Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məzar
Məzar, Qəbir — İnsanların ölərkən basdırıldığı yer. Məzarların toplu olaraq olduğu yer isə məzarlıq adlanır. == Qəbrin növləri == Kurqan Küp qəbir == Dinlərdə qəbir və dəfn == Bir çox dinlərdə qəbir ölən insanın axirətə keçidi üçün mühüm mərhələ hesab olunur.
Məzar qartalı
Məzar qartalı (lat. Aquila heliaca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Qanadları enli, böyük qartaldır. Ümumi rəngi tünd-qonurdur. Amma başında sarı “papağı”, çiyinlərində isə ağ xallar birləşib, uzunsov "güzgü" əmələ gətirib. Səsi it hürməsini xatırladır. == Yayılması == Avropada və Asiyada yayılıb, qışlamaq üçün Afrikaya qədər miqrasiya edir. Azərbaycanda dağətəyi sahələrdə nəsil verir, düzənlərdə qışlayır. == Yaşayış yeri və həyat tərzi == Qaya, yarğan və seyrək ağac olan sahələrdə nəsil verir.
Ahlat məzar daşları
Ahlatda yüzlərlə məzar daşı torpaq üzərində, ondan daha çoxu da torpaqaltındadır. Bunlar türk plastik sənətinin meydana gətirdiyi saysız nümunələrdir. Ümumiyyətlə 1203–1300 illərinə tarixlənən bu əsərlər üzərində Axa sözcüyünə rast gəlinməkdədir. Bu söz o dövrlərdə türklərə yaraşdırılan bir sifətdir. Bu məzar daşları eyni zamanda Şərq Anadolu və xüsusilə Ahlat tarixini işıqlandırmaqdadır. Ahlat məzar daşları çölümüzü tüf daşından edilmişlər. Ayrıca sandığalar silindr, sütun formasında və üç parçadan meydana gəlmiş üzəri açıq nümunələrdir. Bunun yanında gəmi formasında və düzbucaqlı prizma formasında tək parça daşdan oyularaq edilmiş nümunələr də var. Ahlat məzar daşları üç ana qrupda toplanmaqdadırlar: == Çatma qəbirlər == Çatma qəbirlər boz tüf daşıdan kəsilmiş iki uzun lövhənin, üst kənarlarda bir bucaq meydana gətirəcək şəkildə bir-birləriylə bağlanmasıyla meydana gəlməkdədir. Bu qəbirlərdə baş və ayaq ucları üçbucaq formalı boşluqların önünə qoyulan kiçik daş bloklardan meydana gəlmişdir.
Hakkari məzar daşları
Hakkari məzar daşları - Türkiyənin Hakkari şəhərində tapıntı.1998-ci ilin iyulunda Hakkari şəhər mərkəzində Hakkari Qalasının şimal ətəklərində bir təsadüflə obelisklər tapıldı. Hadisəyə qısa zamanda əl qoyan arxeoloqlar sayı 13-ə çatan bu daşların ilk tikildikləri günkü vəziyyətlərini qoruduqlarını müəyyən etdilər. Torpaq zəminə, kürəkləri qayalığa gələcək şəkildə yan-yana və qismən də arxa arxaya düzülmüşlər idi.Prof. Dr. Vəli Sevinin Hakkaridə etdiyi qazıntıda M.Ö. 1200-cü illərə aid "Balbal" adı verilən Türklərin istifadə etdiyi məzar daşları tapıldı. Türklərin "M.Ö. 1200-cü illərdə bu bölgədə yaşadıqlarını" sübut edən çox əhəmiyyətli bir tapıldı xüsusiyyətini daşıyan məzar daşlarıdır. Prof. Dr. Halaçoğlu, Hakkaridə edilən qazıntılarda M.Ö. 1200-cü illərə aid "Balbal" adı verilən Türklərin istifadə etdiyi məzar daşları tapıldığını ifadə edərək, bunları qeyd etdi: "Balballar, üzərində Türk motivləri olan, Orta Asiya Türk dünyasında tez-tez rast gəlinən Göytürk əvvəlinə aid məzar daşlarıdır. Anadoluda ilk dəfə bu cür bir fiqura rast gəlindi.
Tunceli məzar daşları
Tuncəli ətrafında, xüsusilə Ulukale yaxınında Ağqoyunlu və Qaraqoyunlu dövrlərindən qalma məzar daşları var. Bu məzar daşları XV-XVII əsrlərdə bölgədə edilmiş qoç və at motivli məzar daşlarının ən erkən nümunələridir. Ağqoyunlu və Qaraqoyunlu dövrlərinə aid məzar daşları kafi şəkildə nəşr olunmamışdır. Bölgəyə hakim olan Ağqoyunlular buradakı varlıqlarını göstərən sənədlərdir. Bu cür məzar daşları blok daşlar oyularaq meydana gətirilmişdir. Əksəriyyətlə qoyun və at motivləri işlənmişdir. Ayrıca blok halında şaquli sütunlar olaraq da məzar daşları edilmişdir. Bu daşlarda diqqəti çəkən bir nöqtə isə üzərlərində bir yazı və ya kimə aid olduqlarını ifadə edən bir məlumatın olmamasıdır. Tuncəli məzar daşları Səlcuqluların Ahlat məzar daşları ilə şəkil və forma olaraq yaxınlıq göstərməkdədir. Ancaq Ahlat məzar daşlarında kitabələr olmasına baxmayaraq, buradakı məzar daşlarında yazıya yer verilməmişdir.
Tuncəli məzar daşları
Tuncəli ətrafında, xüsusilə Ulukale yaxınında Ağqoyunlu və Qaraqoyunlu dövrlərindən qalma məzar daşları var. Bu məzar daşları XV-XVII əsrlərdə bölgədə edilmiş qoç və at motivli məzar daşlarının ən erkən nümunələridir. Ağqoyunlu və Qaraqoyunlu dövrlərinə aid məzar daşları kafi şəkildə nəşr olunmamışdır. Bölgəyə hakim olan Ağqoyunlular buradakı varlıqlarını göstərən sənədlərdir. Bu cür məzar daşları blok daşlar oyularaq meydana gətirilmişdir. Əksəriyyətlə qoyun və at motivləri işlənmişdir. Ayrıca blok halında şaquli sütunlar olaraq da məzar daşları edilmişdir. Bu daşlarda diqqəti çəkən bir nöqtə isə üzərlərində bir yazı və ya kimə aid olduqlarını ifadə edən bir məlumatın olmamasıdır. Tuncəli məzar daşları Səlcuqluların Ahlat məzar daşları ilə şəkil və forma olaraq yaxınlıq göstərməkdədir. Ancaq Ahlat məzar daşlarında kitabələr olmasına baxmayaraq, buradakı məzar daşlarında yazıya yer verilməmişdir.
Xocalı məzar düzü
Xocalı məzar düzü — Şuşa yaxınlığında yerləşən, yüzdən artıq kurqandan ibarət qədim qəbiristanlıq .Müxtəlif formada və ölçüdə yüzdən artıq kurqandan ibarət analoqu olmayan böyük qədim qəbiristanlıq Şuşa yaxınlığında aşkar olunub, tədqiq edilmişdir. Orada çoxlu sayda daş qutu qəbir abidələri aşkar edilmişdir. Qədim qəbiristanlıq e.ə.II minilliyin son əsrlərindən e.ə. VIII-VII əsrlərə qədər uzun müddət mövcud olmuşdur. Ən sonuncular daş qəbir qutularının üzərində olan daş təpəli kurqanlardır. Onların içində bir çox maraqlı inventar aşkar olunmuşdur. Burada Assuriya şirli keramikası və çar Adadnerarinin adının yazılı olduğu mixi yazılı muncuq dənəsi tapılmışdır. Bundan başqa, Assuriya çarının şirli mücrüsü də aşkar olunmuşdur. Son dəfnlərin tarixi bu əşyalara görə qoyulmuşdur.Nerkin-Qaratan kəndi yaxınlığında bir neçə daş qutudan ibarət başqa bir qədim qəbiristanlıqda e.ə. VII-VI əsrlərə aid skiftipli oxlar aşkar edilmişdir.
İspan məzar qartalı
İspan məzar qartalı (lat. Aquila adalberti) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü.
Adsız məzar (film, 2006)
Adsız məzar qısametrajlı sənədli filmi rejissor Kəmalə Musazadə tərəfindən 2006-cı ildə çəkilmişdir. Film "Muğam Film"də istehsal edilmişdir. Film xanəndə, bəstəkar, musiqi xadimi. Azərbaycanın xalq artisti, Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri Cabbar Qaryağdıoğlunun həyat və yardıcılığından bəhs edir. Film görkəmli muğam ustasının 145 illiyinə həsr olunub. == Məzmun == Film xanəndə, bəstəkar, musiqi xadimi. Azərbaycanın xalq artisti, Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri Cabbar Qaryağdıoğlunun həyat və yardıcılığından bəhs edir. Film görkəmli muğam ustasının 145 illiyinə həsr olunub. Cabbar Qaryağdıoğlu XIX əsrin II yarısında yetişən və musiqi tariximizdə ən görkəmli rol oynayan sənətkarlardan biridir. Xalqın içərisindən çıxmış bu sənətkar özünün bütün mənalı həyatını klassik Azərbaycan musiqisinin inkişafına həsr etmişdir.
Meduza
Meduza — hidroidlər sinifinə daxil beyinləri olmayan canlılar. Meduzalar şəffaf görünüşləri ilə diqqət cəlb edir.
Memuar
Xatirə yaxud memuar — oçerk kimi faktiki həyat materialı və sənədlilik əsasında yazılır. Amma oçerkdən fərqli olaraq, xatirədə konkret bir şəxsdən bəhs etmək məhdudiyyəti yoxdur. Xatirədə əsas şərt müəllifin iştirak etdiyi, şahidi olduğu hadisələri təsvir etməkdir. Bundan əlavə, xatirədə həcm məhdudiyyəti də yoxdur. Xatirə həcmcə oçerkdən xeyli böyük də ola bilər. C.MəmmədquIuzadənin "Xatiratım", A.Şaiqin"Keçmiş günlər", Ö.F.Nemanzadənin "Xatirələrim", S.Rüstəmin "Unudulmaz müəllim", M.Hüseynin "Bir ay, bir gün", Anarın "Sizsiz" əsərləri xatirə nümunələridir. Dəqiqlik, tarixi həqiqətin gözlənilməsi memuar janrının mühüm xüsusiyyətləridir. Bu janrda yazılan əsərlərdə şəxsiyyətlərə, hadisələrə müəyyən fərqli yanaşmalar da ola bilər.
Mezuza
Mezuza (idiş מזוזה‎) İvrit sözü olan mezuza "qapı yamacı" deməkdir. Mezuza, qapıya vurulan ağac, plastik, metal şüşə və analoji materiallardan hazırlanmış bir parçadır. == Məzmunu == Soldan sağa tikilən bu parça, Tövratın Devarim (6: 4–9 və 11: 13–21) bölümlərində Şema və Veaya mətnlərini ehtiva edir. İstifadə olunan parça adətən bir heyvanın dərisindən hazırlanır. Orfoqrafiya qaydaları Sefer Tora proqram qaydaları ilə eynidır. Mezuza parçaları əl ilə yazılır, mətbəə yazıları istifadə edilə bilməz. Mezuzanın xarici tərəfində müqəddəs bir məna verən "Şaday" yəni "hər şeyə qadir" ifadəsi qeyd edilir. "Şaday" eyni zamanda "Şomer Dlatot Yisrael" yəni, "İsrail qapılarının keşikçisi və ya qoruyucusu" sözlərinin baş hərflərindən ibarətdir. == Forması == Yəhudi evlərinin giriş qapısının sağ tərəfində, Tövratdan olan mətnlərdən ibarət qoyulmuş bir qutu və evin qapısına ilişdirilmiş bir qutu parçası. İvrit dilində "mezuza" qapıya yapışdırılan və ya quraşdırılan yamaca deyilir.
Saçaqlı meduzlar
Saçaqlı meduzalar (lat. Stauromedusae), dalayıcılar tipinin polipmeduzalar (Staurozoa) sinfinə aiddir. Bura 4 fəsilə aiddir. Bu qrupa daxil olan növlər adətən soyuq sularda sahil xəttinə yaxın yerlərdə rast gəlinir.
Meduza (Karavacco)
Meduza (ing. Medusa)— Mikelancelo Merisi de Karavacco tərəfindən 1598-1599-cu illərdə ərsəyə gətirilən rəsm əsəri. Karavacco rəsm üzərində "falçı qadın" və "fırıldaqçılar" adlı əsərləri ilə eyni dövrdə işləmişdir. Əsər ona himayədarlıq edən Kardinal del Montenin sifarişi əsasında Medici ailəsinə hədiyyə olaraq çəkilmiş və hədiyə verildiyi gündən etibarən Florensiyanı tərk etməmişdir. == Təsviri == Karavacco Meduzanı ərsəyə gətirərkən Leonardo da Vinçinin qalxan üzərində rəsm etdiyi Meduza rəsmindən təsirlənmişdi. Mənbələrdə Da Vinçinin "Meduza"sının da Medici ailəsinin kolleksiyasına daxil edildiyi haqqında məlumatlar vardır. Rəsm qalxan üzərinə keçirilmiş kətana çəkilmişdir. Kətan üzərində Meduzanın gövdəsindən ayrılmış başı və boynundan fışqıran qanlar rəsm edilmişdir. Əsər qədim yunan əfsanəsinə söykənməkdədir. Əfsanəyə görə antik dəniz tanrı və tanrıçası olan Fork və Ketonun qızı Meduza o qədər gözəl idi ki, adanın bütün kişiləri ona aşiq olmuşdu.
Meduza gölü
Meduza adası (ing. Jellyfish Lake) — Qayalı adalar arxipelaqında yerləşən göl. Meduza gölü Eyl Malk adasının cənubunda yerləşir. Gölün uzunluğu 460 m, eni 160 m təşkil edir. Su səthinin sahəsi 0,057 km²-dir. Göl öz növbədində meromitik su tutarı azmaz şor suludur. Göl Sakit okeandan eni 200 metr olan ensiz quru xəttlə ayrılır. Dərinliyi 50 metrdir. Göl 12 min il öncə yer səthinin hərəkəti nəticəsində formalaşmışdırGöldə iki növ meduza vardır — qızılı (Mastigias papua) və ay (Aurelia). Göldə təbii düşmənlərinin olmaması səbəbindən sayı 2 mln başa çatmışdır.
Qorqona Meduza
Qorqona Meduza (yun. Μέδουσα (Meduza), γοργόνες (qorqones), Γοργώ (Qorqo)) — qədim yunan mifologiyasında əcaib ilan saçları olan qadın, gözlərinə baxan hər şeyi daşa döndərən məxluq. Fork və Ketonun kiçik qızı. (Digər əfsanəyə görə Qorqonun qızı). Yeganə ölümlü qorqona. == Mənşəyi == Meduza dünyaya çox gözəl bir qız olaraq gəlmişdi, Afina onu gözəlliyinə, xüsusən yaraşıqlı saçlarına görə çox qısqanırmış. Poseydon Meduzanın gözəlliyindən başını itirdiyindən, quş cildinə girərək onun könlünü alır və Afina məbədində ona təcavüz edir. Bundan qəzəblənən Afina onun saçlarını hidralara çevirir. == Ölümü == === Persey və meduza === Bir dəfə Persey artıq gənc yaşında ikən çar Polidekt onu təşkil etdiyi "at məclisinə" dəvət edir. O vaxtki ənənəyə görə məclisə dəvət olunan hər bir kəs çara at hədiyyə etməli imiş.
Meduza akvariumu
Meduzarium və ya meduza akvariumu – meduzaların saxlanılması üçün nəzərdə tutulmuş akvarium növü. == Meduzariumlar == Dünyada ən böyük meduzarium Yaponiyanın Yamaqata prefekturasının Tsuruoka şəhərindəki Kamo Akvariumunda yerləşir. Burada 60-dan çox meduza növü saxlanılır və ən zəngin meduza kolleksiyasına görə Ginnesin Rekordlar Kitabına düşmüşdür. Fransada yerləşən Paris Akvariumunda Avropanın ən böyük medizariumlarından biri yerləşir. Honkonqda yerləşən Okean Parkındakı meduzariumda 1000-dən çox meduza sərgilənir və cənub-şərqi Asiyanın ilk meduza sərgisi burada baş tutmuşdur.ABŞ-nin ən böyük medizariumu Kaliforniya ştatındakı Monterey Körfəzi Akvariumunda yerləşir. Bu medizarium bir müddət dünyanın ən böyük meduza kolleksiyasına malik idi və ABŞ-da meduzariumların populyarlaşmasının qabaqcılı olmuşdur.
Meduza salı (rəsm)
Meduza salı (fr. Le Radeau de La Méduse) — romantizm dövrünün ən tanınmış nümayəndələrindən biri olan fransız rəssamı Teodor Jerikonun rəsm əsəri. Rəsmin yaradılmasına səbəb 1816-cı ilin iyulunda ”Meduza” freqatının qəzaya uğraması olmuşdur. Beləki 1816-cı il 2 iyul tarixində Mavritaniya sahillərindən yan alan “Meduza” freqatı 5 iyulda qəzaya uğrayır. Qəza nəticəsində 147 nəfər ekipaj üzvü tərk edərək sala mindirilmişdir. 15 nəfərdən savayı qalan hamı xilas olma gününə qədər həlak olmuşdur. Sağ qalanlar isə aclıqla mübarizə aparmaq üçün hətta kannibalizmə də yol vermişdilər. Bu hadisə beynəlxalq qalmaqala səbəb olmuşdur. Qəzanın baş verməsi fransız kapitanının səriştəsizliyi ilə əlaqələndirilmişdir. Gənc Teodor Jeriko böyük ictimai marağa səbəb olan bu hadisəni təsvir etməklə karyerasına başlamaq qərarına gəlmişdir.