Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dərgahqulu bəy Məfruzlu-Otuziki
Dərgahqulu bəy Məhəmmədəli bəy oğlu Məfruzlu-Otuziki (1799-?) — XIX əsr Qarabağ bəyi, tayfa başçısı. == Həyatı == Dərgahqulu bəy Məhəmmədəli bəy oğlu 1799-cu ildə Qarabağın Otuziki mahalının Məfruzlu obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Mеhdiqulu xana sədaqətlə xidmət еtmişdi. Xan da ona öz obalarında xеyli torpaq sahəsi vеrmişdi. 1851-ci ilə bağlı rus qaynağında Qarabağda yaşayan mülkədarlar siyahısında Dərgahqulu bəyin də adı çəkilir. == Ailəsi == Dərgahqulu bəyin Məhəmmədəli bəy, Mirzalı bəy, Habil bəy, Baxış bəy, Qanbay bəy, Tеymur bəy adlı oğulları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Dərgahqulu ağa Məfruzlu-Otuzikinin törəməsi, "Soy" еlmi-kütləvi dərgi, 2010, №6, səh.20-26.
Fotoqrafiyada uzun müddətli məruz qalma
Uzun müddətli məruz qalma, vaxta məruz qalma hərəkətli cisimləri bulanıqlaşdırarkən görüntüdəki sabit cisimləri tutaraq çəkmək üçün uzun müddətli çəkiliş sürətini ehtiva edir. Fotoqrafiyada uzun müddətli məruz qalma metodu ənənəvi fotoqrafiyanın tuta bilmədiyi bir amili tutar: Uzun bir müddəti. Parlaq və hərəkət edən cisimlərin trayektoriyaları dəqiq şəkildə görünən hala gəlir - avtomobil işıqları parlaq xətlər çəkər, ulduzlar səmada iz buraxar və su dalğaları hamar görünər. Parlaq cisimlər iz buraxar, qaranlıq cisimlər isə əsasən itir, görüntüdə öz əksini tapmır. == Tətbiqetmələr == Ulduz izi fotoşəkili, Yerin fırlanması səbəbindən gecə səmasında ulduzların görünən hərəkətini çəkmək üçün uzun müddətli məruz qalma metodundan istifadə edilir. === İşıqla boyama === Bu texinkada, səhnə çox qaranlıq tutulur, fotoqraf və ya köməkçisi əlinə işıq alır və onu istəyə uyğun olaraq hərəkət etdirir, naxış canlandırır və s. === Su və uzun müddət məruz qalma === 30 saniyəlik uzun məruz qalma, şəlaləni duman kimi bir görünüşdə göstərərkən bu görüntünün hərəkətsiz elementlərini kəskin şəkildə büruzə verdi. Hovuzdakı fırlanan su isə tam dairələr əmələ gətirir == İstinadlar == 8 Tips for long exposure photography. Digital Photography School. http://digital-photography-school.com/8-tips-for-long-exposure-photography School of Photography Greenspun, Philip (January 2007).
Sovet İttifaqında şəkillərin senzuraya məruz qalması
Sovet İttifaqında şəkillərin senzuraya məruz qalması — fotolara və şəkillərə qarşı senzura tədbiq edilməsi Sovet İttifaqında geniş yayılmışdı. Vizual senzuradan siyasi kontekstdə, xüsusən İosif Stalinin siyasi təmizləmələri (Böyük Təmizləmə) zamanı istifadə edilmişdi. Bu proses zamanı Sovet hökuməti təmizlənmiş bəzi şəxsiyyətləri Sovet tarixindən silməyə cəhd etmiş və şəkillərin dəyişdirilməsi, filmin məhv edilməsini əhatə edən tədbirlər görmüşdür. == Tarixi şəkillərin senzuralanması == === Lenin nitqi === 5 may 1920-ci ildə Lenin Moskvanın Sverdlov meydanındakı insanlar qarşısında özünün məşhur nitqini söylədi. Onun qarşısında Leon Trotski və Lev Kamenev dayanmışdı. Bu iki şəxs sonradan Stalin tərəfindən edam edildikləri və anti-sovet fəaliyyətdə ittiham edildikləri üçün onlar Leninin bu çıxışı zamanı çəkilmiş fotolardan yox edilmişdilər. === Leon Trotski === Leon Trotski müasir Ukraynada doğulmuş və etnik olaraq yəhudi əsilli olan inqilabçı və marksist nəzəriyyəçi idi. O, inqilab zamanı aktiv üzvlərdən biri olmuş, Sovet Rusiyasının ilk illərində Xalq XArici İşlər Komissarlığının rəhbəri kimi çalışmışdır. Bundan sonra isə Qızıl Ordunun yaradıcısı və Xalq Hərb Komissarlığının rəhbəri kimi çalışmışdır. O, həmçinin Siyasi Büronun da ilk üzvləri arasında idi.
Təcavüzə Məruz Qalmış Uşaqların Beynəlxalq Müdafiəsi Günü
Təcavüzə Məruz Qalmış Uşaqların Beynəlxalq Müdafiəsi Günü hər il iyunun 4-də fiziki, əqli və emosional zorakılığın qurbanı olan uşaqların çəkdiyi ağrıları anmaq üçün qeyd olunan gündür. Bu gün ilk dəfə 1982-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən elan edilib və silahlı münaqişələrin uşaqlara təsiri barədə məlumatlılığı artırmaq üçün yaradılıb. Bu gün xüsusilə müharibə və münaqişələr zamanı uşaq hüquqlarının müdafiəsi, uşaqların istismarı və sui-istifadəsinin qarşısının alınması zərurətini xatırladır. Gün, həm də BMT-nin 1989-cu ildə qəbul edilmiş və uşaq hüquqlarının müdafiəsi üçün hərtərəfli çərçivə təqdim edən Uşaq Hüquqları Konvensiyasının təşviqi üçün də istifadə olunur. UNICEF, Save the Children və Beynəlxalq Qırmızı Xaç Komitəsi də daxil olmaqla bir çox təşkilatlar günün mesajını təbliğ etmək və təcavüzdən təsirlənən uşaqların vəziyyəti haqqında məlumatlılığı artırmaq üçün tədbirlər və kampaniyalarda iştirak edirlər.
Bəhruz
Bəhruz — Azərbaycanlı kişi adı.
Məfrəş
Fərməş — yorğan-döşəyi yığmaq üçün ağzını gözəmək məqsədilə ilgəklər tikilmiş yarım metr hündürlüyündə, 1,2 metr enində, iki metr uzunluğunda bəzəkli xalça. Fərməşə bəzi bölgələrdə məfrəş də deyilir.
Məkruh
Məkruh — əməl yerinə yetirildikdə heç bir günah yazılmayan, lakin bəyənilməyən əməldir.Dində qəti olaraq qadağan edilməyən,ancaq icrası da xoş qarşılanmayan davranış və hərəkətlərdir. Hər hansı bir işin günah olub-olmamasın onun necə, nə zaman, harada, kim tərəfindən icrasından da asılıdır. Bununla yanaşı, kiçik də olsa, günahlara əhəmiyyətsiz baxmamalıyıq. Nazik iplər birləşib kəndir əmələ gətirdiyi kimi, kiçik günahlar da birləşib böyük günahlara çevrilir. == Xüsusuiyyətləri == Dəstəmaz alarkən suyu israf etmək, burunu sağ əllə təmizləmək, namazda əsnəmək,ayaqyolu ehtiyacı ola-ola namaz qılmaq məkruhdur. Dində bu cür halların haram buyurulmaması və Allah-Təalanın bizi daim günah işləməkdən qorumaq istəməsi onun bəndələrinə mərhəmətindən irəli gəlir.
Bəhruz (Kəleybər)
Bəhruz (fars. بهروز‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Məlumat yoxdur.
Bəhruz Abdullayev
Bəhruz Musa oğlu Abdullayev — Azərbaycan tarixçisi, əməkdar müəllim, tarix elmləri doktoru, professor, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Müdafiə Şurasının üzvü. Tərəqqi medallı, "Qabaqcıl təhsil işçisi", "Azərbaycan əməkdar müəllimi" dövlət mükafatları almış, bir çox fəxri fərman və təşəkkürlərə layiq görülmüşdür. == Həyatı == Bəhruz Abdullayev 17 dekabr 1935-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. Orta məktəbi kənddə bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. 1959-cu ildə Universiteti bitirdikdən sonra Elmlər Akademiyasının Tarix institutunda elmi işçi vəzifəsində çalışmışdır. == Elmi və pedaqoji fəaliyyəti == Azərbaycan Politexnik İnstitutunda pedaqoji fəaliyyət göstərmiş, sonralar pedaqoji fəaliyyətini Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda davam etdirmişdir. 1965-ci ildə tarix elmləri namizədi alımlik dərəcəsi almış və uzun müddət Azərbaycanın alı məktəblərində ictimai-siyasi fənlərdən mühazirələr oxumuşdur. 1985-ci ildə tarix elmləri doktoru alimlik dərəcəsi almışdır. Azərbaycan Politexnik İnstitutunda pedaqoji fəaliyyət göstərmiş, sonralar pedaqoji fəaliyyətini Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda davam etdirmişdir. 1965-ci ildə tarix elmləri namizədi alımlik dərəcəsi almış və uzun müddət Azərbaycanın alı məktəblərində ictimai-siyasi fənlərdən mühazirələr oxumuşdur.
Bəhruz Abuşov
Bəhruz Zabit oğlu Abuşov (18 iyun 1983, Nohurqışlaq, Qutqaşen rayonu – 8 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bəhruz Abuşov 1983-cü il iyunun 18-də Qəbələ rayonunun Nohurqışlaq kəndində anadan olub. 1989–2000-ci illərdə Nohurqışlaq kənd tam orta məktəbində təhsil alıb. 2000–2004-cü illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin mayoru olan Bəhruz Abuşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayılın, Hadrut qəsəbəsinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bəhruz Abuşov noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Qəbələ rayonunun Nohurqışlaq kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz Abuşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz Abuşov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz Abuşov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz Abuşov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bəhruz Abuşov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Bəhruz Atakişiyev
Bəhruz Atakişiyev (tam adı: Bəhruz Tofiq oğlu Atakişiyev; 23 noyabr 1961, Bakı, Azərbaycan SSR, SSRİ – 21 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1961-ci il noyabrın 23-də Bakıda anadan olmuşdur. 1968-ci ildə 199 nömrəli orta məktəbə qəbul olmuş, 1978-ci ildə həmin məktəbi bitirmişdir. 1979-1981-ci illərdə Rusiyanın Çita şəhərində həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmətdən sonra avtomobil dəstəsində sürücü işləmişdir.Subay idi. == Qanlı Yanvar faciəsi == Qardaşı Faiqin dediklərindən: Aldığı xəsarətlərdən yanvarın 21-də gündüz saatlarında vəfat etmişdir.[1]Şəhidlər xiyabanında dəfn olunub. == Ünvan == Bakı, Naxçıvani küçəsi, ev 6, mənzil 3. == Qeyd == ^ Rafiq Səməndər öz ktabında Bəhruzun gündüz saat 4 radələrində, Qulu Kəngərli isə öz kitabında Bəhruzun gündüz saat 6 radələrində vəfat etdiyini yazmışdır.
Bəhruz Axundov
Bəhruz Həsən oğlu Axundov — Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin sədri (2012), Yeni Azərbaycan Partiyasının, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Ağ­­­saq­­qallar Şurasının üzvü. == Həyatı == 1954-cü il yanvarın 2-də ziyalı ailəsində anadan olmuşdur. 1977-ci ildə ADU-nun (indi BDU) jurnalistika fakültəsini bitir­miş­dir. 1970-ci ildən əmək fəaliyyətinə başlamış, Ağdam rayon fəhlə-gənclər məktəbində, pio­ner və mək­təb­li­lər evin­də (1970–1973), Ağdam rayon Komsomol Komitəsində bölmə və şöbə müdiri, sonra isə raykomun katibi və ikinci katibi vəzifələrində (1973–1980) çalış­mış­­dır. 1981-ci ildən əmək fəaliyyəti Bakı şəhəri ilə bağlıdır. Bakı "Yeni kitab" mət­bəə­sində (son­ralar 3№-li mət­bəə), sonra isə "Kommunist" (indiki "Azərbaycan") nəşriy­ya­tın­da müx­­­təlif vəzifələrdə işlə­miş (1981–1984), Azərbaycan Respublikası Maarif Nazir­liyi (indi Təhsil Nazirliyi) mətbəəsinin direktoru (1985–1992) vəzifəsində çalışmışdır. 1992-ci ilin sonlarında Azərbaycanda yaradılan son, müstəqil Azərbaycanın isə ilk döv­lət nəşriyyatı olan "Təhsil"in yaradıcısı və direktoru olmuş, respublikada özəlləşdirmə proq­ramı həyata keçirilənədək bu vəzifədə çalışmışdır. 2007-ci ildən hal-hazıra qədər "Təh­sil Nəşriyyat-Poliqrafiya" MMC-nin təsisçisi və baş direktorudur. Onun rəhbərliyi ilə yüzlərlə adda dərslik və dərs vəsaiti, ictimai-siyasi, elmi-kütləvi, bə­dii-publisistik ədəbiyyatlar və akademik nəşrlər işıq üzü görmüşdür. Başçılıq etdiyi "Təhsil" nəşriyyatı ardıcıl olaraq 2005–2010-cu illərdə "İlin nəşriy­yatı", nəşr etdiyi kitab­la­rın bir çoxu "İlin kitabı" və s.
Bəhruz Dehqani
Behruz Dehqani — Behruz Təbrizi kimi də tanınan Cənubi Azərbaycanlı yazıçı, tərcüməçi və partizan Əşrəf Dehqani və Ruhəngiz Dehqaninin qardaşı və İran Xalq Fədai Partizanlar Təşkilatının məşhur üzvlərindən idi. O, SAVAK tərəfindən həbs ediləndən sonra, həbsxanada işgəncə və böyrəklərinin zədələnməsi səbəbindən öldürülüb.
Bəhruz Haqverdiyev
Aktyor == Həyatı == 1982-ci ildən Naxçıvan teatrında aktyor işləyir. Orta təhsillidir. 2000-ci ildə Naxçıvan MR. Əməkdar artisti fəxri adına layiq görülüb. Teatrda işlədiyi müddətdə H.Cavid "İblis"də Vasif, "Topal Teymur"da Ağbuğa, İ.Səfərli "Xeyir və Şər"də Xeyir, Ü.Hacıbəyov "Arşın mal alan"da Vəli, N.Həsənzadə "Atabəylər"də Ruz, İ.Əfəndiyev "Hökmdar və qızı "nda Əbülfət ağa, "Şeyx Xiyabani"də Həsən Soltan, H.Arzulu "Mərhəmət məhəbbət deyil"də Fərid, Ə.Əylisli "Vəzifə"də Əjdər, G.Xuqayev "Mənim qaynanam"da Elbrus, İ.Coşğun "Ana laylası"nda Musa, A.Babayev "Yarımçıq şəkil"də Rüfət, H.Arzulu "Əlincə qalası"nda Qasım, Ə.Əsgərov "Qız atası"nda Heydər, C.Məmmədquluzadə "Dəli yığıncağı"nda Şimrəli,Mir Cəlal "Dirilən adam"da Qiyas,A,Məmmədov "Həmyerlilər"də Sarı Sarızadə və s. rollar oynayıb. 9 may 2012-ci il tarixdə Əməkdar artist fəxri adına layiq görülmüşdür. 30 aprel 2014-cü ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Bəhruz Hümbətov
Bəhruz Hümbətov (Bəhruz Əli oğlu Hümbətov ; d. 26.11.1978, Ormeşən kəndi, Gürcüstan SSR) — İjevsk şəhər Dumasının deputatı. == Həyat və fəaliyyəti == Bəhruz Əli oğlu 1978-ci il noyabrın 26-da Dmanisi rayonunun Ormeşən kəndində anadan olub. Təhsili - ali hüquqi. Udmurt Dövlət Universitetinin Hüquq, Sosial İdarəetmə və Təhlükəsizlik İnstitutundan hüquq fəlsəfəsi üzrə magistr dərəcəsini bitirmişdir. === İctimai fəaliyyət === 2008-ci ildən - 2011-ci ilədək - Udmurtiya "Dostluq" İctimai Mərkəzinin regional ictimai təşkilatının sədri; 2008-ci ildən indiyədək - "Vahid Rusiya" (rus. Единая Россия) Partiyasının üzvü. 2008-ci ildən 2011-ci ilədək - Udmurt Respublikasında Federal Miqrasiya Xidməti İdarəsinin İctimai Məsləhət Şurasının üzvü. 2016-cı ildən indiyədək - Daxili İşlər Nazirliyi yanında Udmurt Respublikasının İctimai Şurasının üzvü. 2018-ci ilə qədər Rusiyada Azərbaycan Təşkilatları İttifaqının Federal Şurasının üzvü və Rusiyada, Moskvada azərbaycanlıların Federal Milli Mədəni Muxtariyyəti seçilib 2018-ci ildən İjevsk şəhər Dumasının deputatı.
Bəhruz Hüseyinov
Bəhruz Hüseyinov (17 yanvar 1994, Yolüstü, Salyan rayonu – 19 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri,Aprel döyüşlərinin iştirakçısı,Vətən Müharibəsi şəhidi. == Həyatı == Bəhruz Yavər oğlu Hüseynov 17 yanvar 1994-cü ildə Salyan rayonunun 1-ci varlı kəndində anadan olmuşdur. 2011-ci ildə Yolüstü kənd orta məktəbini bitirmiş və Azərbaycan Texniki Universitetinə qəbul olunmuşdur. == Hərbi xidməti == 2015-ci ildə universiteti bitirdikdən sonra Bəhruz hərbi xidmətə başlamışdır. O, hərbi xidmətdə tank taborunda tuşlayıcı operator olmuşdur. 2016-cı ildə Aprel döyüşləri zamanı Tərtər rayonu istiqamətində gedən döyüşlərdə şücaət göstərmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan İkinci Qarabağ müharibəsində tankçı olaraq ön cəbhə bölgəsinə göndərilmişdir. Füzuli, Cəbrayıl və Hadrut istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Oktyabrın 19-da Xocavənd rayonu Düdükçü kəndi üzərindəki yüksəkliklərin azad edilməsi uğrunda gedən döyüşlərdə düşmənin atdığı minaatan mərmisi nəticəsində həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz Hüseyinov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz Hüseyinov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Bəhruz Kəngərli
Bəhruz Kəngərli (tam adı: Bəhruz (Şamil) Şirəlibəy oğlu Kəngərli; 10 (22) yanvar 1892, Naxçıvan – 7 fevral 1922, Naxçıvan, Naxçıvan Sovet Sosialist Respublikası) — Azərbaycan rəngkarlıq sənətində ilk akademik rəsm üslubunda işləyərək realist əsərləri ilə novatorluğa yol açmış Azərbaycan rəssamı.Bəhruz Kəngərlinin 2000-ə yaxın mövzu və janr etibarilə müxtəlif və rəngarəng əsərlərindən ibarət bədii irsi geniş ictimaiyyətin diqqətini cəlb etmiş, ardıcıl olaraq toplanıb sərgi və muzey ekspozisiyalarının bəzəyinə çevrilmişdir. == Həyatı == === Erkən illəri === Bəhruz Kəngərli 1892-ci ilin yanvar ayının 22-də Naxçıvan şəhərində anadan olmuşdur. Rəssamın doğma anası Əziz xanım Bəhruzun körpəliyində vəfat edib, bundan sonra atası Şirəli bəy Şirin xanımla evlənib. Bu izdivacdan iki qızı — Tahirə və Mənsurə anadan olub. 1910-cu illərdə Şirəli bəyin vəfatından sonra Şirin xanım rəssamın əmisi Qədir ağaya kəbin edilib. Bu evlilikdən üç uşaq — Davud, Rüstəm və Gültac dünyaya gəlib.Atası Şirəli bəy gimnaziyada təhsil almış, fars və rus dillərini öyrənmiş, Şərq və Avropa ədəbiyyatı ilə tanış olmuş, qabaqcıl ziyalı kimi tanınmış, şəhər məhkəməsində tərcüməçi vəzifəsində işləmişdir. O, oğlunu "Xeyriyyə" adlı yeni tipli şəhər məktəbində oxumağa qoymuşdu. Bəhruz Kəngərli atasının evə gətirdiyi kitab və şəkilli kitablardan faydalanır, kiçik yaşlarından rəsm çəkməyə maraq göstərir, şəkillərin surətini çıxarmaqla məşğul olur, rus dilini öyrənərək özünün bilik səviyyəsini artırmağa çalışır. Kiçik ikən eşitmə qabiliyyətini itirən Bəhruz özünün xəyal aləminə qapılaraq bütün vaxtını şəkil çəkməyə sərf edir. Atasının abunəçi olduğu "Molla Nəsrəddin" jurnalını varaqlamaq Bəhruzun mənəvi aləminə qida verir.
Bəhruz Mansurov
Mənsurov Bəhruz Qəhrəman oğlu (13 mart 1975, Telavar, Yardımlı rayonu – 16 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı həlak olub. == Həyatı == Bəhruz Mənsurov 1975-ci il 13 mart tarixində Yardımlı rayonunun Telavar kəndində doğulmuşdur. 1993-cü ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin sərhəd qoşunları fakültəsinə daxil olmuşdur. 1995-ci il Mart hadisələri baş verərkən ordu sıralarında xidmət edirdi. 13-17 mart hadisələri zamanı həlak olub. == Ailəsi == Subay idi. == Milli Qəhrəman == Azərbaycan Respublikası Prezidentinin 04 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Mənsurov Bəhruz Qəhrəman oğlu ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür.Yardımlı rayonunun Telavar kəndində dəfn edilib. Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin 16-cı zastavası Bəhruz Mənsurovun adını daşıyır. Oxuduğu orta məktəb onun adını daşıyır. Sumqayıtın 16-cı mikrorayonunda yerləşən bulaq-abidə kompleksi onun adını daşıyır.
Bəhruz Məhərrəmov
Bəhruz Abdurrəhman oğlu Məhərrəmov (22 avqust 1983 və ya 1983, Ağabağı, Zərdab rayonu) — hüquqşünas alim, hüquq üzrə fəlsəfə doktoru, dosent. Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatı, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü. == Həyatı == Bəhruz Məhərrəmov 22 avqust 1983-cü ildə Zərdab rayonunun Ağabağı kəndində anadan olub. Rayonun Ağabağı və Gəndəbil kənd məktəblərində, 1996-cı ildən isə Bakı şəhər 194 saylı və paytaxtda məskunlaşmış Zəngilan rayon 24 saylı məktəblərdə təhsil alıb. 2000–2004-cü illərdə BDU Jurnalistika fakültəsində təhsil alıb. 2007–2011-ci illərdə BDU Hüquq fakültəsinin tam ali təhsil kursunu başa vurmuş, 2012–2015-ci illərdə BDU Hüquq fakültəsinin Hüquq üzrə fəlsəfə doktoru proqramı üzrə Doktoranturada təhsil alımış, "Avropa İnsan hüquqları məhkəməsinin qərarlarının milli məhkəmələr tərəfindən tətbiqi" mövzusunda dissertasiya işi müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2018-ci ildə Prezident yanında Ali attestasiya komissiyasının qərarı ilə dosent elmi adı almışdır. 2004–2005-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sülhməramlı bölüyünün tərkibində İraq respublikasında ABŞ Dəniz Piyadalari korpusunda hərbi xidmətdə olub. Hazırda BDU hüquq fakültəsinin Hüquq üzrə elmlər doktoru proqramı üzrə doktorantıdır, İnsan hüquqları, İnformasiya hüququ sahəsində elmi araşdırmalar aparır. 2012-ci ildən BDU hüquq fakültəsində elmi-pedaqoji fəaliyyətlə məşğuldur.
Bəhruz Məmmədov
Bəhruz Tahir oğlu Məmmədov (7 sentyabr 1991; Xaldan, Yevlax rayonu, Azərbaycan — 9 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bəhruz Məmmədov 7 sentyabr 1991-ci ildə Yevlax rayonu Xaldan kəndində anadan olmuşdur. Yevlax rayonunun Salamabad kənd qeydiyyatında idi. Orta təhsilini Yevlax rayon Xaldan kənd tam orta məktəbində təhsil almışdır. Yüksək nəticələr əldə etdiyinə görə eksternat imtahan yolu ilə 2-ci sinifdən 4-cü sinifə keçmişdir. Respublika üzrə rəsm müsabiqələrini qazanmış, fənn olimpiadalarında bir neçə dəfə iştirak edərək yüksək nəticələr əldə etmişdir. Məşğuliyyətlərinin arasında rəsm və şeir yazmaq da var idi. Təhsilindəki müvəffəqiyyətlərə və ictimai fəaliyyətinə görə Zahid Şöyübov adına təqaüdə layiq görülmüşdür. Onun haqqında KİV-də məlumatlar verilmişdir. 2009-cu ildə məktəbi bitirən Bəhruz Məmmədov 571 balla Azərbaycan Dövlət İqtisad Universitetinin Əmtəəşünaslıq fakültəsinin “İstehlak mallarının ekspertizası və marketinqi” ixtisasına qəbul olmuşdur.
Bəhruz Mənsurov
Mənsurov Bəhruz Qəhrəman oğlu (13 mart 1975, Telavar, Yardımlı rayonu – 16 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı həlak olub. == Həyatı == Bəhruz Mənsurov 1975-ci il 13 mart tarixində Yardımlı rayonunun Telavar kəndində doğulmuşdur. 1993-cü ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin sərhəd qoşunları fakültəsinə daxil olmuşdur. 1995-ci il Mart hadisələri baş verərkən ordu sıralarında xidmət edirdi. 13-17 mart hadisələri zamanı həlak olub. == Ailəsi == Subay idi. == Milli Qəhrəman == Azərbaycan Respublikası Prezidentinin 04 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Mənsurov Bəhruz Qəhrəman oğlu ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür.Yardımlı rayonunun Telavar kəndində dəfn edilib. Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin 16-cı zastavası Bəhruz Mənsurovun adını daşıyır. Oxuduğu orta məktəb onun adını daşıyır. Sumqayıtın 16-cı mikrorayonunda yerləşən bulaq-abidə kompleksi onun adını daşıyır.
Bəhruz Nuriyev
Bəhruz Nuriyev — əfsanəvi döyüşçü, "Azərbaycan Bayrağı" ordeni kavaleri. == Həyatı == Bəhruz Allahverdi oğlu Nuriyev 1971-ci il iyulun 7-də Ağdam rayonunun Kəngərli kəndində anadan olub. Bakı şəhəri, Nizami rayonu, 250 saylı orta məktəbi bitirib. Həvəskar rəssam olub, lakin çəkdiyi rəsmlər peşəkar rəssamların da diqqətini cəlb edib. Yüksək musiqi duyumlu Bəhruz həm də idmanın karate və boks növləri ilə məşğul olub. 1987-ci ildə Texniki Universitetin mexanika fakültəsinin gecə şöbəsinə qəbul olunub. 1989-cu ilin dekabrında hərbi xidmətə gedib. Lakin 1990-cı il, 20 yanvar hadisələrindən sonra rus ordusuna xidmətdən imtina edərək xidmətini Gəncədə davam etdirib. Sonradan könüllü müdafiə dəstəsinə qoşulan Bəhruzun döyüş yolu Ağstafa rayonunun Köhnəqışlaq, Tovuzun Əlibəyli kəndlərindən, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Ağdərənin müxtəlif bölgələrindən keçib. 1993-cü il, iyun 07-də Ağdərə döyüşlərində 30 erməni yaraqlısını qətlə yetirib, sonda isə özü şəhid olub.
Bəhruz Nəcəfov
Bəhruz Əli oğlu Nəcəfov (9 mart 1996, İkinci Qaralı, Neftçala rayonu – 8 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Bəhruz Nəcəfov 9 mart 1996-cı il tarixində Neftçala rayonu İkinci Qaralı kəndində anadan olmuşdur. 2003-cü ildə Neftçala rayon Qaralı rayon kənd məktəbində 1-ci sinfə başlamışdır. 2011-ci ildə həmin məktəbin məzunu olmuşdur. Bəhruz 2011-ci ildə Oryad qəsəbəsində peşə məktəbində təhsilini davam etdirmişdir. 2013-cü ilin iyun ayında peşə məktəbini bitirmişdir. Bəhruz və qardaşı Mənsum hər iki valideynini itirdiyi üçün 2008-ci ildə dayısı onları öz himayəsinə götürmüşdür. == Hərbi xidməti == Bəhruz Nəcəfov 2013-cü ildə Neftçala RHK-dan hərbi xidmətə yollanmışdır. 2016-cı ilin yanvar ayında isə hərbi xidmətini bitirmişdir. 29 sentyabr 2020-ci il tarixində Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı hərbi səfərbərliyə çağırılaraq, müharibədə iştirak etmişdir.
Bəhruz Pənahi
Bəhruz Pənahi (d. 23 iyul 1953, Bakı) — Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun şöbə rəhbəri, geologiya-mineralogiya elmləri doktoru. == Həyatı == Bəhruz Pənahi 23 iyul 1953-cü ildə Bakıda anadan olub.
Bəhruz Quliyev
Bəhruz Quliyev (Bəhruz Vaqif oğlu Quliyev; 20 yanvar 1973, Qarababa, Şahbuz rayonu) — Azərbaycanlı jurnalist, alim, fəlsəfə üzrə fəlsəfə doktoru, siyasi ekspert, "Səs" qəzetinin baş redaktoru (2005—h.h.); Səs Media Qrupunun təsiscisi və rəhbəri (2008—h.h.); == Həyatı == Bəhruz Vaqif oğlu Quliyev 20 yanvar 1973-cü ildə Azərbaycan SSR, Naxçıvan MSSR, Şahbuz rayonu, Qarababa kəndində anadan olub. 1980–87-ci illərdə kənd orta məktəbində oxuyub. 1987–88-ci illərdə Ordubad rayon internat məktəbində, 1988–90-cı illərdə Bakıda 1№li fizika-riyaziyyat təmayüllü internat məktəbinində oxuyub. 1990-cı ildə İnşaat-Mühəndisləri İnstitutunun qiyabi şöbəsinə daxil olub, iş fəaliyyətinə başlayıb. 1992–96-cı illərdə hərbi xidmətdə olub. 1998-ci ildə universiteti davam etdirib, 2002-ci ildə Memarlıq və İnşaat Universitetini bitirib. 2005–2008-ci illərdə ikinci ali təhsil olaraq, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb, 2014-cü ildən fəlsəfə üzrə fəlsəfə doktorudur. 1997-ci ildən "Səs" qəzetində jurnalist kimi fəaliyyətə başlayıb, 1998-ci ildən müxbir, 2000-ci ildə məsul katib, 2001-ci ildə baş redaktor müavini kimi çalışıb. Hal-hazırda 2005-ci ildən etibarən "Səs" qəzetinin baş redaktorudur.Eyni zamanda, 2008-ci ildən "Səs" Media Qrupunu yaradıb. Qrupun tərkibində "Səs" İnformasiya Agentliyi (sia.az), 2011-ci ildə isə "SəsTv" İnternet Televiziyası (sestv.az) və bir neçə internet portalı fəaliyyət göstərir.Onlarla məqalə və elmi məqalələrin müəllifi, müxtəlif beynəlxalq konfransların və seminarların iştirakçısıdır.
Bəhruz Qəndilov
Bəhruz Seyfəddin oğlu Qəndilov — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == 1958-ci il dekabrın 21-də Bakı şəhərində anadan olmuşdur. Ümumittifaq Kinematoqrafıya İnstitutunun iqtisadiyyat fakültəsini bitirmişdir. Fəlsəfə elmləri doktoru, professor (2008). Rus və ingilis dillərini bilir. Evlidir, 3 övladı var. == Siyasi fəaliyyəti == Bitərəfdir. 2000-ci il noyabrın 5-də 34 saylı Tərtər-Yevlax-Ağdaş-Göyçay seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü olmuşdur.
Bəhruz Tağızadə
Bəhruz Azər oğlu Tağızadə (14 sentyabr 1999, Qax rayonu – 8 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Bəhruz Tağızadə 14 sentyabr 1999-cu ildə Qax rayonunda anadan olmuşdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Bəhruz Tağızadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Hadrutun və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Bəhruz Tağızadə 8 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. 16 noyabr 2020-ci ildə dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz Tağızadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz Tağızadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz Tağızadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Bəhruz Vaqifoğlu
Bəhruz Vaqif oğlu Əhmədli (25 oktyabr 1982, Zəngilan) — Azərbaycanın teatr və kino aktyoru, teatr rejissoru, Azərbaycanın əməkdar artisti (2016). == Həyatı == Bəhruz Vaqifoğlu (Əhmədli) 25 oktyabr 1982-ci ildə Zəngilan rayonunda anadan olub. 1988-1993-cü illərdə Zəngilan rayonu 1 saylı orta məktəbdə, 1993-2000-ci illərdə isə Bakı şəhəri 177 saylı orta məktəbdə orta təhsil almışdır. 2002-2003-cü illərdə hərbi xidmətdə olub. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor sənəti" fakültəsində musiqili teatr rejissoru ixtisası üzrə rejissor Faiq Zöhrabovun kursunda ali təhsil almışdır. == Fəaliyyəti == Fəaliyyətinin ilk illərində Vahid Əliyevin rəhbərlik etdiyi dram dərnəyində aktyorluq sənətində ilk addımlarını atmış, sonra isə Nərimanov rayonu Uşaq Yaradıcılıq Mərkəzində İmran Vahabovun rəhbərlik etdiyi dram dərnəyinin üzvü olmuşdur. 2003–2005-ci illərdə Nəsibə Zeynalova adına "Cənnət" xalq teatrında, 2005—2006-cı illərdə 1 illik müqavilə əsasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor çalışmışdır. 2006-cı ildən Azərbaycan Dövlət Pantomim Teatrında aktyor kimi çalışır. 2009-cu ildən etibarən həmin teatrda paralel olaraq rejissor kimi də fəaliyyət göstərir. Bəhruz Vaqifoğlu Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə çəkilmiş, habelə "Günaydın, mələyim", "Cavad xan", "Vəkil hanı?", "Çölçü", "Dərvişin qeydləri", "Yarımçıq xatirələr" kimi ekran əsərlərində maraqlı rollar yaratmışdır.
Bəhruz Vüsuqi
Xəlil Vüsuqi və ya səhnə adı ilə Bəhruz Vüsuqi – (fars. بهروز وثوقی‎, 11 mart 1938, Xoy, İran) — İranlı aktyor. == Həyatı == Bəhruz Vüsuqi 1938-ci ildə İranın Xoy (Khoy) şəhərində anadan olub. O, İran İslam İnqilabından (1979) qabaq, İranın ən məşhur aktyorlarından biri hesab edilirdi. İnqilabdan təxminən iki il sonra Amerikaya köçərək burada məskunlaşan aktyor, bir daha İrana qayıtmamışdır. Hal-hazırda Amerikada yaşayan Bəhruz Vüsuqi kinematoqrafiya sahəsindən uzaqlaşmışdır. 1975-ci ildə tanınmış müğənni və aktrisa Ququşla ailə həyatı qursa da bu evlilik çox çəkməmiş, cütlük 1976-cı ildə evliliklərini sonlandırmışdılar. Amerikaya köçdükdən sonra burada ikinci dəfə ailə həyatı quran Bəhruz Vüsuqinin bu evlilikdən 2 övladı var. == Karyerası == Karyerasına Samuel Xaçikyanın "Toofan dar Shahre Ma" (azərb. Şəhərimizdəki fıtına‎) filmi ilə başlayan aktyor daha sonra 1962-ci ildə rejissor Abbas Şabavizin "Gole gomshodeh" (azərb.
Feyruz
Feyruz (ərəb. فيروز‎, əsl adı Nühad Vədi Həddad ərəb. نهاد وديع حداد‎; d. 21 noyabr 1935) — livanlı müğənni, ərəb dünyasının yaşayan müğənniləri arasında ən sevilən və hörmətlisidir. Onun mahnıları bütün regionda populyardır.O, ilk olaraq 1957-ci ildə Bəəlbək Beynəlxalq Festivalının "Livan gecələri" bölməsində ifa etdiyi mahnılarla yaddaşlarda qalmış və məşhurluq qazanmışdır. Feyruz "Ulduzların səfiri", "Ayın qonşusu" (Maşğara Ayı haqqındakı mahnısına görə) və "Livanın cəvahiratı" adları ilə tanınır. == Həyatı == Nühad Həddadın atası Türkiyənin Mardin əyalətindən olan və Süryani pravoslavlığına etiqad edən, lakin sonradan maruniliyi qəbul edən kitab çapçısı Vədi Həddad, anası isə maruni xristian Liza əl-Bustanidir. 1935-ci ildə onlar Beyruta köçürlər. Ailədə 4 uşaq idilər: Nühad, Yusif, Huda və Amal. Nühad utancaq uşaq idi və məktəbdə çox dostu yox idi.
Mehriz
Mehriz — İranın Yəzd ostanının şəhərlərindən və Mehriz şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 26 364 nəfər və ya 6 954 ailədən ibarət idi.
Meleuz
Meleuz — Rusiya Federasiyasında yerləşən şəhər Başqırdıstan Respublikasına daxildir
Mərküz
Mərküz (digər adı: Marğız) — qədim əkinçilik aləti == Haqqında == Tarlanın əkinə hazırlanmasında, arx və ləklər arasında tirələrin çəkilməsində işlədilirdi. Əsasən, dördkünc, qismən oval formalı dəmir tiyədən, ağac sapdan və tiyənin üz tərəfindəki iki dəmirhalqadan ibarətdir. Dəmir halqalara kiçik ağac parçasına bağlanmış kəndir keçirilir və iki nəfər tərəfindən işlədilirdi. Azərbaycanda (xüsusilə, Naxçıvan diyarında) qədimdən geniş yayılmış Mərküzdən hazırda həyətyanı təsərrüfatlada istifadə edilir. == Ədəbiyyat == Cavadov Q.C., XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanın əkinçilik alətləri,Bakı,1979 == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 319. ISBN 5-8066-1468-9.
Behruz Dehqani
Behruz Dehqani — Behruz Təbrizi kimi də tanınan Cənubi Azərbaycanlı yazıçı, tərcüməçi və partizan Əşrəf Dehqani və Ruhəngiz Dehqaninin qardaşı və İran Xalq Fədai Partizanlar Təşkilatının məşhur üzvlərindən idi. O, SAVAK tərəfindən həbs ediləndən sonra, həbsxanada işgəncə və böyrəklərinin zədələnməsi səbəbindən öldürülüb.
Behruz Maqsudlu
Behruz Maqsudlu- Arxitektor, qrafik dizayner, yazıçı, prodüser və rejissor Maqsudlu Gürgan Hava Limanı və Sari Dəşti Naz Hava Limanı kimi binaların dizaynın və tikintisin etmişdir.
Behruz Təbrizi
Behruz Dehqani — Behruz Təbrizi kimi də tanınan Cənubi Azərbaycanlı yazıçı, tərcüməçi və partizan Əşrəf Dehqani və Ruhəngiz Dehqaninin qardaşı və İran Xalq Fədai Partizanlar Təşkilatının məşhur üzvlərindən idi. O, SAVAK tərəfindən həbs ediləndən sonra, həbsxanada işgəncə və böyrəklərinin zədələnməsi səbəbindən öldürülüb.