MÖHSÜM
MÖHSÜNƏ
OBASTAN VİKİ
Möhsün Abbasov
Möhsün Abbasov (tam adı: Möhsün Nəsir oğlu Abbasov; 15 may 1922 və ya 15 fevral 1922, Əhmədalılar, Qaryagin rayonu – 27 may 1990, Əhmədalılar, Füzuli rayonu) – Sosialist Əməyi Qəhrəmanı (1950). Böyük Vətən müharibəsi (1941–45) iştirakçısı. Möhsün Abbasov 1922-ci ilin fevral ayının 15-də Azərbaycanın Füzuli rayonunun Əhmədalılar kəndində anadan olmuşdur. 1990-cı il may ayının 27-də Füzulinin elə həmin kəndində vəfat etmişdir. M.Abbasov 1949-cu ildə pambıqçılıq sahəsində yüksək nailiyyətlər əldə etmişdir.
Möhsün Furuzan
Möhsün Furuzan (3 may 1988, Rəşt) — İranlı futbol qapıçısı. Furuzan 2011-ci ilin iyun ayından Təbrizin İran milli futbol çempionatında çıxış edən Traktor Sazi futbol klubunun qapıçısıdır. Buna qədər isə o Gilanın "Pegah", Ənzəlinin "Mələvan", Rəştin "Damaş", Təbrizin Göstəriş Polad futbol klublarının qapısını qoruyub.
Möhsün Fəxrizadə
Möhsün Fəxrizadə Mahabadi (fars. محسن فخریزاده مهابادی‎; 21 mart 1961, Qum – 27 noyabr 2020) — İranlı fizika və nüvə alimi, İranın Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının rəhbəri. O nüvə fizikası mühəndisliyi üzrə magistr dərəcəsini aldıqdan sonra işə başlamış və bu sahədə universitetin Professoru olmuşdur. Qeyd etmək lazımdır ki, Möhsün Fəxrizadə Amerikanın Foreign Policy nəşri tərəfindən çap olunan dünyanın 500 ən güclü insanı siyahısında yer alan beş İranlı nüfuzlu alimdən biridir. İsrailin baş naziri Benyamin Netanyahu bir neçə dəfə çıxışlarında İranın Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının rəhbəri olan nüvə alimi Mohsen Fəxrizadənin bu ölkənin nüvə texnologiyası sahəsində mühüm şəxslərdən biri və İsrailin hədəfində olduğunu demişdi. İranda Korona epidemiyası başlayarkən və Ağciyər, ürək xəstəlikləri baş verərkən, İran Müdafiə Nazirliyi İran Səhiyyə Nazirliyi ilə əməkdaşlıq edərək diaqnostika dəsti və ürək-damar xəstəliyi peyvəndi də daxil olmaqla lazımi avadanlıqları hazırlamışdır. İran Müdafiə Nazirliyinin korona peyvəndi artıq sınaq ərəfəsində idi. İran Müdafiə naziri Fəxrizadənin, Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının sədri olaraq bu kəşfdə mühüm rol oynadığını bildirdi. 27 noyabr 2020-ci ildə İranın Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının rəhbəri, nüvə alimi Möhsün Fəxrizadəyə sui-qəsd olub. Günorta saatlarında bir qrup silahlı şəxs Tehran yaxınlığında aliminin olduğu avtomobilə hücum edib.
Möhsün Hüseynov
Möhsün Hüseynxanlı (tam adı: Mövsüm Turbəndə oğlu Hüseynov; 13 iyun 1958, Laçın, Azərbaycan SSR, SSRİ) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2018). Hüseynov Mövsüm Türbəndə oğlu 1958-ci il iyun ayının 13-də Laçın rayonunda anadan olmuşdur. 1980-85-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitunu bitirib. 1982-1995-ci illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrında, 1995-1997-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1997-2008-ci illərdə Bakı Bələdiyyə Teatrında çalışıb. 2010-cu ildən bu günədək yenidən Sumqayıt Dövlət Musiqili Dram Teatrında fəaliyyətini davam etdirir. 16 oktyabr 2018-ci ildə isə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. Hücum (film, 1989) Qəzəlxan (film, 1991) Yük (film, 1995) Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) Otel otağı (film, 1998) Yanmış körpülər (film, 2007) Şans (film, 2004) Bomba (film, 2005) Heydər Əliyev (film) Vəkil hanı?
Möhsün Hüseynxanlı
Möhsün Hüseynxanlı (tam adı: Mövsüm Turbəndə oğlu Hüseynov; 13 iyun 1958, Laçın, Azərbaycan SSR, SSRİ) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2018). Hüseynov Mövsüm Türbəndə oğlu 1958-ci il iyun ayının 13-də Laçın rayonunda anadan olmuşdur. 1980-85-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitunu bitirib. 1982-1995-ci illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrında, 1995-1997-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1997-2008-ci illərdə Bakı Bələdiyyə Teatrında çalışıb. 2010-cu ildən bu günədək yenidən Sumqayıt Dövlət Musiqili Dram Teatrında fəaliyyətini davam etdirir. 16 oktyabr 2018-ci ildə isə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. Hücum (film, 1989) Qəzəlxan (film, 1991) Yük (film, 1995) Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) Otel otağı (film, 1998) Yanmış körpülər (film, 2007) Şans (film, 2004) Bomba (film, 2005) Heydər Əliyev (film) Vəkil hanı?
Möhsün Həştrudi
Möhsün Həştrudi (13 dekabr 1908, Təbriz – 4 sentyabr 1976, Tehran) — azərbaycanlı şair, alim, riyaziyyatçı. Həştrudi Möhsün İsmayıl oğlu 1907-ci il dekabrın 13-ü Təbriz şəhərində anadan olub. Orta təhsilinə Təbrizdə başlayır. Sonradan isə Tehrana köçərək burda məşhur Darülfünun məktəbində oxuyaraq 1925-ci ildə həmin məktəbi bitirir. 1936-cı ildə Sarbonna Universitetində riyaziyyat üzrə doktorluq dərəcəsi alır. Onun doktorluq müdafiəsi Difernsial Həndəsə mövzusuna həsr olunub. Doktorluq dərəcəsini aldıqdan sonra İrana geri dönür. Təbriz və Tehran universitetlərində fəaliyyət göstərir. Bütün fəaliyyəti ərzində daima beynəlxalq elmi assosiasiyalar ilə əlaqə saxlamışdır. Bir müddət Harvard universitetində mühazirələr verib.
Möhsün Möhsünov
Möhsün Möhsünov (tam adı:Möhsünov Möhsün Şərif oğlu; 10 may 1937, Naxçıvan – 6 yanvar 1995) — yazıçı,nasir,publisist Möhsünov Möhsün Şərif oğlu 1937-ci il 10 mayda Naxçıvan şəhərində anadan olmuşdur. 1995-ci il 6 yanvar-da vəfat etmişdir. 1955-ci ildə Naxçıvan şəhərində Ü.Hacıbəyov adına 1 nömrəli orta məktəbi, 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdir. Ali məktəbdə təhsilini davam etdirməklə yanaşı, Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat Muzeyində kiçik elmi işçi kimi çalışmışdır. 1964-cü ildə Naxçıvana qayıdaraq Naxçıvan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində redaktor işləmişdir. 1965-1972-ci illərdə pedaqoji fəaliyyətlə məşğul olmuş, əvvəlcə Naxçıvan şəhər 1 nömrəli orta məktəbdə, sonra isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialında müəllim işləmişdir. Sonrakı fəaliyyətini “Şərq qapısı” qəzetində xüsusi müxbir, Azərbaycan Respublikası Ali Sovetinin orqanı olan “Həyat” qəzetinin Naxçıvan Muxrar Respublikası üzrə zona müxbiri, “Respublika” qəzetində müxbir vəzifələrində davam etdirmişdir. 1992-ci ilin iyulundan ömrünün sonunadək “Real” İnformasiya Agentliyinin baş redaktoru işləmişdir. 1963-cü ildən başlayaraq məqalələri “Azərbaycan gəncləri “, “Vışka”, “Ədəbiyyat və incəsənət“ qəzetlərində, “Kirpi”, “Ulduz”, “Azərbaycan qadını“, “Azərbaycan“ jurnallarında, “Odlu ürəklər” almanaxında və başqa mətbu nəşrlərin səhifələrində müntəzəm dərc olunmuşdur. Yeddi kitabı müəllifidir.
Möhsün Nağısoylu
Nağısoylu Möhsün Zellabdin oğlu (1 sentyabr 1946, Xok, Noraşen rayonu) — Azərbaycan alimi, Filologiya elmləri doktoru, Professor, Nəsimi adına Dilçilik İnstitutunun direktoru (2015–2021), AMEA-nın müxbir üzvü (2014), AMEA-nın həqiqi üzvü (2017), AMEA-nın müşaviri (2021). Möhsün Nağısoylu 1946-cı il sentyabrın 1-də Naxçıvan MR Şərur rayonunun Xok kəndində anadan olmuşdur. Orta təhsilini burada aldıqdan sonra 1963-cü ildə indiki BDU-nun şərqşünaslıq fakültəsinin İran filologiyası şöbəsinə daxil olmuş və 1971-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1972-ci ildən Azərbaycan Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda elmi fəaliyyətə başlamışdır. 1976–1980-ci illərdə kiçik elmi işçi, 1981–1988-ci illərdə böyük elmi işçi vəzifələrində çalışmışdır.1988–2015-ci illərdə "Farsdilli əlyazmaların tədqiqi" şöbəsinin müdiri olmuşdur. İnstitutda işlədiyi müddətdə əsasən farsdilli və türkdilli əlyazmaların tədqiqi sahəsində çalışmışdır. Hazırladığı elmi təsvirlər farsdilli əlyazmalar kataloqunun 1, 2 və 3-cü cildlərinə daxil edilmişdir. Rus dilində nəşr olunmuş farsdilli əlyazmalar kataloqunun 2-ci və 3-cü cildlərinin elmi redaktorudur. M. Z. Nağısoylu 1979-cu ildə "XVI əsr Azərbaycan tərcümə əsəri "Şühədanamə" (paleoqrafiya, orfoqrafiya və tərcümə məsələləri)" mövzusunda namizədlik və 1994-cü ildə "XV-XVI əsrlər Azərbaycan tərcümə abidələri (tekstoloji tədqiqi və dil xüsusiyyətləri)" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. M. Z. Nağısoylu 48 kitab və monoqrafiyanın müəllifi, tərtibçisi və tərcüməçisidir.
Möhsün Pakayin
Möhsün Pakayin (fars. محسن پاک‌آیین‎; 1954, İran) — İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2012-ci ildən) Möhsün Pakayin 1954-cü ildə Fars əyalətində anadan olub. 1987-1991-ci illər ərzində parlament deputatı olub. Azərbaycana səfir təyin edilməmişdən əvvəl İran XİN-in Əfqanıstan üzrə departamentinin rəhbəri vəzifəsində çalışıb. Müxtəlif illərdə İranın Zambiya, Özbəkistan və Tailanddakı səfiri olub. 2012-ci ildən İranın Azərbaycandakı səfiri vəzifəsində çalışır.
Möhsün Poladov
Möhsün (Mövsüm) Musa oğlu Poladov (1 may 1905, Ağköynək, Qazax qəzası – 11 aprel 1966, Bakı) — dövlət xadimi, Uzun illər Azərbaycan SSR kənd təsərrüfatı naziri, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun keçmiş rektoru. 1905-ci ildə Qazax qəzasının Ağköynək kəndində anadan olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan az sonra o, Qazax Müəllimlər Seminariyasına daxil olmuşdur. Bir müddət Gəncədə müəllimlik etdikdən sonra isə Bakıya gəlmişdir. Burada o, Azərbaycan SSR Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin aparatında işləyərək Zaqafqaziya Pambıqçılar İnstitutunda təhsili davam etdirmişdir. İnstitutu aqronomluq ixtisası üzrə bitirdikdən sonra Möhsün Poladov Azərbaycan SSR Xalq Torpaq Komissarlığında kadrlar şöbəsində işləmiş, kənd təsərrüfatını mexanikləşdirməyə dair rayonlararası məktəbə rəhbərlik etmişdir. 1937-ci ildə Möhsün Poladov Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna direktor təyin edilmişdir. Böyük Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq cəbhəyə yollanaraq Sovet Ordusu tərkibində Krım cəbhəsində döyüşlərdə iştirak etmiş, "Döyüş xidmətlərinə görə" medalı ilə təltif edilmişdir. 1938–1941 və 1953–1954-cü illərdə AKTİ-nin rektoru olmuşdur. Möhsün Poladov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur.
Möhsün Qədirli
Möhsün Nəcməddin oğlu Qədirli (İsrafilbəyov) (12 (24) avqust 1893, Şamaxı – 2 yanvar 1938) — Azərbaycanda sovet hakimiyyəti və sosializm quruculuğu uğrunda mübariz, respublikada səhiyyə işinin təşkilatçılarından biri, professor (1934). Əməkdar elm xadimi olmuş, mərhum Solmaz İsrafilbəylinin əmisidir. Möhsün İsrafilbəyov 1893-cü ildə Şamaxı şəhərində anadan olmuşdur. 1911-ci ildə Bakı real məktəbini bitirəndən sonra Kiyev Universitetinə qəbul olmuşdu. Kiyev Universitetində oxuyarkən (1911–1917) tələbələrin inqilabi nümayişlərində iştirak etmişdir. 1917-ci ildə Bakıya gəlmiş, bolşevik "Hümmət" təşkilatının katibi və büro üzvü, RSDF(b)P BK və Bakı Sovetinə üzv seçilmişdir. 1918-ci ilin 1 may–31 iyul tarixlərində Lənkəran, Şamaxı, Cavad qəzalarının fövqəladə komissarı təyin olunmuşdur. 1918-ci ilin avqustundan RSFSR Xalq Milli İşlər Komissarlığı yanında Zaqafqaziya şöbəsinin müdiri, daha sonra RK(b)P Həştərxan quberniya Komitəsinin üzvü, quberniya icraiyyə komitəsinin üzvü seçilmiş, sədr müavini, səhiyyə şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1919-cu ilin mayında RSFSR Xalq Xarici İşlər Komissarlığının Yaxın Şərq şöbəsində çalışmışdır. Şərq xalqları kommunist təşkilatlarının 2-ci Ümumrusiya, 5-ci və 7-ci Sovetlər qurultaylarında iştirak etmişdir.
Möhsün Qədiroğlu
Aslanov Möhsün Qədir oğlu – şair, publisist, 1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı (2003). Möhsün Qədiroğlu 1970-ci il aprelin 20-də Qərbi Azərbaycanda, Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra 1988-1990-cı illərdə hərbi xidməti borcunu yerinə yetirmişdir. 1991-1996-cı illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır. 1994-2002-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində xəbərlər şöbəsində redaktor işləmişdir. 2004-cü ildən Ukrayna və Şərqi Avropa ölkələri üzrə xüsusi müxbir olaraq çalışır. Eyni zamanda Kiyevdə 2003-cü ildən Azərbaycan, Ukrayna və rus dillərində nəşr olunan "Azərbaycanın səsi" qəzetinin baş redaktorudur. Ədəbi fəaliyyətə orta məktəbdə ikən başlamışdır. İlk qələm təcrübələri Basarkeçər rayon qəzeti "Vardenis"də dərc edilmişdir. Sonra dövri mətbuatda vaxtaşırı şeir, oçerk və publisistik yazılarını çap etdirmişdir.
Möhsün Rezayi
Mohsen Rezayi Mirqaed (1 sentyabr 1954, Məscid Süleyman, Xuzistan ostanı) — İran hərbçisi. 1981–1997-ci illərdə İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah-e pasdaran-e enqelab-e eslami) 16 il müddətinə komandanı olmuşdur. 1997-ci ildən İİR Məsləhət Şurasının katibidir.
Möhsün Rəis
Möhsün Rəis (1896, Tehran – XX əsr) — İranın xarici işlər naziri. Möhsün Qacarlar dövründə Xarici İşlər vəzarətində şöbə müdiri işləyən Hüseyn Zəhirülmülkün oğlu idi. Xarici İşlər naziri Rəis Möhsün diplomat idi. 1935-37-ci illərdə Almaniyada, 1940-cı ildə Yuqoslaviyada, 1941-ci ildə "Vişi hökumətində" (Fransa) səfir işləmişdi. Hələ o, Əhməd Qəvam hökumətində poçt tеlеqraf naziri işləyəndə, 23 yanvar 1943-cü ildə Roma radiosu bеlə bir məlumat vеrmişdi: "Yеni poçt-tеlеqraf naziri Rəis Möhsün rusların qatı düşməni kimi tanınır... Biz ümid еdirik ki, o, anqlo-saksların əlində alətə çеvriləcəkdir". Möhsün Rəis 1975-ci ildə vəfat edib. Möhsün Rəis Mehrmah xanım Əbdülhüseyn mirzə qızı Fərmanfərma ilə ailə qurmuşdu.
Möhsün Sədr
Möhsün Sədr (1871, Məhəllat, Mərkəzi ostanı – 19 oktyabr 1962, Tehran) — İranın baş baziri. 1945-ci ilin iyununda Güney Azərbaycanda İşlər ciddiləşdi. İranda yeni hökumət böhranı dərinləşməyə başladı. Bir tərəfdən İbrahim Həkimi hökuməti istefa vermişdi, digər tərəfdən yeni təyin edilmiş Baş kazir, 70 yaşlı Möhsün Sədr (Sədr-ül-Əşrəf) Məclisdən etimad ala bilməmişdi. Məclisin müxalifət azlığı və Xalq Partiyası Baş Nazir vəzifəsinə Möhsün Sədrin namizədliyini müdafiə etmirdilər. Onlar Sadri irticaçı şəxslərdən biri hesab edirdilər. Seyid Ziya tərəfdarlarının və Məclisdə müxalifət çoxluqunun ciddi cəhdlərinə baxmayaraq Məclisdən etimad almaq məsələsi iki aya qədər yubandı. Əşrəf Sədr Rza şah dövründə Ədliyyə naziri işləmişdi. Onun dövründə Mazandaran düzənliyinin Rza şaha verilməsi hüquqi cəhətdən əsaslandırılmışdı. O, Məhəmmədəli şah dövründə Qanuni Əsası və demokratiya uğrunda mübarizə aparıb Rusiyanın köməkliyi ilə həbs edilmiş demokratların istintaq işini aparmışdı.
Möhsün Səmədov
Mövsüm Səmədov (4 sentyabr 1966, Quba) — azərbaycanlı həkim, ilahiyyatçı alim, ictimai-siyasi xadim, Azərbaycan İslam Partiyasının 3-cü sədri və lideri (2007-h.h.). Mövsüm Mərdan oğlu Səmədov 1965-ci il sentyabrın 4-də Quba rayonunda Mərdan və Mehparə Səmədovların ailəsində anadan olub. 1972–1982-ci illərdə Quba şəhər 3 saylı tam orta məktəbdə tam orta, 1983–1989-cu illərdə isə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) Müalicə profilaktika fakültəsində ali tibb təhsili alıb. 1989–1990-cı illərdə internatura keçmiş və "terapevt" ixtisasına yiyələnmişdir. 1990–1992-ci illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. Silahlı Qüvvələrin sıralarından "tibb xidməti leytenantı" hərbi rütbəsində tərxis edilib. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan tibb xidməti leytenantıdır. Hərbi xidmətdən sonra Rusiya Federasiyasının Dağıstan Respublikasında həkim, daha sonra isə Quba rayonu Digah kənd ambulatoriyasında 2 il baş həkim kimi çalışıb. 1995–2002-ci illərdə İranın Qum şəhərində yerləşən Qum Elmi Mərkəzində dini təhsil almışdır. M. Səmədov Mehparə Səmədova ilə ailəlidir.
Mir Möhsün Nəvvab
Mir Möhsün Nəvvab (میر محسن نواب قره باغی) (1833, Şuşa – 1918, Şuşa) — Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas azərbaycanlı alim. XIX əsrin ortalarında Azərbaycanın hər yerində kapitalist münasibətləri cücərən və yeni təfəkkür yaranan bir zamanda orta əsrlərə məxsus elmi biliklər sisteminə sahib ensiklopediyaçı alim Mir Möhsün Nəvvab bu şəhərdə yaşayıb-yaradır. Görkəmli musiqiçi, şair, rəssam, xəttat, münəccim, kimyaçı və riyaziyyatçı olan Mir Möhsünü əsərlərinin məzmunu, səviyyəsi və həcmi etibarilə həqiqətən də orta əsrlərin sonuncu ensiklopedist alimləri dəstəsindən hesab etmək mümkündür. Hərçənd ki, o, Şuşanın ictimai həyatında həmişə qabaqcıl, o dövr üçün mütərəqqi mövqelərdə durmuşdur. İndi Mir Möhsün Nəvvabı ilk öncə musiqişünas, Azərbaycan dilində yazılmış "Vüzuhül-ərqam" ("Rəqəmlərin izahı") risaləsinin müəllifi kimi tanıyırlar. Ən yaxşı klassik ənənələr ruhunda qələmə alınmış həmin əsər Şərqdə bu qəbildən yaradılmış son risalələrdən biridir. Azərbaycanda isə, Nəvvab sonuncu kimyagərlərdən, münəccimlərdən və köhnə məktəbə mənsub rəssamlardandır. O, 1833-cü ildə Şuşada Hacı Seyid Əhmədin ailəsində doğulmuş və bütün ömrü boyu doğma şəhərindən kənara çıxmamışdır. İlk təhsilini ruhani məktəbində alan Nəvvab ərəb, fars, türk dillərini mükəmməl mənimsəmiş, sonra isə Abbas Sarıcalı mədrəsəsində astronomiya, kimya, riyaziyyat və digər elmlərin əsaslarına yiyələnmişdir. Uzun ömrü boyunca Nəvvab Şuşanın mədəni və ictimai həyatında fəal iştirak edib.
Möhsün Feyz Kaşani
Molla Məhəmməd Möhsün Feyz Kaşani (?-1670)—İslam alimi. Feyz Kaşani 14 səfər 1007-ci ilində Kaşan şəhərində elm və təqva dolu bir xanədanda dünyaya gəlib və miladi ilə 1670-cı ildə dünyadan köçüb. Atası Molla Fəthullah Kaşani və Ziyauddin Muhəmməd Razinin şagirdlərindən olan Rəziyuddin Şah Murtəza Kaşan Elmlər Hövzəsinin böyük fəqihlərindən olub. Anası alimə və şairə olan Zəhra Xatun Rey şəhərinin böyük alim və fəqihlərindən olan Ziyaul-Urəfa Razinin qızıdır. Feyz Kaşani Şah Murtəzanın dördüncü uşağıdır. İki yaşında atasını itirdikdən sonra dayısı və əmisi onun və qardaşlarının təhsilini boynuna götürürlər. Feyz Kaşani digər qardaşlarından daha ağıllı olduğu üçün yetkinlik çağına qədər Kaşanda dayısı və əmisinin yanında müqəddimə elmini tamamlayır. İyirmi yaşında böyük qardaşıyla birlikdə o dövrdə müxtəlif elm ustadlarının iqamət etdiyi elm mərkəzi İsfahana gedir. 1. Molla Muhəmməd Təqi Məclisi (r.ə) 2.
Möhsün Sənani
Möhsün Sadıq oğlu Cəfərov (Sənani) (19 iyun 1900, Tiflis – 11 fevral 1981, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1949). Möhsün Sənani 1900-cü ildə Tiflisin "Şeytanbazar" məhəlləsində ruhani ailəsində anadan olmuşdur. 4–5 yaşında ikən ata-anasını itirmiş, nənəsinin himayəsində qalmışdır. 1906-cı ildə nənəsi onu mədrəsəyə qoyur. Nənəsinin məqsədi nəvəsini mollalığa hazırlamaq və gələcəkdə onu atası kimi mərsiyəxan eləmək idi. Lakin Möhsün nə mədrəsəni oxuyub başa çatdıra bilir, nə də ki nənəsinin arzusu yerinə yetir. 1908-ci ildə nənəsi vəfat edir, xalası molla Zinyət onu öz himayəsinə götürür. Molla Zinyət, Azərbaycanın xalq artisti Əli Qurbanovun anasıdır. Molla Zinyət Möhsünü öz uşaqlarından çox istəyir. O, Sənaninin oxuması ilə şəxsən məşğul olur.
Möhsün Xəlili
Möhsün Xəlili (fars. محسن خلیلی‎; 14 fevral 1981, Tehran, İran) — İran futbolçusu, Saba Kom klubunun hücumçusu.
Möhsün Yazıçıoğlu
Möhsün Yazıçıoğlu (türk. Muhsin Yazıcıoğlu; 31 dekabr 1954, Sarqışla, Sivas ili – 25 mart 2009, Göksun[d], Qəhrəmanmərəş ili) — türk siyasətçisi. Böyük Birlik Partiyasının yaradıcısı. Möhsün Yazıçıoğlu 31 dekabr 1954-cü ildə Sivasın Sarkışla rayonunun Almalı kəndində anadan olub. İlk təhsilini kənd məktəbində alan Möhsün Yazıcıoğlu 1972-ci ildə Ankara Universitetinin baytarlıq fakültəsinə daxil olur. Gələcək partiya sədrinin siyasi fəaliyyətə başlaması da bu illərə təsadüf edir. Hələ məktəb illərində Sarkışla Gənc Ülkücülər Hərəkatına qoşulan Möhsün Yazıçıoğlu Ankaraya gəldikdən sonra Ülkü Ocaqları Genel Mərkəzində çalışmağa başlayıb. Türkiyənin ağır siyasi dövrlər yaşadığı 1977–1978-ci illərdə Ülkü Ocaqları Genel Başqanının müavini və Ülkü Ocaqları Genel Başqanı vəzifələrində çalışan Möhsün Yazıçıoğlu 1980-ci ilə kimi həmçinin MHP lideri Alparslan Türkeşin müşaviri də olub. Ülkücü hərəkatda önəmli bir yeri olan Möhsün Yazıçıoğlu Susurluq hadisəsinin baş qəhrəmanı olan Abdullah Çatlının köməkçisi olub. 1978-ci ildə Ülkücü Gənclik Dərnəyini yaradan Möhsün Yazıçıoğlu ölkəni sarsıdan bir sıra bəyanatları ilə yadda qalıb.
Möhsün İsrafilbəyov
Möhsün Nəcməddin oğlu Qədirli (İsrafilbəyov) (12 (24) avqust 1893, Şamaxı – 2 yanvar 1938) — Azərbaycanda sovet hakimiyyəti və sosializm quruculuğu uğrunda mübariz, respublikada səhiyyə işinin təşkilatçılarından biri, professor (1934). Əməkdar elm xadimi olmuş, mərhum Solmaz İsrafilbəylinin əmisidir. Möhsün İsrafilbəyov 1893-cü ildə Şamaxı şəhərində anadan olmuşdur. 1911-ci ildə Bakı real məktəbini bitirəndən sonra Kiyev Universitetinə qəbul olmuşdu. Kiyev Universitetində oxuyarkən (1911–1917) tələbələrin inqilabi nümayişlərində iştirak etmişdir. 1917-ci ildə Bakıya gəlmiş, bolşevik "Hümmət" təşkilatının katibi və büro üzvü, RSDF(b)P BK və Bakı Sovetinə üzv seçilmişdir. 1918-ci ilin 1 may–31 iyul tarixlərində Lənkəran, Şamaxı, Cavad qəzalarının fövqəladə komissarı təyin olunmuşdur. 1918-ci ilin avqustundan RSFSR Xalq Milli İşlər Komissarlığı yanında Zaqafqaziya şöbəsinin müdiri, daha sonra RK(b)P Həştərxan quberniya Komitəsinin üzvü, quberniya icraiyyə komitəsinin üzvü seçilmiş, sədr müavini, səhiyyə şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1919-cu ilin mayında RSFSR Xalq Xarici İşlər Komissarlığının Yaxın Şərq şöbəsində çalışmışdır. Şərq xalqları kommunist təşkilatlarının 2-ci Ümumrusiya, 5-ci və 7-ci Sovetlər qurultaylarında iştirak etmişdir.
Möhsün Yeganə
Möhsün Yeganə (fars. محسن یگانه‎; 13 may 1985, Günbədkavus, Mazandaran ostanı) — iranlı müğənni və musiqiçi. O, bir çox konsertlərdə, o cümlədən Fəcr Beynəlxalq Musiqi Festivalında çıxış edib. Möhsün Yeganə 23 may 1364-cü ildə Günbədkavus şəhərində anadan olub. O , Tehran İslami Azad Universitetinin Cənubi Tehran bölməsində sənaye istehsalı ixtisası üzrə sənaye mühəndisliyi tələbəsi idi, lakin altı semestri başa vurduqdan sonra musiqi karyerası üçün təhsilini davam etdirməkdən imtina etdi. O, ailənin üçüncü və ya sonuncu övladıdır və iki böyük bacısı həkim və stomatoloqdur. İran-İraq müharibəsində həlak olan Məhəmməd Rzanın oğludur, anası isə universitet professorudur. Möhsün Yeganə musiqi karyerasına gitara ilə başlayıb.
Möhsün Axundov
Möhsün Axundov (Möhsün Həmid oğlu Axundov; 20 mart 1910 Qovlar qəsəbəsi, Tovuz — 1963) — “Qırmızı Əmək Bayrağı”, “Lenin ordeni” ilə təltifçisi, Əməkdar müəllim. Möhsün Axundov 20 mart 1910-cu ildə Tovuz rayonunun Qovlar qəsəbəsində ziyalı ailəsində anadan olmuşdur. Atası Həmid Axund Qahirə İslam Universitetini bitirmişdir. Anası Mələk Qasım qızı Tovuz rayonu Qoşa kəndində dünyaya gəlib. 1937-ci ildə iki illik qiyabi müəllimlər institutunun coğrafiya fakültəsini bitirmişdir. 1939-ci il Azərbaycan SSR Xalq Maarif Komisarrarlığı tərəfindən 11 iyul tarixli qərarına əsasən məktəb müəllimi adını alaraq birinci-yeddinci sinifə qədər dərs demək hüququ qazanmışdır. 1942-ci il 4 aprel tarixində Azərbaycan SSR Xalq Maarif Komisarlığı Dövlət Qiyabi Pedaqogika İnstitutunu bitirərək orta məktəb müəllimi adı verilmişdir. Əmək fəaliyyətinə 1924 -cu ildə başlamışdır. 1930-cu ildə Tovuz rayon marif sitemində məktəb direktoru olaraq çalışmışdır. Bundan başqa Tovuz rayon A.S. Puşkin məktəbdə tədris işləri üzrə muavin, rayon maarif şöbəsində metodiki kafedranın müdrü, maarif ali məktəb elmi idarə işçiləri həmkarlar ittifaqı Tovuz rayon komitəsinin sədri, maarif şöbəsində inspektor vəzifəsindı çalışmışdır .
Möhsün bəy Xanlarov
Mövsüm bəy Məhəmməd bəy oğlu Xanlarov (24 sentyabr 1857 və ya 1857, Bakı – 23 fevral 1921 və ya 1921, Bakı) — Azərbaycanın ilk kimyaçı (üzvi kimya) alimi və Bakı Şəhər Dumasının üzvü. Mövsüm bəy Xanlarov 1857-ci ilin 24 sentyabrında Bakıda bəy nəsli olan Xanlarovlar ailəsində anadan olmuş və ilk təhsilini mədrəsədə almış, ərəb və fars dillərini, Quranı, şəriət elmini, islam əxlaqını burada öyrənmiş, klassik ədəbiyyat və tarixlə də məhz mədrəsədə tanış olmuşdur. 1871-ci ildə mədrəsə təhsilini başa vurandan sonra o, müstəqil şəkildə rus dilini öyrənmiş, az sonra isə Bakıdakı rus realnı gimnaziyasının tələbəsi olmuşdur. Mövsüm bəy 1872-ci ildə Bakı realnı gimnaziyasına (1874-cü ildə bu təhsil ocağının bazasında Bakı realnı məktəbi təşkil edildi) qəbul olmuşdur. 1877-ci ildə Bakı realnı məktəbini bitirdikdən sonra o, qulluğa başlamayıb məktəbin əlavə siniflərində təhsilini davam etdirmişdir. Həmin məktəbdə o dövrün tələblərinə cavab verən mükəmməl kimya laboratoriyası və fizika kabineti vardı. Məktəbin kitabxanası müxtəlif xarici elmi-kütləvi nəşrlərə abunə idi. Fundamental elmlərə böyük maraq göstərən Mövsüm bəy bu imkanlardan bəhrələnərək nəzəri-praktiki biliklərini daha da artıra bilərdi. Buna görə də o, əlavə siniflərdə təhsilini davam etdirməyi xidmətə başlamaqdan üstün tutdu. 1878-ci ildə Mövsüm bəy Xanlarov Bakı realnı məktəbini uğurla başa vurub Avropa universitetlərindən birində ali təhsil almaq üçün hazırlaşmağa başladı.
Hacı Möhsün xan Əmini
Hacı Möhsün xan Hacı Əli xan oğlu Əmini (?-?)— İran siyasətçisi. == Həyatı == Hacı Möhsün xan bin Hacı Əli xan bin Mirzə Məhəmməd xan Ləvasani Qacarlar dövrünün məşhur şəxslərindən biridir. Atası Mirzə Əli xan Əminəddövlə Qacarlar dövlətinin baş naziri olmuşdu. Maarifpərvər şəxs olduğundan məmləkətdə çoxlu məktəblər açmışdı. Möhsün xan da mükəmməl mədrəsə təhsili almışdı. O atasının dövründə siyasi həyata atılmışdı. Bir müddət maliyyə idarəsində içləmişdi. Hacı Möhsün xan Əmini Məşrutə hərakatı dönəmində fəal rol oynamışdı. == Ailəsi == Hacı Mirzə Möhsün xan Əminəddövlənin övladları Əmini sоyadını daşıyırlar. Mirzə Möhsün xan Əminəddövlə Fəxrəddövlə Əşrəf xanım Müzəffərəddin şah qızı Qovanlı-Qacar ilə ailə qurmuşdu.
Mir Möhsün Nəvvab Qarabaği
Mir Möhsün Nəvvab (میر محسن نواب قره باغی) (1833, Şuşa – 1918, Şuşa) — Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas azərbaycanlı alim. XIX əsrin ortalarında Azərbaycanın hər yerində kapitalist münasibətləri cücərən və yeni təfəkkür yaranan bir zamanda orta əsrlərə məxsus elmi biliklər sisteminə sahib ensiklopediyaçı alim Mir Möhsün Nəvvab bu şəhərdə yaşayıb-yaradır. Görkəmli musiqiçi, şair, rəssam, xəttat, münəccim, kimyaçı və riyaziyyatçı olan Mir Möhsünü əsərlərinin məzmunu, səviyyəsi və həcmi etibarilə həqiqətən də orta əsrlərin sonuncu ensiklopedist alimləri dəstəsindən hesab etmək mümkündür. Hərçənd ki, o, Şuşanın ictimai həyatında həmişə qabaqcıl, o dövr üçün mütərəqqi mövqelərdə durmuşdur. İndi Mir Möhsün Nəvvabı ilk öncə musiqişünas, Azərbaycan dilində yazılmış "Vüzuhül-ərqam" ("Rəqəmlərin izahı") risaləsinin müəllifi kimi tanıyırlar. Ən yaxşı klassik ənənələr ruhunda qələmə alınmış həmin əsər Şərqdə bu qəbildən yaradılmış son risalələrdən biridir. Azərbaycanda isə, Nəvvab sonuncu kimyagərlərdən, münəccimlərdən və köhnə məktəbə mənsub rəssamlardandır. O, 1833-cü ildə Şuşada Hacı Seyid Əhmədin ailəsində doğulmuş və bütün ömrü boyu doğma şəhərindən kənara çıxmamışdır. İlk təhsilini ruhani məktəbində alan Nəvvab ərəb, fars, türk dillərini mükəmməl mənimsəmiş, sonra isə Abbas Sarıcalı mədrəsəsində astronomiya, kimya, riyaziyyat və digər elmlərin əsaslarına yiyələnmişdir. Uzun ömrü boyunca Nəvvab Şuşanın mədəni və ictimai həyatında fəal iştirak edib.
Mir Möhsün Nəvvabın ev-muzeyi
Mir Möhsün Nəvvabın evi — Şuşa şəhərinin tarixi Mamayı məhəlləsi ərazisindəki Nəvvab küçəsində (keçmiş Komsomolskaya) yerləşən iki mərtəbəli ev. Azərbaycan şair və rəssamı Mir Möhsün Nəvvab bu evdə yaşamış və fəaliyyət göstərmişdir. SSRİ dövründə evdə sənətkarın ev muzeyi yaradılmışdır. Evin otaqları divar rəsmləri ilə zəngin bəzədilmişdi. Təəssüf ki, maddi-mənəvi xəzinəmiz sayılan neçə-neçə tarixi abidəmiz, muzeylərimiz ötən əsrin 90-cı illərində erməni işğalçıları tərəfindən qarət olunmuş, dağıdılmışdır. İşğal olunmuş ərazilərimizdə 762 mədəniyyət abidəsi qalıb. İşğalçılar 22 muzeyi, 4 rəsm qalereyasını talayaraq yerlə-yeksan ediblər. Canlı muzey olan Şuşanın özündə 8 muzey fəaliyyət göstərirdi. Dövlət Qarabağ Tarixi Muzeyi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Bülbülün memorial muzeyi, musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin Şuşa filialı, tarzən Qurban Pirimovun Ağdam rayonundakı xatirə muzeyi – bu muzeylərin hər birinin Azərbaycanın maddi-mənəvi xəzinəsində öz dəyəri və yeri vardı. 10 salondan ibarət olan Şuşa Dövlət Rəsm Qalereyasında təsviri sənət ustalarının 200-ə yaxın əsəri nümayiş etdirilirdi.
Mir Möhsün Nəvvabın evi
Mir Möhsün Nəvvabın evi — Şuşa şəhərinin tarixi Mamayı məhəlləsi ərazisindəki Nəvvab küçəsində (keçmiş Komsomolskaya) yerləşən iki mərtəbəli ev. Azərbaycan şair və rəssamı Mir Möhsün Nəvvab bu evdə yaşamış və fəaliyyət göstərmişdir. SSRİ dövründə evdə sənətkarın ev muzeyi yaradılmışdır. Evin otaqları divar rəsmləri ilə zəngin bəzədilmişdi. Təəssüf ki, maddi-mənəvi xəzinəmiz sayılan neçə-neçə tarixi abidəmiz, muzeylərimiz ötən əsrin 90-cı illərində erməni işğalçıları tərəfindən qarət olunmuş, dağıdılmışdır. İşğal olunmuş ərazilərimizdə 762 mədəniyyət abidəsi qalıb. İşğalçılar 22 muzeyi, 4 rəsm qalereyasını talayaraq yerlə-yeksan ediblər. Canlı muzey olan Şuşanın özündə 8 muzey fəaliyyət göstərirdi. Dövlət Qarabağ Tarixi Muzeyi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Bülbülün memorial muzeyi, musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin Şuşa filialı, tarzən Qurban Pirimovun Ağdam rayonundakı xatirə muzeyi – bu muzeylərin hər birinin Azərbaycanın maddi-mənəvi xəzinəsində öz dəyəri və yeri vardı. 10 salondan ibarət olan Şuşa Dövlət Rəsm Qalereyasında təsviri sənət ustalarının 200-ə yaxın əsəri nümayiş etdirilirdi.
Mir Möhsün Nəvvabın qəbirüstü abidəsi
Mir Möhsün Nəvvabın qəbirüstü abidəsi - Şuşa şəhəri general Quliyev küçəsində yerləşən, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğuna aid ölkə əhəmiyyətli monumental abidə. 1960-cı ildə UNESCO-nun xətti ilə Mir Möhsüm Nəvvabın qəbri üzərində qırmızı mərmərdən abidə-barelyef qoyulub. Abidə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. 1992-ci ildə Şuşa ermənilər tərəfindən işğal edildikdən sonra abidə dağıdılıb. Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas azərbaycanlı alim Mir Möhsün Nəvvab 1919-cu ildə vəfat etmişdir. Qəbrinin üzərində onun oğlu Mir İbrahim Ağamirzadə tərəfindən bunlar yazılmışdır: 1957-ci ildə Tokay Məmmədov Nəvvabın qəbirüstü abidəsini hazırlayıb. Abidənin memarı Rasim Əbdürrəhmanovdur. 1960-cı ildə UNESCO tərəfindən qəbirdə təmir işləri aparılıb. Ermənistan Silahlı Qüvvələri 1992-ci ilin 9 may tarixində Şuşanı işğal etdiyi zaman abidə ermənilər tərəfindən dağıdılıb. 7 noyabr 2020-ci ildə Şuşa Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildikdən sonra abidənin qalıqları aşkar edilib.
Mirzə Möhsün Təsir Təbrizi
Mirzə Möhsün Təsir Təbrizi (?-?) — XVII əsrin ikinci yarısı – XVIII əsrin əvvəllərində yaşamış müqtədir Azərbaycan şairi. Mirzə Möhsün Təsir Təbrizi XVII əsrin ikinci yarısı – XVIII əsrin əvvəllərində yaşamış müqtədir Azərbaycan şairidir. Onun həyat və yaradıcılığı kifayət qədər araşdırılmamış, əsərləri əlyazma şəklində qalmışdır. Şairin Tehranın Sipəhsalar Ali Mədrəsəsi Kitabxanasında saxlanan əlyazması əsasında Azərbaycan dilindəki lirik şeirləri ilk dəfə olaraq “Nurlan” nəşriyyatı tərəfindən çapdan çıxmışdır. Filologiya üzrə fəlsəfə doktoru Paşa Kərimovun nəşrə hazırladığı “Təsir Təbrizi. Türkcə şeirləri” kitabına müəllifin anadilli lirikası haqqında ön söz, mətnin transfoneliterasiyası və əlyazmanın fotofaksimilesi daxil edilmişdir. Bir müddət sarayda müstövfi olmuş Mirzə Möhsün Təsir Təbrizinin divanı var ki, burda türkcə qəzəllərdən başqa, türk dilində qəsidə, məsnəvi və digər şeirlər də vardır. Həmin şeirlərin aşağıda verilən başlıqlarından aydın olur ki, Şah Süleymanın (1666-1694) və Şah Sultan Hüseynin (1694-1722) zamanında türkcə məliküş-şüəralıq vəzifəsi də faktiki olaraq bu şairin öhdəsinə düşübmüş: - Qüdrətli, müqəddəs və ulu hökmdar Şah Süleyman əs-Səfəvinin mədhinə həsr edilmiş və onun şərəfli nəzərinə təqdim olunmuş türkcə qəsidə; - Şah Sultan Hüseyn əl-Musəvinin taxta çıxdığı tarixə həsr edilmiş və onun nurlu nəzərinə təqdim olunmuş türkcə qəsidə; - Cənnətməkan hökmdara ərz olunmuş türkcə tərcibənd; - Yüksək əmrə əsasən yazılmış və ərz olunmuş türkcə bayram məsnəvisi; - Şahzadə Sultan Əkbər ibn Övrəngzibin gəlişinə həsr edilmiş və onun mübarək nəzərinə təqdim olunaraq bəyənilmiş türkcə qəzəl.
Mirzə Möhsün xan Təbrizi
Mirzə Möhsün xan Şeyx Kazım oğlu Təbrizi (1820-1900) — vali, diplomat. Mirzə Möhsün xan Şeyx Kazım oğlu Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Ərəb, fars, ingilis, fransız və italyan dillərini bilirdi. Mirzə Tağı xan Əmir Kəbir Təbrizdə iqamət edərkən Mirzə Möhsün onun yanında çalışmağa başlayır. Gəncdəki fitri-istedadı duyan Əmir Kəbir onu Nasirəddin şah Qacara təqdim edir. Şah ona Moinülmülk, sonra Mötəməndülmülk ləqəblərini verir. Mirzə Möhsün xan Təbrizi Müzəffərəddin mirzənin yanında xidmət etmişdi. Müzəffərülmülk ləqəbini daşıyırdı.