MEDUZA

[yunan əsatirində qanadlı əjdaha adından] zool. Bədəni həlməşik maddədən ibarət çoxayaqcıqlı dəniz heyvanı. Meduza açılmış və dəstəsilə suya batırılmış çətirə oxşayır.
Meduza üzdüyü zaman onun qabarıq tərəfi yuxarıya çevrilmiş olur. Zoologiya”.

MEDİUM
MEDYE
OBASTAN VİKİ
Meduza
Meduza — hidroidlər sinifinə daxil beyinləri olmayan canlılar. Meduzalar şəffaf görünüşləri ilə diqqət cəlb edir.
Meduza (Karavacco)
Meduza (ing. Medusa)— Mikelancelo Merisi de Karavacco tərəfindən 1598-1599-cu illərdə ərsəyə gətirilən rəsm əsəri. Karavacco rəsm üzərində "falçı qadın" və "fırıldaqçılar" adlı əsərləri ilə eyni dövrdə işləmişdir. Əsər ona himayədarlıq edən Kardinal del Montenin sifarişi əsasında Medici ailəsinə hədiyyə olaraq çəkilmiş və hədiyə verildiyi gündən etibarən Florensiyanı tərk etməmişdir. == Təsviri == Karavacco Meduzanı ərsəyə gətirərkən Leonardo da Vinçinin qalxan üzərində rəsm etdiyi Meduza rəsmindən təsirlənmişdi. Mənbələrdə Da Vinçinin "Meduza"sının da Medici ailəsinin kolleksiyasına daxil edildiyi haqqında məlumatlar vardır. Rəsm qalxan üzərinə keçirilmiş kətana çəkilmişdir. Kətan üzərində Meduzanın gövdəsindən ayrılmış başı və boynundan fışqıran qanlar rəsm edilmişdir. Əsər qədim yunan əfsanəsinə söykənməkdədir. Əfsanəyə görə antik dəniz tanrı və tanrıçası olan Fork və Ketonun qızı Meduza o qədər gözəl idi ki, adanın bütün kişiləri ona aşiq olmuşdu.
Meduza gölü
Meduza adası (ing. Jellyfish Lake) — Qayalı adalar arxipelaqında yerləşən göl. Meduza gölü Eyl Malk adasının cənubunda yerləşir. Gölün uzunluğu 460 m, eni 160 m təşkil edir. Su səthinin sahəsi 0,057 km²-dir. Göl öz növbədində meromitik su tutarı azmaz şor suludur. Göl Sakit okeandan eni 200 metr olan ensiz quru xəttlə ayrılır. Dərinliyi 50 metrdir. Göl 12 min il öncə yer səthinin hərəkəti nəticəsində formalaşmışdır Göldə iki növ meduza vardır — qızılı (Mastigias papua) və ay (Aurelia). Göldə təbii düşmənlərinin olmaması səbəbindən sayı 2 mln başa çatmışdır.
Qorqona Meduza
Meduza Qorqona (yun. Μέδουσα) — qədim yunan mifologiyasında əcaib ilan saçları olan qadın, gözlərinə baxan hər şeyi daşa döndərən məxluq. Fork və Ketonun kiçik qızı. (Digər əfsanəyə görə Qorqonun qızı). Yeganə ölümlü qorqona. Meduza dünyaya çox gözəl bir qız olaraq gəlmişdi, Afina onu gözəlliyinə, xüsusən yaraşıqlı saçlarına görə çox qısqanırmış. Poseydon Meduzanın gözəlliyindən başını itirdiyindən, quş cildinə girərək onun könlünü alır və Afina məbədində ona təcavüz edir. Bundan qəzəblənən Afina onun saçlarını hidralara çevirir. Bir dəfə Persey artıq gənc yaşında ikən çar Polidekt onu təşkil etdiyi "at məclisinə" dəvət edir. O vaxtki ənənəyə görə məclisə dəvət olunan hər bir kəs çara at hədiyyə etməli imiş.
Meduza akvariumu
Meduzarium və ya meduza akvariumu – meduzaların saxlanılması üçün nəzərdə tutulmuş akvarium növü. == Meduzariumlar == Dünyada ən böyük meduzarium Yaponiyanın Yamaqata prefekturasının Tsuruoka şəhərindəki Kamo Akvariumunda yerləşir. Burada 60-dan çox meduza növü saxlanılır və ən zəngin meduza kolleksiyasına görə Ginnesin Rekordlar Kitabına düşmüşdür. Fransada yerləşən Paris Akvariumunda Avropanın ən böyük medizariumlarından biri yerləşir. Honkonqda yerləşən Okean Parkındakı meduzariumda 1000-dən çox meduza sərgilənir və cənub-şərqi Asiyanın ilk meduza sərgisi burada baş tutmuşdur. ABŞ-nin ən böyük medizariumu Kaliforniya ştatındakı Monterey Körfəzi Akvariumunda yerləşir. Bu medizarium bir müddət dünyanın ən böyük meduza kolleksiyasına malik idi və ABŞ-da meduzariumların populyarlaşmasının qabaqcılı olmuşdur.
Sianeya (meduza)
Sianeya (lat. Cyanea) — heyvanlar aləminin dalayıcılar tipinin sifoidlər sinfinin yastımeduzlar dəstəsinin sianeyalar fəsiləsinə aid heyvan cinsi.
Meduza salı (rəsm)
Meduza salı (fr. Le Radeau de La Méduse) — romantizm dövrünün ən tanınmış nümayəndələrindən biri olan fransız rəssamı Teodor Jerikonun rəsm əsəri. Rəsmin yaradılmasına səbəb 1816-cı ilin iyulunda ”Meduza” freqatının qəzaya uğraması olmuşdur. Beləki 1816-cı il 2 iyul tarixində Mavritaniya sahillərindən yan alan “Meduza” freqatı 5 iyulda qəzaya uğrayır. Qəza nəticəsində 147 nəfər ekipaj üzvü tərk edərək sala mindirilmişdir. 15 nəfərdən savayı qalan hamı xilas olma gününə qədər həlak olmuşdur. Sağ qalanlar isə aclıqla mübarizə aparmaq üçün hətta kannibalizmə də yol vermişdilər. Bu hadisə beynəlxalq qalmaqala səbəb olmuşdur. Qəzanın baş verməsi fransız kapitanının səriştəsizliyi ilə əlaqələndirilmişdir. Gənc Teodor Jeriko böyük ictimai marağa səbəb olan bu hadisəni təsvir etməklə karyerasına başlamaq qərarına gəlmişdir.
Persey Meduzanın başı ilə
Persey Meduzanın başı ilə (it. Perseo con la testa di Medusa) — Benvenuto Çellini tərəfindən 1545-1554-cü illərdə hazırlanmış tunc heykəldir. Heykəl Florensiyanın Sinyoriya meydanındakı Locciya deyi Lanzidə daş pyedestal üzərində ucaldılmışdır. Pyedestal predella kimi Persey və Andromedanın hekayəsinin təsvir edildiyi tunc relyef panelləri ilə bəzədilmişdir. İkinci Florensiya hersoqu I Kozimo de Mediçi əsəri pyaççadakı digər heykəllərlə və xüsusi siyası baxışlarla əlaqədar olduğuna görə sifariş etmişdi. 27 aprel 1554-cü ildə heykəl ucaldıldığı zaman meydanı artıq Mikelancelonun “David”i, Bandinellinin “Herakl və Kakus”u və Donatellonun “Yudif və Holofernes”i bəzəyirdi. Heykəlin mövzusu saçları ilana çevrilmiş qadın üzlü Qorqona olan Meduzanı öldürmüş Perseyə həsr edilmişdir; Meduzaya baxan hər kəs daşa çevrilirdi. Çiynindən atılmış kəmənd və ayağındakı qanadlı səndəllər xaric Perseyin üzərində heç bir geyim yoxdur. Meduzanın cansız cəsədi üzərində durmuş qəhrəman, sol əlində onun kəsilmiş başını qaldırır. Meduzanın boğazından qan fışqırır.
Sifoid meduzaları
Sifoidlər (lat. Scyphozoa) — heyvanlar aləminin dalayıcılar tipinə aid heyvan sinfi. 200-ə yaxın növü var. Dənizdə yaşayırlar. Sifoid meduzalarının bədəni çətirə və ya zəngə oxşayır. Çətirin alt hissəsində ağız yerləşir. Bədənin kənarlarına doğru gedən radial kanallar mədədən başlanğıc götürür. Sadə halda onlar cəmi dörd ədəd olur, bəzi növlərdə səkkİzdir. Kanallar çətiri əhatə edən həlqəvi kanala açılır. Çətirin kənarı ilə sinir halqası boyunca 8 ədəd sinir düyünü yerləşir.
Meduzarium
Meduzarium və ya meduza akvariumu – meduzaların saxlanılması üçün nəzərdə tutulmuş akvarium növü. == Meduzariumlar == Dünyada ən böyük meduzarium Yaponiyanın Yamaqata prefekturasının Tsuruoka şəhərindəki Kamo Akvariumunda yerləşir. Burada 60-dan çox meduza növü saxlanılır və ən zəngin meduza kolleksiyasına görə Ginnesin Rekordlar Kitabına düşmüşdür. Fransada yerləşən Paris Akvariumunda Avropanın ən böyük medizariumlarından biri yerləşir. Honkonqda yerləşən Okean Parkındakı meduzariumda 1000-dən çox meduza sərgilənir və cənub-şərqi Asiyanın ilk meduza sərgisi burada baş tutmuşdur. ABŞ-nin ən böyük medizariumu Kaliforniya ştatındakı Monterey Körfəzi Akvariumunda yerləşir. Bu medizarium bir müddət dünyanın ən böyük meduza kolleksiyasına malik idi və ABŞ-da meduzariumların populyarlaşmasının qabaqcılı olmuşdur.
Saçaqlı meduzalar
Saçaqlı meduzalar (lat. Stauromedusae), dalayıcılar tipinin polipmeduzalar (Staurozoa) sinfinə aiddir. Bura 4 fəsilə aiddir. Bu qrupa daxil olan növlər adətən soyuq sularda sahil xəttinə yaxın yerlərdə rast gəlinir.

Значение слова в других словарях