Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məhsim Məhsimov
Məhsim Məhsimov — televizya jurnalisti ARB Şimal televeviziyasının direktorudur. Məhsim Sədulla oğlu Məhsimov 1976-cı il iyul ayının 21-də Xaçmaz rayonunun Qırağlı kəndində anadan olub. 1993-cü ildə orta məktəbi bitirib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur.1999-2000-ci illərdə Azərbaycan Milli Ordusunda xidmətdə olub. Ailəlidir, 4 övladı var. Televiziya fəaliyyətinə 1997-ci ildə Quba rayonunda fəaliyyət göstərən "Qütb" teleradiao şirkətində aparıcı-müxbir kimi başlayıb. 2001-ci ildən isə "Lider" televiziyasının xəbərlər xidmətində çalışıb. 2007-ci ildən Xaçmaz şəhərindən yayımlanmağa başlayan "ARB Şimal" (2016-cı ilin sentyabrın 19-na kimi RTV adlandırılıb) televeviziyasının direktorudur. Bir sıra sənədli filmlərin müəllifi, bir neçə televiziya layihəsinin rəhbəridir. Müəllifi olduğu "İşıqlı zülmət" filmi H.Əliyev fondunun, BMT-nin Əhali fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi 36 yerli və 10 xarici filmin qatıldığı "Azərbaycan Ailəsi 2011" film festivalında ən yaxşı film nominasiyasında qalib olub.
Jalə Məhsimova
Jalə Məhsimova (2 sentyabr 1996 ?, Azərbaycan) — Azərbaycanlı peşəkar qadın futbolçu. "Beylerbeyi spor" və Azərbaycanın qadınlardan ibarət milli yığmasının müdafiəçisi. == İlk illəri == 2014-cü ildə "Fidan" klubunda çıxış edib. Həmçinin "Səbail" klubunda da çıxış edib. == Peşəkar Karyerası == 2017-ci ildə Rusiyanın "Torpedo İlyevsk" klubunda çıxış edib. 2018-ci ildə "Sumqayıt" klubunda çıxış edib. 2019-cu ildə "Uğur" klubunda çıxış edib. 2020- "Zenit" klubuna transfer oldu. Burda 3 il çıxış etdi. 2023-cü ilin ilk yarısında, "KDZ Ereğlispor" klubunda çıxış edib.
Mahima Çaudxari
Mahima Çaudxari (ing. Mahima Chaudhry; d. 13 sentyabr 1973) — hind aktrisası və modeli. == Həyatı == 13 sentyabr 1973-cü ildə Kanadanın Kelouna şəhərində anadan olmuşdur. İnternat məktəbində təhsil almışdır. Əsl adı Rita Çaudxaridir. Kinoya çəkilməmişdən qabaq model işləmişdir. Ailəlidir, iki övladı var.
Təbəs Məsina
Təbəs Məsina — İranın Cənubi Xorasan ostanının Dərmiyan şəhristanının Gəzik bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,776 nəfər və 779 ailədən ibarət idi.
Yukio Misima
Yukio Mişima (yap. 三島 由紀夫, Mishima Yukio), əsl adı ilə Kimitake Hiraoka (yap. 平岡 公威, Hiraoka Kimitake) (14 yanvar 1925[…], Tokio[d], Yaponiya – 25 noyabr 1970[…], Tokio[d], Yaponiya) — Yaponiya yazıçısı və dramaturqu. Müharibədən sonrakı yapon ədəbiyyatının ikinci dalğası ilə yaranan, Yaponiya estetik ənənələrinin parlaq nümayəndəsi. 1988-ci ildə, yazıçı yaddaşına dair "Sintiya" yayımcılığı yaranır və Yukio Mishima mükafatı təsis olunur. Yukio Mişima 14 yanvar 1925-ci ildə bir dövlət rəsmisi ailəsində anadan olmuşdur. Atası Adzusa Hiraoka və onun həyat yoldaşı Sidzue. Onun atası Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir Tokio İmperator Universitetinin, fəaliyyət üçün tələb olunan dövlət imtahanından parlaq, ən yüksək rəsmi səviyyədə bitirmişdi, lakin bürokratiya çərçivəsində yerinə Maliyyə Nazirliyi şəxsi bias və intriqa qəbul indi Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq Nazirliyi adlanan Nazirliyində, işləməyə məcbur olur. Yukionun babası - Hiraoka Sadataro 1908—1914-cü illər arası Cənubi Saxalinin qubernatoru vəzifəsində işləyib. .
İsa Məsiha
İsa (ən tezi e.ə. 6 və ən geci e.ə. 4, Beytləhm, Roma imperiyası – 7 aprel 30 və ya 3 aprel 33) — İsa Məsih, Nazaretli İsa və bir çox başqa adlarla tanınan, birinci əsrdə yaşamış yəhudi təbliğçi və dini lider. O, dünyanın ən geniş yayılmış dini olan Xristianlığın əsas simasıdır. Əksər xristianlar İsanın Tanrının Oğlu və Əhdi-Ətiqə əsasən zühur etməsi gözlənilən peyğəmbər Məsih olduğuna inanırlar. Antik dövrlə məşğul olan bütün müasir elm adamları İsanın tarixən mövcud olması ilə razılaşır. İsanın həyatı haqqında məlumatlar İncillərdə, xüsusən də Əhdi-Cədiddəki dörd kanonik İncildə öz əksini tapır. Akademik araşdırmalar İncillərin tarixi etibarlılığına və onların İsanı tarixi bir şəxsiyyət olaraq nə dərəcədə düzgün əks etdirməsinə dair müxtəlif fikirlər ortaya qoyub. Səkkiz günlük ikən sünnət edilən və yetkinlik yaşına çatanda Vəftizçi Yəhya tərəfindən vəftiz olunan İsa 40 gün, 40 gecə səhrada oruc tutduqdan sonra öz xidmətinə başladı. Səyyah müəllim olduğu üçün onu adətən “ravvin” adlandırırdılar.
Meksika
Meksika (isp. México) ya da rəsmi adı ilə Meksika Birləşmiş Ştatları (isp. Estados Unidos Mexicanos) — Şimali Amerikada ölkə, paytaxtı Mexiko şəhəri, sahəsi 1,972,550 km², əhalisinin sayı 2015-ci il hesablamalarına görə 119,530,753 nəfərdir. Dünya ölkələri arasında sahəsinə görə 13-cü, əhalisinə görə isə 11-ci yerdədir. İspan dilli ölkələr arasında əhalisinin sayına görə ilk yeri tutsa da, Latın Amerikası ölkələri arasında əhalisinin sayına görə 2-ci yerdədir. Coğrafi mövqeyinə görə şimaldan ABŞ, qərbdən və cənubdan Sakit okean, cənub-şərqdən Qvatemala, Beliz, Karib dənizi, şərq tərəfdən isə Meksika körfəzi ilə əhatə olunmuşdur. Meksika 3 ölkə ilə həmsərhəddir – ABŞ, Beliz və Qvatemala. Monterrey, Guadalajara, Puebla, Juárez, Tijuana, Nezahualcóyotl, Chihuahua və Leon Meksikanın ən böyük şəhərlərinidir. == Coğrafiyası == Hazırda Meksikanın ərazisi 1,972,550 kvadrat kilometrdir, ərazisinin böyüklüyünə görə Braziliya və Argentinadan sonra Latın Amerikasının üçüncü dövlətidir. 1959-cu il konstitusiyasındakı dəyişikliyə əsasən 200 m dərinliyə qədər materik dayazlığı (şelf zonası) da ölkənin Milli ərazisi hesab edilmişdir.
Messina
Messina — İtaliyanın Siciliya muxtar vilayətində ən böyük üçüncü şəhər. 243.000 əhalisi var.
Məhsa Əmini
Məhsa Əmininin ölümü — İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən ölkədəki ən böyük problemlərdən biri olan geyimin, çadranın İslama uyğun olmamasından ötürü döyülərək öldürülən qadın. O, İran hökuməti polisi tərəfindən qondarma İslami rəhbərliyə görə həbs edilib, lakin iki saatdan sonra İran İslam İnqilabı Keşikçiləri Korpusunun davranışının yaratdığı şiddətli qorxuya görə o, həm beyin, həm də infarkt keçirib və komaya düşüb. O, İranda qadınlara qarşı təcavüz və zorakılığın ən məşhur qurbanlarından biridir.
Məsim Cəfərov
Məsim Məmmədov
Məsim Əhməd oğlu Məmmədov (10 aprel 1965, Bakı) — Azərbaycan dövlət xadimi, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi (28 mart 2023-cü ildən) Məsim Məmmədov 1965-ci il aprelin 10-da Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda təhsil almış, oranı bitirdikdən sonra institutun aspiranturasına qəbul edilmişdir. 1989-1991-ci illərdə İnstitutun məlumat-ölçmə və hesablama texnikası kafedrasının mühəndisi olmuşdur 2006-cı ildə isə Paris Sorbon Universitetində siyasi elmlər üzrə magistr dərəcəsini almışdır. Azərbaycan, rus, ingilis, fransız dillərini mükəmməl səviyyədə bilir. Ailəlidir, iki övladı vardır. 1991-1999-cu illər – Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində xidmət etmişdir. 1999-2006-cı illər – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 1-ci katib və müşavir vəzifələrində çalışmışdır. 1999-cu il – ATƏT-in Kosovodakı müşahidə missiyasında çalışmışdır. 2001-2006-cı illər – Azərbaycan Respublikasının Fransadakı səfirliyində fəaliyyət göstərmişdir. 2010-2022-ci illər – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müşaviri vəzifəsində çalışmışdır.
Deşima
Deşima adası (yap. 礼文島, nid. Desjima) — Naqasaki körfəzindəki yelpik şəkilli süni ada (Yaponiya). Ada əvvəlcə portuqallar üçün bir anbar və ötürmə nöqtəsi olaraq inşa edildi. 1641–1853-cü illərdə Sakoku adı ilə tanınan Yaponiyanın təcrid dövründə ada Yaponiyadakı yeganə Hollandiya ticarət limanı idi. == Tarixi == Əvvəlcə süni adanın inşasına portuqaliyalı tacirlər üçün ticarət və malların saxlanma yeri olaraq syoqun İemisunun sifarişi ilə 1634-cü ildə başlanılmışdır. 1637-ci ildə Simabarda qiyam baş verdi. Bu qiyamda yapon xristianları fəal iştirak etdilər. Bundan sonra Yaponiyada xristianlığın artan təsirindən həyəcanlanan syoqunat bütün avropalıları ölkədən qovmaq qərarına gəldi. 1639-cu ildə syoqun Portuqaliyanı Yaponiyadan və müvafiq olaraq Deşimadan tamamilə qovdu.
Şeyx Məsiha Urməvi
Şeyx Məsiha Mirzə Həsən oğlu Urməvi (?-1913) —İslam alimi, müctəhid. Şeyx Məsiha Mirzə Həsən oğlu Urmiya şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından, orta təhsilini doğma şəhərində mədrəsədə almışdı. Sonra Nəcəf şəhərinə yollanmış, molla və müctəhid yanında təhsilini davam etdirmişdi. M. Rəsulzadə yazırdı: “İndiki əncümənin sədri Urmiyədə məşhur müctəhid Ağa Şeyx Məsiha ağadırlar. Müxbiriniz ağanın ziyarətinə nail olduqda haman əncümənin halından xəbər aldım. Dedilər ki, hal-hazırda əncümən səy ediyor ki, tazədən darüşşurayi-millinin məhəlli əncümənlər barəsində qərar verdiyi qəvaninə müvafiq əncüməni tazədən seçsin”. Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
Mehrimah Sultan
Mehrimah Sultan (təq. 1522, Konstantinopol, Osmanlı imperiyası – 25 yanvar 1578, Köhnə Saray, Konstantinopol, Osmanlı imperiyası) — 10-cu Osmanlı sultanı Qanuni Sultan Süleymanın qızı. == Həyatı == Doğum tarixi tam olaraq bilinməsə də, 21 mart 1522-ci ildə dünyaya gəldiyi ehtimal olunur. Atası 10-cu Osmanlı sultanı Qanuni Sultan Süleyman, anası isə Xürrəm Sultandır. Anasının nəzarətində mükəmməl saray təlim-tərbiyəsi alan Mehrimah Sultan, Qanuni Sultan Süleymanın yetkinlik yaşına çatan yeganə qızı olması səbəbilə atası tərəfindən çox sevilirdi. Səlis nitq qabiliyyəti və gözəl əl yazısı vardı. Bu səbəblə, həddi-büluğa çatar-çatmaz saraya yaxınlığı ilə tanınan Diyarbəkir bəylərbəyi Rüstəm Paşayla nikahlandı. 26 noyabr 1539-cu ildə başlayan və bir neçə həftə davam edən Şahzadə Bəyazid və Şahzadə Cahangirin sünnət mərasimi əsnasında, 4 dekabr günü cütlük Atmeydanındakı İbrahim Paşa sarayında nikahlandı. Bundan sonrakı illərdə anası Xürrəm Sultanla birlikdə ərinin siyasi yüksəlişi uğrunda çalışan Mehrimah Sultan dövlət məsələləriylə yaxından maraqlandı. Rüstəm Paşanın 2 dekabr 1544-cü ildə sədarətə yüksəlişiylə bu ittifaq daha da gücləndi və Şahzadə Bəyazidin taxt varisi olması yolunda fəaliyyətə başladı.
Meksika ardıcı
Meksika ardıcı (lat. Juniperus ashei) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Meksika bayrağı
Meksika bayrağı — Meksikanın Dövlət bayrağı
Meksika dalğası
1986-cı ildə Meksikada futbol üzrə dünya çempionatı keçiriləndə meksikalı azarkeşlər çiyin-çiyinə verərək stadionda möhtəşəm bir dalğa yaratmışdılar ki, bu terminin yaranması da onunla bağlıdır.
Meksika erməniləri
Meksika erməniləri (erm. Հայերը Մեքսիկայում; isp. armenia en México) — Şimali Amerika qitəsində yerləşən Meksikada məskunlaşmış erməni əsilli əhali. Meksikaya ermənilərin kütləvi gəlişi 1910–1928-ci illər aralığında baş vermişdir. == Tarixi == Meksikaya gəlmiş ilk ermənilərdən biri 1672-ci ildə Fransisko Martin adlı şəxs olmuşdur. Don Pedro de Zárate adlı bir digər erməni isə 1723-cü ildə İspan qalyonunun tərkibində Çindən Sakit okeanın sahilində yerləşən liman şəhəri Akapulko səfər etmişdir. 1897-ci ildə Meksika prezidenti Porfirio Diasın təklifi ilə ölkənin şimalında yerləşən Tamaulipas ştatında ermənilərin kənd təsərrüfatı ilə məşğul olmaları üçün torpaq sahəsinin ayrılması planlaşdırılsada, təklif icra olunmamışdır. Erməni icmasının Meksikada əsas fəaliyyətləri Erməni soyqırımından sonrakı dövrlərə təsadüf edir. 1921–1928-ci illərdə Meksika hökümətinin miqrantlara qarşı açıq qapı siyasətinin tətbiq etməsindən faydalanan ermənilər öz saylarını bu qanunun hesabına artırmağa çalışırdılar. İqtisadi baxımdan ölkənin zəifləməsindən sonra erməni icmasının üzvləri Amerika Birləşmiş Ştatlarına yaxın olan ərazilərə köçməyə başladı.
Meksika inqilabı
Meksika inqilabı (isp. Revolución mexicana) və ya Meksikada vətəndaş müharibəsi (isp. Guerra civil mexicana) — 1910-1917-ci illərdə Meksika tarixində baş vermiş vətəndaş müharibəsi. Porfirio Dias diktaturasına qarşı üsyan kimi başlanmış və yeni konstitusiyanın qəbul edilməsi ilə sona çatmışdır. Vətəndaş müharibəsi dövründə əhalinin arasında müxtəlif mənbələrə görə 500.000 nəfərdən 2.000.000 qədər əhali, 1910-cu ildə isə ölkə əhalisi 15.000.000 nəfər olub.. == Mərhələləri == Tədqiqatçılar Meksika inqilabını dörd mərhələyə bölürlər: Birinci mərhələ (1910-cu ilin noyabrından 1911-ci ilə qədər) Porfirio Dias diktaturasının devrilməsidir. Liberal torpaq sahibləri və sahibkarlar, işçilər və kəndlilər, liberal-demokrat liderlərin siyasi rəhbərliyi altında vahid bir cəbhə kimi çıxış etdi. İnqilabın ikinci mərhələsində (1911-ci ilin mayından 1913-cü ilə qədər) liberal demokratlar hakimiyyətdə idi, lakin inqilabçı qüvvələr arasında birliyin olmaması əks-inqilabçı çevrilişə gətirib çıxardı. Üçüncü mərhələ (1913-cü ilin fevralından 1914-cü ilin iyununa qədər) konstitusiya rejiminin bərpasıdır. İnqilabçılar yenidən birləşmiş cəbhədə çıxış etmiş, kəndli kütlələrinin rolu artmışdır.
Meksika körfəzi
Meksika körfəzi (isp. Golfo de México) — dünyanın doqquzuncu böyük su həcmi. Əsasən Şimali Amerika materiki və Kuba adası ilə əhatə olunub. Meksika körfəzi hövzəsi təxminən oval formasındadır və şərqdən qərbə qədər uzunluğu 1500 km-dir. Körfəz Atlantik okeanın bir hissəsidir və onu okeandan ABŞ və Kuba arasındakı Florida boğazı, Karib dənizindən isə Meksika və Kuba arasındakı Yukatan boğazı ayırır. Ən dərin yeri 4.384 metrdir. Meksika körfəzi ən yüksək temperaturlu suya malik su hövzələrindən biridir. == Geologiyası == Meksika körfəzini tədqiq edən alimlərin ümumi gəldiyi nəticəyə görə, körfəz Trias dövrünə kimi mövcud olmayıb. Bəzi dənizlərin adı səhvən körfəz yazılıb. Bunların içərisində Meksika körfəzi vardır.
Meksika mətbəxi
Meksika mətbəxi — Qarğıdalı, lobya, meyvə növləri və müəyyən bitki növləri ümumiyyətlə zəngin bitki örtüyünə malik olan bu isti, tropik ölkə mətbəxində mühüm rol oynayır. Meksikada çox müxtəlif regional mətbəxlər var. İspan mətbəxinin təsiri Meksikanın şimalında yayılıb. Yerli əhalinin mətbəxi cənubdadır. == Tarixi == Meksika bütün dünyada yayılmış kakao, vanil, avokado, yerfıstığı, pomidor, çili və qarğıdalının yaradıcısıdır. Demək olar ki, Meksikada bir çox yeməklər qarğıdalı ilə hazırlanır. Qarğıdalı o qədər mühümdür ki, Asteklər tərəfindən qarğıdalı tanrısı olaraq ucaldılıb. İkinci isə ədviyyat kimi istifadə olunan çilidir. Meksikada ev heyvanı kimi it saxlanılır. Meksikada Qabaq çiçəyi Flor de Calabaza hind inciri adlandırılır.
Meksika məxluqu
Meksika pesosu
Meksika pesosu (isp. Peso mexicano) — Meksika dövlətinin valyutası. Meksikanın milli pul vahidi olan Meksika pesosu (işarəsi: $ kodu: MXN) dünyada ən çox ticarət aparılan pul vahidlərindən biridir. MXN kodundan əvvəl MXP kodu Meksika pesosunun göstərilməsi üçün istifadə olunub. Peso 100 sentavosdan ibarətdir. 20 aprel 2009-cu ildə 13.4102 Meksika Pesosu 1 ABŞ dollarına bərabər olub. == Beynəlxalq istifadəsi == ABŞ-nin Meksika sərhəddinə yaxın yerlərində xüsusilə marketlərdə Meksika pesosu ilə alış-veriş etmək mümkündür lakin digər Amerika şəhərlərində peso alış-verişdə istifadə edilmir.
Meksika qaraçöhrəsi
Meksika qaraçöhrəsi (lat. Taxus globosa) — qaraçöhrəkimilər fəsiləsinin qaraçöhrə cinsinə aid bitki növü.
Meksika qızılquşu
Meksika qızılquşu (lat. Falco mexicanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Meksika suzambağı
Meksika suzanbağı (lat. Nymphaea mexicana) – suzanbağıkimilər fəsiləsinin suzanbağı cinsinə aid bitki növü. == Sinonimləri == Castalia flava (Leitn. ex A.Gray) Greene Castalia mexicana (Zucc.) J.M.Coult. Leuconymphaea flava (Leitn. ex A.Gray) Kuntze Leuconymphaea mexicana (Zucc.) Kuntze Nymphaea flava Leitn. ex A.Gray Nymphaea lutea Treat Nymphaea planchonii Casp.
Meksika suzanbağı
Meksika suzanbağı (lat. Nymphaea mexicana) – suzanbağıkimilər fəsiləsinin suzanbağı cinsinə aid bitki növü. == Sinonimləri == Castalia flava (Leitn. ex A.Gray) Greene Castalia mexicana (Zucc.) J.M.Coult. Leuconymphaea flava (Leitn. ex A.Gray) Kuntze Leuconymphaea mexicana (Zucc.) Kuntze Nymphaea flava Leitn. ex A.Gray Nymphaea lutea Treat Nymphaea planchonii Casp.
Meksika tamanduası
Meksika tamanduası (lat. Tamandua mexicana) — heyvanlar aləminin dişsiz məməlilər dəstəsinin qarışqayeyənlər fəsiləsinin tamandua cinsinə aid heyvan növü. == Görünüşü == Meksika tamanduasının başı və gövdəsi 77 sm, quyruğu 40 ilə 67 sm arasındadır. Ağzı uzun və əyridir. Ağız boşluğu 40 sm uzunluğu olan dilə sahibdir və kiçik bir diametrə malikdir. Heyvanlar arxa tərəfində tünd zolaqlara sahibdirlər. Çiyinlər və bədən nahiyyəsi tünd rəngdədir. Bədənin qalan hissəsi daha açıqdır. Demək olar ki, ağdan qəhvəyi rəngə qədər çalarlar vardır. Meksika tamanduası anal vəzinin ifraz etdiyi güclü bir qoxu ilə seçilir və bu səbəbdən "meşə iylənmişi" ləqəbini almışlar.
Meksika tarixi
Meksika tarixi Şimali Amerikanın cənub hissəsində yerləşən bir ölkə olan Meksikanın üç min illik dövrünü əhatə edir. İlk dəfə 13.000 il əvvəl sivilizasiyalar tərəfindən kəşf edilmişdir.Ərazi 16-cı əsrdə ispanlar tərəfindən işğal edilməzdən əvvəl Meksika hinduları və asteklər kimi tanınan yerli sivilizasiyalar mövcud idi. 1519-cu ildə Meksikanın ən köklü yerli sivilizasiyaları ispanlarla qarışmağa başladı və Avropa Mədəniyyətini mənimsəməyə doğru irəlilədi. Ölkə dünyanın ən çox ispandilli bölgəsi olsa da, yerli Amerika dilləri baxımından Şimali Amerikanın əksəriyyətinə də ev sahibliyi edir. Üç əsr ərzində İspaniya İmperiyasının bir hissəsi olan ölkə, ispan dilinin, eləcə də katolikliyin və Qərb mədəniyyətinin təsirinə məruz qalmışdır. Uzun mübarizədən sonra Meksika 1810-cu ildə İspaniyadan müstəqilliyini elan etdi. 1846-cı ildə Meksika-Amerika müharibəsinin başlaması ilə Meksika iki illik müharibədə ərazisinin demək olar ki yarısını ABŞ-yə verdi. Daha sonra 19-cu əsrdə Fransa Meksikanı işğal etdi (1861) və Maksimilian taxtına salaraq İkinci Meksika İmperiyasını qurdu. Lakin bu rejim 1867-ci ilə qədər davam etdi. Yarım əsrlik iqtisadi durğunluq və siyasi xaosdan sonra 1884-cü ildə hakimiyyəti ələ keçirən Porfirio Diaz dövlətin gücünü idarə etdi, cəmiyyəti və iqtisadiyyatı modernləşdirdi.
Meksika şəhərləri
Meksika əhalisi
Meksika əhalisi — 126,014,024 nəfərdir ki, bu da ispandilli ölkələr arasında ən böyük, Latın Amerikasında Braziliyadan sonra ikinci, dünyada isə onuncu yerdədir və bu yaxınlarda əhalinin sayına görə Yaponiyanı geridə qoyur. 20-ci əsrdə Meksika əhalisi 1940–1980-ci illər arasında ildə təxminən 3% artaraq 13,6 milyondan 97,5 milyona yüksəldi. Bu artım tempi o dövrdə inkişaf etməkdə olan ölkələr üçün ümumiləşdirilmiş, demoqrafik keçid kimi təsnif edilmiş və 1970-ci illərdən kontraseptiv siyasətin qəbul edilməsinə səbəb olmuşdur. Bu tendensiya yavaşlasa və son illərdə orta illik artım tempi 1,5%-dən aşağı olsa da, demoqrafik keçid hələ də davam edir və Meksikada gənclərin böyük əhalisi var. Ölkənin ən sıx məskunlaşdığı şəhər 8,7 milyon əhalisi olan paytaxt Mexiko şəhəridir (2005), şəhərin metropoliten ərazisi isə 20,137 152 nəfərlə (2010) ölkənin ən sıx məskunlaşdığı şəhərdir. Əhalinin təqribən 50%-i Meksikanın 59 metropoliyasından birində yaşayır. Siyahıyaalmaların hazırlanmasına cavabdeh olan qurum Milli Statistika və Coğrafiya İnstitutudur (INEGI). Daxili İşlər Nazirliyindən asılı olan Milli Əhali Şurası (CONAPO) demoqrafik hadisələrlə bağlı məlumatların təhlili, qiymətləndirilməsi və sistemləşdirilməsinə cavabdeh olan qurumdur. Yerli Xalqların İnkişafı üzrə Milli Komissiya (CDI) digər məsələlərlə yanaşı, Meksikanın yerli xalqlarının tədqiqatı və sosial-demoqrafik və linqvistik təhlilinə cavabdehdir.
Messina Universiteti
Messina Universiteti (it. Università degli Studi di Messina) — İtaliyanın Siciliya muxtar vilayətinin Messina şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 1548-ci ildə qoyulmuşdur.
Ekatepek (Meksika)
Ekatepek (isp. ekateˈpek) rəsmi olaraq Ekatepek de Morelos, Meksikanın orta Meksika əyalətində bir bələdiyyədir və daha böyük Meksika şəhər ərazisinin şimal kəsimində yer alır . Bələdiyyə mərkəzi San Kristobal Ekatepekdir. .Ekatepek şəhəri, 1.645.352 toplam bələdiyyə əhalisinin %99-ni təşkil edən, praktikada bələdiyyə ilə eyni mənanı verir. Tiyuana , Leon və Puebladan sonra Meksikanın ən böyük dördüncü bələdiyyəsi və Qreater Meksika şəhərinin ən böyük şəhər ətrafı yaşayış məntəqəsidir . "Ekatepek" adı Nahuatldan ortaya çıxıb və "küləklj təpə" velə ya "Ehekatla ( külək tanrısı) adanmış təpə" anlamına gelir.Eyni zamanda tanrı Quetzalkoatla alternativ bir addır ."Morelos", Meksika Müstəqillik savaşı dönəmindən qəhrəmanı Jose Maria Morelosun soyadıdır . Əziz Xristofer , 25 İyulda qeyd edilən şəhərdə qoruyucu əzizdir. Ekatepese Meksima şəhər metrosu , Meksika Əyalətinin Mexibús Avtobus sürətli tranzit xətləri və Mexicable kanat xətləri xidmət edir . Maraq doğurucu yerlər arasında Meksikadakı ən yeni Katolik Katedralı , Saqrado Korazon de Jesus , bir neçə kolonyal dönəm kilsəsi ve "Kasa de los Virreyes"dəki Morelos Muzeyi yer alır. Meksikanın ən işlək ticarət mərkəzi Multiplaza Araqonda Ekatepekdə yerləşir == Coğrafiya == Bələdiyyə MeKsika şəhərinin şimalında,Şimal 19º29'23" minimum, maksimum 19º40'28", Qərb 98°58'30" minimum, maksimum 99°08'35" coğrafi kordinatlarında yerləşir.
Məhsa Əmini etirazları
Məhsa Əmini etirazları və ya 2022 İran etiraz aksiyaları — İranda 16 sentyabr 2022-ci ildə Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar və vətəndaş iğtişaşlarıdır. İddia olunur ki, sentyabrın 13-də Tehranda əxlaq polisi tərəfindən həbs edilərkən Məhsa Əmininin hicabının altından bir az saç görünürmüş. O, təcridxanaya aparılandan bir müddət keçmiş komaya düşüb və 3 gün sonra xəstəxanada ölüb. Polis zabitləri onun başına zərbələr vurulduğunu və qadının maşınlardan birinə çırpılması barədə xəbərləri təkzib edirlər. Bəzi qadınlar cəsarətlə hicablarını cırıb yandırırlar. Etiraz aksiyaları Tehranda başlayıb, daha sonra Kürdüstan əyalətinin Saqqez, Sənəndəc, Divandərrə, Bənə və Bicar şəhərlərinə, daha sonra isə İranın digər bölgələrinə yayılıb. Həmədan, Kirmanşah, Məşhəd, Səbzevar, Qum, Amol, Babol, İsfahan, Kirman, Şiraz, Təbriz, Rəşt, Sarı, Kərəc, Çalus, Növşəhr, Tonekabon, Ərak şəhərlərində bu etirazlar ilk gündən sürətlə böyüyüb. 23 sentyabr 2022-ci il tarixinə ən azı əlli etirazçı öldürülüb. Etirazlara cavab olaraq, İran hökuməti etirazları yatırmaqla yanaşı, etirazçıların təşkilatlanma qabiliyyətini azaltmaq üçün Instagram və WhatsApp kimi proqramlara girişi və interneti məhdudlaşdırıb. Bunlar İranda 2019-cu il etirazlarından sonra internetin tamamilə bağlandığı ən sərt məhdudiyyətlər ola bilər.
Məhsa Əmininin öldürülməsi
Məhsa Əmininin ölümü — İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən ölkədəki ən böyük problemlərdən biri olan geyimin, çadranın İslama uyğun olmamasından ötürü döyülərək öldürülən qadın. O, İran hökuməti polisi tərəfindən qondarma İslami rəhbərliyə görə həbs edilib, lakin iki saatdan sonra İran İslam İnqilabı Keşikçiləri Korpusunun davranışının yaratdığı şiddətli qorxuya görə o, həm beyin, həm də infarkt keçirib və komaya düşüb. O, İranda qadınlara qarşı təcavüz və zorakılığın ən məşhur qurbanlarından biridir.
Məhsa Əmininin ölümü
Məhsa Əmininin ölümü — İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən ölkədəki ən böyük problemlərdən biri olan geyimin, çadranın İslama uyğun olmamasından ötürü döyülərək öldürülən qadın. O, İran hökuməti polisi tərəfindən qondarma İslami rəhbərliyə görə həbs edilib, lakin iki saatdan sonra İran İslam İnqilabı Keşikçiləri Korpusunun davranışının yaratdığı şiddətli qorxuya görə o, həm beyin, həm də infarkt keçirib və komaya düşüb. O, İranda qadınlara qarşı təcavüz və zorakılığın ən məşhur qurbanlarından biridir.