Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mühasib
Mühasib — qüvvədə olan qanunvericiliyə uyğun olaraq mühasibat sistemi üzərində işləyən mühasibat mütəxəssisi. "Mühasib" sözü — kitab sahibi orta əsrlərin sonunda yaranmışdır. 1498-ci ildə alman millətinin Müqəddəs Roma İmparatoru I Maksimilian Xristof Ştexer "mühasib" təyin etdi. == Tarixi == Tarixçilərdə mühasibat uçotunun meydana gəldiyi və insanların bu fəaliyyət sahəsi ilə peşəkarlıqla məşğul olmağa başladıqları zamanın birmənalı sübutları yoxdur. Orta əsr fərziyyəsinə görə, mühasibat XIII əsrin sonu və XIV əsrin əvvəllərində Şimali İtaliyada ortaya çıxdı. Digərləri mühasibat uçotunun Qədim Roma dövründən başladığına inanırlar. Şimali İtaliyadakı ticarət və bank şirkətlərində cüt mühasibat aparılırdı. İlk mühasiblərin təsadüfən mühasibat icad etdiyi orta əsr tacirləri olduğuna inanılır. Cenoa tacirləri ilk növbədə ikili mühasibat aparırdılar. Digər bir fərziyyə mühasibat uçotunun Cenova, Venesiya, Florensiyada 1250–1350-ci illər arasında meydana çıxmasıdır.
Müharib Mirzəyev
Müharib Abbas oğlu Mirzəyev — SSRİ Silahlı Qüvvələrinin və Azərbaycan Mülki Müdafiə sisteminin polkovniki, şəhid. == Həyatı == 27 aprel 1945-ci ildə Səfərəliyev rayonunun Seyidlər kəndində anadan olmuşdur. 1967-cu ildə Saratov Orta Hərbi-Kimyəvi Məktəbini, 1974-cü ildə Sovet İttifaqı Marşalı S.K. Timoşenko adına Qırmızıbayraqlı Hərbi Kimyəvi Müdafiə Akademiyasını bitirib. SSRİ dövründə Almaniya Demokratik Respublikasında hərbi hissə komandiri, Çexoslovakiyada, Gürcüstanda müxtəlif yüksək hərbi vəzifələrdə qulluq edib. 1980-cı illərdə Naxçıvanda, Qazaxda, Şirvanda hərbi qulluğunu davam etdirib. Müstəqillik dövründə Gəncə regional mülki müdafiə qərargahının rəsi olub. 1995-ci ildə Gəncə ətrafında sovet qoşunları tərəfindən atılmış radiasiyalı tullantıları zərərsizləşdirərkən güclü şüalanmaya məruz qalır və bir neçə gün sonra 5 may 1995-ci ildə dünyasını dəyişir. Bu səbəbdən ona şəhid statusu verilir. Bir sıra dövlət mükafatları ilə təltif edilmişdi. Ailəli idi, üç övladı var.
Münasib Mehdiyev
== Siyahı ==
Münasib Məmmədov
Məmmədov Münasib Elman oğlu (15 yanvar 1996; Yuxarı Seyfəli, Şəmkir rayonu, Azərbaycan — 26 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Münasib Məmmədov 15 yanvar 1996-cı ildə Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində anadan olmuşdur. 2003-2014-cü illərdə Şəmkir rayon Abbaslı kənd tam orta məktəbdə orta təhsil almışdır. Ailəli idi, bir övladı var idi. == Hərbi xidməti == Münasib Məmmədov 2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon bölməsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmət zamanı 2016-cı ildə Aprel döyüşlərində də iştirak edərək fərqlənmişdir. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyətinə geri dönmüşdür. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Münasib Məmmədov səfərbər olunmuş, hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Münasib Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir.
Münasib Yusifov
Münasib Mübariz oğlu Yusifov (14 may 2000; Yuxarı Öysüzlü, Tovuz rayonu — 6 noyabr 2020; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Münasib Yusifov 2000-ci il mayın 14-də Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. 2006-2017-ci illərdə M.Məmmədov adına Yuxarı Öysüzlü kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Münasib Yusifov 2018-ci ildə müddətli həqiqi xidmətə çağırılıb. 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edib. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi xidmətə hərbi qulluqçusu kimi xidmət edirdi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun əsgəri olan Münasib Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Qubadlı, Laçın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə tankçı kimi iştirak edib. Münasib Yusifovun son döyüşü Laçın dəhlizində olub. Noyabrın 6-da Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhid olub.
Mütalib Mitarov
Mütalib Mitaroviç Mitarov (23 fevral 1920 - 11 mart 2011) - Tabasaran şairi və yazıçısı, Dağıstanın xalq şairi. 2005-ci ildə “Sətirlərdə ömür” kitabına görə ədəbiyyat sahəsində Dağıstan Respublikasının Dövlət Mükafatı laureatı. == Həyatı == Mütalib Mitarov 1920-ci ildə Dağıstan Respublikasının Xiv rayonunun Kondik kəndində anadan olub. Baqautdin Mitarov Mütalib Mitarovun kiçik qardaşıdır. Mitarov Böyük Vətən müharibəsində iştirak edib, Şimal cəbhəsində vuruşub. Müharibədə əlil olaraq vətəninə qayıdır. Mütalib Mitarov Pedaqoji Texnikumu və Ali Partiya Məktəbini bitirmiş, daha sonra o, müxtəlif partiya və sovet vəzifələrində çalışmışdır. O, “Bilik” cəmiyyətində Xiv rayon komsomol komitəsinin birinci katibi, Sov.İKP Tabasaran rayon komitəsinin birinci katibi, respublikanın məişət xidməti naziri, Dağucpəqızın direktoru, o cümlədən Respublika Ədəbiyyat Muzeyinin direktoru vəzifələrində çalışmışdır. Mütalib Mitarovun ilk nəşri 1937-ci ildə “Qırmızı Tabasaran” qəzetində çap olunub. Mitarovun ilk şeirlər kitabı “Xoşbəxtlik” adlanır.
Mütalib Xudiyev
Mütalib Ələsgər oğlu Xudiyev (3 mart 1993; Bəydövül, Göyçay rayonu, Azərbaycan — 7 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Mütalib Xudiyev 3 mart 1993-cü ildə Göyçay rayonunun Bəydövül kəndində anadan olmuşdur. Subay idi. Mütalib Xudiyev orta təhsilini aldıqdan sonra 2011-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra mülki işlərdə çalışmışdır. 27 sentyabr 2020-ci il tarixdə İkinci Qarabağ müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq Mütalib Xudiyev 29 sentyabr 2020-ci ildə yenidən hərbi xidmətə çağrılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Mütalib Xudiyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Mütalib Xudiyev 7 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mütalib Xudiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Müsahib Mustafa Paşa
Müsahib Mustafa Paşa (ö. sentyabr 1686) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası. == Həyatı == Şair Süleyman ağanın oğludur. Əndəruna alınaraq burada tərbiyə edilmiş, ardından qapı ağası, 1663-cü ildə isə padşah müsahibliyinə gətirilmişdir. 1666-cı ilin avqustunda vəzir rütbəsi alaraq divanın ikinci vəziri oldu. Bu vəzifədə ikən 1675-ci ildə Sultan Mehmedin qızlarından Xədicə Sultanla nigahlandı. Toy mərasimi kiçik qardaşı Şahzadə Əhmədin sünnət mərasimi ilə birlikdə keçirildi. Ədirnədə 14 gün boyunca davam edən bu toy mərasimi o qədər təntənəli keçmişdi ki, Xədicə Sultanın cehizi 86 qatırla daşınmışdı. 11 il davam edən bu evlilikdən Sultanzadə Mehmed Bəy, 7 yaşında vəfat edən Həsən Bəy və kiçik yaşlarında vəfat edən digər övladları dünyaya gəldi. 1683-cü ilin dekabrında padşah müsahibliyindən alınaraq kaptan-ı dərya təyin edildi.
Kəlbəli xan Müsahib-Gəncəvi
Kəlbəli xan Müsahib-Gəncəvi — şair, Qacar elinin Ziyadoğlu oymağının başçısı, Qarabağ bəylərbəyi, Kaxetiya hakimi, elçi, Cavad xanın babası. == Həyatı == Kəlbəli xan Uğurlu xan oğlu Gəncə şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. II Şah Abbas Səfəvinin (1642-1666) yaxınları cərgəsində idi. Onun göndərişi ilə İstanbula, Osmanlı sarayına elçi getmişdi. Şah Sultan Hüseyn Səfəvinin hakimiyyətinin ilk illərində Qarabağın bəylərbəyi, 1694-cü ildən 1702-ci ilədək Kaxetiyanın hakimi olmuşdu. Kəlbəli xanın Uğurlu xan, Həsənəli xan, Hüseyhqulu xan, Rzaqulu xan, Məhəmmədqulu xan, Şahverdi xan adlı oğulları vardı. Kəlbəli xan şair idi. Müsahıb təxəllüsü ilə şeir yazırdı. == Yaradıcılığı == == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.
İnternetdən münasib istifadə siyasəti
İnternetdən münasib istifadə siyasəti (Acceptable Internet Use Policy)− İnternetdən istifadə müddətlərini və şərtlərini, o cümlədən, onlayn davranış və giriş imtiyazlarını təsvir edən yazılı müqavilə. Bu siyasət istifadəçilər tərəfindən imzalanır. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Mutatis mutandis
Mutatis mutandis — "dəyişməsi lazım olanlar dəyişdirildi" anlamına gələn latın sözüdür. == Haqqında == Hər hansısa ölkədən və ya qurumdan qanunlar itxal edildiyində o qanunlarda dəyişikliklər etmək lazım ola bilər. Bu dəyişikliklər iki ölkə arasındakı fərqlər ya da başqa səbəblərə görə qaçınılmaz ola bilər. Qanunlar üçün mutatis mutantis tətbiq edilə bilər deyilirsə, o qanunların olduğu kimi tədbiq ediləməyəcəyini, ancaq uyğunluq yaratmaq üçün dəyişikliklər edildikdən sonra tədbiq edilə biləcəyi deyilir.
Muxayıl Göyçəli
Muxayıl Göyçəli (Məsimov Muxayıl Budaq oğlu) — azərbaycanlı şair. == Həyatı == Muxayıl Göyçəli 1918-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. Orta təhsilini doğma Daşkənd kənd orta məktəbində almışdır. Muxayıl Budaqoğlunun ata babası dövrünün çox imkanlı, varlı adamlarından olmuşdur. Ana babası Kərbəlayi Rüstəm və Kərbəlayi Rüstəmin qardaşları Nağı bəy, Tağı bəy, Tağı bəyin oğlu Qara İdris (Qaçaq İdris) 1918-ci ildə ermənilərə qarşı döyüşlərdə fədakarlıq göstərmiş el qəhrəmanları olmuşdur. Muxayıl 1941-ci ildə Böyük Vətən müharibəsinə getmiş, ağır döyüşlərin iştirakçısı olmuş və 1942-ci ilin fevralın 26-da ağır döyüşlərin birində yaralanaraq cəbhədən qayıtmışdır. Məsimov Muxayıl 1944-cü il dekabrın 15-də müharibədə aldığı yaralardan subay ikən əbədiyyətə qovuşmuşdur, məzarı ata-baba yurdu olan Göyçə mahalının Daşkənd kəndindədir. == Yaradıcılığı == Muxayıl Budaqoğlunun şeirlərini oxuyarkən məlum olur ki, o Göyçə ədəbi mühitindən, Azərbaycan klassik ədəbiyyatından və şifahi xalq ədəbiyyatından lazımınca yararlanmış və şeirin müxtəlif növlərində, - gəraylı, qoşma, təcnis, cığalı təcnis, divani kimi şeirlər yazıb, yaratmışdır. Muxayıl saz çalmağı Aşıq Surxaydan öyrənmişdir. Muxayıl Budaqoğlunun əlyazmaları və bir neçə cəbhə şəkilləri hal-hazıra qədər 1988-ci ildən Bərdə rayonu Yeni Daşkənd kəndində məskunlaşan qardaşı Məsimov Oruc Budaq oğlu tərəfindən qorunub saxlanılmaqdadır.
Vəli Muxatov
Muxatov Vəli (22 aprel (5 may) 1916, Aşqabad, Rusiya Türkistanı general-qubernatorluğu – 6 yanvar 2005, Aşqabad) — türkmən bəstəkarı, SSRİ xalq artisti (1965), Stalin (1951, 1952) mükafatları və Türkmənistan Dövlət mükafatı (1972) laureatı. == Həyatı == Türkmən milli peşəkar musiqisinin banilərindəndir. Üzeyir Hacıbəyovun "Koroğlu" operası və "Arşın mal alan" musiqili komediyasının Aşqabadda, Türkmənistan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulmasının təşəbbüskarı olmuşdur. Ü. Hacıbəyovun musiqisini nikbin və dərin milli koloritə malik musiqi kimi yüksək dəyərləndirmişdir.