Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mayorka
Malyorka ya Mayorka (isp. Mallorca, kat. Mallorca [maʎorka], [majorka]; lat. insula maior) — Aralıq dənizinin İspaniya sahillərinə aid Balear adalarından ən böyüyü, Barselona sahillərindən 170 km aralıda yerləşmiş ada. == Coğrafiyası == Sahəsi 3640,16 km², əhalisi 777 821 nəfərdir (2005). Ada turizm və kurort mərkəzi kimi çox məşhurdur. Malyorka Pityusa adası ilə birlikdə İspaniya daxilində muxtar region statusuna malikdir. Malyorkanın əsas inzibati mərkəzi Palma de Malyorka şəhəri sayılır. Rəsmi dil ispan və katalan dilləridir. Ümumi sahil uzunluğu 554 km-dir.
Palma-de-Malorka
Palma-de-Malyorka — İspaniyada Balear adaları muxtar respublikasının ən böyük şəhəri və paytaxtı. Palma körfəzində Malyorkanın cənub sahillərində yerləşir. 2009-cu il əhalinin siyahıya alınmasına əsasən Palma şəhərinin şəhər hissəsində yaşayan əhalinin sayı 401,270 nəfər idi və bütün şəhər ərazisində əhalinin sayı 621 min nəfər idi. Malyorka əhalisinin təxminən yarısı Palma şəhərində yaşayır. Kabrera Arxipelaqı Palmadan geniş şəkildə ayrılmış olsa da, inzibati bələdiyyənin bir hissəsi hesab olunur. Palma-de-Malyorka hava limanı hər il 22 milyondan çox sərnişinə xidmət edir. == Tarixi == Şəhər Roma dövründə salınmışdır. Qərbi Roma İmperiyasının süqutu dönəmində vandalların bir sıra hücumlarına məruz qalmış, daha sonra Bizans İmperiyası tərəfindən bərpa edilmiş, sonralar isə Mavrlar və 13-cü əsrdə I Araqon tərəfindən müstəmləkəyə çevrilmişdi. == Coğrafiyası == Palma-de-Malyorka Malyorka şəhərinin cənub-qərbində, Balear adaları arxipelaqına məxsus olan adada yerləşən böyük bir şəhər və dəniz limanıdır. Şəhərin ərazisi dəniz səviyyəsindən 13 metr (43 fut) yüksəklikdə yerləşir və sahəsi 21.355 kvadrat kilometr təşkil edir.
Malyorka
Malyorka ya Mayorka (isp. Mallorca, kat. Mallorca [maʎorka], [majorka]; lat. insula maior) — Aralıq dənizinin İspaniya sahillərinə aid Balear adalarından ən böyüyü, Barselona sahillərindən 170 km aralıda yerləşmiş ada. == Coğrafiyası == Sahəsi 3640,16 km², əhalisi 777 821 nəfərdir (2005). Ada turizm və kurort mərkəzi kimi çox məşhurdur. Malyorka Pityusa adası ilə birlikdə İspaniya daxilində muxtar region statusuna malikdir. Malyorkanın əsas inzibati mərkəzi Palma de Malyorka şəhəri sayılır. Rəsmi dil ispan və katalan dilləridir. Ümumi sahil uzunluğu 554 km-dir.
Mazurka
Mazurka-cütlərin dairə yaratmaqla etdiyi adətən canlı tempi ilə üçlük metr Polşa xalq rəqsi.Özünə xas ayaq və topuq vuruşlarıyla, ənənəvi olaraq tuluq zurnası musiqisinin müşayiətində oynanır.
Minorka
Minorka (Katalan dili və İspanca : Menorca; Latınca: Balearis Minor, "kiçik ada") — İspanyaya aid Aralıq dənizindəki Balear Adalarının bir hissəsidir. 94.885 əhalisi var.Dənizdən ən yüksək nöqtəsi Monte Toro 358 m/1174 ft yüksəklikdədir. Əhali əsasən İspanca ve Katalan dilinin bir dialekti olan Menorquí ləhçəsində danışır.
Naxodka
Naxodka — Rusiyanın Primorsk diyarında şəhər.
Maxara
Maxara - Unu süddə qarışdırmaqla sacın üstündə bişirilən xəmir xörəyi. Əsasən Zaqatala və Balakən rayonlarının kəndlərində yayılıb. Maxaranı bişirmək üçün müəyyən qədər un, süd, yumurta çalınaraq duru hörrə hazırlamaq lazımdır. Südün əvəzinə ayrandan da istifadə etmək olar. İçərisinə zövqə uyğun olaraq göyərti, zəfəran, sarıkök də qatmaq olar. Sonra sacın altına ocaq qalamaq lazımdır (adətən həyətdə). Sac qazdıqdan sonra hazırlanmış hörrəni fincana doldurmaq və isti sacın üstünə tökmək lazımdır. Sacın üzərinə töküləndə o, saçaqlar yaranır və günəşə oxşar forma alır. 3-5 dəqiqədən sonra onu çevirmək lazımdır ki, o biri tərəf də bərabər bişsin. Bişəndən sonra siniyə qoyulur və üzərinə yağ çəkilir.
Marka
Poçt markası — poçt ödəniş nişanı. Markanın yaranması və onun poçt ödəniş nişanı kimi istifadəsinin tarixi barədə müxtəlif fikirlər dolaşmaqdadır. Bəzi mütəxəssislər poçt markasının avstriyalı Lourens Kaşmir, bəziləri isə ingilis Ceyms Çalmers tərəfindən yaradıldığını iddia edirlər, lakin bir sıra faktlar onu göstərir ki, poçt markası məhz Roumend Hillin öz layihəsini təcrübədən keçirdikdən sonra İngiltərədə yaranıb.1840-cı ildə Londondakı İngilis Poct İdarəsinin sonradan idarəçisi olan Sir Rovland Hill, maraqlı bir hadisəyə şahid olmuşdu. Şotlandiyaya etdiyi bir səfər əsnasında, gənc bir qızın daşıma ödənişini ödəyə bilmədiyi üçün nişanlısından gələn məktubu poçtalyona öncə verdiyini gördü. Bunun üzərinə ödənişi özü ödədi. Gənc qız ona təşəkkür etdi və bu pula ehtiyac olmadığını söylədi. Çünki, zərfin üzərindəki ünvanda bir tənzimləmə edərək, nişanlısından gələn məktubu pul ödəmədən də ala biləcəyini bilirdi. Bu hadisəyə şahid olan Hill, məktub yollanırkən, pul ödənməsini zəruri edəcək bir üsul inkişaf etdirilməsi lazım olduğunu düşündü. Daşıma haqqının, zərfin üstünə yapışdırılan kiçik bir etiket əvəzi olaraq, məktubu göndərən tərəfindən ödənilməsi prinsipini təklif etdi. Bu üsul İngilis Hökuməti tərəfindən qəbul edildi.
Maxuika krateri
Maxuika krateri (ing. Mahuika crater) — zərbə krateri meteorid məşhəllidir. Yeni Zelandiyanın materik şelfində yerləşir. Krater Stüart adasından 120 km cənub-qərbdə Sners adaları yaxınlığında qərarlaşır. Kraterin ölçüsü 20±2 km, dərinliyi isə 153 metrdir. Krater Maorilərin Mahuikasının (od tanrısı) şərəfinə adlandırılmışdır. Krater Dallas Ebbot və onun həmkarları tərəfindən Lamont-Doqerti Torpağı abservatoriyasında aşkarlanmışdır. 1400-cü illərdə Yeni Zelandiyanın yerli əhalisi bölgəni kütələvi şəkildə tərk etmişlər. Sunami üzrə ekspert olan Ceyms Qoff bu köçün 1500-cü ildə baş vermiş zəlzələ nəticəsində əmələ gəlmiş sunaminin təsirindən baş verməsini ehtimal etmişdir. Ancaq zəlzələdən əmələ gələn sunamilərin maksimal hündürlüyü 40-60 metr arasında dəyişir.
Madoka Haci
Madoka Haci (d. 8 iyul 1988) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Madoka Okamori
Madoka Okamori (4 iyun 1979) — Yaponiyanı təmsil edən bədii gimnast. == Karyerası == Madoka Okamori Yaponiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
Manora qalası
Manora qalası — Debal qalası kimi də tanınır; Talpur sülaləsi tərəfindən 1797-ci ildə Karaçi limanının mühafizəsi məqsədi ilə tikilən qala. == Haqqında == Kəraçi limanının mühafizəsi məqsədi ilə inşa edilib. Manora çox da böyük olmayan yarımadadır. Sahəsi 2,5 km²-dir. Karaçi limanından cənubda yerləşir. Bu qala 1839-cu ildə ingilislər tərəfindən ələ keçirilir və bununla da Karaçi ingilislərin nəzarəti altına düşür. Manora qalası Talpur sülaləsi tərəfindən 1797-ci ildə limanın mühafizəsi məqsədi ilə tikilib. Bu liman vasitəsi ilə Oman və Bəhreynlə ticarət əlaqələri saxlanılırdı. Qala 90–110 fut hündürlükdə qaya üzərində tikilib, kiçik məscidi və dairəvi qülləsi də var idi. Qaladan Karaçi limanını təhdid edən və XIX əsrin əvvələrində ona hücumlar edən Qasimi piratlarına qarşı qorunmaq məqsədi ilə istifadə edilib.
Manora yarımadası
Manora və ya Manoro (urdu جزیرہ منوڑا) — elə də böyük olmayan (2.5 km²), Pakistanın Sind vilayətinə daxil olan Kəraçi şəhəri yaxınlığında yerləşən yarımada. Yarımada materiklə 12 kilometrlik bərzəxlə birləşir. Manora və qarışıq adalar Kəraçi limanının ətrafında qoruyucu baryer rolunu oynayır. Limanın qərbində yerləşən buxta sahilində, yarımada ilə Senspit adasında yoxa çıxmaq üzrə olan manqrov meşəsi vardır. Şərqində Kiamari və Klifton adlı çimərlik yaşayış məntəqələri vardır. Salehabad yarımadada yerləşən qədim balıqçi kəndidir. == Tarixi == Kəraçi və onunətrafında yerləşən yarımada hər zaman trateji əhəmiyyət daşımışdır. Bir çox traktatlarda onun adı çəkilir. Makedoniyalı İskəndər Vavilona yürüşü yarımadada yerləşən qədim Krokola limanından başlamışdır. Yarımadanı Osmanlı imperiyasıtəbəsi olan admiral Seyd Əli-rəyis ziyarət etmişdir.
Palma-de-Malyorka
Palma-de-Malyorka — İspaniyada Balear adaları muxtar respublikasının ən böyük şəhəri və paytaxtı. Palma körfəzində Malyorkanın cənub sahillərində yerləşir. 2009-cu il əhalinin siyahıya alınmasına əsasən Palma şəhərinin şəhər hissəsində yaşayan əhalinin sayı 401,270 nəfər idi və bütün şəhər ərazisində əhalinin sayı 621 min nəfər idi. Malyorka əhalisinin təxminən yarısı Palma şəhərində yaşayır. Kabrera Arxipelaqı Palmadan geniş şəkildə ayrılmış olsa da, inzibati bələdiyyənin bir hissəsi hesab olunur. Palma-de-Malyorka hava limanı hər il 22 milyondan çox sərnişinə xidmət edir. == Tarixi == Şəhər Roma dövründə salınmışdır. Qərbi Roma İmperiyasının süqutu dönəmində vandalların bir sıra hücumlarına məruz qalmış, daha sonra Bizans İmperiyası tərəfindən bərpa edilmiş, sonralar isə Mavrlar və 13-cü əsrdə I Araqon tərəfindən müstəmləkəyə çevrilmişdi. == Coğrafiyası == Palma-de-Malyorka Malyorka şəhərinin cənub-qərbində, Balear adaları arxipelaqına məxsus olan adada yerləşən böyük bir şəhər və dəniz limanıdır. Şəhərin ərazisi dəniz səviyyəsindən 13 metr (43 fut) yüksəklikdə yerləşir və sahəsi 21.355 kvadrat kilometr təşkil edir.
Kaxovka bəndinin dağıdılması
6 iyun 2023-cü ildə Ukraynada Kaxovka bəndi yarıldı və geniş daşqınlara səbəb oldu. Xerson vilayətində Dnepr çayı üzərində yerləşən bənd Rusiyanın Ukraynaya hücumunun ilk günlərində onu ələ keçirən rus ordusunun nəzarəti altında idi. Səhər tezdən həm Ukrayna, həm də Rusiya tərəfindən bəndin su elektrik stansiyasından partlayış səsləri eşidildi. The New York Times-ın məsləhətləşdiyi mühəndis və döyüş sursatları ekspertləri bildiriblər ki, ən çox ehtimal olunan səbəb daxildən gələn partlayışdır. Müharibənin Tədqiqi İnstitutu bildirib ki, sübutlar Rusiya qüvvələrinin bəndi partlatdığını göstərir. Rusiya qüvvələri Ukraynanın planlaşdırılan əks-hücum əməliyyatına mane olmaq üçün bəndi partlatmaqda günahlandırılır, lakin Rusiya rəsmiləri bunu təkzib ediblər. Kaxovka su anbarında suyun səviyyəsi aylardır yüksəlirdi və bənd sıradan çıxanda 30 ilin ən yüksək həddinə çatmışdı. Aşağı axarda minlərlə sakin təxliyə edilib, daşqınlar Ukrayna və Rusiyanın nəzarətində olan ərazilərdə bir neçə kəndi su altında qoyub. 9 iyun 2023-cü il tarixinə kimi 9 nəfərin öldüyü bildirilir. Onlardan üçü Rusiya tərəfindən işğal edilmiş Oleşki şəhərindən, beşi isə Nova Kaxovkadan idi.
Mersedes (marka)
Mersedes — 1901-1926-cı illər arasında Gottlieb Daimlerin şirkəti olan Daimler Motoren Gesellschaft tərəfindən istehsal olunan avtomobillər markası. 1926-cı ildə Karl Benzin şirkəti olan Benz & Cie ilə birləşdikdən sonra marka adı Mercedes-Benz olaraq dəyişdirilmişdir. == Markanın yaranması == 1897-ci ildə Fransanın Nitsa şəhərində yaşayan Avstriya taciri və Avstriyanın Nitsadakı baş konsulu Emil Yellinek, Gottlieb Daimlerin zavodunda olur və maşın alır. Beynəlxalq maliyyə dünyası və aristokratiya ilə yaxşı əlaqələrə sahib olan Jellinek, Daimler avtomobili ilə Fransız Rivierasında böyük diqqət çəkir. Daha sonra Yelinek, 1899-cu ildə 23 at gücünə malik mühərrik ilə təchiz olunmuş Daimler yarış avtomobilinə böyük qızı Mersedesin adını verir və bu maşın ilə Nitsa yarışında iştirak edərək birinci olur. Bu müvəffəqiyyətdən sonra Yelinek Daimler fabrikinə 36 avtomobil sifariş verir və bu vasitələrin Mercedes adlandırılmasını tələb edir. Emil Yelinekin əldə etdiyi satış müvəffəqiyyətindən sonra Daimler 1901-ci ildən sonra istehsal etdiyi avtomobilləri “Mersedes” adlandırmaq qərarına gəlir. 23 iyun 1902-ci ildə Mercedes marka adı kimi qeydiyyata alınmışdır. 26 sentyabr 1902-ci il tarixindən etibarən də qanunla da müdafiə edilir.
Qızıl marka
Qızıl marka (alm. Goldmark‎) — Almaniya imperiyası və Veymar Respublikasının pul vahidi. Valyutanın rəsmi adı "marka"dır (alm. Mark‎). 1870—1871-ci illərdəki Fransa–Prussiya müharibəsi və bir neçə alman dövlətlərindən ibarət yeni bir dövlət qurulduqdan sonra, 1871-ci il tarixli pul qanunu ilə "marka" adlı yeni pul vahidi tətbiq edildi. 43 il boyunca onun məzənnəsi dəyişməz olaraq qaldı və 1 marka 0,358425 qr təmiz qızıl demək idi.Alman imperatorluğunun 4 Avqust 1914-cü ildə Birinci Dünya Müharibəsinə girməsindən 3 gün sonra sikkələr və əskinasların qızılla sərbəst dəyişdirilməsi dayandırıldı. Ardınca gələn inflyasiya kağız pulların tamamilə ucuzlaşmasına səbəb oldu. 1917-ci ilin əvvəlində qızıl sikkələr 1,3 kağız marka = 1 qızıl nisbətində dəyişdirilirdisə, 1919-cu ildə nisbət artıq 14,5 kağız markaya bərabər oldu. Hiperinflyasiya ona gətirdi ki, 1923-cü ildə yeni renta markanı 1 trilyon kağız markaya dəyişdirirdilər.Birinci Dünya müharibəsinin başlaması ilə Alman imperiyası bir sıra çətinliklərlə üzləşdi. Onlardan biri müharibə aparmaq üçün böyük maliyyə xərcləri idi.
Naxodka buxtası (Kara dənizi)
Naxodka — Ob estuarisinin qərb hissəsində, Yamal yarımadasının sahilində yerləşir. Materikin daxilinə 9 km məsafədə uzanır. Dayazlığı ilə seçilir. Qabarma zamanı suyunun səviyyəsi 2-3 metr qalxır. Buxta kapitan Serqeevin rəhbərliyi altında 1897-cu ildə tətqiq edilmişdir. Bundan sonra isə Sibir ilə İngiltərə arasında dəniz naviqasiyası təşkil edilmişdir. Hazırda sahilində Buxta-Naxodka qəsəbəsi yerləşir.
Yves Saint Laurent (marka)
Yves Saint Laurent (YSL), həmçinin Saint Laurent (2012-ci ildən), 1961-ci ildə İv Sen Loran və tərəfdaşı Pierr Berje tərəfindən qurulan Paris yüksək moda evidir. 1999-cu ildən moda evi Gucci qrupuna məxsusdur, o da öz növbəsində Kering holdinqinə məxsusdur. Kolleksiyanın hazırkı dizayneri Entoni Vaccarellodur. Yves Saint Laurent moda evində bir sıra əfsanəvi əşyalar istehsal edib: "Mondrian" don, Le Smoking qadın smokinləri, safari gödəkçələri və şəffaf paltarlar. “Vogue” jurnalı yazır ki, Yves Saint Laurent 1960-1970-ci illərdə kişi və qadın, yüksək və alçaq, klassik və avanqardın yenilikçi kombinasiyası ilə moda dünyasını alt-üst etdi: “Qadınlara şalvarlı kostyumları geyindirən, hərbi formanı və milli geyimləri gündəlikdə istifadə edən və hazır dizayner geyimlərini kütləyə çatdırdı məhz o olmuşdur”. Modelyerin özünün dediyinə görə, müasir qadının qarderobunu o yaradıb. == Tarixi == Yves Saint Laurent 1961-ci ilin iyulunda dizayner İv Sen Loran və onun ortağı Pierr Berje tərəfindən təsis edilmişdir. Noyabr ayında Sen Loran və Berje şirkətin 80%-i müqabilində Atlantalı iş adamı Mac Robinsonun 700.000 dollar sərmayə yatırmasına razılaşdılar. YSL-in ilk kolleksiyası 1962-ci ilin yanvarında nümayiş etdirildi. Ev üçün loqoları 1963-cü ildə A.M. Kassandr hazırlanmışdır.
ABŞ Patent və Marka qeyd olmaz üçün büro
ABŞ Patent və Əmtəə Nişanıları İdarəsi (ing. United States Patent and Trademark Office) — ABŞ Ticarət Nazirliyin agentliki, hansı ixtiraçılara və şirkətlərə patent verir öz məhsullara və ixtiralara, həmçinin ticarət nişanları və əqli mülkiyyət qeyd edir.