Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Müzamil Abdullayev
Müzamil İmran oğlu Abdullayev (10 aprel 1941, Qazaxyolçular, Dəstəfur rayonu – 17 iyun 2022) — Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri. Muzamil Abdullayev 1941-ci ildə AzSSR-in Daşkəsən rayonunun Qazaxyolçular kəndində anadan olub. 1961−1966-cı illərdə mədən və filiz kombinatında laborant işləmişdir. 1961–1966 illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Krasnodar Politexnik İnstitutunda bir şərabçı-texnoloq kimi əlavə təhsil almışdır. 1967–1969-cu illərdə Kişinyov Kənd Təsərrüfatı İnstitutunun aspiranturasında oxumuş, dissertasiyasını müdafiə etmiş və kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır. 1970–1975-ci illərdə Kirovabaddakı Nizami şərab zavodunun baş mühəndisi idi. 1972–1973-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təlimatçısı vəzifəsində çalışıb. 1975–1988-ci illərdə Xanlar aqrar-sənaye şərab istehsalı zavodunun baş direktoru olmuşdur. 1988–1991-ci illərdə AzSSR Nazirlər Soveti sədrinin birinci müavini və AzSSR Dövlət Aqrosənaye Komitəsinin sədri vəzifəsində çalışmışdır.
Müzamil Abdullayev İmran oğlu
Müzamil İmran oğlu Abdullayev (10 aprel 1941, Qazaxyolçular, Dəstəfur rayonu – 17 iyun 2022) — Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri. Muzamil Abdullayev 1941-ci ildə AzSSR-in Daşkəsən rayonunun Qazaxyolçular kəndində anadan olub. 1961−1966-cı illərdə mədən və filiz kombinatında laborant işləmişdir. 1961–1966 illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Krasnodar Politexnik İnstitutunda bir şərabçı-texnoloq kimi əlavə təhsil almışdır. 1967–1969-cu illərdə Kişinyov Kənd Təsərrüfatı İnstitutunun aspiranturasında oxumuş, dissertasiyasını müdafiə etmiş və kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır. 1970–1975-ci illərdə Kirovabaddakı Nizami şərab zavodunun baş mühəndisi idi. 1972–1973-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təlimatçısı vəzifəsində çalışıb. 1975–1988-ci illərdə Xanlar aqrar-sənaye şərab istehsalı zavodunun baş direktoru olmuşdur. 1988–1991-ci illərdə AzSSR Nazirlər Soveti sədrinin birinci müavini və AzSSR Dövlət Aqrosənaye Komitəsinin sədri vəzifəsində çalışmışdır.
Müzayim
Müzayim - Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinlərini etnik azərbaycanlılardan ibarətdir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 1,632 nəfər azərbaycanlı yaşamaqda idi.
Məzamir
"Məzamir", həmçinin "Zəbur" (lat. Psalterium; yun. ψαλτήριον, musiqi aləti psalterinin adı ilə; iudaizmdə — "Tegilim", ivr. ‏תהלים‏‎ — «mədh») — "Tanax" və "Əhdi-ətiq"də kitab. 150 və ya 151 surədən – "mahnılar" və ya "himnlər"dən ibarətdir. Xristian "İncil"ində "Məzamir" "Əyyub kitabı"ndan sonra və "Süleymanın məsəlləri kitabı"ndan əvvəl qoyulur. Yəhudilər arasında "Tanax"ın ("Ktuvim") üçüncü hissəsində rast gəlinir.
Müzahim Mehvalıoğlu
Müzahim İsmayılzadə
Müzahim İsmayılzadə (5 dekabr 1958, Nərimankənd, Gədəbəy rayonu) — yazıçı, şair, publisist, Azərbaycan Jurnalistlər Birliyinin (1984) və Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002). Müzahim İsmayılzadə 5 dekabr 1958-ci ildə Azərbaycanın Gədəbəy rayonunun Nəriman kəndində ziyalı ailəsində anadan olmuşdur. 1965-1975-ci illərdə doğulduğu Nəriman kənd orta məktəbində təhsil almışdır. Orta məktəbi bitirdikdən sonar iki il istehsalatda çalışmışdır. 1976-1981-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsində təhsil almışdır. Universiteti bitirdikdən sonra təyinatla İsmayıllı rayon tarix-diyarşünaslıq muzeyində, habelə şəhər 3№-li orta məktəbdə çalışmışdır (1981-1984). Azərbaycan Texniki Universitetində (1984-1990), “Ədəbiyyat qəzeti” ndə (1990-1992), Azərbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər İnstitutunda (1992-1994), “Həyat” (1994-1995), “Xalq qəzeti” (1995-1999) və “Respublika” qəzetlərində (1999-2009) məsul vəzifələrdə çalışmışdır. 2009-2014-cu illərdə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsində bələdiyyə üzvü seçilmiş, komissiya sədri olmuşdur. 2015-ci ildən Azərbaycan Dövlət Milli Arxiv İdarəsində işləyir. 1988-ci ildə ailə qurmuşdur.
Müzzil şah (Kedah)
Paduka Şri Sultan Muzzil Şah ibni əl-Marhum Sultan Məhəmməd Şah (v. 1280) — dördüncü Kedah sultanı. Onun hakimiyyəti 1237–1280-ci illəri əhatə edir. O, dövlətin paytaxtını Kota Meryamdan Kota Sunqay Mas şəhərinə köçürmüşdür.
Düzağıl
Düzağılı (fars. دوزاغل‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 213 nəfər yaşayır (56 ailə).
Muxayıl Göyçəli
Muxayıl Göyçəli (Məsimov Muxayıl Budaq oğlu) — azərbaycanlı şair. Muxayıl Göyçəli 1918-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. Orta təhsilini doğma Daşkənd kənd orta məktəbində almışdır. Muxayıl Budaqoğlunun ata babası dövrünün çox imkanlı, varlı adamlarından olmuşdur. Ana babası Kərbəlayi Rüstəm və Kərbəlayi Rüstəmin qardaşları Nağı bəy, Tağı bəy, Tağı bəyin oğlu Qara İdris (Qaçaq İdris) 1918-ci ildə ermənilərə qarşı döyüşlərdə fədakarlıq göstərmiş el qəhrəmanları olmuşdur. Muxayıl 1941-ci ildə Böyük Vətən müharibəsinə getmiş, ağır döyüşlərin iştirakçısı olmuş və 1942-ci ilin fevralın 26-da ağır döyüşlərin birində yaralanaraq cəbhədən qayıtmışdır. Məsimov Muxayıl 1944-cü il dekabrın 15-də müharibədə aldığı yaralardan subay ikən əbədiyyətə qovuşmuşdur, məzarı ata-baba yurdu olan Göyçə mahalının Daşkənd kəndindədir. Muxayıl Budaqoğlunun şeirlərini oxuyarkən məlum olur ki, o Göyçə ədəbi mühitindən, Azərbaycan klassik ədəbiyyatından və şifahi xalq ədəbiyyatından lazımınca yararlanmış və şeirin müxtəlif növlərində, - gəraylı, qoşma, təcnis, cığalı təcnis, divani kimi şeirlər yazıb, yaratmışdır. Muxayıl saz çalmağı Aşıq Surxaydan öyrənmişdir. Muxayıl Budaqoğlunun əlyazmaları və bir neçə cəbhə şəkilləri hal-hazıra qədər 1988-ci ildən Bərdə rayonu Yeni Daşkənd kəndində məskunlaşan qardaşı Məsimov Oruc Budaq oğlu tərəfindən qorunub saxlanılmaqdadır.
Azərbaycan muğamı
Muğam və ya muğamat — mürəkkəb, ideya, emosional məna daşıyan, dərin və bitkin təfəkkür, bədii həyəcan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edən musiqi janrı. Muğam yarandığı ən qədim zamanlardan başlayaraq, əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşmiş, formalaşmış və kamilləşmişdir. Azərbaycanda muğamı adətən, muğam üçlüyün müşayiəti ilə xanəndə ifa edir. Belə ansamblın ifa etdiyi vokal instrumental bütöv muğam dəsgahı adlanır. Dəsgah muğamın küll halında, yəni, onun dəramədinin, bütün şöbə və guşələrinin, eləcə də hər şöbənin təsnif və rəng, yaxud diringələrinin ardıcıl ifa olunması deməkdir. Muğam kompazisiyasına daxil olan şöbələr əsərin musiqi-poetik məzmununu müəyyənləşdirən improvizə reçitavit səpkili vokal melodiyalardan ibarətdir. Bunlar dəqiq ritmə malik mahnı və rəqs epizodları ilə əvəzlənir. Mahnı epizodları təsnif, rəqsinki isə rəng adlanır. Muğamların monumental, silsilə formaları, eyni zamanda, ən kiçik detalların son dərəcə cilalanması melodiyanın ifadəlilik imkanlarının əks etdirilməsindəki çoxplanlılıqla fərqlənir. Vokal – instrumental muğamdan fərqli olaraq çox vaxt rəngdə ifa edilmir.
Muzaki döyüşü
Mouzaki döyüşü (Yunan: Mάχη του Μουζακίου) — 4 may 1878-ci ildə Yunan Ordusunun Yunan nizamsızlarına dəstəyi ilə Osmanlı qüvvələrinə qarşı baş vermiş döyüş. 1877–1878-ci illər Rusiya-Osmanlı müharibəsi zamanı Fessaliya və Epirusda baş verən Yunan üsyanlarının əsas hadisələrindən biridir. Müstəqil|Yunan dövlətinin yaradılması ilə İrredentizm Yunan sakinləri olan, Fessaliya , Epirus və Makedoniya kimi Osmanlı bölgələrinə yayıldı. Qərbi Fessaliyada, Yunan Ordusunun rəsmi iştirakı olmadan təşviqatlar başladı, ancaq Yunan Zabitlərindən ibarət komitə Osmanlı qoşunlarının təcavüzünü yerli partizan dəstələri ilə əlaqələndirmək üçün gizli bir şəkildə bu əraziyə göndərildi. Qərargah, kapitanlar Georgios Filaretos və Ioannis Igglesisin köməyi ilə artilleriya polkovniki Konstantinos Ischonomachos'un ümumi komandanlığı altında Loutro Karditsas'a quruldu. Partizan müharibəsi artıq türklərə və albanlara qarşı ərazidə endemik hal almışdı. 1878-ci ilin mart ayının əvvəlində yerli başçı Tanasis Ziakas və onun Aqrafiote dəstələri Vounista, Qranista və Mesenikola kəndlərində üsyan etdilər. Yunan Ordusunun baş çavuşu Styananos Tzavaras da Sarakatsan və Arumın klefləri ilə qüvvə meydana gətirdi, bunların bir çoxu Arvanitakis dəstəsinin üzvləri idi. Hər iki qrup bir yerə toplanaraq bölgənin strateji bir nöqtəsi olan ərzaq və su almaq üçün açar olan Mouzaki kəndinə hücum etdi. Bundan əlavə, böyük şəhərlərdən Osmanlı qoşunlarını kəndlərə çəkmək fürsəti oldu.
Əl-Muzil
Əl-Muzil (ər. المذل) — Allahın adlarından biri. Elə isə yer üzündə dörd ay gəzib dolaşın və bilin ki, siz (müşriklər) Allahdan yaxa qurtara bilməyəcəksiniz və Allah kafirləri rüsvay edəcəkdir. Xor və alçaq edilmə, Allahın inkarçıları uğratdığı "dünya əzabı"nın bir hissəsidir. Bütün həyatlarını başqalarına nümayiş etdirmək, onlardan təqdir almaq üçün davam etdirən inkarçılar üçün 'xor və alçaq qılınma' son dərəcə böyük bir əzabdır. Allah Quranda dünyada verilən bu əzabın xüsusiyyətini belə bildirir: Onlardan əvvəlkilər də (peyğəmbərləri) yalançı saymışdılar və (buna görə) əzab da onlara gözləmədikləri yerdən gəldi. Allah onlara dünya həyatında rüsvayçılığı daddırdı. Axirət əzabı isə daha böyükdür. Kaş ki, biləydilər! Allah bu xor və alçaq qılan sifətini möminlərin və xüsusilə də elçinin əliylə göstərər.
Azərbaycan muğamı (film, 2009)