Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Makedon dili
Makedon dili (Македонски јазик) — Hind-Avropa dillərinin slavyan dilləri qrupunun cənubi slavyan dilləri yarımqrupuna daxil olan dil. Ən gənc ədəbi slavyan dilidir və 1945-ci ildə kodlaşdırılmışdır. Bolqar dili ilə yanaşı cənubi slavyan dillərinin şərq qoluna daxildir.
Makedon
Makedonlar və ya Makedoniya slavyanları — slavyan xalqlarından biri, Makedoniya Respublikasının əsas əhalisidir. == Tarix == == Etimologiya == == Məskunlaşma == 2012-ci ilə olan məlumatlara əsasən dünyanın 27 ölkəsində 2.115 milyon nəfər etnik makedon yaşayır. == Dil == Makedon və ya Makedoniyanın slavyan dilində danışanların sayı təxminən 1.711 milyon nəfərdir.
Makedonca
Makedon dili (Македонски јазик) — Hind-Avropa dillərinin slavyan dilləri qrupunun cənubi slavyan dilləri yarımqrupuna daxil olan dil. Ən gənc ədəbi slavyan dilidir və 1945-ci ildə kodlaşdırılmışdır. Bolqar dili ilə yanaşı cənubi slavyan dillərinin şərq qoluna daxildir.
Epir və Qərbi Makedoniya
Epir və Qərbi Makedoniya (yun. Αποκεντρωμένη Διοίκηση Ηπείρου — Δυτικής Μακεδονίας) — Yunanıstanın 7 desentralizasiya idarələrindən biri, tərkibinə Epir və Qərbi Makedoniya periferiyaları daxildir. Əhalisi 620.545 nəfər. Sahəsi 18.654,623. Sıxlığı— 33,26 nəfər. İnzibati mərkəzi — Yanina şəhəridir. Hazırda Baş katibin vəzifəsini icra edir Vasilios Mixelakis (Βασίλειος Μιχελάκης). Desentralizasiya idarəsi 2011-ci ildə genişmiqyaslı inzibati islahatlar və «Kallikratis» proqramı çərçivəsində yaradılmışdar (Qanun 3852/2010). İdarə və maliyyəni istifadə edərək, mərkəzləşdirilmiş idarəetmə şəhərsalma, ətraf mühit və enerji siyasəti, meşə təsərrüfatı, miqrasiya və vətəndaşlıq sahələrində idarə olunur. Bundan əlavə, mərkəzləşdirilməmiş administrasiyalar birinci və ikinci səviyyəli inzibati vahidlərə nəzarət edirlər: icmalar (dima) və ətraf mühit, bu halda Epirus və Qərb Makedoniyada iki cəbhədə 30 icma.
Filipp II Makedonski stadionu
Toşe Proeski Stadionu - Makedoniyanın Skopye şəhərində stadion. Ölkənin ən böyük arenasıdır. İstismar müddəti ərzində ən çox azarkeş Şkendiya - Gent oyununa gəlmişdir (31.742 bilet).
KYR Makedoniya 2015 Avropa Oyunlarında
Makedoniya — 12–28 iyun tarixləri arasında Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən 2015 Avropa Oyunlarındaki iştirakı. Makedoniya 2015 Avropa Oyunlarında 39 idmançı ilə qatıldı. Makedoviya 2015 Avropa Oyunlarında 2 bürünc medal qazandı və medal sıralanmasında 38-ci yeri tutdu. == Medalçılar == == Ümumi məlumat == Makedoniya 2015 Avropa Oyunlarında 39 idmançı ilə 8 idman növündə qatıldı. Makedoniya bayrağını 2015 Avropa Oyunlarının açılış mərasimində Bakı Olimpiya Stadionuna karateçi Emil Pavlov gətirdi.
Keçmiş Yuqoslaviya Makedoniya Respublikası
Şimali Makedoniya (mak. Северна Македонија; alb. Maqedonia e Veriut) və ya rəsmi adı ilə Şimali Makedoniya Respublikası (mak. Република Северна Македонија; alb. Republika e Maqedonisë së Veriut) — cənub-şərqi Avropada dövlət. Şimali Makedoniya Balkan yarımadasında dənizə çıxışı olmayan ölkədir. Şimal-şərqdə Serbiya, şimal-qərbdə Kosovo (qismən tanınan), qərbdə Albaniya, cənubda Yunanıstan, şərqdə isə Bolqarıstanla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Skopye şəhəri, ümumi sahəsi 25,713 kvadrat kilometrdir. Şimali Makedoniya keçmiş Yuqoslaviyanın tərkibində yer alan ölkələrdən biri olmuşdur və 8 sentyabr 1991-ci ildə öz müstəqilliyini elan etmişdir. Ölkə 1991-ci ildən 2019-cu ilin fevral ayınadək rəsmi olaraq Makedoniya Respublikası (mak.
Makedoniya
Şimali Makedoniya — Cənub-Şərqi Avropada, Balkan yarımadasında ölkə. Makedoniya çarlığı — Balkan yarımadasında qədim yunan dövləti. Makedoniyalılar — slavyan xalqlarından biri, Makedoniya Respublikasının əsas əhalisi. Qədim makedoniyalılar — vaxtilə Yunanıstanın şimal-şərq hissəsində Alyakmon və aşağı Vardar çayları arasındakı allüvial düzənlikdə yaşamış qədim tayfa. Makedoniyalılar (yunan) — Yunanıstanın Makedoniya bölgəsindəki yunanlar. Makedon dili — Hind-Avropa dillərinin slavyan dilləri qrupunun cənubi slavyan dilləri yarımqrupuna daxil olan dil. Qədim Makedoniya dili — Qədim makedoniyalıların dili. Makedoniya vilayəti — Balkan yarımadasında tarixi-coğrafi vilayət. Makedoniya (Roma əyaləti) — Roma Respublikasının, sonralar isə Roma İmperiyasının darmadağın edilmiş Qədim Makedoniya çarlığının yerində yaradılmış əyaləti (e.ə. 146-cı il — 395-ci il).
Makedoniya (dəqiqləşdirmə)

Makedoniya (xörək)
Makedoniya- meyvə və ya tərəvəzlərin kiçik parçalara doğranaraq qarışdırılması ilə hazırlanan salat növü. Meyvəli Makedoniya salatı Yunanıstan, Rumıniya, İspaniya, Fransa, İtaliya və Latın Amerikasında qəlyanaltı kimi təqdim edilir. Tərəvəzdən hazırlanan Makedoniya salatı soyuq şəkildə təqdim edilir, Fransada isə tərkibinə qırmızı lobya qatılır. Macédoine de légumes isə eyni tərəvəzlərdən hazırlansa da, isti şəkildə yağ ilə təqdim edilir.
Makedoniya 2015 Avropa Oyunlarında
Makedoniya — 12–28 iyun tarixləri arasında Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən 2015 Avropa Oyunlarındaki iştirakı. Makedoniya 2015 Avropa Oyunlarında 39 idmançı ilə qatıldı. Makedoviya 2015 Avropa Oyunlarında 2 bürünc medal qazandı və medal sıralanmasında 38-ci yeri tutdu. == Medalçılar == == Ümumi məlumat == Makedoniya 2015 Avropa Oyunlarında 39 idmançı ilə 8 idman növündə qatıldı. Makedoniya bayrağını 2015 Avropa Oyunlarının açılış mərasimində Bakı Olimpiya Stadionuna karateçi Emil Pavlov gətirdi.
Makedoniya 2018 Qış Olimpiya Oyunlarında
Makedoniya 2018 Qış Olimpiya Oyunlarında xizəklə yürüş və dağ xizəyi olmaqla 2 idman növündə 3 idmançı ilə təmsil olunacaqdır. == Millinin tərkibi == === Xizək idmanı növləri === ==== Dağ xizəyi idmanı ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları «B» kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən Makedoniya «A» kateqoriyası üzrə 1 idmançı ilə təmsil olunacaqdır. Ölkəni Antonio Ristevski təmsil edəcəkdir Kişilər ==== Xizək yürüşü ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak edə bilər. «A» kateqoriyası üzrə lisenziya qazanmaq üçün idmançı reytinq üzrə 100 xal qazanmalıdır. Bununla belə MOK-ləri «B» kteqoriyasını ödəyə biləcək 1 qadın və 1 kişi olmaqla iştirakçı ilə təmsil oluna bilər. Təsnifata əasən İslandiya «A» kateqoriyasında kişi və «B» kateqoriyası üzrə 1 qadın idmançı ilə təmsil olunacaqdır.
Makedoniya Avroviziya Mahnı Müsabiqəsində
Şimali Makedoniya Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1998-ci ildə qoşulmuş və ümumilikdə 19 dəfə müsabiqədə iştirak etmişdir. Ölkənin müsabiqədə ilk iştirak cəhdi 1996-cı ildə olmuşdur. Lakin həmin il iştirakda maraqlı olan ölkələrin sayının çoxluğu və yayım vaxtının yetərli olmaması səbəbindən iştirak etmək istəyən ölkələr arasında seçim turu keçirilmişdir. Şimali Makedoniya həmin seçim turunda məğlub olmuş və iştirak hüququ əldə edə bilməmişdir. Şimali Makedoniya Avroviziyanın ən az uğur qazanan ölkələrindən biridir. Belə ki, ölkə müsabiqədə iştirak etdiyi illər ərzində heç vaxt ilk onluğa daxil ola bilməmişdir və 19 iştirakdan yalnız 9-da müsabiqənin final mərhələsinə yüksələ bilmişdir. Şimali Makedoniyanın indiyədək Avroviziyada əldə etdiyi ən yaxşı nəticə 2019-cu ildə Tamara Todevskanın ifa etdiyi "Proud" mahnısı ilə tutduqları 7-ci yerdir. == Təmsilçilər == QEYD: a. ↑ Şimali Makedoniya SMS səsverməsi ilə 2008 və 2009-cu illərdə 10-cu yeri əldə etdiyi halda 2008-ci ildə İsveç, 2009-cu ildə isə Finlandiya münsiflərin dəstəyi ilə finala vəsiqə qazanmışdır. == Səsvermə tarixçəsi == QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Makedoniya Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Şimali Makedoniya 2003-cü ildən etibarən Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirak edir. Ölkə iştirak etdiyi illər ərzində müsabiqədə heç vaxt qələbə qazanmamışdır. Müsabiqədə Şimali Makedoniyanın indiyədək qazandığı ən yaxşı nəticə 2007 və 2008-ci ildə əldə etdikləri 5-ci yerdir.
Makedoniya Keçmiş Yuqoslaviya Respublikası
Şimali Makedoniya (mak. Северна Македонија; alb. Maqedonia e Veriut) və ya rəsmi adı ilə Şimali Makedoniya Respublikası (mak. Република Северна Македонија; alb. Republika e Maqedonisë së Veriut) — cənub-şərqi Avropada dövlət. Şimali Makedoniya Balkan yarımadasında dənizə çıxışı olmayan ölkədir. Şimal-şərqdə Serbiya, şimal-qərbdə Kosovo (qismən tanınan), qərbdə Albaniya, cənubda Yunanıstan, şərqdə isə Bolqarıstanla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Skopye şəhəri, ümumi sahəsi 25,713 kvadrat kilometrdir. Şimali Makedoniya keçmiş Yuqoslaviyanın tərkibində yer alan ölkələrdən biri olmuşdur və 8 sentyabr 1991-ci ildə öz müstəqilliyini elan etmişdir. Ölkə 1991-ci ildən 2019-cu ilin fevral ayınadək rəsmi olaraq Makedoniya Respublikası (mak.
Makedoniya Milli Futbol Çempionatı
Makedoniya Müasir İncəsənət Muzeyi
Makedoniya Müasir İncəsənət Muzeyi — Yunanıstanın Saloniki şəhərində yerləşən 3 müasir incəsənət muzeyindən biri . == Tarixi == Makedoniya Müasir İncəsənət Muzeyi 1978-ci ildə baş vermiş dəhşətli zəlzələdən sonra Salonikinin bir qrup sakininin təşəbbüsü ilə 1979-cu ildə yaradılmışdır. Bu sahədə ilk təşəbbüs Maro laqiyaya aiddir. Onun təşəbbüsü dərhal incəsənət əsərlərinin kolleksiyaçısı, tənqidçi və xeyriyyəçi İolas Aleksandrosİolas tərəfindən müdafiə olunmuşdur. İolas tərəfindən hədiyyə edilən 47 müasir incəsənət əsəri muzeyin daimi ekspozisiyasının yaradılması üçün baza rolunu oynamışdır. Tanınmış kolleksiyaçılar Maqda Kodzia, Franz Geiger, Aleksandros və Doroteya Ksidis, Georgies Aperqis, Dimitrios Meymaroğlu və bir çox digər rəssamlar öz kolleksiyalarını və əsərlərini muzeyə hədiyyə etmişlər . === Daimi eksponatlar === Hazırda muzeyin daimi eksponatları yunan və xarici rəssamların 2800 əsərindən ibarətdir. Daimi eksponatlardan başqa, Makedoniya Müasir İncəsənət Muzeyi Yunanıstanda ilk dəfə olaraq rəssamlar Saruxisin, Yannisin, Soklisin, Kondoğlunun, Fotisin, Xadzikiryakos-Qikasın, Nikosun, Kokkinidisin, Fassianosun, Alekosun, Stiropulosun, Psixopaidisin, Pavlosun, Kessanlisin, Akritakisin, Uorxolun, Endinin, Katzurakisin, Perdikarisin və 100-dən artıq yunan və xarici rəssamların əsərlərindən ibarət sərgilər təşkil etmişdir. Fluksusun, Delonenin, Roberin, Mattanın, Roberto Sebastyanın, Viallatın, Boysun, Yosefin, Devidin, Maksın, Bekmanın, Zervosun, Vlassis Kaniarisin, Varotsosun, Takisin,Molfessisin, lazongasın, Mutarasın. Zongolopoulosun və bir başqa rəssamların əsərlərindən ibarət sərgilər də muzeyin fəaliyyətində mühüm yer tutmuşdur.
Makedoniya Qadın Antifaşist Cəbhəsi
Makedoniya Qadın Antifaşist Cəbhəsi (mak. Антифашистички фронт на жените на македонија / Antifašistički front na ženite na Makedonija) — Yuqoslaviya Xalq Qurtuluş Müharibəsi zamanı Yuqoslaviya Makedoniyasında meydana gələn feminizm hərəkatı. Şimali Makedoniyadakı bir neçə müasir feminist təşkilatın təşəbbüskarıdır. Cəbhə işğal altında olan Yuqoslaviyada digər qadın antifaşist cəbhələri ilə birlikdə 1942-ci ildə yaradılmışdır. Bu hərəkatın ən görkəmli siması Veselinka Malinskaya idi ki, o, xalq qurtuluş müharibəsi və Makedoniyanın Qurtuluşu üçün Anti Faşist Məclisinin iştirakçısı idi və onun atası 1903-cü il İlinden üsyanında iştirak etmişdir. Hərəkatın əsas məqsədi qadınlar üçün məktəb təhsilini yaxşılaşdırmaq və qadınların savad səviyyələrini artırmaq idi, çünki o dövrdə savadsızların əksəriyyəti qadınlar idi. İkinci Dünya Müharibəsindən sonra Yunanıstan Vətəndaş Müharibəsi dövründə (1946-1949) digər təşkilatlar kimi bu cəbhə də yunan kral hökuməti tərəfindən “cinayətkar” adlanaraq qadağan edildi.
Makedoniya Respublikası
Şimali Makedoniya (mak. Северна Македонија; alb. Maqedonia e Veriut) və ya rəsmi adı ilə Şimali Makedoniya Respublikası (mak. Република Северна Македонија; alb. Republika e Maqedonisë së Veriut) — cənub-şərqi Avropada dövlət. Şimali Makedoniya Balkan yarımadasında dənizə çıxışı olmayan ölkədir. Şimal-şərqdə Serbiya, şimal-qərbdə Kosovo (qismən tanınan), qərbdə Albaniya, cənubda Yunanıstan, şərqdə isə Bolqarıstanla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Skopye şəhəri, ümumi sahəsi 25,713 kvadrat kilometrdir. Şimali Makedoniya keçmiş Yuqoslaviyanın tərkibində yer alan ölkələrdən biri olmuşdur və 8 sentyabr 1991-ci ildə öz müstəqilliyini elan etmişdir. Ölkə 1991-ci ildən 2019-cu ilin fevral ayınadək rəsmi olaraq Makedoniya Respublikası (mak.
Makedoniya Respublikası Avroviziya Mahnı Müsabiqəsində
Şimali Makedoniya Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1998-ci ildə qoşulmuş və ümumilikdə 19 dəfə müsabiqədə iştirak etmişdir. Ölkənin müsabiqədə ilk iştirak cəhdi 1996-cı ildə olmuşdur. Lakin həmin il iştirakda maraqlı olan ölkələrin sayının çoxluğu və yayım vaxtının yetərli olmaması səbəbindən iştirak etmək istəyən ölkələr arasında seçim turu keçirilmişdir. Şimali Makedoniya həmin seçim turunda məğlub olmuş və iştirak hüququ əldə edə bilməmişdir. Şimali Makedoniya Avroviziyanın ən az uğur qazanan ölkələrindən biridir. Belə ki, ölkə müsabiqədə iştirak etdiyi illər ərzində heç vaxt ilk onluğa daxil ola bilməmişdir və 19 iştirakdan yalnız 9-da müsabiqənin final mərhələsinə yüksələ bilmişdir. Şimali Makedoniyanın indiyədək Avroviziyada əldə etdiyi ən yaxşı nəticə 2019-cu ildə Tamara Todevskanın ifa etdiyi "Proud" mahnısı ilə tutduqları 7-ci yerdir. == Təmsilçilər == QEYD: a. ↑ Şimali Makedoniya SMS səsverməsi ilə 2008 və 2009-cu illərdə 10-cu yeri əldə etdiyi halda 2008-ci ildə İsveç, 2009-cu ildə isə Finlandiya münsiflərin dəstəyi ilə finala vəsiqə qazanmışdır. == Səsvermə tarixçəsi == QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Makedoniya Respublikası milli futbol komandası
Şimali Makedoniya milli futbol komandası - Şimali Makedoniya Respublikasını beynəlxalq futbol turnirlərində təmsil edən milli futbol komandası.
Makedoniya Respublikası şəhərləri
Şimali Makedoniya şəhərləri.
Makedoniya Respublikası əhalisi
== İstinadlar ==
Makedoniya Respublikasında boşnaklar
Makedoniya Respublikasında boşnaklar (mak. Македонски бошњаци) Makedoniya Respublikasında yayılmış xalqlardan biridir. 2001-ci ildə Makedoniya Respublikasının Konstitutsiyasına görə milli azlıq olaraq təstiqlənmişdir. 2001-ci il siyahıya alınmağa görə Makedoniyada 17018 nəfər boşnak yaşayır. Bu isə ümumi əhalinin 0,84% təşkil edir. Makedoniya ərazisində yayılmış boşnaklar əsasən Skopye və ətrafı ərazilərdə yayılmışdır. 8 fevral 2007-ci ildən ölkədə 28 sentyabr beynəlxalq boşnak günü kimi qeyd edilir. İcma üçün isə həmin gün istirahət günüdür. Boşnakların ölkədə iki siyası partiyası vardır: Boşnakların Demokratik Liqası və Demokratik Hərəkat partiyası. == Tarixi == Boşnaklar Makedoniya ərazisində bərabər yayılmışdır.
Makedoniya Respublikasında serblər
Makedoniya Respublikasında serblər Makedoniya Respublikasında köklü xalqlardan biridir. 2001-ci ildə Makedoniya Respublikasının Konstitutsiyasına görə milli azlıq olaraq təstiqlənmişdir. 2002-ci il siyahıya alınmağa görə Makedoniyada 39 939 nəfər serb yaşayır. Bu isə ümumi əhalinin 1,78 %-ni təşkil edir. Serblər Makedoniyanın siyası və mədəni həyatında böyük rol oynayırlar. Onları iki partiyası vardır: Makedoniya Serblərinin Demokrat Partiyası və Makedoniya Serblərinin Radikal Partiyası == Tarixi == Serblərin müasir Makedoniyanın ərazisi ilə əlaqəsi qədimlərə gedir. Makedoniyanın şimalı Skopye ilə birlikdə Raşkanın tərkibində Stefan Nemanyanın hakimiyyəti illərində daxil edilmişdir. Ancaq Makedoniyanın bütün ərazisi Qədim Serbiyanın tərkibinə II Stefan Uraşın hakimiyyəti illərində keçmişdir. Osmanlı imperiyasının bölgəni uzun zaman nəzarətdə saxlaması ilə hər iki ölkə bir dövlətin tərkibində daxil idi. Osmanlı imperiyasının hakimiyyətinin sonlarına yaxın provaslav xristiyanların yaşayış sərhədləri müəyyənləşmişdi.
Makedoniya Türk Hərəkat Partiyası
Makedoniya Türk Hərəkat Partiyası (türk. Makedonya Türk Hareket Partisi;) — 20 oktyabr 1999-cu ildə Şimali Makedoniyada türklər tərəfindən qurulan bir partiyadır. Qərargahi Skopye yerləşir. Qısa adı THP-dir. Gerbində qırımızı fonda aypara və ulduz qısaltması və ulduz var. THP-nin yuxarı hissədə qırmızı bir fonda əks olunan sarı bir lalə var. == Partiyanın ideoloji istiqaməti == Partiya insan hüquq və azadlıqlarının həqiqi tanınmasını təmin etmək, cəmiyyətin təməl dəyərlərini siyasətə daşımaq və onları hakim etmək, cəmiyyətin dincliyini və əmin-amanlığını təmin etmək, problemlərini gündəmə gətirmək məqsədilə qurulan siyasi partiyadır. Makedoniya türkləri gündəmə gəlir və problemlərə həll tapır. Şimali Makedoniyanın hər istiqamətdə inkişafı və demokratik dəyərlərini üstün tutması üçün mübarizə aparan plüralist, çox etnik, çoxmədəniyyətli bir siyasi partiyadır. Partiyanın əsas rolu və məqsədi Makedoniya Respublikasında demokratik dəyərlərin və qanunun aliliyinin geniş yayılması üçün siyasi iş aparmaqdır.
Makaron
Makaron (it. pasta) — un məhsulu. İtaliya mətbəxinin əsas məhsuludur. İlk dəfə 1154-cü ildə Siciliyada ortaya çıxmışdır. Əsasən su və yumurtadan yoğrulmuş buğda unu xəmirinin qurudulmasından hazırlanmış yeyinti məhsulu, habelə ondan hazırlanmış xörəkdir. Dilimizə italyanca maccherone sözündən keçmişdir. == İstehsalı == 2015–2016-cı illərdə dünyanın ən böyük makaron istehsal edən ölkələr İtaliya (3,2 mln. ton), ABŞ (2 mln. ton), Türkiyə (1.3 mln. ton), Braziliya (1.2 mln.
Mamelon
Mamelon (rus. мамелон, ing. mamelon) — daxili kanalı olan zəng qülləsinə oxşar ekstruziv günbəz; bir sıra nazik lava axınlarından ibarətdir.
Madeon
Hüqo Pyer Lekler (fr. Hugo Pierre Leclercq); təxəllüsü Madeon — fransız DJ, musiqiçi və mahnı müəllifi.
Makemo
Makemo (fr. Makemo) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). == Coğrafiya == Atollun sahəsi 56 km²-dir. Daxilində böyük laqun vardır. Laqunun sahəsi bütün arxipelaqda üçüncü ən böyük laqundur. Onun eni 5 – 8 km, uzunluğu isə 65 km təşkil edir. == İnzibati bölgüsü == Makemo, Haraiki, Şimali Marutea, Katiu, Taunake, Hiti, Cənubi Tepoto, Raroia, Takume, Taenqa və Nihiru adaları Makemo kommunasını əmələ gətirir. İnzibati baxımından Tamotu-Qambe regionuna daxildir. == Tarixi == Taenqa ilk dəfə 1803-cü ildə ingilis dənizçisi Con Bayers tərəfindən kəşf edilir. Birinci Rus Antarktika ekspedisiyası zamanı ada Kutuzov atolu adlandırılır.
Arif Mamedov
Arif Məhəmməd oğlu Məmmədov (25 fevral 1961, Qızılhacılı, Qasım İsmayılov rayonu) — AMEA-nın müxbir üzvü (2017). == Həyatı == 25 fevral 1961-ci ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olmuşdur. 1989–1994-cü illədə Azərbaycan Dövlət Neft Akademiyası; 1995–2004-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti; 2004–2014 Azərbaycan Müəllimlər İnstitutu Sumqayıt filial. AMEA Rəyasət Heyətinin Fəxri fərmanı; Ali Hərbi Dənizçilik Akademiyasının Fəxri fərmanı; Bərdə rayon İcra Hakimiyyətinin Fəxri fərmanı; Salyan rayon İcra Hakimiyyətinin Fəxri fərmanları ilə təltif olunmuşdur. Hazırda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda şöbə müdiri vəzifəsində çalışır. == Fəaliyyəti == Bərdədə aparılmış arxeoloji qazıntıların nəticələri orada 3000 illik şəhər mədəniyyətinin olduğunu sübuta yetirmişdir. Gəncədə aparılan arxeoloji qazıntılar nəticəsində Antik və İlk orta əsr şəhər yeri müəyyənləşdirilmişdir Salyanda aparılmış arxeoloji qazıntılar nəticəsində Muğan – Babazanlı abidəsinin 2800 illiyi müəyyənləşdirilmişdir Gəncəbasar IV–XIII əsrlərdə (tarixi-arxeoloji tədqiqat) namizədlik dissertasiyasının müdafiə etmişdir. Qoşqarçay və İncəçay hövzəsinin tarixi-arxeoloji tədqiqi (III – XVII əsrlər) doktorluq dissertasiyasını müdafiə etmişdir. 6 müəlliflik şəhadətnamələrinin və patentinə sahibdir. İndiyədək 15-i xaricdə olmaqla, 115 əsəri çapdan çıxmışdır.
Ceyms MakEvoy
Ceyms Endryu Makevoy (ing. James McAvoy, 21 aprel 1979, Qlazqo) - Şotland aktyor. Yeniyetməlik dövründən aktyorluğa başlayan Ceyms 1995-ci ildə Yaxın Otaq (The Near Room) filmi ilə debüt etdi. 2000-ci illərə qədər bir çox televiziya çıxışları ilə yadda qaldı. Onun görkəmli televiziya işlərinə Böyük Oyun, Utanmaz və Qum təpəsinin uşaqları kimi seriallar daxildir. Ekran fəaliyyətindən başqa Makevoy 2009-cu ildə Yağışlı Üç Gün (Three Days of Rain) ilə səhnəyə çıxdı. 2011-ci ildə isə Qnomeo və Culyetta və Artur Krismas kimi animasiya filmləri üçün səs çalışmalarında iştirak etdi.
Ceyms Mateson
Ceyms Mateson (10 aprel 1995) — Avstraliyalı fristaylçı. Ceyms Mateson Avstraliyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ceyms Mateson birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər moqul yarışlarında iştirak etdi. Mateson ümumilikdə 72.27 xal toplayaraq öz cığırında 23-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Elmar Mamedov
Kaledon kanalı
Kaledon kanalı — (ing. Caledonian Canal) Şotlandiya ərazisində yerləşən gəmiçilik kanalı. Kanalın ümumi uzunluğu 96 km olsa da, bunun 32 km-i süni kanaldır. == Ümumi məlumat == Kanal tektonik sınma zonasında formalaşmış Qlen-Mor vadisində yerləşir. Kaledon kanalı ölkənin Şimal dənizi sahillərini, Atlantik okeanın suları ilə birləşdirir. Kanal 29 şlüz, 4 akveduk və 10 körpüdən ibarətdir. Kanal özündə Lox Ness, Lox Loki və Lok Oix göllərini birləşdirir. Hal-hazırda kanalın gəmiçilik əhəmiyyəti o qədərdə böyük deyil. Daha çox turistləri cəlb edən bu yol mart ayından oktyabra ayına qədər səyahətə gələnlər üçün açıq olur. == Tikilmə tarixi == Kaledon kanalı əslində ən qədim fəaliyyət göstərən kanallardan biri hesab olunur.
Makaron şirniyyatı
Makaron (fr. macaron, /makaʁɔ̃/) —Yumurtanın ağından, şəkər tozundan, ovulmuş badamlardan hazırlanmış Fransız şirniyyatıdır. == Hazırlanması == Adətən peçenye formasında olub, ikisinin arasına krem və ya cem qoyulur. İtalyanca makaron "dağıtmaq, parçalamaq" mənasındadır. Onun əsas inqrediyenti badam ovuntusudur. Hazır şirniyyatlar yumşaq olub, üzəri hamar olur, ağızda əriyir, müxtəlif dadda olurlar. == Tarixi == Makaronun resepti üzərində daima münaqişələr mövcuddur. Belə ki, elə düşünürlər ki, makaron məhz İtaliyanın Venesiya bölgəsində yaradılıb. Bəzi fərziyyələrdə isə 791-ci ildə Fransanın Kormeri bölgəsində meydana gəlmişdir. Bəzi rəvayətlərə görə şirnini Fransaya İtaliyalı aşbazlar tərəfindən Yekatirina Mediçinin II Henrix ilə nikahından sonra gətirilmişdir.1830-cu ildə makaronları likör ilə təqdim edirdilər.
Mikania macedoi
Mikania macedoi (lat. Mikania macedoi) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Qran-Mikelon
Lanqlad (Böyük Mikelon, fr. Grande Miquelon) — Sen-Pyer və Mikelon arxipelaqının Mikelon Lanqlad adalarının şimalında yerləşir. Sahəsi 105 km² təşkil edir. Səhra tipli iqlimə malikdir. Yaşayış məntəqəsi yarımadanın şimalında qərarlaşır (Le-Kap). Yarımada ərazisində çoxlu sayda su tutarları vardır. Onların bir qismi yağıntından asılı olaraq ərazisi dəyişir. Ancaq rütubətli iqlim səbəbindən göllər heç vaxt qurumur. Əsas etibari ilə bataqlıq bitkiləri üstünlük təşkil edir. Quruda isə Tundra bitkiləri hakimdir.
İlahəddin Mamedov
Əmrah Mamedov
Bricit Makron
Brijit Makron (fr. Brigitte Macron, qızlıq soyadı. Tronyö (fr. Brigitte Trogneux), əvvəllər — Ozyer (fr. Auzière), doğ. 13 aprel 1953, Amyen, Fransa) — Fransanın 25-ci prezidenti, fransız siyasətçi Emmanüel Makronun xanımı. İxtisasca orta məktəbdə fransız və latın dilləri müəlliməsidir. Fransanın (2017-ci il mayın 15-dən) birinci xanımıdır. == Həyatı == Brijit Tronyö şokolatye və şirniyyat mağazaları şəbəkəsinin sahibi Jan Tronyö (1909—1994) və onun xanımı Simonanın (qızlıq soyadı. Puyol, 1910—1998) ailəsində anadan olub.
Brijit Makron

Emmanuel Makron
Emmanuel Makron (fr. Emmanuel Macron; 21 dekabr 1977[…], Amyen, Fransa) — Fransa siyasətçisi, keçmiş investisya bankiri, 14 may 2017-ci ildən Fransa Prezidenti. 26 avqust 2014-cü ildən 30 avqust 2016-cı ilədək Vals Manuelin ikinci hökumətində iqtisadiyyat, sənaye və rəqəmsal işlər naziri olub. Prezident seçkilərində iştirak etmək üçün istefa verib.. == İstinadlar == == Xarici keçidlər == Emmanuel Macron — En Marche!
Loren Avedon
Loren Avedon (ing. Loren Avedon) — ABŞ döyüş ustası və aktyorudur. Taekvondo üzrə 5-ci dərəcə və Hapkido üzrə 8-ci dərəcəyə malikdir. Ailəlidir və bir qız övladı vardır.
Riçard Avedon
Rişard Avedon (ing. Richard Avedon, 15 may 1923 — 1 oktyabr 2004) — Amerika fotoqrafı. Rişard Avedon 15 may 1923-cü ildə Nyu-Yorkdə yəhudi ailəsində anadan olmuşdur. Onun xələfləri XIX əsrin sonlarında Rusiyadan ABŞ-yə mühacirət etmişlər. O, Kolumbiya universitetinə daxil olmuş, lakin 1 il oxuduqdan sonra təhsilini yarımçıq qoymuşdur. Rişard Avedon 1944-1950-ci illərdə "Harper’s Bazaar" jurnalının art-direktoru Aleksey Brodoviçin fotoqrafiya məktəbində təhsil almışdır. 1946-cı ildə o, həm də "Harper’s Bazaar" jurnalında işləməklə yanaşı, eyni zamanda öz xüsusi studiyasını yaratmışdır. 1966-cı ildə Vogue jurnalında fotoqraf kimi fəaliyyətə başlayan Rişard Avedon 1990-cı ilədək burada işləmişdir. 1960-cı illərdə müharibə əleyhinə hərəkatın və vətəndaş hüquqları uğrunda hərəkatın iştirakçılarının fotolarını çəkmiş və bu fotolar onun "Avedon:The Sixties" albomuna daxil edilmişdir. Bu albomda Rişard Avedon həm də Bitlz, Cenis Coplin, Frenk Zapp, Endi Uorkolun fotoportretlərinə də xüsusi yer ayırmışdır.
Ramiz Mamedov (futbolçu)
Ramiz Mehman oğlu Məmmədov (21 avqust 1972, Moskva, SSRİ) — Azərbaycan əsilli rusiyalı futbolçu, müdafiəçi. Rusiya millisinin heyətində çıxış edib. Spartak Moskvanın yetirməsi, onun heyətində 1992-1998-ci illərdə çıxış edirdi və beş dəfə ölkə çempionatının qalibi olmuşdur. 1998-1999-cu illərdə Arsenal Tula və Krılya Sovetov komandaların şərəfini qoruyurdu, sonra isə Dinamo Kiyev komandasına transfer olunaraq, burada ölkə çempionluğunu qazanmışdır. 2000/01 mövsümündə Avstriyanın Şturm Qrats klubunda çıxış edirdi. 2002-ci ildə Volqar klubu ilə müqavilə bağladı. Daha sonra Rusiyaya qayıtdı və 2003-cü ildə çıxış etdiyi Luç-Energiya klubunda İkinci divizionunun "Vostok" zonasının birinciliyində kiçik qızıl medal qazanmışdır, ondan sonra karyerasını bitirmək qərarını aldı. Rusiya Premyer Liqasında 139 oyunda 7 qol vurmuşdu. 1994-1998 illərdə Rusiya millisində 10 oyun keçirtmişdir, ilk oyununu 17 avqust 1994-cü ildə Avstriya milli futbol komandasına qarşı olmuşdur.
Xalkedon kilsə məclisi
Xalxidon Şurası və ya Kadıköy Şurası, 8 oktyabr 451-ci ildə başlayan və 1 noyabrda sona çatan bir ekumenik məclisdir. Xalxidon, bu gün İstanbul şəhərindəki Kadıköy ilçəsinin mərkəzidir. Qərb Pravoslavları, Roma Katoliklərinin və digər bir çox qərb xristianlarının 4-cü ekumenik məclisi hesab olunur. Şurada Eutychesin Monofizitizm doktrinası rədd edildi və İsanın həm tam mənada insan, həm də sözün əsl mənasında ilah olduğunu təyin edən Xalxidon kredosu (kiminsə hərəkətlərini istiqamətləndirən inancların və ya məqsədlərin ifadəsi) qəbul edilmişdir. İsada həm insan, həm də ilahi xüsusiyyətlər var, bu əlamətlər Məryəm İsanı dünyaya gətirməzdən əvvəl də mövcud idi. İsa, Allah kimi Ata ilə eyni mahiyyət daşıyır və insan kimi də günahlardan başqa insanlarla eyni mahiyyətdədir. Beləliklə, Məryəm yalnız insan olan İsanın anası deyil, həm də Tanrı olan İsanın anasıdır və buna Allahın anası mənasını verən Theotokos deyilməlidir. Bu fərqli təbiətlər birləşmədən sonra heç bir şəkildə dəyişmədi və öz xüsusiyyətlərini qorudu. Çarmıxda əziyyət çəkən yalnız İsanın insan təbiətidir, bu ağrı ilahi təbiətə toxunmamışdı. Əslində, bu qərara etiraz edən, diofizit görüşə yaxın olan monofizit yepiskopları öz müstəqil kilsələrini qurdular.
Makon (rayon)
L’Ai-le-Roz (fr. L’Haÿ-les-Roses) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Val-de-Marn. Suprefektura — L’Ai-le-Roz. Rayon əhalisi 2006-cı ildə 249 475 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 7128 nəf / km². Rayon sahəsi — 35 km².