Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Manye
Manye (fr. Magnet) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Meye-de-Montan kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03157. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 360 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 478 nəfər (15–64 yaş) arasında 357 nəfər iqtisadi fəal, 121 hərəkətsiz (fəaliyyət göstərici 74,7%, 1999-cu ildə 72,1%) olmuşdur. Fəal olan 357 nəfərdən 320 nəfər (179 kişi və 141 qadın), 37 nəfər işsiz (17 kişi və 20 qadın) idi. Fəal olmayan 121 nəfər arasında 32 nəfər şagird və ya tələbə, 49 nəfər təqaüdçü, 40 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Manyo
Manyö (fr. Magnieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Anhra-Manyu
Əhrimən və ya Anqra Manyu — Zərdüştilikdə şər tanrısı, şər və zülmət mənbəyi. Avestada Anhra-Manyu, qədim İran dilində Ahra-Manyu, şər başlanğıcının ifadəçisi və ya rəmzi. "Avesta"da və qədim fars kitabələrində qeyd olunan Anhra Manyu hərfi mənada "pisniyyətli və ya xəbis ruh" deməkdir. Anqra Manyu zərdüştlikdə şər, zülmət və ölüm tanrısı, Hörmüzdün əkiz qardaşı və rəqibidir. Anqra Manyu bütün pis şeyləri yaratmışdır: cadugərlik, xəstəliklər, qocalıq, ölüm, zəhərli sürünənlər və həşəratlar; ilk insan Qaya Martanı (orta əsr eposunda Kəyumərs) məhv etmişdir. Ona tabe olan tanrıları — divlərin vasitəsilə fəaliyyət göstərirdi. Mitraizmin bəzi cərəyanlarında Anqra Manyu baş allah hesab olunurdu. Orta əsrlərdə Anqra Manyu Ahriman (Ahreman, Əhrimən) adlanırdı.
Anqra Manyu
Əhrimən və ya Anqra Manyu — Zərdüştilikdə şər tanrısı, şər və zülmət mənbəyi. Avestada Anhra-Manyu, qədim İran dilində Ahra-Manyu, şər başlanğıcının ifadəçisi və ya rəmzi. "Avesta"da və qədim fars kitabələrində qeyd olunan Anhra Manyu hərfi mənada "pisniyyətli və ya xəbis ruh" deməkdir. Anqra Manyu zərdüştlikdə şər, zülmət və ölüm tanrısı, Hörmüzdün əkiz qardaşı və rəqibidir. Anqra Manyu bütün pis şeyləri yaratmışdır: cadugərlik, xəstəliklər, qocalıq, ölüm, zəhərli sürünənlər və həşəratlar; ilk insan Qaya Martanı (orta əsr eposunda Kəyumərs) məhv etmişdir. Ona tabe olan tanrıları — divlərin vasitəsilə fəaliyyət göstərirdi. Mitraizmin bəzi cərəyanlarında Anqra Manyu baş allah hesab olunurdu. Orta əsrlərdə Anqra Manyu Ahriman (Ahreman, Əhrimən) adlanırdı.
Alburnoides manyasensis
Alburnoides manyasensis (lat.) — Çəkiyəbənzərlər dəstəsinə, Alburnoides cinsinə daxil olan növ. Türkiyədə yerləşən Kuş gölündən axan Simav çayının endemik canlısıdır. Sürətli axan şəffaf sularda, mçay daşları ilə zəngin olan əraziləri sevirlər. Bədəninin uzunluğu 9,2 sm-dir. == Növ == Froese, Rainer, and Daniel Pauly, eds. (2006). "Alburnoides manyasensis" FishBase saytında. April 2006 version.
Anna Manyani
Anna Manyani (it. Anna Magnani) — İtaliya aktrisası.
Manyak (kommuna)
Manyak (fr. və oks. Manhac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Barakvil-Sovter kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12137. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 110 km şimal-şərqdə, Rodezdən isə 29 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 663 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 370 nəfər (15-64 yaş arasında) 301 nəfər iqtisadi fəal, 69 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 81.4%, 1999-cu ildə 73.6%).
Manyerizm
Manyerizm (ing. Mannerism) və yaSon İntibah (ing. Late Renaissance) — Avropa incəsənətində İtaliya Yüksək intibah dövrünün son mərhələsinə verilən ad. Manyerizm dövrü 1520-ci illərdən başlamaqla XVI əsrdə barokko dövrü ilə əvəz olunana kimi davam etmişdir. Şimal manyerizmi XVII əsrin əvvəllərinə kimi davam etmişdir.Stilistik baxımdan Manyerizm özündə Leonardo da Vinçi, Rafael və Mikelancelonun erkən yaradıcılıq dövrünün çoxsaylı yanaşmalarını və harmonik ideallarını birləşdirir. Yüksək İntibah incəsənəti nisbət, tarazlıq və ideal gözəlliyi vurğuladığı halda, Manyerizm bu xüsusiyyətləri asimmetrik və qeyri-təbii eleqant hala qədər çoxaldır. Bu stil yüksək intellektual dəqiqliyi və süni (naturalizmin əksinə olaraq) keyfiyyətləri ilə fərqlənir. Erkən intibah rəsmlərindən fərqli olaraq, bu xüsusiyyət Manyerizm əsərlərində balans və aydınlıq əvəzinə kompozisiya gərginliyi və qeyri-stabilliyin yaranmasını təşviq edir. Ədəbiyyat və musiqidə Manyerizm yüksək tərəqqi etmiş stil və intellektual dəqiqliyi ilə seçilir.Manyerizmin xüsusiyyətləri və onun fazaları incəsənət tarixçiləri arasında hələ də müzakirələrə səbəb olmaqdadır. Məsələn, bəzi alimlər XVI–XVII əsrlər ədəbiyyatının (xüsusilə poeziyanın) erkən formalarının müəyyən edilməsini də Manyerizmə aid edirlər.
Manyi-an-Veksen
Manyi-an-Veksen (fr. Magny-en-Vexin) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Manyi-an-Veksen. Əhalisi — 5.657 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 55 km şimal-qərbdə, Serji belediyyənin 24 km şimal-qərbdə yerləşir.
Manyoşu
Manyoşu (万葉集, azərb. Min bir yarpaq toplusu‎) – Yaponiya poeziyasına dair ən qədim yazılı əsər. 759-cu ildə Nara dövründə ortaya çıxmışdır. Ədəbi abidədə şeirlər, nəğmələr, balladalar, tankalar, hokkular toplanmışdır. "Manyoşu" almanaxının ən məşhur şairləri bunlardır: Akahito, Okura, Tabito, Yakomaçi və Hitomaro. Bunların içərisində ən çox şöhrət qazanan şairlər isə Hitomaro və Akahitodur.Beş əlyazması mövcuddur: birinci və ən qədimi Katsuraba Katsura məbədinə aiddir. İkincisi "Ranşiton-Manyoşu" adlanır. Qalan əlyazmalar, yəni üçüncü, dördüncü və beşinci əlyazmalar XII əsrə aiddir və 20 kitabdan ibarətdir və bu əlyazma "Tencibon-Manyoşu" adlanır. Bu əlyazma Tenci dövrünə aiddir. Əlyazmaların ən tam nüsxəsi "Tenriyahu-Kabonmanyoşu" adlanır.
Manyuq
Manyuq — Yardımlı rayonu ərazisində çaydır. Hidronim Ağdam rayonundakı Manik çayının adı ilə eynimənşəli olub, “kiçik çay” mənasındadır.
Miho Manya
Miho Manya (d. 5 noyabr 1996) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Pavetta manyanguensis
Pavetta manyanguensis (lat. Pavetta manyanguensis) — boyaqotukimilər fəsiləsinin pavetta cinsinə aid bitki növü.
Mani
Mani – “Şur” ladında qurulan zərbi muğamlardan biridir. Xalq – peşəkar musiqiçilər bu muğamı “Osmanı” da adlandırırlar. Marşvari ritm (4/2 ölçüsündə) bu muğamın sonuna qədər davam edir. Mani zərbi muğamı bir qayda olaraq təsniflə tamamlanır. Bu zərbi muğamda cəmi bir təsnif oxunur.
Mayn
Mayn '(alm. Main‎, lat. Moenus) — Almaniya da çay, Reynin sağ qolu.
İmany
Nadya Mladjao - (ing. Nadia Mladjao) İmani adı ilə daha çox tanınan fransız müğənnisi. Onun səhnə adı Suahili dilində iman deməkdi. Debüt albomu 2011-ci ildə buraxdığı The Shape of a Broken Heart olmuşdur. Bu albom Fransada və Yunanıstanda platin statusunu aldı həmçinin Polşada 3 dəfə platin statusu aldı. == Həyatı == Nadya 1979-cu ildə Martiqedə anadan olub. Yeniyetmə yaşlarıda idmanla məşqul olub, yüksəkliyə tullanma idmanıyla. ABŞda 7 il keçirəndən sonra Fransaya qayıdıb və müğənnilik karyerasına başlayıb.
MAN
MAN — Alman avtomobil markası. == Tarixi == MAN avtomobil markası təməli 1908-ci ildə qoyulmuşdur. Onun yaranması 19-cu əsrlə 20-ci əsrin qovşağında Auqsburq və Nürnberq maşınqayırma müəssisələri birləşərək adlarını dəyişdikdən sonra baş vermişdir. Yeni ad, yəni MAN (Maschinen-fabrik Augsburg-Nurnberg) bu müəssisələrin ittifaqının rəmzi olmuşdur. Əslində konsernin tarixi bundan xeyli əvvəl 1758-ci ildə Rur vilayətində ilk ağır sənaye müəssisəsi olan St. Antony (Oberhauzen) metallurgiya zavodu istismara verildiyi vaxtdan başlanmışdır. 1915-ci ildən zavod yük avtomobilləri istehsalına başladı. Zavodun istehsal etdiyi ilk avtomaşınlar Avstiyanın Saurer firmasının lisenziyası ilə buraxılan, mühərriki benzinlə işləyən yük maşınları idi. Lakin tezliklə hər şey kökündən dəyişdi. Belə ki, məhz Auqsburq maşınqayırma zavodunda 1893–1897-ci illərdə Rudolf Dizel öz məşhur mühərrikini hazırladı.
May
May lat. Majus — Qriqorian təqviminin beşinci ayı . Adını qədim Roma tanrısı Mayyadan götürüb. 31 günü var. "May" sözü bəşəriyyətə Bizans İmperiyasından keçib. Maia yaz ilahəsi olan və yaşlı Romalı Faokugotnup və onun həyat yoldaşı Vulcanın qızı olduğu fərziyyə edilir. == Bayramlar == === Beynəlxalq === 1 may — Yaz və əmək bayramı 17 may — Beynəlxalq elektrorabitə günü 18 may — Beynəlxalq muzeylər günü 21 may — Beynəlxalq kosmos günü 31 may — Beynəlxalq tütünsüz həyat günü === Azərbaycan bayramları === 9 may — Qələbə Günü 28 may — Respublika günü.
Eduard Mane
Eduard Mane (fr. Édouard Manet; 23 yanvar 1832[…] – 30 aprel 1883[…], Parisin 8-ci rayonu[d] və ya Paris) — fransız impressionist rəssamı. XIX əsrdə müasir mövzulu əsərlər çəkməyə başlamış ilk rəssamlardandır. Mane realizm cərəyanından impressionizm cərəyanına keçməkdə böyük rol oynamışdır. Eduard Mane Çəmənlikdə səhər yeməyi və Olimpiya əsərləri ilə böyük uğur əldə etmişdir. Müasir dövrdə bu iki rəsm əsəri modern mədəniyyətin başlanğıcı hesab olunur. == Həyatı və fəaliyyəti == === Gənclik illəri === Eduard Mane 1832-ci ilin 23 yanvar tarixində Paris şəhərində kasıb və kibar bir ailədə anadan olmuşdur. Anası (fr. Eugénie-Desirée Fournier) İsveç kralı Tural Bernadotun nəvəsi idi. Atası Aprel Mane (fr.
Frankfurt-Mayn
Frankfurt ya da Mayndakı Frankfurt (alm. Frankfurt am Main) — tez-tez sadəcə Frankfurt adlandırılan, Hessen vilayətində ən böyük şəhər. 679.664 nəfər əhali ilə 2009-cu ilə görə Almaniyaın beşinci ən böyük şəhəri. Şəhər ətrafı ilə birlikdə əhalinin sayı 2.295.000 nəfər təşkil edir. Mayn çayı üzərində yerləşir. Franklar tərəfindən tutulmuş şəhər əvvəllər Frankoniyanın bir hissəsi idi. Şəhərin adı da buradan gəlib və mənası "Frankların Keçidi" deməkdir. Frankfurt Almaniyanın maliyyə və nəqliyyat mərkəzidir və kontinental Avropanın ən böyük maliyyə mərkəzidir. Burada Avropa Mərkəzi Bankı, Almaniyanın Federal Bankı, Frankfurt Birjası və Frankfurt Yarmarkası yerləşir. Frankfurt Hava Limanı (alm.
Henrix Mann
Henrix Mann - (27 mart 1871-11 mart 1950) Alman ədəbiyyatının məşhur söz ustası - yazıçı, publisist. Əsərlərində bir çox siyasi və sosial mövzulara toxunmuşdur. Təsadüfi deyil ki,onun zəngin irsində publisistika xüsusi yer tutur. Tomas Mannın böyük qardaşıdır. == Həyatı == Almaniyanın böyük realist yazıçısı Henrix Mann 1871-ci ildə Lübek şəhərində varlı tacir ailəsində anadan olmuşdur anadan olmuşdur.Lübekin iqtisadiyyat və maliyyə senatoru və buğda satışı ilə məşğul olan,həmçinin gəmi kompaniyasına sahib olan Tomas Yoxan Henrix Mann və Yuliya da Silva Brunpsun böyük oğlu, Tomas Mannın böyük qardaşıdır. Ondan başqa ailədə iki bacı və qardaş da var idi. Braziliya mənşəlli anası çox savadlı qadın idi və onların tərbiyəsində böyük rol oynamışdır, geniş humanitar təhsil verməyə çalışmışdır. 1889-cu ildə gimnaziyanı bitirdikdən sonra Drezdenə gedir. Daha sonra Berlinə gələrək Berlin Humbolt Universitetində tarix və filologiyadan muhazirələrə qulaq asır, burada 1891-1892-ci illərdə "Fişer kitab evi"-də könüllü şəkildə çalışaraq kitab ticarəti işini öyrənir. 1891-ci ildə atası vəfat edir və onlara məxsus firma ləğv edildiyinə görə ailəsi Bavariyanın paytaxtı Münhenə köçür.
Klaus Mann
Klaus Henrix Tomas Mann (18 noyabr 1906[…], Münhen – 21 may 1949[…], Kann) — alman yazıçısı. == Həyatı və işi == Münhendə anadan olan Klaus Mann, Alman yazıçısı Tomas Mann və həyat yoldaşı Katiya Pringsheim Mannın oğlu idi. Atası lüteran kimi vəftiz edildi, anası isə dünyəvi yəhudilərdən idi. 1924-cü ildə qısa hekayələr yazmağa başladı və növbəti il Berlin qəzetinin dram tənqidçisi oldu. İlk ədəbi əsərləri 1925-ci ildə nəşr edilmişdir. Mannın erkən həyatı cox problemli keçib. Homoseksuallığı onu tez-tez xəyanətin hədəfinə çevirirdi və atası ilə münasibətləri çətinləşdirirdi. Müxtəlif məktəblərdə qısa bir müddətdən sonra o, özündən bir yaş böyük olan bacısı Erika Mann ilə birlikdə 1927-ci ildə ABŞ-yə səfər edərək, 1929-cu ildə ortaq bir səyahət kitabı olaraq nəşr olunan esselərdə bu barədə məlumat verdi. 1924-cü ildə o, bacısı Erikanın yaxın dostu olan dramaturq Frank Vedekindin böyük qızı Pamela Vedekindlə nişanlanmışdı. Nişan 1928-ci ilin yanvarında pozuldu.
La-Manş
La Manş (fr. La Manche) və ya İngilis kanalı (ing. English Channel) — Fransa ilə İngiltərə arasında boğaz. 1994-сü ildən La-Manş boğazının altından uzunluğuna görə dünyada üçüncü olan yeraltı dəmiryol tuneli – Avrotunel çəkilmişdir. == Coğrafi mövqeyi == Pa-De-Kale boğazı ilə birlikdə Şimal dənizi ilə Atlantik okeanını birləşdirir. Uzunluğu 578 km, qərbdə eni 250 km, şərqdə eni 34 km, minimal dərinliyi 23,5 m-dir.
La -Manş
La Manş (fr. La Manche) və ya İngilis kanalı (ing. English Channel) — Fransa ilə İngiltərə arasında boğaz. 1994-сü ildən La-Manş boğazının altından uzunluğuna görə dünyada üçüncü olan yeraltı dəmiryol tuneli – Avrotunel çəkilmişdir. == Coğrafi mövqeyi == Pa-De-Kale boğazı ilə birlikdə Şimal dənizi ilə Atlantik okeanını birləşdirir. Uzunluğu 578 km, qərbdə eni 250 km, şərqdə eni 34 km, minimal dərinliyi 23,5 m-dir.
La - Manş
La Manş (fr. La Manche) və ya İngilis kanalı (ing. English Channel) — Fransa ilə İngiltərə arasında boğaz. 1994-сü ildən La-Manş boğazının altından uzunluğuna görə dünyada üçüncü olan yeraltı dəmiryol tuneli – Avrotunel çəkilmişdir. == Coğrafi mövqeyi == Pa-De-Kale boğazı ilə birlikdə Şimal dənizi ilə Atlantik okeanını birləşdirir. Uzunluğu 578 km, qərbdə eni 250 km, şərqdə eni 34 km, minimal dərinliyi 23,5 m-dir.
La Manş
La Manş (fr. La Manche) və ya İngilis kanalı (ing. English Channel) — Fransa ilə İngiltərə arasında boğaz. 1994-сü ildən La-Manş boğazının altından uzunluğuna görə dünyada üçüncü olan yeraltı dəmiryol tuneli – Avrotunel çəkilmişdir. == Coğrafi mövqeyi == Pa-De-Kale boğazı ilə birlikdə Şimal dənizi ilə Atlantik okeanını birləşdirir. Uzunluğu 578 km, qərbdə eni 250 km, şərqdə eni 34 km, minimal dərinliyi 23,5 m-dir.
Mana çayı
Mana çayı — Yenisey çayının sağ qolu. == Əsas göstəriciləri == Çayın uzunluğu 475 km, hövzəsinin sahəsi isə 9320 кm²-dir. Başlanğıcını Verxmans gölündən götürür. Mansk Beloqoriya silsiləsindən keçərək, şərqi Sayan dağlarının şimal hissəsindən keçir.
Mana İvabuçi
Mana İvabuçi (d. 18 mart 1993) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 61 oyun keçirib, 20 qol vurub.
Manay Alibekov
Manay Alibekov (1860 - 1920)—qumuq şairi. == Həyatı == Manay Alibekov (1860, Tersk vilayətinin Yaxsay kəndi-1920). Onun soyadı Alibekzadə kimi də yazılır. Manayın pe­şəsi inşaat olmuşdur. Təhsil ala bilməsə də xalq şeiri ruhunda yaz­dığı əsərləri ona böyük uğur qazandırmışdır. „Yaxsaydakı qu­muq qızla­rının arzuları“, „Hakimlərin işləri“, „Starşina“, „Mol­lalar“ və s. şeirləri qumuq yazılı ədəbiyyatının inkişafına təkan vermişdir. Çar məmurlarının və yerli bəylərin, varlıların xalqa etdikləri zülmü tənqid edən, eləcə də soydaşlarını elm öyrənməyə, maa­riflənməyə çağıran şeirləri Manayı sevdirmiş, Bəkir Çoban­zadə onu „köy ve köylü şairi“ adlandırmaqla, şeiri sadəcə sənət üçün deyil, xalqının dəyişilməsi, zamanla ayaqlaşmağa uyması üçün yazdığına görə onu təqdir etmişdir. Şairi xalqının yaşamından bəhs edən şeirlərində olduqca zən­gin etnoqrafik materialları var. Mixail Kanbulatzadə onun şeirlərini toplayaraq ölümündən beş il sonra, yəni 1925-ci ildə Buynakskda kitab kimi çap et­dirmişdir.
Mand (rayon)
Mand (fr. Mende) — Fransanın Langedok-Russilyon regionun rayonlarından biri. Departamenti — Lozer. Suprefektura — Mand. Rayon əhalisi 2006-cı ildə 63 758 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 18 nəf / km². Rayon ərazisi — 3479 km².
Mani yarımadası
Mani yarımadası (yun. Μάνη) — Yunanıstanda yerləşən yarımada. Peloponnes yarımadasının cənubunda yerləşən üç yarımadadan biridir. Sahillərini qərbdən Aralıq dənizi və onun körfəzləri olan Mesiniakos və Lakonikos yuyur. Maniu yarımadası iki hissədən ibarətdir:Daxili və Xarici Mani. Xarici Mani təbiət baxımından zəngindir. Çimərliklərə sahibdir. Tayqet dağı turistlər və alpinistlər arasında məşhurdur. == Tarixi == Mani yarımadasında antik dövrdə Spartalır aid kəndlər olmuşdur. Burada sərt qanunlar hökm sürmüş, hərbi qaydalar tətbiq olunmuşdur.
Mans (İzer)
Mans (fr. Mens) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38226. Kommunanın 2006-cı il üçün əhalisi 1810 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 130 km cənub-şərqdə, Qrenobldan 45 km cənubda yerləşir.
Manç (it)
Manç (mac. Mancs; 1994–2006) ― erkək alman çoban iti. O, Macarıstanın Mişkolts şəhərinin "Spayder" adlı xüsusi xilasetmə komandasının ən məşhur xilasedici iti idi. Onun adı pəncə deməkdir. Mançın xüsusi istedadı dağıntılar altında qalmış zəlzələdən xilas olanları tapmaq və xilasediciləri xəbərdar etmək idi. O, zəlzələ dağıntıları altında basdırılmış insanları tapa bilirdi və insanın öldüyünü və ya diri olduğunu ayırd etməklə yanaşı, bu barədə xilasetmə qrupunun digər üzvlərinə şarə verə bilirdi. Ölü insanı hiss edəndə uzanırdı,; dağıntılar altında canlı insan hiss etdikdə ayağa qalxırdı, quyruğunu silkələyirdi və hürürdü.Manç və sahibi Laslo Lexotsi 2001-ci ildə El Salvador və Hindistanda baş verən zəlzələlər də daxil olmaqla bir neçə zəlzələdən xilasetmə əməliyyatında iştirak etmişdilər. Manç 1999-cu ildə Türkiyədə İzmit zəlzələsindən sonra 82 saat xarabalıq altında qalan 3 yaşlı bir qızı xilas etməyə kömək etdiyi zaman məşhur oldu. 2004-cü ilin dekabr ayında Mişkoltsun mərkəzində Sinva çayının və yeni şəhər meydanının yaxınlığında Mança heykəl qoyuldu. Heykəlin müəllifi Borbala Sanyi oldu.
Manş (departament)
Manş (fr. Manche, norm. Maunche) — Fransanın şimal-qərbindəki Normandiya regionun departamentlərindən biri. Prefekturası — Sen-Lo. == Coğrafiyası == Manş, Normandiyanın inzibati regionun bir hissəsidir və Kalvados, Orn, Mayen, İl və Vilen departamentləri ilə sərhəddir. Kotanten yarımadasında yerləşən departamentin ərazisi ingilis kanalının bütün qərb sərhədində, eləcə də şimal və şimal-şərqdə yuyulur. Sahilinin uzunluğu 350 kilometrdir. Geologiya baxımından, depatamentin ərazisi Armorican Rise yerləşir. Departament mənzərəsi əsasən Norman aiddir. Departamentdə əsasən kənd əhalisi yaşayır.