Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Marmaris
Marmaris (türk. Marmaris) — Türkiyədə liman və kurort şəhəri. Eyni adlı ilçənin inzibati mərkəzi. Egey dənizinin sahilində, Türkiyənin cənub-qərbində, Muğla ilində yerləşir. Dalaman havalimanına 95km uzağlığdadır. 2014-cü ilin turizm mövsümündə şəhər dünyanın 2 milyona yaxın turistini qəbul etmişdir. Şəhərdə 2021-ci il məlumatına görə 95.849 nəfər yaşayırdı. == Coğrafiyası == Marmaris buxtanın sahili boyunca uzanır, quru hissədən dağlarla əhatə olunmuşdur. Körfəzə giriş adanı qoruyur, buna görə fırtınalar və güclü dalğalar heç vaxt sahilə çatmır. Yunanıstanın Rodos adasına müntəzəm bir bərə xidməti var.
Marmara
Mərmərə və ya Marmara bu mənaları ifadə edə bilər:
Marhasi
Marhasi və ya Marhaşi (Mar-ḫa-šiKI 𒈥𒄩𒅆𒆠) — e.ə. III minilliyə aid, Elamın şərqindəki İran yaylasında mövcud olmuş şəhər-dövlət. Mesopotamiya mənbələrindən məlumdur. Dəqiq yer müəyyən edilməmişdir. Bir sıra tədqiqatçılar bunu Ciruft mədəniyyəti ilə əlaqələndirirlər. Əgər bu fərziyyə doğrudursa, Marhasi şəhəri Elam və Harappa sivilizasiyası arasında ara mövqe tutur. Ədəb şəhərinin hökmdarı Luqal-anne-mundu tərəfindən yazılmış kitabədə bu şəhər Elamla birlikdə kutilərin cənubunda yerləşir. Akkad mətn və arxeoloji sübutlarına əsaslanaraq, qədim Margiananın Marhasi padşahlığı ilə eyniləşdirməsi təklif edilmişdir.
Armani
Giorgio Armani S.p.A., əsasən Armani kimi tanınır — Corco Armani tərəfindən Milanda təsis edilmiş dəb, geyim, dəri məmulatları, ayaqqabılar, aksesuarlar və ev interyeri dizaynını, istehsalını, paylanmasını və pərakəndə satışını həyata keçirən italyan lüks dəb instruktoru.
Marathi dili
Marathi dili (मराठी Marāṭhī) — Hind-ari dillərindən biri. Hindistanın qərbində və mərkəzində yaşayan marathilərin dili. Dünyada 68 milyondan çox insan bu dildə mükəmməl danışır.Marathi dili Hindistanda ən çox danışılan ana dili sırasında sayca dördüncüdir və dünyada on beşinci ən çox daçıyıcısı olan dildir.
Marmand (rayon)
Marmand (fr. Marmande) — Fransanın Akvitaniya regionun rayonlarından biri. Departamenti — Lo və Qaronna. Suprefektura — Marmand. Rayon əhalisi 2006-cı ildə 79 296 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 57 nəf / km². Rayon ərazisi — 1388 km².
Tarmani (Urmiya)
Tarmani (fars. ترمني‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 143 nəfər yaşayır (40 ailə).
Marmaris Qalası
Marmaris Qalası — Türkiyənin Muğla şəhərinin Marmaris rayonunda yerləşən tarixi qala. Qala Sultan Süleyman Qanuni tərəfindən Rodosa səfəri zamanı qurulmuşdur. Marmaris Qalası Türkiyədə muzeyi olan nadir qalalardan biridir. == Tarixi == Yunan tarixçisi Herodotun yazdığına görə, Marmarisdə ilk şəhər divarları e.ə. 3000-ci ildə tikilmişdir. Lakin qalanın inşası ilə bağlı məlum olan yeganə yazılı mənbə məşhur Osmanlı səyyahı Övliya Çələbinin "Səyahətnamə" əsərindədir. XVII-ci əsrdə Muğla və ətrafını ziyarət edən Çələbi, Sultan Süleymanın Rodos səfərindən əvvəl qalanın inşasına göstəriş verdiyini və səfər zamanı qalanın Osmanlı ordusu üçün hərbi baza rolunu oynadığını söyləyir. Marmaris Qalasının mühüm bir hissəsi Birinci Dünya Müharibəsi zamanı fransız hərbi gəmisi tərəfindən dağıdılmışdır. 1957-ci ildə Fəthiyə zəlzələsi şəhəri demək olar ki, tamamilə dağıtdı. Yalnız qala və qalanı əhatə edən tarixi tikililər toxunulmaz qaldı.
Marmara (qəzet)
Nor Marmara (erm. Նոր Մարմարա) - İstanbul şəhərində gündəlik nəşr olunan qəzet. Qəzet 1940-cı ildən nəşr olunur. Nəşr dili ermənicə olan qəzet, Türkiyədə yaşayan ermənilərin gündəlik həyatlarını işıqlandırır.
Nor Marmara
Nor Marmara (erm. Նոր Մարմարա) - İstanbul şəhərində gündəlik nəşr olunan qəzet. Qəzet 1940-cı ildən nəşr olunur. Nəşr dili ermənicə olan qəzet, Türkiyədə yaşayan ermənilərin gündəlik həyatlarını işıqlandırır.
Corcio Armani
Corco Armani (it. Giorgio Armani; d.11 iyul 1934, İtaliya, Pyaçentsa) — İtaliyalı geyim dizayneri. == Məlumat == Corco Armani Pyaçentsa universitetində tibb üzrə təhsil almış, lakin dizayn işlərinə aludə olduğundan təhsilini başa vurmamışdır. 1964-cü ildə N.Çerrutinin firmasında, 1970-ci ildən isə hazır geyim firmalarında müstəqil işləməyə başlamışdır. 1974-cü ildən öz markası ilə kişi və qadın geyimləri kolleksiyalarını hazırlamışdır. Armani ciddi, qüsursuz klassik üsluba sərbəst görünüş verə bilmişdir. Qadın qarderobuna yumşaq yun parçadan kişi stilində tikilmiş şalvarlı kostyumlar əlavə etmişdir. Armani kolleksiyalarına gənclər üçün cins parçadan geyimlər daxil edən (1981-ci ildən) ilk dizayner olmuşdur. Armaninin estetik prinsipi "nəzərə çarpmayan moda"dır və buna görə də onun modellərində gözəl, dəbdəbəli parçalar və zərif, nəfis aksessuarlar sadə, aydın formalar əsasında birləşmişdir. == Sport == "Olimpia Milano" basketbol yığımın prezidentidir.
Corco Armani
Corco Armani (it. Giorgio Armani; d.11 iyul 1934, İtaliya, Pyaçentsa) — İtaliyalı geyim dizayneri. == Məlumat == Corco Armani Pyaçentsa universitetində tibb üzrə təhsil almış, lakin dizayn işlərinə aludə olduğundan təhsilini başa vurmamışdır. 1964-cü ildə N.Çerrutinin firmasında, 1970-ci ildən isə hazır geyim firmalarında müstəqil işləməyə başlamışdır. 1974-cü ildən öz markası ilə kişi və qadın geyimləri kolleksiyalarını hazırlamışdır. Armani ciddi, qüsursuz klassik üsluba sərbəst görünüş verə bilmişdir. Qadın qarderobuna yumşaq yun parçadan kişi stilində tikilmiş şalvarlı kostyumlar əlavə etmişdir. Armani kolleksiyalarına gənclər üçün cins parçadan geyimlər daxil edən (1981-ci ildən) ilk dizayner olmuşdur. Armaninin estetik prinsipi "nəzərə çarpmayan moda"dır və buna görə də onun modellərində gözəl, dəbdəbəli parçalar və zərif, nəfis aksessuarlar sadə, aydın formalar əsasında birləşmişdir. == Sport == "Olimpia Milano" basketbol yığımın prezidentidir.
Jorjio Armani
Corco Armani (it. Giorgio Armani; d.11 iyul 1934, İtaliya, Pyaçentsa) — İtaliyalı geyim dizayneri. == Məlumat == Corco Armani Pyaçentsa universitetində tibb üzrə təhsil almış, lakin dizayn işlərinə aludə olduğundan təhsilini başa vurmamışdır. 1964-cü ildə N.Çerrutinin firmasında, 1970-ci ildən isə hazır geyim firmalarında müstəqil işləməyə başlamışdır. 1974-cü ildən öz markası ilə kişi və qadın geyimləri kolleksiyalarını hazırlamışdır. Armani ciddi, qüsursuz klassik üsluba sərbəst görünüş verə bilmişdir. Qadın qarderobuna yumşaq yun parçadan kişi stilində tikilmiş şalvarlı kostyumlar əlavə etmişdir. Armani kolleksiyalarına gənclər üçün cins parçadan geyimlər daxil edən (1981-ci ildən) ilk dizayner olmuşdur. Armaninin estetik prinsipi "nəzərə çarpmayan moda"dır və buna görə də onun modellərində gözəl, dəbdəbəli parçalar və zərif, nəfis aksessuarlar sadə, aydın formalar əsasında birləşmişdir. == Sport == "Olimpia Milano" basketbol yığımın prezidentidir.
Mamadi Dumbuya
Mamadi Dumbuya (fr. Mamady Doumbouya; 4 mart 1980) — 5 sentyabr 2021-ci ildə baş vermiş dövlət çevrilişindən sonra Qvineya Respublikasının Prezidenti. == Həyatı == Dumbiya Qvineyanın Kankan bölgəsində anadan olub. Mandinka mənşəlidir. Dumbiya Fransa Milli Jandarma Birliyinin fəal üzvü olan fansız qadınla evlidir. Cütlüyün üç övladı var. == Hərbi fəaliyyəti == Dumbuya Prezident Alfa Konde tərəfindən yaradılan Xüsusi Qüvvələr Qrupuna rəhbərlik etmək üçün Qvineyaya qayıtmazdan öncə kapral rütbəsinə sahib fransız legionerdi. Batalyon komandiri rütbəsi alaraq vəzifəyə başlayanda bir sıra fərqli ölkələrdə keçdiyi təlimlər də daxil olmaqla beynəlxalq təcrübəsinə istinad edildi. Bu vəzifədə Forekariya mərkəzli ölkənin kəşfiyyat xidmətlərində çalışdı. 2019-cu ildə polkovnik-leytenant, 2020-ci ildə isə polkovnik rütbəsinə yüksəldi.2021-ci ildə Xüsusi Qüvvələr Qrupu üçün daha çox səlahiyyət qazandığı bildirildi.
Marani (Nəmin)
Marani (fars. مرني‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 929 nəfər yaşayır (273 ailə).
Maraqi dili
Maraği dili və ya Maraqi dili(fars. مراقی-مراغی‎) İranın Qəzvin ostanında danışılan dildir.Bu gün Maraği dili ölmək üzrə olan dillərdən biridir.
Maraği dili
Maraği dili və ya Maraqi dili(fars. مراقی-مراغی‎) İranın Qəzvin ostanında danışılan dildir.Bu gün Maraği dili ölmək üzrə olan dillərdən biridir.
Zəhirəddin Maraşi
Seyyid Zəhirəddin bin Nasirəddin bin Kəmaləddin əl-Hüseyni əl-Maraşi (1413 və ya 1412, Amul, Mazandaran ostanı – 1488 və ya 1489) — İranlı dövlət adamı və tarixçi. I Şah Abbas Səfəvinin ana tərəfindən qohumudur. Mir Zəhirəddin bin Nasirəddin 1412-ci ildə Təbəristanın Amul şəhərində doğulmuşdu. Həzrət Əli soyundan olub, Mərəşiyyyə seyidləri kökənlidir. Təriqət şeyxi olan babalarından Qəvaməddin müstəqil bir idarəçilik qurmaq amacıyla 1349-cu ildə qiyam qaldırdı; oğulları və müridlərinin yardımı ilə Mazandaranın böyük bir qismini ələ keçirdi və Mərəşilər xanədanını qurdu (1359). Qəvaməddinin yerinə keçən oğlu Kəmaləddin, Əmir Teymur tərəfindən uşaqları və qardaşlarıyla birlikdə Mavəraünnəhirə sürüldü (1393). Kəmaləddinin 1398-ci ildə Kaşqarda ölümünün ardından ailənin sürgünə göndərilmiş olan mənsubları geri dönüb Mazandaranı təkrar ələ keçirdilər. Nasirəddin, Saridə hökm sürən qardaşı Seyyid Əlinin idarəsi altında qaldı. Seyyid Əli tərəfindən iki dəfə elçi olaraq Teymurlu Şahrux mirzəyə göndərilən Nasirəddin 1432-ci ildə vəfat etdi. Yerinə keçən oğlu Zəhirəddin Maraşi, 1456-1461 illər arasında Rüstəmilər xanədanı içindəki anlaşmazlıqları yoluna qoymağa çalışdı.
Əbdülqadir Maraği
Armazi (şəhər)
Armazi (gürc. არმაზი) və ya Armaztsixe (gürc. არმაზციხე, lat. Harmozika) — Gürcüstanda, Msxetadan 2 km şimal-qərbdə və Tbilisidən 22 km şimalda yerləşən qədim şəhər. Qədim şəhərin tarixi Böyük Msxetanın bir hissəsini təşkil edir. Bu yerdə İberiya çarlığının paytaxtı olan qədim Armazi şəhəri yerləşirdi. Xüsusilə eramızın ilk əsrlərində çiçəklənən Armazi, 730-cu ildə ərəb istilası nəticəsində dağıdıldı. == Arxeologiyası == Armazi ərazisində 1890-cı ildə aparılmış kiçik qazıntılar zamanı şəhərin daş pilləkənli çiy divarlarının plintəsi üzə çıxarılmışdır. Qazıntılar zamanı, I əsrə aid qadın gövdəsinin daş parçaları tapılmış, iki otaqlı mənzil də təmizlənmişdi. 1943-cü ildən 1948-ci ilə qədər Gürcüstan Milli Elmlər Akademiyasından Andria Apakidzenin rəhbərliyi ilə genişmiqyaslı qazıntılar aparılmış, qazıntılar 1985-ci ildə bərpa edilərək bu günə qədər də davam etdirilir.
Nor Marmara (qəzet)
Nor Marmara (erm. Նոր Մարմարա) - İstanbul şəhərində gündəlik nəşr olunan qəzet. Qəzet 1940-cı ildən nəşr olunur. Nəşr dili ermənicə olan qəzet, Türkiyədə yaşayan ermənilərin gündəlik həyatlarını işıqlandırır.
Əbu Bəkr Narşahi
Əbu Bəkr Məhəmməd ibn Cəfər Narşahi (fars. ابوبکر محمد نرشخی‎), 899—959) — X əsr Orta Asiya tarixçisi. Əbu Bəkr Məhəmməd ibn Cəfər 899-cu ildə Buxara yaxınlığındakı Narşah qəsəbəsində anadan olmuşdu. "Buxara tarixi" əsərinin müəllifidir. Əbu Bəkr Məhəmməd ibn Cəfər Narşahi 959-cu ildə vəfat edib. ən-Narşahinin “Buxaranın tarixi” əsərində isə giriş hissəsindən sonra Buxaranın tarixi, topoqrafiyası və iqtisadi həyatı əks olunmuşdur. Bu əsər ərəb dilində 943-cü ildə yazılmışdır. http://www.vostlit.info/haupt-Dateien/index-Dateien/N.phtml?id=2054%7Ctitle=Мухаммад Наршахи. История Бухары. Ташкент.
Maravi döyüşü (2017)
Maravi döyüşü (ing. Battle of Marawi) - Filippinin Mindanao adasında yerləşən Maravi şəhərində 2017-ci ilin 23 may tarixindən başlamış döyüş. Toqquşmalar hökumət qüvvələri və şəhərə nəzarəti ələ keçirmək istəyən silahlı terrorçular arasında baş vermişdir. İraq Şam İslam Dövlətinə bağlı olduqlarını elan edən Əbu Səyaf və Maut silahlı qrupları şəhər üzərində nəzarəti təmin etmək məqsədi ilə 23 maydan etibarən döyüşlərə başlayıblar. Hökumət rəsmilərinin məlumatına əsasən terrorçulara rəhbərlik edən İsnilon Hapilon Maravi şəhərində olan İraq Şam İslam Dövlətinə bağlı qrupları bir araya topladıqdan sonra şəhər üzərində nəzarəti ələ keçirmək məqsədi ilə 23 may tarixində hərəkətə keçib. Silahlı qarşıdurmanın genişlənməsi nəticəsində ordu, polis və təhlükəsizlik qüvvələrinə məxsus personal ilə terrorçular arasında toqquşmalar baş verib. Maut terrorçu qrupunun hücum zamanı şəhərdə yerləşən bəzi binaların ələ keçirildiyi bildirilir. Həmin binalar sırasında bələdiyyə binası, şəhər həbsxanası, Mindanao Universitetinorpusu və xəstəxanda var. Qrup eyni zamanda mərkəzi küçələri zəbt etməklə şəhərdə yerləşən Müqəddəs Mariya Katolik Kilsəsinin və dini seminariyanın binasını yandırıb. Hadisələr baş verən zaman Rusiyada rəsmi səfərdə olan ölkə prezidenti Rodriqo Duterte səfərini yarımçıq qoyaraq təcili ölkəsinə qayıdıb.
Şah Əhməd Maraşi
Şah Əhməd Maraşı və ya Şah Əhməd Mərəşi — bir tərəfi Səfəvi sülaləsindən olan zadəgan. Əfqan işğalı zamanı özünü hökmdar elan etmişdir. O, Mirzə Seyid Hüseyni Maraşı adı ilə Mirzə Əbül Qasım Hüseyni Maraşinin oğlu kimi dünyaya gəlmişdir. Maraşı ailəsinə mənsub olmuşdur. Ana xətti ilə Səfəvi sülaləsindən olan bu ailədən II Süleyman da qısamüddətlik şah olmuşdur. Onun anası Səfəvi şahı I Süleymanın qızı idi. 1722-ci ildə Mir Mahmud Hotaki imperiyanın paytaxtı İsfahanı ələ keçirərək özünü şah elan etdi. Paytaxtdan qaçmağı bacarmış şahzadə olan Təhmasib Mirzə də buna cavab olaraq qanuni varis kimi irəli verilərək şah elan edildi. Səfəvi sülaləsinin zəifləməsindən, əfqan işğalından qaynaqlanan qarışıqlıqdan Şah Əhməd Maraşı yararlandı. Əhməd Maraşı II Təhmasibin şimalda Nadir xanla birlikdə ruslara, əfqanlara və osmanlılara qarşı mübarizə aparmasından istifadə edərək 1726-cı ildə imperiyanın cənub torpaqlarında Maraşı-Səfəvi zadəganları tərəfindən şah elan edildi.
Əmir bəy Armani
Əmir bəy Armani — 17-ci əsrdə Səfəvilərdə olan erməni mənşəli qulam. I Şah Səfi (1629-1642) və II Şah Abbasın (1642-1666) şahlıq etdiyi dövrdə xidmət etmiş və bir neçə il şah somelyesi (şirehçi başı), habelə Qaskar bəylərbəyi (1633-1643) kimi fəaliyyət göstərmişdir. Əmir bəy Armani sələfi Mənuçöhr xan bir müddət əvvəl taxt-taca çıxan şah Səfinin təmizlənmə siyasətinin qurbanı olandan sonra Qaskar bəylərbəyliyinə təyin olundu. Şirehçi başı kimi onun yerinə gələn Səfiqulu adlı bir oğlu var idi. Baghdiantz-McCabe, Ina. Caucasian Elites and Modern State-Building in Safavid Iran // Chaudhury, Shushil; Kévonian, Kéram (redaktorlar ). Les Arméniens dans le commerce asiatique au début de l'ère moderne. Maison des Sciences de l'Homme. 2008. səh.
Düyü yarması
Düyü yarması — çəltiкdən alırlar, çəltiyin müхtəlif botaniкi sortları biri digərindən forma, ölçü və кonsistensiyasına, həmçinin кimyəvi tərкibinə görə fərqlənir. Düyüdən 2 növ – pardaqlanmış və cilalanmış yarma istehsal edilir. Əlavə məhsul кimi az miqdarda düyü хırdası əldə edilir. Pardaqlanmış düyünü qabığı çıхarılmış düyüdən pardaqlayıcı maşınlarda rüşeym, meyvə və toхum qılafını, aleyron təbəqəsinin bir hissəsini кənar etməкlə əldə edirlər. Rəngi ağ, səthi isə nahamardır. Cilalanmış düyünü şüşəvari pardaqlanmış düyüdən cilalayıcı maşınlarda emal etməкlə əldə edirlər. Cilalanmış düyü təmiz endospermdən ibarət olub, səthi hamar və parlaqdır. Düyü yarması tez bişməsi və bişdiкdə həcminin çoх artması ilə fərqlənir. Düyüdən hazırlanan məmulat yüкsəк mənimsənilmə qabiliyyətinə və dada maliкdir. Düyü хırdasından duru sıyıqların, dovğa və yarpaq dolması və s.
Manna yarması
Manna yarması — buğdanın üyüdülüb ələnilməsiylə əldə edilən bir qida maddəsidir. Manna yarması dənəcikləri 125–140 mikro metr böyüklüyündə, sarı rəngdə, parlaq və bucaqlıdır. Manna yarması istehsalında ümumiyyətlə sərt buğda istifadə edilir. Manna yarması uşaq və pəhriz qidası üçün geniş istifadə olunan əsas qida məhsuludur. Bu yarmanı un dəyirmanında buğdanın sortlu üyüdülməsi nəticəsində alırlar. Manna yarmasının çıxarı emal olunan dənin 2%-ni təşkil edir. Yumşaq və bərk buğdadan alınan manna yarması tərkibindən və quruluşundan asılı olaraq "M", "MT" və "T" markası ilə buraxılır. "M" markalı yarmanı yumşaq yarımşüşəvari və şüşəvari buğdadan, "T" markalı yarmanı bərk buğdadan, "MT" markalı yarmanı isə bərk və yumşaq buğdaların qarışığından alırlar. Manna yarmasından birinci xörəklərin, sıyıqların və şirin xörəklərin hazırlanmasında istifadə edilir. Manna yarması qida dəyəri yüksək olan bir yeməkdir.
Mannı yarması
Manna yarması — buğdanın üyüdülüb ələnilməsiylə əldə edilən bir qida maddəsidir. Manna yarması dənəcikləri 125–140 mikro metr böyüklüyündə, sarı rəngdə, parlaq və bucaqlıdır. Manna yarması istehsalında ümumiyyətlə sərt buğda istifadə edilir. Manna yarması uşaq və pəhriz qidası üçün geniş istifadə olunan əsas qida məhsuludur. Bu yarmanı un dəyirmanında buğdanın sortlu üyüdülməsi nəticəsində alırlar. Manna yarmasının çıxarı emal olunan dənin 2%-ni təşkil edir. Yumşaq və bərk buğdadan alınan manna yarması tərkibindən və quruluşundan asılı olaraq "M", "MT" və "T" markası ilə buraxılır. "M" markalı yarmanı yumşaq yarımşüşəvari və şüşəvari buğdadan, "T" markalı yarmanı bərk buğdadan, "MT" markalı yarmanı isə bərk və yumşaq buğdaların qarışığından alırlar. Manna yarmasından birinci xörəklərin, sıyıqların və şirin xörəklərin hazırlanmasında istifadə edilir. Manna yarması qida dəyəri yüksək olan bir yeməkdir.
Polşa markası
Polşa markası (pol. marka polska) — 1917–1924-cü illərdə Polşa və 1921–1922-ci illərdə Mərkəzi Litvanın pul vahidi. 100 fenigə (pol. fenig) bölünürdü. 1917-ci ildən Polşa Borc Kassası, daha sonra Polşa Xəzinəsinin Emissiya Ofisi tərəfindən buraxılırdı. Birinci Dünya müharibəsinin 1914 və 1915-ci il yürüşləri zamanı Rusiya imperiyasının tərkibində olan Polşa çarlığının ərazisi Almaniya və Avstriya-Macarıstan qoşunları tərəfindən işğal edildi. 1915-ci ildə işğal olunmuş əraziləri idarə etmək üçün Varşava General-Qubernatorluğu yaradıldı. 1916-cı ildə alman höküməti ostrubl adlı işğal pulunu buraxmağa başladı. General-qubernatorluğunun ərazisində ostrubl şərq bölgələrində istifadə olunurdu. 1917-ci ildə yeni işğal valyutası olan Polşa markasının buraxılışı başladıldı.
Poçt markası
Poçt markası — poçt ödəniş nişanı. Markanın yaranması və onun poçt ödəniş nişanı kimi istifadəsinin tarixi barədə müxtəlif fikirlər dolaşmaqdadır. Bəzi mütəxəssislər poçt markasının avstriyalı Lourens Kaşmir, bəziləri isə ingilis Ceyms Çalmers tərəfindən yaradıldığını iddia edirlər, lakin bir sıra faktlar onu göstərir ki, poçt markası məhz Roumend Hillin öz layihəsini təcrübədən keçirdikdən sonra İngiltərədə yaranıb.1840-cı ildə Londondakı İngilis Poct İdarəsinin sonradan idarəçisi olan Sir Rovland Hill, maraqlı bir hadisəyə şahid olmuşdu. Şotlandiyaya etdiyi bir səfər əsnasında, gənc bir qızın daşıma ödənişini ödəyə bilmədiyi üçün nişanlısından gələn məktubu poçtalyona öncə verdiyini gördü. Bunun üzərinə ödənişi özü ödədi. Gənc qız ona təşəkkür etdi və bu pula ehtiyac olmadığını söylədi. Çünki, zərfin üzərindəki ünvanda bir tənzimləmə edərək, nişanlısından gələn məktubu pul ödəmədən də ala biləcəyini bilirdi. Bu hadisəyə şahid olan Hill, məktub yollanırkən, pul ödənməsini zəruri edəcək bir üsul inkişaf etdirilməsi lazım olduğunu düşündü. Daşıma haqqının, zərfin üstünə yapışdırılan kiçik bir etiket əvəzi olaraq, məktubu göndərən tərəfindən ödənilməsi prinsipini təklif etdi. Bu üsul İngilis Hökuməti tərəfindən qəbul edildi.
Qarabaşaq yarması
Qarabaşaq yarması — adi qarabaşaq bitkisinin dənindən istehsal edilir. Qarabaşaq yarmasının qidalılıq və istehlak dəyəri başqa yarmalara nisbətən yüksəkdir. Pəhriz qidası üçün daha çox istifadə edilir. Buxara verilməmiş adi qarabaşaq və buxara verilib qurudulmuş tez bişən qarabaşaq yarmaları istehsal edilir. Adi və tezbişən yarmalar biri digərindən rənginə və konsistensiyasına, tərkibinə daxil olan maddələrin vəziyyətinə görə fərqlənir. Adi yarmanın rəngi açıq, unlu, nişastası dəyişməmiş, fermenti isə fəal deyildir. Tez bişən yarmanın rəngi qəhvəyi, qeyribərabər, yarımşüşəvari, nişastası qismən kleysterləşmiş, fermentlərinin fəallığı zəifdir. Adi və tezbişən qarabaşaq yarması 2 müxtəliflikdə – nüvə və yarma xırdası (prodel) halında istehsal olunur. Yarma xırdası bir neçə hissəyə bölünmüş qarabaşaq dənindən ibarətdir. Yarma nüvəsi tərkibindəki kənar qarışığın və sağlam nüvənin miqdarına görə 1-ci və 2-ci əmtəə sortuna ayrılır.
Qarğıdalı yarması
Qarğıdalı yarması – ağ dənli və sarı dənli bərк qarğıdalıdan, ağ dənli dişşəкilli qarğıdalıdan və partlayan qarğıdalı sortlarından istehsal edilir. Qarğıdalı yarması cilalanmış olmaqla 5 nömrədə buraхılır. Qarğıdalı yarmasından sıyıq, кotlet və başqa кulinar məmulatı hazırlanır. Əhmədov Ə.I. Ərzaq malları əmtəəşünaslığı. Ali məкtəblər üçün dərsliк. Yenidən işlənmiş və tamamlanmış iкinci nəşr. Baкı: "Iqtisad Universiteti" nəşriyyatı, 2006 – 480 səh.
Qranit maqması
Maqma (yun. μάγμα — qatı yağ, xəmir) — Yer qabığında və ya yuxarı mantiyada, böyük olmayan dərinlikdə təbii halda yaranan, soyuduqda maqmatik dağ qayalarna çevrilən, silikat tərkibli, isti və maye ərintidir. Axan maqma lava adlanır. Maqma — (rus. магма, ing. maqma) Yerin dərinliyində əmələ gələn mürəkkəb, əksərən silikat tərkibli ərgin, qızğın kütlə. M. tərkibində oksigen, silisium, alüminium, dəmir, maqnezium, natrium və kaliumun üstünlük təşkil etdiyi çoxlu miqdarda kimyəvi elementlərin birləşmələrindən, bəzən bir neçə faizi uçan komponentlərdən (su, kükürd, hidrogen, ftor, xlor və s.) təşkil olmuş məhluldan ibarətdir. Maqmada demək olar ki, bütün kimyəvi elementlərə rast gəlinir, onların arasında: Si, Al, Fe, Са, Mg, К, Ti, Na, həmçinin müxtəlif uçan komponentlərə (karbon oksidi, kükürd, hidrogen, flüor, xlor və s.) və buxarşəkilli suya da rast gəlinir. Uçan komponentlər maqmanın kristallaşması zamanı müxtəlif minerallara daxil olur. Nadir hallarda qeyri-silikat tərkibli maqmatik ərintilər mövcud olur.
Vələmir yarması
Vələmir yarması — tərkibindəki zülalların və yağın miqdarına görə dənli bitkilərdən alınan başqa yarmalardan üstündür. Vələmirdən bütöv buхara verilib cilalanmış, yastılaşdırılmış yarma, vələmir lopası, vələmir ləçəkləri, herkules və tolokno istehsal edilir. Bütöv cilalanmış vələmir yarması buхara verilib qurudulmuş çiçək qişasından, üzərində olan tüklü hissəciklərdən azad olunmuş dəndən ibarətdir. Qidalılıq dəyərini və keyfiyyətini yüksəltməк məqsədilə vələmir yarması əlavə olaraq müхtəlif üsullarla emal olunur, yastılanır, хırdalanır, uzun müddət buхara verilir. Yastılaşdırılmış vələmir yarmasını almaq üçün bütöv buхara verilmiş yarmanı dişli (rifli) vallardan keçirib qurudur, təmizləyir və qablaşdırırlar. Bütöv buхara verilmiş, cilalanmış və yastılaşdırılmış vələmir yarmaları keyfiyyətindən asılı olaraq əla və birinci əmtəə sortuna ayrılır. Bütöv buхara verilmiş, cilalanmış və yastılaşdırılmış vələmir yarmalarının nəmliyi 12%-dən, kənar qarışıqlar 0,35%-dən, 100 qr məhsulun turşuluğu ml-lə normal qələvi məhluluna görə 50-dən çoх olmamalıdır. Əhmədov Ə.I. Ərzaq malları əmtəəşünaslığı. Ali məktəblər üçün dərsliк. Yenidən işlənmiş və tamamlanmış ikinci nəşr.
Ördək qarmağı
Ördək qarmağı (ing. Duck Hook) — ABŞ Prezidenti Riçard Niksonun Vyetnam müharibəsi zamanı Şimali Vyetnama hədələmək üçün istifadə etdiyi əməliyyat üçün Ağ Evin istifadə etdiyi kod adı. Əməliyyat Şimali Vyetnam Paris sülh danışıqlarında Vaşinqtonun şərtlərini qəbul etmədiyi halda həyata keçiriləcəkdi. Əməliyyat Hanoy və ətrafındakı hərbi və iqtisadi hədəflərin nüvə bombası ilə darmadağın edilməsi, Hayfon limanının və digər limanların minalanmasını, Hanoy və Hayfonun xalça bombardmanına məruz edilməsi, Şimali Vyetnam əhalisinin böyük bir hissəsinin ərzaq təminatını məhv etmək üçün bəndlərin bombalanmasını, Şimali Vyetnamın şimal-şərq əlaqə xəttinə, habelə Çin sərhədindəki keçidlərə və körpülərə hava zərbələri və Vyetnam boyunca digər hədəflərə hava və qurudan hücumları əhatə edirdi. Burr, William. (2015). Nixon's Nuclear Specter The Secret Alert of 1969, Madman Diplomacy, and the Vietnam War. University Press of Kansas.
Şəhadət barmağı
Şəhadət barmağı-ikinci barmaqdır, baş barmaqla orta barmaq arasında yerləşir. Bu barmaqdan daha çox işarə məqsədilə istifadə olunur. Jestlərlə danışanda çox istifadə olunur. Məsələn, kimisə işarə etdikdə, diqqəti nəyəsə çəkmək istədikdə bu barmaqdan geniş istifadə olunur. Bununla yanaşı, bütün barmaqlar kimi, şəhadət barmağının da tiblə əlaqəsi vardır. Bu barmaq böyrək və sidik kisəsi ilə əlaqəlidir. Fiziki simptonlaraşağıdakılardır: qarın sancısı, dəri problemləri, baş ağrısı, əsəbilik.
Mənfəət marjası
Əməliyyat təhlili (ing. cost-volume-profit analysis) və idarəetmə uçotunda əhatəyə töhfə satış (ing. contribution margin) vahidi üzrə marjinal mənfəəti xarakterizə edir. Göstərici müxtəlif hesablamalarda faydalıdır və əməliyyat leverecinin ölçüsü kimi istifadə edilə bilər (ing. operating leverage). Bir qayda olaraq, göstəricinin aşağı dəyərləri əmək tutumlu sektorlarda, yüksək dəyərlər isə kapital tutumlu sahələrdə xarakterikdir. Marjinal mənfəət əməliyyat təhlilində istifadə olunur, burada xalis gəlirin hesablanmasını sadələşdirməyə imkan verir və xüsusilə zərərsizlik nöqtəsi. Marjinal mənfəətin hesablanması menecerə planlaşdırılmış mənfəəti əldə etmək üçün zəruri olan zərər nöqtəsini və satış həcmini qiymətləndirməyə imkan verir, bunun əsasında məhsul çeşidini genişləndirmək və ya azaltmaq barədə daha məlumatlı qərar qəbul etmək olar. məhsul və ya xidmətin qiymətinin müəyyən edilməsi, habelə sistemin optimal təşkili haqqında.məsuliyyətə görə komissiya ödənişləri və mükafatlar (əmək haqqı). Mənfəət marjasının təhlili əməliyyat leverajının qiymətləndirilməsidir, yəni satış artımının mənfəət artımına necə səbəb olduğunun qiymətləndirilməsidir.
Toxmaq barmağı
Toxmaq barmağı və ya beysbol barmağı kimi də tanınır — barmağın ən kənar birləşməsindəki vətər zədəsi. Bu, barmağın ucunu basmadan uzada bilməməsi ilə nəticələnir. Ağrı və göyərmə adətən barmağın ən kənar vətərinin arxasında baş verir. Toxmaq barmağı adətən barmaq ucunun həddindən artıq əyilməsi nəticəsində yaranır. Tipik olaraq, bu, bir top uzadılmış barmağa dəydikdə və onu sıxışdırdıqda baş verir. Bu, ya vətərin parçalanması, ya da avulsiya sınığı ilə nəticələnir. Diaqnoz ümumiyyətlə simptomlara əsaslanır və rentgen şüaları ilə təsdiqlənir. Müalicə adətən barmağın ucunu 8 həftə ərzində daimi olaraq düz saxlayan şin istifadəsini nəzərdə tutur. Orta oynaq hərəkət edə bilər. Bu, zədədən sonra 1 həftə ərzində başlamalıdır.
Milad markası
Milad markaları — Milad bayramı ilə əlaqədar olaraq dövriyyəyə buraxılan poçt markaları. Bəzi ölkələrdə Miladla bağlı xüsusi xatirə markaları da çap olunur və poçtların Milad açıqcalarını göndərərkən istifadə etdikləri həmin açıqcalar filatelistlər arasında kifayət qədər məşhurdur. Milad möhürlərindən fərqli olaraq bu markalar dövrü xarakter daşımaqla, bütün il boyu istifadə olunur. 1898-ci ildə Kanadada İmperator Penni Poçtunun açılışı münasibətilə xüsusi marka nəşr edilmişdir. Markada Yer kürəsinin xəritəsi və "XMAS 1898" yazısı vardı. 1937-ci ildə Avstriyada iki Milad markası çap edilmişdi ki, onların da üzərində qızıl gül və zodiak işarələri təsvir olunmuşdu. 1939-cu ildə Braziliyada çap edilmiş xüsusi Milad markalarında üç kral və Betleyem ulduzu, mələk və körpə, Cənub xaçı və körpə, ana və körpə təsvir edilmişdir. Həm ABŞ Poçt Xidməti, həm də Kral Poçtu tərəfindən hər il dövrü Milad markaları çap edilir.
Əməliyyat marjası
Əməliyyat marjası, və ya əməliyyat mənfəət marjası (ing. operating income margin, operating profit margin, EBIT margin, return on sales (ROS)) — əməliyyat mənfəətinin xalis satışa nisbətinə bərabər olan satış gəlirinin göstəricilərindən biri. Adətən faizlə ifadə edilir. Əməliyyat marjası = Əməliyyat mənfəəti/Satış həcmi. Əməliyyat mənfəəti adətən EBIT — faiz və vergilərdən əvvəlki mənfəət kimi istifadə olunur, burada amortizasiya və amortizasiya xərcləri də nəzərə alınır (əməliyyat EBIT marjası). Əməliyyat marjasının alternativ göstəricisi xalis mənfəətin gəlirə (satış həcmi) nisbətini göstərən xalis mənfəət üzrə əməliyyat marjasıdır (satışların gəlirliliyi və ya qısaca ROS): Satışlardan Gəlir (ROS) = Xalis Mənfəət/Satış Həcmi = Gəlir - Ümumi Xərclər/Satış Həcmi. ROS müxtəlif ölçülü şirkətlərin və sənayelərin gəlirliliyini müqayisə etmək üçün ən çox istifadə edilən şirkətin gəlirliliyinin ölçüsüdür. Eyni zamanda, ROS hesablanarkən, gəlirin əldə edildiyi vasitələr (investisiya və ya investisiyalar) nəzərə alınmır. Faizlə ifadə edilən əməliyyat marjası birbaşa xərclər nəzərə alındıqdan sonra (EBIT üzrə əməliyyat marjası hesablanarkən) və ya bütün xərclər nəzərə alındıqdan sonra (xalis gəlir üzrə əməliyyat marjası hesablanarkən) hər bir satış dolları üçün əməliyyatlardan nə qədər gəlir əldə edildiyini göstərir.) həmin gəlirlərin yaradılması ilə bağlıdır. Daha yüksək əməliyyat marjası o deməkdir ki, hər bir satış dollarından daha çoxu mənfəət olaraq qalır.