MÜQABİL

is. [ ər. ]
1. Qarşı, qarşı tərəf, üzümüzə baxan tərəf.
Bizim müqabilimizdə bir irəvanlı əyləşmişdi. C.Məmmədquluzadə.
Otağın üç qapısı var: biri sağdan, biri soldan və biri müqabildən. Ə.Haqverdiyev.
…Aktyorların avtomobili qadınlar dəstəsi müqabilində dayanmışdı. S.S.Axundov.

// Sif. mənasında. Müqabil tərəf.
2. Müqabilində şəklində – əvəzində, qarşılıq olaraq, qarşısında.
Dünyada insan üçün ən böyük ləzzət yaxşı ad qoyub getməkdir ki, belə bir adı da ancaq yaxşı əməllərin müqabilində əldə etmək olar. M.F.Axundzadə.
[Məşədi] gündən-günə qiymətdən düşən kağız pulun müqabilində gündən-günə qiymətə minən dupduru qızıl alırdı. S.Rəhimov.

Синонимы

  • MÜQABİL qarşı — üzbəüz
MÜKƏRRƏR
MÜQABİLƏ
OBASTAN VİKİ
Zabil Müqabiloğlu
Zabil Müqabiloğlu (tam adı: Nəcizadə Zabil Müqabil oğlu) — azərbaycanlı jurnalist. Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Bakı Asiya Universitetinin jurnalistika fakültəsini bitirib. 1996-1998-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildən mətbuatdadır. "525-ci qəzet", "Avropa", "Tərcüman" qəzetlərində, "Yeni Müsavat" jurnalında çalışıb. Gunxeber.com saytının baş redaktor olmuşdur. 26 fevral 2017-ci il tarixdə qaraciyər xəstəliyindən vəfat etmişdir. Pirşağı qəbiristanlığında torpağa tapşırılıb. Ailəlidir, bir oğlu var.

Значение слова в других словарях