəqələrindən xüsusilə fərqlənir.
Girdəsər silsiləsi
Girdəsər silsiləsi – Babək və Şahbuz rayonları ərazisində Dərələyəz silsiləsindən cənub-qərbə ayrılan Təknə qolunun qurtaracağında cənub-şərqə istiqamətlənmiş, yamacları sıldırımlı alçaqdağlıq tirə. Naxçıvançayın və onun sağ qolu Cəhriçayın arasında təqribən 8 km məsafəyə üzanır. Ən yüksək zirvəsinin hündürlüyü 1568 m-dir. Çəpinə istiqamətlənmiş konsekvent antisedentvari dərələrlə bir neçə hissəyə ayrılmışdır. Orta Eosenə aid Paradaş lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid Mərəlik-Göynük sinklinalının şimal-şərq qanadında yerləşir. Cənub-qərb yamacı boyu dərin fay qırılması izlənilir.
Müxtəsər vurma düsturları
Müxtəsər vurma - çoxhədlilərin hesablanmasında tez-tez istifadə edilən cəbri eynilik. == Kvadratla ifadələr == ( a ± b ) 2 = a 2 ± 2 a b + b 2 {\displaystyle (a\pm b)^{2}=a^{2}\pm 2ab+b^{2}} ( a + b ) 2 = a 2 + 2 a b + b 2 {\displaystyle (a+b)^{2}=a^{2}+2ab+b^{2}} ( a − b ) 2 = a 2 − 2 a b + b 2 {\displaystyle (a-b)^{2}=a^{2}-2ab+b^{2}} a 2 − b 2 = ( a − b ) ( a + b ) {\displaystyle a^{2}-b^{2}=(a-b)(a+b)} a 2 + b 2 = ( a ± b ) 2 ± 2 a b {\displaystyle a^{2}+b^{2}=(a\pm b)^{2}\pm 2ab} a 2 + b 2 = ( a + b ) 2 − 2 a b {\displaystyle a^{2}+b^{2}=(a+b)^{2}-2ab} a 2 + b 2 = ( a − b ) 2 + 2 a b {\displaystyle a^{2}+b^{2}=(a-b)^{2}+2ab} == Kub ifadələrin hesablanması == a 3 ± b 3 = ( a ± b ) ( a 2 ∓ a b + b 2 ) {\displaystyle a^{3}\pm b^{3}=(a\pm b)(a^{2}\mp ab+b^{2})} a 3 + b 3 = ( a + b ) ( a 2 − a b + b 2 ) {\displaystyle a^{3}+b^{3}=(a+b)(a^{2}-ab+b^{2})} a 3 − b 3 = ( a − b ) ( a 2 + a b + b 2 ) {\displaystyle a^{3}-b^{3}=(a-b)(a^{2}+ab+b^{2})} ( a ± b ) 3 = a 3 ± 3 a 2 b + 3 a b 2 ± b 3 {\displaystyle (a\pm b)^{3}=a^{3}\pm 3a^{2}b+3ab^{2}\pm b^{3}} ( a + b ) 3 = a 3 + 3 a 2 b + 3 a b 2 + b 3 {\displaystyle (a+b)^{3}=a^{3}+3a^{2}b+3ab^{2}+b^{3}} ( a − b ) 3 = a 3 − 3 a 2 b + 3 a b 2 − b 3 {\displaystyle (a-b)^{3}=a^{3}-3a^{2}b+3ab^{2}-b^{3}} == Dörd dərəcəli ifadə == ( a ± b ) 4 = a 4 ± 4 a 3 b + 6 a 2 b 2 ± 4 a b 3 + b 4 {\displaystyle (a\pm b)^{4}=a^{4}\pm 4a^{3}b+6a^{2}b^{2}\pm 4ab^{3}+b^{4}} ( a + b ) 4 = a 4 + 4 a 3 b + 6 a 2 b 2 + 4 a b 3 + b 4 {\displaystyle (a+b)^{4}=a^{4}+4a^{3}b+6a^{2}b^{2}+4ab^{3}+b^{4}} ( a − b ) 4 = a 4 − 4 a 3 b + 6 a 2 b 2 − 4 a b 3 + b 4 {\displaystyle (a-b)^{4}=a^{4}-4a^{3}b+6a^{2}b^{2}-4ab^{3}+b^{4}} a 4 − b 4 = ( a 2 − b 2 ) ( a 2 + b 2 ) {\displaystyle a^{4}-b^{4}=(a^{2}-b^{2})(a^{2}+b^{2})} == n-ci dərəcəli ifadələr == a n − b n = ( a − b ) ( a n − 1 + a n − 2 b + a n − 3 b 2 + . . . + a 2 b n − 3 + a b n − 2 + b [ log 10 ⁡ n − 1 − ] {\displaystyle a^{n}-b^{n}=(a-b)(a^{n-1}+a^{n-2}b+a^{n-3}b^{2}+...+a^{2}b^{n-3}+ab^{n-2}+b[\log _{10}n-1-]} a 2 n − b 2 n = ( a + b ) ( a 2 n − 1 − a 2 n − 2 b + a 2 n − 3 b 2 − . . . − a 2 b 2 n − 3 + a b 2 n − 2 − b 2 n − 1 ) {\displaystyle a^{2n}-b^{2n}=(a+b)(a^{2n-1}-a^{2n-2}b+a^{2n-3}b^{2}-...-a^{2}b^{2n-3}+ab^{2n-2}-b^{2n-1})} , burada n ∈ N {\displaystyle n\in N} a 2 n + 1 + b 2 n + 1 = ( a + b ) ( a 2 n + a 2 n − 1 b + a 2 n − 2 b 2 − . . .
Müxtəsər Ədəbiyyat Ensiklopediyası
Müxtəsər Ədəbiyyat Ensiklopediyası (rus. Краткая литературная энциклопедия) — "Sovet ensiklopediyası" nəşriyyatında 1962—1978-ci illərdə çapdan çıxmış 9 cildli ədəbi ensiklopediya. Əsas 8 cild 1962—1975-ci illərdə, əlavə 9-cu cild isə 1978-də çıxıb. Ensiklopediyada 12 mindən artıq müəllifin məqalələri var (yazıçıların şəxsiyyətləri, dövrlərin tədqiqi, ədəbi terminlərin, cərəyanların, ədəbi qrupların, ədəbiyyatşünaslığın və mətbuatın xarakteristikaları və s.); əlifba göstəricisi 35 000-ə yaxın adların və terminlərin olduğunu göstərir. Tirajı 100 000 nüsxəyə çatmışdır. Baş redaktor vəzifəsini SSRİ Yazıçılar İttifaqının katibi Aleksey Surkov tuturdu, faktiki rəhbərliyi isə baş redaktor müavini Vladimir Jdanov edirdi, 1969-cu ildə isə onu A. F. Yermakov əvəz etdi. Birinci cildin ön söz bölməsində ensiklopediyaya "qısa" adının verilməsinin izahı belə verilib: "ədəbi biliklərin ətraflı toplusu deyil", həmçinin əlavə edilib ki, fundamental ədəbi ensiklopediyasının yaradılması "gələcəyin işi"di, lakin sonradan daha ətraflı ensiklopediya çap olunmadı. Ümumiyyətlə ensiklopediya "yüksək peşekarlıq və səylə hazırlanmış nəşrdi". Birinci cild.Aarne — Qavrilov 1962. İkinci cild.
Aşağı Gürəsər (Çaroymaq)
Aşağı Gürəsər (fars. گوراسرسفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Music to Be Murdered By
Music to Be Murdered By, Amerikalı repçi Eminem-in 11-ci studiya albomudur. Əvvəlki albomu Kamikaze ilə oxşar şəkildə əvvəlcədən tanıtımı edilmədən surpriz bir şəkildə 17 Yanvar 2020-de Aftermath Entertainment, Interscope Records və Shady Records tərəfindən yayınlandı. Albom Eminem və Dr. Dre prodüserliyi nəticəsində işıq üzü gördü.
Şəki xanlarının müxtəsər tarixi (kitab)
Şəki xanlarının müxtəsər tarixi (əsil adı: Şəki xanlarının ixtisar üzrə tarixi) — Kərim ağa Fatehin Şəki xanlığından bəhs edən tarixi əsəri Bu əsər Şəkinin XVIII-XIX əsrlər siyasi tarixinə aid ilk mənbələrdən biridir. == Tədqiqi == “Şəki xanlarının müxtəsər tarixi” elm aləminə 1858-ci ildən məlumdur. Həmin ildə akademik B.Dorn Azərbaycan dilində yazılmış bu əsərin əslini “Əl-İntixabətul-Bəhiyyə” adlı külliyatda topladığı tarixi əsərlər sırasında Sankt-Peterburqda nəşr etdirib. 1924-cü ildə həmin əsərin əsli və ruscaya tərcüməsi Azərbaycanı Tədqiq və Tətəbbə cəmiyyəti tərəfindən nəşr etdirilib. Lakin hər iki nəşrdə əsərin həqiqi müəllifini müəyyən etməkdə səhvə yol verilmiş və əsəri başqa bir şəxsin, bu əsərlə heç bir əlaqəsi olmayan adamın adı ilə nəşr etdiriblər. B.Dorn "Əl-İntixabətul-Bəhiyyə" adlı külliyatın 13-cü səhifəsində əsərin müəllifi haqqında belə deyir: “1858-ci ildə bu əsərin müəllifi haqqında Xanıkov mənə belə yazmışdır: “Kiçik Şəki tarixinin müəllifi mənim dostum, nəslənbənəsl Şəki qazısı olan Hacı Əbdüssəlim əfəndinin oğlu Hacı Əbdüllətif əfəndidən başqa kimsə ola bilməz. Bu şərqşünasların ardınca prof. N. İ. Aşmarin və əsərin 1926-cı il nəşri üçün tərcümə edən A. Dadaşov eyni səhvi təkrar etmişlər. Aşmarin kitabın müqəddiməsi əvəzinə yazdığı 24 sətirlik məqalədə N. Xanıkovun B. Dorna yazdığı məlumatdan başqa əsərə heç bir şey əlavə etməyib. Bu səhv ilk dəfə Salman Mümtazın “Maarif işçisi” jurnalının 1929-cu il 2 və 3-cü nömrələrində dərc etdirdiyi “Tənqid və mülahizələr” adlı məqaləsində aşkara çıxarıb.
Death Note Another Note: The Los Angeles BB Murder Cases
Death Note Another Note: The Los Angeles BB Murder Cases (yap. アナザーノート — ロサンゼルスBB連続殺人事件) — Death Note manqasının prikvelı olan Nisio İsinin ranobesi.