Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Liza menada
Liza haematocheila (lat. Liza haematocheila) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü.
Liza menada borealis
Liza haematocheila (lat. Liza haematocheila) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü.
Mətndar
Matenadaran və ya Mesrop Maştots adına İrəvan Əlyazmalar və Sənədlərin qorunma və tədris mərkəzi (ing. Մատենադարան կամ Երևանի Մեսրոպ Մաշտոցի անվան ձեռագրերի և փաստաթղթերի պահպանման և ուսումնասիրման կենտրոն – Yerevani Mesrop Mashtots'i anvan dzeṙagreri yev pastatğteri pahbanman yev usumnasirman qentron) — İrəvan şəhərində bir sıra əlyazmaların saxlanıldığı, tədqiqi edildiyi, kitabxana, institut və muzey.
Rəngdar
Rəngdar (keçmiş adları Rənginədahar, Vəngidar) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Xaltan bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Rəngidar (oyk.), (sadə.) - Quba rayonunun Xaltan inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Əsl adı Rənginədahardır. Oykonim tat dilindəki "rənginə" (rəngli) və "dahar" (qaya) sözlərindən düzəlib, “rəngli qaya” mənasındadır. Kənd eyniadlı qayanın yaxınlığında salındığından həmin qayamn adını daşıyır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 123 nəfər əhali yaşayır. Kənd əhalisi tatlardan ibarətdir.
Monada
Monada (yun. μονάς; mənası – vahid) — ən sadə, bölünməz vəhdəti bildirən fəlsəfi termin. Pifaqorun, Kuzanlı Nikolayın, C. Brunonun və başqalarının əsərlərində rast gəlinir. Qotfrid Leybnitsin idealist fəlsəfəsində, aləmin əsasını təşkil edən müstəqil mənəvi mahiyyətləri bildirən əsas anlayışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Hemenway, Priya. Divine Proportion: Phi In Art, Nature, and Science. Sterling Publishing Company Inc., 2005, p. 56. ISBN 1-4027-3522-7 Sandywell, Barry. Presocratic Reflexivity: The Construction of Philosophical Discourse C. 600-450 BC. Routledge, 1996.
Məcdar
Məcdar (fars. مجدر‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 332 nəfər yaşayır (60 ailə).
Nadar
Nadar (fr. Nadar, əsl adı Qaspar Feliks Turnaşon, fr. Gaspard-Félix Tournachon; 6 aprel 1820 – 21 mart 1910) — məşhur fransız fotoqrafı, karikaturaçısı və hava səyyahı.
Vəfadar Eminov
Vəfadar Quluzadə
Vəfadar Rzayev
Vəfadar Əziz oğlu Rzayev (d. 20 sentyabr 1933, Xızı, Azərbaycan SSR, - ö. 21 avqust 2015, Bakı, Azərbaycan) — Azərbaycanın görkəmli maliyyə işçisi və əməkdar iqtisadçısı == Həyatı == Vəfadar Əziz oğlu Rzayev 1933-cü ilin 20 mart tarixində Xızı rayonunda anadan olub. Azərbaycanın maliyyə-bank sistemində 50 ildən çox çalışıb. 1952-ci ildə 19 yaşında maliyyə sahəsində baş büdcə inspektoru vəzifəsində öz fəaliyyətinə başlayıb. 1957-1959-cu illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin büdcə idarəsinin inspektoru olub. 1959-1971-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sosial sahələrin planlaşması və maliyyələşməsı idarəsinin rəisi - kollegiya üzvü vəzifəsində çalışıb. 1971-1987-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyində birinci müavin vəzifəsində çalışıb. 1987-ci ildə Azərbaycanda ilk dəfə olaraq “Azərbaycan Aqrar-Sənaye Bank”-nın baş idarəsini və 65 rayon üzrə şöbələrini yaratmış və 1992-ci ilin oktyabr ayına qədər həmin bankın idarə heyətinin sədri olub. Qeyd edək ki, mühüm dövlət işi ilə yanaşı maliyyə-kredit orqanları üçün ixtisaslı kadrların hazırlanması işindədə onun böyük əməyi olub.
Kambocada minalar
Kambocada minalanmış ərazilər — Cənub-Şərqi Asiyada yerləşən Kambocada mina problemi. Ölkədə, xüsusilə şəhərətrafı ərazilərdə minalar ilə bağlı böyük problem mövcuddur. Minalar səbəbindən 40,000-ə yaxın amputasiya halı qeydə alınmışdır ki, bu da dünyada ən yüksək göstəricilərdən biridir. Kamboca Minalar ilə Mübarizə Mərkəzi (KMMM) hesab edir ki, Kambocada dörd-altı milyon mina və digər partlamamış hərbi sursat ola bilər. Bununla belə, bəzi hesablamalara görə on milyona qədər mina var. Kambocada Çin istehsalı olan minalar 1970-ci və 1980-ci illərdə Kambocada vətəndaş müharibəsi zamanı bir-birləri ilə toqquşan fraksiyalar tərəfindən yerləşdirilmişdir. Kambocada piyada əleyhinə minalar ilə qarşılanan ümumi problem odur ki, minaları yerləşdirənlərdə onların yerləri ilə bağlı xəritələri yoxdur və ya onların yerlərini xatırlamırlar.
Qarabağda minalar
Qarabağ və ətraf ərazilər ən çox minalanmaya məruz qalmış regionlardan biri hesab olunur. Minalar 1990-cı illərin əvvəllərindən bəri Birinci Dağlıq Qarabağ müharibəsi zamanı və ondan sonra həm Azərbaycan, həm də Ermənistan qüvvələri tərəfindən yerləşdirilmişdir. Ən çox minalanmaya məruz qalmış ərazilər Azərbaycan-Ermənistan qoşunlarının təmas xətti boyunca, xüsusilə Ağdam, Füzuli və Cəbrayıl rayonları olmuşdur. Həm Azərbaycandan, həm də Ermənistandan olan hərbi ekspertlərin fikrincə, həmin ərazilərdə yer demək olar ki “mina xalçaları” ilə örtülmüşdür. Bölgə minalar və partlamamış hərbi sursatlar səbəbindən dünyada adambaşına düşən ən yüksək qəza nisbətinə malikdir. == İstehsal, anbar və istifadə == Qondarma Dağlıq Qarabağ Respublikası rəsmi açıqlama verərək heç vaxt mina istehsal və ixrac etmədiyini, 1995-ci ildən bəri yeni minalar almadığını bildirmişdir. Onlar iddia edirlər ki, mina anbarları keçmiş Sovet İttifaqından qalan minalardan ibarətdir ( PMN, PMN-2, POMZ-2, OZM-72, TM-57 və TM-62 ). 2013-cü ildə Qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusunun hərbi qüvvələri Ermənistan-Azərbaycan qoşunlarının təmas xətti boyunca, daha çox mübahisəli ərazinin şərqində və şimalında piyada əleyhinə minalar yerləşdirdiklərini bildiriblər. == Qurbanlar == Dağlıq Qarabağda minalarda həlak olan və ya yaralanaraq zərər çəkənlərin dəqiq sayını demək mümkün deyil, çünki Birinci Qarabağ Müharibəsində, eləcə də ondan sonrakı dövrdən 2000-ci ilə qədər baş vermiş partlama hadisələri ilə bağlı tam məlumat yoxdur. Qondarma Dağlıq Qarabağ Səhiyyə Nazirliyinin məlumatına görə, 1993-cü ilin iyunundan 1999-cu ilin mayına qədər minalar da daxil olmaqla, partlayış qurbanlarının sayı 687 (180 ölü və 507 yaralı) olmuşdur.
Mətndar MS 7117
Matenadaran MS 7117 — Matenadaranda gürcü alimi İliya Abuladze tərəfindən aşkarlanmış ermənicə əlyazmadır. Əlyazmanın ən əsas xüsusiyyəti alban əlifbasına yer verməsidir. == Hazırlanması == Əlyazma XV əsrə, 1442-ci ilə aid edilir. Vaspurakan regionunda (indiki Van, Türkiyə) Metsopavank monastırında abbat Tovma Metsopetsinin xahişi ilə Erməni katolikosu I Kirakos Virapetsinin (1441-1443) sifarişi ilə Krımdan gətirilmiş orijinalının köçürülmüş üzüdür. == Xüsusiyyəti == Əlyazmadakı mətnlər pamflet xarakterli olub əsasən teoloji debatlara həsr edilib. Əlyazmada alban əlifbası ilə yanaşı fərqli əlifbalara da yer verilmişdir. Bundan əlavə erməni hərfləri ilə yazılmış kürdcə mətn də vardır. Əlyazmadakı alban əlifbası, əlyazmanın "142v" və "142r" nömrəli vərəqlərindədir. Bu əlyazma alban əlifbası ilə yazılmış və dövrümüzə çatmış ən yaxşı mətnlərdən biri hesab edilir. Əlifbanın giriş mətni erm.
Benalar
Benalar, vabenalar — Tanzaniyanın cənub-şərqində (İrinda vilayəti), Rufici və Böyük Ruaha çaylarının hövzəsində bantular qrupundan xalq. Sayları 693 min nəfərdir (2005). Kinqalar, hehelər, poqololar (poqorolar), sanqular, matumbilər və dendenulelərə yaxındırlar. bantu dillərinin G zonasına aid olan bena (kibena, ekibena) dilində danışırlar. Yazıları latın qrafikası əsasındadır. Suahili və nyamvezi dilləri də yayılmışdır. Dindarların əksəriyyəti ənənəvi dini etiqadlarını saxlayırlar, müsəlman və xristianlar da var. Benaların Şərqi Afrika xalqları üçün səciyyəvi olan ənənəvi mədəniyyətləri vardır. Ənənəvi məşğuliyyətləri qırılıb-yandırılmış sahələrdə əkinçilik (maniok, qarğıdalı, çəltik, darı, batat, paxlalı bitkilər və s.) köçəbə maldarlıq (davar) və ovçuluqdur. Şəhərlərdə və sizal plantasiyalarında mövsümçülük yayılmışdır.
Menalay
Menelay — Mikena kralı Aqamemnonun qardaşı və Helenin əri. Sparta şahzadəsi Helenlə evləndi və Helenin atasının istəyi ilə Sparta kralı oldu. Yaxşı bir döyüşçü olmağa layiq keyfiyyətlərə malik bir əsgər idi. Troya şahzadəsi Paris Heleni qaçırır. Əlbəttə Helen də buna etməyə razıdır. Menelay dəli olur və qardaşından kömək istəyir. Qardaşı bütün Yunan şəhər-dövlətlərini əvvəlcədən bir hakimiyyət altında toplamağı bacarmışdı. Buna görə, Yunanıstanın hamısı Troya üzərinə müharibəyə getmişdi. Müharibədən sonra Menelay Heleni geri alır və Spartaya qayıdır. Onlar birlikdə yaşlanır və ölürlər.
Menandr
Menandr Ellinizm dövrü yunan şairi və yeni attik komediyanın ən görkəmli nümayəndəsidir. Münsif məhkəməsi Kəsilmiş saç və Samoslu qız komediyaları dövrümüzə qədər gəlib çatmışdır. Onun bu əsərləri yeni komediyanın bütün xüsusiyyətlərini parlaq şəkildə əks etdirir. Bu əsərlərdə məişət mövzusu əsas yer tutur. Bunlar Aristofan dövrünün kəskin satirik və ifşaçı xarakter daşıyan komediyalarından tamamilə fərqlənir. Burada əvvəlki dövr əsərlərinə xas olmayan obrazlar işlənmişdir. Menandrın komediyaları öz dövründə çox geniş yayılmasa da Roma komediyasının yaranmasına ciddi təsir göstərmiş və dünya ədəbiyyatının klassik irsinə daxil olmuşdur.
Venalar
Vena (lat. venae) ― kapillyarların toplaşmasından əmələ gələrək, qanın cərəyanı istiqamətinə, divarlarının quruluşuna, həcmlərinə, vəziyyət və miqdarlarına görə arteriyalardan fərqlənirlər. Venalarda qan, arteriyalardakı qanın cərəyanına əks olaraq, mühitdən mərkəzə (ürəyə) doğru axır. Təkcə qaraciyər qapısında qaraciyər arteriyasında və qapı venasında axan qanın cərəyanı bir istiqamətdə (yəni hər ikisi qaraciyərə doğru) olur. == Ümumi məlumat == Venaların divarı arteriyalardakı kimi üç qişadan təşkil olunmuşdur: daxili – intima qişası, orta (əzələ) qişa və xarici (birləşdirici toxuma) qişa. Ancaq divarların qurluşuna görə arteriyalardan bundadır ki, burada əzələ və elastik liflərin miqdarı olduqca azdır; əksinə birləşdirici toxuma ünsürləri çoxdur. Ona görə venalar elastik xassəyə malik deyildirlər və kəsilərkən ağızları tez qapanır. Bəzi venaların (məsələn, beynin yumşaq qişası, dalaq və qaraciyər venalarının) divarlarından əzələ qatı olmur. Venaların divarlarının elastik və əzələ liflərinin az olması nəticəsində qanın təzyiqi və sürəti onlarda çox azalır. Bunun kompensasiya etmək üçün venaların həcmi böyüyür, miqdarı çoxalır və daxilində qanın geriyə axmasına mane olan xüsusi vena qapaqcıqları əmələ gəlir.
Menarda
Fillantus (lat. Phyllanthus) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin fillantkimilər fəsiləsinə aid bitki cinsi.
Tank əleyhinə minalar
Tank əleyhinə minalar — ərazini düşmənin tanklarına və yerüstü başqa texnikalarına (özüye-riyən raket və artilleriya qurğularına, zirehli transportyorlara və yük avtomobillərinə) qarşı mina-lamaq üçün nəzərdə tutulub. Tank əleyhinə minalar tırtıl əleyhinə, dib əleyhinə və gövdə (bort) əleyhinə minalara ayrılır. tırtıl əleyhinə minalara TM-62, TM-57 tipli minalar nümunə göstərilə bilər. dib əleyhinə minalara TMK-2, TM-72 tipli minalar nümunə göstərilə bilər. bort əleyhinə minalara TM-73, TM-83 tipli sovet istehsalı minalar göstərilə bilər.
Paul Nadar
Paul Nadar (fr. Paul Tournachon) - fransız fotoqraf. Dönəminin tanınmış fotoqraflarından olmuş Paul Nadar təkcə Avropa şəhərlərində yox eyni zamanda Bakı, Buxara və Səmərqənd kimi şərq şəhərində gündəlik həyatı əks etdirən fotolar çəkmişdir.
Meandr
Meandr (yun. Μαίανδρος) — Hazırda Türkiyə ərazisində yerləşən Böyük Menderes çayının qədim adı. Çayın düzən relyefdə ziqzaqvari şəkildə axması nəzərdə tutulur. Xarici sahillərinə nisbətən daxili adətən sərt olur. Bəzən çay öz yatağını dəyişərək düz istiqamətdə axır. Çay daşqınlar zamanı öz yatağını dəyişdiyi zaman köhnə meandrlarda kiçik göllər əmələ gəlir. Azərbaycanda bu tip göllər Axmazlar adlanır. Azərbaycanda ən böyük meandrlar Kür çayında müşahidə edilir.
Adsız venalar
== İstinadlar ==
Devid Benatar
Devid Benatar — (ingiliscə David Benatar) cənubi afrikalı filosof və yazıçı, Keyptaun universitetinin professoru. "Better Never to Have Been: The Harm of Coming into Existence" əsərindən sonra məşhurluq qazanmışdır. O, bu əsərində antinatalizm mövqeyindən çıxış edərək irəli sürür ki, doğulmaq hər mövcud insan üçün zərərdir, və nəticədə duyğulu varlıqların dünyaya gəlişi bir çox mənəvi problemlərlə doludur. == Benatar Asimmetriyası == Devid Benatar hesab edir ki, nə qədər ki zərər yetirilməsi etik cəhətdən yanlış hərəkətdir, onda ona qarşı mübarizə aparmaq lazımdır, və beləliklə də yeni həyatların yaranmasına qarşı etik bir vacibiyyət olmalıdır, çünki yeni bir canlının dünyaya gəlməsi ( istənilən növ canlı ) öz-özlüyündə elə həmin canlıya zərər verir. Benatarın fikrincə istənilən duyğulu varlıqların mövcudluğu, onun həyat şəraiti daimi yaxşılaşsa belə, əzaba məhkumdur. Benatarın arqumentlərindən biri demoqrafik etika ilə bağlı olan "Benatar asimmetriyası"-dır və aşağıdakı tezislərə əsaslanır: Əzabın mövcudluğu — qəzəb Zövqün mövcudluğu — fayda Əzabın yoxluğu — fayda, bu fayda kimsə tərəfindən yoxlanılmasa belə Zövqün yoxluğu pis deyil, əgər bu zövqün yoxluğundan zərər çəkən kimsə yoxdusa. Bu tezislər belə izah edilir ki, fərdin mövcudluğu özündə həm əzabı, həm də zövqü birləşdirir. Həmçinin fərdin yoxluğu neqativ nəticələrə səbəb olmur və bütün əzablardan qaçmağa imkan yaradır. Mövcud olmayan subyekt fayda əldə etmir, çünki onun fayda əldə etməyə ehtiyacı qalmır. Devid Benatara görə istənilən əzab dünyaya gəlmənin zərərini etiraf etmək üçün kifayətdi.
Pat Benatar
Pet Benatar (ing. Patricia Mae Andrzejewski; 10 yanvar 1953, Bruklin, Nyu-York ştatı) — Polşa əsilli ABŞ müğənnisidir. 4 dəfə Qremmi mükafatına sahib olmuşdur. Onun ən yaxşı mahnıları sırasında «Love Is a Battlefield», «Hit me with your best shot», «We belong», «Heartbreaker» və «Invincible» kimi mahnılar seçilir. Pet Benatar Mezzo-soprano səsinə malikdir. == Həyatı == Pet Benatar 10 yanvar 1953-cü ildə ABŞ-də Nyu-York ştatının Bruklin ərazisinin şimalında yerləşən Qrinpoint rayonunda tənəkəçi Endryu Andrzejevski (ing. Andrew Andrzejewski) və kosmetoloq Mildred Andrzejevski (ing. Mildred Andrzejewski) ailəsində doğulmuşdur. Onun 3 yaşı tamam olduqda ailəsi Nyu-Yorkun Lindenhörst ərazisinə köçürlər. Petin atası polşalı, anası isə ingilis, irland və alman əsilli idi.
Pet Benatar
Pet Benatar (ing. Patricia Mae Andrzejewski; 10 yanvar 1953, Bruklin, Nyu-York ştatı) — Polşa əsilli ABŞ müğənnisidir. 4 dəfə Qremmi mükafatına sahib olmuşdur. Onun ən yaxşı mahnıları sırasında «Love Is a Battlefield», «Hit me with your best shot», «We belong», «Heartbreaker» və «Invincible» kimi mahnılar seçilir. Pet Benatar Mezzo-soprano səsinə malikdir. == Həyatı == Pet Benatar 10 yanvar 1953-cü ildə ABŞ-də Nyu-York ştatının Bruklin ərazisinin şimalında yerləşən Qrinpoint rayonunda tənəkəçi Endryu Andrzejevski (ing. Andrew Andrzejewski) və kosmetoloq Mildred Andrzejevski (ing. Mildred Andrzejewski) ailəsində doğulmuşdur. Onun 3 yaşı tamam olduqda ailəsi Nyu-Yorkun Lindenhörst ərazisinə köçürlər. Petin atası polşalı, anası isə ingilis, irland və alman əsilli idi.
Yarılmış meandr
Yarılmış meandr (rus. прорванный меандр, ing. cut-off meander) — adətən daşqın zamanı çay meandr boğazını daha qısa yol ilə kəsərək yeni yataq əmələ gətirir. Köhnə yataq quruyaraq onun yerində planda nal şəkilli axmaz yaranır.
Salvia mendax
Salvia patens (lat. Salvia patens) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.