sif. [
ər. ]
1. Təfsilatsız, yığcam, qısa (müfəssəl ziddi). Müxtəsər məlumat. Müxtəsər məktub.
// Zərf mənasında.
Bir açıq kağız alıb kəndimizə, Molla Cəfər rəfiqimizə müxtəsər yazdım. C.Məmmədquluzadə.
Cavad öz döyüşçülərini ətrafına toplayaraq müxtəsər bir söhbət apardı. Ə.Vəliyev.
□ Müxtəsər etmək (eləmək) – uzatmamaq, qısaltmaq, qısa eləmək, tez qurtarmaq.
Tulani şikayətlər edərdin bizə, Seyyid; Bəs ol şahi görcək nə üçün müxtəsər etdin? S.Ə.Şirvani.
[Molla Kazım:] Müxtəsər elə, görürsən xalq məəttəldir. Ə.Haqverdiyev.
[Əhməd:] Bəli, əhvalat uzundur.
Mən müxtəsər edirəm. T.Ş.Simurq.
2. Ucuz, aşağı (qiymət haqqında).
[Kənizləri] qul alanlar çox müxtəsər qiymətə alırlar. M.S.Ordubadi.
3. dan. Təntənəsiz, kiçik, balaca. Müxtəsər toy. Müxtəsər yığıncaq.
4. Ara söz məqamında – xülasə, sözün qısası.
Müxtəsər, qarı ayağa durdu. (Nağıl).
Nə bir namə, nə bir qasid; Heç biri, müxtəsər, gəlməz. Q.Zakir.
Müxtəsər, biz hər ikimiz Danabaş kəndinin sakiniyik. C.Məmmədquluzadə.
□ Müxtəsəri-kəlam köhn. – sözün qısası, xülasə, müxtəsər.
Müxtəsəri-kəlam, padşah əhvalatı danışanda əyyar bildi ki, dədəsi budu. (Nağıl).
Müxtəsəri-kəlam, bir belə ziyadə rəhmli padşahın təhti-əmrində zadəganlıq etmək nəhayət dərəcədə məlaləfza göründü. M.F.Axundzadə.
◊ Müxtəsər cümlə qram. – mübtəda və xəbərdən ibarət cümlə.