Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mahsun Bağırzadə
Mahsun Kırmızıgül
Mahsun Qırmızıgül — (türk. Mahsun Kırmızıgül; 1 aprel 1968 və ya 26 mart 1969, Diyarbəkir), Türkiyə müğənnisi, aktyoru, rejissoru, ssenaristi və bəstəkarı. == Həyatı == Zaza əsilli əsl adı Abdullah Bazencir olan Mahsun Qırmızıgül 1969-cu ildə Diyarbəkir ilinin Hani ilçəsində Vəzir kəndində anadan olmuşdur.. Mahsun Qırmızıgülün əzəli Azərbaycan torpağı, türklüyün beşiyi hesab olunan Urmiya şəhəri üçün kürdcə mahnı oxuması və mahnıda "Urmiya mənim ölkəmdir" sözünü işlətməsi Azərbaycan türkləri arasında narazılıqla qarşılanıb. Onun Urmiya şəhərini Kürdüstanın bir hissəsi kimi göstərməsi Urmiya tarixi üçün açıq saxtakarlıq kimi qiymətləndirilib.
Mahsun Qırmızıgül
Mahsun Qırmızıgül — (türk. Mahsun Kırmızıgül; 1 aprel 1968 və ya 26 mart 1969, Diyarbəkir), Türkiyə müğənnisi, aktyoru, rejissoru, ssenaristi və bəstəkarı. == Həyatı == Zaza əsilli əsl adı Abdullah Bazencir olan Mahsun Qırmızıgül 1969-cu ildə Diyarbəkir ilinin Hani ilçəsində Vəzir kəndində anadan olmuşdur.. Mahsun Qırmızıgülün əzəli Azərbaycan torpağı, türklüyün beşiyi hesab olunan Urmiya şəhəri üçün kürdcə mahnı oxuması və mahnıda "Urmiya mənim ölkəmdir" sözünü işlətməsi Azərbaycan türkləri arasında narazılıqla qarşılanıb. Onun Urmiya şəhərini Kürdüstanın bir hissəsi kimi göstərməsi Urmiya tarixi üçün açıq saxtakarlıq kimi qiymətləndirilib.
İkramullah Mahsud
İkramullah Mahsud — Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (may 2013 - dekabr 2013). İkramullah Mahsud 1953-cü ilin dekabrın 28-də anadan olub. 1979-cu ildən Pakistanın xarici işlər idarəsində işləməyə başlayıb. 2004-2008-ci illərdə Pakistanın Tacikistandakı, 2008-2012-ci illərdə isə Bəhreyndəki səfiri vəzifəsində çalışıb. Rus və ingilis dillərində sərbəst danışır. Pakistan Xarici İşlər Nazirliyində xüsusi katib vəzifəsində çalışan İkramullah Mahsudun namizədliyi 2013-cü ilin mart ayında təsdiq olunub və o, Azərbaycanda Pakistanın yeni səfiri təyin edilib. Həmin ilin dekabrına kimi bu vəzifədə fəaliyyət göstərib.
Lapsus
Lapsus (aralıq, sürüşmə, xətalar) — yazılışda və ya deyilişdə xəta.
Mahmud
Mahmud — Kişi adı. Mahmud Qaşqarlı — görkəmli türk filoloqudur. Mahmud Əhmədinejad — İran İslam Respublikasının 6-cı prezidenti. Mahmud Şəbüstəri — Mahmud xan Əlaülmülk — Mahmud Rüstəmov (I) — Mahmud Əfşar Tus — Mahmud Əli Yusuf — Sultan Mahmud Qəznəli — Qəznəvilər dövlətinin hökmdarı (998–1030).
Maltus
Tomas Robert Maltus (ing. Thomas Robert Malthus, 13 fevral 1766, Hilford - 23 dekabr 1834) — ingilis iqtisadçı, demoqraf alim, kilsə xadimi. == Həyatı == Tomas Maltus London yaxınlığındakı bir kənddə, mülkədar ailəsində anadan olmuşdur. O, Kembric Universitetini bitirərək ingilis kilsəsində ruhani rütbəsi almış və kənd keşişi işləmişdir. 1807- ildən o, Ost-hind kompaniyasının kollecində siyasi iqtisad professoru dərəcəsi almışdır. Maltus elmdə demoqrafik problemləri və əhalinin sayının dəyişməsi qanunauyğunluqlarını öyrənən ilk adam olmamışdır, lakin yarandığı gündən ictimai elmlər sahəsində mübahisəyə səbəb olmuş əhali nəzəriyyəsinin yaranması onun adı ilə bağlıdır. Tomas Maltus dünya əhalisinin sayının tənzimlənməyəcəyi halda bütün dünyanın aclıq çəkəcəyi ilə bağlı pessimist iqtisadi nəzəriyyəninin müəllifi kimi şöhrət qazanmışdır. Maltus göstərir ki, insan cəmiyyəti yarandığı vaxtdan əhali yaşayış vasitələrinə nisbətən daha sürətlə artma meylinə malikdir. Bunu sübut etmək üçün o, əhalinin və yaşayış vasitələrinin artımının müxtəlif meyllərini kəşf edir: "Hər 25 ildə əhali 2 dəfə, yəni, həndəsi silsilənin ədəd sırası kimi-2, 4, 8, 16, 32, 64, ... arta bilər, yaşayış vasitələri isə ən yaxşı halda həmin vaxt ərzində ədədi silsilə üzrə-1, 2, 3, 4, 5, 6, 7...
Manaus
Manaus — Braziliyada yerləşən şəhər. Amazonas ştatına daxildir.
Mangus
Manqus
Matsue
Matsue (yap. 松江市) — Yaponiyanın Honşu adasında olan Çuqoku regionunda yerləşən Şimane prefekturasının paytaxtı.
Məhbus
Məhbus və ya dustaq — öz istəyi əleyhinə azadlığından məhrum olunmuş şəxs. Məhbusluq həbs, azadlığın məhdudlaşdırılması, əsirlik və digər yollarla formalaşa bilər. Bu termin həbsxanada azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində işlədilir və məhkəmə prosesi zamanı cavabdeh qismində çıxış edən təqsirlədirilən şəxsə münasibətdə istifadə edilmir. "Məhbus" həbsdə saxlanılan şəxsi bildirən hüquqi termindir. 1992-ci il Məhbusların təhlükəsizliyi haqqında Aktın 1-ci maddəsində verilən anlayışa görə, "məhbus" məhkəmə qərarının icrası nəticəsində həbsxanada saxlanılan şəxsdir. "Məhbus" sözü feloniyaya görə təqsirləndirilən şəxsləri bildirən hüquqi termin olmuşdur və misdiminor (ing. misdemeanour) törətmiş şəxslərə şamil edilmirdi. 1967-ci il Cinayət Hüququ haqqında Aktın 1-ci maddəsinə əsasən misdiminor ilə feloniya arasında fərqin aradan qalxması ilə o da öz əhəmiyyətini itirmiş oldu. Qlanvil Vilyams məhkum olunmamış şəxslərə "məhbus" deyilməsi praktikasının "haqsızlıq" olduğunu qeyd etmişdir. Məhbusların mövcudluğuna dair ən qədim tapıntılar bizim eradan 8,000 il əvvələ qədər gedib çıxır və Aşağı Misirdə aşkar edilmiş ibtidai qəbirlərlə sübut edilmişdir.
Məhsul
Məhsul, məmulat, ərzaq ya da yeyinti — ölkə, region və şəxsi təsərrüfatın torpaq sahəsində müəyyən kənd təsərrüfatı bitkisinin yetişdirilərək əldə edilən nəticənsiin ümumi həcmi. Əksər məhsullar tonla ölçülür.
Tarsus
Tarsus ― Mersin ilinin ilçəsi. Tarsus şəhəri Kilikiya Erməni Çarlığının ilk paytaxtı olmuşdur.
Matsum.
Nindzo Matsumura (14 fevral 1856, İbaraki prefekturası – 4 may 1928, Tokio[d]) — Yaponiya botaniki. == Biblioqrafiya == Nindzo Matsumura 9 yanvar 1856-cı ildə Xitati əyalətində anadan olmuşdur. 1923-cü ilin noyabrında iflic olan Nindzo Matsumura 4 may 1928-ci ildə vəfat etmişdir. == Bəzi elmi əsərləri == Matsumura N. Nippon shokubutsumeii; or nomenclature of japanese plants in Latin, Japanese and Chinese. — Tokio, 1884. — 209 p. Matsumura N. Cryptogamae japonicae iconibus illustratae. — Tokyo, 1899–1901. Matsumura N. Index plantarum japonicarum. — Tokioni, 1904–1912.
Massis
Masis və ya Massis bu mənaları ifadə edə bilər: Masis (ad) Massis (soyad) Masis dağı — Türkiyədə yerləşən, ermənilərin Masis olaraq adlandırdığı Ağrı dağı. Masis (Ermənistan) — Ermənistanın Ararat mərzində yerləşən şəhər. Masis rayonu — Ermənistanda mövcud olmuş və hazırda ləğv olunmuş Zəngibasar rayonunun sonradan dəyişdirilmiş adı. Masis (kənd) — Ermənistanın Ararat mərzində yerləşən kənd. Massis (qəzet) — Los-Ancelesdə yaradılan, hazırda Kaliforniyanın Pasadena şəhərində erməni və ingilis dillərində nəşr olunan həftəlik erməni qəzeti.
Malus
Alma (lat. Malus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Ümumi məlumat == Azərbaycanda almanın üç yüzə qədər müxtəlif növü və çeşidi vardır. Bunlardan altmışı sənaye üçün əhəmiyyətlidir. Digər şirəli meyvələrdən almanın üstünlüyü odur ki, onu bütün il boyu saxlayıb istifadə etmək mümkündür. Almanın yetişmə fəsli aşağıdakı kimidir: yay (iyul, avqust), payız (sentyabr, oktyabr), qış (noyabrdan fevral ayına qədər). Eyni sort alma iqlim şəraitindən asılı olaraq yetişmə dövrünü dəyişə bilər. Almanın növündən və sortundan asılı olaraq rəngi, dadı və ətri müxtəlif olur. Almadan təbii halda istifadə etməklə yanaşı, bir sıra qiymətli konservləşdirilmiş məhsullar – kompot, mürəbbə, povidlo, şirə, püre və s. hazırlanır.
Masis
Masis və ya Massis bu mənaları ifadə edə bilər: Masis (ad) Massis (soyad) Masis dağı — Türkiyədə yerləşən, ermənilərin Masis olaraq adlandırdığı Ağrı dağı. Masis (Ermənistan) — Ermənistanın Ararat mərzində yerləşən şəhər. Masis rayonu — Ermənistanda mövcud olmuş və hazırda ləğv olunmuş Zəngibasar rayonunun sonradan dəyişdirilmiş adı. Masis (kənd) — Ermənistanın Ararat mərzində yerləşən kənd. Massis (qəzet) — Los-Ancelesdə yaradılan, hazırda Kaliforniyanın Pasadena şəhərində erməni və ingilis dillərində nəşr olunan həftəlik erməni qəzeti.
Matsu
Matszu (çin. 妈祖, azərb. Ana əcdad, ana, nənə‎) — Daoizm inancında dəniz ilahəsi, dənizçilərin və balıqçıların himayədarı və qoruyucusudur. Matsuya ibadət sonq sülaləsinin dövründə başlanıb. Matsuya Şərqi və Cənub-Şərqi Asiyada daosizmin yayıldığı yerlərdə daha çox sahil ətrafı bölgələrdə ibadət edilir.
Erigeron mancus
Erigeron mancus (lat. Erigeron mancus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Gülnur Mahmud
Gülnur Mahmud (doğum adı: Gülnur Yaqub qızı Mahmudova; 28 oktyabr 1974, Bakı) — şərqşünas alim, filologiya üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Gülnur Mahmud 1974-cü il oktyabrın 28-də Bakıda anadan olub. 1991-ci ildə Bakıdakı 175 nömrəli tam orta məktəbi bitirib. 1991–1996-cı illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində Mirzə Kazımbəy adına təqaüdlə oxuyub. G. Mahmud daha sonra 1997–2001-ci illərdə Azərbaycan Dillər Universitetinin İngilis-fransız dilləri fakültəsində ikinci ali təhsil alıb. 1998–2000-ci illərdə Azərbaycan Universitetində müəllim, baş müəllim və 2000–2008-ci illərdə isə BDU-da müəllim işləyib. 2008-ci ildən BDU-nun Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının dosentidir. O, 2005-ci ildə "Ərəb ədəbi dilində sinonimlik" adlı dissertasiya işi müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Qahirə Universiteti (Misir), Əmman Universiteti (İordaniya), Dəməşq Universiteti (Suriya), Beyrut Ərəb Universiteti (Livan) və Tunis əl-Manar Universitetində (Tunis) elmi məzuniyyətdə olub. G. Mahmud 50 elmi məqalə, 25 tezis, bir metodik vəsait, 8 fənn proqramı və "Ərəb ədəbi dilində sinonimlik" kitabının müəllifidir.
II Mahmud
II Mahmud (osm. محمود ثانى‎ — Mahmud-i sânî) (20 iyul 1785, Konstantinopol – 1 iyul 1839, Konstantinopol) — 30-cu Osmanlı sultanı və 109-cu İslam xəlifəsi. == Həyatı == === İlk illəri və taxta çıxışı === 20 iyul 1785-ci ildə dünyaya gəlmişdir. Atası 27. Osmanlı sultanı I Əbdülhəmid, anası isə onun xanımlarından Nəqşidil Sultandır. Anasının fransız əsilli olması ilə bağlı məlumat düzgün deyil. Adli təxəllüsü doğumundan dərhal sonra verilmişdir. Əmisi Sultan Səlimin taxtdan endirilməsi (29 may 1807), böyük qardaşı Sultan Mustafanın cülusu və ardından Ələmdar Mustafa Paşa tərəfindən taxtdan endirilməsinin ardından 28 iyul 1808-ci ildə taxta oturdu. Sultan Səlimin öldürülməsi əsnasında o da təsadüflə ölümdən xilas olmuş, 31 il davam edən səltənəti yeniçəri üsyanları, mərkəzi idarəçiliyi zəiflədən özbaşına əyalət rəisləri və əyanların aradan qaldırılması, serb və yunan ayaqlanmaları, İran və Rusiya ilə gedən müharibələr və xüsusilə də, Misir hakimi Mehmed Əli Paşanın üsyanı ilə tarixə düşmüşdür. Ancaq bununla yanaşı, Sultan Mahmud səltənəti Osmanlı imperiyasının struktur baxımından yenidən formalaşması, istər idarəetmə, istərsə də mədəni həyatında yeni çağın başlaması ilə də xarakterizə olunur.
I Mahmud
I Mahmud (Osmanlı türkcəsi: محمود اول — Mahmud-i evvel; 2 avqust 1696, Ədirnə – 13 dekabr 1754, Konstantinopol) — 24-cü Osmanlı sultanı və 103-cü İslam xəlifəsi. == Həyatı == === İlk illəri === 2 avqust 1696-cı ildə Ədirnədə dünyaya gəlmişdir. Atası 22. Osmanlı sultanı II Mustafa, anası isə yunan əsilli Saliha Sultandır. Uşaqlıq illəri Ədirnədə keçmiş, ilk təhsilini də burada dövrün şeyxülislamı Seyid Feyzullah Əfəndinin oğlu İbrahim Əfəndidən almışdır. Atasının taxtdan endirilməsiylə nəticələnən Ədirnə hadisələrinin ardından (1703) qardaşlarıyla birlikdə İstanbula gətirildi. 2 il sonra isə qardaşlarıyla birlikdə sadə bir mərasimlə sünnət edildi. Adətən zərgərliklə məşğul olduğu 27 illik qəfəs həyatının ardından Patrona Xəlil üsyanı nəticəsində taxta çıxarılmışdır (2 oktyabr 1730). Üsyan nəticəsində taxtdan endirilən əmisi Sultan Əhməd onu öz əlləriylə taxta oturtmuş, xeyir-dualar verərək dövlət idarəsini öz əlində cəmləməsini məsləhət görmüşdür. === Patrona Xəlil dönəmi === Sultan Mahmud səltənətinin ilk həftələrində üsyan rəhbərlərinin tələblərini yerinə yetirməyə məcbur oldu.
Keyko Matsui
Keyko Matsui (yap. 松居慶子; qızlıq familiyası — Doi, 26 iyul 1961, Tokio[d]) — nyu eyc və caz üslublarında ifaçılıq edən yapon pianoçu və bəstəkar. == Həyatı == Yapon mövhumatına görə əgər uşağı harasa onun beşinci ad günündən sonra gələn iyunda apararsan, bu onun həyatın böyük hissəsi olacaq. Keykonun anası — Emiko Doi, yapon ənənəvi rəqslərinin müəllimi qızının beş yaşı olanda iyun ayında onu fortepiano dərsinə gətirdi. Kiekoya birinci dərsi çox xoşuna gəldi. Keyko orta məktəbdə yaxşı oxuyurdu və bir neçə dəfə sinfinin prezidenti seçilinmişdi. O vaxt onun sevdiyi musiqiçilər Stivi Uander, Sergey Raxmaninov, Moris Jarr, Yan Sibelius və s. idilər. Yapon Qadınlar Universitetın uşaq mədəniyyəti fakültəsini bitirmiş. Birinci şəxsi öyrətmənnən bir neçə il öyrənib, Yamaha Music Foundation-da musiqi ilə məşqul olub.
Kim Maqnus
Kim Maqnus (21 iyul 1998) — Cənubi Koreyalı xizək yürüşçüsü. Kim Maqnus Cənubi Koreyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Kim Maqnus birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər klassik sprint yarışlarında iştirak etdi. Maqnus 3:22.36 saniyəlik nəticəsi ilə 80 atlet arasında 49-cu yeri tutdu və növbəti mərhələyə vəsiqə qazana bilmədi.