Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tereza Master
Tereza Master (21 sentyabr 1989) — Malavili marafonçu. Tereza Master Malavini 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. Tereza Master birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 48 dəqiqə 34 saniyəyə qət edərək 157 marafonçu sırasında 98-ci yeri tutdu.
Mather Braun
Mather Braun- (11 oktyabr 1761-ci ildə vəftiz olunub — 25 may 1831) Amerikalı rəssam. O, Braun Qaven və Elizabet (Byles) Braunun oğlu idi. 1773-cü ildə (12 yaşında) Gilbert Stuartın şagirdi olub. O, Benjamin Vestin emalatxanasında təhsilini davam etdirmək üçün 1781-ci ildə Londona gəldi, 1782-ci ildə Kral Akademiyasının məktəblərinə daxil oldu. Bir il sonra rəsmlərini sərgiləməyə başladı. 1784-cü ildə o, St. Mary's-in-the-Strand kilsəsi üçün iki dini rəsm çəkdi, bu da Braunun bu və digər əsərlərinin sərgi və qravüraların satışı vasitəsilə kommersiyalaşdırılması üçün rəssam Daniel Orme ilə tərəfdaşlıq qurmasına səbəb oldu. Çəkdiyi rəsm əsərlərinin arasında ingilis tarixindən səhnələrin böyük rəsmləri, eləcə də Şekspirin pyeslərindən səhnələr var idi. Onun ilk uğurları 1784–85-ci illərdə Con Adams və ailəsini çəkdiyi rəsm oldu. Bu rəsm indi Boston Afinadadır.
Maher Zain
Mahir Zeyn (ing. Maher Zain; ərəb. ماهر زين‎ 16 iyul; 1981, Tərabülüs əş-Şam, Livan) — Livan əsilli İsveçli R&B musiqiçisi, bəstəkar və musiqi prodüseri. Facebook sevərləri və bir çox sənətçilər tərəfindən müasir İslam musiqisinin ulduzu olaraq qəbul edilir. Mahir Zeynin 2009-cu ildə Awakening Records prodakşn etiketi ilə çıxan ilk albomu Thank You Allah beynəlxalq bir uğur əldə etmişdir. Sənətçinin növbəti-ikinci albomu Forgive Me isə eyni prodakşn etiketi ilə 2 aprel 2012-ci ildə çıxmışdır. Mahir Zeyn səkkiz yaşında ikən ailəsilə birlikdə İsveçə köçmüşdür. Orada Aviasiya və Kosmos Mühəndisliyi fakültəsini bitirmişdir. Universitetdən sonra musiqi sahəsində iştirak etmiş və 2005-ci ildə Mərakeş təvəllüdlü İsveç prodüseri Nadir Xayat (səhnə adı ilə RedOne) ilə ünsiyyətə keçmişdir. 2006-cı ildə Nadir Xayat Nyu-Yorka köçdüyü zaman, Mahir də musiqi karyerasını davam etdirmək üçün onun ardınca getmiş və Kat DeLuna kimi sənətkarlarla işləməyə başlamışdır.
Master of Reality
Master of Reality – İngilis heavy metal qrupu Black Sabbath-ın 1971-ci ildə çıxardığı üçüncü albomudur. Bəzən albomu ilk stauner rok albomu kimi də qiymətlənirirlər. Albom 2 milyon satandan sonra 2 platinium sertifikat almışdır. Bu albomda Toni Ayommi, ilk dəfə elektrogitarada de-tuning üsulundan istifadə etməyə başlamışdır. Bu yeni üsul, gitara tellərini daha elastik buraxaraq, 3 yarı-nota aşağısında çalmağı mümkün edirdi. Ayominin bunu tətbiqinin səbəbi sol əlindəki barmaqlarındakı problemdir. Albomun mahnı sözləri daha çox yalnızlıq, narkotika, müharibə və dini əhatə edir. Albom Billboard Pop Albums sıralamasında o dövrdə 8-ci sıraya qədər yüksəlmiş, 2003-cü ildə Rolling Stone jurnalının ən yaxşı 500 albom sıralamasında isə 298-ci sıradadır.
Master və Marqarita
Master və Marqarita (rus. Ма́стер и Маргари́та) — Mixail Bulqakov tərəfindən yazılmış, iblisin ateist Sovetlər birliyinə səfərindən bəhs edən roman. Bir çox tədqiqatçılar əsəri XX əsrin ən böyük romanlarından biri kimi dəyərləndirir və SSRİ-də azadlıqların boğulmasına qarşı yazılmış ən güclü satiralardan olduğunu qeyd edirlər. M. A. Bulqakov XX əsrin əvvəllərində "Caynaqlı mühəndis" adlı roman yazmağı düşünsə də, həmin əsəri az sonra "Master və Marqarita" adlandırır. Bu roman Bulqakovun sonuncu kitabı olur. "Master və Marqarita" əsərinin sanki özünün sonuncu əsəri olacağını duyan yazıçı onun hər səhifəsinə tükənməz fantaziyasını, başlıca fikir və ideyalarını, bir sözlə, bütün varlığını hopdurmağa çalışmışdır. Əsas məna daşıyıcısı mif olan və "roman içində roman" prinsipinin gözlənildiyi bu əsərdə mif (əslində, din tarixindən götürülmüş hadisə) süjeti müasir zaman fəsilləri ilə paralel inkişaf edir. "Master və Marqarita"da simvolik obrazlardan olan fırtına motivi bütünlüklə romanı əhatə edir və getdikcə artaraq qarşıdakı dünya dəhşətindən xəbər verir. Bulqakov romanı 1928-ci ildə yazmağa başlamışdır. Belə bir mövzuda əsərin SSRİ–də uğur qazanmasının mümkünsüzlüyünü anlayan və uğurlu gələcəyə ümid etməyən yazıçı romanın ilk əlyazmasını 1930-cu ildə yandırmışdır.
Maher Al Mueaqly
Mahir bin Həmid Əl-Muəqli (ing. Maher bin Hamad Al Mueaqly; ərəb. الشيخ ماهر بن حمد المعيقلي‎) — Məkkədəki Məscidül-Həramın imamı, məşhur Quran qiraətçisi, çox gözəl səsə və avaza sahib olan məşhur imam. Şeyx Mahirin ana və atası Mədinəyə köçmüşlər və Mahir 7 yanvar 1969-cu ildə burada anadan olmuşdur. Ana babası qədim Ərəb qəbiləsindən olmuşdur. Anası isə Pakistan əsilli imiqrantdır. Evlidir və 4 övladı vardır: 2 oğlan və 2 qız. O Mədinədə Quranı öyrənmiş, əzbərləmiş və hafiz olmuşdur. Bir çox məşhur alimlərin dərslərini almışdır. Özunun Şeyx karyerasını Səudiyyə Ərəbistanının Şimal tərəfində başlamışdır.
Master və Marqarita (film, 2024)
"Master və Marqarita" (rus. Мастер и Маргарита) — Mixail Bulqakovun eyni adlı romanı əsasında Mixail Lokşinin rejissorluğu ilə çəkilmiş Rusiya fentezi dram filmi. Filmdə əsas rollar Auqust Dihl, Yevgeni Tsıqanov, Yuliya Sniqir, Klas Banq, Yuri Kolokolnikov, Aleksey Rozin və Polina Auq tərəfindən canlandırılmışdır. Filmin istehsalını Rusiya Kino Fondunun dəstəyi ilə "Mars Media Entertainment", "Amedia" və "Profit" şirkətləri həyata keçirmişdir. Filmin premyerası 25 yanvar 2024-cü ildə baş tutmuşdur.
Məşhər
Qiyamət günü və ya məşhər günü — İbrahimi dinlərin esxatologiyasında - əməlisalehləri və günahkarları müəyyən etmək, əvvəlkinin mükafatını və sonuncunun cəzasını təyin etmək üçün Allahın insanlar üzərində etdiyi son məhkəmə. Yəhudilikdə Qiyamət günü hamının dirilməsindən sonra Allahın məhkəməsidir, bunun ardınca əməlisalehlərin əbədi səadəti və günahkarların isə əbədi əzabı gələcəkdir. Hamının dirilməsi o deməkdir ki, müəyyən bir zamanda bütün ölülər cismani olaraq diriləcəklər. Yeşaya, Yezekel, Daniel və başqaları kimi yəhudi peyğəmbərləri ölülərin dirilməsi haqqında danışmışlar. Belə ki, Daniel peyğəmbər bu barədə belə deyir: Torpağın altında uyuyanların bir çoxu oyanacaq, bəziləri əbədi həyata, bəziləri isə əbədi təhqir və rüsvayçılığa düçar olacaq. — Дан. 12:2 Xristianlıqda ümumi dirilmə, Qiyamət günü və intiqam doqması əsas olanlardan biridir. İncildə deyilir: “Ata heç kəsi mühakimə etmir, lakin bütün hökmü Oğula verib... hökmü ona icra etmək səlahiyyəti verib, çünki O, Bəşər Oğludur » ( Ин 5:22, Ин 5:27 ). Bu səbəbdən xristianlar inanırlar ki, İsa Məsih “özü və bütün müqəddəs mələklər Onunla birlikdə gələndə ” bütün xalqları mühakimə edəcək ( Мф 25:31).
Məşhər günü
Qiyamət günü və ya məşhər günü — İbrahimi dinlərin esxatologiyasında - əməlisalehləri və günahkarları müəyyən etmək, əvvəlkinin mükafatını və sonuncunun cəzasını təyin etmək üçün Allahın insanlar üzərində etdiyi son məhkəmə. Yəhudilikdə Qiyamət günü hamının dirilməsindən sonra Allahın məhkəməsidir, bunun ardınca əməlisalehlərin əbədi səadəti və günahkarların isə əbədi əzabı gələcəkdir. Hamının dirilməsi o deməkdir ki, müəyyən bir zamanda bütün ölülər cismani olaraq diriləcəklər. Yeşaya, Yezekel, Daniel və başqaları kimi yəhudi peyğəmbərləri ölülərin dirilməsi haqqında danışmışlar. Belə ki, Daniel peyğəmbər bu barədə belə deyir: Torpağın altında uyuyanların bir çoxu oyanacaq, bəziləri əbədi həyata, bəziləri isə əbədi təhqir və rüsvayçılığa düçar olacaq. — Дан. 12:2 Xristianlıqda ümumi dirilmə, Qiyamət günü və intiqam doqması əsas olanlardan biridir. İncildə deyilir: “Ata heç kəsi mühakimə etmir, lakin bütün hökmü Oğula verib... hökmü ona icra etmək səlahiyyəti verib, çünki O, Bəşər Oğludur » ( Ин 5:22, Ин 5:27 ). Bu səbəbdən xristianlar inanırlar ki, İsa Məsih “özü və bütün müqəddəs mələklər Onunla birlikdə gələndə ” bütün xalqları mühakimə edəcək ( Мф 25:31).
Mother Mother
Mother Mother — Kanadada 2005-ci ildə qurulan indi-rok qrupu. Qrupun hazırkı heyətində Rayan Qaldemond (gitara, vokal), Molli Qaldemond (sintezator, vokal), Casmin Parkin (sintezator, vokal), Ali Siadat (baraban) və Mayk Yanq (bas-gitara) yer alır. Uzun müddətdir qrupun bas-gitaraçısı olan Ceremi Peyc 2016-cı ildə ayrıldı.
Baster
Fransa Qvadelupası inzibati mərkəzi Bas-Ter şəhəri ilə qarışdırmamalı Baster (ing. Basseterre, keçmiş Sent-Kristofer) — Sent-Kits adasının cənub hissəsində yerləşən şəhər, Sent-Kits və Nevis dövlətinin paytaxtı. Vest-Hindin ən qədim şəhərlərindən biri, 1627-ci ildə əsası qoyulub. Əhalisi 11 min nəfər (2003). 1867-ci ildə baş vermiş yanğından ciddi zərər çəkmişdir. O zaman cəmi bir neçə bina salamat qalmışdı. Şəhərin mərkəzi fontanı olan balaca ictimai parkdır, Müstəqillik meydanı adlanır. 1790-cı ildə bura qul bazarı kimi istifadə edilirdi. Təsərüffatından yeyinti sənayesi inkişaf etmişdir (şəkər, içkilər). Tarixi əşyalar saxlanan sent-Kristofer_Xeritic_Sisayeti muzeyi vardır.
Daster
Dəstər — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Dəstər Lerik rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Ləmər çayının (Lənkəran çayının qolu) sahilində, Peştəsər silsiləsinin yamacındadır. Yerli əhali Daster kimi tələffüz edir. Kəndin ilk sakinləri Cənubi Azərbaycandan gəlmiş talışlar olmuşlar. Tədqiqatçıların məlumatına görə, kəndin əhalisi oturaq həyata keçdikdən sonra maldarlıq məhsullarını taxıla dəyişir, taxılı əl dəyirmanında üyüdürdülər. Hər ailədə əl dəyirmanı olduğundan onların məskunlaşdığı ərazi də Dasdar (TalıŞərq "əl dəyirmanı, kirkirə") adlandırılmışdır.
Makler
Makler ― müəyyən komissiya müqabilində alqı-satqı əməliyyatlarında vasitəçilik edən, əməliyyatları öz adına tərəfində olduqları şəxs və ya korporasiyaların adından edən treyder. Alıcı və satıcıların görüşünü asanlaşdırır və alış-verişi sürətləndirirlər.
Marker
Marker — özünün mürəkkəb mənbəsi olan qələm və adətən keçə kimi bir məsaməli, preslenmiş liflərdən hazırlanmış bir ucu var
Maseru
Maseru — Lesotonun paytaxtı, eyniadlı bölgənin inzibati mərkəzi. Cənubi Afrika Respublikası ilə sərhəddin yaxınlığında, Kaledon çayının sahilində yerləşir. Bu Lesotonun ən iri şəhəridir; 2006-cı il məlumatına görə 227 800 nəfər əhalisi vardır. 1869-cu ildən şəhər Britaniya protektoratının, 1966-cı ilən isə müstəqil Lesoto dövlətinin paytaxtıdır. Sesoto dilindən tərcümədə şəhərin adı "qırmızı qumluq" deməkdir. Şəhər 1869-cu ildə I Moşveşve tərəfindən salınıb. Şəhəri CAR ilə Kaledon çayı üzərindəki körpü birləşdirir. CAR tərəfindən Lesoto pataxtına ən yaxın şəhər sərhəddən 18 kilometr məsafədə olan Ledibrand şəhəridir. Maseru dəniz səviyyəsndən 1600 metr yüksəkilikdədir, ərazisi 138 km2 -dir. 2006-ci il məlumatına görə əhalisi 227 800 nəfərdir, ölkə əhalisinin 10 %, şəhər əhalisinin isə yarısını təşkil edir.
Mayhem
Mayhem — Norveç blək-metal qrupu. 1984-cü ildə, Yevronimus tərəfindən quruldu. Möhkəm bir Venom fanatı olan Euronymous qrupun adını Venom'un Mayhem With Mercy adlı mahnısından təsirlənərək qoymuşdur. Qrup, həqiqi mənada black metalı formalaşdıran bir qrup kimi qəbul edilir. Sonraki illərdə Norveç'də qurulan black metal qrupları Mayhem'in stilinə oxşadıb black metal yaratmağa çalışmışlar. Qrupa üzv axtaran Euronymous ilə birlikdə, bas gitarada Necrobutcher, bateri də Manheim çıxış edərək qrupun ilk heyətini yaratmış oldu. İlk çıxardıqları Pure Fucking Armageddon demosunda vokalları Euronymous öz üzərinə götürdü. Ancaq vokalının bəs etməməsi ve pis olduğu səbəbiylə, digər qrup üzvlərinin təkidi ilə qrupa yeni bir vokalist axtarmağa başlandı. Bundan sonra Maniac adlı bir solist öz istəyi ilə qrupa girdi. Deathcrush adlı albomda vokalları o etdi ama bir müddət sonra bəzi anlaşılmazlıqlar nəticəsində Euronymous tərəfindən qrupdan çıxarıldı, eyni şəkildə yetərsiz olan Manheim qrupdan qovuldu.
Paster
Paster (əsl adı: Pərviz Quluzadə; 18 oktyabr 1991, Bakı) — Azərbaycan repçisi. Paster müxtəlif dövrdə Xpert, Uran və digər sənətkarlar ilə əməkdaşlıq edib. Paster 1991-ci il oktyabr ayının 18-də Bakıda dünyaya gəlmişdir. Hip-hopla 10 yaşından həvəskar olaraq məşğul olmağa başlayıb. İlk peşəkar fəaliyyətinə 2009-cu ildə Difai qrupunun tərkibində oxuduğu "Artıq sabahdır" treki ilə başlayıb. Pasterin Difai qrupunda "Mən gedirəm", "Cavab ver", "Newschool", "Həyatın oyunu", "Marshal ve biz", "Forever", "Smackdown", "Music Note", "Love and peace", "Küçələr bizimdir", "Huk" kimi trekləri işıq üzü görüb. 2012-ci ildə də Difai qrupundan ayırlaraq "All in Label" və "Synaps Production" tərkibinə qatılıb. Həmin illərdə Klick Klick Bau, Pis teatr, Like 10, Meqabaytlar, TTM, Fransızsayağı işgəncə, North west, Bang bang, Demo, X noise, Label 3, Ağır metal, İri çaplı kimi treklərə imza atmışdır. Bu dövrdə Uran, Xpert, Sansar Salvo kimi repçilərlə əməkdaşlıq edib. 2016-cı ildə Pasterin karyerasında yeni mərhələ başayır.
Passer
Əsl sərçə (lat. Passer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinə aid heyvan cinsi.
Marder
Marder ("Marder" – "Sansara") – Almaniyanın piyada döyüş maşını (PDM).
Bruno Manser
Bruno Manser (25 avqust 1954[…], Bazel – 10 mart 2005, Borneo) İsveçrə ətraf mühit aktivisti olub. 1984-cü ildən 1990-cı ilə kimi Malasiyanın Penan qəbiləsində (Sarawak ştatı) yaşayıb və ağac tədarükü edən şirkətlərə qarşı dəfələrlə mübarizələr təşkil edib. 1990-cı ildən başlayaraq o, tropik meşələrin qorunması və yerli xalqların, xüsusən də Penanlıların insan hüquqları uğrunda ictimai fəaliyyətə başladı və bu fəaliyyəti onunla Malaziya hökuməti arasında münaqişəyə səbəb oldu. O, 1991-ci ildə İsveçrə qeyri-hökumət təşkilatı (QHT) Bruno Manser Fondunu yaradır. Bruno Manser 2000-ci ilin mayında Sarawaka son səfəri zamanı yoxa çıxır və ölü olduğu qəbul olunur. Bruno Manser 25.08.1954-cü ildə Bazeldə çox uşaqlı ailədə doğulub. Manser gənclik illərində müstəqil düşüncəli insan olub. Manser Mahatma Qandinin (Satyagraha) şiddətə qarşı olan idelogiyalarının dönməz tərəfdarları olaraq İsveçrə ordusunda məcburi hərbi xidmət keçməkdən imtina etdiyi üçün 19 yaşında 3 ay Lucerne həbsxanasında qalmalı olmuşdur. 1973-cü ildə həbsxananı tərk etdikdən sonra o, İsveçrə Alp otlaqlarında 12 il xırda və iri buynuzlu maldarlıqla məşğul olur. Manser bu dövrdə əl işləri, müalicə və mağaralar ilə maraqlanır.
Aster
Çayırçiçəyi (lat. Aster) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Çayırçiçəyini çox vaxt kiçik təpələrdə əkirlər. Belə əkilmə şəraitində bitki daha cəzbedici görünür. Bu bitkinin gülləri ulduz formasında olduğuna görə adı yunancadan "ulduz" sözündən götürülmüşdür. Çoxillik çayırçiçəklərinin Şimali və Cənubi Amerikada, Avrasiya və Afrikada bitən 500-ə yaxın növü məlumdur. Onların 80 növündən bəzək bağçılığında istifadə olunur və aşağıdakı növlər xüsusilə geniş yayılmışdır: Alp çayırçiçəyinin (A.alpinus) çoxsaylı hamaşçiçəkləri səbətləri ilə fərqlənir. Dilcik formalı çiçəklər bənövşəyi, mavi, ağ rəngli olur. Boru formasında olan çiçəkləri sarıdır. Azərbaycanda Böyük və Kiçik Qafqazın Alp zonasında yabanı halda bitir.
Laser
Dağrazyanası (lat. Laser) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. Acanthopleura K.Koch Galbanum D.Don Polylophium Boiss.
Mahir
Mahir — Kişi adı. Mahir Hüseynov — Mahir Əliyev Mahir Əliyev (əsgər) — Vətən müharibəsi şəhidi Mahir Əliyev (professor) — Tibb üzrə elmlər doktoru. Mahir Quliyev Mahir Quliyev (dövlət xadimi) — Biləsuvar və Astara rayonlarının icra hakimiyyətlərinin sabiq başçısı. Mahir Quliyev (əsgər) — Aprel döyüşləri şəhidi.
Baster Kiton
Cozef Frenk Kiton, səhnə adı Baster Kiton (ing. Buster Keaton; 4 oktyabr 1895[…] – 1 fevral 1966[…], Vudlend-Hillz[d], Kaliforniya) — amerikalı komediya aktyoru və rejissoru, səssiz kinonun ən tanınmış komiki, əfsanəvi "Şerlok-kiçik" , "Naviqator" və "General" filmlərinin yaradıcısı. Kitona "Baster " (ing. Buster-dəliqanlı) təxəllüsünü məşhur illuzionist Harri Hudini vermişdir. Ona bu təxəllüsün verilməsinin səbəbi Kitonun 6 aylığında pilləkandan yıxılaraq heç bir xəsarət almaması olmuşdur. 3 yaşından səhnədə "3 Kiton" şousunda iştirak etmiş və çox sevilmişdir. Buster Keaton Production kinokompaniyasını yaratmışdır. Atası, Con Kiton "Tibbi şou"da Harri Quddininin tərəf yoldaşı olmuşdur. Basterin atası rəqs edir və salto aşırdı. Baster isə anasının saksafonda ifa etdiyi zaman kart fokusları göstərərək tamaşaçıları heyrətləndirirdi.
Baster şəhəri
Fransa Qvadelupası inzibati mərkəzi Bas-Ter şəhəri ilə qarışdırmamalı Baster (ing. Basseterre, keçmiş Sent-Kristofer) — Sent-Kits adasının cənub hissəsində yerləşən şəhər, Sent-Kits və Nevis dövlətinin paytaxtı. Vest-Hindin ən qədim şəhərlərindən biri, 1627-ci ildə əsası qoyulub. Əhalisi 11 min nəfər (2003). 1867-ci ildə baş vermiş yanğından ciddi zərər çəkmişdir. O zaman cəmi bir neçə bina salamat qalmışdı. Şəhərin mərkəzi fontanı olan balaca ictimai parkdır, Müstəqillik meydanı adlanır. 1790-cı ildə bura qul bazarı kimi istifadə edilirdi. Təsərüffatından yeyinti sənayesi inkişaf etmişdir (şəkər, içkilər). Tarixi əşyalar saxlanan sent-Kristofer_Xeritic_Sisayeti muzeyi vardır.
Casper Cons
Casper Cons (d.15.5.1930, Corciya ştatı, Oqasta) — Amerika rəssamı, heykəltaraş və qrafik. 1949–51-ci illərdə Cənubi Karolina Universitetində təhsil almış, 1952-ci ildə Nyu-Yorka köçmüş və oradakı kommersiya rəssamlıq məktəbində oxumuşdur. 1954-cü ildə R. Rauşenberqlə görüşmüşdür; onların birgə yaradıcılıq fəaliyyəti Amerika pop-artının əsasını qoymuşdur. Consun yaradıcılığında bu yeni istiqamət "Amerika bayraqları" (1954-cü ildən), "Hədəflər" (1955-ci ildən) silsilə əsərlərində öz əksini tapmışdır. Rəssam hamıya məlum işarələri bədii şəkildə təkrarlayaraq, bir növ təsviri tavtologiyalar yaratmışdır. 1960-cı ildə Cons məişət əşyalarının (pivə bankaları və s.) tunc surətlərindən ibarət seriya yaratmışdır ("Naxışlı tunc", 1960, Rəssamlıq muzeyi, Bazel). 1960-cı illərdə Cons litoqrafiya ilə məşğul olmuşdur; çap qrafikası üsulları onun 1970-ci illərdə yaratdığı əsərlərinin formal-plastik mövzusunu müəyyən etmişdir ("Adsız", 1972, Lüdviq muzeyi, Köln). 1980-ci illərdəki yaradıcılığında ötən dövrlərin müxtəlif motivləri birləşərək, onun əsərlərinə avtobioqrafik səciyyə vermişdir ("Qaçağan düşüncə lər", 1983, Vitni Amerika incəsənəti muzeyi).
Casper Heyl
Aşağıdakı siyahıda yazıçı Stefani Mayerin Alatoran, Yeni Ay, Tutulma və Sübh romanlarından ibarət Alatoran romanlar seriyasının və həmin romanlar əsasında çəkilmiş eyniadlı filmlər seriyasının qəhrəmanları göstərilmişdir. İzabella “Bella” Mari Svon (sonra Bella Kallen) Stefani Mayer tərəfindən yazılmış “Alatoran” romanlar seriyasının əsas qəhrəmanlarından biridir. “Alatoran” romanlar seriyasına daxil olan "Alatoran ", "Yeni Ay", "Tutulma" və "Sübh" romanlarında hadisələr Bella obrazının dilindən nəql edilir. “Alatoran”da Forks, Vaşinqtona atasının yanına köçən Bella sirli Kallenlər ailəsi ilə tanış olur və Edvard Kallenə vurulur. Lakin tezliklə ailənin vampir birliyi olduğunu öyrənir. Edvardın əleyhinə olmasına baxmayaraq, Bella vampir olmaq istəyini ifadə edir. “Yeni ay”da Edvard və Kallenlər ailəsindən olan digər vampirlər Bellanı vampir aləmindən uzaq tutmaq üçün Forksu tərk edir. Quilet tayfasından olan və sonradan canavar adam olması meydana çıxan Ceykob Blek Kallenlərin şəhəri tərk etməsinə sevinərək, Bella ilə yaxınlıq etməyə çalışır. Bellanın əlaqəsindən şad olmasına baxmayaraq, Bella yalnız Edvardı sevir. "Tutulma" romanının sonunda onlar nişanlanır, “Sübh” romanında isə evlənirlər.
Diskursiv marker
Diskursiv marker — Diskurs markeri diskursun axını və strukturunun idarə edilməsində rol oynayan söz və ya ifadədir. Onların əsas funksiyası nitq və ya cümlə səviyyəsində deyil, diskurs səviyyəsində (nitq ardıcıllığı) olduğundan, diskursiv markerlər sintaksisdən nisbətən müstəqildir və adətən cümlənin şərti həqiqət qiymətini dəyişmir. Diskursiv markerlərə misal olaraq o, yaxşı, indi, onda, bilirsiniz və mən nəzərdə tuturam hissəcikləri və belə ki, və, lakin, və və ya diskursiv bağlayıcıları daxildir. "Diskurs markeri" termini Deborah Şiffrin tərəfindən 1987-ci ildə "Diskurs markerləri" kitabında populyarlaşdı. İngilis dilində istifadə olunan ümumi diskursiv markerlərə “siz bilirsiniz”, “əslində”, “əsasən”, “bəyəndim”, “mən demək istəyirəm”, “yaxşı” və “belə” daxildir. Məlumatlar göstərir ki, diskursiv markerlər çox vaxt zərflər ("yaxşı") və ya ön söz birləşmələri ("əslində") kimi müxtəlif söz siniflərindən gəlir. Sərbəst konstruksiyadan diskursiv markerə aparan prosesi qrammatikləşdirmə üzrə tədqiqat və resurslar vasitəsilə izləmək olar. Ənənəvi olaraq, diskurs markerləri hesab edilən bəzi sözlər və ya ifadələr “doldurucu” və ya “ifadəçi” kimi qəbul edilirdi: heç bir funksiyası olmayan söz və ya ifadələr. İndi onlara təhlilin müxtəlif səviyyələrində funksiyalar verilir: mövzunun dəyişdirilməsi, yenidən formalaşdırılması, müzakirənin planlaşdırılması, vurğulanması, arxa kanal. Yael Maşler diskurs markerlərini dörd geniş kateqoriyaya ayırdı: şəxsiyyətlərarası, istinad, struktur və idrak.
Kaşmər
Kaşmər — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Kaşmər şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 81,527 nəfər və 21,947 ailədən ibarət idi.
Məhşər
Qiyamət günü və ya məşhər günü — İbrahimi dinlərin esxatologiyasında - əməlisalehləri və günahkarları müəyyən etmək, əvvəlkinin mükafatını və sonuncunun cəzasını təyin etmək üçün Allahın insanlar üzərində etdiyi son məhkəmə. Yəhudilikdə Qiyamət günü hamının dirilməsindən sonra Allahın məhkəməsidir, bunun ardınca əməlisalehlərin əbədi səadəti və günahkarların isə əbədi əzabı gələcəkdir. Hamının dirilməsi o deməkdir ki, müəyyən bir zamanda bütün ölülər cismani olaraq diriləcəklər. Yeşaya, Yezekel, Daniel və başqaları kimi yəhudi peyğəmbərləri ölülərin dirilməsi haqqında danışmışlar. Belə ki, Daniel peyğəmbər bu barədə belə deyir: Torpağın altında uyuyanların bir çoxu oyanacaq, bəziləri əbədi həyata, bəziləri isə əbədi təhqir və rüsvayçılığa düçar olacaq. — Дан. 12:2 Xristianlıqda ümumi dirilmə, Qiyamət günü və intiqam doqması əsas olanlardan biridir. İncildə deyilir: “Ata heç kəsi mühakimə etmir, lakin bütün hökmü Oğula verib... hökmü ona icra etmək səlahiyyəti verib, çünki O, Bəşər Oğludur » ( Ин 5:22, Ин 5:27 ). Bu səbəbdən xristianlar inanırlar ki, İsa Məsih “özü və bütün müqəddəs mələklər Onunla birlikdə gələndə ” bütün xalqları mühakimə edəcək ( Мф 25:31).
Məsdər
Məsdər — həm felin, həm də ismin xüsusiyyətlərini özündə daşıyan sözlər. Nə etmək?, Nə olmaq? suallarından birinə cavab verir. Məsdər feillərə -maq2 bəzən də -ma2 şəkilçisini artırmaqla düzəlir. Sonuncu hecasında qalın sait olan fellərə -maq, incə sait olan fellərə isə -mək şəkilçisi əlavə edilir. Məsələn, yaz-maq, eşit-mək. Lüğətlərdə feillər məsdər formasında yazılır. Feil və ondan əmələ gələn məsdər eyni leksik məna bildirir. Məsələn, götür və götürmək sözlərinin leksik mənaları arasında fərq yoxdur, amma qrammatik mənaları müxtəlifdir. Məsdər təsdiq və inkarda işlənə bilir.
Məskər
Məskər (ərəb. معسكر‎) və ya Maskara (fr. Mascara) — Əlcəzairin şimal-qərbində, eyniadlı vilayətin inzibati mərkəzi olan şəhər. Xobra çayı üzərində yerləşir. Maskara inzibati, ticarət və kommersiya mərkəzidir. Dəri məmulatları, taxıl, zeytun yağı və şərab istehsal olunur. Maskara şəhərinin əsası 1701 -ci ildə qoyulmuşdur. Burada Osmanlı imperiyasının hərbi qarnizonu olmuşdur. Şəhərin adı ərəb dilində "hərbi düşərgə" mənasını verir. İndiki ad ərəb dilindəki adı fransız dilinə uyğunlaşdırılmış variantıdır.
Məşhəd
Məşhəd — İranın ikinci iri şəhəri. Rəzavi Xorasan ostanının inzibati mərkəzidir. Şərq iqtisadi rayonunun ən böyük şəhəri, iqtisadi, siyasi və mədəni mərkəzidir. Məşhəd ərəbcə "müqqədəs şəxsin şəhid olduğu yer" mənasını bildirir. O, İranın şimal-şərqində Kəşəvrud çayı dərəsindədir. Əhalisinin sayı 3,2 milyon nəfərdir. Məşhəd haqqında ilk məlumat X əsrin sonuna aiddir. XI əsrdə Məşhədin yerində Sənaabad kəndi olmuşdur. 1736–1747-ci illərdə Nadir şah dövlətini paytaxtı idi. Məşhəd şiələrin müqəddəs şəhəridir.
Ceyms Daşner
Ceyms Daşner (26 noyabr 1972[…], Kobb[d], Corciya) — ABŞ-nin Corciya ştatında anadan olan müəllif hazırda Rokki dağlarında yaşayır və yazır. O, “Labirint qaçışçısı romanları”, “Virtual Şəbəkə”, “Ölüm Doktrinası” romanlar seriyasının müəllifidir.