Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Enigmatic Feeling
Enigmatic Feeling (azərb. Anlaşılmaz hiss‎) — Yaponiyanın Ling Tosite Sigure rok qrupunun sinqlı. Sony Music Entertainment Japan tərəfindən 5 noyabr 2014-cü ildə buraxılmışdır. Mahnı 2014-cü ildə "Psycho-Pass 2" anime serialının açılış mahnısı olmuşdur.
Hans Memling
Hans Memlinq (alm. Hans Memling‎, nid. Jan van Mimmelynghe, lat. Johannes Memmelinc və ya Memlinc) - alman mənşəli Niderland rəssamı, XV əsrin ikinci yarısında Flandriyada ən əhəmiyyətli rəssamlardan biri. Son qotik rəsm ənənəsini davam etdirən Memlinq, əsasən mənəvi mövzularda şəkil çəkmişdir. == Həyatı == Hans Memlinq Zelingeştadtda anadan olmuşdur. Memlinq adı, ehtimal ki, Bavariyada Aşaffenburq yaxınlığındakı Memlinqen kəndinin adından götürülmüşdür. Hans Memlinqin atası ehtimal edilir ki, 1451-ci ildə Zelingeştadtda vəfat etmişdir. Memlinqin gənclik illəri haqqında məlumat azdır. Onun Kölndə bir sənətkar kimi formalaşmasında Ştefan Loxnerin təsiri izlənilir.
Stock-keeping unit
SKU (Stock Keeping Unit) — Hissələr şəklində anbarda olan inventar vahidinin qeydə alınan miqdarı formasında tərif verilir. Məhsulun özəlliyi, formasi və ölçüsü barədə xüsisiyyətlərdir. Bu xüsusiyyətlər məhsulun anbarlaşma metodunu və yerini təyin edər. Məhsulun xüsusiyyətləri və görüləcək işlərin üsullarına görə istifadə ediləcək avadanlıqlar da dəyişə bilər.
Metin Oktay
== Futbol karyerası == Metin Oktay futbol karyerasına 1952-ci ildə doğulduğu İzmirin həvəskar komandalarından Damlacıksporun aşağı yaş qruplarında başladı. Futbolçu Sait Altınorduya olan heyranliğindan burada 8 nömrəli formanı geyinirdi. Çeşmenin Alaçatı bələdiyyəsində oynanan və 4-1 qazanılan hazırlıq görüşündə 2 qol vuran Oktaya baş məşqçi Arif Hantal tərəfindən verilən 2,5 lirə, onun futboldan qazandığı ilk pul idi. İzmirspor formasıyla İzmir Profesional Ligasının 1954-55 mövsümündə 18 oyunda 17 qol ataraq ilk bombardirliyini yaşadı. Komandası isə liganı çempionluqla tamamlamışdır. 7 May 1955 də Beşiktaş ilə oynanan və 1-0 məğlub olunan Atatürk Kubokunda ilk dəfə sınaq məqsədi ilə Galatasaray forması geyindi. İyul 1955 də isə, Gündüz Kılıçın baş məşkçiliyini elədiyi Galatasaray ilə 5 ilik müqavilə imzaladı. Oktayın imzaladığı müqavilə qarşılığında taksi nömrəli Chevrolet markalı maşın verildi. 1962-63 sezonuna Galatasaray, hazırlıq turniri olan Türkiyə Spor Yazarlar Dərnəyi Kubokunu qazanaraq başladı. == Milli komanda kariyeri == 11 Aprel 1954 də, Qərbi Almaniyanın Leverkusen şəhərində Türkiyə 18 yaş milli komandasının Belçikayı 4-0 uduğu və özünün 2 qol atdığı 1954 Dünya Gənclər Çempionatı oyununda ilk dəfə milli forma geyindi.
Reytinq
Reytinq (ing. rating) — hansısa bir obyektin və ya halın əhəmiyyətini və ya nüfuzunu göstərən say göstəricisi. Reytinq nümunələri : Məşhur şəxsin (siyasət, mədəniyyət və s. sahəsində) populyarlıq dərəcəsi. Fiziki və ya hüquqi şəxsin kredit skorinqi. Elo reytinqi — siniflənmə siyahısında oyunçunun qiymət göstəricisi. Kredit reytinqi - kredit etibarlılığı. Dünya reytinqi — dünya reytinq agentliklərinin aqreqatoru.. Televiziya proqramlarının populyarlığının televiziya reytinqi Yaş reytinqi — film, televizya verilişinin və videooyunun məzmunu. Biznes-reytinq — müəssisələrin sahə, dövlət və digər kriteriyalar üzrə reytinqi.
Meşinq
Meşinq — kompüter qrafikasında hissələrin səthlərinin təsviri üsuludur. CAD/CAM sistemlərində çox vaxt müərrəkəb, ayrı-ayrı səthlərdən ibarət hissənin topologiyasının müəyyən məqsədlər üçün bir toplum şəklində təsvir olunması zərurəti yaranır. Riyazi şəkildə verimiş səthlər kiçik müstəvilərlə (üçbucaqlılar və ya dördbucaqlılarla) aproksimasiya olunaraq meş şəklində verilir. Alınan meş NC-proqramlarının tərtibində və sonlu elementlər üsulu ilə hesablamalarda tətbiq oluna bilir. Üçbucaqlılardan ibarət meşinq trianqulyasiya, dördbucaqlılardan ibarət meşinq isə pavinq adlanır. == Mənbə == Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 423 s.
Mitinq
Mitinq - müəyyən kütlənin hər hansı siyasi, mədəni və s. tələblərini bəyan etmək üçün müəyyən məkanda toplaşmasıdır.
Məntiq
Məntiq (yun. λογική) — "mülahizələr haqqında elm", "fikirlərdə və fəaliyyətdə əlaqələr haqqında elm" — məntiqi dillə intellekt dərketmənin qanunları, metodları və formaları haqqında elmdir. Məntiq haqqında biliklər təfəkkürlə alındığından, o düzgün təfəkkür haqqında elm kimi də götürülə bilər. Eyni zamanda məntiq təsdiq və ya təkzib metodları haqqında elm kimi də qəbul edilə bilər. Məntiq qazanılmış təcrübə və dərketmə vasitəsilə həqiqətin əldə edilməsi elmi də adlandırılır. Məntiq elminin inkişafında Aristotel və Qottlob Fregenin rolu böyükdür. Məntiq əsas olaraq iki hissəyə bölünür. Ənənəvi məntiq üzərində qurulmuş Formal məntiq və formal məntiq üzərində qurulmuş Riyazi məntiq. Məntiq bütün elmlərin instrumenti kimi götürülür. == Məntiqin məzmunu == Klassik məntiqi nəzəriyyə xüsusi dildə izah edilir, maddi nümunələrlə mülahizə irəli sürülür.
Ed Menninq
Ed Menninq (ing. Edward R. "Ed" Manning 2 yanvar 1944-cü ildə ABŞ, Missisipi, Sammit - 4 mart 2011-ci il, ABŞ, Texas, Fort Uert) - Milli Basketbol Assosiasiyasının (NBA) ardıcıl olaraq 4 mövsümündə və həmçinin Amerika Basketbol Assosiasiyasının beş mövsümündə çıxış etmiş peşəkar basketbolçu və məşqçi. Larri Braunun assisenti kimi o, 1987-1988-ci il mövsümündə "Kanzas Ceyhoks" komandasının tərkibində Tələbə İdmanının Milli Assosiasiyanın çempionu olmuşdur.
Hans Memlinq
Hans Memlinq (alm. Hans Memling‎, nid. Jan van Mimmelynghe, lat. Johannes Memmelinc və ya Memlinc) - alman mənşəli Niderland rəssamı, XV əsrin ikinci yarısında Flandriyada ən əhəmiyyətli rəssamlardan biri. Son qotik rəsm ənənəsini davam etdirən Memlinq, əsasən mənəvi mövzularda şəkil çəkmişdir. == Həyatı == Hans Memlinq Zelingeştadtda anadan olmuşdur. Memlinq adı, ehtimal ki, Bavariyada Aşaffenburq yaxınlığındakı Memlinqen kəndinin adından götürülmüşdür. Hans Memlinqin atası ehtimal edilir ki, 1451-ci ildə Zelingeştadtda vəfat etmişdir. Memlinqin gənclik illəri haqqında məlumat azdır. Onun Kölndə bir sənətkar kimi formalaşmasında Ştefan Loxnerin təsiri izlənilir.
Mehrinq Frans
Frans Mehrinq (alm. Franz Mehring‎; 27 fevral 1846, Şlave — 29 yanvar 1919, Berlin) — alman fəhlə hərəkatı xadimi, marksist filosof və tarixçi, ədəbiyyat tənqidçisi. == Həyat və Fəaliyyəti == Frans Mehrinq 27 fevral 1846-cı ildə Polşada ölkənin Slava şəhərində anadan olmuşdur. 1882-cı ildən fəlsəfə doktoru. Əvvələr burjuya radikalizmi mövqeyindən çıxış etmişdir. 1890-cı ildən proletar sosializmi mövqeyinə keçmiş (1891 ildə Almaniya S-D partiyasına daxil olmuşdur), alim və publisist kimi marksist dünyagörüşünün təbliğində mühüm rol oynamağa başlamışdır. Birinci dünya muharibəsi zamanı proletar beynəlmiçiliyinə sadiq qalmışdır. Mehrinq Böyük oktyabr sosialist inqilabı ideyalarının Qərbdə ilk müdafiəçisi və təbliğatçılarından idi. Mehring "Spartak ittifaqı"nın və Almaniya Kommunist Partiyasının yaradılmasında fəal rol oynamışdır. Mehrinqin elmi irsi zəngindir.
Volf Messinq
Volf Qriqoryeviç Messinq (pol. Wolf Grigoriewicz Messing; rus. Во́льф Григо́рьевич (Ге́ршикович) Ме́ссинг ) — SSRİ-də insanların fikirlərini öyrənməyi psixoloji eksperementlər ilə nümayiş etdirən estrada artisti. RSFSR əməkdar artisti. == Həyatı == === Gənclik dövrü === Volf Messinq 1899-cu il sentyabr ayının 10-da o dövrlər Rusiya imperiyasının tərkibində olan Varşavanın yaxınlığındakı Qura Kalvariya kəndində doğulub. Kasıb yəhudi ailəsində qeyri-adi yaddaşı və müşahidə qabiliyyəti ilə seçilən balaca Volfun qarşısında ieşibota – ruhani məktəbinə getmək tələbi qoyulur. Uşaq imtina eləyəndə ona "ilahi vəhy" gəlir. Günlərin birində, qaranlıq kənd yolunda qabağında ağ paltarlı, iri cüssəli, gur səsli biri peyda olur və əmr edir: "Sən Tanrının əmriylə ieşibota getməlisən". Anadangəlmə əsəb xəstəsi olan Volf bu hadisədən o qədər həyəcanlanır ki, huşunu itirir, bir neçə gün xəstə yatır. Sonradan baş verənləri atasına danışır və evin ağsaqqalı onun tanrının əmriylə hərəkət etməli olduğunu bildirir.
Memlinq gölü
Memlinq gölü — Bu qədim nişan perimetri boyunca qarmaqları olan pilləli medalyon-göldür. == Haqqında == Belə təsvirlərin ilkin örnəkləri Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinə aid edilən çeşidli saxsı məmulatı üzərində təsadüf edilir. Alimlərin fikrincə nişan bolluq, bərəkət, artım və çoxalma kimi anlayışlar əks etdirirdi. Zaman keçdikcə həmin element sənət əsərləri üzərində təkrarlanaraq getdikcə öz esatiri məzmununu itirmiş və sadəcə ornamental formaya çevrilmişdir. Lakin bu heç də onun xalça üzərindeki müxtəlifliyinə təsir göstərməmiş əksinə xalça sənətimizin ən populyar naxışlar sırasına çıxarmışdır. Azərbaycan xalçalarının keyfiyyəti və bədii özəllikləri onların təkcə ölkə daxilində deyil, eyni zamanda məmləkətimizdən çox-çox uzaqlarda məşhurlaşmasının başlıca səbəbi idi. Xarici ölkələrdə, ilk növbədə orta əsr Avropasında Azərbaycan xalçaları yüksək zövqün, var-dövlət sahibliyinin bir əlameti olaraq, eyni zamanda hansısa sirli, ecazkar bir aləmin simvolları sayılırdı. Məhz bu görkəmde onlar Avropa İntibah dövrù incəsənətində, o dönəmdə yaşamış rəssamların əsərlərində təzahür edirdi. Belələrindən birisi XV əsr görkəmli flamand rəssamı Hans Memlinq olmuşdur. Qarmaqlı medalyon onun tablolarında dəfələrlə əks etdirildiyindən elmi ədəbiyyatda ona şərti olaraq "Memling gölü" adı verilmişdir.
Arqument (məntiq)
Arqument ― yönəldilmə və nəticəçıxarmadan ibarət bir sıra təsdiq cümlələr (mühakimələr). Məişət dilində arqument (sübut) — məntiq mühakiməsi, hansı ki ya ayrıca, ya da digərləri ilə birlikdə müəyyən bir ifadənin (tezisin) həqiqiliyini sübut etmək məqsədi ilə istifadə olunur. Bir tezisin doğru hesab edilməsi üçün, düzgün məntiqi hökmlərin köməyi ilə tezisi sübut etmək üçün kifayət edən bütün arqumentlər özündə həqiqi məlumatları ehtiva etməlidir.
Bulanıq məntiq
Qeyri-səlis məntiq, həmçinin bax bulanıq məntiq və ya qeyri-səlis çoxluq nəzəriyyəsi — dəyişənlərin həqiqət dəyərinin 0 və 1 arasında istənilən həqiqi ədəd ola biləcəyi çoxqiymətli məntiq forması. Qismən həqiqət anlayışını idarə etmək üçün istifadə olunur. Burada həqiqət dəyəri tamamilə doğru və tamamilə yalan arasında dəyişə bilər. Bunun əksinə olaraq, Bul məntiqində dəyişənlərin həqiqət dəyərləri yalnız 0 və ya 1 tam ədədlər ola bilər. Qeyri-səlis məntiq termini 1965-ci ildə Azərbaycan riyaziyyatçısı Lütfi Zadənin qeyri-səlis çoxluqlar nəzəriyyəsi təklifi ilə təqdim edilmişdir. Qeyri-səlis məntiq 1920-ci illərdən, xüsusilə Lukaseviç və Tarski tərəfindən sonsuz qiymətli məntiq kimi öyrənilmişdir.Qeyri-səlis məntiq insanların qeyri-dəqiq və rəqəmi olmayan məlumatlara əsaslanaraq qərarlar qəbul etməsinin müşahidəsinə əsaslanır. Qeyri-səlis modellər və ya qeyri-səlis çoxluqlar qeyri-müəyyənliyi və qeyri-dəqiq məlumatı təmsil edən riyazi vasitələrdir. Bu modellər qeyri-müəyyən olan məlumatları tanımaq, təmsil etmək, manipulyasiya etmək, şərh etmək və istifadə etmək qabiliyyətinə malikdir.Qeyri-səlis məntiq idarəetmə nəzəriyyəsindən süni intellektə qədər bir çox sahəyə tətbiq edilmişdir. == Ümumi baxış == Klassik məntiq yalnız doğru və ya yalan olan nəticələr çıxarmağa icazə verir. Bununla belə, dəyişkən cavablı hökmlər də var.
Dialektik məntiq
Dialektik məntiq — konseptual və məntiqi üsul. Bir çox fərqli mənada qiymətləndirilən dialektik anlayışından əldə edilən bir məntiq formasıdır. Birincisi, bir anlayışdan digərinə ziddiyyətləri məhv edərək irəliləmək üsuluna verilən addır. Qarşıdurmalar içində irəliləyərək bu qarşıdurmaları aradan qaldıraraq nəticəyə çatmağı istəyən məntiqi düşünmə şəklidir. Əvvəlcə Heraclitus dialektik məntiqdən istifadə etmişdir. Diyalektik məntiq xüsusilə Hegeldə zirvəyə çatmışdır. Marksın əlində isə materialist bir məzmuna sahib olmuşdur. Bütün bu nəzəriyyələrdə dialektik məntiq ümumi mənada ziddiyyət və nisbilik anlayışları ilə işləyən məntiq şəklində baş verir. Formal məntiqin əsas konsepsiyaları və kateqoriyaları bir kənara qoyulmur, eyni fikir və kateqoriyalar isə ziddiyyət və nisbilik prinsipləri baxımından yenidən rasionaldır.
Formal məntiq
Formal məntiq — İnsan mühakimələrinin konkret məzmununu nəzərə almadan onların formasını — (strukturunu), quruluşunu öyrənir. Başqa sözlə, formal məntiq konkret məzmunu nəzərə almadan əqli nəticə və isbat qaydalarında, mühakimə, anlayışlar arasında əlaqənin və məntiqi nəticə çıxarılmasının qanunlarını öyrənir. Formal məntiqin əsasını Aristotel qoymuşdur. Formal məntiq – təfəkkür haqqında elm. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Frans Merinq
Frans Mehrinq (alm. Franz Mehring‎; 27 fevral 1846, Şlave — 29 yanvar 1919, Berlin) — alman fəhlə hərəkatı xadimi, marksist filosof və tarixçi, ədəbiyyat tənqidçisi. == Həyat və Fəaliyyəti == Frans Mehrinq 27 fevral 1846-cı ildə Polşada ölkənin Slava şəhərində anadan olmuşdur. 1882-cı ildən fəlsəfə doktoru. Əvvələr burjuya radikalizmi mövqeyindən çıxış etmişdir. 1890-cı ildən proletar sosializmi mövqeyinə keçmiş (1891 ildə Almaniya S-D partiyasına daxil olmuşdur), alim və publisist kimi marksist dünyagörüşünün təbliğində mühüm rol oynamağa başlamışdır. Birinci dünya muharibəsi zamanı proletar beynəlmiçiliyinə sadiq qalmışdır. Mehrinq Böyük oktyabr sosialist inqilabı ideyalarının Qərbdə ilk müdafiəçisi və təbliğatçılarından idi. Mehring "Spartak ittifaqı"nın və Almaniya Kommunist Partiyasının yaradılmasında fəal rol oynamışdır. Mehrinqin elmi irsi zəngindir.
Karel Eytinq
Karel Eytinq (11 fevral 1998-ci ildə Amsterdamda anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderlandlı futbolçudur. == Klub karyerası == === Yonq Ayaks === Eytinq Ayaks akademiyası vasitəsilə inkişaf etmişdir. Berqsma öz peşəkar karyerasında debütünü 12 avqust 2016-cı ildə etmişdir. O, Almere Siti klubu ilə qarşılaşmada bütün 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Yonq Ayaks liqa görüşündə Almere Sitiyə 4–1 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 2 Aprel 2017 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Kombinasiyalı məntiq
Kombinasiyalı məntiq — Kombinasiyalı məntiqi dövrələrin dizaynı problemlərin ifadəsi ilə başlayıb, məntiqi dövrənin layihələndirilməsi ilə başa çatır. Kombinasiyalı məntiqi dövrələrin dizaynına aid məntiqi addımlar aşağıdakı kimi xülasə edilə bilər: Problem müəyyənləşdirilir. Giriş dəyişkənlərinin və tələb olunan çıxış dəyişkənlərinin sayı müəyyən edilir. Giriş və çıxış kimi istifadə olunan dəyişkənlər adlandırılır. Giriş və çıxış dəyişkənləri arasındakı əlaqəni müəyyən edən bir həqiqət cədvəli qurulur. Hər bir çıxış üçün müvafiq Boolean funksiyasını yazılır. Əldə edilən Boole funksiyaları sadələşdirilir. Məntiqi dövrə tərtib edilir.Dizayn və layihələndimə prosesinin məntiqi addımları içərisində ən çox diqqət edilməsi lazım olan addım sözlərlə çərçivəsini çəkdiyimiz əməliyyatların həqiqilik cədvəli halına gətirilməsidir. Çünki bu mərhələdə ediləcək bir səhv, daha sonrakı bütün addımlarda səhv əməliyyat edilməsi nəticəsini yaradır. Həqiqilik cədvəlindən əldə edilən çıxış funksiyasını sadələşdirmək üçün, sadələşdirmə üsullarından uyğun olan üsuldan istifadə edilə bilər.
Kombinatorial məntiq
Kombinatorial məntiq — formal məntiqi sistemlərin və ya kalkulyasiyanın əsasları (yəni izah edilməli və təhlil edilməməsi lazım olmayan) ilə əlaqəli riyazi məntiqin bir istiqaməti. Diskret riyaziyyatda kombinatorial məntiq hesablama proseslərini izah etdiyi üçün lambda hesablanması ilə sıx əlaqəlidir. Yarandığı gündən bu yana kombinatorial məntiq və lambda hesablamaları qeyri-klassik məntiq kimi təsnif edilmişdir. Məsələ burasındadır ki, kombinatorial məntiq 1920-ci illərdə və lambda hesablamaları — 1940-cı illərdə kifayət qədər müəyyən edilmiş bir məqsədi olan metamatikanın bir qolu kimi — riyaziyyata əsas vermək üçün yaranmışdı. Bu o deməkdir ki, həqiqi xarici mühitdə baş verən prosesləri və hadisələri əks etdirən, tələb olunan "tətbiq olunan" riyazi nəzəriyyə — mövzu nəzəriyyəsi quraraq, "saf" metatoriyasını mövzu nəzəriyyəsindən imkanlarını və xüsusiyyətlərini müəyyənləşdirmək üçün bir qabıq kimi istifadə etmək olar. Tezliklə məlum oldu ki, bu sistemlərin hər ikisini proqramlaşdırma dilləri kimi qəbul etmək olar (bax kombinatorial proqramlaşdırma). İndiyə qədər bu dillərin hər ikisi yalnız kompüter elmləri sahəsində bütün tədqiqat kütləsi üçün əsas olmur, həm də proqramlaşdırma nəzəriyyəsində geniş istifadə olunur. Kompüterlərin hesablama gücünün artması nəzəri (məntiqi və riyazi) biliklərin əhəmiyyətli bir hissəsinin avtomatlaşdırılmasına və lambda hesablamaları ilə birlikdə kombinatorial məntiq obyektlər baxımından düşüncə üçün əsas kimi qəbul edilir. == Əsas anlayış == Kombinatorial məntiqdə tək yerlik bir funksiya və bir funksiyanın bir arqumentə (tətbiqə) tətbiq olunması əsas anlayışlardır. Funksiya ümumiyyətlə başa düşülür və arqumentlər və dəyərlər kimi bərabər səviyyədə olan obyektlərləişləyə bilər.
Məntiq Cəfərov
Məntiq Bahadur oğlu Cəfərov — Azərbaycan Texnologiya Universitetinin Tədris işləri üzrə prorektoru, fizika elmləri doktoru, professor. == Həyatı == Məntiq Bahadur oğlu Cəfərov 1979-cu ildən 2004-cü ilədək, 25 il müddətində Azərbaycan Texnologiya Universitetinin fizika kafedrasında laborant, baş laborant, laboratoriya müdiri, assistent, baş müəllim, hazırlıq kursunun rəhbəri və dosent vəzifələrində işləmişdir. 2004-cü ilin noyabr ayından Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti, 2012-2013-cü illərdə həmin universitetin fizika və riyaziyyat kafedrasının professoru olmuşdur. 22 iyul 2013-ci il tarixdən Azərbaycan Texnologiya Universitetinin tədris işləri üzrə prorektorudur. 1985-1989-cu illərdə Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasında məqsədli aspirant olmuşdur, 1989-cu ildə namizədlik, 2011-ci ildə doktorluk dissertasiyasını müdafiə etmişdir. Fizika üzrə elmlər doktoru, professordur. Azərbaycan Respublikası Prezidentinin 18 may 2010-cu il tarixli, sərəncamı ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. Məntiq Cəfərov xarici və yerli jurnallarda dərc edilmiş 97 elmi əsərin, 1 dərs vəsaitinin müəllifidir. 40-dan çox müxtəlif miqyaslı konfranslarda iştirak etmişdir. == Secilmiş elmi əsərləri == Теплополевое гашение экстионной фотопроводности Ga Se(Ge) //Физика и техника полупроводников.
Məntiq elementi
Məntiqi element — Bul funksiyasını yerinə yetirən fiziki qurğudur. O, bir və ya bir neçə məntiqi girişlərdə məntiqi əməliyyatı yerinə yetirir və sadə məntiqi çıxışları göstərir. Məntiq elementləri ilk növbədə elektron açarlar kimi fəaliyyət göstərən tranzistorlar və diodlar istifadə edərək yerinə yetirilir, həmçinin molekullar,optika, elektromaqnit relelər və hətta mexaniki elementlər istifadə edərək qurula bilər. yapışdırıcı məntiq — (ing. glue logic, ru. связующая логика) – kompüterin bir əsas hissəsini başqa bir hissə ilə birləşdirmək üçün zəruri olan nisbətən sadə məntiqi sxemlər. Məsələn, mikroprosessorların bir çoxu mərkəzi prosessor (CPU) ilə yaddaş (MEMORY) arasında yapışdırıcı məntiqin olmasını tələb edir. == Simvollar == == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Məntiq fəlsəfəsi
Məntiq fəlsəfəsi — məntiq fəlsəfəsinin məqsədi məntiq elminin əsas konsepsiyalarını aydınlaşdırmaq və onun prinsiplərini əsaslandırmaqdır.
Riyazi məntiq
Riyazi məntiq — formal məntiqin əsas qanunlarına istinad edərək, riyazi dil və riyazi metodların tətbiqi ilə məntiqi proseslərin, mühakimələrin qanunauyğunluqlarını araşdırır. Riyazi məntiqin əsasını qoyan ingilis riyaziyyatçısı Corc Bul olmuşdur. Riyazi məntiqin əsasını Deduktiv nəzəriyyə təşkil edir.
Tərif (məntiq)
Tərif, definisiya (lat. definitio — "hədd, sərhəd") — sözün və ya ifadənin mənasını təsvir edən cümlə; onun müəyyən bir anlayışa (ümumi anlayış, cins, sinif) aid olduğunu vurğulamaq və adın müəyyən edildiyi sinifdəki fərqli xüsusiyyətini göstərməklə adın mahiyyətini açan (atributları) məntiqi əməliyyat. Beləliklə, tərif ümumi anlayışdan və xüsusi fərqdən və ya müəyyənedicidən ibarətdir. V. Boçarov və V. Markinə görə, tərif linqvistik ifadələrə (dil terminlərinə) ciddi şəkildə sabit məna verməkdən ibarət olan məntiqi prosedurdur . == Növləri == === İntensional tərif === Konnotativ təriflər də adlandırılan intensional təriflər, arzu olunan şeyi müəyyən şeylər toplusundan fərqləndirmək üçün zəruri və kifayət qədər şərtləri müəyyən edir. İntensional tərif aşağıdakıları ehtiva etməlidir: obyektin xassələrinin təsviri, eyni dəstdən başqa obyektlərlə müqayisədə təyin olunanı fərqləndirən xüsusiyyətləri; çoxluqdan seçim qaydalarını göstərməklə terminin mənasını izah etmək; digər anlayışların digər tərifləri ilə müqayisədə ən yaxın anlayışın və fərqləndirici xüsusiyyətlərin göstəricisi. === Ekstensional tərif === Ekstensional təriflər bu tərifin altına düşən bütün obyektlərin açıq siyahısına gəlir. Məsələn, "dünya müharibəsi"nin tərifini tarixçilərin "dünya müharibələri" olaraq təyin etdikləri bütün müharibələri sadalamaqla vermək olar. Ekstensional təriflər birbaşa (bütün obyektlər açıq şəkildə göstərildikdə) və ya dolayı ola bilər. Birbaşa ekstensional tərif bəzən sadalanan tərif adlanır.
FIVB reytinq siyahısı
FIVB dünya sıralaması ¹Qadınlar.²Kişilər.