Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mütəaliq (Kəleybər)
Mütəaliq (fars. متعلق‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. İran Ordusu sənədlərinə istinad edərək 1940-cı illərin sonlarında kənddə 143 nəfərlik bir əhali olduğu bildirilir. Kənddə 2006-cı il siyahıya alınmaya görə 175 nəfər yaşayır (57 ailə). Daha yeni statistikaya görə əhalisi 115 nəfərdir (40 ailə).
Əl-Mutəali
Əl-Mutəali (ər. المتعالِ) — Allahın adlarından biri.
Mütaliə
Mütaliə — hər hansı mətndə verilmiş məlumatı əxz etməyə yönəlmiş kommunikasiya – əlaqə fəaliyyətidir. Bu kommunikasiyada müəllif, çap məhsulu, oxucu və ya oxucu auditoriyası iştirak edir. Tədris proqramının tələbinə uyğun olaraq oxucu məfhumunun məzmununu açmağa ehtiyac duyulur. Mütaliə mahiyyətcə fərdi psixoloji proses olsa da, cəmiyyətin sosial həyatına, ictimai marağın istiqamətlərinə, mövcud maraqların məhsulu olan yeni ideyaların yayılmasına, bütövlüklə hamının malına çevrilməsinə imkan yaradır. Məlumdur ki, insanların müxtəlif xarakterli maraqları və tələbatları olur. Hər bir kəsin özünəməxsus marağı, tələbatı mütaliə tələbatının və mütaliə marağının yaranmasına təsir göstərə bilir. Eyni zamanda insanın mütaliə marağının və mütaliə tələbatının reallaşmasında mühüm rol oynayır. İstər ümumtəhsil, istərsə də ali və orta-ixtisas məktəblərinin tədris proqramında nəzərdə tutulan biliklər insanın həyata fəal müdaxiləsi üçün kifayət deyildir. Təcrübələr göstərir ki, heç bir ali məktəb öz məzunu olan mütəxəssisə müəyyən ixtisas üzrə müasir həyatın tələbi həcmində məlumat və biliklər məcmusunu verə bilmir. Bu isə təbii haldır.
Mütalib Mitarov
Mütalib Mitaroviç Mitarov (23 fevral 1920 - 11 mart 2011) - Tabasaran şairi və yazıçısı, Dağıstanın xalq şairi. 2005-ci ildə “Sətirlərdə ömür” kitabına görə ədəbiyyat sahəsində Dağıstan Respublikasının Dövlət Mükafatı laureatı. Mütalib Mitarov 1920-ci ildə Dağıstan Respublikasının Xiv rayonunun Kondik kəndində anadan olub. Baqautdin Mitarov Mütalib Mitarovun kiçik qardaşıdır. Mitarov Böyük Vətən müharibəsində iştirak edib, Şimal cəbhəsində vuruşub. Müharibədə əlil olaraq vətəninə qayıdır. Mütalib Mitarov Pedaqoji Texnikumu və Ali Partiya Məktəbini bitirmiş, daha sonra o, müxtəlif partiya və sovet vəzifələrində çalışmışdır. O, “Bilik” cəmiyyətində Xiv rayon komsomol komitəsinin birinci katibi, Sov.İKP Tabasaran rayon komitəsinin birinci katibi, respublikanın məişət xidməti naziri, Dağucpəqızın direktoru, o cümlədən Respublika Ədəbiyyat Muzeyinin direktoru vəzifələrində çalışmışdır. Mütalib Mitarovun ilk nəşri 1937-ci ildə “Qırmızı Tabasaran” qəzetində çap olunub. Mitarovun ilk şeirlər kitabı “Xoşbəxtlik” adlanır.
Mütalib Xudiyev
Mütəllib Serov
Mütəllim Abbasov
Mütəllim Dəmirov
Dəmirov Mütəllim Rəsul oğlu (28 dekabr 1970, Bakı şəhəri)— xanəndə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti. Mütəllim Dəmirov 28 dekabr 1970-ci ildə Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində anadan olub. 1978 - ci ildə Binəqədi rayon Biləcəri qəsəbəsində 5 saylı orta məktəbin 1-ci sinifinə daxil olub. 3-cü sinifdən 10-cu sinifə qədər tam orta təhsilini Qobustan rayon A.O.Çernayayevski adına orta məktəbdə davam etdirib. 1988-cı ildə bu məktəbi bitirib. 1989 - 1991 cı ildə SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 1996-2000-ci illərdə Azərbaycan Dövlət Musiqi Kollecində Xanəndəlik ixtisası üzrə təhsil alıb. Bakalavr təhsilini 2002-2006-cı illərdə Azərbaycan Milli Konservatoriyasında alıb. 1995-ci ildə Asəf Zeynallı adına musiqi kollecində Nərman Əliyevin sinfində fərdi xanəndəlik sənətinin sirrlərin öyrənib. 1995-ci ildə “Füzuli 500” Respublika xanəndələr müsaqibəsinin 2 dərəcəli mükafatına layiq görülüb.
Mütəllim Həsənov
Mütəllim Həsənov (Həsənov Mütəllim Saleh oğlu; 25 fevral 1955. Məmmədbəyli, Zəngilan rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Həsən bəy Zərdabi" mükafatı laureatı, Ali kateqoriyalı müəllim. Mütəllim Həsənov 25 fevral 1955-ci ildə Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olub. 1961–1972-ci illərdə N. Piriyev adına Məmmədbəyli kənd orta məktəbində oxumuşdur. 1972–1976-cı illərdə Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) dil-ədəbiyyat fakültəsində ali təhsil almışdır. 1976–1993-cü illərdə N. Piriyev adına Məmmədbəyli kənd orta məktəbində ədəbiyyat müəllimi işləmişdir. 30 oktyabr 1993-cü ildə Zəngilan rayonu ermənilər tərəfindən işğal olunduqdan sonra Bakı şəhərində məskunlaşmışdır. 1993-cü ildən hal-hazıra qədər Zəngilan rayonu 20 saylı orta məktəbində müəllim işləyir. Məktəb Həmkarlar Təşkilatının sədri kimi ictimai vəzifəni daşıyır. Ali kateqoriyalı müəllimdir.
Mütəllim Mütəllimov
Rəna Mütəllib
Mütəmadi içki
Mütəmadi içki (ingiliscə "long drink", sözün əsl mənasında "uzun içki") kifayət qədər böyük həcmli (120 ml-dən çox, ortalama həcm - 160-400 ml) spirtli kokteyldir. Adətən çoxlu buzla hazırlanır, ona görə də əriyəndə şirə çöpü vasitəsilə içmək çox vaxt aparır. İsti günlərdə yaxşı sərinlədir.
Mütəlim Şərifli
Məhəmmədrəhim Mütəqqi İrəvani
Məhəmmədrəhim Mütəqqi İrəvani — İranlı sərmayədar, sahibkar və İranın Milli Ayaqqabı Fabrikasının qurucusu. Atası Mirzə Məhəmmədkazım Mütəqqi İrəvani, Şirazın məşhur tacirlərindən idi. O, 2006-cı ilin mart ayında Londonda vəfat edib.
Mütəllib Xan məscidi
Mütəllib Xan məscidi (fars. مسجد مطلب خان‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhərində yerləşən Elxani dövrü memarlıq abidəsi. 18 mart 2018-ci ildə İranıın Milli İrs siyahısına 4846 nömrədə qeydə alınıb. Xoy şəhərinin mərkəzində Teleqani küçəsi ilə İmam küçəsinin kəsişməsində yerləşən abidənin şərqində Xan karvansarası və tarixi Xoy bazarı yerləşir. Abidənin günümüzə qədər bir ədəd kitabəsi gəlib çatmışdır. Kitabə mətni belədir: "١ - وحید الدّھر حاجىمطل ّب خان ٢ - كھ دارد او نژاد ازشیخ اكرم ٣ - بھاءالدین محمد عالمى كو ٤- زافلاطون بھ حكمت بود اعام ٥- روان او چو از تن رفت دوران ٦ - زشادى گشت خالى شد پُر از غم ٧ - شد آنگھ تیره روى ماه و خورشید ٨ - شد آنگھ پشت چرخ واژگون خم ٩ -مرصّع كارى وجوھر شناسى ١٠- مر او رابود در گیتى مسل ّم ١١ - بھ تاریخ وفاتش گفت فرھنگ ١٢ -بھ جنّت باشد او را حور ھمدم" Kıtabədə abidənin Hacı Mütəllib xan tərəfindən tikdirildiyi və bu şəxsin məscidin inşası zamanı vəfat etdiyi yazılıb. Ölüm tarixi ilə bağlı beytlərdə əbcəd hesabından istifadə edilmişdir. Mənbələrdə bu tərifəlayiq yazının Qani adlı şəxs tərəfindən yazıldığı qeyd edilir və əbcəd hesabı ilə 1255/1839-cu ilə təsadüf etdiyi bildirilir. Yazılı mənbələrdə binanın ilk tikintisinin Elxanilər dövrünə aid olduğu yazılır. Məscidin Elxanilər dövründə tikilib sonradan Qacar dövründə bərpa edildiyi düşünülür.
Mutelia
Ballınanə (lat. Melissa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Gövdəsi dördkünc, budaqlı, yarpaqları ilə birlikdə yumşaq tüklüdür. Yarpaqları qarşılıqlı düzülmüş, saplaqlı, yumurtavarı formalı, kənarları mişarvarı, demək olar ki, çılpaqdır. Çiçəkləri ağ rəngdə xırda,ətirlidir. Meyvəsi dörd kiçik qozcuqdan ibarətdir. Bütövlükdə bitki limon iyinə,qurudulmuş yarpaqları isə acı ədviyyəli, bir qədər büzüşdürücü dada malikdir. İyun-iyul aylarında çiçəkləyir və iyul-sentyabr aylarında meyvə verir. == Botaniki təsviri == Hündürlüyü 30-100 sm olan çoxillik yumşaq tüklü ot bitkisidir. Gövdəsi kəsikdə dördkünc, budaqlıdır.
Balvanə-i Mütəmadi (Qürvə)
Balvanə-i Mütəmadi (fars. بالوانه معتمدي‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 319 nəfər yaşayır (70 ailə). Əhalisini kürdlər təşkil edir.
Musalı
Musalı — Musa adından yaranan soyad və təxəllüs. Bu soyadı olan tanınmış şəxslər Yaşayış məntəqələri Musalı (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd. Musalı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Musalı (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. 1997-ci ildə ləğv olunmuşdur.
Əbu Məali Həsən
əl-Məlikün-Nasir Nasirəddin Əbül-Məali Həsən ibn əl-Məlikin-Nasir Məhəmməd bin Kalavun əs-Salihi (d. 1334 — ö. 1361) — Məmlük sultanı (1347–1351, 1354–1361). 1334-cü ildə doğuldu. Öncələri Kumari adıyla tanınırdı; taxta keçəcəyi sırada naibinə əsl adının Həsən olduğunu söylədi və o tarixdən etibarən öz arzusu üzərinə bu adla anıldı. Qardaşı əl-Məlikül-Müzəffər I Hacı ibn Məhəmmədin öldürülməsindən sonra Misirdəki Abbasi xəlifəsi Hakim-Biəmrillah, Qazılquzat İzzəddin İbn Cəmaa əl-Məqdisi, Qazılquzat Əlaəddin ət-Türkmani, Qazılquzat Takıyyüddin b. İzzəddin Ömər, Kadı Şəhabəddin İbn Fəzlullah əl-Öməri kimi seçkin şəxslərin də qatıldığı cülus mərasimində əl-Məlikün-Nasır ləqəbiylə sultan elan edildi (18 dekabr 1347). Fəqət hələ uşaq yaşda olduğu üçün səltənətinin ilk illərində ölkə başda naib-i saltanat Bayboğa olmaqla, Şeyhun əl-Öməri, vəzir və üstadüddar Məncək əl-Yusifi, Elçiboğa əl-Muzaffəri, Taz ibn Tutgay ən-Nasıri və Arqun əl-İsmaili kimi əmirlər tərəfindən idarə olundu. Bu dönəmdə diqqəti çəkən bəlli başlı olaylar, əmirlər arasındaki nüfuz mücadələsiylə 1348-ci ildə Asiyadan gələrək Misir və Avropada çok təsirli olan vəba salğınıdır. Sultan Həsən 1350-ci ildə kadılar tarafından rəşid ilan ədilincə Bayboğanın hacda, Şəyhunun da bir av partisində olmasından istifadəylə iktidarı kəndi əlinə alıp əmirləri kontrol altında tutmaya karar vərdi və bu maksatla ən nüfuzlularını tutuklattı.
Lutpulla Mutəllip
Lutpulla Mutəllip (22 noyabr 1922, Sincan[d] – 18 sentyabr 1945 və ya 17 sentyabr 1945, Aksu, Sincan[d] və ya Sincan[d]) — uyğur şairi. == Həyatı == Millətini azad və xoşbəxt görmək arzusu ilə yaşayan və bu yolda həyatını qurban verən ədiblərdən biri də Lutpulla Həzim Axun oğlu Mutəllipdir. Haqqında çox yazılsa da, doğum və ölüm tarixləri fərqli-fərqli göstərilmişdir. Əsasən də Şincanın Qulca şəhərində doğulduğu fikri üzərində dururdular. Uyğur araşdirıcısı Tursun Erşidin 1998-ci ildə Urumçidə çap etdirdiyi “Lutpulla Mütəllip və unin keçürmişləri” kitabı şairin doğum ili, yeri və ölüm günü ilə bağlı yanlışlıqlara son qoydu. O, şairin atası Həzim Axunda məxsus “Min bir hədis” adlı kitabın qapağına yazılmış tarixi əsas götürərək 1922-ci ilin noyabrın 16-da anadan olduğunu yazmışdır. Ailədəki müqəddəs kitabların qapağina mühüm tarixi hadisələr və uşaqların doğum günlərinin yazılmasının az qala bir ənənəyə çevrildiyi məlumdur. Həzim Axund da kitabın qapağına oğlunun doğulduğu günü yazıbsa, demək, ən doğru sənəd bu hesablanmalıdır. Kiçik yaşlarından fitri istedadı ilə ətrafındakıların diqqətini cəlb edən, ilk təhsilini evdə atasından alan Lutbullahı Qulca şəhərindəki tatar ibtidai məktəbinə oxumağa göndərirlər. Üsuli-cədid məktəbi kimi tanınan bu məktəbdə 1936-ci ilədək oxuyaraq tatar və rus dillərini də öyrənmiş olur.
Mutelia officinalis
Dərman ballınanəsi (lat. Melissa officinalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin ballınanə cinsinə aid bitki növü. Sakitləşdirici, hipotenziv, spazmolitik, qusma əleyhinə effekt göstərir. Eləcə də mikrob əleyhinə, virus əleyhinə və iltihab əleyhinə təsirə malikdir. Ağrıkəsici kimi ürək xəstəliklərində tətbiq olunur. Nevrozlarda, yuxusuzluqda, hipertoniyanm yüngül formalarmda, iştahasızlıqda, diskineziyada, meteorizmdə, menstrual sikl pozğunluqlarında təyin edilir. Bədrəncə qarşı yüksək həssaslıq. Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəqiqə qaynayan su hamamında dəmlənir, otaq temperaturunda soyudulur, süzülür. Gündə 3–4 dəfə, hər dəfə 1/4 stəkan yeməkdən sonra daxilə qəbul edilir. Həzm prosesini yaxşılaşdırmaq üçün isə hər yeməkdən 15 dəqiqə əvvəl qəbul edilir.
Qabus Şəms əl-Məali
Qabus Şəms əl — Məali (X əsr – 1012, Qorqan)— Ziyarilərin hökmdarlarından biri. Onun hakimiyyət illəri 978–1012-ci illəri əhatə edir . Onun atası Vuşmagir (935–967) Samanilər dövlətindən vassal asılılığını qəbul etmişdir . 967-ci ildə Vuşmagirin ölümündən sonra hakimiyyətə böyük oğlu Bisitun gəlmişdir . Bisitun dövləti 978-ci ilə qədər idarə etmişdir . Onun ölümündən sonra hakimiyyətə özündən yaşca kiçik olan qardaşı Qabus Şəms əl — Məali gəlmişdir . Bacarıqlı sərkərdə , çevik siyasətçi , mahir diplomat və dövlət xadimi olan Qabus Şəms əl — Məali əsas diqqəti Ziyarilər dövlətinin iqtisadi inkişafına və tam müstəqillik əldə etməsinə yönəltmişdir . Qabus Şəms əl — Məali Samanilər dövlətinin hökmdarlarının vassalı sayılsa da , fürsət düşdükcə onlara qarşı çıxırdı . Qabus Şəms əl — Məali Ziyarilər dövlətinin gəlirlə-rini artırmaq məqsədi ilə kənd təsərrüfatını , sənətkarlığı və ticarəti canlandırırdı . Eyni zamanda Samanilər dövlətinin hökmdarı II Nuha (976–997) Ziyarilər dövlətinin ərazisində təbii fəlakətlərin baş verdiyini yazan Qabus Şəms əl — Məali ödədiyi xəracı ixtisara saldırır .
Butalı islimilər
Butalı islimilər — üzəri buta rəsmi ilə bəzənən islimi elementinə deyilir. Butalı islimilər Azərbaycan memarlıq (daş, kəc və kaşı) bəzəklərində daha çox yayılmışdır == İstinadlar == .
Butalı xalçaları
Butalı xalçaları — Quba xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Musalı (Cəlilabad)
Musalı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Musalı kəndi Cəlilabad rayonun Ləkin inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi XIX əsrlərin axırlarında salınmışdır. Cənubdan Cənubi Azərbaycanla (İran İslam Respublikası), şərqdən Ləkin kəndi ilə,qərbdən Zəhmətabad kəndi ilə,şimaldan Burovar dağ silsiləsi ilə həmsərhəddir. Orta əsrlər dövrünə aid silahlar,qablar,bəzək əşyaları,insan sümükləri tapılsada təəssüf ki,bunların hansı dövrə aid olduğunu dəqiq demək çətindir. Hələki burda arxeoloji qazıntı aparılmayıb.[mənbə göstərin] Musalı oyk., sadə. Cəlilabad r-nunun Ləkin i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Yerli məlumata görə, XV əsrin sonlarında Cənubi Azərb.-dan köçüb gəlmiş Musa və Müslüm qardaşlan meşə ətəyindəki çeşmənin ətrafında yurd salmışlar.
Musalı (Heris)
Musalı (fars. موسالو‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 145 nəfər yaşayır (43 ailə).
Musalı (Neftçala)
Musalı — Azərbaycan Respublikasının Neftçala rayonunun Cəngan kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 fevral 1997-ci il tarixli, 248-IQ saylı Qərarı ilə Neftçala rayonunun Cəngan kənd inzibati ərazi vahidinin tərkibindəki Musalı kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Musalı (Saatlı)
Musalı — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 1025 nəfərdir. Mübariz Əhmədov (jurnalist) Saatlı r-nunun Nərimanov i.ə.v.-də kənd. Mil düzündədir. Yaşayış mən­təqəsini vaxtilə Musa adlı şəxs və onun nəs­linə mənsub ailələr saldığına görə belə adlan­dırılmışdır.
Namiq Musalı