Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Myus-Haband
Myus-Haband — Azərbaycan Respublikası ərazisində olmuş qədim tarixi toponim, Qafqaz Albaniyası və Böyük Ermənistanın tərkibində olmuş tarixi Arsak vilayətinin on iki əyalətindən (havar) biri. Q. Qeybullayev Arsak və Sünik vilayətlərində qeyd edilən Haband toponimini, tarixi mənbələrdə Qafqaz Albaniyası və Atropatena ərazisində yaşadıqları qeyd olunana anariaklarla əlaqələndirir. == Coğrafiyası == Arsak vilayətinin cənubunda yerləşən Myus-Haband havarı, qərbdə Sünik vilayətinin Haband havarı, şimal-qərbdə Sünik vilayətinin Aqaxeçk havarı və Arsak vilayətinin Harçlank havarı, şimal-şərqdə Arsak vilayətinin Muxank havarı, şərqdə Arsak vilayətinin Paçkank havarı, cənubda isə Arsak vilayətinin Sisakan-i-Kotak havarı ilə sərhədlənirdi. Myus-Haband havarının ərazisindən İşxanaget çayı (müasir adı Quruçay) axırdı. Sisakan-i-Kotak, Haband və Myus-Haband havarlarının ərazilərinin kəsişdiyi yerdə Dizapayt dağı (müasir adı Ziyarət dağı) və Katarovəng monastırı yerləşirdi. Myus-Haband ərazisində yerləşən Amaras monastırı Qafqaz Albaniyasında xristianlığın əsas mərkəzlərindən biri olmaqla, Müqəddəs Qriqorisin məzarı üzərində inşa edilmişdir. V əsrdə, ehtimal ki, Sasanilərə qarşı Vardan Mamikonyanın rəhbərliyi ilə aparılan üsyan (449-451) zamanı Amaras monastırı dağıdılmışdır. V əsrin sonlarında Amaras monastırı Qafqaz Albaniyası hökmdarı III Mömin Vaçaqanın sifarişi ilə bərpa edilmişdir. Mesrop Maştots Qafqaz Albaniyasında olarkən maarifləndirmə işinə Myus-Haband ərazisindəki Amaras monastırından başlamışdır. Maştotsun Qafqaz Albaniyasında maarifçi fəaliyyətini erməni tarixçisi Leo belə təsvir edir: Orta əsrlərdə Myus-Haband ərazisində Ktiş qalası və Ktişvəng monastırı inşa edilmişdir.
Ceyms Meys
Ceyms Meys (ing. James Mace; 18 fevral 1952 – 3 may 2004, Kiyev) — ABŞ tarixçisi, professoru və tədqiqatçısı. O, Qolodomorun tədqiqi üzrə ixtisaslaşmışdır. Ceyms Meys ABŞ-nin Oklahoma ştatında anadan olmuşdur. O, Oklahoma Dövlət Universitetində bakalavr təhsili almış, 1973-cü ildə oranı tarix üzrə bakalavr dərəcəsi ilə bitirmişdir. O, Miçiqan Universitetində magistraturaya getmiş və burada Roman Şporluk ilə birlikdə oxuyaraq 1920-ci illərdə Sovet Ukraynasında Milli Kommunizm mövzusunda dissertasiya işi ilə 1981-ci ildə magistr dərəcəsi qazanmışdır. 1981-ci ilin iyul ayından Meys Harvard Ukrayna Tədqiqat İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. == Əsərləri == Mace, James Ernest. Communism and the Dilemmas of National Liberation: National Communism in Soviet Ukraine, 1918–1933 / James Earnest Mace, Harvard Ukrainian Research Institute, Ukrainian Academy of Arts and Sciences in the United States. Cambridge: Distributed by Harvard University Press for the Harvard Ukrainian Research Institute and the Ukrainian Academy of Arts and Sciences in the U.S., 1983.
Metyus Bitenkort
Metyus Bitenkort da Silva (28 İyun 1995 – 28 Noyabr 2016) — Sadəcə Metyus Bitenkort kimi də tanınan, Şapekoense klubunda çıxış etmiş Braziliya futbolçusudur. O, klubda yarımmmüdafiənin sağ cinahında oynayırdı. Bitenkort Şapekoenseyə Hoffenhaym 1899 FK klubundan icarəyə verilmişdir. O, komandanın ən gənc üzvlərindən biri idi. Bitenkort LaMia Hava Yolları reys 2933-ün 28 noyabr 2016-cı ildə qəzaya uğraması nəticəsində həlak olanlardan biri olmuşdur. == Şəxsi həyatı == Metyus Bitenkort Gillerme Bitenkortun cavan qardaşıdır. == Karyera statistikası == 27 dekabr 2014-cü il məlumatlarına əsasən. == Uğurları == === Milli komanda === Braziliya U-20 Toulon Turniri: 2013 == İstinadlar == == Xarici keçidlər == Matheus Biteco profile Arxivləşdirilib 2016-11-18 at the Wayback Machine. Portal Oficial do Grêmio. Soccerway.com saytında profili (ing.) Matheus Biteco profile.
Müqəddəs
Dini inancda müqəddəs – müstəsna dərəcədə müqəddəslik, Allaha yaxınlıq və ya bənzərlik dərəcəsinə malik olan şəxs. Ancaq müqəddəs termininin istifadəsi kontekstdən və məzhəbdən asılıdır. Katolik, Şərqi Pravoslav, Anqlikan, Antixalkidon Kilsələri və Lüteran doktrinasında Cənnətdəki bütün imanlı mərhumlar müqəddəs sayılır, lakin bəziləri daha böyük şərəfə və ya izzətə layiq hesab edilir. Rəsmi kilsədə tanınması və nəticədə ictimai ehtiram kultu, bəzi məzhəb müqəddəslərinə onların təsdiqindən sonra Katolik Kilsəsində kanonizasiya və ya Şərqi Pravoslav Kilsəsində izzətləndirmə prosesi vasitəsilə verilir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Müqəddəs ilə əlaqəli mediafayllar var.
Müsəddəs
Müsəddəs — hər bəndi 6 misradan ibarət klassik şeir forması. XIX əsr urdu və türk ədəbiyyatında məşhurluq qazanmışdır. Qafiyələnməsi aaaa bb şəklindədir. "Müsəddəs" sözü ərəb dilindən tərcümədə "altılıq" mənasını verir. == Cığalı müsəddəs == Müsəddəs (altılıq) şeirlərin bəndlərində beşinci misra ilə altıncı misra arasına hər misrada yeddi hecadan ibarət olan doqquz misralıq cığa artırılması yolu ilə düzələn aşıq şeiri şəkli. Cığalı müsəddəsdə cığa hissənin ilk beş misrasının bir-biri ilə, son dörd misrasının yenə də bir-biri ilə qafiyə olması şərtdir. Müxəmməs və müsəddəslər mənşə etibarilə divan ədəbiyyatına bağlı olsa da, onların heca ölçüsündəki yardımçı poetik əlavələrlə cığalandırılması aşıq yaradıcılığına məxsus hadisədir. == Həmçinin bax == Müsəbbe Sonet == Ədəbiyyat == Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы.
Malus
Alma (lat. Malus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Ümumi məlumat == Azərbaycanda almanın üç yüzə qədər müxtəlif növü və çeşidi vardır. Bunlardan altmışı sənaye üçün əhəmiyyətlidir. Digər şirəli meyvələrdən almanın üstünlüyü odur ki, onu bütün il boyu saxlayıb istifadə etmək mümkündür. Almanın yetişmə fəsli aşağıdakı kimidir: yay (iyul, avqust), payız (sentyabr, oktyabr), qış (noyabrdan fevral ayına qədər). Eyni sort alma iqlim şəraitindən asılı olaraq yetişmə dövrünü dəyişə bilər. Almanın növündən və sortundan asılı olaraq rəngi, dadı və ətri müxtəlif olur. Almadan təbii halda istifadə etməklə yanaşı, bir sıra qiymətli konservləşdirilmiş məhsullar – kompot, mürəbbə, povidlo, şirə, püre və s. hazırlanır.
Mayis
Mayis — Azərbaycan Respublikasının Laçın rayonu Sonasar kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Mayis kəndi Hocaz çayı yaxınlığında, Qarabağ yaylasındadır. Yerli tələffüzü Mayisdir. Keçmiş adı Qızxanımatoyolan olmuşdur. Yaşayış məntəqəsini Qarıqışlaq kəndindən ayrılmış ailələr Qızxanımatoyolan adlı binə yerində salmış və inqilabdan əvvəlki ədəbiyyatlara da bu adla düşmüşdür. 1930-cu illərdə burada Pervomaysk kolxozu təşkil olunmuş və kənd də Maysk adlandırılmışdır. Sonralar oykonim təhrif edilərək, Mayis şəklinə düşmuşdür. Yaşayış məntəqəsi 1 May bayramının adı ilə bağlıdır.
Mayns
Maynts — Almaniyada şəhər. Reyn çayı sahillərində. Reyn çayının o biri sahilində isə Hessen şəhəri yerləşir.
Mayıs
Mayis — Azərbaycan Respublikasının Laçın rayonu Sonasar kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Mayis kəndi Hocaz çayı yaxınlığında, Qarabağ yaylasındadır. Yerli tələffüzü Mayisdir. Keçmiş adı Qızxanımatoyolan olmuşdur. Yaşayış məntəqəsini Qarıqışlaq kəndindən ayrılmış ailələr Qızxanımatoyolan adlı binə yerində salmış və inqilabdan əvvəlki ədəbiyyatlara da bu adla düşmüşdür. 1930-cu illərdə burada Pervomaysk kolxozu təşkil olunmuş və kənd də Maysk adlandırılmışdır. Sonralar oykonim təhrif edilərək, Mayis şəklinə düşmuşdür. Yaşayış məntəqəsi 1 May bayramının adı ilə bağlıdır.
Məcusi
(Ərəbcə: مجوس, Farsca: مگوش, atəşpərəstin cəmi) Məcus, atəşpərəst dinində olan; atəşpərəst; oda sitayiş edən İran və Hindistan xalqından bir qisminin mənsub olduğu inanclardan biridir. Bu inancı qəbul edənlərə "Atəşpərəst", rahiblərinə də "Muz" deyilir. Hindistan və ətrafında məşhur olan Brahmanların bir şöbəsi olan atəşpərəstlər, atəşə, inəyə, timsaha tapınırlar. Bunlar e.ə. təxminən 551 illərində Zərdüşt (Zarathoustra) deyilən bir kimsənin qurduğu bir növ inanışa bağlıdırlar. Atəşpərəstlər ölülərini basdırmazlar, xüsusi qüllələrdə saxlayarlar və kərkəslərə yedirərlər. İranlılar, İbrahim əleyhissalamın bildirdiyi doğru dinə inanırdılar. Assurların bu ölkəyə hakim olmasından sonra, "Sabiilik" adı verilən etiqadlarını İranda yaymağa başladılar. Sabiilər, günəşi, ayı və ulduzları müqəddəs bir varlıq qəbul edib, müxtəlif bütlərə tapınırdılar. Tək Allaha inanmağı əmr edən ilahi dinin tamamilə unudulmasından sonra, İranlılar Sabiilik inancına bağlandılar.
Məhbus
Məhbus və ya dustaq — öz istəyi əleyhinə azadlığından məhrum olunmuş şəxs. Məhbusluq həbs, azadlığın məhdudlaşdırılması, əsirlik və digər yollarla formalaşa bilər. Bu termin həbsxanada azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində işlədilir və məhkəmə prosesi zamanı cavabdeh qismində çıxış edən təqsirlədirilən şəxsə münasibətdə istifadə edilmir. == İngilis hüququnda == "Məhbus" həbsdə saxlanılan şəxsi bildirən hüquqi termindir. 1992-ci il Məhbusların təhlükəsizliyi haqqında Aktın 1-ci maddəsində verilən anlayışa görə, "məhbus" məhkəmə qərarının icrası nəticəsində həbsxanada saxlanılan şəxsdir. "Məhbus" sözü feloniyaya görə təqsirləndirilən şəxsləri bildirən hüquqi termin olmuşdur və misdiminor (ing. misdemeanour) törətmiş şəxslərə şamil edilmirdi. 1967-ci il Cinayət Hüququ haqqında Aktın 1-ci maddəsinə əsasən misdiminor ilə feloniya arasında fərqin aradan qalxması ilə o da öz əhəmiyyətini itirmiş oldu. Qlanvil Vilyams məhkum olunmamış şəxslərə "məhbus" deyilməsi praktikasının "haqsızlıq" olduğunu qeyd etmişdir. == Tarixi == Məhbusların mövcudluğuna dair ən qədim tapıntılar bizim eradan 8,000 il əvvələ qədər gedib çıxır və Aşağı Misirdə aşkar edilmiş ibtidai qəbirlərlə sübut edilmişdir.
Müqəddəm (Urmiya)
Müqəddəm (fars. مقدم‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 349 nəfər yaşayır (95 ailə).
Müqəddəm eli
Müqəddəm eli — Azərbaycan xalqının tanınmış qurumlarından biri. Marağada yaşam sürür. == Elin tarixi == Orta çağda Bayat tayfası elinin aparıcı və nəcib tayfası Bayat tayfası eli idi. Elxanlar bu tayfadan çıxırdı. Bayat tayfası sonra Otuziki elinin tərkibindən çıxıb müstəqil elə çevrildi. Otuziki elinə müqəddəmlər başçılıq etməyə başladılar. 1606-cı ildə I Şah Abbas Qarabağı osmanlılardan azad etdi. Bu dönəmdə Bayat tayfasının başçısı Əmir Ağaxan sultan Müqəddəm idi. Şah Müqəddəm oymağına Marağa vilayətində ölkə təklif etdi. Əmir Ağaxan sultan razılaşıb, oymağı ilə birgə Marağaya köçdü.
Müqəddəs Ambrosi
Müqəddəs Ambrosi, Milanlı Ambrosi, Medilonlu Ambrosi (lat. Sanctus Ambrosius; təq. 340–4 aprel 397) dörd böyük latın kilsə mütəfəkkirindən, Roma kilsəsinin banilərindən biri, kilsə müəllimi. Ambrosi dövrünün ən böyük avtoritetli, imperator siyasətinə qarışabiləcək dərəcədə söz sahibinə malik din xadimi olmuşdur. Bununla da o, kilsə ilə dövlət münasibətləri arasında zəmin yaratmış olmuşdur. Bəxtiyar Avqusinini xristianlığa dəvət edərək onu vəftiz etmişdir. Müqəddəs Ambrosi həm katolik həm də pravoslav kilsə kanonuna qəbul edilmişdir. == Həyatı == Xristian ilahiyyatçısı 340-cı ildə Roma İmperiyasının Qalliya vilayətinin mərkəzi Trevir şəhərində (indiki Almaniyanın Trir şəhəri) dünyaya gəlmişdir. Bəzi tədqiqatçılar onun atasının prefekt (vali) olduğunu irəli sürürlər. Ambrosiusun ailəsi Xristianlığı IV əsrin əvvəllərində qəbul etmişdi.
Myxus
Myxus (lat. Myxus) — kefallar fəsiləsinə aid balıq cinsi.
Məmun
Əbu Əl-Abbas Abdullah ibn Harun Ər-Rəşid (ərəb. أبو العباس عبد الله بن هارون الرشيد‎) (13 sentyabr 786, Bağdad – 9 avqust 833, Tarsus) — 7. Abbasi xəlifəsi. == Həyatı == Harun ər-Rəşidin oğlu Məmun (813–833) atasının siyasətlərini davam etdirdi. Məmunun türklərdən ibarət ordu qurmasının ən böyük səbəblərindən biri dövlətdəki Fars (İran) təsirini qırmaqdı. Mərvdə ikən baş verən olaylar Məmunun farslara və ərəblərə olan güvənini sarsdı. Məmun sadəcə İran ünsürünə dayanmanın yanlışlığını anlamışdı. Atası Harun dönəmindəki Bərməkilər olayında İran əhlinə olan güvəni azalmışdı. Ərəblərin Əmini dəstəkləməsiylə də onlara güvəni qalmamışdı. O qardaşı Əmin ilə xilafət mübarizəsində — xəzinənin və ordunun Əminin tərəfində qalmasından çəkinərək- dayıları olan Türk xaqanlarına sığınmaq istəmişdi.
Məmur
Məmur — Dövlət idarələrində (əsasən, məhkəmə, polis və s.) çalışan qulluqçu; dövlət xidmətçisi, çinovnik.
Morus
Tut (lat. Morus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinə aid bitki cinsi.
Məsum
On dörd Məsum (ərəb. المعصومون‎) — şiələrin inancına görə Məhəmməd peyğəmbər, Əmisioğlu Əli, qızı Fatimə onların 2 oğlu Həsən, Hüseyn və Həsənin 9 nəvəsinə deyilir. Şiələr onları məsum, yəni günahsız olaraq tanıyırlar .Bəzi rəvayətlərdə on dörd məsum Əhli-Beyt kimi də tanınır.
Arctium minus subsp. minus
Arctium minus var. minus
Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi (Bakı)
Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi (pol. Kościół Niepokalanego Poczęcia Najświętszej Maryi Panny; rus. Храм Непорочного Зачатия Пресвятой Девы Марии) - sovet hökuməti tərəfindən dağıdılana qədər 1915-1931-ci illərdə mövcud olmuş Müqəddəs Bakirə Məryəmin kosteli ilə eyni adı daşıyan kilsə. 2006-cı ildə Bakının digər bir yerində tikilmişdir. 29 aprel 2007-ci ildə yeni kilsə Cənubi Qafqaz nunsisi Klaudio Quqerotti tərəfindən təqdis edilib.
Maus
Siçan (ing. mouse) — kompüter cihazı. Siçan plastik qurğu olub kompüterlə istifadəçi arasında əlaqə yaratmaqla proqramların idarə olunmasında, mətnlər, şəkillər üzərində çoxsaylı əmrlərin yerinə yetirilməsində istifadə olunan giriş qurğusudur. Siçan qurğuları diyircəkli, optik və məsafədən idarə edən formalarda olur. Siçanın sol düyməsi əsas əmrləri, sag düyməsi isə seçilmiş obyekt üzərində əməliyyatlar aparmaq üçün xüsusi menyu açır. Siçanın göstəricisi ekranda standart qaydada “ox” simvolu ilə əks olunur. Hesablamada siçan səthə bağlı olan ikiölçülü hərəkəti müəyyən edən işarələmə qurğusudur. Bu hərəkət adətən qrafik istifadəçi biriminin yaxşı idarəsinə imkan verən, göstəricinin ekranda hərəkəti kimi ötürülür. Fiziki olaraq siçan əldə tutulan, bir və ya daha çox düyməsi olan qurğudan ibarətdir. Siçan həmçinin əlavə idarə və ölçülü girişi aktiv edən səthlər və "təkərlər" kimi başqa elementləri özündə saxlayır == Adlandırma == Kompüter işarə qurğusu kimi siçan termininin ən qədim bilinən nəşri Bill İngilisin 1965-ci il nəşri "Computer-Aided Display Control"dur.
Mays
Qarğıdalı (lat. Zea) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Qarğıdalı mədəni şəkildə becərilən birillik bitkidir. Gövdəsinin hündürlüyü 3 m-ə qədər yoğunluğu 3 sm, budaqlanmayan, lakin aşağı hıssəsi oduncaqlaşan bitkidir. Saçaqlı kök sisteminə malik,yarpaqları növbəli, uzun, xətti, yuxarı hissəsi qatlanmış, aşağı hissəsi isə çılpaqdır. Erkək çiçəkləri süpürgəşəkilli, dişi çiçəkləri çoxlu sayda (30 sm) qıça olmaqla, yarpaqların arasında yerləşir. Yumşaq gövdəli, erkəkcik və dişcik çiçək qrupları, zirvəsində isə 2 ayaqlı ağızcığı yerləşmişdir. Çiçəkləri qəhvəyi-qırmızı və açıq-sarı rəngilidir. Özünəməxsus zəif iyli olub, dadı hiss olunacaq dərəcədə olub, seliklidir. Yazda və ya erkən payızda “saçaqlar”ını südlü-mumlu qıçalarını, avqust-sentyabr aylarında silos kimi gövdə və yarpaqları toplanılır.
Əfus
Əfus — İranın İsfahan ostanının Fəridən şəhristanının Buyin və Miyandəşt bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,805 nəfər və 1,045 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti gürcülərdən ibarətdir, fars dilində danışırlar və şiə müsəlmandırlar.
Ərus
Ərus — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1.Arus Yardımlı rayonunun eyni-adlı inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin ətəyindədir. Oykonim Ərus variantında da işlənir. Mənbələrin verdiyi məlumata görə, həmin kənd Mirimli, Tahirli, Məlikli və Arus adlanan dord məhəllədən ibarətdir. XIX əsrin ikinci yarısına aid mənbələrdə də Lənkəran qəzasında mənşəcə qıpçaqlardan olan orus/ərus tayfasının yaşadığı göstərilir. Arus sözü qədim türklərdə "üzün, Hündürlüyüdur adam" deməkdir. 2.Ərus Yardımlı rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin ətəyindədir. XIX əsrin II yarısına aid mənbələrdə Lənkəran qəzasında ərus tayfasının yaşadığı göstərilir.
MAYS
Mərkəzi avropa yaz saatı (MAYS) — UTC+02.00 saat qurşaqlarından birinin adı, UTC-dən iki saat qabaqdadır. Bir çox Avropa ölkəsində və Şimali Afrika ölkələrində gün işığından faydalanmaq üçün istifadə olunur. Qış vaxtı (+01.00) istifadə olunur. == İstifadə == Aşağıdakı ölkələr və Quru məkanları yayda Mərkəzi Avropa Yay Vaxtından martın son bazar günü saat UTC 1:00-dan oktyabrın son bazar günü saat 1:00-a qədər istifadə edir. Albaniya – 1974-cü ildən müntəzəm olaraq Andorra – 1985-ci ildən müntəzəm olaraq Avstriya – 1980-ci ildən müntəzəm olaraq Belçika – 1980-ci ildən müntəzəm olaraq Bosniya və Herseqovina, 1983-cü ildən müntəzəm olaraq Xorvatiya – 1983-cü ildən müntəzəm olaraq Çexoslovakiya – 1979-cu ildən bəri Danimarka – 1980-ci ildən müntəzəm olaraq Fransa – 1976-cı ildən müntəzəm olaraq Almaniya – 1980-ci ildən müntəzəm olaraq Cəbəllütariq – 1982-ci ildən müntəzəm olaraq Macarıstan – 1980-ci ildən müntəzəm olaraq İtaliya – 1966-cı ildən müntəzəm olaraq Lixtenşteyn Lüksemburq – 1977-ci ildən müntəzəm olaraq Şimali Makedoniya – 1983-cü ildən müntəzəm olaraq Malta – 1974-cü ildən müntəzəm olaraq Mərakeş – 1976-cı ildən müntəzəm olaraq Monteneqro – 1983-cü ildən müntəzəm olaraq Niderland – 1977-ci ildən müntəzəm olaraq Norveç – 1980-ci ildən müntəzəm olaraq Polşa – 1977-ci ildən müntəzəm olaraq San-Marino – 1966-cı ildən müntəzəm olaraq Serbiya – 1983-cü ildən müntəzəm olaraq Slovakiya – 1979-cu ildən müntəzəm olaraq Sloveniya – 1983-cü ildən müntəzəm olaraq İspaniya (Kanar adaları istisna) – 1974-cü ildən müntəzəm olaraq İsveç – 1980-ci ildən müntəzəm olaraq İsveçrə – 1981-ci ildən müntəzəm olaraq Tunis – 2005-ci ildən bəri Vatikan – 1966-cı ildən müntəzəm olaraq CEST 1993–1995-ci illərdə Portuqaliyada da istifadə edilib.
Beyeş
"Beyeş" ("Biish") məşhur tarixi başqırd xalq mahnısı uzun-kyui. == Tarix == "Beyeş" mahnısı ilk dəfə A. S. Klyuçaryov tərəfindən 1933-cü ildə BASSR-in Temyasovo, Baymakski bölgəsi kənd sakini A. Kərimovun ifasında lentə alınıb. İlk dəfə "Başkort xalq yırdarı" məcmuəsində nəşr edilmişdir. Mahnının müxtəlif versiyaları F. H. Kamayev, L. N. Lebedinsky , K. Y. Rəhimov, instrumental versiyalar — S. T. Rıbakov və "Ural Müsəlmanlarının məişət oçerki ilə musiqi və mahnıları" lentə alınmışdır. == Təsvir == Mahnıda hüquqları uğrunda mübarizə aparan və hakimiyyətin zülmündən gizlənən Beyeş batır təsvir olunur. Rəvayətə görə, 19-cu əsrin ortalarında başqırdlar hərbçi qismində, Rusiyanın müharibələrində və yürüşlərində iştirak etmiş, müdafiə tikililərinin inşası və şəhərlərin abadlaşdırılması ilə məşğul olmuşlar. Hərbi xidmət yükünü çəkmək istəməyən başqırdlar xidmət etdikləri yeri tərk etdilər. Beyeş və ortaqları da bu cür qaçaq əsgərlər idi. Onların ələ keçirilməsi üçün dəstələr quruldu, lakin Beyeş və yoldaşları Abubakir Abdakov, Kunakbay Abdrahimov, Rəhmatulla Barakov, Kurman Ilbakov, Kutluşa Murzaqulov 10 il ərzində — 1838–1848-ci illər arasında ələ keçmədən yaşadılar. Beyeş Verxneuralski rayonunun Kaginski və Avzyano-Petrovski fabrikləri ərazisindəki Burzyanskaya, Tamyanskaya ərazilərində fəaliyyət göstərmişdir.
Cetus
Qrind (lat. Globicephala) — Delfinlər sinfinə daxil olan heyvan cinsi. Cinsə iki növ daxildir: Adi qrind (Globicephala melas) və Qısaüzgəc qrind (Globicephala macrorhynchus). «Qrind» sözü Farer dilindən götürülmüşdür. == Xüsusiyyət == Qrindlərin uzunluqları 3,6 - 8,5 metr arasında dəyişir. Çəkiləri 800 kq olsa da bəzən 3 tonu keçə bilir. Ağ ləkələr istisna demək olar ki, qara rəngdə olur. Hər iki növ bir birindən əsasən üzgəclərinə görə fərqlənirlər. Qısaüzgəc qrindlərdə hər çənədə 14-18 diş, Adi qrindlərdə isə hər çənədə 16-26 arası diş olur. Osa və Qısaüzgəc qrindlər nadir məməlilərdəndir ki (insanda daxil), dişiləri Menopauza dövrü keçirir və bu uzun on illiklər boyu təkrarlanır.
Ceyms
Ceyms — Kişi adı. Ceyms Monro — Amerika Birləşmiş Ştatlarının 5-ci prezidenti Ceyms Byukenen — Amerika Birləşmiş Ştatlarının 17-ci prezidenti Ceyms Coys — irland yazıçı Ceyms Qarfild — Amerika Birləşmiş Ştatlarının 20-ci prezidenti Ceyms Eyveri — aktyor Ceyms Cozef Silvester — Əslən yəhudi olan İngiltərə riyaziyyatçısı Ceyms Naçvey — ABŞ fotojurnalisti və hərbi fotoqrafı. Ceyms Rey — Amerika Birləşmiş Ştatları ordusunun polkovniki. Ceyms Hekman — amerikalı iqtisadçı. Ceyms Mirrlis — şotland iqtisadçı. Ceyms Mid — məşhur ingilis iqtisadçısı. Ceyms Tobin — amerikalı iqtisadçı.
Döyüş
Döyüş — bir-biri ilə münaqişədə olan ya müharibə vəziyyətində olan iki tərəf arasında baş verən irimiqyaslı hərbi əməliyyatlara deyilir. Döyüşün adı əsasən hərbin baş verdiyi ərazinin adından götürülür. Döyüş müharibənin gedişatında xüsusi çəkiyə malik olub, onun taleyini tam həll etmiş olur. Qədim Dünyada, Orta Əsrlərdə və yeni Tarixdə döyüş konkret bir məkanda, açıq bir yerdə, dənizdə, donmuş göl üzərində baş verir və bir neçə gündən artıq davam etmirdi. Müasir dövrdə döyüş geniş bir coğrafiyada baş verir və aylarla davam edə bilir.
Lepus
Dovşan (lat. Lepus) — dovşanlar fəsiləsinə aid məməli cinsi. Dovşanların əksər növü torpaqlarda "burovz" və "vorenz" adlanan deşiklər qazır. Birincisi daha sadə, fərdi yuvalardır. İkincisi isə bir-birinə bağlı yuvalar şəbəkəsidir, çoxlu girişləri və keçidləri olur. Dovşanların 360 dərəcə və eyni zamanda gecə görmə qabiliyyəti var, başlarını çevirmədən arxada nə olduğunu görə bilirlər. Dovşanların hamiləlik müddəti təxminən 28-31 gün çəkir. Dovşanlar 6-8 arası bala doğur. Erkək dovşana "bak", dişi dovşana "do" deyilir. Doğuş prosesinə ingiliscə "kindlinq" deyilir.
Lexus
Lexus – Yaponiya avtomobil istehsalçısı Toyotanın lüks avtomobil bölməsi. Lexus brendi dünyanın 90-dan çox ölkə və ərazisində satılır və Yaponiyanın ən çox satılan premium avtomobil markasıdır. Bazar dəyərinə görə Yaponiyanın 10 ən böyük qlobal markası arasında yer alıb. Lexus-un baş ofisi Yaponiyanın Naqoya şəhərində yerləşir. Mərkəzləri isə Brüssel, Belçika və Plano, Texas, ABŞ-də yerləşir. 2005-ci ildən etibarən Yaponiyada satılmağa başlamışdır. 1989-cu ildə ilk çıxdığından bəri, Lexus avtomobillərini dözümlü, möhkəm və yüksək keyfiyyətdə təqdim etdiyi üçün müştərilərin etibarını qazanmışdır. 2006-cı ildə JD Power and Associates Vasitələrin Etibarlılığı Araşdırmasına əsaslanaraq Lexus markasını ABŞ-də ən dözümlü və möhkəm avtomobil istehsal edən marka seçdi. Lexus bu mükafatı 12 il ardıcıl olaraq qazanmışdır.
Müqəddəs Aqnes
Müqəddəs Aqnes ya Romalı Aqnes (Aqnesa, Aqniya, Anna (lat. Agnes); təq. 291 ci il — 304 cü il) — xristianlıqda III–IV əsrlərdə yaşamış, inancına görə əzablar çəkmiş şəhid məsihçi qız. Erkən xristiyanlıqda elan edilmiş müqəddəslərdən biri. == Rəvayəti == Rəvayətə görə məsihçiliyin təqib edildiyi dövrdə imperator Domisian məsihçi Aqnesin qarşısına şərt qoyur; ya o, Roma tanrısına qurban verməli ya da rüsvayçılıqla fahişəxanaya göndəriləcək. Bundan imtina edə Aqnesin fitva ilə hücum çəkən kütlə paltarını cırıb zindana salırlar. Aqnesin saçları dərhal uzanaraq onun ayıbını örtür. Bu zaman agah olan mələk ona şəffaf bir örpək gətirmiş olur. Möcüzə davam edir; qızı zorlamaq istəyən hər bir kişi onu görcək ehtirasdan düşmüş olaraq utancaq bir şəkildə fahişəxananı tərk edirlər. Onun bəxtsiz sevgilisi Aqnesə baş çəkərkən qəflətən ölür.
Müqəddəs Avqustin
Avqustín Avrélius (lat. Aurelius Augustinus Hipponensis; 13 noyabr 354 – 28 avqust 430) — qərb Xristianlığının ən böyük ilahiyyatçılarından və filosoflarından biri, Xristian kilsəsinin müqəddəs atası, 395-ci ildən Hippon şəhərinin yepiskopu. Onun təlimi bir neçə yüzillik ərzində Qərb xristian kilsəsinin ideologiyasının əsasını təşkil etmişdir. == Həyatı == Avqustin Şimali Afrikanın Taqasta şəhərində anadan olmuşdu. Onun atası bütpərəst, anası isə xristian olmuşdu. O öz təhsilini Taqastada almışdı, sonra Kartacanın (Karfagenin) ritorika məktəbində davam etdirmişdi. On doqquz yaşında Avqustin mani dinini qəbul etmişdi. Maniliyin dualist təliminin əlamətləri, Avqustinin əqidəsində və əsərlərində, Xristianlığı qəbul edəndən sonra da özünü göstərirdi. 383-cü ildə Avqustin Romaya gəlib, orada ritorika məktəbini təsis etmişdi. Daha sonra o Mediolan şəhərinə köçmüş və orada yepiskop Ambrosiusla tanış olmuşdur.
Müqəddəs Dimitri
Solunlu Dimitri və ya Fessalonikili Dimitri (yun. Δημήτριος της Θεσσαλονίκης), həmçinin Dimitri Mirotçets (yun. Δημήτριος ο Μυροβλύτης; ən tezi 270 və ən geci 281, Saloniki – təq. 306, Saloniki) — xristian müqəddəs, böyük əzabkeş kimi qarşılanır. İmperator Maksimian dövründə təqibə məruz qalmışdır.
Müqəddəs Faddey
Həvari Faddey (yun. Θαδδαῖος, qibt. ⲑⲁⲇⲇⲉⲟⲥ, süry. ܝܗܘܕܐ ܫܠܝܚܐ; təq. 10 – təq. 62, Beyrut) — İncilə əsasən İsa Məsihin 12 həvarisindən biri.
Müqəddəs Georgi
Müqəddəs Georgi — xristianlıqda müqəddəs, əzabkeş, xristian dünyasının ən məşhur müqəddəslərindən biri. Onun həyatının həm kanonik, həm də apokrifik versiyaları var. Kanonik versiyaya görə, o, imperator Diokletian dövründə Böyük təqiblər zamanı əziyyət çəkmiş və səkkiz günlük ağır işgəncədən sonra 303-cü ildə (və ya 304-cü) başı kəsilmişdir. Onun möcüzələrinin ən məşhur biri "Georginin ilan haqqında möcüzəsi"dir. == Qeydlər == == İstinadlar == == Əlavə ədəbiyyat == Ковалёв-Случевский К. П. Георгий Победоносец. Жизнеописание и деяния (серия ЖЗЛ). — М.: Молодая гвардия, 2020. — 360 с. Васильев, Павел Петрович. Георгий святой, великомученик, победоносец // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.